Xarici siyasət elə qurulub ki. – Ekspert
Azərbaycan Aİ-yə üzv olan ölkələrlə münasibətlərin inkişafına böyük önəm verir. Əlbəttə ki, Azərbaycanın İttifaqa üzv ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq əlaqələrinə malik olması bunun əyani göstəricisidir. İttifaqa üzv ölkələrin üçdəbirinin Azərbaycanla strateji tərəfdaşlıq əlaqələrinə malik olması, müxtəlif sahələrdə bərabərsəviyyəli əməkdaşlığın qurulması da ölkəmizin Aİ ilə münasibətlərinin inkişafında mühüm rola malikdir.
Milli maraqların xarici siyasətin dominantı kimi
İyulun 18-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycana səfərə gəldi. İyulun 22-də isə Prezident İlham Əliyev Rusiyaya işgüzar səfər etdi. Hər biri mühüm siyasi hadisə olan bu səfərlər Azərbaycanın xarici siyasət prioritetlərinin uğurla gerçəkləşdiyini, respublikamızın milli maraqlarını layiqincə təmin etdiyini göstərdi.
Milli Məclisin deputatlarının açıqlamaları da bu barədədir.
Azərbaycan-Aİ münasibətləri: yeni reallıqların doğurduğu əməkdaşlıq imkanları
Adil ƏLİYEV,
Milli Məclis Sədrinin müavini,
Gənclər və idman komitəsinin sədri:
– Azərbaycan hər zaman xarici ölkələrlə, beynəlxalq və regional təşkilatlarla bərabərhüquqlu tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafında maraqlı olub. Təbii ki, ölkəmizin Avropa İttifaqı ilə münasibətləri də bu prinsip əsasında inkişaf etməkdədir. Aİ Şurasının Prezidenti Şarl Mişelin ölkəmizə səfərini də ikitərəfli münasibətlərin gələcək inkişafı istiqamətində atılan mühüm addım kimi dəyərləndirmək olar.
Aİ Şurasının Prezidenti Mişelin Azərbaycana səfəri bizim tərəfdaşlığımızın yaxşı göstəricisidir. Biz uzun illərdir Aİ ilə müxtəlif sahələrdə işləyirik. Gündəlik çox genişdir və bizim güclü siyasi təmaslarımız, əlbəttə ki, əməkdaşlığımızın şaxələndirilməsi üçün çox yaxşı təməl yaradır. Prezident İlham Əliyevin Şarl Mişel ilə iyulun 18-də keçirdiyi birgə mətbuat konfransında səsləndirdiyi fikirlər tərəflər arasındakı əməkdaşlığın dünənini, bu gününü və gələcəyini aydın şəkildə izah edir.
Əlbəttə ki, yüksəksəviyyəli qarşılıqlı səfərlər, keçirilən görüşlər, aparılan danışıqlar, imzalanan sənədlər ikitərəfli əməkdaşlığın formalaşmasında və inkişafında mühüm rol oynayıb. Bu günə kimi tərəflər arasında imzalanan Tərəfdaşlıq və Əməkdaşlıq, Viza Sadələşdirilməsi və Readmissiya sazişləri, “Cənub qaz dəhlizi” üzrə Birgə Bəyannamə, Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planı, Enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu və bu kimi digər mühüm sənədlər çoxşaxəli əməkdaşlığın əsaslarını müəyyənləşdirib. Azərbaycan ilə Avropa İttifaqı arasında 2018-ci il iyulun 11-də “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması tərəflərin qarşılıqlı hörmətə, bərabər səviyyəli əməkdaşlığa əsaslanan əlaqələrin inkişafında maraqlı olduqlarını əyani şəkildə nümayiş etdirdi. Həmin sənəddə yer alan ən mühüm məqamlardan biri tərəflərin ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqliyinin ifadə olunması idi. Hazırda isə Azərbaycanla İttifaq arasında yeni sazişin imzalanması ilə bağlı danışıqlar davam etdirilir. Əminəm ki, hazırlanan saziş əməkdaşlığın yeni mərhələyə qədəm qoyması üçün önəmli sənəd olacaq.
Azərbaycan Aİ-yə üzv olan ölkələrlə münasibətlərin inkişafına böyük önəm verir. Əlbəttə ki, Azərbaycanın İttifaqa üzv ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq əlaqələrinə malik olması bunun əyani göstəricisidir. İttifaqa üzv ölkələrin üçdəbirinin Azərbaycanla strateji tərəfdaşlıq əlaqələrinə malik olması, müxtəlif sahələrdə bərabərsəviyyəli əməkdaşlığın qurulması da ölkəmizin Aİ ilə münasibətlərinin inkişafında mühüm rola malikdir.
Azərbaycanın yaxın tərəfdaşı olan Aİ ilə münasibətlərdən danışarkən ilk əvvəl iqtisadi sahədəki əlaqələrə nəzər yetirmək lazımdır. Aİ Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfəri zamanı iqtisadi sahədə əməkdaşlığa dair məsələlər də əsas müzakirə mövzusu oldu. Enerji təhlükəsizliyi, nəqliyyat, ticarət kimi məsələlər gündəlikdə duran əsas iqtisadi mövzulardır.
Nəzərə almaq lazımdır ki, hazırda ticarətimizin 40 faizi məhz Aİ ilə aparılır. Ötənilki ticarət dövriyyəsi təxminən 9,5 milyard ABŞ dolları olub. Azərbaycanın Aİ-ya üzv dövlətlərlə ixracının həcmi 6,8 milyard ABŞ dolları təşkil edir. Eyni zamanda ittifaqa üzv dövlətlərin 1700-dən çox şirkəti Azərbaycanda fəaliyyət göstərir. Bütün bunlar ikitərəfli iqtisadi əməkdaşlığın miqyasını nümayiş etdirir.
2020-ci ilin sonu böyük tarixi əhəmiyyətə malik layihə olan “Cənub qaz dəhlizi”nin tam istifadəyə verilməsi ilə yadda qaldı. Təbii ki, bu qlobal əhəmiyyətli layihənin reallaşmasında Azərbaycan ilə Aİ arasındakı tərəfdaşlıq münasibətləri mühüm rol oynadı. Uzun illərdir məhz Azərbaycan Aİ ilə birlikdə “Cənub qaz dəhlizi” ilə bağlı Məşvərət Şurasına sədrlik edir və şura bu iki tərəfin rəhbərliyi ilə layihənin uğurla həyata keçirilməsində önəmli rola malik olub. Onu da qeyd etmək lazımdır ki, uzun illərdir Avropanın enerji təhlükəsizliyində mühüm rola malik olan Azərbaycanın təşəbbüsü ilə bu layihənin reallığa çevrilməsi şirkətlər və beynəlxalq maliyyə institutları arasında əməkdaşlığın nadir təcrübəsi kimi də tarixə düşdü. “Cənub qaz dəhlizi” layihəsinə yatırılmış ümumi investisiyaların həcmi 33 milyard ABŞ dollarından çoxdur.
Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə ilə regionda yeni reallıq yaradıb. Artıq hər kəs görür və qəbul edir ki, Azərbaycanın razılığı və iştirakı olmadan regionda hər hansısa bir layihəni reallaşdırmaq mümkün deyil. Digər tərəfdən uzun illərdir qlobal əhəmiyyətli layihələri uğurla icra edən ölkəmizin beynəlxalq arenada qazandığı etibarlı tərəfdaş imici daha da möhkəmlənib. Artıq müxtəlif dövlətlər, beynəlxalq və regional təşkilatlar heç bir tərəddüd etmədən Azərbaycan ilə əməkdaşlığa can atır.
Təbii ki, ötən illər ərazində ölkəmizin yaratdığı beynəlxalq əməkdaşlıq platforması bu gün Azərbaycanın regionda yaratdığı yeni reallıqlara uyğun şəkildə əməkdaşlığı daha da inkişaf etdirməyə imkan yaradıb. Dövlətimizin başçısının da bəyan etdiyi kimi, Azərbaycana dost və tərəfdaş ölkələr Ermənistanın işğalından azad edilən ərazilərimizin bərpasında iştirak edə bilərlər. Artıq sıralarında Avropa dövlətlərinin də olduğu bir sıra ölkələrin şirkətlərinin bu prosesə qoşulduqları məlumdur.
Digər tərəfdən müharibədən sonra kommunikasiyaların açılması regionda yeni əməkdaşlıq üçün imkanlar yaradır. Bu səbəbdən də 10 noyabr və 11 yanvar üçtərəfli bəyanatlarında əksini tapan kommunikasiyaların açılması məsələsinin həllini tapması da genişmiqyaslı əməkdaşlıq üçün yaxşı imkanlar vəd edir. Elə Prezident Şarl Mişel də ölkəmizə səfəri zamanı Aİ-nin regional əməkdaşlıq səylərində iştirak etmək arzusunu ifadə etdi. Həmçinin o, Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası məsələsində də Aİ-nin yaxından iştirak etməyə hazır olduğunu bəyan etdi. Bu da ittifaqın xoş niyyətindən xəbər verir.
Artıq bütün dünya qəbul edir ki, Azərbaycan ədaləti bərpa edib, beynəlxalq hüququn ona verdiyi imkanlardan istifadə edərək işğal olunmuş torpaqları düşməndən təmizləyib. Hər kəs bilir ki, dayanıqlı sülh və rifah naminə regionda olan ölkələr arasında əməkdaşlıq əlaqələri genişlənməlidir. Dövlətimizin başçısı İlham Əliyev Prezident Şarl Mişellə görüşdən sonra keçirilən mətbuat konfransında bir daha bəyan etdi ki, indi sülh barədə düşünmək və səhifəni çevirmək vaxtıdır və biz buna hazırıq.
Lakin Ermənistan tərəfindən səsləndirilən fikirlər bu ölkənin sülh tərəfdarı olmadığından xəbər verir. Anlamırlar ki, Ermənistan nə qədər tez öz çirkin niyyətindən əl çəkib Azərbaycanın təklif etdiyi regional əməkdaşlıqdan faydalansa, bir o qədər də tez bir zamanda acınacaqlı vəziyyətdən qurtulacaq.
Rusiya Azərbaycanın potensialını çox gözəl dərk edir
Sahib ALIYEV,
Milli Məclisin deputatı:
– Rusiya Prezidenti Vladimir Putin çox yaxşı bilir ki, Prezident İlham Əliyev bütün hallarda milli maraqlardan çıxış etməklə yanaşı, bunu böyük dövlətlərin də maraqlarına uyğunlaşdırmağa çalışır.
Prezident İlham Əliyev üzərinə götürdüyü öhdəliklərə əməl edir və müxtəlif təzyiqlərə baxmayaraq, Azərbaycanın maraqlarına cavab verməyən heç bir razılaşmaya getmir. Prezident İlham Əliyevin Moskvaya son səfərində bir neçə diqqətçəkən məqam oldu. Onlardan birincisi, prezidentlər arasında güvənli, dost, səmimi münasibətlərin hiss edilməsi idi. Həm İlham Əliyev, həm də Vladimir Putin sözün əsl mənasında liderdirlər. Paşinyandan, Makrondan və digərlərindən fərqli olaraq, sosial legitimlikləri ilə də diqqət çəkirlər. Əhalinin çox böyük hissəsi onlara lider kimi yanaşır və hər ikisinin öz dövlətlərinin maraqları baxımından atdıqları addımın qarşılıqlı faydaya əsaslandığını, burada diktə edən və diktə olunan tərəfin olmadığını çox yaxşı bilər. Bu, iki dövlət başçısının açıqlamalarından da hiss olunurdu. Rusiya Azərbaycanla çox müxtəlif sahələrdə – innovasiya və texnologiyaların tətbiqi, birgə istehsal üzrə əməkdaşlıq edir. Putinin açıqlamalarına diqqət yetirsək görərik ki, Rusiya Azərbaycanın potensialını çox gözəl bilir və Azərbaycanla əməkdaşlıqdan ancaq fayda gördüyünün, eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin hər zaman sözü və əməlinin üst-üstə düşməsinin fərqindədir. Prezident İlham Əliyev digər dövlətlərə yanaşmada olduğu kimi, Rusiya ilə bağlı da nəyi deyibsə, o yerinə yetirilib. Eyni zamanda Azərbaycan və Rusiyanın dövlət başçılarının görüşündə hiss olunurdu ki, hər iki tərəf ancaq müsbət mövqedən çıxış edirlər.
Qarabağda Rusiya hərbi kontingentinin fəaliyyəti, sərhəddəki vəziyyət, Qarabağın özündə baş verənlərlə bağlı bəzi həssas məsələlər var. Bunlar heç şübhəsiz ki, görüşdə qaldırılıb. Tərəflər bu problemlərin aradan qaldırılması əzmindədirlər. Verilən açıqlamalardan da bu hiss olunur.
Azərbaycan təkcə özünün deyil, regionun da maraqlarından çıxış etməyə çalışır. Təbii ki, bu, sonda yenə də bizim dövlət maraqlarımıza cavab verir. Məsələnin başqa tərəfi də var. Mediaya açıqlamalardan belə anladım ki, Azərbaycan və Rusiya prezidentləri ayrı-ayrı güclərin və çevrələrin regionda yaranmış hazırkı vəziyyətdən narazı olduqlarını, Ermənistanda revanşizm tərəfdarlarını həvəsləndirməklə yenidən qarşıdurma yaratmaq istədiklərini yaxşı başa düşürlər. Burada söhbət tək Makron Fransasından və orbitində fırlanan bəzi dövlətlərdən getmir. Həm də Rusiyanın özündə bəzi çevrələr var, açıq-aydın hiss olunur ki, Azərbaycanın yaratdığı reallıq ən çeşidli səbəblərdən onların da maraqlarında deyil. Şübhə etmirəm ki, bu məsələ də Rusiyanın diqqətinə çatdırılıb.
Avropa İttifaqı Azərbaycan üçün olduqca yaxın tərəfdaşdır
Tamam CƏFƏROVA,
Milli Məclisin deputatı:
– Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin ölkəmizə səfəri mühüm əhəmiyyət kəsb edir. Aİ Azərbaycan üçün olduqca yaxın tərəfdaşdır. Şarl Mişelin ölkəmizə səfəri bunun əyani göstəricisidir. Əməkdaşlıq çərçivəsində uzun illərdir müxtəlif sahələrdə birgə işlər görülür. Eyni zamanda əməkdaşlığın şaxələndirilməsi üçün çox yaxşı əsaslar mövcuddur. Şarl Mişelin Qafqazın 3 ölkəsinə səfəri Avropanın iştirakını, Avropa gündəliyini nümayiş etdirir və bu, ölkəmizin gündəliyinə tam uyğundur.
Aİ ilə əməkdaşılığın əsas istiqamətlərindən birini enerji təhlükəsizliyinin təmin olunması məsələlələri əhatə edir. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində tarixi nailiyyətlər əldə olunub. Burada xüsusilə “Cənub qaz dəhlizi” layihəsinin tamamlanması qeyd olunmalıdır. Ötən ilin sonuncu günündə həqiqətən də tarixi əhəmiyyət kəsb edən hadisə baş verdi. “Cənub qaz dəhlizi”nin sonuncu – dördüncü seqmenti olan Trans-Adriatik kəməri istismara verildi. Yanvarın 1-dən bu günədək Azərbaycandan Aİ-yə üzv dövlətlərə 3 milyard kubmetrdən çox təbii qaz ixrac olunub.
Nəhəng nəqliyyat infrastruktur layihələri Aİ ilə Azərbaycan arasında əməkdaşlığın strateji əhəmiyyətindən xəbər verir. İkinci Qarabağ müharibəsindən sonra ötən il 10 noyabr tarixli üçtərəfli razılaşmada əks olunduğu kimi, regionda bütün kommunikasiyaların açılması üçün yeni imkanlar yaranıb. Bütün kommunikasiyaların açılması münaqişədən sonrakı nizamlanmada mühüm məsələdir. İkinci Qarabağ müharibəsində qələbədən sonra işğaldan azad olunmuş ərazilərdə daha çox şirkətlər çalışacaq və daha geniş fəaliyyət olacaq. Azərbaycan işğaldan azad olunmuş ərazilərini xarici investisiyalar üçün açıq elan edib. Burada xarici investorlar üçün maraqlı ola biləcək bir neçə sahə var. Birincisi, bərpaolunan enerji mənbələridir. Azad olunmuş ərazilərin çox böyük potensialı var və ilkin hesablamalara görə, enerji istehsalının potensialı 5 min meqavat günəş və min meqavat külək enerjisi təşkil edir. Sərmayə qoyuluşu üçün digər potensial sahə kənd təsərrüfatı məhsullarının emalıdır. Çünki torpaq olduqca münbitdir və bu da xaricilər üçün cəlbedici ola bilər. Xarici sərmayə üçün cəlbedici sahə turizm ola bilər. Qarabağ və Şərqi Zəngəzur təkcə Azərbaycanın deyil, bütün regionun ən gözəl bölgələridir.
Aİ regional əməkdaşlıqda fəal iştirak etmək, həvəsləndirmək arzusundadır. Təbii ki, dayanıqlı sülh və rifah naminə regionda olan ölkələr arasında əməkdaşlıq əlaqələri genişlənməlidir. Aİ Şurasının Prezidenti Şarl Mişel ilə Azərbaycan Prezidenti İlham Əliyevin birgə mətbuat konfransında bir çox mühüm məqamlara aydınlıq gətirildi. Prezident İlham Əliyev mətbuat konfransında Azərbaycan həqiqətlərini bütün dünyanın diqqətinə bir daha çatdıraraq dövlətimizin haqlı mövqeyini qətiyyətlə bəyan etdi. Münaqişənin bitdiyi və artıq səhifəni çevirməyin, sülh barədə düşünməyin vaxtının çatmasının Prezident İlham Əliyev tərəfindən qeyd edilməsi bir daha göstərir ki, Azərbaycan hər zaman sülhə hazırdır. Azərbaycanın 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda əks olunduğu kimi, regionda bütün kommunikasiyaların açılmasında maraqlı olması da məhz deyilənlərin əyani sübutudur.
“Xarici siyasət elə qurulub ki. ” – Ekspert
Bu gün Azərbaycanın apardığı xarici siyasət həm məzmunlu, həm də çoxvektorludur. Məzmunu etibarilə Azərbaycanın xarici siyasəti ölkəmizin, xalqımızın, dövlətimizin milli maraqlarını üstün tutmaq şərtilə aparılır. Başqa sözlə desək, aparılan xarici siyasətin məzmunu elə qurulur ki, dövlətimizin və milli maraqlarımızın üstünlüyü təmin olunur. Burada bir məsələni də qeyd etmək xüsusilə vacibdir. Xarici siyasətimizin əsas hədəflərindən biri milli mənafelərlə başqa xalqların, başqa dövlətlərin mənafeləri arasında Azərbaycanın maraqlarının üstünlüyünün təmin olunmasından ibarətdir. Eyni zamanda dövlət və milli maraqlarımızla bizim qonşularımızın, eləcə də Azərbaycanla yaxşı münasibətdə olan digər uzaq dövlətlərin milli, dövlət maraqları arasında Azərbaycan üçün çox vacib olan balans, səviyyə saxlanıla bilir.
Bunu Teleqraf.com -a açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.
Onun sözlərinə görə, xarici siyasətimiz başqa dövlətlərin mənafeləri arasında elə gözəl balans yarada bilir ki, həm ölkəmizin dünya miqyasında dostları artır, həm düşmənlərin pis niyyətlərini neytrallaşdırmaq mümkün olur, həm də dövlətimiz üçün sərfəli əməkdaşlıq münasibətləri qurula bilir:
“Azərbaycanın xarici siyasəti qeyd etdiyimiz kimi həm də çoxvektorludur. Bu, beynəlxalq təşkilatlar istiqamətində, region dövlətlərinə münasibətdə və dünya miqyasında Azərbaycanın əməkdaşlıq etdiyi dövlətlərlə aparılan xarici siyasətdir. Bunların hər biri istiqamətində çox böyük nəticələr var. Elə bunun nəticəsidir ki, bu gün ölkəmiz çox maraqlı və böyük gəlir gətirən regional iqtisadi layihələrin fəal iştirakçısı və aparıcısıdır. Məhz bunların sayəsində ölkəmiz böyük əməkdaşlıq layihələri həyata keçirir. Müxtəlif beynəlxalq təşkilatlarda əlaqələrimiz Azərbaycanın dövlət maraqlarının müdafiəsinə və həyata keçirilməsinə hesablanıb”.
A.Quliyevin sözlərinə görə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli sahəsində də Azərbaycan olduqca əlverişli mövqeyə çıxıb:
“Bu gün elə bir nüfuzlu beynəlxalq təşkilat yoxdur ki, onun çərçivəsində Azərbaycanın ərazi bütövlüyü qəbul olunmasın və Qarabağ probleminin əsl mahiyyəti başa düşülməsin. Bu, sözsüz ki, Azərbaycan diplomatiyasının və ilk növbədə cənab prezidentin həyata keçirdiyi siyasətin olduqca böyük və unikal nəticəsidir. Qarabağ münaqişəsinin həlli sahəsində bu gün Azərbaycan həm diplomatik, həm də hərbi müstəvidə çox uduşlu mövqelərə gəlib çıxıb. Hətta, dünyada Ermənistanın strateji müttəfiqləri kimi qəbul olunan bəzi ölkələr, o cümlədən Fransa da bu gün Azərbaycanla hərbi sahədə çox yüksək əməkdaşlıq edir. Bütün bunlar Azərbaycan xarici siyasətinin ortaya qoyduğu nəticələrdir. Bir sözlə, Azərbaycanın xarici siyasəti bizim milli maraqlarımız üzərində qurulub, milli maraqların həyata keçirilməsi məqsədinə, Azərbaycanın iqtisadi inkişafına və ölkə vətəndaşlarının hüquqlarının və rifahının qorunmasına xidmət edir. Xarici siyasətin ən böyük nəticələrindən biri də ölkədə sabitliyə və təhlükəsizliyə nail olmaqdır. Çünki xarici siyasət elə məzmunda və istiqamətdə qurulub ki, ölkəmizdəki sabitliyə və təhlükəsizliyə xələl gətirə biləcək çox güclü beynəlxalq faktorlar əmələ gələ bilmir. Bu, olduqca əhəmiyyətli məsələdir”.
Xarici siyasətdə milli maraqlar: Azərbaycan Prezidentinin dünyaya mesajı
Müasir mərhələdə müstəqil xarici siyasət yeritmək, heç şübhəsiz, asan iş deyil. Hazırda qlobal miqyasda çox ziddiyyətli geosiyasi proseslər gedir. Dünyanın böyük dövlətləri öz maraqlarını təmin etmək üçün güc tətbiq etməkdən belə çəkinmirlər. Bu zaman beynəlxalq hüququn normaları pozula bilir və beynəlxalq təşkilatların iradəsi nəzərə alınmır. Belə bir şəraitdə müstəqilliyinə nail olmuş ölkələrin xarici siyasətlərini hansı prinsiplər üzərində qurması məsələsi aktuallıq kəsb edir. Bundan başqa, artıq bir neçə ildir ki, gənc müstəqil dövlətlər xarici siyasət kurslarını müəyyənləşdiriblər. Azərbaycanın xarici siyasətində başlıca prinsip nədən ibarətdir? Müasir mərhələdə onun gözlənilməsi nə dərəcədə mümkündür? Bu kimi suallara dövlət başçısı İlham Əliyev Real televiziyasına verdiyi müsahibədə ətraflı cavab verib.
Xarici siyasətin vahid xətti: Ulu öndərin yaratdığı sistemin uğurlu inkişafı
Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında Prezident İlham Əliyevin ölkənin xarici siyasət kursu ilə bağlı ifadə etdiyi fikir ekspert dairələrində geniş rezonans doğurub. Dövlət başçısının irəli sürdüyü tezis müxtəlif kontekstlərdə təhlil edilir. İlham Əliyev həmin tədbirdə ifadə etdiyi fikrin əsas mənasını Real televiziya kanalına müsahibəsində geniş izah edib. Ölkə rəhbəri deyib: “. bəzi xarici mətbu orqanlarda, ekspert cəmiyyətlərində belə bir fikir söylənilir ki, Azərbaycan balanslaşdırılmış, tarazlaşdırılmış siyasət aparır və elə bil ki, bu regionda balans axtarır. Bu, belə deyil. Biz balans axtarmırıq. Biz, sadəcə olaraq, xarici siyasətimizlə öz milli maraqlarımızı qoruyuruq və mümkün olan riskləri azaldırıq. Bizim xarici siyasətimiz məhz milli maraqlar üzərində qurulub. Milli maraqlar nəyi diktə edirsə, biz xarici siyasətdə onu da etməliyik və edirik. Deyə bilərəm ki, buna müvəffəq olmuşuq”.
Bu fikri analiz edən ekspertlər Prezidentin xarici siyasət kursuna yeni məzmun çaları verdiyini ifadə edirlər. Məsələyə bir qədər geniş aspektdə yanaşdıqda isə, əslində, 1993-cü ildən başlayaraq Azərbaycanın xarici siyasət kursunun düşünülmüş vahid bir sistem üzrə dəqiqliklə reallaşdığını görə bilərik. Bu siyasətin təməl prinsiplərini ulu öndər Heydər Əliyev müəyyənləşdirib. Onlar qlobal geosiyasi trendləri ciddi surətdə nəzərə almaqla milli maraqları maksimum təmin etməyə istiqamətlənib. Bu prizmadan baxdıqda, dövlət başçısının müasir şəraitdə xarici siyasəti yaradıcılıqla inkişaf etdirmək zərurətini ifadə etdiyini görürük.
Məsələnin bu tərəfinin geniş analizinə ehtiyac vardır. Prezident açıq ifadə edir ki, Azərbaycan regionda balans axtarmır. Rəsmi Bakı böyük güclərin maraqlarını tarazlaşdırmaqla məşğul olmur. Ümumiyyətlə, belə bir mövqe tutmaqla müstəqil xarici siyasət yeritmək mümkün deyil. Çünki başlıca hədəf başqalarının maraqlarını balanslaşdırmaq olduqda, onda məcburən həmin qüvvələrin maraqları təmin edilməli olur. Deyək ki, Qərbin maraqları ilə Rusiyanın maraqlarını balanslaşdırmaq üçün birbaşa onların müəyyən etdiyi şərtlər daxilində tarazlıq yaratmaq lazım gəlir. O halda xarici siyasətdə müstəqillik xətti itir. Onu daim başqalarının şərtlərinə uyğunlaşdırmaq və hətta tabe etmək lazım gəlir. Belə bir kursun sistemliliyindən də söhbət gedə bilməz. Çünki sistemlilik şərtləri daim kənar mühitdən asılı olur. Bu zaman hansı dəyişikliklərin baş verə biləcəyini müəyyən etmək imkansızdır. Ən yaxşı halda dəyişikliyə çevik reaksiya vermək ola bilər. Bu da son nəticədə milli dövlətçiliyə xidmət etmir.
Xarici siyasətdə balans axtarmağın potensial imkanları da çox məhdud olur. Səbəb odur ki, dövlət daim başqalarına güzəşt etməyə çalışır. Bu halda müəyyən bir həddə dövlətçiliyin “qırmızı xətti” ilə kənar qüvvənin maraqları arasında seçim etməli olursan. Onda bütövlükdə xarici siyasət dolaşığa düşür və onun nizamı pozulur. Faktiki olaraq dövlət dalana dirənmiş olur. Cənubi Qafqazda Ermənistanın timsalında bunun nümunəsi vardır. İrəvan əvvəlcə Rusiyanın maraqlarını təmin etməklə məşğul oldu. Bir neçə il sonra bu çərçivənin manevr imkanları tükəndi. Kreml zərrə qədər də öz marağından kənara çıxmanı qəbul etmədi. Onda Ermənistan Qərbin maraqları ilə Rusiyanın maraqlarını balanslaşdırmağa cəhd göstərdi. Bunun iki faciəvi nəticəsini göstərə bilərik.
Birincisi, Ermənistan parlamentində terror hadisəsi törədildi. Bu hadisə ilə İrəvan balanslaşdırma mövqeyindən xeyli çəkildi. İkinci hadisə Ermənistanın Avropa İttifaqına assosiativ üzv olmaq cəhdi ilə əlaqədar baş verdi. Kremldən olan təpki S.Sarkisyanı dərhal Avrasiya İqtisadi İttifaqına daxil olmağa məcbur etdi. Həmin hadisədən sonra Ermənistan rəhbərliyi “və-və” prinsipi üzrə siyasət yeridə biləcəyini bəyan etdi. Yəni “ya-ya” güclərdən birini seçməkdirsə, “və-və” hər iksini eyni zamanda seçmək deməkdir. Bunu ekspertlər “eyni zamanda iki stulda oturmaq” kimi qiymətləndirdilər. Və Aİ rəsmiləri məcbur olub açıq bəyan etdilər ki, bu, mümkün deyil, İrəvan çaşıb qalar. Bununla da kənar qüvvələrin maraqlarını balanslaşdırmağın ikinci erməni ssenarisi də puç oldu. Nəhayət, N.Paşinyan birbaşa müstəqillik vurğusu yaparaq Rusiya ilə yanaşı Qərblə də yaxın olmaq istəyini bəyan etdi. Bu cəhd də dalana dirənib. Kreml dəfələrlə erməni rəhbərliyinə xəbərdarlıq göndərib. Şübhə yoxdur ki, son nəticədə üçüncü cəhd də nəticəsiz qalacaq. Çünki müstəqilliklə başqalarının maraqlarını balanslaşdırmaq xətti bir-biri ilə ziddiyyət təşkil edir.
Yeni mərhələdə başlıca prinsip: öncə Azərbaycan!
Bu müqayisələrin fonunda Azərbaycanın xarici siyasətinin milli maraqlar üzərində qurulduğunun incəlikləri aydın olur. Faktlara nəzər salaq. Keçən əsrin 90-cı illərinin ikinci yarısında Azərbaycanın yeritdiyi xarici siyasəti qəbul etmək istəməyən və onu öz maraqlarına tabe etdirməyə çalışan qüvvələr dövlət çevrilişlərinə cəhd göstərdilər. Ancaq o zaman ulu öndər Heydər Əliyev böyük qətiyyət, cəsarət və müdriklik göstərək, apardığı kursu dəyişmədi. “Əsrin müqaviləsi” Azərbaycan rəhbərliyinin bu cür qətiyyətli mövqeyi sayəsində imzalandı.
Bundan sonra bir sıra böyük qüvvələr Azərbaycanla münasibətlərini müsbət istiqamətdə yeniləşdirmək istəmirdilər. Lakin yenə də ulu öndər milli dövlət maraqlarını əsas tutaraq onları diplomatiya dili ilə düz yola gətirə bildi. Nəticədə, Azərbaycan tədricən regionun bütün böyük dövlətləri ilə bərabərhüquqlu əsasda əlaqələri bərpa edib, inkişaf etdirməyə nail oldu. Deməli, burada başqalarının maraqlarının balanslaşdırılmasından söhbət gedə bilməz. Aparıcı məqam Azərbaycanın milli maraqları çərçivəsində müxtəlif böyük qüvvələrin burada ortaq mövqeyə gəlməsinə nail olmaqdan ibarət idi.
Azərbaycan gücləndikcə, bu xətt daha qabarıq şəkildə özünü göstərməyə başladı. Zaman-zaman rəsmi Bakı qonşuluqda olan böyük dövlətlərlə bərabər Avropa İttifaqı və ABŞ-ın da milli maraqlarımızı nəzərə alaraq siyasət yeritmələrinə nail oldu. Bunun təsdiqi enerji layihələri, nəqliyyat sahəsində dəhlizlərin yaradılması, qarşılıqlı əlaqələrin Azərbaycanın maraqlarına uyğun sistemləşdirilməsi prosesidir. Aİ ilə əlaqələrin Brüsselin təqdim etdiyi assosiativ üzvlük şərtləri çərçivəsində deyil, Azərbaycan rəhbərliyinin işləyib hazırladığı xüsusi tərəfdaşlıq sənədi üzrə inkişaf etdirilməsi buna əyani misaldır.
Başqa nümunələr də gətirmək olar. Lakin yuxarıda vurğulanan məqamlar da göstərir ki, Azərbaycan milli maraqlarından çıxış edərək daim öz mövqeyini qoruyub və regionda hansısa geosiyasi balans yaranıbsa, bu, Azərbaycanın milli maraqlarına xidmət edən tarazlıqdan ibarət olub. Konkret ifadə etsək – Azərbaycanın milli maraqları müxtəlif qüvvələr arasında maraqlar balansının yaradılması hesabına deyil, balansın özü milli maraqlarımızın tələb etdiyi şərtlər daxilində reallaşıb.
İndi bu proses özünün yeni səviyyəsinə yüksəlir. Bunun da konkret səbəbləri vardır. Məsələ ondan ibarətdir ki, hazırkı mərhələdə qlobal miqyasda geosiyasi proseslərin sürəti daha da artıb və eyni zamanda, qeyri-müəyyənlik çoxalıb. Prezident İlham Əliyev onu vurğulayıb ki, indi bir sıra böyük dövlətlər güc mövqeyindən çıxış edirlər. Deməli, regionda istənilən vaxt gözlənilməz hadisələr baş verə bilər. Azərbaycan bu kimi hallara hazırdır və daim öz milli maraqlarından çıxış edəcək. Burada hər hansı böyük bir gücün maraqlarına uyğun öz mövqeyindən çəkilmək kimi bir şey olmayacaq. Deməli, artıq açıq və qəti bir şəkildə hər kəs bilməlidir: Azərbaycan öz milli maraqlarını kimsəyə güzəştə getməyəcək!
Newtimes.az
Comments are closed, but trackbacks and pingbacks are open.