Milli maraqların xarici siyastl laqsi
– dövlətin müstəqilliyinin və ərazi bötövlüyünün qorunması, onun beynəlxalq səviyyədə tanımış sərhədlərinin toxunulmazığının təmin edilməsi;
Milli maraqların xarici siyastl laqsi
Milli maraqlara əsaslanan xarici siyasət xətti
2009-cu ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə diplomatiya sahəsində mühüm nailiyyətlər qazanan Azərbaycan beynəlxalq mövqelərini daha da gücləndirmişdir
Yola saldığımız 2009-cu il müstəqil Azərbaycan üçün bir sıra əlamətdar hadisələrlə zəngin olmuş, dünya maliyyə böhranı şəraitində iqtisadi inkişaf tempini qoruyub saxlayan, qlobal enerji-kommunikasiya layihələrinin icrasını inamla davam etdirən respublikamız xarici siyasət sahəsində də mühüm uğurlara imza atmışdır. Avropa və Avratlantik məkana inteqrasiya kursuna yüksək sadiqlik göstərən, iqtisadi-siyasi mühitin liberallaşdırılması və demokratik proseslərin dərinləşdirilməsi istiqamətindəki proqressiv islahatları səylə davam etdirən ölkə rəhbərliyi diplomatik fəaliyyət sahəsində hər bir mərhələ üçün qarşıda duran hədəfləri dəqiqliklə müəyyənləşdirmiş, beynəlxalq miqyasda respublikamızın maraq və mənafeyini qətiyyətlə qorumuşdur. Yeni dünya nizamının reallıqlarına uyğun çevik, praqmatik, rasional xarici siyasət yeridən, ikitərəfli və çoxqütblü əməkdaşlıq münasibətlərini genişləndirməyə nail olan Azərbaycan Respublikasının Avropanın və dünyanın enerji təhlükəsizliyinin təminatında rolu da əhəmiyyətli dərəcədə yüksəlmişdir.
Sivil dünyanın qəbul etdiyi meyarlara cavab verən balanslaşdırılmış xarici siyasət xətti yürüdən respublikamız özünün Cənubi Qafqaz regionundakı əhəmiyyətli ərazi, geostrateji və geoiqtisadi üstünlüklərindən maksimum faydalı şəkildə yararlanmağa, habelə beynəlxalq təşkilatlarda layiqli təmsilçiliyə çalışmışdır. Əlverişli nəqliyyat-kommunikasiya və tranzit imkanlarına, iqtisadi inkişaf dinamikasına, etnik-dini tolerantlığına görə Avrasiya qitəsinin ən cəlbedici məkanlarından birinə çevrilən Azərbaycan ayrı-ayrı dövlətlərin bölgədə toqquşan maraqlarının optimal balansına da uğurla nail olmuşdur. Ərazisinə, iqtisadi və hərbi qüdrətinə rəğmən, bütün dövlətlərlə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qurmuş respublikamız Şərqlə Qərbin iqtisadi tərəfdaşlığını, mədəni dialoqunu möhkəmləndirən səmərəli təşəbbüslərlə çıxış etmiş, regionda sabitliyə, sülhə və təhlükəsizliyə layiqli töhfəsini vermişdir.
Xarici siyasət məsələlərinə geniş yer ayıran, Azərbaycanın hücum diplomatiyasını, qlobal təhdidlərə qarşı adekvat reaksiyasını təmin edən Prezident İlham Əliyev ötən il respublikamızın diplomatik mövqeyini xeyli dərəcədə gücləndirmişdir. Milli mənafeləri önə çəkən bu qətiyyətli diplomatiya nəticəsində Azərbaycanın bölgədə, ümumən dünyada əhəmiyyəti və nüfuzu artmış, siyasi və iqtisadi mövqeyi möhkəmlənmişdir. Azərbaycanın müttəfiqlərinin və dostlarının sayı artmışdır. Ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunun davamlılığını təmin edən cənab İlham Əliyevin yüksək diplomatik məharəti sayəsində ölkəmizin sivil dünyanın siyasi-iqtisadi mənzərəsini müəyyən edən aparıcı dövlətlərlə və mötəbər beynəlxalq təşkilatlarla münasibətləri yeni müstəvidə daha da inkişaf etdirilmişdir. Azərbaycan yalnız regionda gedən proseslərə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanmışdır. Bu gün dünyanı narahat edən bir sıra məsələlərdə böyük dövlətlərin başçıları Azərbaycanın � onun rəhbərinin mövqeyi ilə hesablaşırlar. Görkəmli filosof, akademik Ramiz Mehdiyev haqlı olaraq yazır: �Qlobal transformasiyaların mürəkkəb şəraitində Azərbaycan beynəlxalq münasibətlərin ardıcıl aktoru, daxili və xarici siyasətin gündəliyini sabit şəkildə formalaşdıran dövlət kimi çıxış edir. Bu gündəlikdə əsası Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyev tərəfindən həyata keçirilən müstəqil dövlətçiliyin qurulması idealı öz əksini tapır. Mahiyyət etibarilə bu, modernləşdirilmiş iqtisadiyyatı, vətəndaş cəmiyyəti və liberal ənənələri olan suveren ölkə qurmaq istəyini ifadə edən yeni siyasətdir�.
Çevik, ardıcıl və çoxşaxəli diplomatiya
2009-cu ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş, milli maraqların təmininə, beynəlxalq aləmlə bərabərhüquqlu və qarşılıqlı səmərəli əməkdaşlığa, tarazlığa və praqmatizmə əsaslanan xarici siyasət və diplomatik fəaliyyət intensiv, son dərəcə zəngin və m əhsuldar olmuşdur. Respublikamızın konkret zaman, məkan və şəraitə uyğun olaraq müəyyənləşdirdiyi xarici siyasət strategiyasında müstəqilliyin möhkəmləndirilməsi, milli maraqların qorunması, ərazi bütövlüyü və suverenliyin bərpası, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, regional iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, diaspor və lobbi quruculuğu kimi prioritetlər 2009-cu ildə də xüsusi aktuallıq kəsb etmişdir. Regionda maraqları toqquşan bütün dövlətlərlə əlaqələrini bərabərhüquqlu iqtisadi-siyasi tərəfdaşlıq səviyyəsində qurmağa nail olan respublikamız müstəqil dövlət imicini daha da möhkəmləndirmiş, qlobal proseslərə çevik və adekvat reaksiya vermək əzmi nümayiş etdirmişdir .
Xarici siyasətdə öhdəliklərə sadiqlik, şəffaflıq, başqa dövlətlərin daxili işlərinə qarışmamaq kimi aparıcı istiqamətlər önə çəkilmiş, region dövlətləri ilə hərtərəfli əlaqələrin genişləndirilməsində mehriban qonşuluq prinsipləri təşviq edilmişdir. Beynəlxalq münasibətlər sisteminin yeni nizamı, dövlətlərarası əlaqələrin prinsipləri, beynəlxalq hüququn təsir gücü və dairəsi, mötəbər qlobal və regional təşkilatların respublikamızla bağlı yürütdüyü siyasətin mahiyyəti xarici siyasətdə ciddiliklə nəzərə alınm ışdır.
2009-cu ildə Azərbaycanın qlobal böhranın mənfi təsirlərindən maksimum dərəcədə qorunması, bir sıra yaxın və uzaq ölkələrdəki ciddi tənəzzül, devalvasiya prosesləri fonunda ümumi daxili məhsulda 9,3 faizlik artıma nail olması, manatın sabitliyini, bank sektorunun likvidliyini təmin etm əsi respublikamızın investisiya cəlbediciliyini, habelə beynəlxalq iqtisadi münasibətlərdə etibarlı tərəfdaş imicini daha da yüksəltmişdir. Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Dünya İqtisadi Forumu (Davos Forumu), �Qoldman Saks� investisiya bankı, Beynəlxalq Maliyyə Korporasiyası, MDB-nin Statistika Komitəsi, �Avrostat� təşkilatı, �Standard & Poor�s� reytinq şirkəti və digər qurumların hesabatlarında Azərbaycan iqtisadiyyatının qlobal böhrana və ümumən rəqabətə davamlılığı birmənalı qeyd olunmuşdur. Region dövlətləri, həmçinin bəzi beynəlxalq təşkilatlar üçün mühüm əhəmiyyət daşıyan iqtisadi və siyasi yönümlü beynəlxalq tədbirlərin keçirilməsi məkanı kimi məhz Bakı şəhərinin seçilməsi də elə bu amillərlə şərtlənmişdir.
Başa vurduğumuz il ümumilikdə, xarici siyasətdə fəallığın, intensivliyin və səmərəliliyin artması ilə yadda qalmış, ölkə diplomatiyası regional əməkdaşlıq, enerji təhlükəsizliyi, habelə beynəlxalq təşkilatlarda təmsilçilik kimi məsələlərdə milli maraqların prioritetliyini maksimum səviyyədə təmin etmiş, b ö lgədə müşahidə olunan geosiyasi dəyişiklik meyillərinə kifayət qədər rasional və təmkinli münasibət göstərmişdir. İkitərəfli diplomatiyanın inkişafı istiqamətində mühüm addımlar atılmış, ölkəmizin yaxın və uzaq xarici ölkələrlə qarşılıqlı faydalı əməkdaşl ığı genişlənmiş, dost və qardaş ölkələrlə əlaqələrin dərinləşdirilməsinə xüsusi diqqət yetirilmişdir. Azərbaycanın xarici ölkələrdə diplomatik təmsilçiliyi geniş miqyas almışdır. 2009-cu ildə Meksikada səfirliyimiz, Rusiya Federasiyasının Yekaterinburq şəhərində baş konsulluğumuz fəaliyyətə başlamış, Estoniyada, Omanda, Livanda, Liviyada və Serbiyada səfirliklərimizin, Gürcüstanın Batumi şəhərində isə baş konsulluğumuzun təsis edilməsi barədə qərarlar qəbul olunmuşdur. Habelə bir sıra ölkələrin, o cümlədən Braziliyanın, Niderland Krallığının, Çexiyanın, Mərakeşin və Avstriyanın respublikamızda diplomatik nümayəndəlikləri açılmışdır.
İkitərəfli əsasda çoxsaylı səfər və görüşlər Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmlənməsi, nüfuzunun artması, siyasi və iqtisadi maraqlarının, xüsusilə ölkəmizdə istehsal olunan məhsulların və xidmətlərin xaricdə təşviqi, qeyri-neft sektorunun inkişafı və ixrac ın şaxələndirilməsi, xarici sərmayələrin cəlb edilməsi və işgüzar dairələr arasında təmasların təmin olunmasında vacib əhəmiyyət kəsb etmişdir.
Ötən il ikitərəfli münasibətlər çərçivəsində müvafiq hüquq-müqavilə bazası da xeyli zənginləşmişdir. Azərbaycan Prezidentinin xarici ölkələrə səfərləri, habelə xarici dövlətlərin başçılarının Azərbaycana səfərləri zamanı siyasi, iqtisadi, rabitə, nəqliyyat, humanitar, turizm, elm və mədəniyyət sahələrinə dair 90-a yaxın ikitərəfli beynəlxalq sənəd imzalanmışdır. 15 -ə yaxın birgə hökumətlərarası komissiyanın və işçi qrupunun iclası keçirilmişdir.
İl ərzində Prezident İlham Əliyev Yunanıstanda dövlət səfərində, Küveytdə, İranda, Böyük Britaniyada, Rumıniyada, İordaniyada, İsveçrədə, Belarusda, Fransada rəsmi səfərlərdə, eyni zamanda, 4 dəfə Rusiya Federasiyasında, habelə Macarıstanda, İsveçrədə, Belçikada, Çexiyada, Qazaxıstanda, Moldovada, Bolqarıstanda işgüzar s əfərlərdə olmuşdur. Bu səfərlər respublikamızın Qərbi, habelə Mərkəzi-Şərqi Avropa, Mərkəzi Asiya, Yaxın və Orta Şərq ölkələri ilə, eləcə də tarixi baxımdan yaxın qonşu dövlətlərlə əlaqələrində keyfiyyətcə yeni mərhələ açmış, qarşılıqlı faydalı əməkda şlığını gücləndirmişdir.
2009-cu ildə Azərbaycanın bölgədə, ümumən Avropa geosiyasi arealında nüfuzunun əhəmiyyətli dərəcədə artmasına, habelə beynəlxalq əməkdaşlıqda lokomotiv ölkələrdən birinə çevrilməsinə sirayət edən mühüm amillərdən biri də Rusiya, Türkiyə, İsrail, Ukrayna, Polşa, Latviya , Suriya, Sloveniya, Estoniya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və Bolqarıstan prezidentlərinin Azərbaycana rəsmi və işgüzar səfərlər etməsidir. Bu səfərlər Azərbaycan ilə həmin ölkələr arasında siyasi dialoqun gücləndirilməsinə, iqtisadi-ticarət əlaqələrinin təşviqinə, humanitar sahələrdə əməkdaşlığın intensivləşməsinə, xalqlararası təmasların dərinləşməsinə və ümumilikdə, ölkəmizin beynəlxalq aləmdə təbliğinə böy ük töhfə vermişdir.
Çoxtərəfli müstəvidə əməkdaşlığın gücləndirilməsi üzrə işlər diqqət mərkəzində olmuşdur. Azərbaycan bəşəri sülh və təhlükəsizliyin təminatında universal beynəlxalq təşkilat kimi Birləşmiş Millətlər Təşkilatının (BMT) mərkəzi rolunun daha da artırılması istiqamətində göstərilən səyləri dəstəkləmiş, təşkilatın müxtəlif qurumları v ə ixtisaslaşdırılmış təsisatlarında təmsilçiliyini artırmışdır. Azərbaycan nümayəndələri BMT-nin Miqrant İşçilərin və Onların Ailə Üzvlərinin Hüquqlarının Müdafiəsi üzrə Komitəsi, İnsan Hüquqları Şurasının Məşvərətçi Komitəsi və Dünya Səhiyyə Təşkilatının Avropa Bürosu Regional Komissiyası Daimi Komitəsinin üzvlüyün ə seçilmiş, həmçinin ölkəmizin namizədliyi Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına irəli sürülmüşdür. Regionlararası inteqrasiyanın təşviqinə yönələn kommunikasiya infrastrukturunun inkişafına töhfə qismində Azərbaycanın irəli sürdüyü Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) təşəbbüsünə dair qətnamə layihəsi BMT Baş Məclisində yekdilliklə qəbul edilmişdir.
Qlobal və regional məsələlərin həllində Azərbaycan İslam Konfransı Təşkilatı (İKT) ilə sıx əməkdaşlığını inkişaf etdirərək, onun siyasi rolunun artırılması, beynəlxalq problemlərin həllində təsiri və iştirakının gücləndirilməsi istiqamətində apardığı fəal siyasətini davam etdirmişdir. Beynəlxalq terrorizm, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik maddələrin qeyri-qanuni dövriyyəsi, insan alveri və digər qanunazidd fəaliyyətə qarşı beynəlxalq mübarizəyə töhfə çərçivəsində Azərbaycan göstərilən məsələlər üzrə İslam ölkələri arasında müvafiq əməkda şlığın gücləndirilməsi təşəbbüsü ilə çıxış etmişdir. Bu kontekstdə İKT çərçivəsində ilk dəfə keçirilmiş və qeyd olunan sahələr üzrə birgə fəaliyyətin gücləndirilməsinə dair Bakı Bəyannaməsinin qəbul edildiyi İKT-nin üzvü olan dövlətlərin hüquq-mühafizə orqanları rəhbərlərinin konfransına Azərbaycan tərəfinin ev sahibliyi etməsini qeyd etmək olar.
2009-cu ildə Bakının İslam mədəniyyətinin paytaxtı elan edilməsi çox əlamətdar və mühüm hadisə olaraq, Azərbaycanın İKT ilə apardığı səmərəli və faydalı əməkdaşlığın, bütövlükdə ölkəmizin İslam ümməti arasında qazandığı nüfuzun mühüm göstəricisi olmu şdur. Azərbaycan mədəniyyətlər və dinlərarası dialoqun təşviqi, müxtəlif millətlər və dinlər arasında dözümlülüyün, qarşılıqlı anlaşmanın və tolerantlığın inkişafına xidmət edən səmərəli meyarların hazırlanması, beynəlxalq ictimaiyyətdə, ilk n ö vbədə Avropada İslamın, onun mədəniyyət, dəyər və fəlsəfəsinin düzgün dərk edilməsi məqsədi ilə fəal səylər göstərmiş, geniştərkibli bir sıra iri beynəlxalq təşəbbüslər həyata keçirmişdir.
Ötən illərdə olduğu kimi, 2009-cu ildə də Avropa və Avratlantik strukturlara inteqrasiya Azərbaycan xarici siyasətinin mühüm istiqamətini təşkil etmişdir.
İl ərzində Avropa İttifaqı (Aİ) ilə münasibətlər keyfiyyətcə yeni müstəviyə çıxmış, habelə NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının ikinci mərhələsi uğurla başa çatmışdır.
�Şərq tərəfdaşlığı� proqramı üzrə Praqa zirvə görüşünün birgə bəyannaməsinin imzalanması Azərbaycan ilə Aİ arasında gələcək yaxınlaşma və əməkdaşlığın inkişafına yeni təkan vermişdir. Zirvə görüşü çərçivəsində Transxəzər enerji daşıyıcıları layihələrini dəstəkləyən və dövlətimizin enerji təhlükəsizliyinin təminatına yönələn maraqları əks etdirən �Cənub Dəhlizi-Yeni İpək Yolu� Bəyannaməsinin qəbul edilməsi, eyni zamanda, ötən ilin dekabrında Aİ-nin bir sıra ölkələrlə, o cümlədən Azərbaycan ilə assosiasiya sazişi ilə bağlı danışıqlara başlaması niyyətində olduğunu bəyan etməsi xüsusi diqqətə layiqdir.
Azərbaycan Avropa və beynəlxalq təhlükəsizliyə öz töhfəsini verməkdə davam etmiş, tərəfdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və əsaslarının möhkəmləndirilməsi təşəbbüslərini fəal həyata keçirmişdir. Azərbaycanın NATO-nun Əfqanıstandakı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (İSAF) tərkibindəki hərbçilərinin sayını iki dəfə artıraraq 90 nəfərə çatdırması onun Avratlantik məkanda təhlükəsizlik və sabitliyin əldə edilməsi sahəsində daha böyük məsuliyy əti öz üzərinə götürmək əzmindən irəli gəlir. NATO ilə fəal siyasi dialoq qarşılaşdığımız birgə çağırışlar üzrə ortaq anlayışın yaradılması və möhkəmləndirilməsinə imkan yaradır.
Azərbaycan Prezidenti İlham Əliyevin ilin əvvəllərindən başlayaraq İsveçrədə Dünya İqtisadi Forumunda (Davos Forumu), Macarıstanda enerji sammitində, İranda İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə görüşündə, Belçikada Avropa İttifaqı və NATO-nun toplantısında, Kişinyovda MDB Dövlət Başçıları Şurasının iclas ı nda və s. iştirakı da ümumən respublikamızın avrostrukturlara səmərəli inteqrasiyası, beynəlxalq qurumlarda milli maraqlara uyğun təmsilçiliyi, ən əsası, regionda dayanıqlı sülhü, sabitliyi, təhlükəsizliyi təhdid edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli baxımından əhəmiyyətli sayıla bilər. ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişənin həlli ilə bağlı fəallığı da il ərzində xeyli dərəcədə yüksəlmiş, bunun nəticəsi kimi Ermənistan və Azərbaycan prezidentlərinin görüşləri keçirilmiş, eləcə də xarici işlər nazirləri səviyyəsində apar ılan danışıqlarda yüksək dinamizm müşahidə olunmuşdur.
Beynəlxalq əməkdaşlığımız digər beynəlxalq və regional təşkilatlar çərçivəsində də davamlı olaraq inkişaf etmişdir. Xüsusilə də ATƏT, Avropa Şurası, MDB, GUAM, QİƏT, İƏT və sair təşkilatlarla əməkdaşlığın gücləndirilməsi bu qurumlar çərçivəsində ölkəmizin maraqlarının təşviqi ilə yanaşı, onlara üzv ölkələrlə münasibətlərin fərqli prizmadan inkişafı üçün faydalı olmuşdur.
Azərbaycan Respublikası silahlara nəzarət, tərksilah və silahların yayılmaması sahəsində həm beynəlxalq və çoxtərəfli, həm də regional və ikitərəfli əsasda əməkdaşlığı intensiv surətdə davam etdirmişdir. Azərbaycanın Beynəlxalq Atom Enerjisi Agentliyinin Müdirlər Şurasına üzv seçilməsi bu istiqamətdə aparılan uğurlu fəaliyyətin təzahürü olmuşdur.
Avropa İttifaqı ilə strateji tərəfdaşlığın yeni istiqamətləri
2009-cu ildə rəsmi Bakının xarici siyasətində ənənəvi prioritet istiqamətlərdən biri də Avratlantik məkana inteqrasiyanın sürətləndirilməsi və dərinləşdirilməsi zəminində Avropa İttifaqı, habelə sosializm düşərgəsinin süqutundan sonra demokratik inkişaf yolu seçmiş Mərkəzi və Şərqi Avropa ölk ələri ilə əlaqələrin genişləndirilməsidir. Azərbaycan Prezidenti İlham Əliyevin il ərzində Macarıstan, İsveçrə, Yunanıstan, Belçika, Çexiya, Böyük Britaniya, Rumıniya, Moldova, Belarus, Bolqarıstan, Almaniya və Fransada dövlət, rəsmi və işgüzar səfərlərdə olması, habelə Ukrayna, Polşa, Latviya, Sloveniya, Estoniya, Gürcüstan və Bolqarıstan prezidentlərinin Azərbaycana həyata keçirdikləri səfərlər bu dövlətlərlə münasibətlərdəki yüksək dinamizmin əyani təcəssümüdür. Azərbaycan əlverişli coğrafi mövqeyi, zəngin karbohidrogen ehtiyatları ilə Avrasiya ölkələri üçün mühüm əhəmiyyət kəsb edir. Mərkəzi və Şərqi Avropa dövlətləri Azərbaycana təkcə Qərblə Şərq arasında körpü kimi deyil, həm də qitənin enerji təhlükəsizliyində vacib rol oynayan ölkələrdən biri kimi yanaşırlar. Respublikamızın MDB-də tam müstəqil siyasət yeridən ölkə olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu və bazar iqtisadiyyatı yolunu tutması, fövqəlgüc dövlətlərin maraq dairəsində olması da bu əməkdaşlığı stimullaşdırır.
Ötən əsrin 90-cı illərinə doğru sosializm dəyərlərindən imtina edərək bazar iqtisadiyyatı və demokratiya yolunu seçmiş dövlətlər arasında hərtərəfli əməkdaşlıq əlaqələrinin qurulması həm də yeni dövrün reallıqları ilə şərtlənir. Məsələ bundadır ki, vaxtilə keçmiş SSRİ də daxil olmaqla, sosializm düşərgəsinin üzvü olan bu ölkələrin ümumi iqtisadi-siyasi sistem çərçivəsində yerləşməsi onların hər birində oxşar iqtisadiyyatın təşəkkül tapmasına səbəb olmuşdur. Rəsmi Bakının son illərdə Mərkəzi və Şərqi Avropa ilə qarşılıqlı faydalı əməkdaşlığı bütün səviyyələrdə genişləndirməyə çalışması bu məkanda yerləşən dövlətlərin Avropanın siyasi atmosferinin müəyyənləşməsində mövqeyinin və fəal xarici siyas ətinin mühüm təsirə malik olması ilə şərtlənir. Azərbaycan iqtisadi və siyasi islahatları uğurla başa çatdırmış həmin ölkələrin Avropanın siyasi, iqtisadi və təhlükəsizlik sistemlərinə inteqrasiya sahəsindəki mütərəqqi təcrübəsindən səmərəli şəkildə yararlanmaq niyyətindədir. Hazırda Qərbi Avropa ilə yanaşı, Avropa İttifaqı və NATO ilə münasibətlərdə yüksək nəticələr əldə etmiş Polşa, Rumıniya, Bolqarıstan, Macarıstan, Çexiya, Sloveniya, Xorvatiya kimi ölkələr də Azərbaycanın avrostrukturlara inteqrasiyası prosesinə fəal şəkildə dəstək verir, təcrübələrini b ölüşürlər. Eyni zamanda, Mərkəzi və Şərqi Avropa respublikamızın Transqafqaz nəqliyyat-kommunikasiya sistemi vasitəsilə Qərbi Avropaya çıxışının təmini baxımından əlverişli geosiyasi məkandır.
Xaricdən enerji asılılığının minimal həddə endirilməsi dünyanın əsas karbohidrogen ehtiyatlarına nəzarəti əldə etmək uğrunda rəqabətin gücləndiyi hazırkı şəraitdə ayrı-ayrı dövlətlərin təkcə milli təhlükəsizliyinin deyil, həm də müstəqil siyasət yeritm əsinin vacib şərtinə çevrilmişdir. Azərbaycan isə bütövlükdə Avropanın enerji təhlükəsizliyində geniş imkanlara malik ölkə kimi Mərkəzi və Şərqi Avropa dövlətlərinin maraq dairəsindədir. Məsələn, 2007-ci ildə ilk enerji sammitinin keçirilməsi təşəbbüsünü üzərinə götürən Polşa Xəzər neftinin Odessa-Brodı-Plotsk-Qdansk kəməri ilə nəqlini təklif edir. Bu marşrut Qara dənizə çıxarılan neftin Baltik dənizi sahilinə çatdırılmasını, oradan Avropa və dünya bazarlarına daşınmasını nəzərdə tutur. Rumıniya isə Xəzər neftinin Rumıniyadan tankerlər vasitəsilə � Supsa limanından Konstansa limanına, daha sonra isə boru kəməri ilə Avropaya nəqli layihəsini dəstəkləyir. Ümumiyyətlə, əksər Avropa ölkələri enerji asılılığından çıxmaq üçün neftin nəqlində tranzit və istehlakçı qismində çıxış etm ək niyyətlərini bəyan edirlər.
Son illərdə Polşa, Bolqarıstan, Rumıniya, Azərbaycan, Gürcüstan, Litva və Ukrayna prezidentlərinin, eləcə də Qazaxıstanın yüksək səviyyəli dövlət rəsmilərinin iştirak ilə keçirilən Krakov, Vilnüs, Kiyev və Bakı enerji sammitləri də regionda yeni enerji təhlükəsizliyi və subregional inteqrasiya modelinin formalaşdığını göstərir.
Artıq qeyd etdiyimiz kimi, milli müstəqilliyin bərpasından sonra Avropaya inteqrasiya xətti götürmüş Azərbaycan qitə iqtisadiyyatının enerji daşıyıcılarına olan tələbatının ödənilməsinə öz töhfəsini verir. �Əsrin müqaviləsi�nin imzalanması ilə başlamış strateji tərəfdaşl ıq artıq dönməz xarakter almışdır. Bir tərəfdən, neft və qaz ixracı milli iqtisadiyyatın inkişafında misilsiz rol oynayır, digər tərəfdən isə ölkənin beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsində vacib amil kimi çıxış edir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, energetika sahəsində Azərbaycan-Avropa əməkdaşlığının bütün potensialı hələ tam işə düşməmişdir. Enerji təchizatında asılılığı azaltmaq üçün yollar axtaran Avropa Azərbaycanla əməkdaşlığa xüsusi əhəmiyyət verir. 2008-ci ilin noyabrında Bakıda keçirilmiş enerji sammiti bunun əyani nümayişi olmuşdur. 21 ölkənin, o cümlədən Avropa İttifaqının üzvü olan 9 ölkənin dövl ə t və hökumət başçılarının, yüksək vəzifəli nümayəndələrinin qatıldığı sammitdə Xəzər dənizi hövzəsində hasil edilən neft və qazın dünya və Avropa bazarlarına çatdırılması yollarının şaxələndirilməsi məsələsi əsas m üzakirə mövzusu idi. Qeyd etmək lazımdır ki, IV Bakı enerji sammiti Azərbaycanın aparıcı tərəf kimi iştirak etdiyi Krakov, Vilnüs və Kiyev enerji sammitlərindən sonra Bakının təşkilatçılığı ilə həyata keçirilirdi. Sammit enerji ehtiyatlarının həm hasilatı, həm də nəqli baxımından Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əvəzedilməz rolunu xüsusi önə çəkmişdir. Prezident İlham Əliyev sammitin açılışında söylədiyi nitqində Azərbaycanın iqtisadi və siyasi sabitliyinin, yürütdüyü müstəqil xarici və iqtisadi siyasətin ölkəyə uzun müddət ərzində bu rolu yerinə yetirməyə imkan verdiyini bildirmişdir.
Avratlantik məkana inteqrasiya sahəsində Azərbaycanın apardığı siyasət həm ölkəmiz, həm də bütövlükdə regional əməkdaşlıq üçün müsbət nəticələrini verməkdədir. Avropa İttifaqının �Yeni qonşuluq siyasəti� proqramı ötən illərdə ölkəmizdə siyasi və iqtisadi inkişaf meyarlarının Avropa İttifaqı ölkələrindəki göstəricilərə uyğunlaşdırılmasında əhəmiyyətli rol oynamışdır. Bunun nəticədir ki, indi Azərbaycan artıq Avropa üçün etibarlı tərəfdaş və dosta çevrilmiş, bütün Avropa ölkələri üçün get-gedə daha mühüm məsələyə çevrilən enerji təhlükəsizliyində vacib rola və sözə sahibdir. �Yeni qonşuluq siyasəti� çərçivəsində 2006-cı ildə qəbul olunmuş Avropa İttifaqı-Azərbaycan Fəaliyyət Planı Azərbaycan və Avropa İttifaqı arasında siyasi dialoqu gücləndirir, siyasi, iqtisadi və institusional islahatlar sahələrində əməkdaşlığı inkişaf etdirir, əlaqələrin keyfiyyətcə yeni səviyyəyə qaldırılması üçün əsaslar yaradır. Hazırda Avropa İttifaqı ilə inteqrasiya və əməkdaşlıq �Yeni qonşuluq siyasəti� proqramı kontekstində Fəaliyyət Planının həyata keçirilməsi, �Twinning� və �Taiex� kimi proqramlarda iştirak çərçivəsində inkişaf etdirilir. Avropa İttifaqı ilə tərəfdaşlıq və yaxınlaşmanın möhkəmlənməsi prosesi �Şərq tərəfdaşlığı� təşəbbüsünün irəli sürülməsi ilə əlavə təkan almışdır.
Bu baxımdan Fransa Prezidentinin rəsmi saytında yerləşdirilmiş Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il dekabrın 8-9-da bu ölkəyə rəsmi səfəri zamanı dövlət başçısı Nikola Sarkozi ilə görüşünə dair məlumatda Azərbaycanın Avropa İttifaqı, bu qurumun aparıcı dövləti olan Fransa üçün əhəmiyyətli mövqeyini müəyyənləşdirən müddəaların öz əksini tapması tamamilə məntiqidir. Bu məlumatdan görünür ki, Avropa İttifaqı və Fransanın üç mühüm məsələdə � enerji təhlükəsizliyinin təmin edilməsində, Əfqanıstanda antiterror əməliyyatlarına, İranın nüvə proqramı ilə bağlı beynəlxalq miqyaslı siyasi proseslərə dəstək verilməsində Azərbaycana ehtiyacı vardır. Məlumatda deyilir: �Fransa Respublikasının Prezidenti İranın beynəlxalq öhdəliklərə tam və təxirəsalınmadan riayət etməsinin vacibliyini bir daha vurğuladı və Prezident Əliyevi öz nüfuzundan İran rəsmilərinə münasibətdə istifadə etməyə çağırdı�.
Yazıda enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın bu prosesin iki mühüm məsələsində – ehtiyatların mənbəyi rolunu oynaması və marşrutların şaxələndirilməsi baxımından da əhəmiyyəti xüsusi olaraq qeyd edilir. Məlumatda deyilir: �Prezident Sarkozi Azərbaycanın Avropanın enerji təhlükəsizliyi məsələsindəki rolunu qiymətləndirmiş və Avropanın karbohidrogen ehtiyatları ilə təminatında mənbələrin və marşrutların şaxələndirilməsi baxımından Nabukko boru kəmərinə Fransanın dəstəyini yenidən ifadə etmişdir �.
Bütün bunlar onu göstərir ki, Azərbaycan Avropa İttifaqının ən mühüm istiqamətlər üzrə tərəfdaşı kimi tanınır. Elə buna görədir ki, Fransa Prezidentinin saytında Azərbaycan ilə Fransa arasında strateji tərəfdaşlıq əlaqələrinin sürətlə formalaşdırılmasının zəruriliyi xüsusi vurğulanmışdır.
Akademik Ramiz Mehdiyevin �Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti� əsərində qeyd edildiyi kimi, �. geoiqtisadi baxımdan, Avropa İttifaqının enerji təhlükəsizliyi çox cəhətdən Xəzərin enerji ehtiyatlarının Gürcüstan, Türkiyə, Yunanıstan, İtaliya vasitəsilə Avropa İttifaq ı ölkələrinə tranzitini nəzərdə tutan Nabukko layihəsinin həyata keçirilməsi yolu ilə təmin edilə bilər. Bu isə yalnız həmin layihədə Azərbaycanın fəal iştirakı ilə mümkündür. Azərbaycan bu istiqamətdə Avropa İttifaqı ilə sıx əməkdaşlıq edir. İrimiqyaslı regional infrastruktur layihələrinin uğurla həyata keçirilməsi ilə nəticələnən bu əməkdaşlıq Cənubi Qafqaz regionunun əhəmiyyətini artırmış, Avropa və qlobal enerji təhlükəsizliyinə töhfə vermiş v ə Avropa üçün yeni, həyati əhəmiyyətli enerji mənbələrinin əsasını qoymuşdur. Azərbaycanın karbohidrogen ehtiyatları strateji-coğrafi yerləşmə ilə birlikdə ölkəni əhəmiyyətli enerji mənbəyinə və beynəlxalq enerji təchizatı sisteminin vacib tərkib hissəsinə çevirir.
Ümumiyyətlə, modernləşmə xəttini seçmiş, Avropa İttifaqı, ATƏT, Avropa Şurası və NATO ilə siyasi, iqtisadi və humanitar əlaqələrini intensiv inkişaf etdirən, ABŞ və Qərbi Avropanın aparıcı ölkələri ilə münasibətləri fəallaşdıran Azərbaycan özünün geosiyasi gələcəyini Avropa ölkələri ailəsində görür�.
Azərbaycan Respublikasının Prezidenti
yanında Strateji Araşdırmalar Mərkəzinin eksperti
Xalq qəzeti.- 2010.- 5 fevral.- S. 3.
siyasielmler
Azərbaycanın milli maraqları və xarici siyasəti
Posted on Fevral 5, 2011 by siyasielmler
Azərbaycan Respublikasının təhlükəsizliyinin təmin edilməsində milli maraqlar mühüm rol oynayır. Azərbaycan Respublikasının milli maraqları Azərbaycan xalqının fundamental dəyər və məqsədlərini, habelə insan, cəmiyyət və dövlətin tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər təlabatların məcmusunundan ibarət olmaqla aşağıdakılardır:
– dövlətin müstəqilliyinin və ərazi bötövlüyünün qorunması, onun beynəlxalq səviyyədə tanımış sərhədlərinin toxunulmazığının təmin edilməsi;
– Azərbaycan xalqının vahidliyinin qorunub saxlanılması, azərbaycançılıq ideyasıının təşviqi;
– Vətənsaş cəmiyyətinin formalaşdırılması, insan hüquq və əsas azdlıqlarının təmin olunması ;
– Demokratrik və vətandaş cəmiyyəti təsisatlarının inkişafı, qanunun aliliyi, asayişin təmin yolu ilə dövlətin funksiyalarının yerinə yetirilməsinin gücləndirilməsi, əhalinin təhlükəsizliyinin qorunması;
– Beynəlxalq öhdəliklər yerinə yetirmək, qlobal və regional təhlükəsizlik və sabitliyə töhfə vermək üçün dəyərlərini bölüşdüyü beynəlxalq təşkilatlarla inteqrasiyaya yönəlmiş əməkdaşlığın inkişaf etdirilməsi;
– Bazar iqtisadiyyatının inkişafı, onun hüquqi əsaslarının təkmilləşdirilməsi, iqtisadi sabitliyin təmin oluması məqsədilə daxili və xarici sərmayələr üçün əlverişli şəraitin yaradılması ;
– Təbii sərvətlərdən tam səmərəli istifadə edilməsi, davamlı iqtisadi inkişaf, ətraf mühitin qorunması, tədris, elmi və texnoloji potensialın artırılması yolu ilə Azərbaycan xalqının gələcək inkişafının, əhalinin layiqli həyat səviyyəsinin və fiziki sağlamlığının təmin edilməsi;
– Dünya azərbaycanlılarının bölüşdüyü dəyərlərə əsaslanan milli özünüəməxsusluğun və həmrəyliyin möhkəmləndirilməsi ;
– Azərbaycan xalqının mədəni – tarixi irsinin və mənəvi dəyərlərinin qorunması, eləcə də ümumibəşəri dəyərlərlə zənginləşdirilməsi, dilinin, özünüdərk, vətənpərvlik və milli iftixar hissinin, intelektual potesialının inkişaf etdirilməsi.
Azərbaycan Respublikası dövlət müstəqilliyini qazandıqdan sonra onun xarici iqtisadi siyasətinin mühüm istiqamətlərindən birini beynəlxalq maliyyə-kredit və iqtisadi qurumlarla əlaqələr təşkil etmişdir. Ötən dövr ərzində bu sahədə kifayət qədər iş görülmüşdür. Azərbaycan, demək olar ki, bütün nüfuzlu beynəlxalq qurumlara, o cümlədən 1992-ci ildə Beynəlxalq Valyuta Fonduna, Dünya Bankına, Avropa Yenidənqurma və İnkişaf Bankına, İslam İnkişaf Bankına, 1999-cu ildə Asiya İnkişaf Bankına üzv qəbul olunmuş və iqtisadi problemlər, bazar iqtisadiyyatına keçid barədə məsələlər üzrə bu təşkilatlarla mütəmadi olaraq məsləhətləşmələr aparır, onların maliyyə imkanlarından istifadə edir.
Beləliklə, iqtisadiyyatın bütün sahələrində aparılan islahatların qısa zaman kəsiyi ərzində verdiyi çoxsaylı müsbət nəticələr bir daha Azərbaycan Respublikasının rəhbərliyinin əzmlə həyata keçirdiyi iqtisadi siyasətin düzgünlüyünü sübut edir. Hazırda sənaye sahəsində 63 dövləti təmsil edən, 192 xarici investisiyalı müəssisə fəaliyyət göstərir, minlərlə yeni iş yerləri açılmışdır. Milli iqtisadiyyatımızda 2003-cü ildə qoyulmuş investisiyaların 74%-i məhz sənaye sahələrinə qoyulmuşdur. Yeni formalaşan təsərrüfat strukturlarının nəzərəçarpacaq dərəcədə artması, kiçik sahibkarlığın genişlənməsi və dinamik inkişafı, fiziki şəxslərin sahibkarlıqla məşğul olması qeyri-dövlət sektorunun rolunun getdikcə artması ilə müşayiət olunur.
İqtisadiyyatın və əhalinin enerji daşıyıcılarına olan tələbatının ödənilməsi istiqamətində də əhəmiyyətli işlər görülməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu sahəyə xüsusi diqqətinin bariz nümunəsi kimi ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi və enerji daşıyıcılarına artan tələbatların daha səmərəli surətdə ödənilməsinin təmin edilməsi məqsədilə Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2004-cü il tarixli 635 №-li Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı”nı göstərmək olar.
Kənd təsərrüfatı bütün dövrlərdə Azərbaycan iqtisadiyyatının əsas sahələrindən olmaqla, ölkənin inkişafında və əhalinin zəruri istehlak malları ilə təminatında mühüm rol oynamışdır.1995-1996-cı illərdə “Aqrar islahatların əsasları”, “Sovxoz və kolxozların islahatı”, “Torpaq islahatı” haqqında qanunların, digər vacib hüquqi aktların qəbulu aqrar-sənaye kompleksində köklü dəyişikliklər aparmaq üçün imkanlar açdı. Belə ki, “Torpaq islahatı haqqında” qanunda Müstəqil Dövlətlər Birliyi məkanında ilk dəfə olaraq torpağın xüsusi mülkiyyətə verilməsi, onun alqı-satqı obyekti olması kimi amillər öz əksini tapmışdır.
Kənd təsərrüfatında aparılan ciddi struktur islahatları nəticəsində dövlət mülkiyyətində saxlanılan az sayda damazlıq, toxumçuluq və digər bu kimi təsərrüfatlar istisna olmaqla, bütün kənd təsərrüfatı müəssisələri, o cümlədən sovxozlar və kolxozlar ləğv edilərək onların əmlakı təsərrüfat üzvləri arasında bölüşdürüldü. Kənddə yeni mülkiyyətin – kəndli-fermerlərin formalaşmasının sürətləndirilməsi kənd təsərrüfatında işlərin daha yaxşı təşkili və aqrar bölmənin inkişafı üçün möhkəm zəmin yaratdı.
Aqrar bölmədəki islahatlar öz radikallığı və sürəti ilə nəinki Azərbaycan iqtisadiyyatının digər sahələrində aparılan islahatlardan, hətta Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrdəki islahatlardan əsaslı surətdə fərqlənərək ölkədə özəl mülkiyyətin formalaşmasında və sahibkarlığın inkişafında xüsusi rol oynamışdır.
Regionşünas Məmmədov Xaliq Sübhan oğlu
Qeyd: “Azərbaycan inkişaf etmiş cəmiyyətə doğru: reallıqlar, perspektivlər” mövzusunda gənc tədqiqatçıların ümumrespublika elmi-praktiki konfransında səslənmişdir.
Milli maraqların xarici siyastl laqsi
Strateji əhəmiyyətli, həm də sivilizasiyaların qovuşduğu coğrafi məkanda yerləşən, regionun enerji xəritəsini dəyişən, nəqliyyat dəhlizinə çevrilən, qlobal məsələlərdə söz sahibi kimi çıxış edən və bu gün özünün yüksək inkişaf mərhələsində olan Azərbaycan xarici siyasətində milli maraqlarına uyğun davranır, daha çox qarşılıqlı etimada əsaslanan əlaqələrə üstünlük verir. Bu mənada qətiyyətlə demək olar ki, Prezident İlham Əliyevin milli mənafelərə uyğun addımlar atması, daha doğrusu, milli maraqların müdafiəsini müqəddəs vəzifə hesab etməsi xarici siyasət kursumuzun əsasını təşkil edir. Hətta demək olar ki, cənab Prezident bu məsələni beynəlxalq tribunalarda, mötəbər arenalarda davamlı surətdə dilə gətirən yeganə dövlət başçısıdır.
Dövlət başçımız bu günlərdə Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirdiyi müxtəlif görüşlərdə, eyni zamanda, verdiyi müsahibələrdə bunu bir daha dünyaya nümayiş etdirdi. Məsələn, forumda “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında moderatorun “Avrasiyada indi böyük qüvvələr yerləşib, bir tərəfdən Rusiya, o biri tərəfdən Çin. Azərbaycanın Prezidenti kimi Siz birinci növbədə kimə zəng edərsiniz – Moskvaya, yoxsa Pekinə” sualına cavab olaraq Prezident İlham Əliyev heç kimin gözləmədiyi halda “Bakıya” cavabını verdi və bu, siyasi müdriklik bir çox siyasətçini təəccübləndirdi. Bəlkə də elə bu səbəbdən moderator “Bakıya. ” deyə təkrar etdi. Çünki onlar güman edirdilər ki, cənab Prezident həmin iki dövlətdən birinin adını çəkəcək. Amma o diplomatik bir cavab verdi. Bununla da dövlətimizin başçısı Azərbaycanın müstəqil, heç kimdən asılı olmayan, milli maraqların hər zaman uca tutulduğu siyasət yürütdüyünü bəyan etdi.
Yeri gəlmişkən qeyd edək ki, bu gün Azərbaycan həm Rusiya, həm də Çinlə əməkdaşlıq edir. Ancaq nə Azərbaycan-Çin dostluğu Rusiya əleyhinə, nə də Azərbaycan-Rusiya dostluğu Çin əleyhinə yönəlməyib. Siyasətçilərin fikrincə, moderatorun bu sualı əslində Azərbaycanın Avrasiyadakı güclər arasında kimin yanında olduğunu öyrənmək cəhdi idi. Belə bir cavabla isə cənab Prezident Azərbaycanın heç bir güc mərkəzi ilə bağlı olmadığını, eyni zamanda, tərəfsizliyini bir daha bəyan etdirmiş oldu. Bunun ardınca dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan qonşularına qarşı mehriban siyasət yürüdür. Lakin milli maraqlar həmişə birinci yerdə olub. Buna görə də müstəqillik illəri ərzində əldə edilən bütün nailiyyətlər xalqın müstəqilliyə sadiq olmasına, siyasi və iqtisadi sahələrdə çox ciddi islahatları həyata keçirdiyinə görə əldə edilib. Bu nailiyyətlər də Davos Dünya İqtisadi Forumunun illik qiymətləndirmələrində də öz əksini tapıb.
Bu yerdə Prezident İlham Əliyev “Real” televiziyasına müsahibəsindəki bu fikri də xatırlatmaq yerinə düşərdi: “Bəzi xarici mətbu orqanlarda, ekspert cəmiyyətlərində belə bir fikir söylənilir ki, Azərbaycan balanslaşdırılmış, tarazlaşdırılmış siyasət aparır və elə bil ki, bu regionda balans axtarır. Bu, belə deyil. Biz balans axtarmırıq. Biz, sadəcə olaraq, xarici siyasətimizlə öz milli maraqlarımızı qoruyuruq və mümkün olan riskləri azaldırıq. Bizim xarici siyasətimiz məhz milli maraqlar üzərində qurulub. Milli maraqlar nəyi diktə edirsə, biz xarici siyasətdə onu da etməliyik və edirik. Deyə bilərəm ki, buna müvəffəq olmuşuq”. Bütün bunlar isə bir daha onu göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətimizin mərkəzində yalnız və yalnız Azərbaycanın maraqları dayanır.
Qvami Məhəbbətoğlu, “İki sahil”
Comments are closed, but trackbacks and pingbacks are open.