Kremlin milli siyasəti
Prezident: Ermənistan rəhbərliyini çirkin əməllərdən çəkindirmək üçün xəbərdar edirik
Azərbaycan Sovet rejimi şəraitində
XI Qırmızı Ordunun işğalından sonra Quzey Azərbaycanda da sovet-rejimi bərqərar oldu. Azərbaycan tarixinin sovet dövrü başlandı. Azərbaycanda ikinci Respublika — Sovet Sosialist Respublikası quruldu.
İlk vaxtlar hakimiyyət İnqilab Komitələrinin əlində idi. 1921 -ci ilin yazından yerlərdə idarəçilikdə seçkili sovet orqanları yaradıldı.
Respublikada ali qanunverici və icraedici hakimiyyət orqanları MİK və XKS-i yaradıldı, MİK-in sədri Muxtar Hacıyev və XKS-nin sədri Nəriman Nərimanov seçildilər. Həmin orqanlarda aparıcı rolu kommunistlər oynayırdılar.
İlk dövrlərdə bolşeviklər «Müstəqil sovet Azərbaycanı» şüarı ilə çıxış edirdilər. Rəsmi bəyanat xatirinə Azərbaycana da formal müstəqillik vermişdilər. Azərbaycan müstəqil olaraq xarici ölkələrlə iqtisadi, ticarət və diplomatik əlaqələr yarada bilərdi. Özünün hərbi qüvvələri də var idi. Lakin bu uzun çəkmədi. Mərkəz tərəfindən tədricən bu formal müstəqillik Azərbaycanın da əlindən alındı. Əvvəl ZSFSR-in (noyabr 1922) və sonra SSRİnin (dekabr 1922) təşkili ilə Azərbaycanın da formal müstəqilliyinə son qoyuldu.
Azərbaycanda da Rusiyasayağı sosial-iqtisadi tədbirlər həyata keçirildi. Torpaq, neft sənayesi, Xəzər ticarət donanması, balıqçılıq və digər sənaye sahələri milliləşdirildi. Onlar dövlətin mülkiyyəti elan olundu. Zəruriyyət olmadan 1920-ci ilin yayından 1921-ci ilin yazına kimi Azərbaycanda da hərbi kommunizm siyasəti tətbiq olundu. 1922-ci ilin yazından etibarən isə Azərbaycanda yeni iqtisadi siyasət həyata keçirilməyə başladı.
Yeni iqtisadi siyasət şəraitində neft hasilatı 2 dəfə artdı. Kənd təsərrüfatında dirçəliş baş verdi. Əkin sahələri 2 dəfə çoxaldı. Kənddə təbəqələşmə gücləndi. Varlı və ortabab kəndlilərin sayı artdı. Onlar kəndlilərin yarıdan çoxunu təşkil edirdilər.
20-ci illərin ikinci yarısından etibarən Azərbaycanda da xalq təsərrüfatının əməli olaraq sosialistcəsinə yenidən qurulmasına başlanıldı. Sosialist sənayeləşdirilməsi və kənd təsərrüfatının kollektivləşdirilməsi həyata keçirməyə başladı. Bakıda neft sənayesinin inkişafı yeni vüsət aldı.Tezliklə Neftçala, Lökbatan, Qala, Sulutəpə, Korgöz və b. yeni neft yataqları istifadəyə verildi. Azərbaycan neftinin hesabına SSRİ neft istehsalı üzrə dünyada ikinci yerə çıxdı. 1937-ci ildə SSRİ-də hasil edilən neftin 76 faizini Azərbaycan verirdi.
Neft sənayesi ilə yanaşı digər sənaye sahələri də inkişaf etdirildi. Gəncədə toxuculuq kombinatı, Gəncədə, Ucarda, Yevlaxda pambıq təmizləmə zavodları, Lənkəranda və Ordubadda konserv zavodları, Şəkidə, Xankəndində, Zaqatalada, Salyanda və Füzulidə istilik və su elektrik stansiyaları tikilib istifadəyə verildi. Artıq 30-cu illərin ikinci yarısında Azərbaycanda istehsal olunan sənaye məhsullarının 95%-dən çoxunu XX əsrin 20 — 30-cu illərində tikilmiş və yenidən qurulmuş müəssisələr verirdi.
Bu illərdə Bakı-Batumi neft kəmərinin, Ələt-Culfa dəmiryolu xəttinin çəkilməsi başa çatdırıldı. 1926-cı ildə SSRİ hüdudlarında ilk dəfə Bakıda elektrik dəmir yolu xətti istifadəyə verildi.
Sosialist yenidənqurmalarından biri də fərdi kəndli təsərrüfatlarının kollektivləşdirilməsi idi. Bu proses Azərbaycanda daha ağrılı getmişdi. O, zor və inzibatçılıq yolu ilə sürətləndirilmişdi. Kəndlilər zorla kollektiv təsərrüfatlara cəlb olunmuşdular. Azərbaycan rəhbərliyi Mərkəzin müəyyən etdiyi vaxtı qabaqlayaraq 1930-cu ilin yazında elliklə kollektivləşməni başa çatdırmaq qərarına gəlmiş, qondarma kollektivləşmə həftəlikləri təşkil etmişdi.
Kollektivləşdirmə prosesində varlı kəndlilər, xüsusən qolçomaqlar daha çox zərər çəkmişdilər. Elliklə kollektivləşmə əsasında qolçomaqların bir sinif kimi ləğv edilməsi siyasəti onların tamamilə məhvinə gətirib çıxarmışdı. Yüz minlərlə qolçomaq və varlı kəndli ailəsi məhv edilmiş, yaxud sürgün olunmuşdu.
Zorakı kollektivləşdirmə siyasətinə qarşı Azərbaycanda da kütləvi narazılıq hərəkatı başlamışdı. 1930-cu ildə Şəki-Zaqatalada, Naxçıvanda, Şəmkirdə, Cəbrayılda və b. yerlərdə kəndli üsyanları baş vermişdi. Qaçaqçılıq hərəkatı genişlənmişdi. Kollektivləşdirmə dövründə ona qarşı 400-dən çox silahlı qaçaq dəstəsi mübarizə aparmışdı. Bütün bunlara baxmayaraq Azərbaycanda da kollektivləşdirmə siyasəti zorakı yolla həyata keçilmişdi. Artıq 1937-ci ildə Azərbaycanda kəndli təsərrüfatlarının 86,5%-i, əkin sahələrinin isə 93,5%, kolxoz və sovxozlarda birləşdirilmişdi. Azərbaycanda da kolxoz quruluşu yaradılmışdı.
Sosializm cəmiyyəti qurmağın mühüm vəzifələrindən biri də mədəni «inqilab» idi. Burada məqsəd sosializm, bolşevizm ideologiyasına sadiq nəsillər yetişdirilməsinə xidmət edən mədəni quruculuq tədbirləri həyata keçirmək idi. O zaman mədəni geriliyin hökm sürdüyü milli ucqarlar üçün bu daha çox xarakterik idi.
Mədəni quruculuq sahəsində kütləvi miqyaslı tədbirlərin həyata keçirilməsi sayəsində Azərbaycanda böyük nailiyyətlər əldə edildi. Əvvəla, respublikada kütləvi savadsızlıq ləğv olundu. 1939-cu ildə əhalinin savadlılıq səviyyəsi 1926-cı ildəki 25,2%dən 73,3%-ə çatmışdı; İkinci, respublikada ümumtəhsil sistemi inkişaf etdirildi. Sovet təhsil sistemi bərqərar oldu, 30-cu illərin sonu üçün Azərbaycanda 3575 ümumtəhsil məktəbi fəaliyyət göstərirdi, onlarda da 655 min şagird təhsil alırdı. Qızların ümumtəhsilə cəlb olunması geniş miqyas almışdı. İbtidai məktəblərdə oxuyanların 46,7%, natamam orta məktəblərdə oxuyanların 39,3%, qızlar təşkil edirdi; Üçüncü, Azərbaycanda ali və orta ixtisas təhsil sistemi daha da inkişaf etdirildi. 1920-ci ildə Bakı Politexnik İnstitutu (İndiki Azərbaycan Dövlət Neft Akademiyası), 1921-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutu, Azərbaycan Məktəbəqədər Tərbiyə İnstitutu, Azərbaycan Dövlət Konservatoriyası, 1929-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutu, 1930-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutu, Sənaye Akademiyası, Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu, 1934cü ildə Xalq Təsərrüfatı İnstitutu, 1936-cı ildə Qiyabi Pedaqoji Institutu, 1939 — 1940-cı illərdə Şəkidə, Gəncədə və Naxçıvanda müəllimlər İnstitutları yaradıldı. Orta ixtisas məktəblərinin şəbəkəsi genişləndirildi. 1920-ci ildə Bakı, Gəncə, Qazax müəllimlər seminariyaları yenidən quruldular. Şəkidə isə yeni Müəllimlər Seminariyası açıldı. 1932-ci ildə Azərbaycanda 85 müxtəlif təmayüllü orta ixtisas məktəbləri fəaliyyət göstərirdi. Artıq 1940-cı ildə Azərbaycanda 16 ali, 91 orta ixtisas təhsil müəssisəsi fəaliyyət göstərirdi. Onlarda da 33 mindən çox gənc təhsil alırdı; Dördüncü, elmin, mədəni-maarifin, ədəbiyyat və incəsənətin inkişafı sahəsində də böyük nailiyyətlər əldə edildi. 1923-cü ildə «Azərbaycan tədqiq və tətəbbö» elmi-tədqiqat cəmiyyəti yaradılmışdı. 1929-cu ildə o, Azərbaycan elmi-tədqiqat İnstitutuna çevrildi. 1932-ci ildə onun əsasında SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan şöbəsi, 1935-ci ildə isə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı yaradıldı. 1945-ci ildə o, müstəqil Azərbaycan Elmlər Akademiyasına çevrildi.
Azərbaycanda mədəni-maarifin şəbəkəsi genişləndi. 1922-ci ildə 90-a yaxın klub var idisə, 1940-cı ildə onların sayı 1633-ə çatdı. 1923-cü ildə Azərbaycan Dövlət Kitabxanası yaradıldı. 1940-cı ildə 3 milyon nüsxə kitab fondu olan 1383 kitabxana fəaliyyət göstərirdi. Muzeylərin sayı 22-yə çatdı. Bu illərdə Azərbaycanda 141-ə qədər qəzet və 44 jurnal nəşr olunurdu.
1924-cü ildə Bakıda ilk radio qurğusu tikildi. 1926-cı ildə o, ümum respublika miqyasında fəaliyyətə başladı.
Bu illərdə çox ziddiyyətli və kəskin mübarizə şəraitində Azərbaycanda da sovet ədəbiyyatı formalaşdı. Onun ən məşhur nümayəndələrindən Səməd Vurğunu, Süleyman Rüstəmi, Rəsul Rzanı, Sabit Rəhmanı, M.S.Ordubadini, C.Cabbarlını, Mikayıl Müşviqi, Osman Sarıvəllini, Əhməd Cəmili, Mirvarid Dilbazini, Nigar Rəfibəylini, Süleyman Rəhimovu, Mehdi Hüseyni, Əli Vəliyevi, Mir Cəlalı, Əbülhəsəni və b. göstərmək olar.
Bu dövrdə teatr və kinonun, milli musiqinin, rəssamlığın nailiyyətləri də misilsiz olmuşdur. Bu illərdə Dövlət Akademik Dram Teatn (1924), Azərbaycan Dövlət Opera və Balet teatrı (1924), Gənc Tamaşaçılar Teatrı (1928), Azərbaycan Kukla Teatrı (1930), Azərbaycan Dövlət Rus Dram Teatrı (1937) yaradılmışdı. 1940-cı ildə Azərbaycanda 18 teatr fəaliyyət göstərirdi.
Azərbaycanda milli musiqinin inkişafında xalqımızın görkəmli oğlu Üzeyir Hacıbəyovun müstəsna xidmətləri olmuşdu.
Sovet dövründə Azərbaycanda kinofilmlərin çəkilməsi ilk dəfə 1923-cü ildən başlanmışdı. Bu illərdə «Qız qalası» (1923), «Söz üçün göz» (1924), «Bismillah» (1925), «Gilan qızı» (1927), «Hacı Qara», «Sevil», «Lətif» (1929), «26-lar» (1931), «İsmət» (1933), «Almaz» (1935), «Bakılıllar» (1938), «Kəndlilər» (1939), «Yeni üfüq» (1940) kinofilmləri çəkilmişdi.
Beləliklə, XX əsrin 20 — 30-cu illərində Azərbaycanda əsil nıənada mədəni inqilab baş verdi. Azərbaycanda da kamil sovet təhsil sistemi yaradıldı, elm, ədəbiyyat və incəsənət inkişaf etdirildi. Azərbaycan mədəni inkişaf dərəcəsinə görə qabaqcıl ölkələr səviyyəsinə çatdı. Bütün bunlar sovet hakimiyyətinin Azərbaycana gətirdiyi töhfələr idi.
Bununla yanaşı, Azərbaycanda da geniş miqyaslı mədəni quruculuq çoxlu səhv və nöqsanlarla müşahidə olunmuşdu. O, sovet Rusiyasının imper siyasətinə xidmət etmişdi. Milli mədəni və mənəvi dəyərlər, ənənələr nəzərə alınmamışdı. Onlara etinasızlıq göstərilmişdi. Hətta xalqın milli mədəni və mənəvi dəyərləri məhv olmaq təhlükəsi qarşısında qalmışdı. Din əleyhinə mübarizə şüarı altında islam dininə və islam mədəniyyətinə qadağalar qoyulmuşdu. Dinsiz, allahsız cəmiyyət qurmaq uğrunda mübarizə getmişdi. Din xadimlərinə divan tutulmuş, yüzlərlə məscidlər dağıdılmış, anbar, klub və kitabxanalara çevrilmişdi. Vaxtaşırı olaraq «Rədd olsun çadra!», «Rədd olsun papaq!», «Rədd olsun tar!», «Rədd olsun kamança!» və s. şüarlar altında mədəni yürüşlər keçirilmişdi.
Sovet hakimiyyəti illərində Azərbaycan əlifbası iki dəfə dəyişdirilmişdi (1929, 1939-cu illərdə). Bu da, Azərbaycanda kütləvi savadsızlığa, xalqın tarixi kökündən, elmi və ədəbi mənbələrindən məhrum olmasına səbəb olmuşdu. Azərbaycan daim sovet milli siyasətindən əziyyət çəkmişdi. Bolşeviklər, «Millətlərin öz müqəddəratını təyin etmək hüququ»nu elan etməsinə baxmayaraq sovet formasında müstəmləkəçilik siyasətini yeritmişdi. Rus dili
Azərbaycanda da dövlət dili elan edilmişdi. Milli kadrların çatışmaması bəhanəsilə kənardan Azərbaycana rus dilli kadrlar gətirilmişdi. Hökumətin tərkibi azərbaycanlılardan ibarət olduğu halda, sovet sistemində rəhbər rol oynayan partiya rəhbərliyi qeyri millətlərdən (ruslardan, ermənilərdən, gürcülərdən) olan kadrların əlində cəmləşmişdi. 1934-cü ilə kimi Azərbaycan K (b) P MK-nın birinci katibi qeyri millətlərin nümayəndələrindən (İ,Naneyişvili, Y.D.Stasova, V.Y.Dumbadze (Lado), Q.N.Kaminski, S.M.Kirov, D.Mirzoyan, N.F.Giqalo, V.İ.Polonski, Ruben) olmuşdu. Bakı partiya təşkilatının rəhbərliyi isə mikoyanların, sarkislərin, mirzoyanların əlində cəmləşmişdi. Sovet və partiya quruculuğunda yerli şəraiti, milli adət və ənənələri, milli dəyərləri nəzərə almağı tələb edən Nəriman Nərimanov Sarkisin, Lominadzenin, Orconikidzenin, Yeqorovun, Mikoyanın, Kirovun fitvası ilə Azərbaycana rəhbərlikdən uzaqlaşdırılmışdı.
Azərbaycanda sovet milli siyasətinin bir istiqaməti də milli kadrlara inanmamaqdan, Bakını Azərbaycandan ayırmaq, onu bütovlükdə Azərbaycana qarşı qoymaqdan, «parçala, hökm sür» siyasəti yürütməkdən ibarət idi. B.Lominadze hələ 1920-ci ilin oktyabrında AK (b) P-nin II qurultayındakı çıxışında bildirmişdi ki, «müsəlmana etibar etmək olmaz, ola bilsin ki, o yaxşı kommunistdir, ancaq müsəlmandır, onun qəlbində müsavat ruhu vardır».
Cənubi Qafqazda sovet milli siyasətinin ikibaşlılığı bu illərdə də ermənilərin Azərbaycan torpaqları hesabına öz ərazilərini genişləndirmək iştahasını artırmışdı. Ermənistan hələ Xalq Cümhuriyyəti dövründə «mübahisəli» ərazilər kimi Naxçıvan, Zəngəzur, Qarabağ, Şərur-Dərələyəz kimi əzəli Azərbaycan torpaqlarını özünə birləşdirmək niyyətində idi. Sovet Rusiyası ,da bu məsələlərdə ikibaşlı siyasət yürüdürdü. Məsələn, mərkəzdən səlahiyyətli hüquqlar alan S.Orconikidze 1920-ci ilin iyulunda Çiçerinə göndərdiyi teleqramda yalnız Zəngəzurun «mübahisəli» ərazi olduğunu, qalan ərazilərinsə Ermənistana birləşdirilməsini təklif etmişdi. O, bildirmişdi ki, «müəyyən siyasi şəraitdə Ermənistan bizə lazım ola bilər».
Bundan istifadə edən ermənilər hücum edərək Vedibasarda 118, Dərələyəzdə 74, Şərur və Şahtaxtıda 76 kəndi dağıdıb yandırmışdılar.
Ermənilər XI Qırmızı Ordunun köməyilə 1921-ci ilin iyulunda Zəngəzurun yuxarı hissəsini (Qərbini) zəbt etmişdilər. Onun şərq hissəsində isə 1923-cü ildə Azərbaycanın tərkibində Kürdüstan qəzası yaradılmışdı. Zəngəzurun cənub-qərbində Ermənistana «bağışlanılmış» torpaqlar əsasında 1929-cu ildə Mehri rayonu təşkil edilmişdi. Bununla Naxçıvan materikdən ayrı düşmüşdü. O, Azərbaycanın digər rayonları ilə quru sərhədlərindən məhrum olmuşdu.
Növbəti addım Azərbaycanın əzəli torpağı olan Qarabağın dağlıq hissəsini Ermənistana birləşdirmək cəhdi olmuşdu. Ermənistan 1921-ci ilin iyununda Dağlıq Qarabağı özünün tərkib hissəsi elan etmişdi. Lakin bu Azərbaycan tərəfindən rədd edilmişdi.
1921-ci il iyulun 4-de RK (b) P-nın Qafqaz bürosunun plenumu əksər səslə Dağlıq Qarabağın Ermənistanın tərkibinə qatılması barədə qərar qəbul etmişdi. Lakin o, N.Nərimanovun qəti etirazı ilə qarşılaşmışdı. 1921-ci il iyulun 5-də bu məsələ yenidən müzakirə olunmuşdu. Bu dəfə əksəriyyət Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması təklifinə səs vermişdi. Həmin qərara «Mərkəzi Şuşa şəhəri olmaqla Dağlıq Qarabağa geniş vilayət muxtariyyəti verilməsi» maddəsi de salınmışdı. Azərbaycanın etirazlarına baxmayaraq S.Orconikidzenin təkidi ilə 1923-cü il iyulun 7-də Azərbaycan SSR tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) təşkil olunmuşdu. Bu da sonralar Ermənistanın və onu himayə edənlərin Azərbaycana qarşı Qarabağ kartından öz məqsədləri üçün istifadə etməsinə, Dağlıq Qarabağda separatçılığın vaxtaşırı qalxmasına zəmin olmuşdu.
Sosialist islahatlarının və yenidənqurmaların nəticəsi olaraq Azərbaycanda da sovet cəmiyyəti yaradıldı. Sənaye və kənd təsərrüfatı dövlətin əlində cəmləşdi. Bütün sahələrdə ciddi mərkəzləşmə bərqərar oldu. Siyasi sahədə kommunist partiyasının rəhbər rolu olmazın dərəcədə yüksəldi. Hər şey partiyanın iradəsinə tabe edildi. Azərbaycanda da inzibati amirlik rejimi bərqərar oldu. Azərbaycan Mərkəzdən başlanan inzibati amirlik rejimi nərdivanın pillələrindən birinə çevrildi. Azərbaycanda da hadisələr mərkəzdəkinə oxşar, hətta ondan da ifrat şəkildə cərəyan etməyə başladı. Burada da Mərkəzə oxşar totalitar-avtoritar rejim formalaşdı. Azərbaycanda azad, müstəqil fikirliliyə qarşı kütləvi repressiyalar başlandı. Burada, o zaman Azərbaycan K (b) P MK-nın birinci katibi M.C.Bağırovun ətrafına toplanınış ermənilər xüsusi canfəşanlıq göstərmişdilər. Türklərin genetik düşmənləri olan Sumbatov-Topurudze, Qriqoryan, Markaryan, Malyan və b. ermənilərin fitvası ilə on minlərlə azərbaycanlı məhv edilmiş və uzaq sürgünə göndərilmişdilər. 1937 — 1939-cu illərdə bütün həyatım sovet hakimiyyətini yaratmağa və möhkəmlətməyə həsr etmiş yüzlərlə azərbaycanlı dövlət və partiya xadimləri, o cümlədən S.M.Əfəndiyev, Q.Musabəyov, D.Bünyadzadə, R.Axundov, Ə.H.Qarayev, H.Sultanov, Q.Vəzirov və b. məhv edilmişdilər.
Azad düşüncəli, istedadlı Azərbaycan ziyalılarına da divan tutulmuşdu. 1937 — 1938-ci illərdə H.Cavid, M.Müşviq, Əli Nəzmi, Əhməd Cavad, T.Şahbazi, S.Mümtaz, S.Hüseyn, B.Talıblı, V.Xuluflu, Yusif Vəzir Çəmənzəminli, B.Çobanzadə və b. repressiya qurbanları olmuşdular. Ümumən, bu illərdə Azərbaycanda 40 mindən çox adam repressiyaya məruz qalmışdı.
- Teqlər:
- Azərbaycan tarixi
- , Sovet dövrü
Kremlin milli siyasəti
Qloballaşma dünyada, o cümlədən Avropada millətçilik ideologiyasını gücləndirdiyi bir dövrdə qitəni bürüyən sosial narazılıqlar dalğası, kapitalizmə qarşı etirazlar sosialistlərin dirçəlməsinə şərait yaradıb. Fransada son prezident seçkilərində sosialistlərlə millətçilər daban-dabana gedirdi.
Belə bir siyasi-ideoloji dalğanın axarında Kreml millətçilik və rus şəmiyyətinə suraət etmiş sosialist ideologiyası arasında balanslı bir siyasət yürütməlidir. Prezident seçkiləri öncəsi V.Putin bu iki ideologiyanı dəstəkləyənləri məmnun etmək üçün onların arasında mərkəzçi mövqe tutmağa və hər ikisinin səsini qazanmağa çalışdı.
V.Putin «Rusiya : Milli məsələ» məqaləsində Rusiya üçün milli məsələnin fundamental xarkter daşıdığını qeyd edərək, hər bir məsuliyyətli siyasətçi və ictimai xadimin ölkənin mövcudluğu üçün millətlərarası və vətəndaş razılığının vacib şərtlərdən olduğunu bildirib.
Yeni prezidentlik dövründə V.Putinin ölkəni hansı istiqamətdə aparacağı və hansı siyasi-ideoloji , iqtisadi xətt yürüdəcəyi Rusiyanın bir dövlət kimi gələcək varlığını müəyyənləşdirməlidir.
Milli respublikalarda milli və dini strateqiya (Şimali Qafqaz), ölkənin rusların əksəriyyət təşkil etdiyi bölgələrdə isə daha çox iqtisadi -sosial strateqiyanın üstünə gedilməsi planı həyata keçirilir. Birinci halda isə milli –dini məsələ ilə yanaşı iqtisadi-sosial vəziyyətin yaxşılaşması da aparıcı xətt kimi nəzərdə tutulur.
Moskva milli respublikalarda(Şimali Qafqaz) iqtisadi-sosial durumu yaşılaşdırıldığı halda
onların müstəqillik arzularının genişləcəyi təhlükəsi böyüyür. Bu arada bölgələrədə başçıların seçilməsi məsələsinə yenidən baxılır. Son illər bölgələrdə qubernator və prezidentlərin seçkili olması ləğv olunaraq dövlət başçısı tərəfindən təyin olunurdu. Putin demokratikləşmə prosesini inkişaf etdirmənin önəmindən danışarkən, bölgələrdə, o cümlədən milli respublikalarda partiyaların yaranmasının mümkün olmadığıını qeyd edib. Bunun separatizmə getdiyini bildirib.
O, həmçinin seçkilərə separatçı və millətçi şüarlarla gedən, bu tip dairələrdən dəstək alanların seçkilərdən həmən uzaqlaşdırılmasının vacibliyini də qeyd edib.
Bundan əlavə, məqalədə ölkədə 90-cı illərdə başlamış vətəndaş savaşı təhlükəsinin aradan qalxmadığını qeyd edilməsi və bununla da milli respubikalarda, xüsusilə Şimali Qafqazda etnik zəmində qarşıdurmaların və mərkəzdən ayrılmaq niyyətli hərəkatların yenidən cücərməsinə işarə edir. Ümumiyyətlə, Avropada son dönəmlər millətçiliyin yüksəlməsi tendensiyası, Türkiyədə kürd radikal millətçilərinin parlamentdə yer alması, Abxaziya və Güney Osetiyanın Gürcüstandan fatkiki olaraq ayrılması müstəqillik ideyası və dövlətçilik iddiaları yüksək olan Şimali Qafqaz xalqları arasında separatizmin güclənməsi təhddini gücləndirir.
V.Putinin vətəndaş millətçiliyi, yaxud siyasi millətçiliyin dövlət ideologiyası müstəvisində gücləndirilməsini və genişləndirilməsini nəzərdə tutduğunu da söyləmək olar.
Ekspertlərin fikrincə söylənilən məqaləsində V.Putin millətçiliyi dövlətçiliyin qorunmasında təhlükəli amil kimi dəyrələndirsə də « rusiyalılar» deyil, «Ruslar» terminini işlədib.
Amma etnoqrafların fikrincə bu iki ifadənin hər biri vətəndaş millətini nəzərdə tutur.
Bunu Türkiyə nümunəsi ilə müqayisə etmək olar – «türkiyəli» və «türk» V.Putinin də
«ruslar» ifadəsini vətəndaş milləti mənasında işlətdiyni demək olar. Bununla yanaşı bu söz oyunudur- çünki bu halda o, rus millətçilərini də məmnun etməlidir. Bu səbəbdən də Putin diqqəti rusların Rus dövlətinin mövcudluğu zamanından «dövlətqurucu» xalq olduğuna yönəldir və bununla radikal rus millətçilərini razı salmağa çalışır. Rus millətçiləri, xüsusilə də radikal millətçilər Avropada olduğu kimi iqtidara gəlmək gücündə olmasa da, ara-sıra Rusiyanın bu ya digər bölgəsində, Moskva və Sankt -Peterburq kimi böyük şəhərlərdə etnik zəmində toqquşmalar yaratması etnik respublikaların dövlətə qarşı etibarsızlığın artması, vətəndaşın özünü dövlətində təhlükəsiz hiss etməməsi və özünü qorumaq üçün islamçılara doğru yönəlməsi, separatizmin xaricdən və daxildən dəstək alaraq aktivləşməsinə gətirə bilər.
Putin Sovet sistemi dağılandan sonra SSRİ-dən ayrılan cümhuriyyətlərin əslində XVIII əsrdə yaranmış Rusiya dövlətinin parçaları olduğunu da qeyd edir və bununla da imperiya iddialarının rusların şüuraltı kodunda qorunub saxlanıldığını və Rusiyanın qonşuları, özəlliklə keçmiş sovetlər birliyinə daxil olan hazırda müstəqil dövlətlərlə münasibətində bu çərçivədən çıxış etdiyini bir daha təsdiqləyir. Bu, həmçinin V.Putinin yeni prezidentlik dövründə yaxın qonşuları və partnyorları ilə münasibətlərində bu müstəvidə dəyişiklər edəcəyini, dahə dəqiq desək Rus dövlətçiliyini qorumaq və gücləndirmək məqsədilə daha sərt xarici siyasət yürütdüyünü təsdiqləyir.
Sərt siyasət Şimali Qafqazdakı milli siyasətdə də özünü göstərir. Bu ilk növbədə bölgədə xristian elementinin gücləndirilməsi, millətçiliyin açıq-aşkar təzahür etdiyi xalqlarla qonşu xalqlar arasında mili qarşıdurmanın yaradılması, yerlərdə rus məmurların sayının artırılması, bununla yanaşı bölgədə iqtisadi –sosial inkişafa da yer verilir.
Şimali Qafqazda millətçiliyi ilə fərqlənən Çeçenistan və çərkəzlərə xüsusi diqqət ayrılır.
V.Putin federal qurumlar tərkibində milli inkişaf, mllətlərarası ünsiyyət kimi məsələləri kontrol edəcək bir qurumun yaradılmasına ehtiyac olduğunu da qeyd edib. Hazırda bu məsələ regional inkişaf nazirliyinin kontrolundadır. Beləliklə , Putin milli məsələni bölgə siyasəti çərçivəsindən çıxarıb ümumdövlət siyasəti müstəvisinə qaldırır, bununla da milli məsələni dövlət təhlükəsizliyi-milli təhlükəsizlik statusunda yanaşmaq və milli siyasət strateqiyasını yaratmağı ön görür . Özünün də söylədiyi kimi «Rusiyaya vətəndaş vətənpərvərliyinə əsaslanan milli siyasət strateciyasının yaranmasına ehtiyac var».
По данной теме есть следующие сообщения
- Azərbaycanda milli və dini azlıqların sosial-mədəni inkişafı
- UNESCO tədqiqatçı alim Corc Papanikolaunun (1883-1962) ölümünün 50-ci ildönümünü qeyd edir
- Gürcüstan azərbaycanlıları seçkili orqanlarda daha çox təmsil olunmalıdır
- İranın öz marağı var, Azərbaycanın öz marağı
- Azərbaycan və ermənilər arasında buz əriməyə başlayacaq
- Azərbaycan müxalifəti özünü mətbuata göstərir
- Qərb Azərbaycanda dindarlarla manipulyasiyaya çalışır
Milli siyasət
Milli.AZ
- “Alın tərimlə pul qazanıram, haqqımda başqa şey danışırsa. ” – Cazibədar Günel əsəbləşdi – FOTO
- Bu şəxslərə BÖYÜK MÜJDƏ: Bayrama görə 200 MANAT PUL ALACAQLAR
- Zaur: Atam biznesmen olub, elə-belə ailədən çıxmamışam – FOTO
- “Bacım dedi, bu oğlana ərə getməlisən” – FOTO
- “Bakcell”dən rəqəmsal yeniliklər!
- Galaxy S23 Ultra 7 Avropa İttifaqı İstehlakçılar Assosiasiyası arasında № 1 oldu
- Nənəsi vəfatından əvvəl Mahir Emrelini məhkəməyə veribmiş – SƏBƏB
- Elza: “Ərsizlik dərdimi məndən çox el çəkir“ – VİDEO
- Zaurun bu hərəkəti Mətanəti ağlatdı – VİDEO
- “Günümə 6000 manat verirdilər”
- 57 yaşlı Xalq artisti idman etdiyi anları paylaşdı – FOTO
- Şehiçlə Muslera arasında qalmaqal – VİDEO
- Azərbaycanda tanınmış fotoqraf vəfat etdi – FOTO
- Qadın müdirin ifşası yayıldı – Evli idi. – VİDEO
- Deputatlar oruc tutacaqlar? – “Ramazan ayı nə vaxt başlayır ki?” – SORĞU
- Piyadanı vurub qaçan bloqer Səbinə Kətanovaya HÖKM OXUNDU
Siyasət
Britaniya Qazaxıstana Azərbaycandan keçən neft ixracına kömək edəcək
Çanaqqalada Azərbaycan şəhidlərinin xatirə abidəsi ucaldılıb
Ekoaksiya: Sülhməramlıların 13 avtomobili ərazidən maneəsiz keçib
Suqovuşan qəsəbəsində yeni yaşayış məhəlləsinin təməli qoyulub – FOTO
Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısında dəyişiklik edildi
Türkiyə ilə bağlı bu Anlaşma Memorandumu təsdiqləndi
Türkiyə ilə tikinti işləri sahəsində əməkdaşlığa dair protokol təsdiq edilib
Makron “zibillər hökmdarı”na çevrilir
İlham Əliyev: Doğma Qarabağda, doğma Zəngəzurda əbədi yaşayacağıq
Prezident: İkinci Qarabağ müharibəsinin nəticələrini heç kim yaddan çıxarmasın
İlham Əliyevdən xəbərdarlıq: Bizə qarşı heç bir çirkin plan həyata keçməyəcək
Prezident Ermənistanın 29 min kvadratkilometr ərazidə rahat yaşaması üçün şərti açıqladı
Prezident: Bu gün biz azad edilmiş bütün torpaqlarda qurub-yaradırıq
İlham Əliyev: Talış kəndinə 20 ailə qayıdıb və 180-ə yaxın ailə qayıdacaq
“Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistan rəhbərliyi bu gün nə deyir?
Prezident: Bizə qarşı hər bir çirkin plana güclü iradəmiz, müzəffər Ordumuz cavab verəcək
“Bəzi ölkələrdə Azərbaycanın daxili işləri ilə bağlı konfranslar təşkil edilir”
Prezident: Erməni havadarları bizə qarşı informasiya müharibəsi elan ediblər
İlham Əliyev: İşğal dövründə Ermənistanla əməkdaşlığa başlamaq üçün nə qədər səylər göstərilib
Prezident: Ermənistan rəhbərliyini çirkin əməllərdən çəkindirmək üçün xəbərdar edirik
- 17 Mart 22:14 3 225 Bakıda DƏHŞƏT: Qız polisə müraciət edərək bildirib ki, evində.
- 00:01 3 011 Günün qoroskopu: şərait dəyişir, sizdən səbr və məntiq, həyata fəlsəfi baxış tələb olunur
- 08:39 2 980 Piyadanı vurub qaçan bloqer Səbinə Kətanovaya HÖKM OXUNDU
- 00:02 2 696 Səbuhi Xanlarov HƏBSDƏN ÇIXDI: “Bir də “TikTok”a girməyəcəm” – VİDEO
- 12:10 2 680 “Günümə 6000 manat verirdilər”
- 10:10 2 429 Günel illər sonra Bakıya gəldi – VİDEO – FOTO
- 07:59 2 273 Məşhur aktyor evində ölü tapıldı – FOTO
- 14 Mart 23:53 13 800 Bakıda rəzillik: İşə götürdüyü ailəli qadını EVİNƏ APARDI – Əri zəng edəndə.
- 17 Mart 14:20 10 558 Fədayənin sevgilisi olmuş “Qoca” ləqəbli avtoritetin ŞOK KADRLARI YAYILDI – VİDEO
- 14 Mart 14:27 10 282 Bu ayın bütün müavinət, təqaüd, ünvanlı yardımları BU TARİXDƏ tam ödənəcək
- 17 Mart 09:14 10 156 Nazilə yad kişinin ona aldığı bahalı avtomobildən İMTİNA ETDİ: Mənə maşın göndərən. – FOTO
- 16 Mart 01:22 10 051 Ən zəhmətkeş bürclər
- 14 Mart 22:32 9 759 Aprel ayında pula pul deməyəcək bürclər – Onlar HANSILARDIR?
- 15 Mart 01:22 7 748 Dostluğu bacarmayan bürclər
- 16 Mart 21:20 Dünyanın ən böyük dodaqlı qızı danışdı: Daha da böyüdəcəyəm – FOTO
- 16 Mart 09:22 Türkiyə helikopteri İraqda qəzaya uğrayıb?
- 16 Mart 22:32 “Qarabağ” üçün məsləhət gördülər – Şuaybu, Oduva, Bayramov.
- 09:10 İƏT XİN Şurası Azərbaycanın irəli sürdüyü 5 qətnaməni qəbul edib
- 16 Mart 21:36 Afrikada vəba yayılır – 68 min yoluxma
- 16 Mart 08:37 Gənc oğlan sevdiyi qızı paytaxta gətirdi, cinsi əlaqədə oldu, sonra.
- 16 Mart 22:42 Ermənistanın ən məşhur generallarından biri HƏBS EDİLDİ
TOP VIDEO
- 16:58 Qaz limitinin aradan qaldırılması təklif edildi – VİDEO
- 16:34 Damcılı suvarma sistemləri neçəyə başa gəlir? – VİDEO
- 15:58 Türkiyədə “Supercell” fırtınası – anbaan VİDEO
SORĞU
Copyright © 2023 Milli.Az
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Global site tag (gtag.js) – Google Analytics
Comments are closed, but trackbacks and pingbacks are open.