Press "Enter" to skip to content

Azərbaycanda məhkəmə-hüquq sistemində şəffaflıq artırılacaq

4. Apellyasiya məhkəmələrinin sədrləri – 6463 manat, müavinləri – 5816 manat, kollegiya sədrləri – 5493 manat, hakimləri – 5170 manat;

“Elə qeyrətlisənsə, bəs qızın üzünü niyə açıq göstərirsən?”

Neyləyək indi? Qadınlara deyək ki, əks cinsin nümayəndələri ilə görüşməsin, yeyib-içmək məclislərinə getməsin, yoxsa onları çəkib şantaj edəcəklər, yataq səhnələrini ictimailəşdirəcəklər? Biz, ilk olaraq, bir fərd kimi bilməliyik ki, kiminsə şəxsi həyatına müdaxilə yolverilməzdir.

Milli.Az xəbər verir ki, bu sözləri qafqazinfo-ya açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə son zamanlar sosial şəbəkələrdə və bəzi KİV orqanlarında şəxsi videoların qanunsuz olaraq yayımlanmasına münasibətində deyib.

O bildirib ki, Azərbaycan Konstitusiyasının 46-cı maddəsinə əsasən şəxsiyyətin şərəf və ləyaqəti dövlət tərəfindən qorunur, heç bir hal şəxsiyyətin şərəf və ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Şəxsiyyətin toxunulmazlığı nəzərə alınmadıqda qadınlarımız Azərbaycan kimi ölkədə yayılmış hər hansı bir görüntülərər görə ölüm təhlükəsi ilə qarşılaşır:

“Bir müddət əvvəl qızların məclisdə çılpaq videosu yayılmışdı. Ola bilər ki, həmin görüntülərdə əxlaqi baxımdan hər hansı problemlər olsun. Ancaq heç bir halda kiminsə şəxsi həyatına müdaxilə etmək olmaz. Onun icazəsi olmadan belə videoların ictimailəşdiriməsi cinaətdir. Digər bir cinaət tərəfi isə, həmin insanların bilərəkdən və ya bilməyərəkdən atdığı addımlar, davranış pozuntusu, əxlaqi cəhətdən etdikləri sabah onun nəsil dediyimiz qohum-əqrəbasının da arasında müzakirə olunan zaman yaranır. Ailə fərdlərindən elələri olur ki, vəziyyətdən çıxış yolunu həmin çəxsin ölümündə görür. Görün düşünülməmiş bir addımın arxasında nə qədər təhlükələr var və nə qədər insan zərər çəkə bilər.

Bu yaxınlarda cənub rayonlarından birindən olan qadının intim münasibətindən guya hiddətə gəlmiş insanlar onu döymüşdü. Yaxşı, sən elə qeyrətlisən, bəs qızın üzünü niyə açıq göstərirsən, adını deyirsən? Cümlə, vergülü ilə onların restoranda nə etdiyini dilinə gətirirsənsə, deməli, sən özün virtual manyakın yekəsisən.

Maarifləndirmə axı hansı tərəfdən başlansın? İnsan əvvəlcə özü düşünməlidir ki, atacağı addım nələrə səbəb ola bilər. Görüntüləri paylaşan şəxslər isə dərhal hüquq mühafizə orqanına təhvil verilməlidir. Ancaq artıq o zaman da iş işdən keçmiş olacaq”.

Hüquqşünas Bəxtiyar Hacıyev məsələyə hüquqi qiymət verərək bildirib ki, bu kimi görüntülərin icazəsiz yayımlanması mülki hüquq pozuntusudur və vətəndaş məhkəməyə müraciət edib cavabdeh şəxslərdən maddi təzminat tələb etmək hüququna malikdir:

Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsində göstərilir ki, şəxsin sadəcə onun razılığı ilə onun haqqındakı məlumatların toplanmasına, yayılmasına və ya istifadə olunmasına icazə verilir.

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Azərbaycanda məhkəmə-hüquq sistemində şəffaflıq artırılacaq

Azərbaycanda məhkəmə-hüquq sistemində şəffaflıq artırılacaq Özəl sektorun, xüsusilə də kiçik və orta sahibkarlığın iqtisadi artımın və məşğulluğun başlıca mənbəyinə çevrilməsi üçün işgüzar mühit əhəmiyyətli dərəcədə yaxşılaşdırılmalı, məhkəmə-hüquq sistemində şəffaflıq artırılmalı, haqsız rəqabətin qarşısı alınmal

2 Fevral , 2021 14:50

https://static.report.az/photo/9b1c2c0f-f839-3771-8ec0-3665736ad6cd.jpg

Özəl sektorun, xüsusilə də kiçik və orta sahibkarlığın iqtisadi artımın və məşğulluğun başlıca mənbəyinə çevrilməsi üçün işgüzar mühit əhəmiyyətli dərəcədə yaxşılaşdırılmalı, məhkəmə-hüquq sistemində şəffaflıq artırılmalı, haqsız rəqabətin qarşısı alınmalıdır. “Report”un məlumatına görə, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də əksini tapıb. Qeyd edilib ki, vergi və gömrük siyasəti dövlət büdcəsinin xərclərinin təmin edilməsi üçün adekvat imkanlar yaratmaqla yanaşı, sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına xidmət etməlidir.

HAKİMLƏRİN MAAŞINDA BÖYÜK ARTIM – Məhkəmələrdə rüşvətə son qoyulacaqmı? + SİYAHI

Məhkəmələrdə gözlənilən artımla bağlı hesablama aparan hüquqşünas Əkrəm Həsənov deyib ki, Konstitusiya Məhkəməsi sədrinin maaşı 5544,06 manatdan 7026,02 manata, Ali Məhkəmə sədrinin aylıq məvacibi isə 5637,39 manatdan 7182,21 manata çatacaq.

Qanundakı faiz nisbətlərinə əsasən digər hakimlərin xalis rəsmi gəliri təxmini (staj və elmi dərəcə meyarlarına görə fərqlər ola bilər) belə olacaq:

1. Konstitusiya Məhkəməsi sədrinin müavini – 6323 manat;

2. Konstitusiya Məhkəməsinin hakimi – 5972 manat;

3. Ali Məhkəmə sədrinin müavini – 6463 manat, kollegiya sədrləri – 6104 manat, hakimləri – 5745 manat;

4. Apellyasiya məhkəmələrinin sədrləri – 6463 manat, müavinləri – 5816 manat, kollegiya sədrləri – 5493 manat, hakimləri – 5170 manat;

5. Ağır cinayətlər məhkəmələrinin, hərbi məhkəmələrin, inzibati məhkəmələrin və kommersiya məhkəmələrinin sədrləri – 5745 manat, müavinləri – 5170 manat, hakimləri – 4596 manat;

6. Digər məhkəmələrin sədrləri – 5027 manat, müavinləri – 4524 manat, hakimləri – 4021 manat.

Hüquqşünas xatırladıb ki, qanunvericiliyə əsasən hakimlərin imtiyazları da var. Məsələn:

onların həyatı və sağlamlığı 5 illik əmək haqqı məbləğində sığorta edilir;

– pensiya yaşına çatmamış istefada olan Konstitusiya Məhkəməsinin hakimi pensiya yaşına çatana qədər fəaliyyətdə olan Konstitusiya Məhkəməsi hakiminin aylıq vəzifə maaşı məbləğində aylıq pul təminatı alır;

– ilk dəfə hakim vəzifəsinə təyin olunan şəxslərə hakimlik fəaliyyətinin birinci ilində bir dəfə aylıq vəzifə maaşının iki misli, sonrakı dörd il ərzində ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində birdəfəlik yardım ödənilir;

– təyin olunduğu yer üzrə mənzilə, həmçinin mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hakimlər bu vəzifəyə təyin olunduğu gündən 6 ay müddətində mənzillə təmin edilir.

“Artım kifayət qədər ciddidir. Bu artım dövlət büdcəsi, yəni bizim hesabımıza baş verir. Buna görə də bütün məmurlar, o cümlədən hakimlər də bizə xidmət etməlidir. Dürüst və vicdanla! Korrupsiyaya bulaşmadan. Ümid edirəm ki, qismən də olsa belə olacaq”,-deyə hüqüqşünas əlavə edib.

Nə qədər ümidlə danışsa da, Ə.Həsənov bütün hakimlərdən ədalət gözləmir: “Artım yüksək olsa da, hakimlərimizin əksəriyyətinin gözünü doyduracaq qədər deyil. Bizdə hakim təxmini (iqtisadi şəraitə uyğun) ən azı 10000 manat almalıdır. Yüksək məhkəmə hakimləri isə 15000-20000 manat.

Digər tərəfdən də, şəffaflıq olmadığı üçün məmurlar, o cümlədən hakimlər üzərində ictimai nəzarətin həyata keçirilməsi mümkün deyil. Onlar gəlir və xərc bəyannamələri vermir, daşınmaz əmlak və kommersiya hüquqi şəxslərinin reyestrləri qapalıdır və s. İctimai nəzarətə məruz qalmayan məmurların çoxu həmişə korrupsiyaya meyilli olacaq”.

Hüquqşünas hər bir halda vətəndaşların hakimlərdən haqqını daha inadla tələb etməli olduğunu vurğulayıb: “Onların maaşı artdıqca, biz də daha çox tələbkar olmalı, ədaləti “haqq” müqabilində əldə etməməliyik!”. (modern.az)

Şərhlər

Osçman 2022-09-05 19:37:20

Bu hakimlərə qeyri qanuni,qeyri hummanist qərarlar çıxarmaq üçün avans olaraq təyin edilib.Allah millətə yardıççı olsun.Onsuz da millətin yarıdan çoxu yarımcan yaşayır.aİntiharlar baş alıb gedir.

Rr 2022-08-27 11:09:07

Yaxiqlar acinnan ôlûrdû) elbetde qaldirmaq lazim idi .

tT 2022-08-26 08:32:08
Culfa 2022-08-25 23:24:20

Hakim maaşı az olduğuna görə rüşvət almır ki, o, haqqı nahaqqa verdiyinə görə alır.

Eli 2022-08-25 23:07:54

Az politika bu sualdı verirsiniz:»Mehkemelerde rüşvete son qoyulacaqmı?” Söz başınıza qehetdi,heç dexli var rüşvetin bı işe ne dexli var.Ayıb deyil xalq minnetdarluq edir de.

Veteran 2022-08-25 12:21:43

!80 manat hara, 7000 manat hara.Bunların əmək haqqını 20000 etsələrdə düzələsi deyillər.Yazıq millət.

Comments are closed, but trackbacks and pingbacks are open.