Milli maraqların xarici siyasət kursunda dominantlığı
“Bəzi xarici mətbu orqanlarda, ekspert cəmiyyətlərində belə bir fikir söylənilir ki, Azərbaycan balanslaşdırılmış, tarazlaşdırılmış siyasət aparır və elə bil ki, bu regionda balans axtarır. Bu, belə deyil. Biz balans axtarmırıq. Biz, sadəcə olaraq, xarici siyasətimizlə öz milli maraqlarımızı qoruyuruq və mümkün olan riskləri azaldırıq”
Xankəndi
“Bəzi xarici mətbu orqanlarda, ekspert cəmiyyətlərində belə bir fikir söylənilir ki, Azərbaycan balanslaşdırılmış, tarazlaşdırılmış siyasət aparır və elə bil ki, bu regionda balans axtarır. Bu, belə deyil. Biz balans axtarmırıq. Biz, sadəcə olaraq, xarici siyasətimizlə öz milli maraqlarımızı qoruyuruq və mümkün olan riskləri azaldırıq”
Azvision.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Real televiziyasına müsahibəsində deyib.
“Bizim xarici siyasətimiz məhz milli maraqlar üzərində qurulub. Milli maraqlar nəyi diktə edirsə, biz xarici siyasətdə onu da etməliyik və edirik. Deyə bilərəm ki, buna müvəffəq olmuşuq, – deyə dövlətimizin başçısı qeyd edib.
Bu gün Azərbaycanın dünyada çox etibarlı tərəfdaş kimi tanındığını vurğulayan Prezident İlham Əliyev deyib: “Tərəfdaşlar bilirlər ki, bizim sözümüzün imzamız qədər qüvvəsi, dəyəri var. Ona görə hesab edirəm ki, xarici siyasətlə bağlı aparılan işlər təqdirəlayiqdir. Xarici siyasət daxili siyasətin məntiqi davamıdır. Ümid edirəm ki, bundan sonra da biz bu istiqamətdə uğurlar yolu ilə gedəcəyik”.
Milli maraqların xarici siyasət kursunda dominantlığı
“Ölkəmiz bu gün nəhəng regional və qlobal layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır. Azərbaycan özünün milli maraqları əsasında müstəqil xarici siyasət yürüdür və dünya miqyasında etibarlı tərəfdaş kimi tanınır”.
Unikal.org xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Müstəqilliyin bərpasının 30-cu ildönümü münasibətilə Azərbaycan xalqına müraciətində yer alıb.
“Son illər ərzində iqtisadiyyatımızın həcmi üç dəfədən çox artmış, güclü iqtisadi infrastruktur yaradılmış, mədəni irsimizin qorunması, inkişafı və təbliğində, təhsil, səhiyyə və digər sosial sahələrdə ciddi uğurlar əldə edilmiş, insanlarımızın maddi rifahı əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Torpaqlarının iyirmi faizinin 30 ilə yaxın işğal altında qalmasına, bir milyondan artıq qaçqın və məcburi köçkününün olmasına baxmayaraq, Azərbaycan məqsədlərinə doğru daim inamla irəliləmiş, öz hədəflərindən yayınmamışdır”, – dövlət başçısının müraciətində qeyd edilib.
“Azərbaycan xarici siyasətinin əsasında milli maraqlar dayanır”
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib.
Millət vəkili bildirib ki, müasir dövrün çağırışlarına uyğun Azərbaycanın istər daxili, istərsə də xarici arenada strateji uğurları durmadan artır:
“Təbii ki, bütün bunların təməlində Prezident İlham Əliyevin düşünülmüş, əsaslandırılmış və qətiyyətli siyasəti dayanır. Məhz bu uğurlu siyasət nəticəsində Azərbaycanın dünyada müstəqil siyasət yürüdən, qlobal siyasi proseslərə və beynəlxalq münasibətlər sisteminə öz baxışı olan bir dövlət kimi tanınması ölkəmizin nüfuzunun yüksəlməsini, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmləndirilməsini təmin edib.
Son zamanlar baş verən hadisələr isə Azərbaycanın xarici siyasətində yeni mərhələnin davamı olmaqla yanaşı, ölkəmizə böyük uğurlar qazandırıb. Ölkə Prezidentinin ali tribunalarda, müxtəlif beynəlxalq tədbirlərdə, ikitərəfli və çoxtərəfli görüşlərdə, müxtəlif beynəlxalq konfranslarda təşkil edilən debatlarda ölkəmizin milli maraqlarının müdafiəsinə xidmət edən müdafiə etmə əzmi, qətiyyətli mövqeyi hər birimizdə qürur hissi yaradıb.
Prezident İlham Əliyevin Yaponiyanın və Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirlərinin etimadnaməsini qəbul edərkən səsləndirdiyi fikirlər də Azərbaycanın xarici siyasətinin əsasını milli maraqlar, tərəfdaşlıq, qarşılıqlı əməkdaşlıq, regionun sabitliyinin, təhlükəsizliyinin qorunub saxlanması təşkil etdiyini bir daha nümayiş etdirdi.
Azərbaycanın Yunanıstanla qarşılıqlı münasibətlərə mürəkkəblik gətirən amillərdən biri də bu ölkənin respublikamızın strateji müttəfiqi, qardaş Türkiyə ilə ziddiyyətli və münaqişə elementlərinə malik əlaqələrinin olmasıdır. Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri ilə söhbət əsnasında iki ölkə arasındakı əməkdaşlığımıza mənfi təsir göstərən məsələləri açıq-aydın şəkildə diqqətə çatdırması Prezident İlham Əliyevin milli maraqlarımıza xidmət edən xarici siyasətdə prinsipial mövqe tutmasına nümunədir.
“Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı. Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz” – deyə birmənalı və sərt mövqeyini ifadə edən Prezident İlham Əliyev qardaş Türkiyə ilə Yunanıstan arasında baş verən gərginliyə toxunması Azərbaycanın hər zaman və bütün məsələlərdə qardaş Türkiyənin yanında olacağını göstərdi.
Beynəlxalq aləm bölgədə və dünyada gedən proseslərə münasibətdə Azərbaycan və Türkiyənin eyni mövqe sərgilədiyinin, ortaq maraqlardan çıxış etdiyinin dəfələrlə şahidi olub. Dünya siyasi düzəninin indiki şəraitində, xüsusən də ərazi bütövlüyü kimi həssas məsələlərdə bir-birilərinin maraqlarını müdafiə etmələri iki ölkə arasındakı əlaqələri daha da möhkəmləndirib. Məhz bunun üçün də Prezident İlham Əliyevin Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən qətiyətlə “Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik” söylədi. Eyni zamanda sentyabrın 2-də beynəlxalq ictimaiyyət Azərbaycan Prezidentinin diplomatik bacarığının, qətiyyətinin daha bir parlaq nümunəsinə şahidlik etdi.
Prezident İlham Əliyevin Türkiyəyə dəstəklə bağlı söylədiyi fikirlər qardaş ölkədə böyük razılıqla qarşılandı. Azərbaycan Prezidentinin fikirləri həm sosial mediada, həm də tirajlanan bir neçə yüz minlik qəzetlərin manşet mövzusu oldu. Türkiyənin aparıcı televiziya şirkətləri, internet portalları bu mövzu ətrafında materiallar təqdim etdilər.
Prezident İlham Əliyev, həmçinin Ermənistan, Yunanıstan və Kipr arasında hərbi əməkdaşlıqla bağlı narahatlığını da yunan diplomatın diqqətinə çatdırıb. Ermənistanın təcavüzkar və etnik təmizləmə siyasəti, həyata keçirdiyi soyqırımı aktları, pozduğu beynəlxalq hüquq normaları, BMT Təhlükəsizlik Şurasının və başqa təşkilatların qətnamələrinə əməl etməməsi ilə bağlı məsələlərdən faktlarla misal çəkən dövlət başçımız işğalçı Ermənistanın istənilən ölkə ilə sıx hərbi əməkdaşlığının regionda sabitlik üçün ciddi təhlükə olduğunu bildirib.
Ölkə başçımız Tovuz döyüşlərindən, sərhəddə Ermənistanın təxribatından dərhal sonra Rusiyadan bu ölkəyə intensiv silah təchizatına görə sərgilədiyi sərt mövqeyi də xatırlatdı və qeyd etdi ki, bunu, sadəcə, sizə demirəm. Biz bu məsələni rusiyalı tərəfdaşlarımızla da qaldırmışıq ki, Ermənistanla hərbi əməkdaşlıq bizi narahat edən məsələdir. Çünki bu, Azərbaycan üçün mühüm təhdid törədir, çünki bu silahlardan istifadə edərək onlar bizim hərbçilərimizi, mülki şəxsləri öldürürlər.
Prezident İlham Əliyevin hər zaman olduğu kimi, yunan diplomatla görüşündə prinsipial mövqe göstərməsi bir daha təsdiq etdi ki, Azərbaycanın qətiyyətli və prinsipial dövlət başçısı, düşünülmüş və uzaqgörən siyasət yürüdən lideri var”.
Milli.Az
Comments are closed, but trackbacks and pingbacks are open.