Məhkəmə qərarlarının icrası haqqında qanun
Ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi, məhkəmələrin cəmiyyətdəki yüksək statusunun qorunması, eləcə də insan hüquq və azadlıqlarının etibarlı təminatı baxımından məhkəmə qərarlarının icrası diqqətdə saxlanılmış, 1999� cu il 28 dekabr tarixdə �M əhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında� qanunun qəbulu bu istiqamətdə mühüm addım olmuşdur . Qanunun qüvvəyə minməsi ilə bağlı əvvəllər məhkəmə qərarlarının icrası ilə məşğul olmuş ədliyyə polis qurumları ləğv olunmuş , məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları xidməti yaradılmışdır. Məhkəmə qərarlarının, cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların, habelə digər aidiyyəti orqanların aktlarının icrasını həyata keçirən bu xidmətin fəaliyyəti üçün qısa müddətdə bütün zəruri tədbirl ər görülmüşdür .
Məhkəmə qərarlarının icrası haqqında qanun
Hüquqi dövlətdə məhkəmə qərarlarının icrası necə təmin olunmalıdır?
13:14 17-12-2015
KRİMİNAL
Qəbul olunmuş qərarın ədalətli olması nə qədər vacibdirsə, həmin qərarın icrası da bir o qədər əhəmiyyət kəsb edən məsələdir. Qərar ədalətli olsa belə, icra olunmamış qalırsa, bu qanunun işləməməsi, vətəndaşın hüququnun bərpa olunmaması anlamına gəlir. Məhz bu səbəbdən də, hüquqi dövlətlərdə məhkəmə qərarlarının ədalətli qəbulu ilə yanaşı həmin qərarların icrasına önəm verilir.
Əgər məhkəmənin qəbul etdiyi qərar ədalətlidirsə və bu ədalətli qərar icra olunubsa, bu zaman hüququ pozulmuş şəxsin haqqı tam bərpa olunmuş sayılır. Ona görə də, hüquqi dövlətlərdə, icra prosesinə diqqət yetirilir, qanunvericilikdə bununla bağlı islahatlar aparılır. Azərbaycanda da “İcra haqqında” qanun qəbul olunub. Bu Qanun Azərbaycan Respublikası məhkəmələrinin, beynəlxalq arbitrajların və münsiflər məhkəmələrinin, xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının mülki və iqtisadi mübahisələrə dair işlər üzrə qərarlarının, cinayət işləri üzrə hökmlərinin və qərarlarının əmlakın alınmasına dair hissəsinin, habelə məhkəmə əmrlərinin icrasını təmin edir. Eləcə də qanunla inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların qərarlarının, alimentlərin ödənilməsi barədə notariat qaydasında təsdiq edilmiş sazişlərin, notariat orqanlarının icra qeydlərinin, məişət zorakılığı ilə bağlı işlərə baxmaq səlahiyyəti olan orqanlar tərəfindən verilən qısamüddətli mühafizə orderlərinin və qanunla nəzərdə tutulmuş hallarda digər orqanların qərarlarının məcburi icrası qaydalarını və şərtlərini müəyyən edir.
Hüquqşunas Zülfiyyə Bayramova deyir ki, “İcra haqqında” qanun Konstitusiyadan “İcra məmurları haqqında” qanundan, Mülki Prosessual Məcəllədən və digər qanunvericilik aktlarından ibarətdir. Həmsöhbətimiz deyir ki, bu qanunun ilk maddəsi də məhz icra qanunvericiliyinin prinsiplərinə həsr olunub. Onun sözlərinə görə, icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. İcra məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri isə ölkə qanunvericiliyi ilə müəyyən edilir. Z. Bayramovanın sözlərinə görə, qanunun 3-cü maddəsi icra məmurunun tələblərinin məcburiliyinə həsr olunub: ” Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri ölkə ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycanın qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Bu Qanunla nəzərdə tutulmuş hallarda məhkəmə və digər orqanların qərarlarının pul vəsaitlərinin tutulmasına dair tələbləri vergi orqanları, bank və digər kredit təşkilatları tərəfindən icra olunur. Azərbaycanın qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda məhkəmə və digər orqanların qərarlarının tələbləri başqa orqanlar, vəzifəli şəxslər, habelə hüquqi və fiziki şəxslər tərəfindən də icra oluna bilər. Bu qanunun 4.1-ci və 4.2-ci maddələrində göstərilən orqanlar, təşkilatlar, habelə şəxslər məcburi icra orqanları sayılmır. İnzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktlar o cümlədən inzibati şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən ölkəmizin müvafiq qanunu ilə müəyyən olunmuş qaydada icra edilir”.
Hüquqşunas deyir ki, 5-ci maddədə banklar və digər kredit təşkilatları tərəfindən icra hərəkətlərinin təmin edilməsi məsələsi öz əksini tapıb. Belə ki, bankda və ya digər kredit təşkilatında borclunun hesablarının və həmin hesablarda pul vəsaitlərinin olması barədə məlumatı olan icra məmuru, məhkəmə və digər orqanların qərarlarının pul vəsaitlərinin tutulmasına dair tələblərinin göstərildiyi icra sənədinin icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş surətini bilavasitə banka və ya digər kredit təşkilatına göndərir.Borclunun hesablarına xidmət edən bank və ya digər kredit təşkilatı icra məmurundan icra sənədini aldığı vaxtdan yeddi gün müddətində icra sənədinin pul vəsaitlərinin tutulmasına dair tələblərini icra edir yaxud borclunun hesablarında tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli pul vəsaitləri olmadığından, həmin tələblərin tamamilə və ya qismən icra edilməməsi barədə icra sənədində qeyd yazır. Bu Qanunun 5.2-ci maddəsində göstərilən tələblərə əməl etməyən bank və ya digər kredit təşkilatı icra məmurunun inzibati xəta haqqında protokoluna əsasən müvafiq məhkəmə tərəfindən ölkə qanunvericiliyi ilə müəyyən edilmiş qaydada inzibati məsuliyyətə cəlb olunur”.
Qanunun 8-ci maddəsində icra sənədləri üzrə icraata başlanılmasından bəhs olunur. Bu maddədə qeyd olunur ki, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir.İcraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir.Əmlak tələbləri üzrə icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru borclunun əmlakını siyahıya alır və bu barədə icraata başlamaq haqqında qərarda müvafiq qeyd aparır.Tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər.
İcra hərəkətlərinin həyata keçirilməsi məsələsi zaman-zaman mübahisə mövzusu olub. Elə qərarlar var ki, illərdir icra olunmamış qalmaqdadır. Hüquqşunas deyir ki, bu qanunun 11-ci maddəsində öz əksini tapıb: “İcra hərəkətləri saat 8-dən tez və saat 22-dən gec olmamaqla, iş günlərində həyata keçirilir. İcra hərəkətlərinin həyata keçirilməsinin dəqiq vaxtını icra məmuru müəyyən edir. İcraatda iştirak edən tərəflər icra hərəkətlərinin həyata keçirilməsi vaxtı ilə bağlı təklif verə bilərlər. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qeyri-iş günlərində icra hərəkətlərinin həyata keçirilməsinə yalnız təxirəsalınmaz hallarda və ya borclunun təqsiri üzündən icra hərəkətlərinin həyata keçirilməsi iş günlərində mümkün olmadıqda yol verilir. Saat 22-dən saat 8-dək icra hərəkətlərinin həyata keçirilməsinə yalnız fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə törədən hallarda yol verilir. İcra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri tərəfindən 1 ay müddətinədək uzadıla bilər. İcra sənədləri məhkəmələrin qərarları əsasında verilən icra vərəqələri və məhkəmə əmrləri – bir ay ərzində, iddianın təmin edilməsi ilə bağlı tədbirlərin görülməsi haqqında məhkəmələrin qərardadları əsasında verilən icra vərəqələri – dərhal, notariat orqanlarının icra qeydləri və inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların qərarları – on gün ərzində, beynəlxalq arbitrajların və münsiflər məhkəmələrinin qərarları, xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qərarları əsasında verilən icra vərəqələri – üç il ərzində, qısamüddətli mühafizə orderi dərhal icraya yönəlməlidir”.
Amma hüquqşunas deyir ki, məhkəmə və digər orqanların qərarlarının icrasına möhlət verilməsi məsələsi də bu qanunda var. Yəni, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər: “Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. İcra hərəkətlərinin həyata keçirilməsinə çətinlik yaradan hallar olduqda, icra məmuru tələbkarın və ya borclunun ərizəsinə əsasən icra hərəkətlərini 10 gündən çox olmayan müddətə təxirə də sala bilər. İcra məmuru icra hərəkətlərinin təxirə salınması haqqında qərar qəbul edir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Bu barədə tərəflərə, habelə müvafiq məhkəməyə və ya digər orqana bildiriş göndərilir.. Tərəflər icra hərəkətlərinin təxirə salınması haqqında icra məmurunun qərarından onun surətini aldıqdan sonra 3 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər”.
Məhkəmə qərarlarının icrası haqqında qanun
Məhkəmə qərarlarının icrası prosesi yeni dövrün tələblərinə uyğunlaşdırılır
Müstəqil Azərbaycanın son 20 ildə insan hüquqlarının təminatı sahəsində böyük nailiyyətlərə imza atması sistemli şəkildə həyata keçirilən məhkəmə�hüquq islahatlarının ölkənin sosial � iqtisadi inkişaf dinamikası, cəmiyyətin demokratik şüur səviyyəsi ilə uzlaşdırılmas ı nəticəsində mümkün olmuşdur . Ümummilli lider Heydər Əliyev 1993� cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra respublikada qanunun aliliyinin təmin olunmasını, vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasını başlıca fəaliyy ət prinsiplərindən biri elan etmiş , bu ali məqsədlərin gerçəkləşdirilməsinə yönəlmiş çoxşaxəli tədbirlərin həyata keçirilməsini diqqət mərkəzində saxlamışdır.
İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki , hər bir ölkədə aparılan hüquqi islahatların səmərəli nəticələr verməsi həm də ədliyyə sisteminin fəaliyyətinin müasirləşdirilməsindən və çevik mexanizmlər üzərində qurulmasından asılıdır . Ö tən müddətdə ədliyyə sistemində ardıcıl surətdə həyata keçirilən islahatlar nazirliyin fəaliyyətinin daha da təkmilləşdirilməsinə, səmərəliliyinin artırılmasına, icra və əmək intizamının möhkəmləndirilməsinə xidmət etmişdir . Bununla yanaşı, məhkəmələrin müstəqilliyinin təminatına, dövlət adından çıxarılan məhkəmə qərarlarının vaxtında və düzgün icra olunmasına xidmət edən islahatlar yeni dövrün tələblərinə uyğun davam etdirilmişdir .
Möhtərəm Prezident İlham Əliyevin 21 yanvar 2013� cü il tarixli �Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında� sərəncamında deyilir : �Ölkəmizin əsas qanunu Konstitusiyanın qəbul edilməsi, hakimiyyətlərin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazas ı nın beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissəsidir�.
Ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi, məhkəmələrin cəmiyyətdəki yüksək statusunun qorunması, eləcə də insan hüquq və azadlıqlarının etibarlı təminatı baxımından məhkəmə qərarlarının icrası diqqətdə saxlanılmış, 1999� cu il 28 dekabr tarixdə �M əhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında� qanunun qəbulu bu istiqamətdə mühüm addım olmuşdur . Qanunun qüvvəyə minməsi ilə bağlı əvvəllər məhkəmə qərarlarının icrası ilə məşğul olmuş ədliyyə polis qurumları ləğv olunmuş , məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları xidməti yaradılmışdır. Məhkəmə qərarlarının, cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların, habelə digər aidiyyəti orqanların aktlarının icrasını həyata keçirən bu xidmətin fəaliyyəti üçün qısa müddətdə bütün zəruri tədbirl ər görülmüşdür .
2001� ci ildə �Məhkəmə qərarlarının icrası haqqında� qanunun qəbulu məhkəmə qərarlarının məcburi icrası qaydaları və şərtlərini müəyyən etməklə, bu sahədə fəaliyyətin daha səmərəli təşkili istiqamətində mühüm addım olmuşdur . Eyni zamanda 1999� cu il 11 iyun tarixli �Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında� qanunun 7� ci maddəsinə əsasən məhkəmələrin qərarları icra edilmədiyi halda , məhkəmə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada tədbirlər görür .
Məhkəmə qərarlarının icrası prosesinin cəmiyyətin inkişaf tempinə uyğun təkmilləşdirilməsi, bu sahədə çevik və işlək mexanizmlərin tətbiqi son 10 ildə Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzində olmuşdur . Dövlət başçısının rəhbərliyi altında ötən illərdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə aparılmış islahatlar çərçivəsində məhkəmə qərarlarının icrası işi də xeyli yaxşılaşdırılmışdır. Nəticədə vətəndaşların hüquq və qanuni mənafelərinin qorunması sahəsində köklü dəyişikliklərə nail olunmuş , qanunvericilik əsaslı surətdə yenilənmiş, yeni təsirli icra mexanizmləri tətbiq edilməklə icra məmurlarının səlahiyyətləri genişləndirilmiş, xidmətin maddi � texniki bazası möhk əmləndirilmişdir. Dövlət başçısının fərman və sərəncamlarını rəhbər tutan Ədliyyə Nazirliyi ötən illərdə ədalətli məhkəmə hüququnun ayrılmaz tərkib hissəsi olan icra işinin səmərəliliyinin artırılması, icradan yayınma hallarının qarşısının alınmas ı, icra xidmətinin yüksək hazırlıqlı kadrlarla komplektləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirmişdir .
Dövlət başçısı İlham Əliyev ötən illərdə məhkəmələrin cəmiyyətdə yüksək nüfuzunun təmini baxımından onların qəbul etdikləri qərarların icrası prosesinə nəzarətin gücləndirilməsinə xidmət edən bir sıra mühüm fərmanlar, s ərəncamlar da imzalamışdır. Xüsusi vurğulamaq lazımdır ki , 2009� cu il 18 mart ümumxalq səsverməsi ilə Azərbaycan Respublikası Konstitusiyasının 129� cu maddəsinə edilmiş mühüm əlavələrdən biri də məhz məhkəmə qərarlarının icrası ilə bağlı olmuşdur . Həmin əlavəyə əsasən �Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur �. Bu dəyişiklik məhkəmə qərarlarının təsir gücünün və səmərəliliyinin yüksək səviyyədə təminatına, məhkəmə qərarlarının icrası sahəsində nöqsanlaın aradan qaldırılmasına xidmət etmişdir .
Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2007� ci il tarixli fərmanı ilə təsdiq edilmiş �Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya�nın 33� cü bəndinə, habelə bu strategiyanın ədliyyə orqanlarında icrası ilə bağlı Tədbirlər Planının 49� cu bəndinə əsasən məhkəmə qərarlar ının icrasının təkmilləşdirilməsi üçün bu sahədə qanunvericiliyə dəyişiklikləri nəzərdə tutan qanun layihəsi hazırlanmışdır. Bununla əlaqədar Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən �Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında�, �Məhkəmə qərarlarının icrası haqqında� Azərbaycan Respublikası qanunlarına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Cəzaların İcrası Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə� 18 iyun 2010� cu il tarixdə qanun qəbul edilmiş və bu qanunun tətbiqi barədə dövlət başçısı tərəfindən 15 iyul 2010� cu il tarixdə fərman imzalanmışdır . Sözügedən qanunla �Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında� qanunun adı dəyişdirilərək � İcra məmurları haqqında� qanun , �Məhkəmə qərarlarının icrası haqqında� qanun � İcra haqqında� qanun adlan dırılmışdır. Həmçinin icra institutu daha da təkmilləşdirilərək �Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları xidməti� �İcra xidməti� adlandırılmışdır.
Yeni qanunvericiliyə məhkəmə qərarlarının vaxtında və tam icrasına nail olunması, icradan yayınma hallarının qarşısının alınması üzrə fəaliyyətin gücləndirilməsi məqsədi ilə bir sıra mühüm dəyişikliklər edilmişdir. Beynəlxalq standartlara uyğunlaşdırılmış həmin qanuna müvafiq olaraq icra məmurlarının hüquqlarının genişləndirilməsi, borclunun məcburi gətirilməsi, ölkədən getmək hüququnun məhdudlaşdırılması, axtarışının elan edilməsi sahəsində onlara yeni səlahiyyətlərin verilməsi, məhkəmə və digər orqanların qərarlarının icra edilməməsinə görə inzibati və cinayət məsuliyyəti sanksiyalarının sərtləşdirilməsi, habelə dövlət orqanları tərəfindən məhkəmə qərarlarının icrasına dair hər 6 aydan bir ölkə Prezidentinə hesabat verilməsinin nəzərdə tutulması və digər zəruri tədbirlərin müəyyən edilməsi icra işində müsbət keyfiyyət dəyişikliklərinə imkan yaratmışdır.
Qanunun 7�ci və 8�ci maddələrinin yeni redaksiyada verilməsi, icra məmurlarının vəzifələrinin, hüquqlarının daha da təkmilləşdirilməsi icra məmurlarının üzərinə düşən vəzifələri daha yüksək keyfiyyətlə, səmərəli şəkildə həyata keçirməyə imkan verir. Məsələn, qanunun 7�ci maddəsinə əsasən icra məmurları icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görür; icrada iştirak edən tərəflərə və onların nümayəndələrinə icra sənədləri ilə tanış olmağa, onlardan çıxarış etməyə və ya həmin sənədlərin surətini çıxarmağa imkan yaradır; icrada iştirak edən tərəflərin icraya dair ərizə və vəsatətlərinə müəyyən olunmuş müddətdə baxır, müvafiq qərar qəbul edir; onlardan şikayət vermək müddətini və qaydasını izah edir; alimentin məhkəmənin qətnaməsində və ya aliment ödənilməsi barədə sazişdə göstərilən miqdarına uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada borcları müəyyən edir; icra xidməti və ya qurumunun rəhbərinin göstərişlərini yerinə yetirir.
�İcra haqqında� yeni qanuna əsasən icra məmuru icra sənədində göstərilən tələbin könüllü olaraq icra edilməsi üçün borcluya 10 günədək müddət təyin edir. Əvvəlki qanunvericilikdə isə həmin müddət cəmi 5 gün nəzərdə tutulmuşdu. Müddətin uzadılması borcluya icra ilə əlaqədar problemlərinin həllinə imkan yaradır. İcra prosesində yaranan çətinliklərdən biri də icranın məcburi dayandırılması ilə əlaqədar olan hallar idi. Borclu bəzi işlər üzrə məhkəmə qətnaməsi ilə razılaşmadığını və həmin qərardan şikayət verdiyini əsas götürərək icra sənədinin tələblərini yerinə yetirməkdən imtina edirdi. Qanuna edilmiş əlavəyə əsasən �İcraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apelyasiya və kassasiya şikayətləri müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır�. Bu normanın qanuna əlavə edilməsi icra prosesində yarana biləcək əsassız şikayətlərin qarşısını alır.
Qanuna edilmiş mühüm əlavələrdən biri də dəyəri 500 manatdan artıq olmayan daşınar əmlakın icra xidmətinin müəyyən etdiyi ticarət şəbəkəsində müvafiq müqavilə əsasında satıla bilməsidir.
Azərbaycan Respublikası Prezidentinin �Məhkəmə qərarlarının icrası işinin təkmilləşdirilməsi və �Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında�, �Məhkəmə qərarlarının icrası haqqında� Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının Cinayət M ə cəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Cəzaların İcrası Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında� 15 iyul 2010� cu il tarixli , 303 nömrəli fərmanının 2� ci bəndi ilə Ədliyyə Nazirliyin ə dövlət orqanları tərəfindən məhkəmə qərarlarının icra olunması vəziyyətinə dair hər altı aydan bir Azərbaycan Respublikası Prezidentinə məlumat verilmək tapşırılmışdır. Məhkəmə qərarlarını icra etməyən dövlət orqanının rəhbərləri barədə dövlət başçısına belə məlumatların verilməsi onların məsuliyyətini artırmağa, icra sənədlərinin vaxtında və düzgün icra olunmasına xidmət edir .
Qanunun 84.1 maddəsinə əlavə edilmiş ikinci hissə də məhkəmə qərarlarının icrası baxımından vacib əhəmiyyətə malikdir . Həmin əlavədə göstərilir ki , icra qurumunun və ya icra xidmətinin rəhbəri tərəfindən icra məmurunun qanuni tələblərini yerinə yetirməyən vəzifəli şəxsin qanunsuz hərəkətlərinə şərait yaradan halların aradan qaldırılması üçün tədbirlərin görülməsi barədə yuxarı və ya aidiyyəti təşkilatlara təqdimat göndərilə bilər. Vəzifəli şəxsin qanunsuz hərəkətlərinə şərait yaradan halların aradan qaldırılması barədə təqdimata baxılmasının nəticələri haqqında 1 ay müddətində məlumat verilməlidir.
� Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması� ilə bağlı maddə də icra prosesinin səmərəliliyinin artırılması baxımından vacib əhəmiyyətə malikdir . Həmin maddəyə görə, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsas ında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir . Buna səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir . Həmin qərar dərhal borcluya , tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir.
Qanunun 86�cı maddəsinin yeni redaksiyada verilməsi isə icra məmurunun fəaliyyətinin stimullaşdırılması üçün konkret tələb irəli sürür . Belə ki , icra məmurunun həvəsləndirilməsi adlanan 86�cı maddədə göstərilir ki , xidməti vəzifələrini nümunəvi icra edən icra məmuru müvafiq icra hakimiyyəti orqanı tərəfindən əməkhaqqının beş misli miqdarından artıq olmamaqla , mükafatlandırıla bilər . Bu norma hər bir icra məmuruna daha yaxşı işləməklə mükafat almaq imkanı yaradır.
2012� ci il 28 dekabr tarixli qanunla Cinayət Məcəlləsinə edilmiş mühüm dəyişikliklərdən biri də alimentin verilməməsinə görə məsuliyyətin sərtləşdirilməsinə xidmət edir . Alimentlərlə bağlı məhkəmə qərarlarının icrasının təmini məqsədilə 176�cı maddə Cinayət Məcəlləsindən çıxarılmışdır. Məcəllənin bu maddəsi qərəzli olaraq alimenti ödəməkdən boyun qaçıran şəxslərin 6 ay müddətinə azadlıqdan məhrum edilməsini nəzərdə tuturdu . Dəyişikliklərdən sonra isə bu qəbildən olan məsələlərə Cinayət Məcəlləsinin 306�cı maddəsi tətbiq olunur , daha dəqiqi, məhkəmə qərarının icrasından boyun qaçıran şəxslər 3 ilə qədər azadlıqdan məhrum edilirlər.
Son illər icra prosesinin mütəşəkkil və vaxtında icra olunması məqsədi ilə Ədliyyə Nazirliyində təcrübəli işçilərdən ibarət xüsusi icra qrupu təsis edilmiş , icra məmurlarının polis əməkdaşları ilə əlaqəli fəaliyyətinin gücləndirilməsi üzrə birgə əmr verilmiş , habel ə əhəmiyyətli struktur dəyişiklikləri aparılaraq Sumqayıt, Gəncə, Şirvan və Şəkidə geniş səlahiyyətlərə malik vahid icra qurumları yaradılmışdır. Məhkəmə qərarlarının icrasının yaxşılaşdırılması üzrə kompleks tədbirlər öz bəhrəsini vermiş , uzun müddət icrasız qalmış, mürəkkəb icra işlərinin böyük əksəriyyətinin icrası təmin olunmuşdur .
Son illər ədalət mühakiməsini həyata keçirən hakimlərin son dərəcə şəffaf və obyektiv prosedurlar əsasında seçilib təyin olunması məhkəmələrin cəmiyyətdəki rolunun artmasına, onlara edilən müraciətlərin sayının çoxalmasına səbəb olmuşdur . Bununla əlaqədar iş yükünün düzgün paylanması üçün məhkəmə icraçıları və nəzarətçiləri xidmətinin mövcud ştat sayı da artırılmışdır. Ədliyyə Nazirliyinin rəhbərliyi icra xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi və keyfiyyətinin artırılması, mövcud probleml ərinin həlli məsələlərini daim diqqətdə saxlayır, eyni zamanda bu sahədə işin vəziyyəti vaxtaşırı müzakirə edilərək müvafiq qərarlar qəbul edilir . Xidmətin işinin günün tələbləri səviyyəsində qurulması, iş üsul və vasitələrinin təkmilləşdirilməsi, maddi � texniki təchizatının köklü surətdə yaxşılaşdırılması üzrə ardıcıl tədbirlər görülür .
90 illik yubileyi respublika səviyyəsində qeyd olunan ulu öndər Heydər Əliyevin hüquqi dövlət quruculuğu siyasəti Azərbaycanda demokratikləşmə və modernləşmənin qarantı qismində çıxış edir . Respublikamız bu gün cənab İlham Əliyevin rəhbərliyi altında mütərəqqi inkişaf kursu seçməklə demokratikləşmə, insan hüquq və azadlıqlarının təminatı sahəsində ciddi nailiyyətlərə imza atır. Azərbaycanın bugünkü dinamik iqtisadi inkişafı isə deməyə əsas verir ki , məhkəmə�hüquq islahatları çərçivəsində məhkəmə qərarlarının icrası mexanizmlərinin ilbəil təkmilləşdirilməsi vətəndaşların qanuni mənafelərinin təminatına daha geniş imkanlar açacaqdır.
Zaur Abdullayev,
Bakı şəhəri,
Yasamal Rayon İcra Şöbəsinin rəisi,
ədliyyə müşaviri
Respublika.- 2013.- 26 aprel.- S. 11.
Sədr: “Məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməlidir”
Sədr: “Məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməlidir” Bakı. 10 noyabr. REPORT.AZ/ Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2-ci və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 4 sentyabr tarixli Qərarında göstərilib ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər.
https://static.report.az/photo/319ae73c-d7d2-4ebe-ac5a-e2af3df9fa6f_850.jpg
Bakı. 10 noyabr. REPORT.AZ/ ” Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2-ci və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 4 sentyabr tarixli Qərarında göstərilib ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər”. “Report”un məlumatına görə, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib. F.Abdullayev bildirib ki, bu Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ədalətlilik prinsipinə istinad edərək vurğulayıb ki, həmin prinsip inzibati xəta sayılan əmələ görə xəta törətmiş hər bir şəxsin qanun qarşısında məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. “Konstitusiya Məhkəməsinin Plenumu qeyd edib ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən, hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Bununla da Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlib ki, İnzibati Xətalar Məcəlləsinin 9.2-ci, 12-ci və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. Bu gün Konstitusiya Məhkəməsi Azərbaycanda demokratik dövlətin özünəməxsus və ayrılmaz atributu qismində çıxış etməklə, Konstitusiyanın müdafiə mexanizminin səmərəli vasitəsinə çevrilib. Digər dövlət orqanları ilə sıx əməkdaşlıq şəraitində qəbul etdiyi qərarları ilə Konstitusiya Məhkəməsi Əsas Qanunun aliliyini təmin etməklə qanunvericilik və məhkəmə təcrübəsinin birliyini mühafizə edir və öz növbəsində hüquq sisteminin inkişafına yeni töhfələr verir”, – deyə Fərhad Abdullayev bildirib. Konstitusiya Məhkəməsinin sədri qeyd edib ki, bu il Prezident İlham Əliyev in birinci müddətə Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 15 il ötür: “Dövlətimizin başçısı İlham Əliyevin müdrik idarəçiliyi ilə Azərbaycan dünya birliyinin bərabərhüquqlu üzvü olmaqla sürətlə və dayanıqlı inkişaf edir. Azərbaycanın dinamik inkişafı onu nəinki siyasi, həmçinin iqtisadi və mədəni cəhətdən həm regional, həm də qlobal mərkəzə çevirir. Dövlətimizin və xalqımızın maraqlarına xidmət edən siyasət və müasir idarəetmə üsullarının tətbiqi nəticəsində Azərbaycan dövləti daha da qüdrətlənmiş, ölkəmiz dünya miqyasında etibarlı tərəfdaşa çevrilib. Ölkəmiz beynəlxalq miqyaslı tədbirlərə, beynəlxalq forumlara, dövlət başçılarının zirvə görüşlərinə, eyni zamanda, mötəbər humanitar və iqtisadi tədbirlərə, idman yarışlarına layiqincə ev sahibliyi edir. Bu tədbirlər Azərbaycanın zəngin tarixi və mədəni irsinin təbliğinə əlverişli şərait yaradaraq, respublikamızın beynəlxalq aləmdə nüfuzunu daha da yüksəldir. Müasir vətəndaş cəmiyyətinin inkişafına yönəlmiş sosial, siyasi islahatların davamlı şəkildə həyata keçirilməsi, həmçinin qanunvericilik bazasının günbəgün daha da təkmilləşdirilməsi, ictimai-siyasi sabitliyin təmin edilməsi və digər çoxsaylı nailiyyətlər müasir Azərbaycan dövlətinin reallığıdır. Əlbəttə, bu inkişafın əsasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev in əsasını qoyduğu və hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilən uğurlu daxili və xarici siyasət dayanır”.
Comments are closed, but trackbacks and pingbacks are open.