Movzu 1: Texnoloji sistemlərin formalaşması qanunauyğunluqları
yoxlamalı, aşkar edilən nöqsan halları auditorun isçi sənədində əks etdirməlidir.
“Az Accounting Services” LLC Your Accounting Department
IV MÖVZU. HAZIR MƏHSULLARIN VƏ ONLARIN SATIŞININ UÇOTUNUN AUDITI Leave a comment
4.1. Hazır məhsulların uçotunun auditi
4.2. Məhsul satışı göstəricilərinin auditi
1. Romanov A.N., Odinüov B.E. Kompöterizaüiə auditorskoy deətelğnosti, – M.: Audit, ÖNİTİ, 1996
4.1. Hazır məhsulların uçotunun auditi
Müəssisənin maliyyə sabitliyi və möhkəmliyi onun isıehsal etdiyi məhsulun daxili və xarici bazarda ilkin isıehlak tələbindən xeyli asılıdır. Buraxılmış hazır məhsulun planlaşdırılmış həcmdə satılması müəssisəyə imkan verir ki, istehsal məsrəflərini təmin etsin, büdcə, bank, kredit təşkilatları və digər müəssisələr qarşısında öhdəliklərini yerinə yetirməklə, isıehsalın təkmilləşdirilməsi və inkişafı üçün mənfəət əldə etsin.
Hazır məhsulların mühasibat uçotunun auditi zamanı istehsal olunmuş məhsulların müəssisə ambarına mədaxil olunması və satışının düzgün sənədləşdirilməsi çox vacibdir. Bununla əlaqədar olaraq auditor məhsul buraxılışının uçotunun təşkili ilə ətraflı tanış olmalıdır. Bəzi hallarda məhsul buraxılışı və ambara mədaxil olunma İlə əlaqədar təhvil-qəbul qaimələrində və aktlarında isıehsal əməliyyatları tam başa çatmamış məhsullar hazır məhsul kimi göstərilərək sənədləşdirılır, Belə haida sexlərdə buna cavabdeh olan şəxslər qəbz verirlər ki, guya təhvil veriləcək hazır məhsulun bir hissəsi sexdə qalmışdır.
Hazır məhsulun buraxılışı ilə əlaqədar olaraq auditin məqsədi-istehsal olunmuş məhsulun tam həcmdə mədaxil olunması, satılmış məhsul üzrə satış pul vəsaitinin və satılmış məhsulun maya dəyərinin hesablanmasıdır.
Bununla əlaqədar olaraq auditor yoxlama dövründə aşağıdakıları həll etməlidir:
Hazır məhsulların qiymətləndirilməsi prinsipinin seçilməsinin əsaslaşdırilması;
- İsıehsal olunmuş məhsulların tam mədaxil olunmasının müəyyənləşdirilməsi;
- Alıcıya yüklənmiş və satılmış məhsulların həcminin təsdiq olunması;
- Yüklənmiş və satılmış məhsulların maya dəyərinin müəyyənləşdirilməsi.
Hazır məhsulların uçotunun auditinin aparılması üçün əsas informasiya mənbəi hazır məhsulun ambar uçotu kartı, preyskurantlar, məhsul satışı üzrə bağlanmış müqavilələr, məhsul buraxılışına dair hesab-qaimələr, satış uçotu jurnalı, alıcıların məhsul almalarına aid olan vəkalətnamələr, satışdan pul vəsaitinin daxil olmasına dair ilkin bank və kassa mədaxil sənədləri (ödəmə tapşırığı, ödəmə tələbnaməsi, kassa mədaxil orderi və s.) mühasibat uçotunun 20, 37,40,41,43,45,46,50,51,80 və s. hesabları üzrə aparılan yazılışlar hesab olunur.
Bütün göstərilənlərlə yanaşı auditor müəssisədə hazır məhsulların qiymətləndirilməsi prinsiplərini müəyyən etməlidir. Müasir şəraitdə hazır məhsulların qiymətləndirilməsində aşağıdakı müxtəlif formalardan İstifadə olunur:
• faktiki (tam) isıehsal maya dəyəri üzrə (fərdi isıehsal sahələrində);
• tam olmayan isıehsal maya dəyəri üzrə ümumi-zavod xərcləri daxil olmaqla (fərdi və kiçikseriyalı İsıehsal sahələrində);
• topdan satış qiymətlə müəyyən olunmaqla, topdan-satış qiyməti möhkəm uçot qiyməti kimi qəbul olunur. Yaranmış fərq 37№-li «Məhsul buraxılışı, iş, xidmət)» hesabında əks olunur;
• sərbəst buraxılış qiymətilə (ƏDV daxil olmaqla);
• sərbəst bazar (satış) qiymətlərilə (bu pərakəndə ticarət üzrə malların uçotunda istifadə olunur).
Hazır məhsulların qiymətləndirilməsi üzrə seçilmiş forma müəssisənin uçot siyasətində müəyyəniləşdirilməlidir. Bunula əlaqədar olaraq mühasibat uçotu hesablar planında uçotun təşkili üçün 40 №-li «Hazır məhsul», 37 №-li «Məhsul buraxılışı (iş, xidmət» hesabları müəyyən olunmuşdur.
4.2. Məhsul satışı göstəricilərinin auditi
Müəssisələrdə məhsul satışı göstəriciləri bilavasitə satış, faktının yaranması, yəni satılan əmlak üzərində mülkiyyət, hüququnun satıcıdan alıcıya keçməsi vaxtı hesab olunur.
Məhsulların (iş və xidmətlərin) və malların satışından mənfəət (zərər) Azərbaycan Respublİkasının qanunvericiliyi ilə müəyyən olunmuş vergilər digər məcburi ödənişlər nəzərə alınmadan qüvvədə olan qiymətlərlə məhsulların (iş və xidmətlərin) satışından gələn gəlirlə onların istehsalına və satışına çəkilən xərclər arasındakı fərq kimi müəyyən edilir.
«Müasibat uçotu haqqında» Azərbaycan Respublikası Qanununda müəyyən edildiyinə görə müəssisələrdə satışdan gəlirin müəyyən edilməsinin aşağıdakı formaları müəyyən olunmuşdur:
a) Satışdan gələn gəlir müəssisənin təsərrüfat xüsusiyyətlərdən və bağlanmış müqavilələrin şərtlərindən asılı olaraq ya satılmış (yəni nağsız hesablaşma zamanı cari hesabına ödəniş sənədləri əsasında daxil olan məbləğlər üzrə və ya nağd hesablaşma zamanı müəssisənin kassasına daxil olan məbləğlər üzrə) dəyəri ödənilmiş məhsullara, mallara, işlərə, xidmətlərə görə yüklənib alıcılara göndərilmiş məhsullara, mallara, təhvil verilmiş işlərə, görülmüş xidmətlərə görə ödəniş sənədfləri alıcıya (sifarişçiyə) təqdim edildikcə müəyyən edilir.
Hesabat ilində aşkar edilmiş, lakin keçmiş illərin əməliyyatlarına aid olan mənfəət, yaxud zərər hesabat ilinin təsərrüfat fəaliyyətinin nəticələrinə daxil edilir.
Məhsul satışı ilə əlaqədar olaraq auditor 46 №-li «məhsul (iş, xidmət) satışı, 40 №-li «Hazır məhsul», 50 №-li «Kassa», 51 №-li «Hesablaşma hesabı», 62 Ns-Iİ «Alıcılar və sifarişçilərlə hesablaşmalar», 64 №-li «Alınmış avanslar üzrə hesablaşmalar» hesablarında əks olunmuş mühasibat uçotu əməliyyatları yazılışmalarını ətraflı yoxlamalıdır.
Məhsul satışı göstəricilərinin audit yoxlamasında bilavasitə satışla əlaqədar olan kommersiya xərclərinin uçotda əks olunması da yoxlanılmasıdır. Kommersiya xərcləri məhsul satışı ilə əlaqədar sərf olunan xərclər olmaqla isıehsal maya dəyəri ilə birlikdə hazır məhsulun tam maya dəyərini təşkil edir. Burada auditor xüsusilə mühasibat uçotu yazılışında əks olunmuş göstəricilərin kommersiya xərclərinə aid edilməsinin düzgünlüyünü müəyyən etməlidir.
Kommersiya xərcləri mühasibat uçotu hesablar planda 43 №-li «Kommersiya xərcləri» hesabında əks olunur və bu hesabda əsasən hazır məhsul anbarlarında taralara və hazır məmulatların qablaşdırılmasına, məhsulun göndərmə stansiyasına çatdırılmasına, vaqonlara, gəmilərə, avtomaşınlara və digər nəqliyyat vasitələrinə yüklənməsinə, satış təşkilatlarına və digər vasitəçi təşkilatlara ödənilən komisyon rüsumlarına, reklamlara və s. bu kimi işlərə çəkilən xərclər əks etdirilir.
Auditor 43 №-li «Kommersiya xərcləri» hesabı üzrə ilkin hesablaşma ödənmə sənədlərinin və uçot yazılışlarını nəzərdən keçirib, müqayisə etməklə analitik uçot göstəricilərinin düzgün əks olunmasını müəyyən etməli və həmin xərclərin satılmış məhsullar üzrə düzgün əks olunmasını müəyyənləşdirməlidir,
Audİtor məhsul satışı ilə əlaqədar əlavə dəyər vergisinin (ƏDV) və maliyyə nəticəsinin düzgün hesablanmasını yoxlamalıdır. Yoxlama nəticəsində ƏDV-si üzrə düzgün hesablanmama halları müəyyən olunursa, onun səbəbləri müəyyən olunmalı və buraxılan nöqsan və səhv düzəldilməlidir.
- 1.İstehsala məsrəflərin uçotunun təşkilinin yoxlanması zamanı auditor hansı əsas normativ sənədlərdən istifadə edir?
- 2.İstehsala məsrəflərin kompleks uçotuna hansı vəzifələr daxildir və bunlar auditor yoxlamanıa necə aid edilir?
- 3.Hazır məhsul və onun satışının uçotunun aparılmasının yoxlanılmasında auditorun istifadə etdiyi əsas normativ sənədləri sadalayın?
- 4.Hazır məhsulun uçotunun auditinin aparılmasının xüsusiyyətlərini izah edin?
- 5.Məhsul satışından mənfəəti qəbu edilmiş müxtəlif metodlardan istifadə zamanı satılmış məhsulun uçotunun aparılmasının yoxlanılması metodikasını izah edin?
Movzu 1: Texnoloji sistemlərin formalaşması qanunauyğunluqları
Hələ istehsal manufakturaları və sənətkarlıq sexləri təşkil olunanda və fəliyyət gostərəndə texnoloji sistemlərin formalaşmasına şərait yaranmışdır.
Texnoloji sistemlərin formalaşmasında əsas faktor rolunu texnoloji əlaqələr , onların xarakteri oynayır.Texnoloji sistemlər həm parlel həm ardıcıl əlaqələrin xarakteri tabeçilik səviyyəsindən asılı olaraq dəyişir.Kombinə olunmuş texnoloji sistem elə bir sistemdiki burda daha asağı səviyyəli ardıcıl və paralel texnoloji sistemlər birləşib müəyyən bir struktur yaratmışdır. Sex səviyyəsində başlamış əksər texnoloji sistemlər uçun belə əlaqə tipləri xarakterdir.
Texnoloji elementləri ardıcıl əlavəyə malik olan sistemlər uçun əsas idarəetmə funksiyası sistemin fəliyyətininin verilən rejimdə saxlanması ,yeni sistemin butun elementləri uzrə məhsul buraxılışının kəmiyyət və keyfiyyət cəhətdən balanslaşdırılmasına nail olmaqdır .
Butun səviyyələr uzrə umumi və ən vacib idarəetmə funksiyaları bunlardır:
A)Verilən sistemin butun elementləri uçun məhsul buraxılışının həcminin planlaşdırılması.
B)İstehsalatın maddi texniki təchizatı.
Q)Məhsul buraxılışının uçotu.
Yadda saxlanmalıdır ki,idarəetmə səviyyələri ,yəni şaquli əlaqələr texnoloji strukturların paralel və ardıcıl əlaqələrinin növbələşməsi əsasında əmələ gəlməklə onların dialektik birliyini və əksliyini əks etdirir.
Microsoft Word Dissertasiya M?h?mm?dli Nicat docx
prinsiplərini etiva edən mühasibat uçotu sistemilə tanış olmaqdır.
Mühasibat uçotunun və uçot siyasətinin auditini apararkən ilk növbədə
“Mühasibat uçotu haqqında” qanunla və “Müəssisənin mühasibat uçotunun
hesablar planı və onun tətbiqinə dair təlimat”la tanış olmaq lazımdır.
Qarşıya qoyulan məqsədə uyğun olaraq müəssisənin təsərrüfat fəaliyyətinin
aşağıdakı tərəflərinin öyrənilməsi, təhlili və qiymətləndirilməsi üzrə vəzifələr
mühasibat vergi idarəetmə uçotu üçün uçot siyasəti və mühasibat
uçotunun aparılmasının əsas prinsipləri;
mühasibat uçotunun aparılmasına və mühasibat hesabatının
hazırlanmasına məsul olan bölmələrin təşkili strukturu;
uçotun aparılmasında və hesabatın hazırlanmasında iştirak edən işçilər
arasında vəzifə və səlahiyyətlərin bölgüsü;
təsərrüfat əməliyyatlarını əks etdirən sənədlərin hazırlanması, dövriyyəsi
və saxlanılmasının təşkili;
mühasibat uçotunun reqistrlərində təsərrüfat əməliyyatlarının əks
etdirilməsi qaydası, belə reqistlərin məlumatlarının ümumiləşdirilməsinin forma və
mühasibat uçotunun məlumatları əsasında dövrü mühasibat hesabatının
uçotun aparılmasında və hesabatın hazırlanmasında hesablama texnikası
vasitələrinin rolu və yeri
səhvin baş verməsi, yaxud mühasibat uçotunun yüksək səviyyədə təhrif
olunması riskində uçotun tənqidi sahəsi;
uçot sisteminin ayrı-ayrı sahələrində nəzərdə tutulan nəzarət sistemi.
Auditor yoxlamasının planlaşdırılması və bilavasitə aparılması gedişində
auditor yoxladığı iqtisadi subyektin mühasibat uçotu sistemini mütləq başa
düşməlidir. Auditor yoxlamasının gedişində auditor təşkilati-iqtisadi subyektin
mühasibat uçotu sisteminin təşkilinin mövcud normativ sənədlərə uyğunluğunu
yoxlamalı, aşkar edilən nöqsan halları auditorun isçi sənədində əks etdirməlidir.
Nəzərə almaq lazımdır ki, əgər təsərrüfat əməliyyatlarının qeydə alınması
gedişində asağıdakı tələblər yerinə yetirilərsə, onda iqtisadi subyektin mühasibat
uçotu sistemini effektiv hesab etmək olar:
uçotda əməliyyatlar onların həyata keçirilməsi müddətini düzgün əks
uçotda əməliyyatlar düzgün məbləğdə qeyd olunur;
əməliyyatlar mövcud normativlərə və uçot siyasətinə uygun olaraq
mühasibat uçotu hesablarında düzgün əks etdirilir;
uçot və hesabat üçün mühüm əhəmiyyət kəsb edən əməliyyatların detalları
sui-istifadə hallarının baş verməsi imkanları məhduddur.
Auditor yoxlaması gedişində təsərrüfat subyektinin mühasibat uçotunun
təşkili və aparılmasına aid daxili sənədlərlə tanış olmaq lazımdır. Yoxlamanın
nəticəsinə görə auditor daxili reqlamentlər haqqında nəticə çıxarır və onların
təkmilləşdirilməsinə dair əsaslandırılmış təkliflər verir.
Mühasibat uçotunun normativ tənzimlənməsi sisteminin dörd səviyyəsi
vardır. Bunlardan iqtisadi subyekt üçün ən əhəmiyyətlisi dördüncü (aşağı)
səviyyədir, hansıki özünə metodiki, texniki və təşkilati aspektlərdə uçot siyasətini
daxil edir. Uçot siyasəti mühasibat uçotunun aparılması üsullarının: ilkin
müsahidə, dəyər ölçülməsi təsərrüfat fəaliyyəti faktlarının cari qruplaşdırma və
yekun ümumiləşdirilməsi məcmusunu müəyyənləşdirir. Uçot siyasətinə riayət
olunmasının yoxlanılması auditor yoxlamasının bütün qalan mərhələlərini
Uçot siyasətinin əsas vəziyyəti müxtəlif auditor sənədlərinə, hər şeydən əvvəl,
auditor fəaliyyətinin qaydasına (standartına) toxunur, hansındakı uçot siyasətinə
birbaşa istinad olur. Belə istinadlar, məsələn “Auditin planlaşdırılması”, “Analitik
prosedurlar”, “Auditin gedişində mühasibat uçotu sisteminin və daxili nəzarətin
öyrənilməsi və qiymətləndirilməsi” kimi qaydalarda (standartlarda) olur.
Auditorun vəzifəsi uçot siyasətinin elementlərini təhlil etmək və qiymətləndirmək
və onu rəyin analitik hissəsində əks etdirməkdən ibarətdir. Uçot siyasətinin əsas
elementlərinə metodiki, texniki və təşkilati elementləri aid etmək olar.
Metodiki elementlərə aiddir:
əsas fondların, qeyri-material aktivlərin, xüsusi geyimlərin və xüsusi
inventarın amortizasiyası qaydası;
əvvəllər azqiymətli və tez aşınan əşyaların tərkibində hesablanan
obyektlərin əsas vəsaitlərin və materialların tərkibinə daxil edilməsi qaydası;
istehsal ehtiyatlarının qiymətləndirilməsi;
hazır məhsulun qiymətləndirilməsi;
gələcək dövr məsrəflərinin silinməsi;
gələcək məsrəflərin və ödənişlərin ehtiyatının yaradılması;
istehsal xərclərinin qruplaşdırılması və silinməsi;
satışdan mənfəətin tanınması;
sübhəli borclar üzrə ehtiyatların və xüsusi təyinatlı fondların yaradılması.
Texniki elementlərə aiddir:
işçi hesablar planı;
mühasibat uçotu forması;
əsas vəsaitlərin təmirinin uçotu;
əmtəə-material dəyərlərinin hərəkətinin analitik uçotu;
hazır məhsul buraxılışının uçotu;
istehsal xərclərinin və maya dəyərinin kalkulyasiyasının uçotu;
dolayısı məsrəflərin bölgüsü;
istehsal xərclərinin toplu uçotu;
inventarizasiyanın aparılması qaydası.
Təskilati elementlərə aiddir:
mühasibat xidmətinin təşkilati forması;
bölmələrin ayrıca balansa ayrılması;
Comments are closed, but trackbacks and pingbacks are open.