Windows əməliyyat Sistemi
Windows 7-də işləyən kompüterlər fəaliyyətini davam etdirəcək, lakin “Microsoft” artıq texniki dəstək göstərməyəcək və yeniləmələri buraxmayacaq. Şirkət, Windows 7 istifadəçilərinə OneDrive xidmətindən istifadə edərək fayl və fotoların surətlərini yaratmağı və Windows 10 əməliyyat sistemini istifadə etməyi tövsiyə edir.
“Microsoft” “Windows 7” əməliyyat sistemi üçün texniki dəstəyi dayandırıb – YENİLƏNİB
22 oktyabr 2009-cu ildə buraxılmış “Windows 7” əməliyyat sisteminə texniki dəstək və yenilənmə 14 yanvardan başlayaraq dayandırılıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə “Microsoft” şirkətinin saytında xəbər yayılıb.
Xəbərdə deyilir: “10 illik fəaliyyətdən sonra, Windows 7 üçün dəstək yanvarın 14-dən etibarən dayandırılacaq. Keçidin çətin ola biləcəyini bilirik və bundan sonra nə ediləcəyinə dair tövsiyələrlə kömək etmək və texniki dəstəyin dayandırılması ilə bağlı suallara cavab vermək istəyirik”.
Windows 7-də işləyən kompüterlər fəaliyyətini davam etdirəcək, lakin “Microsoft” artıq texniki dəstək göstərməyəcək və yeniləmələri buraxmayacaq. Şirkət, Windows 7 istifadəçilərinə OneDrive xidmətindən istifadə edərək fayl və fotoların surətlərini yaratmağı və Windows 10 əməliyyat sistemini istifadə etməyi tövsiyə edir.
Qeyd edək ki, dünya üzrə istifadə olunan bütün kompüterlərin 26,6 faizi Windows 7 əməliyyat sistemi ilə çalışır.
* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Windows əməliyyat Sistemi
Əməliyyat sistemi — bu, kompüterin əsas proqramıdır. Onsuz biz hətta kompüterə daxil ola bilmərik. Windows — əməliyyat sistemi.
Biz kompüteri işə saldığı zaman, onda şəkil və cürbəcür nişanlar, düymələr, pəncərələr və s. görürük. Bütün bu gözəllik, bütün bu düymələr, pəncərələr, oxlar və başqa şeylər — bu ümülikdə əməliyyat sistemidir.Əməliyyat sistemləri çox deyil. Demək olar ki, bütün kompüterlərdə Windows quraşdırılmışdır, çünki o — ən sadə və rahatdır. Bu sistemin bir neçə versiyası var — 95, 98, 2000, NT, XP, Vista, Windows 7, Me. Onlar öz aralarında buraxılış tarixi ilə seçilir. Nə qədər köhnə versiya əməliyyat sistemi olarsa, onda nöqsanları çoxdur. Hazırda ən yeni versiyası Windows 7-dir. Lakin bir çox insanlar Windows XP əməliyyat sistemi istifadə edirlər. Fikrimcə, düzgün də edirlər. XP əməliyyat sistemi kifayət qədər etibarlı və sürətlidir. Vista və Windows 7 kompüter böyük güc tələb edir, ona görə kompüter tez-tez ilişir. Bəzi proqramlar Vista-ya və Windows 7-ə qoymaq olmaz, onlar sadəcə onun üçün yaramır. Düzdür, deyirlər ki, Windows 7 əməliyyat sistemi ən yaxşı sistem olmağa, bütün mümkün olan şansları var.
Necə bilmək olar ki, kompüterdə hansı əməliyyat sistemi quraşdırılıb?
Kompüter işə düşduşdüyü zaman(onun yüklənməsi zamanı, demək də olar) burada əməliyyat sisteminin adı adətən yazılır.
Əgər belə yazı, onda bu Sizin kompyuterdə Windows XP əməliyyat sistemi quraşdırılıb:Əgər belədirsə — onda Sizdə Windows Vista:
Əgər bu yazını görürsünüz, o deməkdir ki, Sizin kompüterdə Windows 7 quraşdırılıb:
Əgər kompüterə yüklənməsi zamanı heç bir yazı yoxdursa, onda «Mənim kompüter» (Мой компьютер) nişanı vasitəsilə əməliyyat sisteminin versiyasını görmək olar. Bunun üçün «Start»-ı açın, yazıdan «Mənim kompüter» (Мой компьютер)seçərək, mousun sağ düyməsini basın və açılan siyahıda «Xüsusiyyətlər»( Свойства) bəndini seçin.
Аçılan pəncərədə yazılacaq ki, hansı əməliyyat sistemi kompüterdə quraşdırılıb.
Digər əməliyyat sistemləri, çox deyil. Onlardan bir çoxlarına nadir hallarda rast gəlmək olar.
Dostlarla Paylaş ↓
Dil Seç / Выбрать язык / Choose language
SAYTA DAXIL OLUN
Facebook Səhifəmiz
İnstagram Səhifəmiz
Son Yazilar
- Best Academy Dövlət Qulluğu Sınaq Testi-BB. (11.12.2022) 24 Dekabr 2022
- Periferiya qurğularına aid test tapşırıqları və cavabları 22 Dekabr 2022
- Məhəmməd Məmmədov ilə Video Dərslər 21 Dekabr 2022
- İNFORMATİKAYA AID VİDEO DƏRSLƏR 21 Dekabr 2022
- Kargüzarlıq haqqında təlimat Qısa Konspekt (Emil Qəhrəmanov) 29 Noyabr 2022
Bölmələr
- Aparat və Program Təminatı (10)
- Aytac Rzayeva (1)
- Azərbaycan Dili (14)
- Dövlət Qulluğu (39)
- Dqmk Video (6)
- Dünya Görüşü və Azərbycan (20)
- Elektron Kitablar (5)
- İnformatika (26)
- IT BÖLMƏSİ (14)
- İT Video (16)
- Məhəmməd Məmmədov (2)
- Məntiq (6)
- Məntiq Video (2)
- Microsoft Ofice (5)
- MÜXTƏLİF / İNFORMATİKA (33)
- Qanunvericilik (55)
- Sınaq Testləri (36)
- Windows (13)
Arxiv
Təqvim
| BE | ÇA | Ç | CA | C | Ş | B |
|---|---|---|---|---|---|---|
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 | 31 |
“Windows 7” əməliyyat sisteminə texniki dəstəyin göstəriləcəyi son tarix açıqlanıb
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumat şirkətin rəsmi internet səhifəsində yerləşdirilib.
Bildirilib ki, istifadəçilərin əməliyyat sisteminin versiyasını dəyişə bilməsi üçün hələ 10 günü var. Bundan sonra isə “Windows 7” əməliyyat sistemi lazımi təhlükəsizlik səviyyəsini və yenilənmələri əldə edə bilməyəcək.
“Bu əməliyyat sistemi 10 il əvvəl yaradılıb və o zaman kibertəhlükələr tamam başqa səviyyədə idi. Yeni növ kiberhücumlar və ya texnologiyalar çıxdığından “Windows 7”-nin risklər qarşısında fəaliyyətinə yenidən baxmağa gətirib çıxardı. “Windows 10”-nun yaradılması zamanı əsas prinsip kimi məhz kibertəhlükəsizlik müdafiələri və yeni növ hücumlara qarşı tab gətirmək nəzərdə tutuldu”, – deyə məlumatda qeyd olunub.
Məlumatda o da qeyd olunub ki, “Windows 7” əməliyyat sisteminə texniki dəstəyin dayandırılması kibertəhlükəsizlik prinsiplərini risk altında qoymuş olacaq.
Comments are closed, but trackbacks and pingbacks are open.