Press "Enter" to skip to content

Mədə qastriti əlamətləri

– məhsul partiyasından götürülən nümunələrin sınaqlarının aparılması yolu ilə;

Metraloqiyastandartlaşdırma və serfikatlaşdırma

Sertifikatlaşdırma fəaliyyəti bazar iqtisadiyyatının obyektiv tələblərindən olub beynəlxalq, dövlətlərarası və milli standartların tələblərinə uyğun olaraq obyektivlik, şəffaflıq və qərəzsizlik prinsipləri əsasında istehlakçılara təqdim olunan məhsul və xidmətlərin müvafiq normativ sənədlərin tələblərinə uyğunluğunu müəyyən etmək və nəticədə də müştəri məmnunluğuna nail olmaq kimi mühüm məqsədlər daşıyır. Bu baxımdan məhsul və xidmətlərin sertifikatlaşdırılması aşağıdakı funksiyaları həyata keçirir:

– bazarda insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaradan və ya mühüm zərər vuran məhsulun (proseslərin, xidmətlərin) mövcudluğunun qarşısının alınması üçün məlumatlılıq;

– istehlakçılara məhsulun (proseslərin, xidmətlərin) səriştəli seçilməsində köməklik;

– Respublikada müəssisələrin və sahibkarların beynəlxalq iqtisadi, elmi-texniki əməkdaşlıqda və beynəlxalq ticarətdə iştirakı üçün şərait yaratmaq.

Azərbaycan Respublikasında milli sertifikatlaşdırma sistemi aşağıdakı normativ hüquqi sənədlər əsasında tənzimlənir:

Sertifikatlaşdırmanın növləri

Sertifikatlaşdırma işləri AZS 498-2010 “Oxşar məhsulların sertifikatlaşdırma sistemi” milli standartında müəyyən edilmiş tələblərə, həmçinin beynəlxalq normalara müvafiq olaraq aşağıdakı sertifikatlaşdırma sxemlərinə uyğun olaraq həyata keçirilir.

– məhsul partiyasından götürülən nümunələrin sınaqlarının aparılması yolu ilə;

– ticarətdən götürülmüş nümunələrin nümunələrin sınaqlarının aparılması yolu ilə ;

– istehsal müəssisəsindən götürülmüş nümunələrin sınaqlarının aparılması yolu ilə ;

– həm ticarətdən, həm də istehsal müəssisəsindən götürülmüş nümunələrin sınaqlarının aparılması yolu ilə ;

– həm istehsalatın sertifikatlaşdırılması və həmçinin nümunələrin sınaqlarının aparılması yolu ilə ;

– k eyfiyyət idaəretmə sisteminin sertifikatlaşdırılması və ya istehsalatın sertifikatlaşdırılması (attestasiyası) yolu ilə.

İstehsal edilən məhsulların sertifikatlaşdırılması üçün tələb olunan sənədlər:

– Sifarişlə bağlı müraciət məktubu;

– Hüquqi və fəaliyyət göstərdiyi faktiki ünvanı;

– Sertifikatlaşdırılacaq məhsulun (xidmətin) adı;

– məhsula dair normativ, konstruktor və texnoloji sənədlər;

– keyfiyyəti idarəetmə sisteminin sertifıkatı (olduğu halda); (İSO)

– istehsalçının apardığı sınaqların protokolları: (zərurət olduğu halda)

İdxal və ixrac edilən məhsulların sertifikatlaşdırılması üçün sifarişçidən tələb olunan sənədlər:

Sifarişlə bağlı müraciət məktubu;

– Hüquqi və faktiki ünvan;

– Xidmət müqaviləsinin surəti;

– Məhsula dair normativ, konstruktor və texnoloji sənədlər;

– Keyfiyyəti idarəetmə sisteminin sertifıkatı (olduğu halda);

– Məhsula dair laborator sınaq protokolları (zərurət olduğu halda).

Yeyinti məhsullarının üçün sertifikatlaşdırılması üçün sifarişçidən tələb olunan əlavə sənədlər:

Gigiyenik və ya qida təhlükəsizliyi sertifikatının surəti;

– Heyvan mənşəli məhsullar üçün baytarlıq şəhadətnaməsinin surəti;

– Emal olunmuş bitki mənşəli məhsullar üçün fitosanitar sertifikatın surəti.

Xarici uyğunluq sertifikatlarının tanınması üçün sifarişçidən tələb olunan sənədlər:

Sifarişlə bağlı müraciət məktubu;

– Hüquqi və faktiki ünvan;

– Xidmət müqaviləsinin surəti;

– Xarici uyğunluq sertifikatının əslini və ya onun qanunvericilikdə nəzərdə tutulmuş qaydada təsdiq edilmiş surəti;

– Əsasında sertifikatlaşdırma aparılmış normativ sənədlər;

– Sertifikatların qarşılıqlı tanınması haqqında tərəflər arasında müqavilədə nəzərdə tutulduğu halda sertifikatlaşdırma sınaqlarının protokolları (zərurət olduğu halda);

– İstehsalçının keyfiyyət şəhadətnaməsi (sertifıkatı);

QEYD: Xarici dildə olan bütün sənədlər Azərbaycan dilinə tərcümə edilməli və notarial qaydada təsdiq olunmalıdır.

Əlaqəli şəxs: Səbinə Məmmədli – Baş direktorun müavini- Uyğunluğun qiymətləndirilməsi departamentinin direktoru

Mədə qastriti əlamətləri

Qastrit – həzm sistemi xəstəlikləri arasında ən çox rast gəlinən patologiyadır. Statistik məlumatlara əsasən dünya əhalisinin 60%-də bu xəstəliyə təsadüf olunur. Mədənin selikli qişasının iltihabı sayılan qastrit vaxtında müalicə olunmadıqda bir sıra fəsadlarla nəticələnir.

Mədə qastriti əlamətləri və formaları

İltihabi prosesin gedişindən asılı olaraq, mədə qastriti kəskin və xroniki formalara bölünür. Mədədə xlorid turşusunun səviyyəsinə əsasən xəstəliyin 3 növü ayırd edilir:

  • aşağı turşuluqlu;
  • normal turşuluqlu;
  • yüksək turşuluqlu.

Yaranma səbəbinə görə:

  • infeksion xarakterli – Helikobakter pilori bakteriyasının törətdiyi B tip qastrit;
  • qeyri-infeksion xarakterli – irsi meylliklə bağlı, autoimmun, A tip qastrit.

Mədə qastriti səbəbləri və əlamətləri

Mədədə turşuluq səviyyəsinin pozulması qastritin inkişafının əsasını təşkil edir. Mədə möhtəviyyatının pH-nı dəyişdirən və bu fonda qastrit yaradan amillər aşağıdakılardır:

  • yağlı, qızardılmış, acı ədviyyatlı qidaların həddindən artıq qəbulu;
  • arıqlamaq məqsədilə sirkənin içilməsi;
  • rasionda yağ və karbohidratların üstünlük təşkil etməsi;
  • keyfiyyətsiz qida məhsulları ilə zəhərlənmə;
  • öd kisəsi və ya mədəaltı vəzin xəstəlikləri (öd və turşunun mədəyə atılaraq, onun selikli qişasını zədələməsi);
  • mədənin selikli qişasına aqressiv təsir göstərən dərman preparatlarının nəzarətsiz qəbulu;
  • kimyəvi maddələrin (turşu və ya qələvi) udulması;
  • xroniki stress;
  • hormonal disbalans;
  • spirtli içkilər.

Müalicə olunmayan sürətlə proqressivləşərək, xroniki formaya keçir. Xroniki qastrit isə xora xəstəliyi ilə ağırlaşır. Xorası olan şəxslərdə bədxassələşmə ehtimalı yüksəkdir. Belə hallara yol verməmək üçün qastritin əlamətləri ilə tanış olun.

Böyüklərdə mədə qastriti əlamətləri

Mədənin selikli qişasının iltihablaşmasından xəbər verən başlıca simptomlar:

  • qida qəbulundan sonra güclənən mədə ağrısı və ağırlıq hissi;
  • ürəkbulanma, qusma;
  • gəyirmə;
  • qarında köp ;
  • nəcis ifrazının pozulması – qəbizlik, ishal.

Turşuluq səviyyəsindən asılı olaraq, qastritin əlamətləri bir qədər fərqlənə bilir.

Yüksək turşuluqlu mədə qastriti əlamətləri

  • ac olduqda güclənən, qida qəbulundan sonra sakitləşən ağrılar;
  • mədə qıcqırması;
  • türş möhtəviyyatlı gəyirmə;
  • ishal.

Aşağı turşuluqlu mədə qastriti əlamətləri

  • ağızda xoşagəlməz dad;
  • xarab olmuş yumurta iyli gəyirmə;
  • qida qəbulundan sonra güclənən ağrı;
  • qarında qurultu;
  • qəbizlik, köp;
  • səhər vaxtlarında ürəkbulanma, qusma

Normal turşuluqlu, kəskin formalı mədə qastriti əlamətləri

  • mədədə daimi ağrı;
  • qarında ağırlıq;
  • ürəkbulanma, qusma;
  • gəyirmə, hıçqırma, ağızda acılıq ;
  • ağız suyunun çoxalması;
  • göbək ətrafında ağrılar;
  • qəbizlik və ya ishala meyllik.

Xroniki formalı mədə qastriti əlamətləri

Xroniki forma yaz-payız aylarında kəskinləşir. Sakitlik dövründə bəzən qida qəbulundan sonra qıcqırma, ürəkbulanma, mədədə ağırlıq hissi olur. Kəskinləşmə mərhələsi özünü kəskin qastritin əlamətləri ilə büruzə verir. Hər kəskinləşmə halında mədədə çapıqlar və destruktiv dəyişikliklər formalaşır. Onlar gələcəkdə mədə qanaxmasına gətirib çıxara bilir.

Mədə qastritinin diaqnostika və müalicəsi

Qastritdən şübhələndikdə qastroenteroloqa müraciət olunmalıdır. Diaqnozun qoyulması üçün qastroskopiya vacibdir. Zəruri hallarda qarın boşluğu orqanlarının ultrasəs müayinəsi və digər üsullara ehtiyac yaranır.

Müalicə mədə dərmanları və pəhrizlə aparılır. Xəstələrə aşağıdakı qrup preparatlardan ibarət kompleks müalicə təyin olunur:

  • proton pomba inhibitorları – Omez, Omeprazol, Ranitidin və s.
  • antasidlər – Almagel, Fosfalügel, Qaviskon;
  • büzücü və bürüyücü vasitələr – natrium vismut (Vis-Nol, De-nol).

Analizdə Helikobakter pilori aşkarlandıqda müalicə sxeminə antibiotiklər əlavə olunur. Mədədə qastrit çox vaxt həzm prosesinin pozğunluğu ilə müşayiət olunduğundan xəstələrə fermentativ preparatlar (Mezim forte, Festal və s.) məsləhət görülür.

Qeyd olunan dərmanlar sadəcə nümunə xarakteri daşıyır. Hər bir xəstənin müalicəsi ancaq həkim tərəfindən aparılmalıdır.

Mədə qastriti zamanı pəhriz

Mədə qastriti kəskinləşdikdə qida rasionundan bu məhsullar çıxarılmalıdır:

  • qəhvə, tünd çay, şokolad, kakao;
  • spirtli içki;
  • şirniyyat, un məmulatları (tort, bulka);
  • qoyun əti, yağlı balıq;
  • kolbasa və hisə verilmiş məhsullar;
  • təzə tərəvəz və meyvələr – pomidor, sarımsaq, soğan, turş alma, gilas.

Rasiona aşağıdakı qidalar daxil edilməlidir:

  • tərəvəz bulyonunda sup və borş;
  • azacıq yağ qatılmış kartof püresi;
  • kisel;
  • sıyıq (qarabaşaq, düyü, yulaf);
  • vermişel;
  • dünənki çörək;
  • toyuq və mal əti.

Ən əsası, mədə qastriti əlamətləri ilə üzləşdikdə özünü müalicə ilə məşğul olmayın. Qeyri-peşəkar yanaşma xora xəstəliyi və orqanın deşilməsi kimi ağır fəsadlarla nəticələnə bilər.

Metraloqiyastandartlaşdırma və serfikatlaşdırma

Metrologiya üzrə mühəndis istehsalın metroloji təminatı, məhsulun hazırlanması, istismarı ilə məşğul olan mütəxəssisdir. Bundan başqa metrologiya üzrə mühəndis istehsal olunan məhsulun beynəlxalq standartlara cavab verməsi üçün keyfiyyətinin artırılması ilə məşğul olur.
Standartlaşdırma üzrə mühəndis texnoloji proseslərin təşkili, planlaşdırılması və standartlaşdırılması ilə məşğul olan mütəxəssisdir.
Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələrə bu fənlər keçilir: standartlaşdırmanın əsasları, sertifikasiyanın əsasları, keyfiyyət sistemi, tətbiqi metrologiya, xətti, bucaq və mexaniki ölçmələr, ölçü cihazlarının avtomatlaşdırılması, sənaye texnologiyası, beynəlxalq standartlaşdırma və sertifikasiya və s.
Bu ixtisasın məzunları təhsilini başa vurduqdan sonra ölçü vasitələrinin texniki xarakteristikasını hazırlaya bilir, iqtisadiyyatın əsaslarını, məhsulun sertifikatlaşdırma qaydalarını , istehsalın metroloji təminatının standartlarını bilirlər.

Ətraflı məlumat

  • Форма обучения: Tam vaxt, Uzaq
  • Сектор: Azerbaijan

Əlaqəli

Universitet 7

  1. Azərbaycan Kooperasiya Universiteti
  2. Sumqayıt Dövlət Universiteti
  3. Azərbaycan Texnologiya Universiteti
  4. Azərbaycan Dövlət İqtisad Universiteti
  5. Azərbaycan Dövlət Aqrar Universiteti
  6. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
  7. Azərbaycan Texniki Universiteti

Comments are closed, but trackbacks and pingbacks are open.