Messenger də türk dilində səs yazıları göndərilsə, ehtiyatlı olun! – RƏSMİ MƏLUMAT
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşlardan xahiş edir ki, hazırkı dövrdə tanımadıqları şəxslərdən gələn mesaj və zənglərə cavab verməsinlər. Məlumatların düzgünlüyünü rəsmi mənbələrdən yoxlasınlar.
Messengerdə sürpriz YENİLİK
“Facebook” şirkəti Windows 10 üçün olan Messenger-ə çoxdan gözlənilən yenilənməni təqdim edib.
Day.Az technote.az-a istinadən bildirir ki, artıq Windows 10 istifadəçiləri Messenger vasitəsilə audio və video zənglər edə biləcəklər. Sözügedən funksiya çoxdan iOS və Android platformalarında mövcuddur. Lakin indi bütün Windows 10 dəstəkli cihazlar üçün də aktiv olub. Zəng etmək üçün onlayn olan lazımi şəxsin istifadəçiyə klikləyərək zəng növündən asılı olaraq kamera və ya mikrofon ikonlarına klikləməlisiniz. Zənglər internet üzərindən olduğu üçün yaxşı keyfiyyət baxımından yüksək sürətli internetin olması vacibdir. Şirkətin verdiyi məlumata əsasən onlar yenilənməni təzə təqdim etdikləri üçün bir çoxları hələki bu funksiyadan yararlana bilməyəcəklər. Lakin yaxın müddət ərzində sözügedən funksiya hamı üçün aktiv olacaq. Bundan əlavə olaraq şirkət həmdə Windows Phone üçün də Messenger yenilənməsini təqdim edib. Bu yenilənmədədə video zənglər aktivdir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
“Messenger”də türk dilində səs yazıları göndərilsə, ehtiyatlı olun! – RƏSMİ MƏLUMAT
Yeniavaz.com xəbər verir ki, məlumatda deyilir:
“Ermənistan bu dəfə “Facebook Messenger” üzərindən təxribatlarını davam etdirir. Belə ki, guya türkiyəli əsgərlərin Qarabağ müharibəsində Azərbaycan tərəfində vuruşduğunu təsdiqləmək məqsədilə Azərbaycandan olan istifadəçilərə “Messenger” vasitəsilə türk dilində səs yazıları göndərilir, eləcə də videozənglər edilir. Bu zəngləri edən şəxslər özlərini Türkiyə vətəndaşı kimi qələmə verir və qarşı tərəfdən informasiya əldə etməyə çalışırlar.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşlardan xahiş edir ki, hazırkı dövrdə tanımadıqları şəxslərdən gələn mesaj və zənglərə cavab verməsinlər. Məlumatların düzgünlüyünü rəsmi mənbələrdən yoxlasınlar.
Həmçinin hər hansı kiberinsidentlə üzləşdiyinizdə və ya metodiki dəstəyə ehtiyacınız olduqda, www.cert.az saytı və ya [email protected] e-poçtu vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət edin.
Xahiş edirik ki, baş verən kiberinsidentlərlə bağlı ekran görüntülərini (screenshot) və digər elektron sübutları saxlayın və bizə göndərin”.
Comments are closed, but trackbacks and pingbacks are open.