Press "Enter" to skip to content

Azərbaycanda Aqrar Sənaye Kompleksi (ASK)

-Sektorda çox sayda təşkilatların mövcud olmasına baxmayaraq faydaları azdır və bu cür təşkilatlanma ilə gözlənilən fayda əldə etmək mümkün deyil.

Meyvəçilik

Meyvəçilik, əsasən meyvə və giləmeyvələrdən ibarət bitki mənşəli qida sistemidir. Belə bir pəhriz arasındakı əsas fərq, meyvənin lobya, taxıl, qoz-fındıq və bitki mənşəli digər protein məhsullarından imtina etməsidir. Meyvəçilik Əsas müddəalar İlk baxışdan, vegetarian pəhriz üçün belə yanaşma qeyri-ciddi görünə bilər. Əslində, bu qidalanma sisteminə sadiq qalmağın bir çox səbəbi var. Hər şeydən əvvəl, bu mədə-bağırsaq traktının bərpasıdır. Bir çox xəstəliyin zərərli və nizamsız yemək vərdişləri nəticəsində ortaya çıxdığı və ya daha da artdığı bilinən bir elmi həqiqətdir. Bədəninizin yenilənmə üçün örtük bir super gücü var. Özünü yaxşılaşdırmaq üçün vaxt və bədənə qida ilə daxil olan uyğun materiallar lazımdır. Bununla birlikdə, halların% 70-də, qan dövranına daxil olan protein qidalarındakı zəhərli maddələr, içəridən sağalmanın təsirsiz olmasında günahkardır. Bədənin içərisində qidanın parçalanma prosesləri barədə heç düşündünüzmü? Yoxsa çürüyən qidanın bağırsaqları necə təsir edir? Çox güman ki, mümkün deyil. Ancaq metabolik xəstəliklərdə günahkar olan zülalla zəngin qidanın çürüməsi nəticəsində əmələ gələn mədə-bağırsaq traktındakı zəhərli birləşmələrdir. Nəticədə immunitet sisteminin funksiyaları pozulur, həzm sistemi və qaraciyər problemləri ortaya çıxır, əzələlər və oynaqlar əziyyət çəkir. Zülallı qidaların pəhrizinizdən sadə bir kənarlaşdırılması ilə toxunulmazlığınızın bəzən lazımsız dərmanlardan istifadə etmədən tam güclə işləyə biləcəyini özünüz görə bilərsiniz. Bir meyvəçi olaraq nə qazana bilərsiniz? – maddələr mübadiləsini yaxşılaşdırmaq və nəticədə artıq çəki itirmək; – zehni fəaliyyətin səmərəliliyinin artırılması; – Əldə edilmiş pasifikasiya sayəsində stresi daha asanlıqla dözürsən, daha asan əsəbi anlarla əlaqəli olmağa başlayırsan; – libido artır və cinsi partnyorla münasibətlər düzəlir; – bəzi meyvəli meyvələrdə empatiya artmışdır; – Meyvəçilik, vücudunuzu məhv edən, narkotik, alkoqol və tütün istifadəsi kimi pis vərdişlərin olmaması deməkdir. Ancaq unutmayın ki, adi baqqal səbətindən imtina etmək çətin ola bilər və belə bir pəhriz saxlamaq bəzən bir iradə sınağı olur. Ətrafınız belə bir dəyişikliyi qəbul edə bilməz və belə bir seçim üçün kritik ola bilər. Bütün bunlarla öz fikrinizi yalnız özünüzdə formalaşdırmaq mümkündür. Bir meyvə diyetasına sadiq qalaraq qısa müddətə olsa da müsbət nəticələr görə bilərsiniz.

Azərbaycanda Aqrar Sənaye Kompleksi (ASK)

Aqrar Sənaye Kompleksi dedikdə bir-biri ilə əlaqədar olan kənd təsərrüfatı və sənaye müəssisələrinin birliyi nəzərdə tutulur. Onun əsas vəzifəsi əhalinin ərzaq və yeyinti məhsulları ilə, heyvandarlığı yemlə, sənayeni xammalla təchiz etməkdir. ASK-nin tərkibində kənd təsərrüfatı aparıcı rol oynayır.

Azərbaycanda kənd təsərrüfatını inkişaf etdirmək üçün əlverişli torpaq — iqlim şəraiti mövcuddur. Ölkədə adambaşına 0,2 hektar torpaq sahəsi düşür.
Azərbaycanın kənd təsərrüfatında bitkiçilik heyvandarlıqdan üstün inkişaf edib. Kənd təsərrüfatı məhsulunun 61%-ni bitkiçilik, 39%-ni isə heyvandarlıq verir. Əkinə yararlı torpaq sahələrinin geniş yayılması, fəal temperatur cəminin böyük olması Azərbaycan düzənliklərində əkinçiliyin heyvandarlığa nisbətən yaxşı inkişaf etməsinə səbəb olub.
Azərbaycanda kənd təsərrüfatına iki böyük sahə – əkinçilik və heyvandarlıq daxildir.

Əkinçilik

Azərbaycanın əlverişli iqlim şəraiti, torpaq örtüyü əkin sahələrində müxtəlif növ bitkilərin becərilməsinə imkan verir. Xüsusilə pambıqçılıq, tərəvəzçilik, tütünçülük və üzümçülük Azərbaycanın kənd təsərrüfatının ixtisaslaşmış sahələri hesab olunur və bu sahələr əsasən Azərbaycanın daxili tələbatını ödəyir.
Tərəvəzçilik üzrə Xaçmaz, Lənkəran, qismən isə Aran və Abşeron rayonları ixtisaslaşıb. Xaçmaz zonası gecyetişən, Lənkəran zonası isə faraş (tezyetişən) tərəvəzçilik üzrə ixtisaslaşıb. Bakı və Gəncə ətrafındakı istixanalarda xeyli tərəvəz yetişdirilir. Son illər Ağdaşda kələm sahələri genişləndirilmişdir.

Bostançılıq

Azərbaycanın Aran, Abşeron və Lənkəran zonalarında daha yaxşı inkişaf edib. Kürdəmir öz yemişi, Sabirabad və Zirə isə öz qarpızı ilə məşhurdur.
Kartofçuluq dəmyə şəraitində Azərbaycanın Gədəbəy, Tovuz, Şəmkir, qismən də Daşkəsən, Xanlar və Qusar rayonlarında becərilir. Yerli kartof əhalinin tələbatını ödəmədiyindən xaricdən kartof alınır.
Bağçılıq (meyvəçilik) Azərbaycanın kənd təsərrüfatı-nın ixtisaslaşmış sahələrindəndir. Azərbaycanda tumlu meyvələr üzrə Quba-Xaçmaz, qərzəxli meyvələr (şabalıd, qoz, fındıq) üzrə Zaqatala-Şəki, çəyirdəkli (ərik, şaftalı) meyvələr üzrə Naxçıvan Muxtar Respublikası (MR), quru subtropik meyvələr (nar, heyva) üzrə Kür-Araz, sitrus meyvələr (naringi, portağal, feyxoa, limon) üzrə Lənkəran, Cənub bitkiləri (əncir, zeytun, püstə, badam və s.) üzrə Abşeron yarımadası ixtisaslaşıb. Azərbaycanın ənciri meyvəçilik rayonu Qubadır. Istehsal olunan meyvənin 2/3 -ni Quba-Xaçmaz, 15%-ni isə Şəki-Zaqatala və Dağlıq Şirvan iqtisadi rayonları verir. Qərzəxli meyvələrin istehsalının 95%-ni Şəki-Zaqatala iqtisadi rayonunda cəmləşib. Kür-Araz və Yuxarı Qarabağda çoxlu tut ağacı var.

Heyvandarlıq

Heyvandarlıq Azərbaycanda kənd təsərrüfatının ən mühüm sahəsi olsa da, əhalinin ət, süd, yumurta məhsullarına olan tələbatının yalnız yarıya qədərini ödəyir. Otlaqların geniş yayılması və əkinə yararlı torpaqların azlığı Azərbaycanın dağlıq ərazilərində heyvandarlığın əkinçiliyə nisbətən daha yaxşı inkişaf etməsinə səbəb olmuşdur. Heyvandarlıq Azərbaycanın dağlıq yerlərində xüsusilə Dağlıq Şirvan və Kəlbəcər-Laçın iqtisadi rayonlarında daha yaxşı inkişaf etmişdir.

Maldarlıq — Azərbaycanda istehsal olunan heyvandarlıq məhsulunun ümumi dəyərinin yarıdan çoxunu, ət istehsalının 45%-ni verir. Maldarlıqda əsas yeri qaramal tutur. Azərbaycanın Aran və Şəki-Zaqatala zonasında camışçılıq, Lerik və Yardımlı rayonlarında isə ətlik-südlük zebu heyvanı saxlanılır. Azərbaycanın bütün rayonlarında maldarlıq inkişaf edib. Azərbaycanda mal-qaranın 70%-ni inək və camışlar təşkil edir.

Qoyunçuluq Azərbaycanın dağlıq və dağətəyi zonasında inkişaf edib. Azərbaycanda dağ merinosu, Qala, Qarabağ, Balbas qoyun cinsləri bəslənilir. Qoyunların ətindən, dərisindən və yunundan istifadə olunur. Qoyunların sayının tez artması, az əmək tutumlu olması, yemə az tələbatı — qoyunçuluğun Azərbaycanda əhalinin ətə olan tələbatını daha tez ödəmək üçün sərfəli olan heyvandarlıq sahəsinə çevirmişdir. Azərbaycanda qoyunçuluğun inkişafı üçün kifayət qədər təbii yem bazası, yaylaq və qışlaqlar mövcuddur. Son illərdə yaylaqların çoxunun işğal olunması Azərbaycanda qoyunçuluğun inkişafına mane olur.

Quşçuluq — əhalinin quş əti və yumurtaya olan tələbatını ödəyir. Ən iri quşçuluq kompleksləri Bakı, Gəncə və Naxçıvan kimi iri şəhərlərdə yerləşib. Azərbaycanda yem bazasının zəifliyi quşçuluğun inkişafına mane olur.

Baramaçılıq — Şəki-Zaqatala, Kür-Araz, Yuxarı Qarabağ və Naxçıvanın düzən və dağətəyi zonalarında inkişaf edib.

Arıçılıq — Azərbaycanın dağətəyi və dağlıq rayonlarındakı subalp və alp çəmənlərində inkişaf edib.
Azərbaycanda ixtisaslaşma dərəcəsinə görə bir-birindən fərqlənən 3 qrup kənd təsərrüfatı rayonu var:

1. Suvarılan kənd təsərrüfatı rayonları (Kür-Araz, Lənkəran, Samur-Dəvəçi ovalıqları, Naxçıvanın Arazboyu düzənlikləri);
2. Dəmyə kənd təsərrüfatı rayonları (dağətəyi və orta dağlıq əraziləri);
3. Otlaq və heyvandarlıq rayonlar.
Azərbaycanda kənd təsərrüfatında hələ ixtisaslaşmamış sahələri isə baramaçılıq, arıçılıq, çəltikçilik və sairədir.
Ölkə təssrüfatının tam ixtisaslaşmış sahələri-pambıqçılıq, meyvəçilik, üzümçülük, tərəvəzçilik, tütünçülükdür.

Pambıqçılıq
Pambıq Azərbaycanın ən çox gəlir gətirən, strateji bitkisi olub, həm yüngül, həm də yeyinti sənayesi üçün xammaldır. Qafqazda, xüsusilə Azərbaycanda pambıq Qədim Şərq ölkələri, əsasən İran vasitəsilə yayılmışdır. Mingəçevirdə arxeoloji qazıntılar zamanı V-VI əsrlərə aid yanmış pambıq kələfləri və çiyidi tapılmışdır. Bərdə, Naxçıvan, Beyləqan, Gəncə, Şəmkir və sair kimi şəhərlərdə pambıqdan parça hazırlanıb xaricə ixrac edilməsi, XV əsrdə Şamaxıdan Rusiyaya pambıq mallar da aparıldığı göstərilir.
Pambıq Kür-Araz ovalığının boz, boz-qonur və boz-çəmən torpaqlarında əkilir. Azərbaycanda pambıq parça istehsal edən müəssisələr az olduğundan pambığın çox hissəsini xaricə göndərilir. Xammal istehsalı bu ərazidə yerləşdiyindən Azərbaycanın bütün pambıqtəmizləmə zavodları Kür-Araz zonasında yerləşir.
Bu gün ümumilikdə, ölkə üzrə pambıq tədarükü 2009-cu ildə 31,9 min ton, 2010-cu ildə 37,3 min tona çatıb. 2009-cu ildə 21 min hektar olan pambıq əkini sahələri, 2010-cu ildə 30 min hektara çatıb. Bu il isə 41 min hektar pambıq sahələri üzrə müqavilələr imzalanmışdır.

Taxılçılıq
Kənd təsərrüfatı bitkiləri arasında taxıl (buğda, qarğıdalı, çəltik, arpa və s.) istehsalı birinci yer tutur. Bu sahə Azərbaycanın ən qədim bitkiçilik sahəsidir. Azərbaycanın dağlıq və dağ ətəyi rayonlarında dəmyə, aran rayonlarında isə suvarılan taxılçılıq inkişaf etmişdir.
Azərbaycanda sarıbuğda, gurgəni, qaraqılçıq, xırdabuğda, gülüsər, kərə, Qarabağ buğdası, ağ buğda, səkiləbuğda, qaragiləbuğda topbaşbuğda, ağ arpa, qara arpa, şeşəri arpa, qılıcı arpa növləri əkilib becərilir.
Taxıl əkini sahəsinin üçdə birini tutan arpa bitkisi buğda əkin sahələri ilə üst-üstə düşür. Qarğıdalı əkin sahələri isə Şəki-Zaqatala zonasında üstünlük təşkil edir. Son illərdə Azərbaycanda — Lənkəran və Şəki-Zaqatala bölgələrində çəltikçilik (düyü) inkişaf edib.
Hazırda ölkədə əkinəyararlı torpaqların 60 %-də dənli taxıl bitkiləri əkilib. Məqsəd ölkənin taxıla olan tələbatını ödəmək, eyni zamanda çörəyin qiymətinin artmasının qarşısını almaqdır. Bu məqsədlə 2010-cu illə müqayisədə 2011-ci ildə 6 min hektardan artıq sahədə dənli taxıl bitkiləri əkilib.

Üzümçülük
Azərbaycanda üzümçülük hələ qədim zamanlardan bəri kənd təsərrüfatı sahələri arasında xüsusi çəkiyə malik olmaqla geniş sənaye xarakteri daşımışdır. Bu gün də ölkə iqtisadiyyatının yüksəldilməsi nöqteyi-nəzərindən üzümçülük prioritet sahələrdən biri sayılır.
Son 2 ildə Xanlar, Samux, Tovuz, Qəbələ, Yevlax və başqa rayonlarda geniş sahələrdə plantasiyalar salınıb. Xarici ölkələrdən mütəxəssislər dəvət olunub. İndi respublikanın müxtəlif bölgələrində Fransa, Italiya, Ispaniya, Iran, Gürcüstan, Moldova, Ukrayna, Özbəkistan və s. ölkələrdən gətirilmiş 70-dən artıq yüksək üzüm sortu əkilir.

Tütünçülük
Tütün iqtisadi əhəmiyyətinə görə Azərbaycanın ikinci texniki bitki sayılır.
Vaxtilə ölkə üzrə istehsal olunan tütünün təxminən 50 faizi Zaqatala və Qax rayonlarının payına düşürdü. Son illər bu sahəyə diqqətin atrması tütünçülüyün bərpasına və inkişafına səbəb olub. Keçmiş tütünçülər hazırda fermer təsərrüfatları yaratmağa böyük maraq göstərirlər. Hesablamalara görə, hazırda yüzə yaxın fermerin, bütövlükdə isə 3 min nəfərin əsas gəlir mənbəyi tütünçülükdür.
Azərbaycanda «Samsun», «Trabzon» və «İtiyarpaq» kimi qiymətli tütün növləri əkilir.
2010-cu ildə tütün istehsalı 3243 ton təşkil etmişdir. 2009-cu illə müqayisədə ötən il 634 ton tütün yarpağı məhsulu çox istehsal olunmuşdur.

Bağçılıq (meyvəçilik) və tərəvəzçilik (bostançılıq)
Azərbaycanın kənd təsərrüfatını ixtisaslaşmış sahələrindəndir. Azərbaycanda tumlu meyvələr üzrə Quba-Xaçmaz, qərzəxli meyvələr (şabalıd, qoz, fındıq) üzrə Zaqatala-Şəki, çəyirdəkli (ərik, şaftalı) meyvələr üzrə Naxçıvan MR, quru subtropik meyvələr (nar, heyva) üzrə Kür-Araz, sitrus meyvələr (naringi, portağal, feyxoa, limon) üzrə Lənkəran, Cənub bitkiləri (əncir, zeytun, püstə, badam və s.) üzrə Abşeron yarımadası ixtisaslaşmışdır. Azərbaycanın ən iri meyvəçilik rayonu Qubadır. İstehsal olunan meyvənin 2/3 -ni Quba-Xaçmaz, 15%-ni isə Şəki-Zaqatala və Dağlıq Şirvan iqtisadi rayonları verir. Qərzəxli meyvələrin istehsalının 95%-ni Şəki-Zaqatala iqtisadi rayonunda cəmləşib. Kür-Araz və Yuxarı Qarabağda çoxlu tut ağacı var.
Tərəvəzçilik üzrə Xaçmaz, Lənkəran, qismən isə Aran və Abşeron rayonları ixtisaslaşmışdır. Xaçmaz zonası gecyetişən, Lənkəran zonası isə faraş (tezyetişən) tərəvəzçilik üzrə ixtisaslaşıb. Bakı və Gəncə ətrafındakı istixanalarda xeyli tərəvəz yetişdirilir. Son illər Ağdaşda kələm sahələri genişləndirilib.
Bostançılıq Azərbaycanın Aran, Abşeron və Lənkəran zonalarında daha yaxşı inkişaf edib. Kürdəmir öz yemişi, Sabirabad və Zirə isə öz qarpızı ilə məşhurdur.

Meyvəçiliyin mövcud vəziyyəti və gələcək prespektivləri

Meyvəçilik Azərbaycanın aqrar iqtisadiyyatının mühüm tərkib hissəsidir. Dünya əhalisinin sürətlə artdığı, qlobal iqlim dəyişikliyinin intensivləşdiyi hazırkı dövrdə dövlətin effektiv fəaliyyət göstərən aqrar sektora ehtiyacı daha qabarıq hiss olunur. Effektiv aqrar sektor, iqtisadiyyatın az resurslar sərf etməklə daha yüksək kənd təsərrüfatı məhsulları istehsalına nail olmağı nəzərdə tutur. Bu mənada beynəlxalq təcrübədə eyni təbii və iqtisadi şəraitə malik olan müxtəlif ölkələrin kənd təsərrüfatında məhsuldarlığın aşağı, yaxud yüksək olması həmin ölkələrin aqrar siyasətinin nə dərcədə effektiv olduğunu göstərir. Müstəqillik qazanmış respublikamızın aqrar iqtisadiyyatı yeni texnologiyaların tətbiqi ilə daim inkişaf etdirilir. Müstəqil Azərbaycan Respublikasının memarı və yaradıcısı, xalqımızın ümumilli lideri Heydər Əliyevin bu sahənin inkişafında çox böyük xidmətləri olub. O, dövlət müstəqilliyi dövründə Azərbaycan Respublikasının aqrar sahəsinin inkişaf modelini qurub, onun layiqli davamçısı cənab İlham Əliyev isə bu sahənin inkişaf strategiyasını müəyyənləşdirib və hazırda uğurla həyata keçirir. Aqrar sahədə aparılan islahatların dərinləşdirilməsi, məhsuldarlığın artırılması, kənd təsərrüfatının texniki təminatının daha da yaxşılaşdırılması və digər tədbirlər nəticəsində daha böyük ixrac potensialının yaradılması, kənd təsərrüfatının inkişafının müsbət demoqrafik dinamika ilə uzlaşdırılması barədə konkret tapşırıqlar verilib. Respublikamızın dayanıqlı inkişafının təmin olunmasında, sösüz ki, ölkədə yaradılmış siyasi sabitliklə yanaşı, qeyri-neft sektorunun inkişafı ixracyönümlü məhsulların istehsalı, idxaldan aslılığın azaldılması prioritet istiqamətlərdəndit.

Son illərdə respublikamızda kənd təsərrüfatının əksər sahələri kimi meyvəçilik sahəsində də inkişaf nəzərə çarpır. Həmçinin müxtəlif meyvəçilik sahələrinin inkişafı üçün dövlət proqramları hazırlanıb və icra edilir. Buna sitrus, qərzəkli meyvə bitkiləri, üzüm və s. meyvəçilik sahələrinin inkişafı üzrə dövlət proqramlarına aid etmək olar.

Ölkə başçısının 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” meyvəçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə etməklə kənd əhalisinin bu sahəyə marağının artırılmasına, eyni zamanda sosial rifahının daha da yaxşılaşdırılmasına təkan vermiş və Strateji Yol Xəritəsinin hədəflərinə uyğun olaraq “Azərbaycan Respublikasında meyvəçiliyin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Praqramı” layihəsi işlənib hazırlanmışdır. Dövlət Proqramının icrası nəticəsində meyvə bağlarının ümumi istehsalı, əkin sahəsi və ixracının artması, eləcə də regionların meyvə növləri üzrə ixtisaslaşmasının dərinləşməsi gözlənir.

Meyvəçiliyin çox yüksək ixrac potensialı var. Misal üçün, əgər proqramın icrası nəticəsində 20 min hektar nar bağı, 10 min hektar alma bağı, 10 min hektar xurma bağı, 5 min hektar gilas bağı, 5 min hektar armud bağı və min hektar ərik bağı salınarsa, o zaman Azərbaycanın hazırda 293 milyon ABŞ dolları dəyərində olan meyvə ixracı 10 il ərzində 1,14 milyard ABŞ dollarına çata bilər.

Hazırda dünyada meyvə bağlarının ümumi sahəsi 90 milyon hektara yaxın olub, əkin sahəsinin 6%-ni təşkil edir. Müasir meyvəçiliyin inkişafı, onun cins və sort tərkibi bazarla üzvi əlaqədardır. Vaxtilə ABŞ-da alma bitkisi əsas rol oynadığından bağların çox sahəsində alma sortlarını becərirdilər və məhsulun əsas hissəsini alma təşkil edirdi. Son zamanlar alma bağlarının sahəsi xeyli azaldılaraq, onların yerində sitrus bağları yaradılır. Müasir meyvəçilik intensiv yolla inkişaf etdirilir, qida sahəsi az verilir, adi intensiv bağların her hektarında 600-800 ağac, yüksək intensiv bağların hər hektarında 1800-2000 ağac, superintensiv bağların her hektarında 5000-10000 ağac, ultra superintensiv bağlarda 50-120 min ədəd ağac əkilir. Bu bağlarada sahə vahidindən 40-80 ton və daha keyfiyyətli məhsul yığılır.

Bağların məhsuldarlığının yüksəldilməsində sort həll edici əhəmiyyət kəsb edir. Bu səbəbdən də bağlarda becəriləcək sortların miqdarı xeyli məhdudlaşdırılmış, tez məhsula düşən, artıq və keyfiyyətli məhsul verən sortların sahələri genişləndirilmişdir. Hektardan orta hesabla 20 tondan az məhsul verən sortların becərilməsi tövsiyə edilmir.

Qədim və zəngin tarixə malik Azərbaycan torpağı bir çox meyvə bitkilərinin ilk və təkrar forma əmələgəlmə mərkəzi hesab olunur. Burada çox qədim tarixə malik çoxsaylı yerli alma, armud, heyva, əzgil, innab, ərik, şaftalı, gavalı, alça, qoz, fındıq, badam, püstə, üzüm sortları ilə yanaşı, introduksiya olunmuş cins və sortlar, da becərilir. Hələ 1930-cu illərdə akademik Paşkeviçin məlumatına görə, respublikamızın təkcə Quba-Xaçmaz bölgəsində 280 müxtəlif meyvə sortlarının olduğu qeyd edilmişdir. 1980-ci ilə qədər bölgənin dağətəyi qurşaqlarında( dəniz səviyyəsindən 600-1000 m) 10-a qədər alma, 40-a qədər armud, 5-ə qədər ggilas sortları mövcud idi. Bunlar əsasən maili yamaclarda, təxminən 15×12 m, 14×13 m sxemlərinə uyğun, 1910-1930-cu və ondan əvvəlki illərdə əkilirdi.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1976-1980-ci illərdə respublikada meyvəçilik daha intensiv əsaslarla inkişaf etdrilmiş və 20 min hektara qədər yeni alma və armud bağları salınmışdı. Bu zaman respublikaya 30-a qədər Avropa və Amerika mənşəli meyvə sortları gətirildi.

Azərbaycanda meyvəçiliyin intensivləşdirilməsində Quba Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin 2003-2007-ci illərdə Fransanın Luaret Kənd Təsərrüfatı Palatası ilə həyata keçirdiyi “Frazer” ( Fransa-Azərbaycan) layihəsi mühüm rol oynadı. Layihə çərçivəsində respublikaya yeni mütərəqqi bağsalma və suvarma texnologiyaları, müasir bazar tələblərinə cavab verən meyvə sortları və vegetativ calaqaltıları gətrildi. Bu texnologiya və sortlar üzrə respublikamızda salınmış meyvə bağlarının ümumi sahəsi 3000 hektara yaxındır.

Azərbaycan Dövlət Statistika Komitəsinin verdiyi məlumata əsasən, son 10 ildə meyvə və giləmeyvə istehsalı təxminən 40% artıb. Bu illər ərzində meyvə bağlarının ümumi sahəsi 113,3 min ha-dan 185,1 min ha-a qədər, yəni 60% artıb. Bar verən meyvə bağlarının sahəsi isə 93 min ha-dan, 137,2 min ha-a qədər, başqa sözlə, 48% artıb. Bu artım, təbii olaraq, istehsalda da ciddi artıma səbəb olub.

Meyvə və giləmeyvə bitkilərinin 2017-ci il üzrə ümumi istehsalı 946,4 min ton olub. Bunlardan alma (29,1%), nar (16,6%), xurma (15,6%), armud (5,3%), fındıq (4,8%) və gilas (3,8%) xüsusi çəkiyə malikdir.

Ümumi meyvələrin məhsuldarlığı son 10 ildə təxminən 5,2% aşağı düşüb (72,1 sent/ha-dan 68,4 sent/ha-a). Məhsuldarlığın aşağı düşməsi istehsalda xüsusi çəkisi olan nar və xurma kimi subtropik meyvə bitkilərini də əhatə edir. Son illər ərzində ən yuxarı məhsuldarlıq 2013-cü ildə qeydə alınıb (74,6 sent/ha).

Cari meyvə ticarətinə nəzər saldıqda ixracın dəyər olaraq idxaldan təxminən 3,9 dəfə çox olduğunu görürürk. Belə ki, 2017-ci ildə 75 milyon 251,5 min ABŞ dolları dəyərində meyvə idxalı olduğu halda, ixracımız 292 milyon 736.7 min ABŞ dollar həcmində olub. Miqdar olaraq 80 min 67 ton meyvə idxalı və 261 min 636 ton meyvə ixrac olunub. İxrac məhsulları içərisində əsas yeri fındıq, xurma, alma, albalı, nar və gilas, idxal məhsullarında isə banan, sitrus meyvələri, təmizlənmiş qoz və quru meyvələr tutur.

Respublikamızın meyvəçilik sektorunda mövcud vəziyyət haqqında belə qənaətə gəlmək olar:
-Azərbaycan coğrafi mövqeyinə görə ən böyük idxal bazarlarına yaxındır.

– İstehsal ənənəvi yolla aparılmaqla yanaşı, son illərdə klon calaqaltıları üstündə bağ salma layihələri həyata keçrilir.

– Meyvə istehsalında əsasən ənənəvi sortlara üstünlük verilir. Azərbaycanda meyvə istehsalı üçün emal və paketləmə, deploma bazası yetərsizdir.

– Daşıma uyğun olmayan nəqliyyat ilə həyata keçrilir. Azərbaycanda kənd təsərrüfatına ayrılan dəstək, dövlət büdcəsinin kiçik bir hissəsini təşkil edir.

-İstehsalçı – yayımçı – tədqiqat arasında bilik mübadiləsində axsamalar mövcuddur.

-İstehsalçıların xəstəlik və zərərvericilərə qarşı inteqrir mübarizə tədbirləri, modern becərmə üsulları, calaqaltı sort, budama kimi vacib mövzularda bilikləri azdır.

-Sektorda çox sayda təşkilatların mövcud olmasına baxmayaraq faydaları azdır və bu cür təşkilatlanma ilə gözlənilən fayda əldə etmək mümkün deyil.

-İstehsalçılar bazar təşkilatlanmalarında yer almalarına görə məhsullarını fərdi bazara çıxarırlar. İstehsalçıların bir qismi məhsulu aşağı qiymətə və nisyə satmaqda, istədikləri anda alıcı tapa bilmirlər. -Azərbaycanın torpaq və iqlim şəraiti meyvə istehsalı sahəsində ixracatçı dövlət olmağa tamamilə imkan verir.

-Ölkəmiz dünyanın ən böyük alma idxalçısı olan Rusiya federasiyası ilə həmsərhəddir, mülayim iqlim şəraitində yerləşir və Rusiya bazarlarına çıxış imkanı olduğuna görə bu sahəni genişləndirmək mümkündür.

Azərbaycanda meyvə istehsalını artırmaq və meyvə ixracatı üzrə ölkənin ixracatçı dövlət olması üçün prioritet istiqamətlər aşağıdakilardan ibarətdir:

-Meyvə bağlarının sahəsinin artırılaraq maksimum həddə çatdırılması, bağsalmada superintensiv tipli bağların dəstəklənməsi;
– Mövcud meyvə bağlarının intensivləşdirilməsi, yəni ənənəvi sortların daha intensiv sortlarla əvəz edilməsi və müasir becərmə texnologiyalarının tətbiqi yolu ilə məhsuldarlığın yüksəldilməsi;
– Dağlıq ərazilərdə meyvəçiliyin inkişaf etdirilməsi;
– Müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyaların (torpaq-bitki analizi, keyfiyyəti üzrə laboratoriyalar) təşkili;
-Meyvəçiliyin elmi təminatının yaxşılaşdırılması sahəsində və eyni zamanda seleksiya üzrə MAS metodların tətbiqi, kadr hazırlığı proqramının olması;
-Meyvə istehsalı üçün emal, paketləmə və depolama bazasının gücləndirilməsi;
-Kənd təsərrüfatı məhsullarının xarici bazara çıxışı üçün əlverişli şəraitin yaradılması, ixracın dövlət himayəsinə götürülərək ixrac subsidiyalarının tətbiqi;
-Yeni superintensiv tipli meyvə bağlarının salınması üçün aşağı faizli aqrokreditlərin verilməsi;
-Meyvə bağlarının becərilməsində və məhsul istehsalında istifadə olunan dərman preparatlarının alınmasında mineral gübrələrdə olduğu kimi güzəştli şərtlərin tətbiq edilməsi.

İlham Qurbanov

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitunun direktoru

Comments are closed, but trackbacks and pingbacks are open.