Press "Enter" to skip to content

Media haqqında” qanun üstünlükləri: Jurnalistlərə hansı hüquqlar verilir

İlqar Kamal oğlu Dəmirov;

Bir sıra məhkəmələrə hakimlər təyin olunub

İclasda Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi, Bakı, Sumqayıt və Şirvan Apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi, Gəncə və Şəki Apellyasiya məhkəmələri hakimlərinin təyin və azad edilməsi haqqında təqdimatlar müzakirə olunub.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 21 may — Sputnik. Azərbaycanda bir sıra məhkəmələrə hakimlər təyin olunub.

Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” sənədə əsasən, aşağıdakı şəxslər Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimləri təyin olunub:

Allahverdiyev Əli Kərim oğlu;

Kuimova Vera Gennadiyevna;

Qurbanov Yusifəli Süleyman oğlu.

“Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında” sənədə əsasən, aşağıdakı şəxslər Gəncə Apellyasiya Məhkəməsi hakimləri təyin edilib:

Salman Bilal oğlu Hüseynov;

Mirbahəddin Mirdamət oğlu Hüseynov.

Eyni zamanda qərar layihəsinə görə, Tapdıq Şükür oğlu Mahmudov vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Gəncə Apelyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilib.

“Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” sənədə əsasən, aşağıdakı şəxslər Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri təyin olunub:

İlqar Kamal oğlu Dəmirov;

Ağayev Rəşadət Əhməd oğlu;

Paşayev Tofiq Temir oğlu.

“Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında” sənədə əsasən, Nuru Quliyev vəzifəsi dəyişdirilərək Şəki Apelyasiya Məhkəməsinin hakimi təyin edilib.

Həmçinin, qərar layihəsinə görə, Rafail Əyyub oğlu Əliyev vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Şəki Apelyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilib.

“Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” sənədə əsasən, aşağıdakı şəxslər Şirvan Apellyasiya Məhkəməsinin hakimləri təyin olunub:

Vəli Əsgər oğlu Abdullayev;

Allahyarov Zaur Mirzağa oğlu;

Bağırov Məhəmməd Ənvər oğlu;

Mayılov Samir İlham oğlu.

Sənədlər səsə qoyularaq qəbul edilib.

“Media haqqında” qanun üstünlükləri: Jurnalistlərə hansı hüquqlar verilir?

Fevralın 8-də Prezident İlham Əliyev “Media haqqında” qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə fərman imzalayıb.

“Media haqqında” qanun Azərbaycan Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu və 13-cü bəndlərinə uyğun olaraq, media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.

Bu qanun Azərbaycanda media islahatlarının “yol xəritəsi” kimi dəyərləndirilə bilər.

Qanunun məqsədi ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılması və rəqabət qabiliyyətinin artırılması, habelə jurnalistika peşəsinin nüfuzunun yüksəldilməsinə şərait yaradılmasıdır.

Qanun müasir tələblərə cavab verir. Ölkənin plüralist informasiya mühitinin gücləndirilməsinə şərait yaradır.

“Media haqqında” qanun bu günə qədər qanunun təsir qüvvəsindən kənarda qalan məsələləri tənzimləyir. Digər tərəfdən isə artıq tənzimlənən münasibətlərin yeni nizamasalma mexanizmlərini müəyyənləşdirir.

Qanun jurnalistlərin peşəkar fəaliyyətinin maneəsiz və effektiv həyata keçirilməsinə, media subyektlərinin yaradıcılıq və redaksiya müstəqilliyinin ən etibarlı şəkildə müdafiə edilməsinə və ifadə azadlığının möhkəmləndirilməsinə yönəlmiş təminat mexanizmlərinin daha da gücləndirilməsi üçün hüquqi əsas formalaşdırır.

Qanunla tənzimlənən və tənzimlənməyən media növləri arasında dəqiq sərhəd müəyyən edilir.

Sosial şəbəkələr, video paylaşım platformaları, habelə bloqer və bu kateqoriyadan olan digər fəaliyyət növləri qanunun təsir dairəsinə daxil edilməyib.

Qanunda jurnalist anlayışı daha geniş mənada istifadə edilir. Qanun rəsmi olaraq hər hansı media subyektində işləyən şəxslərlə yanaşı, “freelancer” kimi fəaliyyət göstərən şəxsləri də jurnalist adlandırır. Yalnız qəzet, jurnal, televiziya və radiolarda deyil, həm də veb-saytlarda fəaliyyət göstərən jurnalistlərin də statusunu müəyyənləşdirir, onlara da jurnalist statusundan istifadə hüququ tanıyır.

Qanuna əsasən, jurnalistlərə könüllülük əsasında vəsiqənin verilməsi nəzərdə tutulur. Bu, beynəlxalq praktikaya uyğundur.

Jurnalist vəsiqəsi jurnalistlərin tanınan hüquqlarının müdafiəsi mexanizminin təkmilləşdirilməsi və daha operativ təşkil edilməsi, onların inkişafına dəstək layihələrinin iqtisadi və hüquqi əsaslandırmasının formalaşdırılması məqsədi daşıyır.

Jurnalist bu vəsiqəni almadan da öz fəaliyyətini maneəsiz və yeni qanunla müəyyən edilən bütün müdafiə mexanizmlərindən istifadə etməklə həyata keçirə bilər.

Avropa ölkələrində geniş istifadə olunan təcrübədən yararlanaraq media subyektlərinin bildiriş xarakterli reyestrinin aparılması nəzərdə tutulur.

Bu yolla onlara fəaliyyətləri ilə bağlı bir çox istiqamətlərdə sadələşdirilmiş prosedurlardan istifadə etmək, habelə hüquqlarının müdafiəsini daha effektiv şəkildə həyata keçirmək imkanı tanınır.

İnformasiyanın əlçatanlığının və operativliyinin təmin edilməsi məqsədilə dövlət orqanları üzərinə media nümayəndələrinə hər hansı fakt və ya hadisə barədə ətraflı məlumat vermək öhdəliyi qoyulur.

Mediada dərc olunan və ya yayımlanan informasiyaya dair müəlliflik hüquqlarının qorunması məqsədilə mütərəqqi normalar müəyyənləşdirilib.

Jurnalistlərin öz yaradıcılıq məhsulları üzərindəki hüquqlarının müdafiəsi mexanizminin formalaşdırılmasına xüsusi diqqət yetirilir.

Fərqli media subyektləri tərəfindən eyni loqotipdən istifadə olunmasının qarşısını almaq, bu istiqamətdə anlaşılmazlıqların yaranması ehtimalını arada qaldırmaq məqsədilə media subyektlərinin və onların redaksiyalarının loqotiplərinin də reyestrə daxil edilməsi planlaşdırılır.

Milli mətbuatın inkişafına davamlı dəstəyin təmin edilməsi və mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət tərəfindən hazırkı dövrədək bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilib. Nəticə olaraq bir qisim jurnalistin mənzil-məişət şəraiti tam şəkildə dövlət büdcəsinin vəsaiti hesabına yaxşılaşdırılır.

Media Reyestrinə daxil edilmiş və jurnalistika sahəsində müəyyən qədər staja malik olan jurnalistlərə, habelə gənc ailənin üzvü olan jurnalistlərə mənzil almaları üçün dövlət dəstəkli güzəştli ipoteka kreditindən yaralanmaq hüququ verilir.

Prezidentin fərmanı cəmiyyəti obyektiv və qərəzsiz informasiya ilə təmin etmək kimi şərəfli bir peşəni icra edən jurnalistlərin sosial təminatının yaxşılaşdırılmasına əlavə təminat yaradır.

Jurnalistlərə dövlət təminatlı güzəştli ipoteka kreditindən istifadə etməklə öz gəlirləri hesabına mənzil ehtiyaclarını qarşılamaq üçün şərait yaradılır.

Aqil Vəlili

“Məhkəmələr və hakimlər haqqında” yeni təklif

Bununla bağlı “Məhkəmələr və hakimlər haqqında” qanuna yeni 23-1, 34-1 və 45-1 maddələrinin əlavə olunması barədə layihə hazırlanıb.

Layihəyə əsasən, yeni 23-1 (Rayon (şəhər) məhkəməsi sədrinin müavininin səlahiyyətləri) maddədə deyilir ki, rayon (şəhər) məhkəməsi sədrinin müavini məhkəmə iclaslarına sədrlik edir, rayon (şəhər) məhkəməsinin sədri tərəfindən müəyyən edilmiş məsələləri həll edir, sədrin tapşırığı ilə onun ayrı-ayrı səlahiyyətlərini həyata keçirir, sədr olmadıqda və ya öz vəzifələrini yerinə yetirə bilmədiyi müddətdə onu əvəz edir.

Digər yeni 34-1 maddəsində (Hərbi məhkəmə sədrinin müavininin səlahiyyətləri) qeyd olunub ki, hərbi məhkəmə sədrinin müavini məhkəmə iclaslarına sədrlik edir, hərbi məhkəmənin sədri tərəfindən müəyyən edilmiş məsələləri həll edir, sədrin tapşırığı ilə onun ayrı – ayrı səlahiyyətlərini həyata keçirir, sədr olmadıqda və ya öz vəzifələrini yerinə yetirə bilmədiyi müddətdə onu əvəz edir.

Layihədəki digər 45-1 maddədə (İqtisadi – inzibati məhkəmə sədrinin müavinin səlahiyyətləri) isə bunlar göstərilib: “İqtisadi – inzibati məhkəmə sədrinin müavini məhkəmə iclaslarına sədrlik edir, inzibati – iqtisadi məhkəmənin sədri tərəfindən müəyyən edilmiş məsələləri həll edir, sədrin tapşırığı ilə onun ayrı-ayrı səlahiyyətlərini həyata keçirir, sədr olmadıqda və ya öz vəzifələrini yerinə yetirə bilmədiyi müddətdə onu əvəz edir”.

Qeyd olunub ki, hazırda həmin məhkəmə sədrlərinin müavinlərinin bu səlahiyyətləri yoxdur.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və növbəti iclasda müzakirəyə çıxarılacaq.

Comments are closed, but trackbacks and pingbacks are open.