Press "Enter" to skip to content

Milli azərbaycan tarixi muzeyi jurnali dekabr 2018

Uşağınız rotavirusa yoluxub? – Bunları edin – HƏKİM AÇIQLADI

Milli azərbaycan tarixi muzeyi jurnali dekabr 2018

Muzey Nizami Gəncəvinin anadan olmasının 800 illiyi münasibətilə Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1 noyabr 1939-cu il tarixli 4972 №-li sərəncamı ilə yaradılmışdır. Lakin onun açılışı 1945-ci il may ayının 14-nə təsadüf edir. Sonradan Nizami muzeyi Azərbaycan Ədəbiyyatı Muzeyinə çevrilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə əsaslı təmirdən sonra bu qurum Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi adlandırılmışdır.

Qurum əsasən Azərbaycan ədəbiyyatına və mədəniyyətinə aid materialların toplanması, tədqiqi, elmi fondlarda qorunması, ekspozisiyada və sərgilərdə nümayiş etdirilməsi ilə məşğul olur.

Təmirdən sonra muzeydəki ekspozisiya tamam yenidən qurulmuş, bütün heykəl və rəsmlər bərpa edilmiş, rəsm əsərlərinin hamısı xarici ölkələrdə istehsal edilmiş ən nəfis çərçivələrə salınmışdır. Bütün zallar kompyuterləşdirilmiş, tamaşaçıların müstəqil işləmələri üçün zallarda ayrıca monitorlar quraşdırılmış, 3 dildə informasiya bazası yaradılmış, audio-video materialları seyr üçün 14 monitor və dinləmə qurğuları ilə təchiz edilmiş xüsusi böyük zal təşkil edilmişdir. Muzeyin fondları zəruri texnika və avadanlıqla təmin olunmuşdur. Min kvadratmetr sahəni əhatə edən inzibati korpus zövqlə təmir olunaraq rahat mebel və avadanlıqla, zəruri texnika ilə təmin edilmiş, kompyuterləşdirilmişdir.

Hazırda muzeyin fondunda qorunan eksponatların sayı 76000-ə çatdırılmışdır. Muzeyin tarixində ilk dəfə “Mətbuat zalı” fəaliyyətə başlamışdır. Bu müddətdə aparılan elmi tədqiqatların nəticəsi olaraq çox sayda kitablar, elmi monoqrafiyalar işıq üzü görmüşdür. Muzeyin elmi əsərlərinin VIII-XII cildləri, ekspozisiyanı əks etdirən bukletlər, fondlarda qorunan materialların kataloqları çapdan çıxmışdır.

MİLLİ AZƏRBAYCAN TARİXİ MUZEYİ
Ünvan: H.Z.Tağıyev küçəsi 4
Tel: (+994 12) 4933648
Faks: (+994 12) 4985211
Veb: www.azhistorymuseum.az

1920-ci ilin iyun ayında Azərbaycan SSR Xalq Maarif Kоmissarlığının məktəbdənkənar işlər şöbəsində yaradılmış “Muzekskurs” yarımşöbəsinin nəzdində fəaliyyət göstərmiş, az sоnra “Dоğma diyarın tədris muzeyi – İstiqlal” təşkil edilmişdir. Artıq iyul ayından məşhur neft sahibkarı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin yaşayış mülkündə yerləşdirilmiş bu muzey həmin ilin оktyabr ayının 25-dən Azərbaycan SSR Dövlət Muzeyi adlanmış, 1921-ci ilin mayından ilk ziyarətçilərini qəbul etmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə əsaslı təmir olunmuş muzeyin hazırda 300 mindən artıq kolleksiyası vardır. Burada altı şöbə (Azərbaycanın qədim və оrta əsrlər, yeni, ən yeni dövrlər tarixinin ekspоzisiyaları, etnоqrafiya, numizmatika və epiqrafika, elmi ekskursiya və kütləvi işlər), muzey əşyalarının bərpası labоratоriyası, 12 fоnd, 4 qrup və kitabxana fəaliyyət göstərir.

2007-ci ildə öz qapılarını yeni ekspozisiya ilə tamaşaçıların üzünə açan muzey Azərbaycan tarixinin daha ətraflı və obyektiv təqdim olunması məqsədilə elmi tədqiqat və mədəni-maarif işlərini bir qədər də genişləndirmiş, fəaliyyətini elmin inkişafı üzrə Milli Strategiyaya uyğun qurmuşdur. Açılışdan sonra muzeydə keçirilən müxtəlif mövzulu sərgilər, elmi-praktiki seminar və konfranslar, muzey əməkdaşlarının hazırladıqları kitab, buklet, kataloq və toplular həm mütəxəssislərin, həm də Azərbaycanın tarixi, onun maddi və mənəvi mədəniyyəti ilə maraqlananların rəğbətinə səbəb olmuşdur.

QALA ARXEOLOJİ- ETNOQRAFİK MUZEY KOMPLEKSİ
Ünvan: Xəzər rayonu, Qala qəsəbəsi, Sülh küçəsi 17
Tel: (+994 12) 459 14 37
Veb: www. gala-museum.org
E-mail: qala_muzeyi@box.az

“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu Azərbaycan Respublikası Nazirlər Sovetinin 18 aprel 1988-ci il 135 saylı qərarı ilə Qala qəsəbəsinin tarixi hissəsində yaradılmışdır. Qoruğun ərazisi 156 hektardır. Bu ərazidə 216 memarlıq və arxeoloji abidə qorunur.

2008-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü və rəhbərliyi ilə Qala Tarix-Etnoqrafiya Qoruğunun ərazisində açıq səma altında Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi (QAEMK) yaradılmışdır. Kompleksin ərazisində Abşeron yarımadasında aşkar edilmiş arxeoloji, memarlıq abidələri toplanılaraq bərpa olunmuşdur.

Bu ərazidə e.ə. III-II minilliklərə aid kurqanlar, yaşayış və digər memarlıq abidələri ilk görünüşündə olduğu kimi qurulmuşdur. 1.2 hektar ərazisi olan muzey kompleksində Azərbaycanın tarixi incilərini seyr etmək üçün gözəl şərait yaradılmışdır.

Qala kəndi yaxınlığındakı Ağdaş düzü, Xaşaxuna və Dübəndi ərazisindəki arxeoloji qazıntılar, e.ə. III minilliyə təsadüf edən yaşayış məskənləri, kurqanlar, ocaq izləri və maddi-mədəniyyət qalıqlarının izləri bu yerlərin qədim tarixindən xəbər verir. Muzeyə gələnlər Qala kəndinin qədim tarixi ilə tanış olurlar. Dünyanın açıq səma altında yaradılmış nadir muzeylərindən olan QAEMK-da e.ə. III minillikdən bu günədək Qala kəndində yaşayan əhalinin həyat tərzi, kurqanlar, sərdabələr, yaşayış evləri, qədim qəsrin qalıqları, 5 məscid, 3 hamam və sair canlı olaraq qorunub saxlanılmışdır. Dulusçuluq, çörəkbişirmə sexləri orta əsrlərdəki kimi bu gün də fəaliyyət göstərir.

İki hektar ərazisi olan muzey-kompleksdə Abşeron yarımadasında tapılmış və e.ə. III-II minilliklərdən orta əsrlərə qədər dövrü əhatə edən qayaüstü rəsmlər, Qavaldaş, keramika, məişət və bəzək əşyaları, silah və sikkələr, qədim yaşayış kompleksinin konservasiya olunmuş qalıqları və sair yerləşdirilmişdir.

AZƏRBAYCAN MİLLİ İNCƏSƏNƏT MUZEYİ
Ünvan: Niyazi küçəsi 9/11
Tel: (+994 12) 492 57 89; 492 51 17; 492 50 19

Muzey 1920-ci ildə təşkil edilmiş və hazırda XIX əsrin axırlarında inşa olunmuş memarlıq abidələri olan iki binada məskunlaşmışdır. Ekspozisiyası tarixi xronoloji ardıcıllıqla ölkələr üzrə qurulmuşdur. Qərbi Avropa: İtaliya, Flandriya, Hollandiya, Almaniya, Fransa incəsənətini muzeydə L.Bassano, F.Solimena, A.Brauver, Y.Sustermans, P.KIass, A.F. Kaulbax, J.Dyüpre, Q.Dyüqe və XVI-XIX əsrlərin başqa məşhur sənətkarlarının əsərləri təmsil edir. Rus boyakarlıq məktəbi XVIII-XIX əsrləin V.Borovikovski, N.Arqunov, V.Tropinin, İ.Şışkin, V.Vereşşagin, İ.Ayvazovski, K.Korovin kimi tanınmış rəssamlarının əsərləri ilə təqdim olunur.

Azərbaycan incəsənəti ekspozisiyası tamaşaçını köklərini qədim dövrlərdən götürən Azərbaycan təsviri incəsənətinin müasirliyə qədər keçdiyi inkişaf yolunda yaradılmış nəfis sənət nümunələri ilə tanış edir. Burada arxeoloji qazıntılar zamanı Mingəçevir şəhəri və Göygöl rayonu ərazisindən tapılan, e.ə. VI-IV minilliklərə aid edilən məişət əşyaları, XI-XIX əsrlərin kaşı, bürünc, mis məmulatları, Quba, Təbriz, Bakı, Şirvan, Qarabağ, Qazax kimi xalça mərkəzlərində toxunmuş xalçalar, şəbəkə, döymə, oyma üslublarında zərgərlik nümunələri sərgilənir. XV-XVI əsrlərdə yüksəliş dövrünü yaşamış, dünya incəsənəti tarixinə Soltan Məhəmməd, Məhəmmədi, Sadiq bəy Əfşar kimi dahilər bəxş etmiş Azərbaycan miniatür sənəti sonrakı yüzilliklərdə yeni formalar aşılayaraq inkişaf etmişdir. Ekspozisiyada XVII-XIX əsrlərdə yaradılmış dəzgah və kitab miniatürləri nümayiş olunur.

Dünyanın ən iri muzeylərində – İngiltərənin Viktoriya və Albert, Rusiyanın Ermitaj, Fransanın Luvr, Amerikanın Tekstil, Türkiyənin Topqapı Sarayı muzeyində sərgilənən, H.Holbeyn, H.Memlinq kimi rəssamların əsərlərində əksini tapan Azərbaycan xalçaları muzeydə sərgilənir. Ekspozisiyada mövzulu xalçalardan “Dörd fəsil”, “Dərvişlər” (Təbiz), “Ovçuluq” (Qarabağ), ornamental xalçalardan “Əlixanlı”, “Pirəbədil” (Quba), “Suraxanı” (Bakı), “Şamaxı” (Şamaxı) kimi nadir sənət nümunələri göstərilir.

Müasir Azərbaycan təsviri incəsənəti (boyakarlıq, heykəltəraşlıq, qrafika, dekorativ-tətbiqi sənət) ekspozisiyası tamaşaçını məşhur sənətkarların və cavan rəssamların yaradıcılığını təmsil edən son onilliklərdə yaradılmış əsərlərlə tanış edir.

Prezident İlham Əliyevin Sərəncamı ilə muzey əsaslı təmir olunmuşdur.
MÜASİR İNCƏSƏNƏT MUZEYİ
Ünvan: Yusif Səfərov küçəsi 5
Tel: (+994 12) 490 84 04

Müasir İncəsənət Muzeyi 2009-cu ildə Bakıda yaradılmışdır. Martın 20-də muzeyin açılışı olmuşdur. Muzeydə Azərbaycanın adlı-sanlı və gənc, əsasən avanqard üslubda işləyən rəssam və heykəltəraşlarının 800-dən çox işi toplanılmışdır.

Postsovet məkanında analoqu olmayan muzeydə uşaq sənəti salonu, videosalon və art-kafe də fəaliyyət göstərəcəkdir. Muzeyin dizaynının müəllifi tanınmış rəssam Altay Sadıqzadədir.

Muzey binasının layihəsinin müəllifi Jan Nuveldir. O, Barselonada Torre Aqbar adlı möhtəşəm “göydələn”in və Parisdəki Ke Branli Dünya Mədəniyyəti Muzeyinin layihələrinin memarıdır.

Muzeyin açılışında Azərbaycan Prezidenti İlham Əliyev, UNESCO-nun baş direktoru Koişiro Matsuura, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva da iştirak etmişlər.

AZƏRBAYCAN İSTİQLAL MUZEYİ
Ünvan: Neftçilər prospekti 123a
Tel/faks:(+994 12) 498 83 82

Azərbaycan İstiqlal Muzeyi 1991-ci il yanvarın 9-da yaradılmışdır. Əvvəllər muzeyin cəmi 7 min eksponatı olmuş, hazırda bu göstərici 20 mini keçmişdir. Muzeyin vəzifəsi tarixən xalqımızın milli-azadlıq hərəkatını işıqlandırmaq və təbliğ etməkdir.

Muzeyin ekspozisiyası 6 zalda nümayiş etdirilir.

Birinci zalda Azərbaycanın dövlət rəmzləri – ölkəmizin üçrəngli bayrağı, Dövlət gerbi, Dövlət himni və Konstitusiyasını əks etdirən sənədlər nümayiş olunur. Burada, həmçinin Azərbaycan xanlıqlarına, Vətənimizin işğalı uğrunda Rusiya ilə İran arasında gedən müharibələrə (1804-1828), Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə dair materiallar da yer almışdır.

İkinci zal XIX əsrin ikinci yarısından XX əsrin əvvəlinədək olan dövrü əhatə edir. Burada Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə geniş yer ayrılmışdır.

Üçüncü zal Cənubi Azərbaycanda baş vermiş milli-azadlıq hərəkatlarına aid materialları əhatə edir.

Dördüncü zal iki hissədən ibarətdir. Birinci hissə Azərbaycanda repressiyaya məruz qalmış görkəmli şəxsiyyətlər haqqında məlumat verir. Digər hissə isə II Dünya müharibəsində ölkəmizin qəhrəman oğul və qızlarına həsr olunmuşdur.

Beşinci zal Qarabağ hadisələrini əhatə edir. 1988-ci ildən başlayaraq Ermənistanın ölkəmizə qarşı işğalçılıq müharibəsi nəticəsində soydaşlarımızın qaçqın və məcburi köçkün düşməsinə, 20 Yanvar hadisələrinə, Xocalı faciəsinə və s. aid müxtəlif sənədli materiallar nümayiş etdirilir. Zalda, həmçinin Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarımızın şəkilləri, onların şəxsi əşyaları, hərbi geyim formaları saxlanılır.

Altıncı zal ümummilli liderimiz Heydər Əliyevin Bakıya dəvət olunması, Milli Qurtuluş Gününə həsr olunmuşdur. Burada müstəqil Azərbaycanın dövlət və ordu quruculuğunu, xarici siyasətini, iqtisadiyyatını, “Əsrin müqaviləsi”ni (1994), ölkəmizin mədəniyyətini, beynəlxalq təşkilatlarda iştirakını əks etdirən fotoxronika nümayiş olunmaqla yanaşı, ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin fəaliyyətini əks etdirən materiallar da diqqəti cəlb edir.

Muzeydə müxtəlif tarixi hadisələri aid maraqlı sərgilər və tədbirlər keçirilir.
CƏFƏR CABBARLI ADINA AZƏRBAYCAN
DÖVLƏT TEATR MUZEYİ
Ünvan: Neftçilər prospekti, 123a
Tel/faks:(+994 12) 498 40 98
E-mail: teatralmusey@yahoo.com

C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi 1934-cü ildə yaradılmışdır. Burada teatrın yaranma tarixi, təşəkkül dövrü, inkişaf mərhələləri, Azərbaycan mədəniyyəti tarixində əvəzsiz xidmətləri olan maarifçi və ziyalılar, teatr korifeyləri, sənətkarlar haqqında nadir eksponatlar toplanmışdır.

Bunların arasında müxtəlif janrlı ilk teatr tamaşalarının proqram və afişaları, aktyor və rejissorlara məxsus əlyazmalar, məktublar, rol dəftərləri, foto və neqativlər, geyim və dekorasiya eskizləri, səhnə kuklaları, tamaşaların müxtəlif pərdələri üçün hazırlanmış səhnə tərtibatı maketləri, şəxsi əşya və rekvizitlər, teatr kostyumları tamaşaçıların daha çox marağına səbəb olur.

Eksponatlar 6 zalda nümayiş etdirilir. Son vaxtlar yaradılmış 7-ci zalda isə müxtəlif mədəni tədbirlər, sərgilər, görüşlər və sair keçirilir. Hazırda muzeydə 130 mindən artıq eksponat vardır.

2011-ci il martın 2-də Muzey Mərkəzində Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin veb-saytının təqdimatı keçirilmişdir. Sayt “Musiqi dünyası” jurnalının redaksiyası tərəfindən muzeyin fondunda qorunan materiallar əsasında hazırlanmışdır.

CƏLİL MƏMMƏDQULUZADƏNİN EV-MUZEYİ
Ünvan: Süleyman Tağızadə küçəsi 56
Tel/faks:(+994 12) 492 24 09
Veb: www.memmedquluzade.az

İctimai xadim, publisist, dramaturq, Şərqdə ilk satirik “Molla Nəsrəddin” jurnalının yaradıcısı C. Məmmədquluzadənin ev-muzeyi ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə “Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirə muzeylərinin yaradılması haqqında” 16 iyul 1978-ci il tarixli qərarla yaradılmışdır.

Ev-muzey 5 zaldan ibarətdir. Eksponatların sayı 4600-dən çoxdur. Onlar muzeyin əsas fondunda toplanmışdır. Bu fondun materialları “Molla Nəsrəddin” jurnalları və digər tarixi jurnallardan, kitablardan, qəzetlərdən, rəsm əsərlərindən, ev-məişət əşyalarından, əlyazmalardan, afişalardan ibarətdir.

Muzeyin ekspozisiyasında əsas fonddan 400 eksponat nümayiş etdirilir.
SƏMƏD VURĞUNUN EV-MUZEYİ
Ünvan: T.Əliyarbəyov küçəsi 4
Tel/faks:(+994 12) 493 56 52
Veb: www.samedvurgun.com

Səməd Vurğunun (1906-1956) ev-muzeyi Azərbaycanda yazıçı və bəstəkarların xatirəsini əbədiləşdirmək üçün yaradılmış ilk memorial muzeydir. XIX əsrdə inşa edilmiş yaşayış binasının 3-cü mərtəbəsində altı otaqlı mənzildə yerləşir. Şair ömrünün son illərini bu mənzildə yaşamış, gərgin yaradıcılıq və ictimai fəaliyyətlə məşğul olmuşdur.

Respublika hökumətinin qərarı ilə 1974-cü ildə təşkil edilən ev-muzeyinin 1975-ci il oktyabrın 6-da təntənəli açılışı olmuşdur. Ötən müddətdə muzeyin fondu xeyli zənginləşmiş, yeni ekspozisiya bölmələri yaradılmış, şairin həyat və yaradıcılığı ilə bağlı araşdırmalar aparılmışdır. Şairə aid eksponatların toplanması işi muzeyin fəaliyyətinin əsasını təşkil edir. Hazırda muzeylərdəki eksponatların sayı 13000-dən artıqdır.

Muzeydəki üç otaq – şairin iş otağı, qonaq və yataq otaqları onun sağlığında olduğu kimi qorunub saxlanılır. Digər üç otaqda isə şairin həyat və yaradıcılığını, ictimai fəaliyyətini, xatirəsini əks etdirən ekspozisiya yaradılmışdır.

Muzeyin fəaliyyət dairəsi genişdir. Kütləvi işlərlə yanaşı ildə iki dəfə, martın 21-də və mayın 27-də şairin “Xatirə günləri” keçirilir. Burada həmçinin ədəbi hadisələrə, şairin qələm dostlarının yubileylərinə, tarixi günlərə həsr olunmuş toplantıların keçirilməsi də ənənəvi xarakter almışdır.

Muzeyin rəy kitabında onun fəaliyyətinə ən böyük qiyməti ümummilli liderimiz Heydər Əliyev vermişdir: “Bu gün böyük şair Səməd Vurğunun 90 illik yubileyini qeyd edərkən 1975-ci ilin oktyabr ayını xatırlayıram. O günlər ölməz Səməd Vurğunun ev-muzeyinin təntənəli açılışı oldu. Ötən illər muzey Səməd Vurğunun həyat və yaradıcılığını təbliğ etmək üçün çox iş görüb, xalqımızın mədəniyyətinin inkişafına böyük xidmət göstərib. Əminəm ki, Səməd Vurğunun ədəbi irsi daimi yaşayacaq. Muzey ölkəmizin görkəmli mədəniyyət ocağı kimi bu şərəfli işə bundan sonra da xidmət edəcəkdir”.

2011-ci il dekabrın 13-də Prezident İlham Əliyev Xalq Şairi Səməd Vurğunun ev-muzeyinin əsaslı təmiri haqqında Sərəncam imzalamışdır.

ƏZİM ƏZİMZADƏNİN EV-MUZEYİ
Ünvan: D.Əliyeva küçəsi 157
Tel/faks:(+994 12) 494 94 73
Veb: www.ezimzade.az

Ə.Əzimzadənin ev-muzeyi 1968-ci ildə Bakıda yaradılmışdır. Muzeyin fondunda rəssamın 2000 eksponatı qorunub saxlanılır. Ekspozisiyası 6 otaqdan ibarətdir. Burada rəssamın 4 üslubda çəkdiyi (karikaturalar, portretlər, ornamentlər, mənzərə) əsərlər nümayiş etdirilir.

Ə.Əzimzadənin Azərbaycan Milli İncəsənət Muzeyində 232 əsəri, 3 albomu vardır. C. Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində isə rəssama aid 499 ədəd eksponat saxlanılır.

Muzeyi Ə.Əzimzadənin “Füzulinin portreti”, “Cəlaləddin Ruminin portreti”, “Qaçqınlar günü”, “Tut ağacı”, “Nəsiminin edamı”, “Votan”, “Qurban bayramı” və s. rəsmləri bəzəyir.

2010-cu ildə rəssamın anadan olmasının 130 illiyi münasibətilə Bakıda Beynəlxalq karikatura müsabiqəsi keçirilmişdir.

AZƏRBAYCAN XALÇASI VƏ XALQ
TƏTBİQİ SƏNƏTİ DÖVLƏT MUZEYİ
Ünvan: Neftçilər prospekti 123a
Tel/faks:(+994 12) 493 66 85
Veb: www.azcarpetmuseum.az

Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Azərbaycan xalqının milli mədəniyyətinin daşıyıcısı olan xalça və xalq tətbiqi sənəti nümunələrini qədim dövrlərdən bu günədək bütün zənginliyi ilə özündə əks etdirir. Muzey zəngin ekspozisiyaya malikdir. 13 zalda təqdim edilən milli sərvətimiz Azərbaycan incəsənətinin öyrənilməsində əsas təşkil etməklə yanaşı, xalça və xalq tətbiqi sənətinin tarixini, bədii əhəmiyyətini, texnoloji çeşidini özündə əks etdirir, bu bənzərsiz sənət növünün ümumbəşəri mədəniyyətlə əlaqəsini göstərir. Burada Azərbaycanın xalça və xalça məmulatlarının növləri, tarixi dövrləri, Quba, Şirvan, Bakı, Gəncə, Qazax, Qarabağ və Təbriz qrupları kimi klassik toxuculuq məktəblərinin fərdi ənənələri, metal məmulatları, milli geyim və bədii parça nümunələrinin sonsuz çeşidləri diqqətə çatdırılır.

Muzey 1967-ci ildə yaradılmışdır. İlk ekspozisiyası 1972- ci ildə açılmışdır. Respublikamızda, eləcə də dünyada xəzinəsindəki eksponatların tərkibinə və əhəmiyyətinə görə ilk ixtisaslaşmış muzeydir.

Muzey tərəfindən Azərbaycanın bütün bölgələri üzrə aparılan elmi tədqiqatlar nəticəsində xalça və xalq tətbiqi sənəti nümunələrinin toplanılması sahəsində də geniş iş aparılır. Bu gün muzeyin zəngin toplusunda 10 minədək xalça və xalq tətbiqi sənəti nümunələri mühafizə edilir.

2011-ci il dekabrın 24-də Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində Azərbaycanın dünya şöhrətli şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illiyinə həsr edilmiş “Xalçalarda Nizami dünyası” adlı sərgi açılmışdır.

2011-ci il dekabrın 27-də muzeydə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycan xalçaçıları” İctimai Birliyinin təsis etdiyi “Xalça” Beynəlxalq onlayn jurnalının (www.xalca.az) təqdimatı keçirilmişdir.

Hazırda muzey üçün yeni bina inşa edilir. Dənizkənarı Milli Parkda qoyulan muzeyin yeni binası Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, UNESCO-nun birgə layihəsi əsasında inşa edilir. Binanın layihəsi hazırlanarkən milli memarlıq ənənələrinə daha çox üstünlük verilmişdir.

Xalça muzeyinin dördmərtəbəli yeni binasının ümumi sahəsi 18 min 446 kvadratmetr olacaqdır. Birinci mərtəbədə muzeyin qonaqları üçün guşələr, inzibati və elmi zona, eksponatlar saxlanılan xüsusi yerlər, ikincidə kitabxana, xalça toxuma və tikmə elmi mərkəzi, suvenir və kitab köşkü, üçüncü mərtəbədə danışıqlar və audio-vizual təqdimat otaqları, dördüncüdə isə sərgi salonları və görüş otaqlarının yerləşməsi nəzərdə tutulmuşdur.

Binanın zirzəmisində ən müasir avadanlıqla təchiz olunmuş arxiv, anbar, laboratoriya, bərpa və konservasiya şöbələri olacaqdır. Burada, həmçinin açıq havada heykəllərin və xalçaların nümayişi üçün sahə də nəzərdə tutulmuşdur. Muzeyin foyesində cavahirat və qiymətli bəzək əşyalarının sərgisi üçün seyf tipli otaqlar olacaqdır. Layihədə binanın uzunluğu 121,25 metr, eni 22,3 metr, hündürlüyü 18,5 metr nəzərdə tutulmuşdur.

AZƏRBAYCAN DÖVLƏT KƏND
TƏSƏRRÜFATI MUZEYİ
Ünvan: Ziya Bünyadov küçəsi 30/97
Tel/faks:(+994 12) 561 08 64

Muzey Azərbaycanın kənd təsərrüfatında istifadə olunan əmək alətləri, kənd təsərrüfatının inkişaf tarixi, Azərbaycan iqtisadiyyatının inkişafında rolu olan əmək qəhrəmanları haqqındadır. 1923-cü ildə Respublika Hökuməti və Torpaq Komissarlığının təşəbbüsü ilə satış sərgisi kimi təşkil edilmiş, sonralar burada nümayiş olunan eksponatlar zənginliyinə görə böyük marağa səbəb olduğundan muzey kimi fəaliyyətə başlamışdır. Muzeyin 6 ekspozisiya zalı var.

Girişdə qədim “İpək Yolu”nun xəritəsi, dənli bitkilərdən hazırlanmış Azərbaycan xəritəsi, kənd təsərrüfatının ayrı-ayrı sahələrinə həsr olunmuş rəsm əsərləri və s. diqqəti cəlb edir.

Birinci zalda Qobustan qayalıqlarının maketi yerləşdirilmişdir. Zalda, həmçinin XVIII-XIX əsrlərdə kəndlinin məişətini əks etdirən daxma da diqqəti cəlb edir. Burada geyim, bəzək, gündəlik məişət əşyaları və s. nümayiş olunur.

İkinci zalda XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid eksponatlar sərgilənir. Burada Azərbaycanın tanınmış alimi Həsən bəy Zərdabiyə həsr olunmuş xüsusi guşə də diqqəti cəlb edir. Zalda 1925-ci ildə Amerikadan ölkəmizə gətirilmiş “Fordzon” markalı traktor haqqında məlumat vardır.

Üçüncü zalda taxılçılığa və pambıqçılığa aid maraqlı nümunələr sərgilənir. Burada Mingəçevirdə arxeoloji qazıntılar zamanı tapılmış və eramızın I əsrinə aid edilən buğda dənəsinin nümunəsi, 1926-cı ildə aparılan arxeoloji qazıntılar zamanı Əsgəran qalası yaxınlığındakı Xocalı qəbiristanlığından tapılmış e.ə. I minilliyə aid edilən və qulpunda arpa, buğda şəkilləri təsvir olunmuş dolçanın şəkli, qədim kənd təsərrüfatı alətləri sərgilənir. Zalda 100-150 il bundan əvvəl üçün istifadə olunan və atla hərəkətə gətirilən dəyirman daşı da nümayiş olunur. Bölmədə, həmçinin arxeoloji qazıntılar zamanı Mingəçevirdə tapılmış və V-VI əsrlərə aid edilən pambıq toxumlarının nümunəsi də saxlanılır. Zalda tanınmış əmək qabaqcıllarının şəkilləri də yerləşdirilmişdir. Burada pambıq sortlarından ibarət kiçik pambıq tarlası da maraq doğurur.

Dördüncü zalda yaradılmış ölkəmizin dağətəyi zonasının kənd həyatına, təsərrüfatın əsas sahələrinə aid guşələr maraq doğurur.

Beşinci zalda Azərbaycan xalqının etnosunu, məişətini göstərən eksponatlar nümayiş olunur. Burada XVIII əsrin sonu-XIX əsrin əvvəllərinə aid kəndli qadının və kişinin müxtəlif mərasim geyimləri, məişət əşyaları, alaçıq nümunələri sərgilənir.

Sonuncu zalda isə əsasən muzeyə verilən hədiyyələr və kənd təsərrüfatına aid müxtəlif əşyalar və alətlər nümayiş olunur.

Muzey UNESCO-nun nəzdindəki Beynəlxalq Muzeylər Şurasının üzvüdür.

Muzey tərəfindən müxtəlif nəşrlər, “”Novruz bayramı və kənd təsərrüfatı”, “Şagirdlərin muzey dünyası” aldı kitabçalar və s. hazırlanmışdır.

Milli azərbaycan tarixi muzeyi jurnali dekabr 2018

Milli.AZ

  • “Alın tərimlə pul qazanıram, haqqımda başqa şey danışırsa. ” – Cazibədar Günel əsəbləşdi – FOTO
  • Bu şəxslərə BÖYÜK MÜJDƏ: Bayrama görə 200 MANAT PUL ALACAQLAR
  • Zaur: Atam biznesmen olub, elə-belə ailədən çıxmamışam – FOTO
  • “Bacım dedi, bu oğlana ərə getməlisən” – FOTO
  • “Bakcell”dən rəqəmsal yeniliklər!
  • Galaxy S23 Ultra 7 Avropa İttifaqı İstehlakçılar Assosiasiyası arasında № 1 oldu
  • Nənəsi vəfatından əvvəl Mahir Emrelini məhkəməyə veribmiş – SƏBƏB
  • Elza: “Ərsizlik dərdimi məndən çox el çəkir“ – VİDEO
  • Zaurun bu hərəkəti Mətanəti ağlatdı – VİDEO
  • “Günümə 6000 manat verirdilər”
  • 57 yaşlı Xalq artisti idman etdiyi anları paylaşdı – FOTO
  • Şehiçlə Muslera arasında qalmaqal – VİDEO
  • Azərbaycanda tanınmış fotoqraf vəfat etdi – FOTO
  • Qadın müdirin ifşası yayıldı – Evli idi. – VİDEO
  • Deputatlar oruc tutacaqlar? – “Ramazan ayı nə vaxt başlayır ki?” – SORĞU
  • Piyadanı vurub qaçan bloqer Səbinə Kətanovaya HÖKM OXUNDU
Prezident və xanımı Suqovuşan su anbarının və ondan çıxan magistral su kanalının əsaslı təmiri və turizm infrastruktur obyektlərinin tikintisi ilə tanış olublar

18 Mart 2023 19:26

Suqovuşan qəsəbəsində yeni yaşayış məhəlləsinin təməli qoyulub – FOTO

18 Mart 2023 19:18

İlham Əliyev və Mehriban Əliyeva Suqovuşan qəsəbə tam orta məktəbində yaradılan şəraitlə tanış olublar – FOTO

18 Mart 2023 19:15

İlham Əliyev Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası avtomobil yolunun açılışında iştirak edib – FOTO

18 Mart 2023 19:10

Makron “zibillər hökmdarı”na çevrilir

18 Mart 2023 16:40

İlham Əliyev: Doğma Qarabağda, doğma Zəngəzurda əbədi yaşayacağıq

18 Mart 2023 15:48

Prezident Ermənistanın 29 min kvadratkilometr ərazidə rahat yaşaması üçün şərti açıqladı

18 Mart 2023 15:02

İlham Əliyev: Novruz təbriklərimi doğma Qarabağ diyarından deməyim böyük xoşbəxtlikdir

18 Mart 2023 12:50

Mehriban Əliyeva Talış kəndindən paylaşım edib – VİDEO – FOTO

18 Mart 2023 12:13

Prezident və birinci xanım Tərtər rayonuna səfər ediblər, dövlət başçısı Novruz tonqalını alovlandırıb – VİDEO – FOTO

18 Mart 2023 12:12

Bakıdan Türk Dünyasına Zəngəzur MESAJI – Qərb narahatdır, Rusiya qorxur.

18 Mart 2023 12:08

Zakir Həsənov Azərbaycan Ordusunu təbrik edib

18 Mart 2023 10:09

Paşinyan bu məbləğə görə Rusiyaya meydan oxuyur?

18 Mart 2023 09:46

İƏT dünya birliyini Xocalı soyqırımını tanımağa çağırıb

18 Mart 2023 09:35

İƏT XİN Şurası Azərbaycanın irəli sürdüyü 5 qətnaməni qəbul edib

18 Mart 2023 09:10

Bu gündən Azərbaycanda 9 günlük Novruz tətili başlayır

18 Mart 2023 07:28

Prezident Azərbaycan xalqını təbrik edib

17 Mart 2023 19:20

Milli Məclis İlham Əliyev və Birinci vitse-prezidenti təbrik edib

17 Mart 2023 17:47

Ölüm zəngi çalınır: kimin üçün?

17 Mart 2023 16:34

Ordubadın icra başçısı vəzifəsindən azad olundu

17 Mart 2023 15:31

  • 21:47 Britaniya Qazaxıstana Azərbaycandan keçən neft ixracına kömək edəcək
  • 17:30 Bakıda “Salamat Ramil” saxlanıldı – VİDEO – FOTO
  • 13:33 Ağdamda ekskavator minaya düşdü
  • 12:45 Sabah hava dumanlı olacaq

GÜNDƏM

Çanaqqalada Azərbaycan şəhidlərinin xatirə abidəsi ucaldılıb
“Nərimanov” stansiyasında NƏ BAŞ VERİB? – Rəsmi açıqlama
Qadın müdirin ifşası yayıldı – Evli idi. – VİDEO
Türkiyədə prezident və parlament seçkiləri ilə bağlı seçki kampaniyası başlayıb
Şuşaya getmək istəyənlərin NƏZƏRİNƏ: Bu gündən.
Yoluxanların sayı açıqlanıb
Mahir oynadı, komandası “Qalatasaray”a qalib gəldi – VİDEO
Bakıda metro keçidində qorxulu anlar
Məşhəddə ailə övladını satışa çıxardı – FOTO

TOP XƏBƏRLƏR

XƏBƏR LENTİ

İnsan beyni kvant kompüterinə bənzəyir – İLGİNC FAKT

Britaniya Qazaxıstana Azərbaycandan keçən neft ixracına kömək edəcək

“Alın tərimlə pul qazanıram, haqqımda başqa şey danışırsa. ” – Cazibədar Günel əsəbləşdi – FOTO

Ağlayan körpəni xalası o qədər döydü ki, xəstəxanalıq oldu

Pakistan məhkəməsi İmran Xanın həbsinə dair orderi ləğv edib

Həbsi tələb olunan Farahla bağlı qərar

Evdə pijama geyinmək sevgini öldürür – STİLİSTDƏN AÇIQLAMA

Bu şəxslərə BÖYÜK MÜJDƏ: Bayrama görə 200 MANAT PUL ALACAQLAR

Çanaqqalada Azərbaycan şəhidlərinin xatirə abidəsi ucaldılıb

Koronavirusla bağlı QORXUNC PROQNOZ: Yenidən peyda olur?

Ekoaksiya: Sülhməramlıların 13 avtomobili ərazidən maneəsiz keçib

DİQQƏT! 40 yaşdan sonra bu balığı yeyin

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 49 min 500 nəfəri keçib

“Nərimanov” stansiyasında NƏ BAŞ VERİB? – Rəsmi açıqlama

Bayramda necə qidalanmalıyıq? – MÜTƏXƏSSİS AÇIQLADI

Zaur: Atam biznesmen olub, elə-belə ailədən çıxmamışam – FOTO

Tramp həbs olunacağını bildirib, prokurorluq şərh verməyib

Qadın qulağındakı pambığa görə komaya düşdü – FOTO

Məhkəmədə udsa da, 51 min cərimələndi

Uşağınız rotavirusa yoluxub? – Bunları edin – HƏKİM AÇIQLADI

Türkiyə prezidenti taxıl sazişinin uzadıldığını açıqladı

Xoşbəxtliyi neçəyə “almaq” olar? – CAVAB.

  • 17 Mart 22:14 3 224 Bakıda DƏHŞƏT: Qız polisə müraciət edərək bildirib ki, evində.
  • 00:01 3 011 Günün qoroskopu: şərait dəyişir, sizdən səbr və məntiq, həyata fəlsəfi baxış tələb olunur
  • 08:39 2 978 Piyadanı vurub qaçan bloqer Səbinə Kətanovaya HÖKM OXUNDU
  • 00:02 2 695 Səbuhi Xanlarov HƏBSDƏN ÇIXDI: “Bir də “TikTok”a girməyəcəm” – VİDEO
  • 12:10 2 673 “Günümə 6000 manat verirdilər”
  • 10:10 2 418 Günel illər sonra Bakıya gəldi – VİDEO – FOTO
  • 07:59 2 269 Məşhur aktyor evində ölü tapıldı – FOTO
  • 14 Mart 23:53 13 799 Bakıda rəzillik: İşə götürdüyü ailəli qadını EVİNƏ APARDI – Əri zəng edəndə.
  • 17 Mart 14:20 10 524 Fədayənin sevgilisi olmuş “Qoca” ləqəbli avtoritetin ŞOK KADRLARI YAYILDI – VİDEO
  • 14 Mart 14:27 10 282 Bu ayın bütün müavinət, təqaüd, ünvanlı yardımları BU TARİXDƏ tam ödənəcək
  • 17 Mart 09:14 10 151 Nazilə yad kişinin ona aldığı bahalı avtomobildən İMTİNA ETDİ: Mənə maşın göndərən. – FOTO
  • 16 Mart 01:22 10 050 Ən zəhmətkeş bürclər
  • 14 Mart 22:32 9 758 Aprel ayında pula pul deməyəcək bürclər – Onlar HANSILARDIR?
  • 15 Mart 01:22 7 748 Dostluğu bacarmayan bürclər
  • 16 Mart 21:20 Dünyanın ən böyük dodaqlı qızı danışdı: Daha da böyüdəcəyəm – FOTO
  • 16 Mart 09:22 Türkiyə helikopteri İraqda qəzaya uğrayıb?
  • 16 Mart 22:32 “Qarabağ” üçün məsləhət gördülər – Şuaybu, Oduva, Bayramov.
  • 09:10 İƏT XİN Şurası Azərbaycanın irəli sürdüyü 5 qətnaməni qəbul edib
  • 16 Mart 21:36 Afrikada vəba yayılır – 68 min yoluxma
  • 16 Mart 08:37 Gənc oğlan sevdiyi qızı paytaxta gətirdi, cinsi əlaqədə oldu, sonra.
  • 16 Mart 22:42 Ermənistanın ən məşhur generallarından biri HƏBS EDİLDİ

TOP VIDEO

  • 16:58 Qaz limitinin aradan qaldırılması təklif edildi – VİDEO
  • 16:34 Damcılı suvarma sistemləri neçəyə başa gəlir? – VİDEO
  • 15:58 Türkiyədə “Supercell” fırtınası – anbaan VİDEO

SORĞU

TOP XƏBƏRLƏR

XƏBƏR LENTİ

Qadın qulağındakı pambığa görə komaya düşdü – FOTO

Məhkəmədə udsa da, 51 min cərimələndi

Uşağınız rotavirusa yoluxub? – Bunları edin – HƏKİM AÇIQLADI

Türkiyə prezidenti taxıl sazişinin uzadıldığını açıqladı

Xoşbəxtliyi neçəyə “almaq” olar? – CAVAB.

Ağ düyünün FAYDALARI

Suqovuşan qəsəbəsində yeni yaşayış məhəlləsinin təməli qoyulub – FOTO

Gec axşam yeməyi üçün ən faydalı QİDALAR

Bulvardan meyit tapıldı

Rəşad İlyasov xanımı ilə Almaniyada – FOTO

Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısında dəyişiklik edildi

Türkiyə ilə bağlı bu Anlaşma Memorandumu təsdiqləndi

130 yaşlı qoca “buynuz” əməliyyatından sonra öldü

Türkiyə ilə tikinti işləri sahəsində əməkdaşlığa dair protokol təsdiq edilib

  • Ölkə Bu şəxslərə BÖYÜK MÜJDƏ: Bayrama görə 200 MANAT PUL ALACAQLAR
  • Ölkə “Nərimanov” stansiyasında NƏ BAŞ VERİB? – Rəsmi açıqlama
  • Kriminal Bakıda “Salamat Ramil” saxlanıldı – VİDEO – FOTO
  • Hava Sabah hava dumanlı olacaq
  • Hadisə Bakıda mağazada kütləvi zəhərlənmə olub
  • Ölkə Deputatlar oruc tutacaqlar? – “Ramazan ayı nə vaxt başlayır ki?” – SORĞU

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) – Google Analytics

Milli Azərbaycan Tarixi Muzeyi Çexiyanın Praqa şəhərində səyyar sərgidə iştirak edib

Azərbaycan Milli Elmlər Akademiyasının (MATM) ölkəmizin ən böyük arxeoloji kolleksiyaya malik olan muzeylərindən biridir. Bu kolleksiyanın qorunması, öyrənilməsi və təbliği istiqamətində muzeydə geniş və səmərəli iş aparılır.

Bu barədə MATM-ın Arxeologiya elmi fond şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nasir Quluzadə AZƏRTAC-a müsahibəsində ətraflı məlumat verib: “Muzeyin arxeoloji kolleksiyasına 50 mindən çox arxeoloji və təsadüfi tapıntı daxildir. Müəssisəyə daxil edilən bütün arxeoloji tapıntılar qeydiyyatdan keçirilərək qablaşdırılır və fondda saxlanılır. 2008-ci ildən bəri fond əşyalarının elektron pasportlaşdırılması həyata keçirilir. Bu günə kimi 12 mindən çox arxeoloji tapıntının elektron pasportu tərtib olunub.

Arxeoloji materialların çox hissəsi əsasən 1920-1980-ci illərdə muzeyin Şəki, Qazax, Qəbələ və Mingəçevir bölgələri, eləcə də Xəzər dənizi hövzəsi üzrə arxeoloji ekspedisiyası tərəfindən aşkar edilib. Muzeydə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun və digər elmi-tədqiqat mərkəzlərinin apardıqları arxeoloji axtarışlar zamanı tapılmış maddi mədəniyyət nümunələri də yer alıb”.

Nasir Quluzadə qeyd edib ki, muzeyin Arxeologiya elmi fond şöbəsi arxeoloji kolleksiyanın nümayişi və təbliğinə xüsusi önəm verir. Müəssisənin ekspozisiyasında 1195 arxeoloji eksponat nümayiş etdirilir. Ekspozisiyada yer alan ən qədim tapıntılar paleontoloji qazıntılar zamanı aşkar olunan fil, vəhşi at, kərgədan sümükləri və ağac qalığıdır. Ümumiyyətlə, ekspozisiyada Quruçay mədəniyyətinə aid ən qədim daş alətlərdən tutmuş neolit-eneolit, tunc, erkən dəmir, antik və orta əsrlər dövrünə aid boyalı qablar, tunc silah, şirli, şirsiz, fayans, zərfayans, seladon və minai tipli qablar, çıraqlar, şirli kaşılar və inşaat keramikası, müxtəlif bəzək əşyaları və s. nəfis və dəyərli nümunələr nümayiş olunur.

Milli Azərbaycan Tarixi Muzeyi qədim dövr maddi mədəniyyət nümunələrinin nümayişini ölkəmizin hüdudlarından çox-çox uzaqlarda da təşkil edir. Belə ki, muzeyin arxeoloji kolleksiyasına aid bəzi nümunələr 2006-2007-ci illərdə Norveçin Stavanger, 2014-2015-ci illərdə isə Çexiyanın Praqa şəhərində keçirilmiş səyyar sərgilərdə nümayiş etdirilib.

Muzeyin qədim maddi mədəni irsin təbliği istiqamətində kolleksiyalara həsr olunmuş müxtəlif nəşrlər buraxılıb. Bu baxımdan “Mingəçevir küp qəbirləri albomu”, “Qədim Azərbaycan bəzəkləri”, “Zoomorf təsvirli şirli qablar”, “Azərbaycanın qədim və orta əsr silahları” adlı kataloq və digər nəşrləri tariximizin öyrənilməsi üçün xüsusilə əhəmiyyətlidir.

Arxeologiya elmi fond şöbəsi Silahlı Qüvvələrinin yaradılmasının 100-cü ildönümü münasibətilə təşkil olunan “Ordum varsa, yurdum var” sərgisinə 59 ədəd fond əşyası təqdim edib.

2020-ci ildə muzeyin yaradılmasının 100-cü ildönümü qeyd olunacaq. Yubileyə hazırlıqla bağlı müxtəlif tədbirlər həyata keçirilir. İş planında ekspozisiyanın yenilənməsi və təkmilləşdirilməsi də nəzərdə tutulur. Daş dövrü zalına əlavə olaraq üç vitrin yerləşdiriləcək.

Arxeologiya elmi fond şöbəsi yubileyə hazırlıq çərçivəsində “Milli Azərbaycan Tarixi Muzeyi və arxeoloji irisimiz” adlı kitab nəşr etdirməyi planlaşdırıb. Kitab muzeyin 1920-2015-ci illəri əhatə edən arxeoloji irsimizin öyrənilməsi və təbliği istiqamətində gördüyü işlərə həsr olunacaq.

Muzeyin 100 illiyi ilə əlaqədar, həmçinin “Xəzər Atlantidasının yadigarları” və “Sehrli çıraq” adlı broşürlər buraxılacaq. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan broşürlərdə mətnlərlə yanaşı, fond əşyalarının foto şəkilləri də yer alacaq.

Comments are closed, but trackbacks and pingbacks are open.