Press "Enter" to skip to content

Məhkəmələr və hakimlər haqqında Testlər və Cavablar

İclasda deputatlar Qüdrət Həsənquliyev, Rafael Cəbrayılov, Mübariz Qurbanlı, Fəzail Ağamalı iradlarını, rəy və təkliflərini bildiiblər. Müzakirələr zamanı komitə sədri Əli Hüseynli, Milli Məclis Aparatının şöbə müdiri Nizami Səfərov və Baş Prokurorluğun idarə rəisi Natiq Hüseynov komitə üzvlərini maraqlandıran bir sıra məsələlərə aydınlıq gətiriblər.

“Məhkəmələr və hakimlər haqqında” qanun dəyişir

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi Baş Prokurorluq və Ali Məhkəmə tərəfindən parlamentə təqdim olunmuş “Məhkəmələr və hakimlər haqqında” qanunda dəyişikliklər edilməsi barədə iki qanun layihəsini gündəliyə daxil edilib. Teleqraf.com xəbər verir ki, hər iki sənəd Məhkəmə-Hüquq Şurasında da ciddi müzakirə olunub.

Baş Prokurorluğunun idarə rəisi İlqar Cəfərov təmsil etdiyi qurumun hazırladığı qanun layihəsi haqda danışaraq bildirib ki, ölkəmizdə yaradılmış Məhkəmə-Hüquq Şurası islahatların nəticəsidir. Məhkəmə hakimiyyətinin özünüidarə sistemi olan bu yeni qurum işlərin təkmilləşdirilməsinə öz töhfəsini verib. Eyni zamanda Azərbaycan prezidentinin bu il imzaladığı sərəncama əsasən “Elektron məhkəmə” informasiya sistemi yaradılır ki, bu da əhalinin məhkəməyə müraciət etmə imkanlarını daha da genişləndirərək ədalət mühakiməsinin həyata keçirilməsinə xidmət edəcəkdir.

Məruzəçi qeyd etdi ki, “Məhkəmələr və hakimlər haqqında” qanunda nəzərdə tutulan andlı iclasçılar institutu ölkəmizdə məhkəmə-hüquq islahatları başa çatdıqdan sonra qüvvəyə minməli idi. Lakin Baş Prokurorluq tərəfindən bir sıra ölkələrin bu sahədəki təcrübəsi öyrənilib və məlum olub ki, andlı iclasçılar institutu gözlənilən səmərəni vermir. Belə ki, məhkəmədə işlərə andlı iclasçılar baxdığı zaman onların çıxardığı verdiktin qəbulunda hakim iştirak etmir. Bu isə təqsirliliyin müəyyənləşdirilməsində kifayət qədər əsaslı olmayan qərarların qəbuluna səbəb ola bilir. Çünki əsasən hüquq təhsili olmayan şəxslərdən ibarət olan andlı iclasçılar bəzən hüquqi mühakimə yürüdə bilmir. Bu fakt isə cinayət qanunvericiliyi prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Bütün bunları nəzərə alaraq Baş Prokurorluq “Məhkəmələr və hakimlər haqqında” qanunda andlı iclasçılar institutunun ləğv edilməsini məqsədəuyğun sayır.

İclasda deputatlar Qüdrət Həsənquliyev, Rafael Cəbrayılov, Mübariz Qurbanlı, Fəzail Ağamalı iradlarını, rəy və təkliflərini bildiiblər. Müzakirələr zamanı komitə sədri Əli Hüseynli, Milli Məclis Aparatının şöbə müdiri Nizami Səfərov və Baş Prokurorluğun idarə rəisi Natiq Hüseynov komitə üzvlərini maraqlandıran bir sıra məsələlərə aydınlıq gətiriblər.

Məhkəmələr və hakimlər haqqında Testlər və Cavablar

1. Azərbaycan Respublikasında məhkəmə hakmiyyətini həyata keçirir :

a) Azərbaycan Respublikasının Milli Məclisi

b) Azərbaycan Respublikasının Prezidenti

c) Azərbaycan Respublikasının məhkəmələri

d) Doğru müddəa yoxdur.

2. Azərbaycan Respublikasının Konstitusiyasına görə hamı nəyin qarşısında bərabərdir ?

Cavab : Hamı qanun və məhkəmə qarşısında bərabərdir

3. Azərbaycan Respublikasının Konstitusiyasına görə düzgün olanları müəyyən edin :

1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

2. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın.

3. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır

4. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

5. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir

6. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa belə təqsirli sayılır.

a) 1,2,3,6

b) 2,4,5,6

c) Yalnız 1,2,3,4,5

d) 6

4. Azərbaycan Respublikasının Konstitusiyasına görə məhkəmənin məhkum etdiyi

şəxsin belə bir hüququ yoxdur :

a) Öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması barədə müraciət etmək hüququ

b) Özünün əfv edilməsi barədə müraciət etmək hüququ

c) Cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ

d) Barəsində evtanaziya tətbiq olunması barədə müraciət etmək hüququ

5. Azərbaycan Respublikasında hansı məhkəmələrin yaradılması qadağandır?

a) Azərbaycan Respublikasının Ali Məhkəməsinin

b) Azərbaycan Respublikasının apellyasiya məhkəməsinin

c) Azərbaycan Respublikasının ümumi məhkəmələri və digər ixtisaslaşdırılmış məhkəmələrin

d) Azərbaycan Respublikasının fövqəladə məhkəmələri , eləcə də xarici dövlətlərin məhkəmələrinin

6. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyəti və hakimlərinin statusu hansı qanunla müəyyən olunur?

A) «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə

B) Azərbaycan Respublikasının Konstitusiyası ilə

C) “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə

D) “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu

7. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanuna görə

Azərbaycan Respublikası məhkəmələrinin fəaliyyəti nəyə yönəldilmişdir?

a) Yalnız ədalət mühakiməsinin həyata keçirilməsinə

b) Yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məhkəmə nəzarətinin həyata keçirilməsinə

c) Yalnız ədalət mühakiməsinin və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məhkəmə nəzarətinin həyata keçirilməsinə

d) Yalnız vətəndaşların və əcnəbilərin mülkiyyət hüququnun bərqərar olmasına

8. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanuna

əsasən düzgün müddəaları müəyyən edin

1. Məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən mülkiyyət formasından asıla olmayaraq bütün müəssisə, idarə və təşkilatların, siyasi partiyaların, ictimai birliklərin, digər hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edir

2. Məhkəmələrdə işlərə ikinci instansiya, kassasiya və apellyasiya instansiyaları üzrə baxılır.

3. Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş hallarda və qaydada Azərbaycan Respublikası məhkəmələrində işlərə kollegial və hakim tərəfindən təkbaşına: birinci instansiya məhkəməsində işlərə təkbaşına və ya üç hakimdən ibarət tərkibdə, appelyasiya və kassasiya instansiyası məhkəməsində üç və ya daha çox hakimdən ibarət tərkibdə baxılır.

4. Məhkəmələrdə işlərə baxılarkən məhkəmə iclasının protokolu aparılır. Məhkəmə iclasının gedişini və məhkəmə istintaqı zamanı aparılan prosessual hərəkətləri qeyd etmək üçün texniki vasitələrdən istifadə edilə bilər.

a) 1,3,4

b) 1,2,3

c) 2,4

d) 2

9. Məhkəmələrdə baxılmış işlər üzrə qərarlar kimin adından çıxarılır?

a) Azərbaycan Respublikası adından

b) Məhkəməyə sədrlik edən hakimin adından

c) Konstitusiya Məhkməsi sədrinin adından

d) Azərbaycan Respublikası prezidentinin adından

10. “Məhkmələr və hakimlər haqqında”Azərbaycan Respublikasının Qanuna görə

Məhkəmələrdə baxılmış işlər üzrə nə çıxardıla bilər? ( açıq sual)

1. Qətnamə

2. Hökm

3. Qərardad

4. Qərar

5. Sərəncam

11. “Məhkmələr və hakimlər haqqında”Azərbaycan Respublikasının Qanuna görə

hansı məhkəmələrin bütün qərarları qəbul olunduğu gündən bir aydan gec olmayaraq elektron qaydada yayılmalıdır?

a) Bütün məhkəmələrin

b) Kassasiya və apellyasiya instansiyası məhkəmələrinin

c) Ali məhkəmələrin

d) Məhkəmlərin qərarları elektron qaydada yayıla bilməz

12. Məhkmələr və hakimlər haqqında”Azərbaycan Respublikasının Qanuna əsasən səhvdir :

1. Kassasiya və apellyasiya instansiyası məhkəmələrinin bütün qərarları qəbul olunduğu gündən bir aydan gec olmayaraq elektron qaydada yayılır. Bu qərarlarla birlikdə aşağı instansiya məhkəmələrinin ləğv edilmiş və ya dəyişdirilmiş qərarları yayıla bilməz.

2. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş qərarlar Azərbaycan Respublikası ərazisində yaşayan yalnız ölkə vətəndaşları tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır.

3. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

4. Azərbaycan Respublikası məhkəmələrinin bütün hakimləri məhkəmə iclaslarını xüsusi geyimdə aparırlar.

5. Ədalət mühakiməsi hakimlərin müstəqilliyi təmin edilməklə, heç bir məhdudiyyət qoyulmadan, faktlara əsasən, qərəzsiz, ədalətlə və qanunlara müvafiq həyata keçirilir.

a) 1,2.4

b) 2,3,4

c) 3,4,5

d) 2

13. Kimlərin Azərbaycan Respublikasının Konstitusiyasında və digər qanunlarda nəzərdə tutulmuş hüquq və azadlıqlarının, hüquqi şəxslərin qanuni mənafelərinin hər cür qəsdlərdən və qanun pozuntularından məhkəmə icraatının istənilən mərhələsində məhkəmə müdafiəsi hüququ təmin olunur ?

a) Yalnız Azərbaycan Respublikası vətəndaşlarının

b) Azərbaycan Respublikasındakı vətəndaşlığı olmayan şəxslərin

c) Yalnız Azərbaycan Respublikası vətəndaşlarının və onun ərazisində yaşayan xarici vətəndaşların

d) Azərbaycan Respublikası vətəndaşlarının, onun ərazisində yaşayan xarici vətəndaşların, habelə vətəndaşlığı olmayan şəxslərin

14. Məhkmələr və hakimlər haqqında”Azərbaycan Respublikasının Qanuna əsasən kimlər məhkəmə müdafiəsi hüququndan məhrum edilə bilər?

a) Azərbaycan Respublikasındakı vətəndaşlığı olmayan şəxslər

b) Əcnəbilər

c) Azərbaycan Respublikasında yaşayan xarici vətəndaşlar

d) Heç kəs

15. Məhkmələr və hakimlər haqqında”Azərbaycan Respublikasının Qanuna əsasən doğru müddəaları müəyyən edin : ( açıq sual )

1. Hər hansı bir şəxs tərəfindən, hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması, təsir, hədə və müdaxilə edilməsi, habelə məhkəməyə hörmətsizlik göstərilməsi, yaxud aşkar etinasızlıq göstərildiyini bildirən hərəkətlər edilməsi yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə məsuliyyətə səbəb olur.

2. Şübhə edilən, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş vasitələrlə müdafiə hüququna, o cümlədən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququna təminat verilir

3. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin II hissəsinə uyğun olaraq qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım təqsirləndirilən şəxsin hesabına göstərilir

4. Ədalət mühakiməsi həyata keçirilərkən Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyası prinsipinə riayət olunması təmin edilir.

16. Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulan təqsirsizlik prezumpsiyası maddəsinə əsasən düzgün deyil :

a) Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.

b) Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.

c) Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borcludur.
d) Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz.

17. Bütün məhkəmələrdə işlərin icraatı aparılır :
a) Növbəli şəkildə açıq və qapalı
b) Açıq
c) Hakimlərin istəyi ilə açıq
d) Qapalı

18. Məhkəmələrdə işə qapalı iclasda baxıla bilərmi?

Cavab :Bəli.

19. Məhkəmələrdə işə qapalı iclasda baxılmasına hansı hallarda icazə verilir ?

1. Məhkəmə açıq icraatın dövlət, peşə və kommersiya sirrinin açılmasına səbəb olacağını güman edərsə

2. Məhkəmə vətəndaşların şəxsi və ya ailə həyatının məxfiliyini qorumaq zərurətinin mövcudluğunu müəyyən edərsə

3. Məhkəmə təqsirləndirilən şəxsin hakim qarşısına çıxarılmasını təmin edə bilmirsə

4. Məhkəmə əcnəbi və yaxud vətəndaşlığı olmayan şəxsi mühakimə edərsə

a) 1,2

b) 3,4

c) 1,3

d) 2,4

20. “Məhkəmələr və hakimlər haqqında” AR. Qanuna əsasən yalnış müddəanı müəyyən edin :

a) Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, cinayət işlərinin qiyabi məhkəmə icraatına yol verilmir.
b) Bütün hallarda məhkəmələrin qərarları açıq elan edilə bilməz.

c) Azərbaycan Respublikasında məhkəmə icraatı tərəflərin hüquq bərabərliyi təmin olunmaqla çəkişmə prinsipi əsasında həyata keçirilir.

d) Azərbaycan Respublikasında məhkəmə icraatı Azərbaycan Respublikasının dövlət dilində və ya müvafiq yerin əhalisinin çoxluq təşkil edən hissəsinin dilində aparılır.

21. Adları aşağıda qeyd olunanlardan biri Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil deyil :

a) Naxçıvan Muxtar Respublikasının ağır cinayətlər məhkəməsi

b) hərbi məhkəmələr

c) Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi

d) Azərbaycan Respublikasının Ali Məhkəməsi

e) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

Məhkəmə hakimiyyəti

Hər bir demokratik dövlətdə dövlət hakimiyyəti hüquqi dövlətin əsas prinsipi olan «hakimiyyət bölgüsü» əsasında təşkil edilir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin 3-cü hissəsində bu prinsip əks olunmuşdur: Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir: qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir; icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur; məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir.
Hər bir hakimiyyət qolu demokratik cəmiyyətdə müəyyən rolu yerinə yetirir. Demokratik cəmiyyətdə məhkəmə hakimiyyətinin rolu isə müxtəlif hüquqi mübahisələrdə Konstitusiyada, qanunlarda, qanun qüvvəli aktlarda və beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hüququn aliliyini təmin etməkdir.
Beləliklə, məhkəmə hakimiyyəti insan və vətəndaş hüquq və azadlıqlarını müdafiə edən, hüquq qaydasını cinayət və digər hüquq-pozmalardan mühafizə edən və dövlət orqanlarının fəaliyyətinin hüquqi çərçivədən kənara çıxmamasına nəzarət edən dövlət hakimiyyətinin bir qoludur.
Dövlət hakimiyyətinin bir qolu olmaq etibarilə məhkəmə hakimiyyəti dövlət hakimiyyətinin bütün əlamətlərinə malikdir. Buraya aşağıdakı əlamətləri aid etmək olar: a) dövlət hakimiyyətinin universallığı, yəni qərarların hamıya şamil olunması; b) dövlət hakimiyyətinin xüsusi aparat vasitəsilə həyata keçirilməsi; v) dövlət hakimiyyətinin cəmiyyətdə məcburiyyət monopoliyasına malik olması; q) dövlət hakimiyyətinin suverenliyi.
Bütün bunlarla yanaşı məhkəmə hakimiyyəti müəyyən spesifik əlamətlərlə digər hakimiyyət qollarından fərqlənir:

  • məhkəmə hakimiyyətinin qanunla müəyyən edilmiş qaydada yaradılmış xüsusi orqan – məhkəmələr tərəfindən həyata keçirilməsi;
  • məhkəmə hakimiyyətinin məhkəmə iclaslarında işlərə baxılıb həll edilməsi yolu ilə həyata keçirilməsi;
  • məhkəmə hakimiyyətinin qanunla müəyyən edilmiş prosessual formada həyata keçirilməsi;
  • onun fəaliyyətinə xüsusi nəzarət sisteminin olması.

Məhkəmə hakimiyyətinin spesifik əlamətlərinə aşağıdakıları da aid edirlər: məhkəmə hakimiyyətinin məqsədləri, demokratizm prinsipləri əsasında məhkəmələrin təşkili, məhkəmə hakimiyyətinin qanun əsasında həyata keçirilməsi, konkret işlərə baxılması nəticəsində məhkəmə tərəfindən dövlət məcburiyyətinin tətbiqi.
Digər hakimiyyət qolları ilə yanaşı məhkəmə hakimiyyəti bir sıra müəyyən funksiyalar yerinə yetirir. Məhkəmə hakimiyyətinin əsas və həmişə mövcud olan funksiyası ədalət mühakiməsinin həyata keçirilməsidir. Bu, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının qanununun 3-cü maddəsində də təsbit olunur. Həmin maddəyə əsasən Azərbaycan Respublikasının məhkəmələrinin fəaliyyəti yalnız ədalət mühakiməsinin həyata keçirilməsinə yönəlmişdir.
Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinə görə ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsip və şərtləri aşağıdakılardır:

  • Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən, və qanunamüvafiq baxırlar.
  • Hər hansı bir şəxs tərəfindən və hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması, qanuna zidd təsir, hədə və müdaxilə edilməsi yolverilməzdir.
  • Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir.
  • Bütün məhkəmələrdə işlərin icraatı açıq aparılır.
  • Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, cinayət işlərinin qiyabi məhkəmə icraatına yol verilmir.
  • Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir.
  • Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.
  • Ədalət mühakiməsi təqsirsizlik prezumpsiyasına əsaslanır.
  • Azərbaycan Respublikasında məhkəmə icraatı Azərbaycan Respublikasının dövlət dilində və ya müvafiq yerin əhalisinin çoxluq təşkil edən hissəsinin dilində aparılır.

Azərbaycan Respublikasında qəbul edilən yeni qanunvericilik aktları – Azərbaycan Respublikası Konstitusiyası, 1997-ci il 10 iyun tarixli «Məhkəmələr və hakimlər haqqında» qanun, «Konstitusiya Məhkəməsi haqqında»1997-ci il 21 oktyabr tarixli və 2003-cü il 23 dekabr tarixli qanunlar Azərbaycan Respublikasında məhkəmə sisteminin yeni strukturunu müəyyən etdi. Hal-hazırda Azərbaycan Respublikasının məhkəmə sistemini şərti olaraq iki qrupa bölmək olar:

  • konstitusiya nəzarəti funksiyasını həyata keçirən məhkəmə orqanı;
  • ümumi məhkəmələr.

Konstitusiya Məhkəməsi Azərbaycan Respublikasının məhkəmə sistemində yeni bir orqan olmaqla Azərbaycan Respublikası Konstitusiyası və «Konstitusiya Məhkəməsi haqqında» 23 dekabr 2003-cü il qanunu ilə onun səlahiyyətinə aid edilmiş işlərə baxır. Bu orqan Azərbaycan Respublikasının ən yuxarı məhkəmə orqanıdır və əsas vəzifəsi Konstitusiyanın aliliyini təmin etməyə yönəlmişdir.
Ümumi məhkəmələrin sistemi və səlahiyyəti «Məhkəmələr və hakimlər haqqında» qanunda göstərilmişdir. Qanunun 19-cu maddəsinə görə Azərbaycan Respublikasında ədalət mühakiməsini Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan aşağıdakı məhkəmələr həyata keçirir:

– rayon (şəhər) məhkəmələri;
– ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının məhkəməsi;
– hərbi məhkəmələr;
– ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının hərbi məhkəməsi;
– yerli iqtisad məhkəmələri;
– beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair Azərbaycan Respublikasının İqtisad Məhkəməsi;
– Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi;
– Azərbaycan Respublikasının Apelyasiya Məhkəməsi;
– Azərbaycan Respublikasının İqtisad Məhkəməsi;
– Azərbaycan Respublikasının Ali Məhkəməsi.

Həmin maddəyə müvafiq olaraq Azərbaycan Respublikasının məhkəmə sistemi daxilində qanunla müəyyən edilmiş qaydada digər məhkəmələr də yaradıla bilər. Bütün demokratik konstitusiyalar fövqəladə məhkəmələrin yaradılmasını qadağan edir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Konstitusiyası və «Məhkəmələr və hakimlər haqqında» qanuna müvafiq olaraq fövqəladə məhkəmələrin və qanunla nəzərdə tutulmayan qaydada məhkəmənin yaradılması qadağandır.

Comments are closed, but trackbacks and pingbacks are open.