Press "Enter" to skip to content

Bakının ən reytinqli məktəbləri – SİYAHI

Bu məktəbdə Azərbaycan-rus bölməsi üçün illik təhsil haqqı 8000, ingilis dili bölməsi üçün isə 10 min manatdır. Dərslər saat 9-dan 6-ya qədər davam edir. Bu müddət ərzində isə şagirdlər gündə 3 dəfə yeməklə təmin olunur. Avtobus servisi isə yoxdur. Məktəbə qəbul olunarkən şagird onun məktəbə hazırlığını müəyyən edən test imtahanından keçir.

Milet məktəbi

Qədim Yunan fəlsəfəsi Yunanıstanın özündə deyil, Kiçik Asiyanın Qərb sahilindəki İoniya şəhərində meydana gəlmişdir. Bu şəhərlərin əsasını yunanlar qoymuşdur. Ticarət yolları üzərində yerləşən bu şəhərlər xeyli inkişaf etmişdi. Onlardan biri də Milet şəhəri idi. İlk fəlsəfi məktəb həmin şəhərdə, yunanların «yeddi müdrik» içərisində saydığı ilk filosof Fales (b. er. əv. 625– 547) tərəfindən yaradılmışdır. Fales Babilistan və Misir dinləri və elmləri ilə tanış idi, Misir kahinlərindən, riyaziyyat və astronomiyanı öyrənmişdir. Bu biliklərə əsaslanaraq o, günəşin tutulmasını qabaqcadan xəbər vermişdi. Falesin əsərləri bizə çatmasa da, Layertli Diogenin və Aristotelin onun haqqındakı məlumatları bizim üçün çox qiymətlidir. O, ticarətlə məşğul olaraq çoxlu sərvət qazanmışdır. Bir sıra teoremlərin müəllifi hesab olunur. Ona təqvim məlum idi və günəşin illik hərəkətini göstərə bilirdi. Fales Avropa elminin və fəlsəfəsinin banisi hesab olunurdu. Anaksimandr və Anaksimen ilə birlikdə Fales fəlsəfi baxışlar sistemini yaratmışdır. Milet məktəbi mütəfəkkirləri üçün səciyyəvi cəhətlər aşağıdakılardır:
1. İlk başlanğıcın axtarışı;
2. İlk başlanğıc monistik xarakterdədir;
3. O ilkin və maddidir;
4. O canlıdır (bu nöqteyi– nəzər gilozoizm adlanır. Gilo– maddə+zoe– həyat. Gilozoizm– ümümi canlı materiya haqqında təlimdir). Daha dəqiq desək, əbədi hərəkət və çevrilmələr haqqında təlimdir. Ona görə də çox vaxt Falesi materialist hesab edirlər. Əslində gilozoizm materializm deyildir. Materializm (b. er. əv. V əsrin sonunda) materiya və ruhun bir– birinə qarşı qoyulmasından sonra yaranmışdır.
Fales suyun dünyanın əsasında durduğunu qeyd etməklə kosmoqonik ideyanın yaradıcısı olmuşdur. Məşhur «öz– özünü dərk et!» fikrini də Falesə aid edirlər.
Bir sözlə, dünyanın başlanğıcı haqqında ilk təlimi Fales yaratmışdır. Qeyd etmək lazımdır ki, Qədim Yunanistanda hərəkət dedikdə hər cür dəyişiklik nəzərdə tutulurdu.
Anaksimandr (b. er. əv. 545– ci ildə ölmüşdür) ilk başlanğıcı apeyron– qeyri– müəyyən bir şey hesab etmişdir. Anaksimandra görə, günəşin dairəsi yerdən 28 dəfə, ayın dairəsi isə Yerdən 19 dəfə böyükdür. Onun fikrincə, bütün canlılar günəşin buxarlandırdığı rütubətdən yaranır. İnsan heyvandan deyil (məs.: meymundan), balıqdan əmələ gəlmişdir.
Anaksimen (b. er. əv. 525– ci ildə ölmüşdür) ilk başlanğıc kimi havanı götürmüşdür. Anaksimenə görə, havanı Allah deyil, hava ilahələri yaratmışdır. Kainat hava və onun formalarından ibarətdir.
Bizim er. əvvəl 494– cü ildə Miletdə böyük bir üsyan baş verdi. Bu üsyan şəhərin dağıdılmasına, onun siyasi müstəqilliyinin itirilməsinə, fəlsəfənin inkişafının dayanmasına gətirib çıxardı. Lakin Yunanıstanın digər şəhərlərində Milet məktəbinin ardıcılları fəlsəfəni inkişaf etdirməkdə davam edirdilər.

Bakının ən reytinqli məktəbləri – SİYAHI

5 İLƏDƏK DƏYİŞMƏZ 14%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ 40.000 MANATADƏK KREDİT
Yeni tədris ilinin başlanmasına az müddət qalıb. Hər kəs çalışır ki, uşağı mükəmməl təhsil alsın. Bunun üçün yaxşı təhsil verən məktəbləri seçməyə çalışırlar.

Bakıda elə məktəblər var ki, orada qəbul və təlim göstəriciləri çoxdur. Nəticədə, valideynlər övladlarının həmin məktəbdə təhsil almasına üstünlük verirlər.

BAKU.WS oxu.az-a istinadən Bakının ən reytinqli məktəblərinin siyahısını təqdim edir:

Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyi
Bu lisey orta təhsil verən məktəblər sırasına daxildir. Burada 19 şagird qəbul imtahanlarında 700 bal toplayıb.

Akademik Zərifə Əliyeva adına lisey
Azərbaycanın ən məşhur, eyni zamanda, təhsil ictimaiyyətinin daim diqqət mərkəzində olan nüfuzlu təhsil ocağıdır. Lisey 28 aprel 2008-ci ildə saysız-hesabsız insanların gözlərinə nur bəxş etmiş görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın 85 illik yubileyi ərəfəsində açılıb.

Bakı Dövlət Universitetinin nəzdində “Gənc İstedadlar” liseyi
Təhsil Nazirliyinin razılığı ilə 2007-ci ildən BDU nəzdində “Gənc istedadlar” liseyi fəaliyyət göstərir.

Avropa Azərbaycan Məktəbi
2011-ci ildə Birləşmiş Krallıqda qeydiyyatdan keçmiş, Azərbaycan, Belçika, Fransa, Almaniya və Birləşmiş Krallıqda nümayəndəlikləri olan ümumavropa təşkilatı – Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən təsis edilmiş özəl ümum təhsil məktəbidir. 2012-ci ildə 95 şagirdi olan məktəb genişlənərək, hazırda 780 şagirdə təhsil verir.

20 saylı məktəb-lisey
Məktəbdə Azərbaycan və rus bölməsi ilə birlikdə, ümumilikdə 109 sinifdə 3526 şagird təhsil alır. Məktəb-liseydə 263 müəllimdən ibarət pedaqoji heyət çalışır. Məktəb-lisey 2009 və 2013-cü tədris illərində “Ən yaxşı məktəb” adına layiq görülüb.

147 saylı Texniki-Humanitar lisey
2017-2018-ci tədris ilində liseydə 550 şagird 22 sinif komplektində təhsil alıb. Müəllim kontingenti 53 nəfərdir. Lisey fəaliyyəti dövründə iki dəfə (2007-2008-ci və 2014-2015-ci tədris illərində) “İlin ən yaxşı məktəbi” müsabiqəsinin qalibi olub. Liseydə tədris texniki və humanitar ixtisaslar üzrə həyata keçirilir. 5-6-cı siniflər liseyə hazırlıq sinifləridir. 7-ci sinifdən etibarən şagirdlərin maraq və bacarıqlarına əsasən, texniki və humanitar siniflər formalaşdırılır.

53 saylı tam orta məktəb
Təhsil ocağında təlim Azərbaycan və rus dillərində aparılır. Məktəbdə 148 müəllim çalışır və 2299 nəfər şagird təhsil alır.

245 saylı tam orta məktəb
Bu gün məktəbin 81 sinfində 2411 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 154 müəllim məşğul olur.

200 saylı tam orta məktəb
Hazırda xüsusi qayğıya ehtiyacı olan 67 uşaq kompleksin şagird kontingenti sırasındadır. Müəllimlərin sayı 253 nəfərdir. Məktəbdə təhsil alan şagirdlərin sayı 3162 nəfər təşkil edir.

Kompleksin strukturu: 1. Məktəb bölməsi (6-17 yaş) Ümumi tədris planı ilə işləyən siniflər. 2. Lisey bölməsi (14-17 yaş) a) Riyaziyyat yönümlü siniflər b) Kimya-biologiya yönümlü siniflər.

Kompleksdə tədris Azərbaycan və rus dillərindədir.

Fizika, Riyaziyyat və İnformatika Təmayüllü lisey
Hazırda liseydə respublikanın bütün bölgələrindən 600 şagird təhsil alır. Onlardan 300 nəfəri dövlət hesabına yataqxanada qalır. Təhsil ocağına qəbul 7-ci, 8-ci və 9-cu siniflərdən aparılır.

95 saylı tam orta məktəb
Təhsil ocağı istifadəyə verilərkən 1047 şagird üçün nəzərdə tutulub. Orta hesabla hər il məzunlarının 70-75%-i ali məktəblərə qəbul olunurlar.

47 saylı tam orta məktəb
Burada Azərbaycan və rus dilində fəaliyyət göstərir. İki bölmədə ümümilikdə 1520 nəfər şagird təhsil alır. Məktəbdə 139 müəllim işləyir.

6 saylı məktəb-lisey
Burada 544 şagird təhsil alır.

132-134 nömrəli Təhsil Kompleksi
Azərbaycanda ilk dəfə 2007-ci ildə 134 saylı orta məktəbin nəzdində fransız təmayüllü Beynəlxalq Təhsil Kompleksi yaradılıb.

Sadaladığımız məktəblərin reytinq siyahısı ali məktəblərə qəbul və təlim göstəricilərinə əsasən tərtib edilib.

Xankəndi

Lakin, bəzi valideynlər dövlət məktəblərində təhsilin zəif olmasını əsas gətirərək, övladlarının özəl məktəblərdə oxumasını istəyirlər. Həmin məktəblərdə təhsilin səviyyəsi yüksək olsa da, qiymətlər heç də ürəkaçan deyil. İllik xərclər orta aylıq əmək haqqımızdan 10 dəfə, bəlkə də 20 dəfə çoxdur.

AzVision.az bunu nəzərə alaraq, Bakıda məşhur olan bir sıra özəl məktəblərin illik təhsil xərcləri ilə bağlı araşdırmalar aparıb. “Əl yandıran” qiymətləri təqdim edirik:

Od tutub yanan qiymət – “TİSA- İnternational School of Azerbaijan”.

Bu məktəbdə bağçaların təhsil haqqı 30 min dollar, orta məktəbin təhsil haqqı isə 40 min dollardır. Məktəb digər orta təhsil müəssisələrindən fərqli olaraq, 12 illikdir. Təhsil haqqını ildə 3 dəfəyə ödəmək olar. Ancaq 40 min dolların qarşılığında məktəbin nə avtobus servisi var, nə də uşaqlar yeməklə təmin olunur.

“British School”

Bu məktəbdə qiymətlər biraz fərqlidir. Belə ki, 1-6-ci siniflərdə yerli müəllimlərlə dərs il ərzində 15 min, xarici müəllimlər isə 17 min manata başa gəlir.

6-cı sinifdən sonra isə yerli müəllimlərlə dərslər 17 min manata, xarici müəllimlərlə 19 min manatadır.

“XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi”- 8 000-10 000 manat

Bu məktəbdə Azərbaycan-rus bölməsi üçün illik təhsil haqqı 8000, ingilis dili bölməsi üçün isə 10 min manatdır. Dərslər saat 9-dan 6-ya qədər davam edir. Bu müddət ərzində isə şagirdlər gündə 3 dəfə yeməklə təmin olunur. Avtobus servisi isə yoxdur. Məktəbə qəbul olunarkən şagird onun məktəbə hazırlığını müəyyən edən test imtahanından keçir.

“İdrak” liseyi

“İdrak” liseyində təhsil haqqı 5500 manatdır. Bu qiymətə servis daxil olmasa da, gündə 3 dəfə yemək daxildir. Şagirdlər günün 10 saatını burada keçirirlər. Bu vaxtda keçilən dərslərdən əlavə, ev tapşırıqları hazırlanır, fənlər üzrə əlavə məşğələlər təşkil olunur.

“Dünya” Məktəbi

Xəzər universitetinin tərkibində olan “Dünya” məktəbinin illik haqqı 5000 manatdır. Bu qiymətə daşıma servisi də daxildir. Məktəbə qəbul şagirdlər bilik və bacarıqlarını müəyyən edən imtahan və müsahibə yolu ilə həyata keçirilir. İmtahanda uğur qazana bilməyən şagirdlərə xüsusi təyin olunmuş vaxtda özlərini yenidən sınamaq imkanı verilir.

“Kaspi” liseyi

“Kaspi” təhsil şirkətinin təsis etdiyi bu özəl orta məktəbdə illik təhsil haqqı 4500 manat təşkil edir. Burada şagirdlər 1-ci sinifdən başlayaraq, 11-ci sinfə qədər təhsil alırlar. Bundan başqa, liseydə məktəbəqədər bölmə də fəaliyyət göstərir. İllik təhsil haqqı doqquz ay ərzində ödənilə bilər. Bu məbləğə məktəbli forması, kitablar, günorta yeməyi, şagirdlərin məktəbə gətirilib-aparılması, dərsdən sonra müəllimlərin uşaqlarla məşğul olmasına aid xərclər daxildir. Səhər saat 9-da dərs başlayır, saat 17-18-də qurtarır.

Qərb Universitetinin nəzdində ora məktəb

Qərb Universitetinin nəzdində olan orta məktəbdə dərslər bazar günündən başqa hər gün saat 9:00-da başlayır və saat 16:00-dək davam edir. Şənbə günü 10:00-dan 14:00-dək əlavə dərslər keçirilir.

Məktəbdə təhsil haqqı 4000 manatdır. əgər servis xidməti də əlavə edilsə, o zaman bu qiymət 4800 manat olacaq. Təhsil haqqına yemək də daxildir.

Əksər valideynlərin üstünlük verdiyi “Avropa litseyində”isə təhsil ödənişsizdir. Eləcə də S.C.Pişəvəri adına Humanitar fənlər gimnaziyasında da təhsil pulsuzdur.

P.S. liseylərin bir çoxundan təhsil haqqı olmasa da, əldə etdiyimiz məlumata görə, məktəbə qəbul üçün valideynlər ən azı 500 manat ödəməlidirlər

Sevinc İltifatqızı
AzVision.az

Comments are closed, but trackbacks and pingbacks are open.