Mən necə bağdan çıxım…”- “Ay işığı” və Şahin Fazil…
Sonda onu demək istərəm ki,yaşamaq yaratmaq eşqiylə yanıb alışan bu insan işıq içində nurdu.Ondan yazmaq belə insana bir ayrı hüzur verir.Mən də gördüylərimdən təsirlənib bu mətndə öz hislərimi tərənnüm etməyə çalışdım.
Hacı Şahin Fazil Mustafaya cavab verdi – “Millət vəkilinin belə müdaxiləsi xətalıdır”
Bu gün Hacı Şahin barəsində videogörüntü yayıb onun barəsində xoşagəlməz ifadələr işlədən millət vəkili Fazil Mustafaya qarşı tərəfdən cavab gəldi.
Bizimyol.info saytına açıqlama verən Hacı Şahin Həsəni bildirib ki, Azərbaycanda əzadarlıq ənənələri əsrlər boyu olub. “Bu insana mərhəmət duyğusundan irəli gələn göz yaşıdırsa nəyi pisdir? İnsanların hissləri ilə bağlı fikir söyləməyi düzgün hesab etmirəm. Əzadarlıq məclislərində təkcə Hacı Şahindeyil, minlərlə insan olur. Bu cür münasibət insanları incidə bilər. Millət vəkilinin bu yanaşmasını xətalı hesab edirəm. Bizim onunla teologiya mövzusunda polemikaya girməyimiz düzgün olmaz. Bu dindaxili mövzudur. Bunu kimsə qəbul etməyə bilər. Kimsə əzadarlıq etməyə bilər. Amma edənləri təhqir etmək nə dərəcədə düzgündür?”,- deyə o bildirib.
Sosial Baxılıb: 1544 Tarix: 10 iyun 2018
Şikayətiniz varsa Whatsapp: 051 7028255
DİGƏR MARAQLI XƏBƏRLƏR
“Deyirdilər ki, siz tacir xalqsız” – Çingiz Abdullayevdən maraqlı çıxış
Pul olan kimi adamlar fikirləşir ki, gedim şadlıq evi açım, elə Aqil Abbas da yaxınlaşıb dedi ki, restoranı açsan, daha çox gəlir əldə etmək olur. Təbiidir, xalqın gələcəyi üçün restoran da, bazar da lazımdır. Ancaq kitab mağazaları hamısından üstün olmalıdır. Bu sözləri xalq yazıçısı Çingiz Abdullaye
Çörəklə bağlı əhaliyə xəbərdarlıq
Hamımızın sevərək yediyimiz çörəklə bağlı mütəxəssislər xəbərdarlıq edir. Çörək uşaqlar başda olmaqla hər kəsin kökəlməsinə səbəb olur. Tətildə uşaqların necə qidalanmalı olduğu haqda danışan türkiyəli mütəxəssis Fevzi Özgönül bildirib ki, əgər uşaqlarınız kökəlməyə meyllidirsə tətil vaxtı sağlam qidalanm
Azərbaycan məmurunun arvadı ilə bağlı SENSASİON DOSYE: “Neftin pulları necə talan edilib”
bildirir ki, virtualaz.or saytının redaksiyasına Azərbaycan neftinin pullarının necə talanmasına dair sensasion dosye daxil olub. Dərhal qeyd edirik ki, bu irimiqyaslı korrupsiya əməlinə dair sənədlərin mənbəyi Türkiyədəki həmkarlarımızdır. Və biz belə başa düşürük ki, öz növbəsində türkiyəli jurnalistlər
Ət alarkən diqqətli olun – RƏSMİ MƏLUMAT
İyunun 7-də alınmış məlumat əsasında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) Xaçmaz Rayon Baytarlıq İdarəsinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taboru əməkdaşlarının iştirakı ilə Xaçmaz rayonun Çağacuq çayı ərazisind
Avtovağzaldakı bu lövhə sərnişinləri çaşdırır – VİDEO
Bakı Beynəlxalq Avtovağzalının yaxınlığındakı dayanacaqda olan məlumat lövhəsi sərnişinləri əməlli- başlı çaşdırıb. Lövhədə həmin dayanacqdan keçməli olan marşrut xətlərinin nömrələri yazılıb, amma orada qeyd olunan marşrut xətləri ya tamamilə ləğv olunub, ya da ki, oradan ümumiyyətlə keçmir. Nəticəd
Qaz sayğaclarının plombları çürüdüyü üçün abonentlər cərimələnir – VİDEO
Qaz sayğacının plombu çürüdüyü üçün abonent cərimələnib. -ın -a istinadən məlumatına görə, hadisə Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsi ev 29-da yaşayan Qasım Abbasovun başına gəlib. Üç gün öncə “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri Qasım Abbasova məxsus qaz sayğacının plombunu dəyişiblər
Bakıda 4 yaşayış binasının həyəti zəbt olunub – Darısqal yerdə 5-ci binanı tikmək istəyirlər – VİDEO
Bakıda 4 yaşayış binasının həyəti zəbt olunub. Burada hündürmərtəbəli yaşayış binasının tikiləcəyi iddia olunur. Söhbət Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon Hüseyn Seyidzadə küçəsi 2-4 ünvanından gedir. Ərazidə olan 4 binanın sakinləri deyir ki, tanımadıqları şəxslər binaların həyətində nümunəv
Mərhum nazirin nəvəsi ilə özəl GÖRÜNTÜLƏRİ YAYILDI – VİDEO
10 İyun Energetika naziri Natiq Əliyevin ölümünün ildönümü olub. -a istinadən xəbər verir ki, mərhum nazirin oğlu Fərhad Əliyevin ilk nikahından olan nəvəsi Aliyə Əliyeva instaqramda babasını xatırlayıb. O, sosial şəbəkədə babası ilə körpəlik videosunu paylaşıb və bu itki ilə barışa bilmədiyini vurğulayıb:
Nazirlikdən xəbərdarlıq: Bugün hava.
Azərbaycanda bu günə olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, yağmursuz olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur
“Mən necə bağdan çıxım…”- “Ay işığı” və Şahin Fazil…
Bir neçə gün bundan öncə Facebook hesabımın mesaj bölümünə,tanınmış şair Ramiz Qusarçaylıdan “Ay işığı” ədəbi məclisinin növbəti tədbirinə dəvət aldım.Açığı bu mənim üçün gözlənilməz oldu. Adətim üzrə,istirahət günüm olsa da tədbir başlamazdan əvvəl həmən məkana yetişib tədbirə qatıldım.Qubanın “Gülüstan”,Xaçmazın “Ulduzlar”,Şabranın “Şabran” ədəbi məclisləri,eyni zamanda bölgənin tanınmış aydınları da “Ay işığı” ədəbi məclisinə dəvətli idi və çox maraqlı ədəbi görüş olacağı elə ilk andan hiss olunurdu.
Tədbir şair-tərcüməçi,Divanlar Xəmsəsi adlandırılan beş “Divan” və qırxa yaxın kitabın müəllifi,şərqşünas-alim,tarix elmləri doktoru,professor Şahin Fazilin qarşıdan gələn səksən illik yubileyi ilə əlaqədar olaraq düzənlənmişdi.Etiraf edim ki,Şahin Fazilin qubalı olduğunu bilsəm də yaradıcılıqı ilə yaxından tanış deyildim və buna görə özümü qınadım da.
Nə gizlədim, tədbir başlamazdan əvvəl iştirakçılar arasında ən çox diqqətimi çəkən,orta boylu,çox sadə geyimli,eyni zamanda baxımlı,səliqə-sahmanlı əsil azərbaycan ağsaqqalı- Şahin Fazil oldu…
Nəhayət,maraqla gözlədiyimiz tədbiri istedadlı şairimiz Ramiz Qusarçaylı açıq elan etdi.O,Şahin bəyin uzun illər boyu apardığı zəngin elmi-tədqiqat işlərindən,tərcümələrindən,dolğun bədii yaradıcılığından söhbət açdı,Azərbaycan şərqşünaslığına, tarixinə verdiyi töhfələrdən, ötən əsrin 50-ci illərindən başlayaraq dövrü mətbuatda müntəzəm çap olunan əsərlərindən bəhs etdi.Maraqlı çıxışı əsnasında Ramiz müəllimin vurğuladığı bir detal məndə şok effekti yaratdı. Bu barədə sonra…
Şahin Fazilin özünə məxsus saç düzümü, bənzərsiz saqqal forması ilk baxışdan mötəbər,müdrük azərbaycanlı obrazı yaradır. Bu,danılmazdı. Mənə elə gəldi ki,elə 50-60 il əvvəl də o,bu obrazda olub,dəyişməyib,səksəninə,doxsanına,yüzünə də bu cür müdrik,nurani simalı ağsaqqal kimi qədəm qoyacaq!
Yaxınlaşıb əlini sıxıb görüşəndə,əzəməti,insana həyatı sevdirən müsbət aurası elə xoş,isti hisslər yaradırdı ki,ətrafındakılar onunla həmsöhbət olmaqdan yorulmurdu.Şahin baxışlı,Şahdağ əzəmətli, nurani insan aram-aram danışdıqca ona heyran olmamaq mümkün deyil. Sənətkarla ilk görüşüm olduğundan bu isti münasibəti gənc yazar kimi daha çox hiss etdim.Şahin Fazil gənclərin dostudur. Düşunsək ki, adam ömrünün səksənindədi,hələ də yazıb-yaradır,heyran olmaya bilmirsən!
Mən Şahin Fazilin yaradıcılıqından danışmayacam.İstəyən insan internet vasitəsi ilə onun həyat və yaradıcılığı barədə tutumlu,dolğun məlumatlar ala bilər və bu yazdıqlarımın gerçəkliyinə şübhə etməz.
Qayıdaq yuxarıda qeyd etdiyim,Ramiz bəyin məndə,bəlkə də iştirakçıların çoxunda şok effekti yaradan həmən detala.
El şənliklərində,televiziya kanallarında eşitdiyimiz,dinləyib sevdiyimiz bir mahnı-hamımızın xalq mahnısı kimi tanıdığımız “Bağiban” mahnısı, sən demə hörmətli həmyerlimiz Şahin Fazilin sözlərinə bəstələnibmiş.Sevimli müğənnimiz,rəhmətlik Məmmədbağır Bağirzadənin bəstəsi illərdi ürəklərə yol tapıb,onlarla müğənni tərəfindən indi də sevgiylə oxunur, minlərlə kaset, disk satılıb,amma sözlərin müəllifinin adı çox az qeyd olunur.Bu,məni bir qubalı kimi həm sevindirdi,həm də heyfsləndirdi.Axı necə ola bilərdi ki,illərdi xalq mahnısı kimi dinlədiyimiz,ürəkləri riqqətə gətirən mahnının müəllifi kimlərinsə etinasızlığından,bəlkə də qısqanclığından unudulsun? Bəlkə də bu,Şahin müəllimin ucalığından,təvəzökarlığından irəli gəlib, “bunun müəllifi mənəm!” deməyib?!
O da var ki, şairlərin çoxu buna məhəl qoymur,yetər ki,tanınan, sevilən bir müğənni sözlərinə musiqi bəstələsin, oxusun.
Mənfur qonşularımız hər gün bir xalq,bəstəkar mahnımızı özününküləşdirdiyi bir zamanda buna imkan vermək ürək sızladır. “Anonim”,çox vaxt da “xalq mahnısı” adıyla.
Mən Şahin Fazil yaradıcılığı ilə tanış olmadıqım üçün özümü qınadım.Və Şahin müəllim mənə daha da doğmalaşmağa başladı.
Bağiban, ay bağiban, bağə nigarım gəlir?
Mən necə bağdan çıxım, indicə yarım gəlir…
Şahin Fazil cənnətə döndərdiyi məkanda,-bağ-baxçasında səbirsizliklə yarının yolunu gözləyən insanın keçirdiyi həyəcanlı təlaşı,yarına olan sevgisini çox möhtəşəm tərənnüm edib.Allah rəhmət etsin,Məmmədbağır Bagirzadə isə ecaskar səsi ilə bu şeirə bir başqa zənginlik qatıb.Bir diqqət edin:
Bəslədiyin güllərə, göz ucu da baxmaram,
İnsafın olsun sənin, gör necə varım gəlir…
Sevgilisinin gəlişindən riqqətə gələn bağbanın,hətta, illərlə sevə-sevə bəslədiyi,qulluq etdiyi gül-çiçək də gözündə deyil.Təkcə istədiyi sevgilisinin gəlməsidi.O gələrsə, bağ da bir başqa gözəlləşər.Mən Şahin Fazilin sevgisinin dərinliyini, əzəmətini tərənnüm etmək üçün çətinlik çəkirəm.
Sonda onu demək istərəm ki,yaşamaq yaratmaq eşqiylə yanıb alışan bu insan işıq içində nurdu.Ondan yazmaq belə insana bir ayrı hüzur verir.Mən də gördüylərimdən təsirlənib bu mətndə öz hislərimi tərənnüm etməyə çalışdım.
İnsanlara sağlığında,yanımızda olarkən qiymət verməliyik,onun sənətini dəyərləndirməliyik.Bunu bacarsaq,hərə layiq olduğu yerdə görünəcək.
Quba ədəbi mühiti adından gözəl şair,alim,tədqiqatçı Şahin Fazilin qarşıdan gələn səksən illiyini ürəkdən təbrik edir, ona indiki coşquyla yazıb-yaratmağı arzu edirəm.
Sizi vaxtında , dəyərincə tanımayan gəncliyi bağışla, ustad !
Murad Muradov
(Quba)
Quba Tarixi, Şahin Fazil
IV əsrdən müasir dövrədək Qubada baş verən etno-siyasi, tarixi, ideoloji, diplomatik hadisələr və regionun taleyindən keçən ədəbi-bədii, mədəni proseslər zaman axarı ilə, xronoloji ardıcıllıqla izlənilmişdir. “Quba” istilahının etimologiyasından başlamış Qubada və onun kəndlərində yaşayan əhalinin etnik tərkibi, Azərbaycanın bir parçası kimi əsrlərlə onun yaşadığı çətinlikləri bölüşərək müxtəlif sınaqlardan çıxmağı bacaran insanların yaşam tərzi, fədakarlığı, təsərrüfat və mədəni həyatının təsvirinə qədər çoxsaylı məsələlər əks olunmuşdur. Qədim və orta əsrlər dövrü, zamanın gətirdiyi xanlıqlar mərhələsi, bir-birini əvəz edən sonrakı dövrlər, xüsusilə yeni müstəqillik dövrü faktlar və sənədlərlə təsvir edilmişdir. Zaman-zaman Azərbaycana qarşı aparılmış işğalçılıq siyasətinə, ölkə ərazisinin parçalanması nəticəsində Qubanın sərhəd bölgəsinə çevrilməsinə və müxtəlif təzyiqlərə rəğmən, xalqın dövlətinə sadiq qalması, bu sədaqətin mənəvi dəyər kimi nəsildən-nəslə ötürülməsi hərtərəfli qeyd edilmişdir. Qubanın tarix və memarlıq abidələrinə xüsusi hörmət və təəssübkeşliyin təsviri olan hissələr xalqın keçmişinə bəslədiyi məhəbbətinin, bugününə diqqətinin, sabahına göstərdiyi qayğısının əyani təzahürüdür. Qubanın yetişdirdiyi layiqli, həyatda sözünü demiş şəxsiyyətlər, ziyalılar, alimlər, qəhrəmanlar, sənət adamları barədə qeydlər onları oxucuya örnək göstərmək məqsədini daşıyır. Yeri gəldikcə müəllifin öz yaradıcılığından təqdim etdiyi şeir parçaları mətnin ideya-bədii məzmununu daha da zənginləşdirmiş və onu daha oxunaqlı etmişdir. Bütün əsər boyu nadir və unikal tarixi sənəd və mənbələrə istinad edilmişdir.
Məhsul nömrəsi: 18749
Quba tarixi Şahin Fazil
ISBN: 9789952494617
Yumşaq üz qabığı
700 səhifə
Ölçü: 155×230 mm
Qiymət: 21.00 AZN
Comments are closed, but trackbacks and pingbacks are open.