İntellektual-Elektron Kitabxananın təqdimatında
günümüzdə müdafiə etdikləri ideyaların mahiyyəti açıqlanmaqla yanaşı, kitabda
Национальная Академия Наук Азербайджана
Сформулировал свои подходы в области национальной идеи, национальной идеологии (азербайджанизм, тюркизм, исламизм, модернизм и т.п.), национального сознания, национальной идентификации и т.п.
1. Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü, Bakı, “Elm”, 2007 (monoqrafiya)
2. Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” (I hissə), Bakı, “Təknur”, 2011 (monoqrafiya)
3. İdarəetmə nəzəriyyəsi. Dərslik (həmmülllif). Bakı, “Elm və Təhsil”, 2012
4. Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” (II hissə), Bakı, “Elm və Təhsil”, 2014 (monoqrafiya)
5. “Muhammed Emin Resulzadenin Dünya Görüşü”, Konya, Buğra Yayın Evi, 2014
6. Turan sivilizasiyasına giriş: Turan məfkurəsi və Tanrıçılıq. Bakı, “Xan” nəşriyyatı, 2017
7. Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər). I hissə. Bakı, Elm və təhsil, 2018
8. Faiq Ələkbərli:“ Məhəmməd Əmin Rəsulzadənin sosial-fəlsəfi görüşləri: milli həmrəylik və Azərbaycançılıq”. Bakı: “Elm və təhsil”, 2022, 414 səh.
Участвует в международных и местных конференциях (Турция, Российская Федерация, Казахстан, Грузия и др.).
İntellektual-Elektron Kitabxananın təqdimatında
və ideologiyası: islamlaşmaq, türkləşmək, müasirləşmək, milli azərbaycançılıq; 2.
Rus-Avropa-Qərb mədəniyyəti və ideologiyası: qərbpərəstlik, avropasayağı
«mollanəsrəddinçilik», milli bolşevizm-sosializm, sovet azərbaycançılığı müəyyən-
ləşdirmişdir. Bu metod əsasında hər iki xəttin nümayəndələrinin XX əsrdə və
günümüzdə müdafiə etdikləri ideyaların mahiyyəti açıqlanmaqla yanaşı, kitabda
müəllifin Azərbaycan Milli İdeyası və Azərbaycan Milli İdeologiyasına tamamilə
yeni yanaşması, mövqeyi geniş şəkildə öz əksini tapmışdır. Özəlliklə, milli
ideyaların çağdaş dövrdə nə dərəcədə akutallığı məsələsi araşdırılmış, yeni fikirlər
irəli sürülmüşdür. Eyni zamanda, monoqrafiyada milli şüur məsələsi, milli şüurun
dini dəyərlər və vətəndaş cəmiyyəti ilə oxşar və fərqli cəhətləri ilk dəfə tədqiqata
Monoqrafiyadan fəlsəfə, tarix, politologiya, ədəbiyyat, dilçilik, etnoqrafiya,
kulturologiya və başqa elm sahələrində çalışan müxtəlif səviyyəli mütəxəssislərin –
bakalavrların, magistrlərin, doktrantların, elmi işçilərin, müəllimlərin, eyni
zamanda geniş oxucu kütləsinin faydalanması nəzərdə tutulur.
ISBN: 978-9952-8024-1-2
© F.Ələkbərov-2014
Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış ii hissə
Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış
AMEA Fəlsəfə və Hüquq İnstitutunun böyük elmi işçisi , fəlsəfə doktoru , dosent Faiq Ələkbərovun ( Qəzənfəroğlu ) yeni kitabı çapdan çıxmışdır . � Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə )� adlı monoqrafiyasında ilk dəfə XIX-XX əsrlərdə Azərbaycanda gedən ideoloji proseslərdəki ikili xətt izah olunur . Bunlar İslam-Türk mədəniyyəti və ideologiyası : islamlaşmaq , türkləşmək , müasirləşmək , milli azərbaycançılıq ; Rus-Avropa-Qərb mədəniyyəti və ideologiyası : qərbpərəstlik , avropasayağı � mollanəsrəddinçilik �, milli bolşevizm-sosializm , sovet azərbaycançılığıdır .
Bu metod əsasında hər iki xəttin nümayəndələrinin XX əsrdə və müasir dövrümüzdə müdafiə etdikləri ideyaların mahiyyəti açıqlanmaqla yanaşı , kitabda müəllifin Azərbaycan Milli İdeyası və Azərbaycan Milli İdeologiyasına tamamilə yeni yanaşması , mövqeyi geniş şəkildə öz əksini tapıb . Özəlliklə , milli ideyaların çağdaş dövrdə nə dərəcədə aktuallığı məsələsi araşdırılmış , yeni fikirlər irəli sürülmüşdür . Eyni zamanda , monoqrafiyada milli şüur məsələsi , milli şüurun dini dəyərlər və vətəndaş cəmiyyəti ilə oxşar və fərqli cəhətləri ilk dəfə tədqiqata cəlb edilmişdir .
Müəllifin fikrincə , hazırda Azərbaycan xalqının milli şüuruna ciddi təsir göstərən faktorlar arasında qloballaşma prosesi xüsusi yer tutur . Bir çoxları hesab edirlər ki , qloballaşmanın əsas ideyaları modernləşmə , postmodernləşmə , demokratiya , liberalizm və vətəndaş cəmiyyətidir . Bütün bunlar Azərbaycan vətəndaşının təfəkküründə yaxşı halda beynəlmiləl , pis halda isə kosmopolit şüur formalaşdıra bilər . Bu ideyaların tətbiqi zamanı sosial mənşəyindən , irqindən , milli mənsubiyyətindən , dinindən asılı olmayaraq bütün insanların hüquq və azadlıqları önə çəkildiyi üçün millilik arxa plana keçirilir . Xüsusilə , son zamanlar vətəndaş cəmiyyəti , çoxmədəniyyətlilik , informasiya cəmiyyəti , tolerantlıq anlayışlarının qloballaşma prosesinin tərkib hissəsi kimi təbliği çox düşündürücüdür . Biz qloballaşma prosesi anlamında aldadıcı və zahirən müsbət görünən ( məsələn , fərdin azadlığı millətin və dövlətin azadlığında üstündür ) ideyaların içində şüurlarımıza yeridilən , milli və dini mənəviyyatımıza uyğun olmayan məsələlərdə son dərəcə diqqətli olmalıyıq . Bu baxımdan monoqrafiyadan fəlsəfə , tarix , politologiya , ədəbiyyat , dilçilik , etnoqrafiya , kulturologiya və başqa elm sahələrində çalışan müxtəlif səviyyəli mütəxəssislərin � bakalavrların , magistrlərin , doktorantların , elmi işçilərin , müəllimlərin , eyni zamanda , geniş oxucu kütləsinin faydalanması nəzərdə tutulur .
Onu da qeyd edək ki , eyniadlı kitabın birinci hissəsi 2012-ci ildə nəşr olunmuşdur . Kitabın elmi redaktorları fəlsəfə elmləri doktoru , professor Əli Abasov və fəlsəfə elmləri doktoru , professor Əlikram Tağıyevdir .
Anar TURAN
Xalq qəzeti.- 2014.- 2 may.- S. 8.
Comments are closed, but trackbacks and pingbacks are open.