Nazir: Xalqın birliyinə əsaslanan uğurlu xarici siyasəti ölkəmizə yeni-yeni zəfərlər bəxş edəcək”
Cənab İlham Əliyev dediyi kimi də etdi. Dövlətin yeni başçısı Heydər Əliyev xəttini davam etdirərək onun yeritdiyi xarici siyasətin prioritetlərinə sadiq qalacağını bəyan etdi: “Biz Azərbaycan xalqının tələbatlarına və maraqlarına uyğun siyasət aparırıq. Siyasətimiz müstəqildir. Siyasi, iqtisadi münasibətlərdə, o cümlədən dünya ictimaiyyəti ilə qurduğumuz əlaqələrdə siyasətimiz müstəqildir. Bu siyasət özünü doğruldur. Bizim ABŞ-la da strateji əməkdaşlıq münasibətlərimiz mövcuddur. Eyni zamanda bizim İKT-yə üzv olan ölkələrlə də yaxşı münasibətlərimiz var. Bizim qonşularla olan münasibətlərimiz müsbətdir. Rusiyadan başqa, bizim İranla da münasibətlərimiz var. Bir sözlə, bütün bunlar mümkündür. Həmin amillər regionda təhlükəsizliyin və sabitliyin bərqərar olmasına xidmət edir. Çünki bizim yerləşdiyimiz region olduqca mürəkkəbdir”.
Milli maraqların xarici siyast kursunda dominantlığı
Hər bir dövlətin xarici siyasəti onun yeritdiyi daxili siyasətin davamıdır. Bu mənada Azərbaycan istisna təşkil etmir. 1993-cü ildə böyük siyasətçi Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlamış dirçəliş və tərəqqi prosesi çox keçmədi ki, Azərbaycanı sabit inkişaf edən, müasir cəmiyyət qurmaq yolunda ardıcıl addımlar atan ölkəyə çevirdi. Cəmi bir neçə il ərzində ümummilli böhran aradan qaldırıldı, kəskin sosial-iqtisadi problemlər həll edildi və ölkə sabit inkişaf yoluna çıxdı. Azərbaycan sonrakı illərdə dünyanın ən yüksək iqtisadi artım nümayiş etdirən ölkəsi kimi diqqəti cəlb etdi. İqtisadi müstəqilliyi təmin etmədən beynəlxalq münasibətlər sistemində layiqli yer tutmaq, dünya siyasətinin bu və ya digər məsələlərinə münasibətdə söz sahibi olmaq çətindir. Milli müstəqilliyin bərpasından təxminən 10 il sonra – XXI əsrin əvvəllərində Azərbaycan artıq iqtisadi müstəqilliyini tamamilə təmin etmişdi. Bu isə müstəqil xarici siyasət yeritməyə, beynəlxalq aləmdə milli maraqlarımızı ardıcıl olaraq müdafiə etməyə və mövqelərimizi gücləndirməyə imkan verirdi.
Qazanılmış uğurları möhkəmlətmək və daha da irəli getmək üçün daxili siyasətdə olduğu kimi, xarici siyasətdə də varislik şərtdir. Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan dövləti beynəlxalq aləmlə əlaqələrində məhz bu prinsipə əsaslanır.
2003-cü ildə keçirilmiş prezident seçkilərində qələbə qazanıb dövlətə rəhbərlik missiyasını üzərinə götürmüş cənab İlham Əliyev üçün xarici siyasət yeni fəaliyyət sahəsi deyildi. O hələ keçən əsrin 90-cı illərinin əvvəllərində Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti kimi Xəzərin Azərbaycan sektorunda neft yataqlarının birgə istismarına başlamaq üçün Qərbin iri neft şirkətləri, dünyada söz sahibi olan dövlətlərin nümayəndələri ilə aparılan danışıqlarda Azərbaycan nümayəndə heyətinə rəhbərlik edirdi. Bu isə daha çox diplomatiya ilə bağlı iş idi. Müstəqil dövlət üçün tamamilə yeni olan bu vəzifəni uğurla həyata keçirmək, əlverişli müqavilə şərtlərinə nail olmaq üçün hərtərəfli bilik, dərin zəka, diplomatik məharət tələb edilirdi. Özü də danışıqlar ölkədə və regionda mürəkkəb proseslərin getdiyi bir şəraitdə aparılırdı. Risk dərəcəsi çox yüksək idi. Cənubi Qafqazda həqiqətən böyük geosiyasi oyunlar gedirdi. Regionun iri dövlətləri burada əvvəlki mövqelərini qoruyub saxlamaq və möhkəmlətmək, yaxud yeni mövqelər qazanmaq üçün cidd-cəhdlə mübarizəyə girişmişdilər. Böyük qüvvələrin maraqlarının kəsişdiyi belə bir regionda yerləşən Azərbaycan isə hansısa bir-biri ilə mübarizə aparan qüvvələrdən heç birinə meyil göstərməmək xətti götürərək yalnız milli maraqlara xidmət edən mövqe tutur, bölgədə qarşılıqlı faydalı əməkdaşlıq və anlaşma mühiti yaratmağa çalışırdı.
Azərbaycanda və onun ətrafında cərəyan edən hadisələr, ö cümlədən daxili siyasi sabitliyi pozmaq, dövlət çevrilişi həyata keçirmək cəhdləri həm də neftlə əlaqədar idi. Xəzərətrafı ölkələrin bəziləri, xüsusilə Rusiya və İran bildirirdilər ki, sututarın hüquqi statusu müəyyən edilməyənədək burada heç bir iş görmək olmaz. Bu iki dövlət Xəzərin milli sektorlara bölünməsi ideyasını qəbul etmir, dənizin sahilyanı ölkələrin ümumi istifadəsində qalması üzərində israr edirdilər. Çoxu güman edirdi ki, regionda yeni münaqişə ocağının yaranması qaçılmazdır. Lakin bütün təzyiqlərə baxmayaraq rəsmi Bakı haqlı mövqeyindən geri çəkilmədi. Çünki neft Azərbaycan üçün enerji daşıyıcısından çox tale məsələsi idi. Neft müqavilələrinin reallaşdırılması, bir tərəfdən, külli miqdarda maliyyə ehtiyatı yaradaraq milli iqtisadiyyatı dirçəltmək üçün geniş imkanlar açacaq, digər tərəfdən isə ölkəni dünya iqtisadiyyatına inteqrasiya edən vasitəyə çevriləcək və bununla dövlət müstəqilliyimizə beynəlxalq dəstəyi artıracaqdı.
Belə bir şəraitdə Prezident Heydər Əliyevin siyasi ustalığı, mahir dövlət xadimi kimi zəngin təcrübəsi özünü göstərdi. Məhz dövlət başçısının titanik qabiliyyəti, ölçülüb-biçilmiş ardıcıl addımları ilə neft müqavilələrinin imzalanmasını əngəlləyən maneələr dəf edildi, Xəzərdə yeni gərginlik ocağının yaradılması cəhdlərinin qarşısı alındı. Eyni zamanda xarici tərəfdaşlarla aparılan danışıqlar uğurla nəticələndi. 1994-cü ildə bağlanmış “Əsrin müqaviləsi”nin ardınca yeni-yeni neft-qaz müqavilələri imzalandı və beləcə Azərbaycanın yeni neft stategiyasının əsası qoyuldu.
Bu, Azərbaycan neft diplomatiyasının təntənəsi idi. Cənab İlham Əliyev xarici tərəfdaşlarla apardığı danışıqları sonralar belə xatırlayır: “Qısa müddətdə dünyanın müxtəlif guşələrində aparıcı siyasətçilərlə, nazirlərlə, konqresmenlərlə görüşüb dünyada neft biznesinin müxtəlif aspektlərini, bizim regionun inkişaf perspektivlərini müzakirə edərkən, neft müqavilələrini imzalayarkən mən ilk növbədə geosiyasi məsələləri qaldırır, yalnız bu sahədə anlaşma əldə olunandan sonra texniki-iqtisadi problemlərin təhlilinə keçir, hər bir məsələni konkretləşdirməyə başlayırdım”.
Eyni zamanda cənab İlham Əliyev neft müqavilələrinin bağlanmasından heç də az əhəmiyyət kəsb etməyən ixrac kəmərlərinin inşasına dair aparılmış danışıqlarda fəal iştirak etmiş, bu danışıqların uğurla nəticələnməsində xeyli əmək sərf etmişdir. Xəzərin Azərbaycan sektorundakı neft və qaz yataqlarından çıxarılan karbohidrogenləri dünya bazarına nəql edən kəmərlərin işə salınması ölkənin regionda aparıcı mövqeyini möhkəmlətməklə bərabər, dünyada nüfuzunun artmasına həlledici təsir göstərdi, beynəlxalq əməkdaşlıq əlaqələrinin genişlənməsinə ciddi təkan verdi.
Başqa sözlə, cənab İlham Əliyev Prezident kimi səlahiyyətlərinin icrasına başlayanadək dövlətin xarici siyasət xəttinin formalaşmasında bilavasitə iştirak etmiş, bu işdə böyük uğurlara imza atmışdı. O, dövlət başçısı seçildiyi gün belə deyirdi: “Azərbaycan rəqabət meydanına çevrilməməlidir, əksinə, regional və dünya miqyasında əməkdaşlıq mərkəzi olmalıdır, bizim əsas istiqamətimiz ondan ibarətdir ki, öz xarici siyasi fəaliyyətimizlə qarşıya qoyduğumuz məqsədlərin əldə olunmasına, Azərbaycanın dünya birliyindəki yerinin möhkəmlənməsinə, həmçinin dünya ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlıq yolu ilə bizim iqtisadi inkişafımıza kömək edək. Bu siyasət bu vaxta qədər həyata keçirilib və bundan sonra da davam etdiriləcək. Bilmək istəyirsinizsə, bu, yeni Prezidentin və hökumətin Heydər Əliyevin müəyyənləşdirdiyi yolda atacağı ilk addımlar olacaq. Mən həmişə çalışmışam və çalışacağam ki, atama oxşayım”.
Cənab İlham Əliyev dediyi kimi də etdi. Dövlətin yeni başçısı Heydər Əliyev xəttini davam etdirərək onun yeritdiyi xarici siyasətin prioritetlərinə sadiq qalacağını bəyan etdi: “Biz Azərbaycan xalqının tələbatlarına və maraqlarına uyğun siyasət aparırıq. Siyasətimiz müstəqildir. Siyasi, iqtisadi münasibətlərdə, o cümlədən dünya ictimaiyyəti ilə qurduğumuz əlaqələrdə siyasətimiz müstəqildir. Bu siyasət özünü doğruldur. Bizim ABŞ-la da strateji əməkdaşlıq münasibətlərimiz mövcuddur. Eyni zamanda bizim İKT-yə üzv olan ölkələrlə də yaxşı münasibətlərimiz var. Bizim qonşularla olan münasibətlərimiz müsbətdir. Rusiyadan başqa, bizim İranla da münasibətlərimiz var. Bir sözlə, bütün bunlar mümkündür. Həmin amillər regionda təhlükəsizliyin və sabitliyin bərqərar olmasına xidmət edir. Çünki bizim yerləşdiyimiz region olduqca mürəkkəbdir”.
Bir məqamı söyləmək yerinə düşər ki, cənab İlham Əliyev dövlətə rəhbərlik etməyə başlayanda ölkədə və regionda vəziyyət birmənalı deyildi. Ermənistanın hərbi təcavüzünün nəticələrinin aradan qaldırılmaması bir yana qalsın, məkrli qüvvələr hələ də Azərbaycanın müstəqil siyasəti ilə barışmaq istəmir, müxtəlif vasitələrlə buranı daimi gərginlik ocağına çevirməyə çalışırdılar. Amma bu planlar xülyadan başqa bir şey olmadı. Cənab İlham Əliyev dövləti idarə etməyə tamamilə hazır idi. Obyektiv müşahidəçilər onun bu işi uğurla görəcəyinə şübhə etmirdilər. Məsələn, ABŞ Konqresinin üzvü Kurt Ueldon səkkiz il əvvəl Azərbaycan dövlətinin yeni liderinə müraciətlə deyirdi: “Həqiqətən, beş dildə təmiz danışan və dünya siyasətində xüsusi çəkisi olan Sizin kimi liderlə ilk dəfədir ki görüşürəm. Əminəm, bir çox ölkələrin xalqları arzulayırlar ki, onların da Sizin kimi bacarıqlı, beş dildə danışa bilən, müxtəlif mövzulara dair dərin biliklərə malik, geniş dünyagörüşlü bir lideri olsun. Hesab edirəm ki, bu baxımdan Azərbaycan xoşbəxt ölkədir, çünki bu ölkəyə Sizin kimi lider qismət olmuşdur”.
O vaxtdan bəri ötən səkkiz il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının yürütdüyü xarici siyasət prioritet məsələlərin diqqət mərkəzində saxlanması, bu məsələlərin müntəzəm olaraq gündəliyə gətirilməsi ilə yadda qalmışdır. Dövlətin suverenliyinin, ərazi bütövlüyünün və beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərinin bərpası, Ermənistanın hərbi təcavüzü nəticəsində yurd-yuvalarından didərgin düşmüş həmvətənlərimizin əvvəlki yaşayış yerlərinə qaytarılması naminə səylər yenə də xarici siyasətimizin əsas istiqaməti olmuşdur. Danışıqlar prosesində tərəqqiyə nail olmaq, regionda daimi sülhü və sabitliyi bərqərar etmək üçün Azərbaycan öz tərəfindən mümkün olan bütün siyasi-hüquqi vasitələrdən istifadə edir, lazımi səylər göstərir. Amma təcavüzkar Ermənistanın və ona havadarlıq edən qüvvələrin qeyri-konstruktiv mövqeyi, beynəlxalq hüququn hamı tərəfindən qəbul olunmuş prinsip və normalarına laqeydliyi prosesi irəli aparmağa imkan vermir.
Yaranmış şəraitdə Azərbaycan beynəlxalq hüquqa istinad edərək prinsipial mövqeyində qaldığını və bu mövqeyin sarsılmazlığını daim vurğulayır. Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərinin toxunulmazlığı müzakirə mövzusu ola bilməz: “Biz öz ərazi bütövlüyümüzü heç vaxt güzəştə getməyəcəyik. Azərbaycanın ərazi bütövlüyü toxunulmazdır, Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcəkdir. Azərbaycan rəhbərliyi və Azərbaycan xalqı heç vaxt bununla razı olmayacaqdır. Biz danışıqları bu istiqamətdə aparırıq. Danışıqların əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycanın zəbt olunmuş bütün torpaqları işğalçılardan azad edilsin, Azərbaycan vətəndaşları – məcburi köçkünlər həmin torpaqlara qayıtsınlar, o cümlədən də Dağlıq Qarabağa qayıtsınlar. Bu bizim prinsipial mövqeyimizdir və bu mövqedən bir addım da kənara çıxmayacağıq”.
İki il əvvəl problemin həllində vasitəçi olan ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişə tərəflərinə tənzimləmənin prinsiplərini əhatələyən növbəti sənədi təqdim etmişlər. Yenilənmiş Madrid prinsipləri adlanan bu sənəd münaqişənin mərhələli həllini nəzərdə tutur. Yeni təklif Azərbaycanın maraqlarına tamamilə cavab verməsə də, rəsmi Bakı tənzimləmə prosesini, nəhayət, “ölü nöqtə”dən çıxarmaq, Cənubi Qafqazda sabitliyi bərqərar etmək və regional əməkdaşlığı bərpa etmək üçün onu qəbul etmişdir. Amma Ermənistan rəhbərliyindən səs çıxmır: rəsmi Yerevan sənədi nə qəbul, nə də rədd edir, müxtəlif bəhanələrlə problemin həllini uzadır.
Məlum olduğu kimi, münaqişə beynəlxalq əhəmiyyət kəsb edir və böyük dövlətlərin regionda maraqlarına toxunur. Ona görə də indiki mərhələdə dinc tənzimləmə prosesinin gedişində hansısa sıçrayış gözləmək, bu və ya digər maraqlı tərəfin kəskin mövqe dəyişikliyinə gedəcəyini güman etmək real görünmür.
Odur ki, yalnız özünə arxalanan Azərbaycan dövləti prinsipial mövqeyini müntəzəm olaraq bəyan edir, münaqişənin beynəlxalq hüququn prinsip və normaları çərçivəsindən kənarda həllinin qeyri-mümkünlüyünü və belə bir nizamlama variantının regionda sabitliyin bərqərar olması naminə göstərilən səylərə zərər verəcəyini vurğulayır. Diplomatiyamız regional və beynəlxalq səviyyəli tədbirlərdə ölkəmizin ədalətli mövqeyini daim nəzərə çarpdırır, Azərbaycanın haqq işinə dəstək verilməsinə, Ermənistanın işğalçılıq siyasətinin, beynəlxalq hüququn prinsiplərini qulaq ardına vurmasının pislənməsinə, təcavüzkara təzyiqin artırılmasına çalışır. Dövlət başçısının ikitərəfli və çoxtərəfli görüşlərində, eləcə də imzaladığı dövlətlərarası sənədlərdə münaqişənin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyi həmişə yer alır.
Bu istiqamətdə aparılan iş artıq bəhrəsini verir. 2005-ci ilin yanvarında Avropa Şurasının Parlament Assambleyası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair qətnamə qəbul etdi. Sənəddə Ermənistanın təcavüzkarlıq siyasəti pislənir, Azərbaycan ərazisinin xeyli hissəsinin işğal altında qalmasından narahatlıq ifadə olunur, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsi tələb olunur. 2008-ci ilin martında BMT Baş Məclisi “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında” qətnamə qəbul etmişdir. Bu sənədin beynəlxalq təşkilatda qəbul edilməməsi üçün Ermənistan və onun havadarları çox canfəşanlıq göstərdilər, hətta danışıqların dayandırılması ehtimalını ortaya atdılar. Amma Azərbaycanla təzyiq dili ilə danışmağın faydasızlığı bir daha ortaya çıxdı. BMT Baş Məclisində belə bir qətnamənin qəbul edilməsi bir daha onu göstərir ki, beynəlxalq ictimaiyyət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar çıxır. NATO Strasburq-Kel sammitində Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində dinc vasitələrlə həlli istiqamətində göstərilən səyləri bir daha dəstəklədi. Avropa Parlamenti 2010-cu il mayın 20-də qəbul etdiyi qətnamədə Ermənistanın hərbi təcavüzü nəticəsində yüz minlərlə azərbaycanlının yurd-yuvasından didərgin salınmasından narahatlığını ifadə etdi, erməni qüvvələrinin ölkəmizin işğal olunmuş bütün ərazilərindən çıxarılmasını tələb etdi.
Digər tərəfdən, diplomatiyamız dünya ictimaiyyətinin diqqətini Ermənistan tərəfindən azərbaycanlılara məxsus tarixi və mədəni abidələrin məhv edilməsi, yaşayış məntəqələrinin simasının dəyişdirilməsi, həmçinin zəbt olunmuş torpaqlarda qeyri-qanuni iqtisadi fəaliyyətin aparılması faktlarına yönəldir.
Xəzər hövzəsi-Cənubi Qafqaz regionunda beynəlxalq əhəmiyyətli inkişaf layihələrinin reallaşdırılmasında Azərbaycanın həlledici rol oynaması, regionda aparıcı dövlət kimi nüfuzunun möhkəmlənməsi nəticə etibarilə Ermənistanın mövqeyini getdikcə zəiflədir və rəsmi Yerevanın hadisələrin inkişafına hər hansı təsirini istisna edir. Artıq Azərbaycan Şərqlə Qərbi birləşdirən, Avrasiya məkanında ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinə kömək edən yeni kommunikasiyaların, nəqliyyat və enerji dəhlizlərinin üzərində qovşaq-ölkə kimi regionda böyük nüfuz sahibinə çevrilmişdir. Ermənistanı bu layihələrə qoşmaq və beləliklə, təcavüzkarı təcrid vəziyyətindən çıxarmaq üçün havadarların göstərdiyi cəhdlər rəsmi Bakının sərt münasibəti ilə qarşılaşır və puça çıxır. Azərbaycan indi elə bir inkişaf mərhələsindədir ki, bu cür layihələri təkbaşına, xaricdən kredit almadan həyata keçirə bilir. Buna misal olaraq Bakı-Tbilisi-Qars dəmiryolu layihəsini göstərmək olar. Bu layihənin reallaşdırılmasının qarşısını almaq üçün Ermənistan çox canfəşanlıq etdi, Avropa və Amerikadakı qəyyumlarına üz tutdu, onları Asiya ilə Avropanı birləşdirəcək yeni dəmiryolu magistralının inşasını maliyyələşdirməməyə çağırdı. Amma əbəs yerə. Artıq Azərbaycana təzyiq göstərmək cəhdi faydasız idi. Azərbaycan beynəlxalq maliyyə təsisatlarından yardım almadan Türkiyə və Gürcüstanla birlikdə bu layihəni həyata keçirməyə başladı. Çox keçməz ki, yeni dəmir yolu işə düşəcək və ölkəmizin beynəlxalq ticarət əlaqələrini genişləndirəcək. Ermənistanın təklif etdiyi alternativ dəmir yolu isə, əvvəlki kimi, fəaliyyətsiz qalacaq.
Təcavüzkar dövləti beynəlxalq əhəmiyyətli regional layihələrdən kənarlaşdırmaqla yanaşı, Azərbaycan hər ehtimala qarşı özünün hərbi potensialını daim artırır. Son səkkiz ildə müdafiə xərclərinin həcmi 25 dəfəyə yaxın artmış (2003-cü ildə 135 milyon dollar, 2011-ci ildə 3,3 milyard dollar), büdcədən hərbi sahəyə ayrılan vəsait Ermənistan büdcəsini 1,5 dəfə ötmüşdür. Azərbaycan ordusu müasir silah-sursat və hərbi texnika ilə təchiz edilmiş, Müdafiə Sənayesi Nazirliyi yaradılmışdır. Bu gün ölkəmizdə 420 adda hərbi təyinatlı məhsul istehsal olunur.
Avropa və Avratlantika məkanına inteqrasiya Azərbaycanın yürütdüyü xarici siyasət xəttinin vacib istiqamətlərindən biri kimi uğurla davam etdirilir. Avropa İttifaqının (Aİ) üzvü olan ölkələrlə əməkdaşlıq Avropa Qonşuluq Siyasəti (AQS) çərçivəsində inkişaf edir. AQŞ ölkəmiz üçün bir sıra imkanlar (siyasi, iqtisadi və inzibati islahatların həyata keçirilməsi və birgə dəyərlərə hörmət edilməsində konkret irəliləyişə nail olunması müqabilində Aİ-nin daxili bazarında müəyyən paya sahib olma imkanı; vətəndaşların, əmtəələrin, xidmətlərin və kapitalın sərbəst dövriyyəsini təmin etmək məqsədilə gələcək inteqrasiya və liberalizasiya proseslərində iştirak; Aİ ölkələri ilə daha səmərəli siyasi dialoq və əməkdaşlıq, güzəştli ticarət əlaqələri və açıq bazar, miqrasiya, narkotiklər və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq, sərmayələrin təşviqi, yeni maliyyə mənbələrinin əldə edilməsi, ölkəmizin Ümumdünya Ticarət Təşkilatına üzv olmasının dəstəklənməsi və s.) yaradır.
Azərbaycanın Avropa ilə əlaqələri artıq xüsusi əhəmiyyət kəsb etməyə başlamışdır. Bunu ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verəcəyi töhfə şərtləndirir. Məlumdur ki, qitə ölkələri hazırda Rusiyanın güclü enerji asılılığındadır və Avropa öz enerji təhlükəsizliyini təmin etmək üçün alternativ yollar axtarır. Enerji təchizatı mənbələrinin şaxələndirilməsi diqqət mərkəzində olan məsələlərdəndir. Bu işdə Avropa Azərbaycana böyük önəm verir. Bir tərəfdən, Avropanın ölkəmizə maraq göstərməsi seçdiyimiz strateji xəttə – qitəyə inteqrasiya xəttinə tamamilə uyğundur. Digər tərəfdən, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində iştirakı dövlətimizin qitədə və dünyada çəkisini artırır, inteqrasiya proseslərinin intensivləşməsinə təkan verir.
Ölkəmiz bir neçə ildir karbohidrogen ehtiyatlarını dünya bazarlarına, o cümlədən Avropaya çıxarır. 2006-cı ilin iyulunda işə düşmüş Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin tam gücü ilə fəaliyyət göstərməsi ölkəmizin inkişafını sürətləndirmək, beynəlxalq iqtisadi əlaqələrini genişləndirməklə yanaşı, dünya iqtisadiyyatının inkişafına töhfə verir. Elə həmin ilin axırlarında başqa bir transmilli layihə – Bakı-Tbilisi-Ərzurum qaz kəməri də işə düşdü. İndi Azərbaycan təkcə qonşu ölkələrə yox, həm də Avropaya qaz ixrac edir və perspektivdə belə ölkələrin sayı artacaq. Bu gün Azərbaycan yeddi kəmər vasitəsilə dünya bazarlarına karbohidrogen ixrac edir.
Hazırda Azərbaycan enerji təchizatının digər istiqamətlərində əməkdaşlıq əlaqələri qurur. Söhbət Xəzərin karbohidrogen ehtiyatlarının başqa bir marşrutla – Qara dənizdən keçməklə Mərkəzi Avropaya və Baltik sahillərinə çatdırılmasından gedir. Bu cür alternativ qaz nəqli layihələrinin reallaşdırılması milli iqtisadiyyatı gücləndirməklə yanaşı, Azərbaycanın dünya iqtisadiyyatının inkşafında rolunu artıracaq, Cənubi Qafqazın lider dövləti kimi onun regionda və beynəlxalq aləmdə mövqeyini daha da gücləndirəcək.
Son səkkiz il həmçinin ayrı-ayrı ölkələrlə ikitərəfli əlaqələrin möhkəmləndirilməsi istiqamətində görülmüş işlərlə əlamətdar olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin dünyanın müxtəlif ölkələrinə etdiyi səfərlər, eləcə də xarici ölkələrin müxtəlif səviyyəli nümayəndə heyətlərinin Bakıya səfərləri, əldə edilmiş hökumətlərarası sazişlər və razılaşmalar əməkdaşlığın genişləndirilməsində mühüm rol oynamışdır. Azərbaycan bütün ölkələrlə bərabərhüquqlu, qarşılıqlı etimada əsaslanan əlaqələr qurur, səmimi münasibətlərin tərəfdarı kimi çıxış edir. Nəticə etibarilə ölkəmizin dostlarının, strateji tərəfdaşlarının sayı artır.
Eyni zamanda Azərbaycan BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatların sıralarında aktiv fəaliyyət göstərir. Bu yaxınlarda ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmiş, ümumbəşəri məsələlərin həllində söz sahiblərindən birinə çevrilmişdir.
Bütün bunlar göstərir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş çoxvektorlu, müstəqil xarici siyasət xətti Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqları nəzərə alınmaqla uğurla davam etdirilir. Ölkənin geostrateji maraqlarının maksimum təmin olunmasına yönəlmiş bu siyasət eyni zamanda, dövlətin nüfuzunun, dünya siyasətində rolunun artmasına xidmət edir.
Nazir: “Xalqın birliyinə əsaslanan uğurlu xarici siyasəti ölkəmizə yeni-yeni zəfərlər bəxş edəcək”
Nazir: “Xalqın birliyinə əsaslanan uğurlu xarici siyasəti ölkəmizə yeni-yeni zəfərlər bəxş edəcək” “Azərbaycan Respublikasının Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun əldə etdiyi böyük Qələbə Azərbaycan tarixinin şanlı səhifəsini təşkil etməklə yanaşı, bölgədə yeni reallıqlar yaratmış, Azər
7 Noyabr , 2021 10:59
https://static.report.az/photo/12d961d7-26d5-35c2-8d30-a462988b2492.jpg
Ceyhun Bayramov
“Azərbaycan Respublikasının Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun əldə etdiyi böyük Qələbə Azərbaycan tarixinin şanlı səhifəsini təşkil etməklə yanaşı, bölgədə yeni reallıqlar yaratmış, Azərbaycanın ərazi bütövlüyü təmin edilmiş, bir milyona yaxın azərbaycanlının pozulmuş fundamental hüquqları bərpa edilmiş, tarixi ədalət bərqərar olmuşdur”. “Report” xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun rəsmi mətbuata müsahibəsində yer alıb. “Azərbaycan Prezidentinin 24 sentyabr 2021-ci il tarixində BMT Baş Assambleyasının 76-cı sessiyasında qeyd etdiyi kimi, “Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb və hər kəs bunu nəzərə almalıdır. Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında seçim etməlidir”. Prezident İlham Əliyev BMT Baş Assambleyası kürsüsündən birmənalı şəkildə bəyan etmişdir: “Azərbaycan beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyini bundan sonra da dünya müstəvisində qətiyyətli şəkildə müdafiə edəcək və beynəlxalq sərhədlərimiz çərçivəsində ölkəmizin, xalqımızın inkişafına yönəlmiş səyləri davam etdirəcəkdir. Ümid edirik ki, çoxdan gözlənilən sülh, təhlükəsizlik və sabitlik, nəhayət, Cənubi Qafqazda bərqərar olacaq. Əks təqdirdə yenidən Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və xalqımızın təhlükəsizliyinə hər hansı bir təhdid olarsa, legitim özünümüdafiə hüququmuzdan heç bir tərəddüd etmədən istifadə edəcəyik”. Hər bir dövlətin daxili və xarici siyasətinin uğurunun təməlində, ilk növbədə, xalqın birliyi və xalqın dəstəyi dayanır. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının birliyinin və inamının ən bariz göstəricisi olmuşdur”, – deyə Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri bildirib. “Prezident İlham Əliyev böyük Zəfərin əldə edilməsi ilə bağlı xalqa ünvanladığı müraciətində bunu çox aydın şəkildə ifadə etmişdir: “Mən xalqın dəstəyini hiss edirdim, xalqın inamını görürdüm. Məni heç nə dayandıra bilməzdi. Çünki mən bilirdim ki, biz haqlıyıq. Biz öz ərazi bütövlüyümüzü bərpa edirik, öz torpaqlarımızı qaytarırıq. Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi – yenilməz xalq, dəmir iradəli xalq, müzəffər xalq, müzəffər ordumuz! Fəxr edirik xalqımızla, ordumuzla!” Əminik ki, təməlində milli maraqların dayandığı Azərbaycan xarici siyasəti bundan sonra da bölgədə və dünyada sülh və təhlükəsizliyin, beynəlxalq hüququn təmin edilməsinə töhfəsini verəcək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan xalqının birliyinə əsaslanan uğurlu xarici siyasəti ölkəmizə yeni-yeni zəfərlər bəxş edəcəkdir”, – Ceyhun Bayramov vurğulayıb.
Milli maraqların xarici siyast kursunda dominantlığı
Bu gün ölkə ictimaiyyəti Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən son bir neçə ildə həyata keçirilən və ölkəmizdə milli və siyasi həmrəylik mühitinin formalaşmasına xidmət edən mütərəqqi təşəbbüslərinin müsbət nəticələrini aşkar şəkildə müşahidə etməkdədir. Siyasi sabitliyə, etibarlı münasibətlərə və davamlı inkişafa xidmət edən bu təşəbbüslər milli həmrəyliyin, xalq-hakimiyyət birliyinin əsil təcəssümünə çevrilib. Biz bu birliyin ən möhtəşəm təzahürlərindən birini də 2018-ci ildə keçirilmiş növbədənkənar prezident seçkilərinin gedişində və nəticələrində açıq-aşkar izlədik. Həmin ilin aprel ayının 11-də Azərbaycan xalqı həmişə olduğu kimi, növbəti dəfə müdrik seçim edərək, cənab İlham Əliyevi yenidən Ölkə Prezidenti seçdi. Birmənalı olaraq demək lazımdır ki, Azərbaycanın bugünkü inkişafı Prezident İlham Əliyevin fəaliyyəti ilə bilavasitə əlaqədardır. Cənab İlham Əliyevin Prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti daha da artıb, iqtisadiyyatımız bir neçə dəfə yüksəlib, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənib. Əlbəttə ki, bütün bu amillər xalqın seçiminə təsir edən ən vacib arqumentlər oldu. Nəticədə, ölkənin səsvermə hüququna malik olan vətəndaşlarının 74.3 % -nin və müxtəlif partiyaları təmsil edən 8 namizədin iştirak etdiyi, şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin – 86,03 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Seçkilərdən sonra andiçmə mərasimində etdiyi çıxışında Prezident İlham Əliyev belə demişdir: “Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar.” Ötən dövr ərzində Azərbaycanda bütün istiqamətlərdə böyük inkişafın müşahidə edilməsi, ölkəmizin bölgədə və dünyada mövqelərinin güclənməsi və nüfuzunun durmadan artması, müstəqilliyimizin daha da möhkəmlənməsi, vətəndaş həmrəyliyinin yüksək səviyyədə formalaşması da Prezident İlham Əliyevin həyata keçirdiyi xarici və daxili siyasətin əsasında məhz milli maraqların qorunması prinsiplərinin durduğunu bir daha isbatlayır. Təsadüfi deyil ki, Azərbaycan xalqı 2003-cü ildən sonra ardıcıl olaraq üç dəfə məhz Heydər Əliyev siyasi kursuna öz dəstəyini verdi və yalnız İlham Əliyevi ölkə rəhbərliyində görmək istəyini birmənalı şəkildə ifadə etdi. O cümlədən 2018-ci ilin aprel ayının 11-də Prezident İlham Əliyevə xalq tərəfindən verilən dəstək bir daha ölkəmizdə hər kəsin dövlətin apardığı siyasi kursu dəstəklədiyinin ən bariz göstəricisi oldu.
Prezident İlham Əliyevin rəhbərliyi altında 2003-cü ildən bəri uğurla həyata keçirilən düşünülmüş balanslı xarici siyasət sayəsində 2018-ci ilədək artıq bir çox yüksək nəticələr əldə olunmuşdu. O cümlədən Azərbaycanın BMT, Avropa Şurası, ATƏT, NATO və bütün digər nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunasından daha qətiyyətlə çıxış etməsi və bir çox məsələlərdə beynəlxalq aləmin onun rəyinə hörmətlə yanaşmasına nail olması üçün münbit şərait yaranmışdı. Ölkəmizin beynəlxalq nüfuzunun günbəgün artması əlbəttə ki, Azərbaycan vətəndaşının diqqətindən kənarda qala bilməzdi. Belə olan şəraitdə isə təbii ki, mövcud hakimiyyətə qarşı radikal müxalif mövqelərdən çıxış edən qüvvələr xalqın dəstəyini ala bilməzdilər və almadılar. Seçkilərdə iştirak edən vətəndaşların mütləq əksəriyyətinin Prezident İlham Əliyevə səs verməsi, birmənalı olaraq xalqın bütün radikal qüvvələrə verdiyi “yox” cavabıdır. Azərbaycan xalqı 2018-ci ildə bir daha bəyan etdi ki, bu qüvvələrin Azərbaycanın siyasi səhnəsində yeri yoxdur.
Qeyd olunduğu kimi, 2003-2018-ci illər tariximizə iqtisadi yüksəlişin intensiv dövrü kimi daxil olmuşdur. Məlum olduğu kimi, bu gün ölkəmizin xarici əməkdaşlıq istiqamətləri arasında enerji sahəsi xüsusi yer tutur və bu sahədə də Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil siyasət yürüdən Azərbaycan öz təbii sərvətlərinin əsl sahibi olaraq beynəlxalq əməkdaşlıq əlaqələrini milli maraqlar və qarşılıqlı faydalılıq prinsipləri əsasında reallaşdırır. Eyni zamanda da Azərbaycan istər regional, istərsə də beynəlxalq səviyyədə ölkələrarası əməkdaşlıq və təhlükəsizlik məsələlərinə mühüm töhfələr verir. Demək lazımdır ki, 2003-2018-ci illərdə iqtisadiyyatın neft-qaz sektoruna xüsusi diqqət göstərilirdi. Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildə istifadəyə verildi və ölkə böyük gəlirlər əldə etməyə başladı. 2007-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycanı qaz ixrac edən ölkəyə çevirdi. 2014-cü il sentyabrın 20-də “Cənub Qaz Dəhlizi”nin təməli qoyulub. 2018-ci il 29 may tarixində Bakıda “Cənub Qaz Dəhlizi”nin, 12 iyun tarixində isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin açılışı oldu. Təbii ki, bütün bu hadisələr Azərbaycanın iqtisadi gücünün artmasını təmin etdi və ölkəmizin beynəlxalq arenalarda mövqeylərini daha da möhkəmləndirdi. Birmənalı olaraq vurğulanmalıdır ki, Prezident İlham Əliyevin siyasətində həyata keçirilən əsas prioritetlər Vətənin müdafiəsi və xalqın rifahıdır. Bu baxımdan möhtərəm dövlət başçımızn həyata keçirdiyi müstəqil xarici siyasətin ən əhəmiyyətli nəticələrindən biri kimi məhz Vətən müharibəsində əldə olunmuş möhtəşəm tarixi Qələbəmizi göstərmək lazımdır. Müharibənin 44 günü ərzində Ali Baş Komandanın rəhbərliyi ilə dövlətimiz beynəlxalq hüquq prinsiplərini, xüsusilə BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutaraq öz ərazilərini azad etmək hüququndan istifadə etdi və genişmiqyaslı əks-hücum əməliyyatlarını böyük uğurla həyata keçirdi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü düşünülmüş praqmatik xarici siyasət sayəsində bu gün Azərbaycanla daha yaxın əlaqələr qurmaq istəyən ölkələrin sayı durmadan artır və İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan xalqı 2018-cü ildə yenidən düzgün seçimini etmiş və növbəti dəfə öz müdrikliyini nümayiş etdirmişdir.
Məhəmməd Balaqadaşov,
YAP Xaçmaz rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Comments are closed, but trackbacks and pingbacks are open.