Milli qəhrəmanlar haqqında tədbir
Əvvəlcə Ucar Rayon Gənclər və İdman İdarəsinin rəisi Əhliman İbrahimov tədbir haqqında iştirakçılara məlumat verib.
Ucarda tədbir: Milli qəhrəmanlarımızı xatırlayaq və tanıdaq
Ucar Gənclər Mərkəzində “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına əsasən “Milli qəhrəmanlarımızı xatırlayaq və tanıdaq” adlı tədbir keçirilib.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, tədbirin keçirilməsində məqsəd Milli qəhrəmanların yeniyetmə və gənclər arasında tanıdılması və gənclərdə hərbi-vətənpərvərlik ruhunun yüksəldiməsidir.
Əvvəlcə Ucar Rayon Gənclər və İdman İdarəsinin rəisi Əhliman İbrahimov tədbir haqqında iştirakçılara məlumat verib.
İdarənin aparıcı məsləhətçisi Nuru Piriyev tərəfindən iştirakçılara Milli qəhrəmanlar haqqında hazırlanmış maarifləndirici slayd göstərilib. Yeniyetmə və gənclər Milli qəhrəmanlarımız Ehtiram Əliyev, Allahverdi Bağırov, Çingiz Mustafayev, Əliyar Əliyev, Salatın Əsgərova, Tofiq Hüseynov, Albert Aqarunov, İsgəndər Aznaurov, Mübariz İbrahimov, Murad Mirzəyev və Çingiz Qurbanov haqqında məlumatlandırılıblar.
Milli Qəhrəman Mübariz İbrahimov və Aprel döyüşlərinin iştirakçısı Murad Mirzəyev haqqında videoçarx göstərilib.
Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Rauf Nəsirov çıxış edərək, Milli qəhrəmanlar Yuri Kovalyov və Təbriz Xəlilbəylinin döyüş yolundan danışıb.
Şəhər 1 nömrəli məktəb-liseyin hərbi müəllimi İntiqam Cavadov isə çıxışında gənclərin milli ruhda və vətənpərvər olaraq yetişmələrini arzulayıb.
Milli qəhrəmanlar haqqında tədbir
İyunun 18-də “Nizami” kino mərkəzinin konfrans zalında “Milli qəhrəmanlar” sənədli filmlər həftəsinə həsr edilmiş mətbuat konfransı keçiriləcəkdir. Sənədli filmlər həftəsi Mədəniyyət və Turizm Nazirliyinin, rayon mədəniyyət və turizm şöbələrinin və Bakı şəhəri Kino Xidməti İdarəsinin təşkilati dəstəyi ilə iyunun 19-dan 26-dək keçiriləcəkdir.
AzərTAc xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin əməkdaşı Almaz Sultanzadə mətbuat konfransında çıxış etmişdir. O bildirmişdir ki, Bakıda, Sumqayıtda, Ağdamda, Oğuzda, Göyçayda, Qubada, Biləsuvarda və Xaçmazda 11 sənədli film nümayiş etdiriləcəkdir.
A.Sultanzadə demişdir: “Tədbir Azərbaycan Silahlı Qüvvələr Gününə həsr edilmişdir. Filmlər “Salnamə” və “Yaddaş” sənədli filmlər studiyalarında çəkilmişdir. Bundan əvvəl Qaxda Cavanşir Rəhimov haqqında “Cavanşir” filmi və Masallıda Səfərəli Məmmədov haqqında “Qəhrəman polis” filmləri göstərilmişdir. Hər iki film tamaşaçılara güclü təsir bağışlamışdır”.
“Haqqa söykənmiş həyat” və “Həsrətlə cənnətə qovuşanlar” filmlərinin rejissoru Zamin Məmmədov vurğulamışdır ki, bütün azərbaycanlılar öz xalqının böyük vətənpərvərlərinin keçdiyi mürəkkəb həyat yolu barədə bilməlidirlər.
Gültəkin Əsgərovaya həsr edilmiş “Gültəkin” filminin rejissoru Kəmalə Musazadə bu cəsur qadının həyatı barədə söhbət açaraq, qeyd etmişdir ki, bu filmlərin əsas məqsədi gənclərdə və böyüməkdə olan nəsildə vətənpərvərlik ruhunu yüksəltməkdir.
“Bitməyən ömür” filminin rejissoru Seyran Mahmudoğlu bu mühüm tədbirin keçirilməsinə görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirmişdir.
Milli qəhrəmanlar haqqında filmlər aşağıdakı cədvəl üzrə nümayiş etdiriləcəkdir: 19 iyun – “Qəhrəman” (Əfqan Hüseynov haqqında, Bakı), 20 iyun – “Gültəkin” (Gültəkin Əsgərova haqqında, Bakı), “Vətənim mənim” (Koroğlu Rəhimov haqqında, Oğuz), “Azərbaycanlı Yura” (Yuri Kovalyov haqqında, Göyçay), “Bitməyən ömür” (Yavər Şahbazov haqqında, Xaçmaz), 22 iyun – “Haqqa söykənmiş həyat” (Asif Məhərrəmov haqqında, Ağdam), 24 iyun – “Mübarizlik zirvəsi” (Mübariz İbrahimov haqqında, Biləsuvar), 25 iyun – “Adadan başlayan yol” (Rasim İbrahimov haqqında, Bakı), “Həsrətlə cənnətə qovuşanlar” (Mətləb Quliyev haqqında, Sumqayıt), “Dostuma məktub” (Albert Aqarunov haqqında, Quba), 26 iyun – “Xatirələrdə yaşayan ömür” (Məzahir Rüstəmov haqqında, Bakı).
Giriş sərbəstdir.
Milli qəhrəmanlar haqqında tədbir
Azərbaycan haqqında məlumat bazasının genişlənməsi və vikipediyanın etibarlı mənbələrlə zənginləşməsi üçün AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Sərbəst elektron resurslarla iş şöbəsinin əməkdaşları tərəfindən vikipediyaya məqalələrin əlavə edilməsi prosesi davam edir.
Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canından keçmiş Qarabağ müharibəsi iştirakçısı olan Milli Qəhrəmanlar – Albert Aqarunov, Əlif Hacıyev, Əliyar Əliyev, Vəzir Orucovun Vikipediyadakı məqalələri italyan, fransız, ispan və alman dillərinə tərcümə edilərək xarici dillərdə olan Vikipediyalara yerləşdirilib. Tərcümə işi “Şəms Tərcümə Xidmətləri Mərkəzi”nin təcrübəli mütəxəssisləri tərəfindən həyata keçirilib.
Milli Qəhrəmanlar haqqında məlumatlar beynəlxalq ictimaiyyətin düzgün məlumatlandırılması, onların dünyaya tanıdılması işinə ciddi töhfə sayıla bilər.
Linkə daxil olmaqla, məqalələrlə tanış ola bilərsiniz:
Albert Aqarunov – italyan, fransız, ispan, alman
Əlif Hacıyev – fransız, ispan
Əliyar Əliyev – ispan, fransız, alman
Vəzir Orucov – inglis, ispan
Modern.az
Comments are closed, but trackbacks and pingbacks are open.