Məhkəmədə Cahangir Hacıyevin vəkili müdafiə çıxışı edib
APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərin vəkilləri vəsatətlə çıxış ediblər.
Məhkəmə çıxışı
Kateqoriyalar
Özəl
Layihələr
- Seçki 2020
- Ramazan
- Video Xəbərlər
- Qurban Bayramı
- Beynəlxalq Media Forumu
- DÇ-2018
- Türkiyə Prezident Seçkiləri 2018
- Seçkilər 2018
- #Cümhuriyyətüçünyaz
- Formula 1 / Bakı 2017
- Simpozium 2017
- İslam Həmrəyliyi Oyunları
- Referendum
- 15 Temmuz Milletin İradesi
Struktur
- Haqqında
- Şərifzadə küç., 168A, II Bina, m.1, Bakı, Azərbaycan
- +99412 432 12 22
- +99455 681 11 82
- [email protected]
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
Ana Səhifə Cəmiyyət Ölkədən çıxışınıza STOP qoyulub? – Buradan dəqiqləşdirin
!Reklam – Arxiv
Yeni Çağ Media Qrupu – İyul 24, 2017 – 18:10
!Reklam – Yazi
Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib.
DİN-in mətbuat xidmətindən Yenicag.az-ya verilən məlumata görə, müraciətdə bildirilir ki, son vaxtlar vətəndaşlardan mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu şəxs kimi axtarışda, habelə sərhəd keçməyə məhdudiyyət siyahılarında adlarının olub-olmaması barədə məlumatları əldə etmək üçün nazirliyə müraciətlər daxil olur: “Xatırladaq ki, bir müddət əvvəl mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu şəxslərin axtarışının mərkəzləşdirilmiş uçotları ilə bağlı fəaliyyətin yaxşılaşdırılması və vətəndaş məmnunluğunun təmini məqsədi ilə DİN-in rəsmi veb saytında (www.mia.gov.az) yeni informasiya resursu yaradılıb. İyun ayından etibarən istifadəyə verilmiş interaktiv pəncərə vasitəsi ilə vətəndaşlar mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu şəxs kimi axtarışda, habelə sərhədkeçməyə məhdudiyyət siyahılarında adlarının olub-olmaması barədə məlumatları əldə edə bilərlər”. Qeyd olunub ki, bunun üçün DİN-in mia.gov.az (http://mia.gov.az/?//content/liability) saytına daxil olmaqla, qeyd edilən elektron xidməti (Ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış borclular barədə məlumatlar) seçərək pəncərələrdəki müvafiq şəxsi məlumatları doldurub təsdiq etməklə lazımi informasiyanı ala bilərlər. Yenicag.az
www.yenicag.az
- ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
- iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
- Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Məhkəmədə Cahangir Hacıyevin vəkili müdafiə çıxışı edib
Məhkəmədə Cahangir Hacıyevin vəkili müdafiə çıxışı edib Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
26 Avqust , 2019 17:28
https://static.report.az/photo/bb87eab8-4142-4f86-98bb-ff57fc5083d0.jpg
Bakı Ağır Cinayətlər Məhkəməsi ndə mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib. “Report”un xəbərinə görə, görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Cahangir Hacıyevin vəkili Aqil Layicov çıxış edib. O, irəli sürülən ittihamların əsassız olduğunu deyib və ədalətli qərar çıxarılmasını istəyib. C.Hacıyevin digər vəkili Fəxrəddin Mehdiyev çıxış üçün vaxt istəyib. Proses avqustun 29-da davam edəcək. Qeyd edək ki, dövlət ittihamçısı Cahangir Hacıyevin əvvəlki cəzası ilə birlikdə qəti olaraq 17 il, sabiq deputat Dünyamin Xəlilovun isə əvvəlki cəzası ilə toplamaqla qəti olaraq 15 il 9 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prokuror təqsirləndirilən şəxslərdən İsmayıl Hidayət-zadəyə isə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini istəyib. Bu işdə adına şirkət açılan və bu yolla da bankdan milyonlarla manatın çıxarılmasına şərait yaradan digər təqsirləndirilənlər Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimov barəsində isə şərti cəza təyin edilməsi istənilib. Rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib. Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə, ümumilikdə, 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasına, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmənin qərarı ilə İ.Hidayət-zadənin cəzası 5 ilə endirilib.
Məhkəmə çıxışı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.
APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərin vəkilləri vəsatətlə çıxış ediblər.
C. Hacıyevin vəkili Fəxrəddin Mehdiyev cinayət işinə xitam verilməsi və ya həbsin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətlə çıxış edib. O, təqsirləndirilən şəxslərin şüşə kabinədən çıxarılaraq müdafiəçilərin yanında əyləşməsi, maliyyə naziri Samir Şərifovun məhkəməyə çağırılaraq dindirilməsi ilə bağlı vəsatətlər qaldırıb.
Cahangir Hacıyev prosesdə çıxış edib.
O, vəkillərin vəsatətlərinin təmin olunmasını istəyib. C. Hacıyev özünü təqsirli bilmədiyini deyib: “Mən hüquqşünas deyiləm, 2001-ci ildən Beynəlxalq Bankın İdarə Heyətinin sədri olmuşam. Cinayət işi açılanda mən xaricdəydim, ancaq zəng edib məlumat verən kimi, ölkəyə gəldim. Nə vaxt istintaqa dəvət ediblərsə, getmişəm və 11 dəfə istintaqa ifadə vermişəm. Ötən ilin dekabrında həbs qərarı çıxarıldı. 38 gün qanunsuz saxlanılmışam. Mənim bir günahım olsaydı, vətənə qayıtmazdım. Digər təqsirləndirilən şəxslərlə birlikdə çalışmışıq və işimizdə də heç bir problem olmayıb. İstintaq düzgün aparılmayıb. Çünki 49 fiziki şəxsə kreditin verilməsi ilə bağlı ittiham aktında məlumat yer alıb. Kreditlərin hansı sahə üzrə ayrılması, necə ödənilməsi barədə sənədlər bizim tərəfimizdən təqdim edilib. Bu işdə mənimsəmə olduğu deyilir. Ancaq pulu götürən şəxslərin heç biri pulu kimə verdiyini demir. Beynəlxalq Bankın audit komissiyasının üzvləri Maliyyə Nazirliyinin işçiləri idi. Onlar bankda oturub bütün qərarlara qol çəkirdilər. Audit komissiyasında, maliyyə şurasında, bankın İdarə Heyətində olan şəxslərlə bağlı heç bir hal ittiham aktında qeydə alınmayıb. Samir Şərifov özü bu işə cəlb olunmalı və ifadə verməlidir. Hətta özü, burada mənim yanımda əyləşməlidir. Bəzi kreditlərin ödənilmədiyi deyilir, lakin onların hələ ödəniş vaxtı başa çatmayıb. İndi hamının krediti var. Ölkədə 2 milyon insanın kredit borcu olduğu bilinir. Onda bank sistemini ləğv edib, kredit verənləri tutmaq lazımdır”.
Dövlət ittihamçısı vəsatətlərin təmin olunmamasını istəyib və bildirib ki, sübutların tədqiq edilmədən əməldə cinayət tərkibinin olmadığını demək yanlışdır.
Proses fasilədən sonra davam etdiriləcək.
Qeyd edək ki, C. Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın Mərkəzi filialın müdiri işləmiş İlqar Abduallayev, “İnter Security MMC-nin direktoru işləmiş İbrahim Hüseynov, Mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda AFB Bankın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.
Comments are closed, but trackbacks and pingbacks are open.