Milli təhlükəsizlik konsepsiyası
1991-ci ildə SSRİ-nin süqutu ilə 70 ildən sonra öz müstəqilliyini tam bərpa etmiş Azərbaycan qarşısında onun çoxəsrlik tarixində həm regionun özündə, həm də onun ətrafında mürəkkəb hərbi-siyasi proseslərlə boyanan yeni səhifə açılmış oldu. Lakin hətta XX əsrin sonunda baş vermiş geosiyasi sarsıntılar və XXI əsrdə müşahidə olunan dinamik dəyişikliklər, Ermənistanın 1918-1920-ci illərin məlum hadisələrindən sonra Azərbaycana qarşı növbəti, ikinci aqressiv siyasəti şəraitində belə Odlar Yurdu çox qısa bir tarixi müddətdə (20 ildən bir az artıq) millətlər birliyinə üzvi şəkildə daxil olmuş və özünün artmaqda olan iqtisadi və müdafiə potensialına görə Cənubi Qafqazda regional liderə çevrilməklə beynəlxalq nüfuz qazanmışdır.
Milli təhlükəsizlik konsepsiyası
Siyasətdə milli maraqların təmin edilməsi şərti ilə qonşu dövlətlərlə regional səviyyədə və bir çox aspektlərdə geniş əməkdaşlığın yaradılması və inkişaf etdirilməsi zəruri amilə çevrilir. Bu mənada hər bir dövlət bir sıra funksiyaları yerinə yetirir.
Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixində qəbul olunmuş “Milli təhlükəsizlik haqqında” qanununda qeyd edilir ki, “Azərbaycan Respublikasının milli təhlükəsizliyi – dövlətin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, konstitusiya quruluşunun, xalqın və ölkənin milli maraqlarının, insanın, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin daxili və xarici təhdidlərdən qorunmasının təmin edilməsidir” Bu qanunda ilk dəfə olaraq dövlətin milli təhlükəsizliyi anlayışının tərifi verilmiş, təhdidlər, milli maraqlar, prinsiplər, obyektlər, həm də milli təhlükəsizliyin əsas istiqamətləri göstərilmişdir. Qanun milli təhlükəsizliklə bağlı bir çox problemlərə aydınlıq gətirdi. Bütovlükdə milli təhlükəsizlik siyasətinin hüquqi əsaslarının yaradılması bu sahədə daha konkret fəaliyyət istiqamətlərini müəyyən etdi.
Müstəqillik əldə ediləndən sonra Azərbaycan müasir demokratik dövlətin qurulması və müasir tələblərə cavab verən xarici və daxili siyasətin həyata keçirməsi kimi fundamental problemlər ilə rastlaşdı. Azərbaycanın milli maraqlarının formalaşmasına və reallaşdırmasına imkan yaradan və praktik və nəzəri əhəmiyyət kəsb edən amillərin üzə çıxardılması lazımdır. Milli amillərin düzgün təyin edilməsi həm xarici, həm də daxili siyasətdə optimal kursunun qurulmasına imkan verir. Dünya təcrübəsi inandırıcı şəkildə onu göstəririr ki, dövlətin milli maraqlarının müdafiəsi üzrə təsirli sistemin yaradılması olmadan onun müstəqilliyini və azadlığı təmin etmək mümkün deyil. Milli maraqların reallaşdırması və onların təminatı, onların etibarlı müdafiəsi siyasi, hərbi, iqtisadi, elmi-texniki, mənəvi-psixoloji və s. əsaslarının formalaşmasını tələb edir.
Azərbaycanın milli müstəqilliyi strategiyası Azərbaycan cəmiyyətinin daimi maraqlarının müdafiəsi məqsədi ilə bu sferada real və proqnozlaşdırılan tendensiyaları idarə edilməsi barədə ideyalardan ibarətdir.
Təhlükəsizlik sistemi funksional olaraq cəmiyyət üzvlərinin maraqlarının müdafiəsi və təhdidlərin qarşısının alınması üzrə müəyyən məsələləri yerinə yetirir. Təhlükəsizlik sisteminin strukturuna daxil olan təşkilatlar müəyyən gücə malikdir, bununla da təhlükəli presedentlərin qarşısı alınır. Məlum olduğu kimi təhlükəsizlik sisteminin əsas məqsədi şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarının müdafiəsidir.
Təhlükəsizlik sistemində ölçülər real, obyektiv vəziyyəti nəzərə alaraq tətbiq edilir. Buradan aydın olur ki, abstrakt, utopik anlayışlar təhlükəsizlik sistemindən uzaqdır. Çünki onlar əsas məsələləri yerinə yetirmək qadirində deyil. Azərbaycan Respublikasının indiki siyasəti siyasi birliyin və ərazi bütövlüyünün təminatından, bununla da Qarabağ münaqişəsinin həllindən ibarətdir. Əlbəttə, milli təhlükəsizliyin təminatında aparıcı ideyanın anlamaması göstərilən problemlər barəsində təhdidlərin artımına gətirib çıxara bilər.
Milli təhlükəsizliyin reallaşdırması o halda müvəffəqiyyətli olar ki, nə vaxt insanların siyasi fəallığı, onların siyasi mövqeyi aydın müəyyən ediləcək. Passivlik, laqeydlik, problemdən qaçış təhdid problemini gücləndirir. Bununla bağlı milli təhlükəsizliyin təminatı sahəsində dövlət siyasəti həmçinin ondan ibarətdir ki, hər bir insanda fəal vətəndaş mövqeyini formalaşdırsın. Belə mövqeyin əsas məzmunu zəruri olduqda, vətəni müdafiə edə bilmək, öz maraqlarını milli maraqlarla uzlaşdırmaq, öz ölkəsinə qarşı törədilən fitnəkar hərəkətlərə mümkün qədər mane olmaqdan ibarətdir. Azərbaycan Respublikasının həyata keçirdiyi regional və beynəlxalq səviyyədə təhlükəsizliyin təmin edilməsinə, siyasi proseslərin gedişindən asılı olmayaraq, ölkənin müstəqilliyinin qorunub saxlanılması ilə konsepsiya təsdiq edilmişdir. Konsepsiyada təhlükə mənbəyi kimi terrorizmə xüsusi diqqət ayrılıb.
Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının 2007-ci ildə qəbul edilmiş milli təhlükəsizlik konsepsiyasında təhlükəsizliyin müxtəlif və çoxsaylı aspektləri açıqlanır, dövlətin iqtisadi, sosial, ekoloji, hərbi, sərhəd, informasiya təhlükəsizliyi və əhalinin sağlamlıq və istehsal təhlükəsizliyi haqqında məsələ qoyulur. Konsepsiyada hakimiyyət və yerli idarəetmə orqanları daxili təhlükəsizlik subyektləri, dünya birliyi və qlobal, regional və subregional səviyyələrdə fəaliyyət göstərən müxtəlif dövlətlərarası təşkilatlar isə xarici təhlükəsizlik subyektləri kimi qəbul edilir. Burada milli təhlükəsizlik dedikdə, dövlətin regional və beynəlxalq təhlükəsizliyi, daha sonra isə şəxsiyyət və cəmiyyətin təhlükəsizliyi nəzərdə tutulur. Konsepsiyada “təhlükəsizlik mühiti”, “milli maraqlar” və s. anlayışlara açıqlama verilir.
Müasir siyasi reallıqları nəzərə alaraq, beynəlxalq və daxili vəziyyət baxımından Azərbaycanın həyati əhəmiyyətli hədəfləri və maraqlarını aşağıdakı qaydada müəyyən etmək olar:
1. əksər əhalinin maraqları naminə demokratik islahatların keçirilməsi, hüquqi və sosial dövlətin yaradılması;
2. suverenliyinin, müstəqilliyin, ölkənin ərazi bütövlüyünün müdafiəsi, Qarabağ münaqişəsinin həlli;
3. əhalinin yüksək həyat səviyyəsini təmin etmək üçün rəqabətə davamlı iqtisadiyyatın inkişafı üçün şəraitin yaradılması;
4. dəniz sərhədlərinin mövcudluğu güclü və səmərəli hərbi dəniz qüvvələrlərinin ehtiyacını əsaslandırır;
5. hərbi təhdidlərə və hücumlara qarşı tab gətirmək qabiliyyətinin daimi təminatı;
6. Azərbaycanın milli maraqlarla bağlı haqqının azad fəaliyyəti seçimi üzrə imkanının olması;
9. öz fəaliyyəti ilə Azərbaycan üçün faydalı olan demokratik, çoxqütblü beynəlxalq münasibətlərini dəstəkləmək.
Azərbaycanın milli maraqlarında geosiyasi maraqlar əhəmiyyətli rol oynayır. Azərbaycan özünəməxsus əlverişli coğrafi mövqeyə malik olaraq Qərbin və Şərqin arasında yerləşib. Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyanın geniş sərvətləri Avropa ölkələrinə yönəlir. Həmçinin məlumdur ki, Xəzər dənizinin Azərbaycan sektorunda neftin və qazın zəngin yataqları aşkar edilmişdir.
Hər bir ölkənin milli maraqları əhəmiyyətinə görə iki qrupa ayrılır: həyati vacib maraqlar, dəyişkən maraqlar. Həyati vacib maraqlar milli strateji maraqlardır. Buraya qlobal və regional səviyyədə ölkənin milli təhlükəsizliyinin təmin edilməsi, ərazi, sosial-iqtisadi, milli-tarixi, mədəni-mənəvi bütövlüyün və s. qorunması daxildir. Bunların təmin edilməsi üçün diplomatik, iqtisadi, mədəni əlaqələrdən və hətta lazım gələrsə hərbi gücdən istifadə olunur. Bu maraqlar guzəşt və sövdələşmə predmetinə çevrilə bilməz. Belə maraqlarda dəyişikliklər o zaman baş tuta bilər ki, beybəlxalq aləmdə və ölkə daxilində köklü dəyişikliklər baş versin. ( 7s.44,45)
Azərbaycanın siyasi təhlükəsizliyinin təminatı milli təhlükəsizlik siyasətinin aparıcı tərəfini təşkil edir. Siyasi sferada ölkənin milli təhlükəsizliyinin təminatı faktiki olaraq, xalqın yaratdığı siyasi təşkilatlar tərəfindən dövlət idarəçiliyi məsələlərinin sərbəst həlli imkanlarının təmin edilməsi, insan və cəmiyyətin maraqları naminə daxili və xarici suveren siyasətinin həyata keçirməsi yolu ilə öz həllini tapır.
Təhlükəsizlik konsepsiyasında Azərbaycan Respublikasının Milli Maraqları dedikdə:
dövlətin müstəqilliyinin və ərazi bütövlüyünün qorunması, onun beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının təmin edilməsi; Azərbaycan xalqının vahidliyinin qorunub saxlanılması, azərbaycançılıq ideyasının təşviqi; vətəndaş cəmiyyətinin formalaşdırılması, insan hüquq və azadlıqlarının təmin olunması; demokratik və vətəndaş cəmiyyəti təsisatlarının inkişafı, qanunun aliliyi və s. aiddir. [1].
Qeyd etmək lazımdır ki, dövlətin milli təhlükəsizlik siyasətini əks etdirən bu konsepsiya Azərbaycan dövlətinin beynəlxalq və regional siyasi fəaliyyətinin əsaslarını təşkil edir. Onu da deyə bilərik ki, əslində dövlətin siyasi fəaliyyəti geostrateji siyasətin mühüm istiqamətlərindəndir. Geostrateji siyasət dövlətin beynəlxalq və regional təhlükəsizliyinin, o cümlədən milli maraqlarının qorunması ilə sıx bağlıdır və bu siyasət həm də dövlətin ümumi inkişaf səviyyəsini müəyyən edir. Geostrateji siyasətin həyata keçirilməsinə yönələn bir sıra qarşılıqlı əlaqəli amillər sırasında aşağıdakıları qeyd etmək olar: ekoloji təhlükəsizlik amili, demoqrafik təhlükəsizlik amili və s. göstərmək olar.
Professor Əli Həsənov qeyd etmişdi:Ümummilli lider Heydər Əliyevin Azərbaycanın gələcək müstəqil milli inkişafı ilə bağlı siyasi dünyagörüşü və konseptual yanaşması ilk dəfə hələ SSRİ dağılmamışdan qabaq – 1991-ci ilin əvvəllərində Azərbaycan parlamentinin tribunasından səsləndirdiyi fikirlərdə öz əksini tapmışdır. Azərbaycanın yeni şəraitdə inkişafı ilə bağlı onun həmin dövrdə parlament müzakirələrində səsləndirdiyi fikirlər, təklif və mülahizələr, mütəxəssislərin fikrincə, müstəqilliyə doğru uzanan yolda rastlaşılan yeganə rasional, praqmatik və uzaqgörən fəaliyyət nümunəsi idi. (4 s.25,26)
Heydər Əliyevin milli inkişaf siyasətinin əsasında hüquqi dövlət, demokratik inkişaf və siyasi plüralizmə əsaslanan cəmiyyətin yaradılması dayanırdı. Bu istiqamətdə 1993-cü ildən həyata keçirilən tədbirlər, atılan ən mühüm addımlar – milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması, azad, plüralist cəmiyyət quruculuğu, qeyri-hökümət strukturlarının və müstəqil mətbuatın yaradılması ilə bağlı görülən çoxsaylı işlər, 1995-ci ildə demokratik normaları özündə əks etdirən yeni Konstitusiyanın qəbulu, çoxpartiyalı sistemin bərqərar olması, onun əsasında ilk parlament seçkilərinin keçirilməsi və demokratik parlamentin yaradılması, mətbuat və informasiya üzərindən bütün dövlət tənzimləyici mexanizmlərinin yığışdırılması və senzuranın ləğvi və s. həm milli inkişafı sürətləndirdi, həm də ölkənin dünyadakı demokratik imicini formalaşdıraraq, beynəlxalq ictimaiyyəti onunla daha geniş əməkdaşlığa ruhlandırdı. Hüquqi dövlət quruculuğu istiqamətində reallaşdırılan məqsədyönlü siyasət bir neçə il ərzində ölkənin ictimai-siyasi, iqtisadi, mənəvi-ideoloji və sosial həyatını kökündən dəyişdi, vətəndaş cəmiyyəti institutlarının yaradılması və inkişafına təkan verdi, ölkədaxili münasibətləri Avropa standartlarına uyğunlaşdırdı ki, buda 2001-ci ildə Azərbaycanın Avropa Şurasına daxil olması, Avropa Birliyi ilə tərəfdaşlıq münasibətləri yaratması, dünyanın demokratik təsisatlarına inteqrasiyası və s. ilə nəticələndi. ( 4 s.27,28)
Azərbaycanın Avratlantik strukturlara inteqrasiyası barədə ölkə Prezidenti parlamentdəki çıxışında demişdir:
“Bizim Avratlantik strukturları ilə əməkdaşlığımız çox səmərəli və müsbətdir. Bu istiqamətə böyük diqqət göstərilir və xarici siyasətimizin bu istiqaməti növbəti illərdə daha da güclənməlidir. Avropa İttifaqı ilə əlaqlər yüksək səviyyədədir. Azərbaycan beş ildir Avropa Şurasının üzvüdür və Avropa Şurası ilə artıq çox gözəl əməkdaşlıq edir” (3.s.172)
Bu siyasət bütün keçid dövrü ərzində imperiya və sosializm sistemindən azad olaraq müstəqillik yolu tutmuş, lakin region və dünya güclərinin üst-üstə düşməyən, kəsişən maraqları ilə üz-üzə qalmış, getdikcə qloballaşan dünyada öz yerini axtaran, milli maraqlarını və təhlükəsizliyini qorumağa çalışan gənc Azərbaycan dövləti üçün praktiki fəaliyyət proqramına çevrilmişdir. ( 4 s.29)
XX əsrdə böyük dövlətlər Cənubi Qafqaz regionuna bu müdaxilənin əsas məqsədlərini gizlətmək üçün Azərbaycanda vətəndaş müharibəsinin baş verməsinə və əhlinin əsas diqqətinin Dağlıq Qarabağ münaqişəsindən yayındırılmasına çalışırdılar. 1993-cü il 15 iyunda ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkədə sosial gərginliyə, qarşıdurmaya və müharibəyə son qoyudu, 1994-cü ildə müharibə bölgəsində atəşkəsin elan edilməsi Azərbaycan torpaqlarının növbəti işğalının qarşısını aldı. Azərbaycanda dövlət idarəçiliyinin və inişafının yeni əsasları formalaşdırılmağa başlandı. Regionda sülh və sabitliyin təmin edilməsi istiqamətində əsaslı addım atılmış oldu.
Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra suveren mövcudluğunun təhlükəsizliyinə nail olmaq üçün bir çox beynəlxalq təşkilatlara və ilk növbədə BMT-yə və dünya dövlətlərinə müraciət etdi. Həmin müraciətdə demokratiya, azadlıq və bərabərlik prinsiplərinin respublikanın əsas strateji yolu olduğu göstərilirdi. 1992-ci ilin martında Azərbaycan BMT-yə üzv qəbul edildi.
XX əsrin 90-cı illərindən müstəqillik qazanan post-sovet məkanı ölkələri milli maraqlara zərər vurmadan öz regional və beynəlxalq təhlükəsizliklərini təmin etmək məqsədilə mövcud və yeni yaranan beynəlxalq ittifaqlara daxil olmağa çalışırdılar. Bu dövrdə müstəqillik əldə edərək yeni respublika yaradan Azərbaycan dövləti ilk növbədə Aİ, BMT və ATƏT kimi təşkilatlara daxil olmağa çalışırdı. Bu təşkilatlara daxil olmanın əsas məqsədi Azərbaycanın təhlükəsizlik sahəsində iki əsas probleminin həlli ilə bağlı olmudur: Dağlıq Qarabağ münaqişəsi və daxili terrorizm təhlükəsi. Onu da qeyd etmək lazımdır ki, Dağlıq Qarabağ münaqişəsi uzun illərdir ki, Cənubi Qafqaz regionunda təhlükəsizliyin təmin edilməsinə əsas maneə olaraq qalır [9 s.247].
ATƏT beynəlxalq hüquqdan doğan 10 təhlükəsizlik prinsipi müəyyənləşdirmişdir ki, bunların da hamısı Ermənistan tərəfindən pozulmuşdur. Həmin prinsiplər aşağıdakılardır:
1. Suverenliyə hörmət; silahlı qüvvələrdən istifadə etməmək; sərhədlərin toxunulmazlığı; dövlətlərin ərazi bütövlüyü; mübahisələrin dinc yolla həlli; bir-birinin daxili işlərinə qarışmamaq; insan hüquq və azadlıqlarına hörmət etmək; millətlərin bərabərliyi və xalqların öz müqəddəratını təyinetmə hüququna hörmət; dövlətlər arasında əməkdaşlıq; beynəlxalq hüquqa dair öhdəliklərin vicdanla yerinə yetirilməsi [2, s.23-29].
Ölkənin təhlükəsizliyinin əsaslarının olunması və lazımi səviyyədə təşkili, onun təhlükəsizlik çərçivəsinin, geosiyasi kodunun yaradılması və milli təhlükəsizlik siyasətinin həyata keçirilməsi kimi mühüm dövlət vəzifələrinin həlli yenicə müstəqillik qazanmış və milli təhlükəsizlik sistemi hələ kifayət qədər möhkəmlənməmiş bir dövlət üçün düşünüldüyü kimi də asan iş deyildi. (4 s.52)
Məlumdur ki, müasir dövrdə bütün dünyada miqrasiya prosesinin genişlənməsinin, qaçqınlar və məcburi köçkünlər probleminin genişlənməsinin əsas səbəblərindən biri müharibə və münaqişələrlə bağlıdır ki, bu da ölkənin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı ciddi təhdidlərin yaranmasına səbəb olur. Bu prosesin tənzimlənməsi rasional funksiyalaşan vahid miqrasiyaya nəzarət sisteminin yaradılmasını, həmçinin qeyri-qanuni miqrasiyanın qarşısının alınması üçün qanunvericiliyin təkmilləşdirilməsini, həmsərhəd dövlətlərlə razılaşmalar prosesinin fəallaşdırılmasını və bu istiqamətdə qarşılıqlı vəzifə və məsuliyyətləri nəzərə alan uyğun müqavilələrin bağlanmasını, həmçinin regional və beynəlxalq əməkdaşlığın, yəni əlaqəli miqrasiya siyasətinin realllaşdırılmasını, beynəlxalq təşkilatlar, xüsusilə də Beynəlxalq Miqrasiya Təşkilatı ilə əməkdaşlığın yaradılmasını və s. tələb edir [10].
Müstəqillik əldə etdikdən sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə üzləşən Azərbaycan Respublikası milli maraqların qorunması istiqamətində hərbi təhlükəsizlik siyasəti həyata keçirməyə başladı. Hərbi təhlükəsizlik dövlətin təhlükəsizlik siyasətinin tərkib hissəsi olub, hərbi qüvvələr və dövlətin müvafiq hakimiyyət orqanları tərəfindən həyata keçirilir. Hərbi təhlükəsizlik dövlətin müdafiə qüvvələrini dəstəkləyir və digər dövlətlərlə dostluq münasibətlərinin saxlanmasıına, hərbi münaqişələrin qarşısının alınmasına yönəlir. Hərbi təhlükəsizlik siyasəti dövlətin öz maraqlarını və suverenliyini müdafiə etmək, hərbi müdaxilələrə və digər təzyiq formalarına qarşı durmaq, vətəndaş müharibələrinin, etnik münaqişələrin qarşısını almaq hazırlığını və bacarıqlarını ehtiva edir.
Heydər Əliyev elə bir siyasi kursun əsasını qoydu ki, bu kurs Azərbaycan durduqca məmləkətimizin dövlətçilik konsepsiyası kimi yaşayacaq. Ən nəhayət, Heydər Əliyev Azərbaycana elə bir layiqli davamçı bəxş etdi ki, qurduğu dövlət və yaşamaq haqqı verdiyi millət bu gün ona – Prezident İlham Əliyevə alternativsiz inam, etimad ünvanı kimi yanaşır! (5)
İlham Əliyev prezidentliyə başladığı ilk gündən Heydər Əliyevin ənənələrini davam etdirərək, özünün əsas məqsədinə- Azərbaycanı inkişaf etmiş sabit iqtisadiyyata malik, ictimai münasibətlərdə demokratik prinsiplərin bərqərar olduğu müasir dövlətə çevirmək məqsədinə nail olmuşdur. Öz nəhəng inamlı addımlarıyla Azərbaycan siyasi səhnəsini titrədən İlham Əliyev faktoru Azərbaycanın sağlam qüvvələrini və rasional düşünən insanlarını sevindirdiyi qədər müxalifəti məyus edir. Və bu mövcudluq xalq arasında geniş nüfuza, Yeni Azərbaycan Partiyası kimi monolit siyasi gücə, yüksək intellektuala, kifayət qədər sanballı iqtisadi və siyasi təcrübəyə, qüdrətli və böyük Heydər Əliyev siyasi məktəbinə, şəffaf, sınanmış və şərəfli genetik keyfiyyətlərə söykənir. Bu güc qarşısında duruş gətirmək, bu keyfiyyətlər və onların verdikləri üstünlüklər qarşısında aciz qalmamaq mümkün deyildir. (3 s.200) Prezident İlham Əliyev qeyd edir ki: “Azərbaycanda siyasi islahatlar çox sürətlə aparılır. Bu da bizim prinsipial və düşünülmüş seçimimizdir. İqtisadi islahatlar və siyasi islahatlar ölkəmizin inkişafı üçün çox möhkəm zəmin yaradır. Biz bu iki amili bərabər, paralel şəkildə həyata keçiririk və bu gözəl zəmin əsasında güclü dövlət quruculuğu prosesi gedir”. Prezidentin yüksək diplomatik fəaliyyəti hərbi əməliyyatlarımızın gerçəkləşməsinə beynəlxalq hüquqi zəmin formalaşdırıb: düzgün iqtisadi siyasət Azərbaycanın bu savaşdan qalib çıxması üçün fövqəladə gücünü yaradıb; uğurlu hərbi islahatlar ordumuzun qüdrətini artıraraq, onu Qarabağı düşməndən tam təmizləyəcək səviyyəyə yüksəldib. Bu istiqamətlər Azərbaycanın iqtisadi-siyasi-hərbi gücünü müəyyənləşdirən əsas amillər, onun qələbəsinin labüdlüyünü şərtləndirən mühüm məqamlardır.(6)
Bu gün Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı iqtisadi islahatların və quruculuq işlərinin ideya-siyasi təməllərinin elmi-fəlsəfi tədqiqinə böyük ehtiyac var. Heç bir uğur təsadüfi qazanılmır. İndiki müvəffəqiyyətlərimiz məhz Heydər Əliyevin uzaqgörən siyasətinin bəhrələridir. Ona görə Azərbaycanda müasir dövlət quruculuğunun fəlsəfi əsaslarının öyrənilməsi vətəndaş cəmiyyətinə keçidin başlıca tendensiyalarını müəyyənləşdirmək üçün çox vacibdir.(8 s.128)
Azərbaycan Respublikasının əsas inkişaf prioritetləri ilk növbədə onun milli təhlükəsizliyinin və milli maraqlarının formalaşması, təmin olunması ilə bağlıdır. Ölkələrin milli inkişaf tələbləri onların daxili və xarici siyasətini – dövlətin suverenliyinin və milli təhlükəsizliyinin təmin olunmasını və s. vəzifələrin həyata keçirilməsini tələb edir. Cəmiyyətdə cərəyan edən sosial proseslər göstərir ki, burada inkişaf ümumsivilizasiya inkişafının məcrası baxımından doğru seçilib istiqamətləndirilir, burada həm də milli maraqlar, dövlətin təhlükəsizliyi üstünlüyü təmin olunur.
Açar sözlər: təhlükəsizlik, milli təhlükəsizlik, beynəlxalq təhlükəsizlik, milli maraqlar, Dağlıq Qarabağ münaqişəsi
Ədəbiyyat siyahısı:
1. Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası. www.mdi.gov.az/files/. /Milli_tahlukasizlik_konsepsiyasi.do.
2. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident Kitabxanası. Files .preslib. az/projects /azerbaijan /gl8.pdf
3. Heydər Əliyev Müasir Azərbaycan Parlamentinin banisidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları və Milli Məclisdə Çıxışları. Azərbaycan Respublikası Milli Məclisin Nəşri, Bakı-2008.
4. Həsənov, Ə. Azərbaycan Respublikasının milli inkişaf və təhlükəsizlik siyasəti. Bakı, “Letterpress” nəşriyyat evi, 2011.
5. Hüseynli, İ. Azərbaycanın özü qədər əbədi//Azərbaycan qəzeti, 11may2016-cı il
6. Hüseynli,İ, İlham Əliyev düşmənin bütün hərbi hədəflərinin məhv olunacağını Lələtəpədən bəyan etdi// Azərbaycan qəzeti 15 noyabr 2016-cı il
7. Qasımov, C. ,Nağıyev, N. Milli təhlükəsizliyin əsasları. MTN Maddi texniki Təminat Baş idarəsinin nəşriyyat –poliqrafiya mərkəzi.Bakı-2015, 408 s.
8. Mehdiyev, R. Yeni siyasət: İnkişafa doğru. II cild, Bakı: “Oskar” NPM-nin mətbəəsi, 2008
9. Müasir Azərbaycan dövrün baxışında: 1-ci cild Bakı,2011,Azərbaycan qəzetinin redaksiyası, buraxılışa məsul Bəxtiyar Sadıqov.
10. Фененко Ю.В. Миграция и безопасность в России [Электронный ресурс] // 26.01.2008. -:www.c-society.ru; www.viperson.ru.
Г.Меликли
Преподаватель кафедры политологии и социологии,
Старший научный сотрудник отдела «Наследие Гейдара Алиева и философия азербайджанства» Института философии НАНА, диссертант по подготовки доктора наук, доктор философии по политологии.
РЕЗЮМЕ
Критерии безопасности каждого государства связан с установлением отношений, которые не будут подрывать его национальные интересы в системе региональных и международных отношений. Если внутренняя безопасность страны во многом зависит от политического компромисса властных отношений с правительством, а также от установления особых властных отношений с различными сегментами и благосостояния населения, то внешняя безопасность напрямую связана с политической и экономической властью страны.
Ключевые слова: безопасность, международная безопасность, региональная безопасность, национальные интересы, Нагорно-Карабахский конфликт
G.Melikli
Lecturer, Department of Political Science
and Sociology,
Senior Researcher of the Department of
Heritage of Heydar Aliyev and the Philosophy of Azerbaijanism of the Institute of Philosophy
of ANAS, Ph.D. candidate for political science
SUMMARY
Criteria of safety of each state it is connected with establishment of the relations which won’t undermine his national interests in the system of the regional and international relations. If internal security of the country in many respects depends on a political compromise of the imperious relations with the government and also on establishment of the special imperious relations with various segments and welfare of the population, then external safety is directly connected with the political and economic authority of the country.
Keywords: security, international security, regional security, national interests, the Nagorno-Karabakh conflict.
NEWTIMES
Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası 1918-1920-ci il hökumət bəyannamələrində
Siz buradasınız: Əsas səhifə »» Ekspertlər »»
0 şərh Yazı aralığı+- A Font Ölçüsü+- Çap
31458
Yazı aralığı+- A Font Ölçüsü+- Çap
Pərvin Darabadi pdarabadi@mail.ru Müəllifin digər yazıları
16.05.2013 10:00
Bakı, 16 may 2013 – Newtimes.az
Şərqdə ilk dünyəvi, demokratik respublikanın elan edilməsinin 95 illiyi münasibətilə “Newtimes.az” portalının keçirdiyi məqalə müsabiqəsi üçün təqdim olunur.
Antantanın “Üçlər ittifaqı” üzərində qələbəsi ilə nəticələnən 1914-1918-ci il Birinci dünya müharibəsinin doğurduğu nəhəng geosiyasi proseslər beynəlxalq münasibətlərin Versal-Vaşinqton sisteminə əsaslanan yeni dünya nizamına keçidlə əlamətdar olmuşdur. Dünyanın siyasi xəritəsində çökmüş Almaniya, Avstriya-Macarıstan, Osmanlı və Rusiya imperiyalarının dağıntıları üzərində qismən öz müstəqilliyini bərpa etmiş, qismən də yeni yaranmış müstəqil dövlətlər meydana gəldi.
1917-ci il Fevral İnqilabı və onun ardınca baş vermiş Oktyabr bolşevik çevrilişi sonda Rusiya imperiyasının süqutu ilə nəticələnərək postimperiya məkanında yeni milli dövlət qurumlarının meydana gəlməsi prosesinə təkan verdi. Özü də bu proses Polşa və Finlandiyada kifayət qədər uğurlu olmuşdursa, digər milli əyalətlərdə, xüsusən də Ukrayna və Zaqafqaziyada milli qüvvələrlə bolşevik qüvvələri arasında şiddətli mübarizə və xarici dövlətlərin hərbi müdaxiləsi ilə müşayiət olunurdu. Bu kimi hadisələr Azərbaycanda, xüsusən də Bakı neft-sənaye rayonunda da da müşahidə olunurdu. Özü də bu hadisələrdə daxili və xarici amillər bir-birinə keçirdi. [i]
1918-1920-ci illərdə Azərbaycanda cərəyan edən dramatik hərbi-siyasi hadisələr kəskin sosial münaqişələrin və mürəkkəb millətlərarası münaqişələrin fonunda baş verirdi. Vəziyyəti ХIХ əsrin sonu – ХХ əsrin əvvəllərində Rusiya imperiyasının ən iri sənaye mərkəzlərindən birinə çevrilmiş Bakının neft mənbələrinə can atan xarici dövlətlərin ekspansionist niyyətləri daha da mürəkkəbləşdirirdi.
Birinci dünya müharibəsi dövründə Antanta ilə “Üçlər ittifaqı” arasında vüsət almış kəskin geosiyasi rəqabət və hər iki hərbi-siyasi qruplaşmaya düşmən olan yeni, Sovet Rusiyasının meydana gəlməsi ona gətirib çıxardı ki, bütün Qara dəniz-Qafqaz-Xəzər geosiyasi məkanında nəzarət uğrunda mübarizə Orta Şərqdə prioritet xarakter aldı. [ii]
Rusiyada 1917-ci ilin fevral və oktyabr aylarında cərəyan edən inqilabi hadisələr birinci (1804-1813) və ikinci (1826-1828) Rusiya-İran müharibələri nəticəsində itirilmiş Azərbaycan dövlətçiliyinin bərpası üçün obyektiv şərait yaratdı. Lakin Azərbaycan xalqının müstəqilliyə doğru yolu olduqca mürəkkəb daxili və xarici hərbi-siyasi vəziyyətdən keçirdi. 1918-ci ilin yaz-yay aylarında antimilli Bakı kommunasının mövcudluğu, Türkiyə, Almaniya, İngiltərə və Sovet Rusiyası arasında Qafqaz və Xəzərdə gedən kəskin geostrateji rəqabət vəziyyəti daha da mürəkkəbləşdirirdi. Azərbaycan xalqının müstəqilliyə can atması son nəticədə 28 may 1918-ci ildə müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Demokratik Respublikasının yaranmasına gətirib çıxardı.
1918-1920-ci illərdə Azərbaycan Respublikasının həm daxilində, həm də ətrafında yaranmış olduqca mürəkkəb hərbi-siyasi şəraitdə, bütövlükdə Qafqaz-Xəzər bölgəsində böyük dövlətlərin kəskin geostrateji rəqabəti fonunda bir-birini əvəz edən beş Nazirlər Kabinetinin hər birinin qarşısında duran birinci dərəcəli vəzifə ölkənin milli təhlükəsizliyinin təmin edilməsi istiqamətində kompleks tədbirlərin işlənməsi və həyata keçirilməsi idi. Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası özünün daha dəqiq və konsentrik ifadəsini Nazirlər Kabinetinin üçüncü, dördüncü və beşinci tərkibinin 26 dekabr 1918-ci il, 14 aprel və 22 dekabr 1919-cu illərdə parlament tribunasından səsləndirilən rəsmi bəyannamələrində öz əksini tapmışdı.
Üçüncü Nazirlər Kabinetinin bəyannaməsi ilə 26 dekabr 1918-ci ildə parlamentin beşinci iclasında F.Xoyski çıxış etmişdi. Bu bəyannamədə xüsusi qeyd olunurdu ki, hökumətin “birinci və başlıca vəzifəsi” Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi olacaqdır. Sənəddə göstərilirdi ki, “müstəqillik heç də “Cin səddi” ilə digər xalqlardan təcridolma demək deyil”. Bu, o deməkdir ki, “azad Azərbaycan Rusiyanın ərazisində yaranmış digər dövlətlərlə, habelə Mərkəzi Rusiyanın özü ilə ən sıx əlaqələrə girə bilir və yəqin ki, girəcəkdir». [iii]
Ölkənin beynəlxalq vəziyyətinin möhkəmləndirilməsində hökumət Azərbaycan nümayəndə heyətinin qarşıdakı Paris sülh konfransında iştirakına böyük ümid bəsləyirdi. Bu konfransda Azərbaycanın müstəqilliyinə xoş niyyətlə yanaşan “azad Amerikanın, demokratik İngiltərənin və respublika Fransasının dəstəyini almaq və dünya birliyi tərəfindən tanınmağa nail olmaq” lazım idi.
Qonşularla qarşılıqlı münasibətlərə gəlincə, bəyannamədə xüsusi olaraq qeyd olunurdu ki, Azərbaycanın “heç kimə qarşı təcavüzkar niyyətləri yoxdur və bütün mübahisəli məsələləri o, sülh yolu ilə həll etmək istəyir”. [iv] Bundan başqa, bəyannamədə Azərbaycanın 1918-ci ilin sonunda baş vermiş Ermənistan-Gürcüstan silahlı münaqişəsində vasitəçilik missiyası ilə çıxış etməyə hazır olduğu da ifadə olunurdu. Ümumilikdə isə Azərbaycan Respublikasının sülhsevər xarici siyasəti bütün qonşu dövlətlərlə diplomatik və iqtisadi sahələrdə dostluq münasibətlərini qurmağa” can atmasında öz ifadəsini tapmışdır.
Milli təhlükəsizliyin təmin edilməsində varislik dördüncü Nazirlər Kabinetinin bəyannaməsində də izlənilir. Bu bəyannamə ilə 14 aprel 1919-cu ildə parlamentin 29-cu iclasında hökumətin sədri N.Usubbəyov çıxış etmişdi. Muğanda toplaşmış antiAzərbaycan qüvvələri tərəfindən separatizm təhlükəsi ilə bağlı Azərbaycanın ərazi bütövlüyünə real təhdidlərə, habelə “İrəvan və Tiflis quberniyalarının Azərbaycana məxsus hissələrində buraya öz hakimiyyətini yayaraq möhkəmləndirmək istəyən iddiaçılarla üzləşdiyimizə” işarə edən baş nazir bütün mübahisəli məsələlərin danışıqlar yolu ilə, “hər bir tərəfin qanuni hüquqlarına qarşılıqlı əməl etməklə” həll olunacağına ümid etdiyini bildirdi. [v]
Millətlərarası münasibətlər sahəsində daxili siyasi stabilliyin təmin edilməsi məsələsinə toxunan baş nazir xüsusi olaraq qeyd edirdi ki, “yadlar adı altında yüz ildən çoxdur ki, inildəyən və mənəvi və iqtisadi həyatında məhdudiyyətlərlə üzləşən azəri türkləri Azərbaycan ərazisində yaşayan bütün xalqlara öz dini ilə yanaşı mədəni və milli xüsusiyyətlərini də qoruyub saxlamaq imkanı verməklə onlara eyni dərəcədə dözümlü münasibət bəsləməlidirlər” və “Azərbaycanın burada yaşayan bütün xalqlar üçün sevimli vətəninə çevrilməsi üçün hökumət bütün səylərini səfərbər edəcək. milli düşmənçiliyə bütün qüvvəsi ilə yol verməyəcək və onu kökündən kəsəcəkdir”. [vi] Bəyannamədə həmçinin o zaman A.İ.Denikinin könüllü qoşununa qarşı ağır silahlı mübarizə aparan Dağlılar Respublikası ilə həmrəylik də ifadə olunurdu. [vii]
Parlamentin 22 dekabr 1919-cu il tarixli 109-cu iclasında Beşinci Nazirlər Kabinetinin bəyannaməsini elan edən N.Usubbəyov Qarabağ məsələsinə toxunaraq Ermənistan tərəfindən Zəngəzur uyezdinin anneksiyasının təhlükəli olduğunu qeyd edirdi: “Zəngəzur yüz, hətta minillərdir ki, Azərbaycanın ayrılmaz hissəsidir. Buna görə də aydındır ki, bu intriqa baş tutmayacaq”. Elə buradaca baş nazir Azərbaycanın bütün mübahisəli məsələlərin dinc yolla həllinə sadiq olduğunu xatırladır və göstərirdi ki, bu məqsədə aparan yol “erməni milli azlığının mədəni hüquqlarının tanınması haqqında şərtlərin qəbul edilməsi və onun hökumətin həqiqi himayəsi altına alınmasıdır”. Bu istiqamətdə hökumətin gördüyü tədbirlərə işarə edən baş nazir qeyd edirdi ki, “Azərbaycan və Ermənistanın gələcəyi milli azlıqların hüquqlarının təmin edilməsi məsələləri ilə bağlıdır”. [viii]
Hökumətin bəyannaməsində qonşu dövlətlər olan Gürcüstan, Ermənistan, Türkiyə, İran və Rusiya ilə qarşılıqlı münasibətlərə geniş yer verilmişdir.
Baş nazir 27 iyun 1919-cu ildə bağlanmış Azərbaycan-Gürcüstan mühafizə paktlarının xarici təhlükədən müdafiə işində hər iki dövlət üçün böyük əhəmiyyətə malik olduğunu qeyd edir və hökumətin müdafiə işini daha da möhkəmləndirməkdə qətiyyətli olduğunu məmnunluqla vurğulayırdı. Ermənistana gəlincə, bəyannamədə bütün mübahisəli ərazi məsələlərinin sülh yolu ilə həll ediləcəyini ümid bəslənirdi. Qeyd olunurdu ki, “yaxın gələcəkdə Qafqaz respublikaları arasında sıx əlaqə və əbədi dostluq qurulacaqdır”. Xüsusi vurğulanırdı ki, gələcək “konfederasiyaya və ya digər ittifaq formasına . Şimali Qafqaz Respublikası da daxil olmalıdır”. Bir daha Şimali Qafqazda denikinçilərə qarşı partizan müharibəsi aparan dağlılarla həmrəy olduğunu bildirən hökumət dərk edirdi ki, “dağlıların müstəqilliyinin yox edilməsi bizim də müstəqilliyimizə böyük təhlükədir”. [ix]
Müharibənin ağır nəticələrinin aradan qaldırılması ilə məşğul olan Türkiyə ilə qarşılıqlı münasibətlərə gəlincə, bəyannamədə ümid edilirdi ki, “gələcəkdə iki azad və müstəqil türk dövləti arasında daha sıx əlaqə, əbədi dostluq və səmimi qonşuluq münasibətləri qurulacaqdır”. İranla qarşılıqlı münasibətlər məsəsləsinə keçid edən baş nazir bu “iki qardaş dövlətlər” arasında rəsmi diplomatik münasibətlərin qurulması istiqamətində əhəmiyyətli pozitiv addımların atıldığını qeyd edirdi. [x]
Bəyannamədə təəssüflə bildirilirdi ki, “Rusiyada mübarizə aparan qüvvələrin heç biri inana bilmir və ya inanmaq istəmir ki, Rusiya əvvəlki sərhədlərini qaytara bilməz və yeni özünütəyin etmiş xalqlar üzərində hökmranlıq etmək ximeradır”. Həm ağlar, həm də qırmızılar tərəfindən müstəqil Azərbaycana təhdidlərin real olduğunu nəzərə alaraq, hökumət “müstəqilliyimizi ona təhdid edən qüvvələrdən qorumaq üçün son nəfəsədək mübarizəyə hazır olduğunu” bəyan edirdi. [xi]
Fətəli xan Xoyskinin və Nəsib bəy Usubbəyovun Nazirlər Kabinetinin üç bəyannaməsinin əsas məzmununun təhlili 1918-1920-ci illərdə Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyasının bir sıra parametrlərini qeyd etməyə imkan verir. Bunlara sülhsevər xarici siyasətin həyata keçirilməsi, öz qonşuları ilə bütün ərazi mübahisələrinin müstəsna olaraq masa arxasında, danışıqlar yolu ilə həll edilməsi; konfederasiya və digər formalarda Qafqaz dövlətləri İttifaqını yaratmaqla regionda kollektiv təhlükəsizliyin təmin edilməsinə can atma; respublikada yaşayan milli azlıqlara münasibətdə bütün demokratik normalara və azadlıqlara əməl etməklə, xüsusən də millətlərarası münasibətlər sahəsində daxili siyasi stabilliyin möhkəmləndirilməsi; bütün mövcud vasitələrlə ölkə daxilində separatizm meylli istənilən halların qarşısının alınması və dövlətin ərazi bütövlüyünün təmin edilməsi aiddir.
28 may 1918-ci ildə müstəqil Azərbaycan Respublikasının elan edilməsi XX əsrin əvvəllərində Azərbaycanın siyasi tarixində əlamətdar hadisə olmuşdur. Sonrakı təxminən iki il ərzində milli parlamentin və hökumətin dövlət quruculuğu, o cümlədən hərbi sahədə, respublikanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində fəaliyyəti öz bəhrəsini verməkdə idi.
Olduqca mürəkkəb xarici və daxili siyasi şəraitdə Azərbaycan Respublikasının hökuməti tərəfindən milli təhlükəsizlik konsepsiyası işlənib hazırlanmış, müntəzəm ordu quruculuğu və mühafizə xarakterli digər tədbirlər həyata keçirilirdi. Bu, ilk növbədə 1919-1920-ci illərdə Azərbaycana şimaldan Denikin təhdidini neytrallaşdırmaq, ölkənin cənub və qərb bölgələrində (Muğanda, Zəngəzurda və Qarabağda) isə davakar separatizm halları ilə mübarizə aparmaq zərurəti ilə bağlı idi.
Eyni zamanda Bakıda silahlı çevriliş hazırlığı işində ölkədəki gərgin sosial-siyasi vəziyyətdən bacarıqla istifadə edən yerli gizli bolşevik təşkilatlarının təxribat-pozuculuq əməllərinə qarşı tədbirlər görmək də lazım gəlirdi. Beynəlxalq təcridolunma və düşmən mühasirəsi şəraitində olan, Sovet Rusiyası ilə üz-üzə qalan, etibarlı müttəfiqi olmayan Azərbaycan Respublikası 1920-ci il aprelin sonunda ХI Qızıl Ordunun müdaxiləsi nəticəsində süquta uğradı. Lakin ölkədə yeni hakimiyyətin bərqərar olması 1920-ci il ərzində ölkənin uyezdlərində antiişğalçı silahlı üsyanlar fonunda baş verirdi ki, bu da Azərbaycan xalqının öz müstəqilliyini bərpa etməyə can atmasından xəbər verirdi.
1991-ci ildə SSRİ-nin süqutu ilə 70 ildən sonra öz müstəqilliyini tam bərpa etmiş Azərbaycan qarşısında onun çoxəsrlik tarixində həm regionun özündə, həm də onun ətrafında mürəkkəb hərbi-siyasi proseslərlə boyanan yeni səhifə açılmış oldu. Lakin hətta XX əsrin sonunda baş vermiş geosiyasi sarsıntılar və XXI əsrdə müşahidə olunan dinamik dəyişikliklər, Ermənistanın 1918-1920-ci illərin məlum hadisələrindən sonra Azərbaycana qarşı növbəti, ikinci aqressiv siyasəti şəraitində belə Odlar Yurdu çox qısa bir tarixi müddətdə (20 ildən bir az artıq) millətlər birliyinə üzvi şəkildə daxil olmuş və özünün artmaqda olan iqtisadi və müdafiə potensialına görə Cənubi Qafqazda regional liderə çevrilməklə beynəlxalq nüfuz qazanmışdır.
tarix elmləri doktoru, professor
[i] Каземзаде Фируз. Борьба за Закавказье (1917-1921). – Стокгольм: CA& CC PRESS, 2010, s .83-125, 159-168 , 211-221; Гасанлы Дж. Внешняя политика Азербайджанской Демократической Республики (1918 – 1920 гг.). – Москва: Флинта, Наука, 2010, s .171, 317-336. 469-479, 494.
[ii] Черчилль У. Мировой кризис. – М. – Л.: Государственное военное издательство, 1932, s .50; Деникин А.И. Очерки русской смуты. – М.: Мысль, 1991, s .139; Людендорф Э. Мои воспоминания о войне 1914 – 1918 гг. – Том 2-й. – М.: Госиздат, 1924, s .187, 219-220; Лавров С.В. Политика Англии на Кавказе и в Средней Азии в 1917-1921 годах// Вопросы истории, 1979, № 5, s .81.
[iii] Азербайджанская Демократическая Республика (1918 – 1920 гг.). Парламент (Стенографические отчеты). Баку: Изд-во «Азербайджан», 1998, s .81.
[v] Азербайджанская Демократическая Республика (1918 – 1920 гг.). Парламент (Стенографические отчеты). Баку: Изд-во «Азербайджан», 1998, s .349.
[vii] Азербайджанская Демократическая Республика (1918 – 1920 гг.). Парламент (Стенографические отчеты). Баку: Изд-во «Азербайджан», 1998, s .349.
[ix] Азербайджанская Демократическая Республика (1918 – 1920 гг.). Парламент (Стенографические отчеты). Баку: Изд-во «Азербайджан», 1998, s .811.
[xi] Азербайджанская Демократическая Республика (1918 – 1920 гг.). Парламент (Стенографические отчеты). Баку: Изд-во «Азербайджан», 1998, s .812.
Milli təhlükəsizlik konsepsiyası
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2007, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 535)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyasının təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Dünyada baş verən sürətli dəyişikliklər şəraitində ayrı-ayrı dövlətlər və bütövlükdə bəşəriyyət terrorçuluq, etnik separatizm və münaqişələr, transmilli mütəşəkkil cinayətkarlığın artması, kütləvi qırğın silahlarının yayılması, təbii ehtiyatların tükənməsi, əhalinin sayının durmadan çoxalması və kütləvi miqrasiyası, ətraf mühitin çirklənməsi və sair təhlükələrlə üzləşir.
Bu amillər hər bir dövlətin prioritetlərinin, təhlükəsizliyə qarşı risklərin müəyyənləşdirilməsini, həmin risklərin qabaqlanması və aradan qaldırılması üzrə adekvat tədbirlərin həyata keçirilməsini zəruri edir.
Azərbaycan Respublikasının müstəqilliyini, ərazi bütövlüyünü, konstitusiya quruluşunu, xalqın və ölkənin milli maraqlarının daxili və xarici təhdidlərdən qorumağa yönəlmiş siyasətin məqsəd, prinsip və yanaşmalarının müəyyən edilməsi məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının milli təhlükəsizliyini təmin edən orqanlar öz fəaliyyətində Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyasının müddəalarını rəhbər tutsunlar.
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, Azərbaycan Respublikası milli təhlükəsizlik konsepsiyasının müddəalarının yerinə yetirilməsinə nəzarəti həyata keçirsin və bu barədə mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
4. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 17 sentyabr tarixli 394 nömrəli Sərəncamı ilə yaradılmış Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasəti sahəsində İşçi Qrupuna tapşırılsın ki:
4.1. üç ay müddətində Azərbaycan Respublikası hərbi doktrinasının layihəsini hazırlayıb, Azərbaycan Respublikasının Milli Məclisinin təsdiqinə verilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.2. 2007-2008-ci illər ərzində Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyasında nəzərdə tutulmuş Azərbaycan Respublikasının xarici siyasət strategiyası, müdafiə icmalı, iqtisadi konsepsiya, mədəniyyət, elm, təhsil, səhiyyə, nəqliyyat konsepsiyalarının layihələrini hazırlayaraq təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
5. Bu Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 may 2007-ci il
Azərbaycan Respublikası Prezidentinin
23 may 2007-ci il tarixli 2198 nömrəli Sərəncamı ilə
AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ TƏHLÜKƏSİZLİK KONSEPSİYASI
Çoxəsrlik dövlətçilik tarixi keçmiş, 1918-ci ildə Şərqdə ilk demokratik respublika qurmuş və 1920-ci ildə müstəqilliyini itirmiş Azərbaycan Sovet İttifaqının süqutundan sonra 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etmişdir. Azərbaycan xalqı daha geniş demokratik dəyərlərə qovuşmaq imkanından istifadə edərək, özünün milli dövlətçilik ənənələrinə, tarixi və mədəni irsinə söykənən müasir demokratik hüquqi dövlət quruculuğu yolunu seçmişdir.
Müstəqilliyin ilk dövründə gənc respublika Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalmış, daxili qeyri-sabitlik, iqtisadi böhran, keçid dövrünün çətinlikləri və digər ciddi problemlərlə üzləşmişdir. Buna baxmayaraq, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası bütün çətinlikləri dəf edərək, düzgün strateji inkişaf yolunu müəyyən edərək, hazırda uğurla irəliləyən, regionda və dünyada öz mövqelərini möhkəmləndirən iqtisadi, siyasi və digər baxımlardan dinamik inkişaf edən müasir ölkəyə çevrilməkdədir. Belə ki, Azərbaycan Xəzər-Qafqaz məkanında regional əməkdaşlıq üçün olduqca mühüm, bir çox hallarda isə həlledici dövlət olub, xüsusən enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində əvəzsiz rol oynamaqdadır. Bu ümumi strategiyanın başlıca məqsədi Azərbaycan Respublikasının çiçəklənməsi, davamlı inkişafı və əhalinin rifahının təmin edilməsi, eləcə də bütün regionda təhlükəsizlik və sabitliyin təmin olunmasına töhfə verməkdən ibarətdir.
Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası (bundan sonra – Konsepsiya) dövlətin müstəqilliyini, ərazi bütövlüyünü və demokratik inkişaf yolunu, strateji seçimi kimi Avro-Atlantik məkana inteqrasiyasını, bununla yanaşı tarazlaşdırılmış xarici siyasətinin çoxşaxəliliyini vurğulayan, Azərbaycan Respublikasında şəxsiyyət, cəmiyyət və dövləti xarici və daxili təhdidlərdən qorumağa yönəlmiş siyasət və tədbirlərin məqsəd, prinsip və yanaşmalarının məcmusudur.
1. TƏHLÜKƏSİZLİK MÜHİTİ
Azərbaycan Respublikasının təhlükəsizlik mühiti onun suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, milli maraqları, davamlı inkişafı, əhalisinin rifah və dəyərlərinin qorunmasına təsir edən amillərin məcmusudur.
Qərb və Şərq dünyalarının qovuşduğu coğrafi məkanda yerləşən Azərbaycan Respublikası bir çox sivilizasiyaların müsbət məqamlarını özündə cəmləşdirmişdir. Avropanın mütərəqqi dəyərlərini paylaşan və Avro-Atlantik təhlükəsizlik arxitekturasının ayrılmaz bir halqası olan Azərbaycan Respublikası bu məkanın təhlükəsizliyinə öz töhfəsini verməkdədir. Eyni zamanda, Azərbaycan Respublikası islam dünyasının bir Hissəsi kimi bu mədəniyyətin irs və təfəkkürünü bölüşür.
Azərbaycan Respublikasının yerləşdiyi və hazırda qeyri-sabit olan region dostluq və əməkdaşlıq ruhlu regional və beynəlxalq tərəfdaşlarla birlikdə inkişaf üçün səmərəli istifadə oluna biləcək geniş potensiala və imkanlara malikdir. Azərbaycan Respublikasının zəngin təbii ehtiyatları ölkənin çiçəklənməsi və milli rifahın təmin olunması üçün perspektivlər açır, onu beynəlxalq əhəmiyyətli enerji mənbəyi və beynəlxalq enerji təchizatı şəbəkəsinin mühüm tərkib hissəsinə çevirir. Azərbaycan Respublikasının və tərəfdaş ölkələrin iqtisadiyyatlarının inkişafına artıq töhfə verən beynəlxalq əhəmiyyətli nəqliyyat və kommunikasiya dəhlizlərinin inkişaf etdirilməsi, neft və qaz boru kəmərlərinin inşası region ölkələrinin əməkdaşlığının bariz nümunəsidir.
Ölkənin yerləşdiyi coğrafi şərait ona vacib üstünlüklər verməklə yanaşı, eyni zamanda onu bir sıra təhlükəsizlik problemləri ilə də üzləşdirir. Bu problemlərin ən vacib və bariz nümunəsi Azərbaycan Respublikasının qonşu Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalması və bunun nəticəsində ölkə ərazisinin bir hissəsinin işğal olunması və təxminən bir milyon azərbaycanlının məcburi köçkün və qaçqına çevrilməsidir. Təcavüz zamanı Azərbaycan Respublikasının vətəndaşlarına qarşı soyqırım və terror aktları daxil olmaqla, sülhə və insanlığa qarşı ən ağır cinayətlər törədilmişdir və zəbt olunmuş ərazilərdə transsərhəd mütəşəkkil cinayətkar, o cümlədən beynəlxalq terrorçu qruplar tərəfindən qeyri-qanuni fəaliyyət həyata keçirilməkdədir. İndiki Ermənistan və işğal olunmuş Azərbaycan Respublikası ərazilərində azərbaycanlılara məxsus tarixi, mədəni və arxeoloji abidələr kütləvi şəkildə dağıdılmış, təbii sərvətlər talan edilmiş, ətraf mühitə ciddi ziyan vurulmuşdur. Azərbaycan Respublikasının məruz qaldığı bu təcavüz onun hazırkı təhlükəsizlik mühitində və milli təhlükəsizlik siyasətinin müəyyən edilməsində əsas amildir.
Eyni zamanda, Azərbaycan Respublikasının təhlükəsizlik mühiti üçün beynəlxalq terrorçuluq, qeyri-qanuni miqrasiya, transmilli mütəşəkkil cinayətkarlıq, insan alveri, narkotik vasitələrin qaçaqmalçılığı və kütləvi qırğın silahlarının yayılması kimi təhdidlərin mövcudluğu dövlət qarşısında müəyyən vəzifələr qoyur.
2. AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ MARAQLARI
Azərbaycan Respublikasının milli maraqları Azərbaycan xalqının fundamental dəyər və məqsədlərini, habelə insan, cəmiyyət və dövlətin tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbatların məcmusundan ibarət olmaqla, aşağıdakılardır:
dövlətin müstəqilliyinin və ərazi bütövlüyünün qorunması, onun beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının təmin edilməsi;
Azərbaycan xalqının vahidliyinin qorunub saxlanılması, azərbaycançılıq ideyasının təşviqi;
vətəndaş cəmiyyətinin formalaşdırılması, insan hüquq və əsas azadlıqlarının təmin olunması;
demokratik və vətəndaş cəmiyyəti təsisatlarının inkişafı, qanunun aliliyi, asayişin təmini yolu ilə dövlətin funksiyalarının yerinə yetirilməsinin gücləndirilməsi, əhalinin təhlükəsizliyinin qorunması;
beynəlxalq öhdəlikləri yerinə yetirmək, qlobal və regional təhlükəsizlik və sabitliyə töhfə vermək üçün dəyərlərini bölüşdüyü beynəlxalq təşkilatlarla inteqrasiyaya yönəlmiş əməkdaşlığın inkişaf etdirilməsi;
bazar iqtisadiyyatının inkişafı, onun hüquqi əsaslarının təkmilləşdirilməsi, iqtisadi sabitliyin təmin olunması məqsədilə daxili və xarici sərmayələr üçün əlverişli şəraitin yaradılması;
təbii sərvətlərdən tam səmərəli istifadə edilməsi, davamlı iqtisadi inkişaf, ətraf mühitin qorunması, tədris, elmi və texnoloji potensialın artırılması yolu ilə Azərbaycan xalqının gələcək inkişafının, əhalinin layiqli həyat səviyyəsinin və fiziki sağlamlığının təmin edilməsi;
dünya azərbaycanlılarının bölüşdüyü dəyərlərə əsaslanan milli özünəməxsusluğun və həmrəyliyin möhkəmləndirilməsi;
Azərbaycan xalqının mədəni-tarixi irsinin və mənəvi dəyərlərinin qorunması, eləcə də ümumbəşəri dəyərlərlə zənginləşdirilməsi, dilinin, özünüdərk, vətənpərvərlik və milli iftixar hissinin, intellektual potensialının inkişaf etdirilməsi.
3. AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ TƏHLÜKƏSİZLİYİNƏ TƏHDİDLƏR
Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsində əsas vəzifələrdən biri onun milli təhlükəsizliyinə təhdidlərin aradan qaldırılması və ya nəzarətdə saxlanılmasıdır.
Azərbaycan Respublikasının milli təhlükəsizliyinə təhdidlər aşağıdakılardır:
3.1. Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və konstitusiya quruluşu əleyhinə qəsdlər
Beynəlxalq hüquqa uyğun olaraq hər bir dövlətin onun müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və konstitusiya quruluşu əleyhinə yönəlmiş açıq və gizli fəaliyyətdən özünü qorumaq hüququ vardır. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı Ermənistanın təcavüzkar siyasəti bu cür fəaliyyətin bariz nümunəsidir.
Ölkənin sürətlə inkişaf edən iqtisadiyyatında aparılan islahatlara və əldə edilən mühüm nailiyyətlərə baxmayaraq, Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzü ciddi siyasi və sosial çətinliklər yaradır. Bu problem Azərbaycan Respublikasının milli maraqlarına qarşı ən ciddi təhdiddir və regiondan kənara da öz təsirini göstərməkdədir.
Münaqişənin tənzimlənməsinin nəticələrindən asılı olmayaraq, monoetnik dövlətçilik, etnik təmizləmə və ərazi ekspansionizminin Ermənistanın dövlət siyasətinin tərkib hissəsi kimi qalmasının iki ölkə arasında münasibətlərə gələcəkdə də mənfi təsir göstərəcəyi qaçılmazdır.
Bundan əlavə, bir sıra ekstremist ünsürlərin Azərbaycan Respublikasında etnik və dini zəmində əlavə çətinliklər yaratmaq cəhdləri də diqqət yetirilməli amillərdəndir.
3.2. Qanunun aliliyinə nail olunması, ictimai asayişin qorunması və insan hüquq və əsas azadlıqlarının müdafiəsi sahəsində dövlət funksiyalarını yerinə yetirməyə qarşı fəaliyyət
1990-cı illərin əvvəllərində bu problemin bir sıra aspektləri ilə üzləşmiş Azərbaycan Respublikasının demokratik dövlət quruluşu əleyhinə çalışan müəyyən daxili və xarici qüvvələrin dövlət funksiyalarının yerinə yetirilməsinə qarşı cəhdləri milli təhlükəsizliyə təhdid törədən mümkün fəaliyyətlər sırasındadır.
3.3. Separatçılıq, etnik, siyasi və dini ekstremizm
Separatçılıq, etnik, siyasi və dini ekstremizm özünün istənilən formasında dövlətin və cəmiyyətin fundamental əsaslarını sarsıtmaqla, ölkənin milli təhlükəsizliyinə ciddi təhlükə mənbəyi ola bilər.
3.4. Terrorçuluq və kütləvi qırğın silahlarının yayılması
Əsas terrorçu qrupların yerləşdiyi və kütləvi qırğın silahlarının yayılması problemlərinin olduğu bölgələrə yaxınlıq ölkə üçün potensial təhdid yaradır. Kütləvi qırğın silahları və ya onların istehsalat texnologiyalarının terrorçuluq məqsədilə əldə olunması ehtimalı bu təhdidləri daha da kəskinləşdirə bilər.
3.5. Regional münaqişələr və transmilli mütəşəkkil cinayətkarlıq
Azərbaycan Respublikası ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğalının davam etməsi və qonşu dövlətlərdə həll edilməmiş münaqişələr nəticəsində əmələ gəlmiş “nəzarətsiz” ərazilərin mövcudluğu transmilli mütəşəkkil cinayətkarlığı və digər qeyri-qanuni fəaliyyətləri ölkənin və bütövlükdə regionun təhlükəsizliyinə əsas təhdidlərdən birinə çevirmişdir.
Region ölkələrində münaqişələrin alovlanması Azərbaycan Respublikasının milli təhlükəsizliyi üçün təhdid yaradır. Regiondakı münaqişələr Azərbaycan Respublikasının xarici iqtisadi münasibətlərinə ciddi ziyan vura, ölkəyə kütləvi qaçqın axını ilə nəticələnə və qeyri-qanuni silah alveri, insan alveri, narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər qeyri-qanuni fəaliyyətlər daxil olmaqla, transmilli cinayətkarlığı artıra bilər.
3.6. Azərbaycan Respublikasının enerji infrastrukturuna qarşı fəaliyyət
Enerji ehtiyatlarının işlənməsindən və tranzitindən əldə olunmuş gəlirlər Azərbaycan Respublikası iqtisadiyyatının əsasını təşkil edir. Bunu nəzərə alaraq, siyasi vasitələrə və ya infrastruktura fiziki zərər vurmaq yolu ilə sənayenin bu sahəsinin sıradan çıxarılmasına cəhdlər mümkün təhdidlər sırasındadır.
3.7. Xarici siyasi, hərbi və ya iqtisadi asılılıq
Azərbaycan Respublikası beynəlxalq aləmdə gedən inteqrasiya və əməkdaşlıq prosesləri çərçivəsində digər dövlətlərlə qarşılıqlı faydalı münasibətlərin qurulmasında maraqlıdır. Bununla belə, Azərbaycan Respublikasının beynəlxalq münasibətlərdə xarici siyasi, hərbi və ya iqtisadi asıllığa düşməsi onun milli maraqlarının təmin olunmasına təhdid yarada bilən amillərdəndir.
3.8. İqtisadi qeyri-sabitlik
Müstəqilliyin ilk illərində hərbi təcavüzə məruz qalma, bazar iqtisadiyyatına keçid və beynəlxalq iqtisadi sistemə inteqrasiya ilə bağlı çətinliklər nəticəsində Azərbaycan Respublikası ötən əsrin 90-cı illərinin birinci yarısında ciddi iqtisadi böhran keçirmişdir. Buna baxmayaraq, Azərbaycan Respublikası bazar iqtisadiyyatına keçməkdə israrlı olmuş, qapılarını xarici sərmayələrə açmış və xüsusilə energetika sektorunda böyük uğurlar əldə etmişdir. Bununla belə, sürətlə artan neft və qaz gəlirlərindən həddən artıq asılılıq makroiqtisadi tarazlığı poza və beləliklə, ölkəni potensial qlobal və regional iqtisadi böhranların təsirinə qarşı müdafiəsiz vəziyyətə sala bilər.
3.9. Peşəkar insan ehtiyatlarının çatışmazlığı
Təhsil sahəsi müstəqilliyin ilk illərindəki mürəkkəb sosial-iqtisadi vəziyyətlə bağlı – maliyyə çatışmazlığı və struktur problemləri daxil olmaqla -mənfi nəticələri bu gün də hiss edilən ciddi çətinliklərlə üzləşmişdir. Peşəkar milli işçi qüvvəsinin və idarəetmə sektorunun inkişafı üçün zəruri olan bütün səviyyələrdə təlim və tədrisin təmin edilməsinə qadir olan mütərəqqi təhsil sisteminin inkişafındakı və idarə edilməsindəki uğursuzluq Azərbaycan Respublikasının inkişafına uzaq perspektivdə mənfi təsir göstərə bilər.
3.10. Regional hərbiləşdirmə
Regionda silahların və silah sistemlərinin həddən artıq cəmləşməsi regional sabitliyə xələl gətirir. Bu, region ölkələri arasında hərbi tarazlığı poza bilər. Rasional milli təhlükəsizlik maraqlarından artıq hərbiləşmə, o cümlədən qeyri-effektiv nəzarət edilən xarici hərbi bazalar səhv qiymətləndirməyə və regional silahlanma yarışına səbəb ola bilər. Belə artan hərbiləşmənin digər aspekti ondan ibarətdir ki, bu, məhdud iqtisadi resursların sosial-iqtisadi inkişafdan yayınmasına və qarşılıqlı inamın pozulmasına gətirib çıxara bilər.
3.11. Ekoloji problemlər
Azərbaycan Respublikasındakı ekoloji problemlər Sovet İttifaqının enerji ehtiyatına olan tələbatının ödənilməsi məqsədilə əsasən Abşeron yarımadasında və Xəzər dənizində ekoloji nəticələr nəzərə alınmadan qeyri-təkmil üsullarla onilliklər ərzində aparılmış neft hasilatı ilə bağlıdır.
Bundan əlavə, Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində flora və faunanın kütləvi şəkildə məhv edilməsi, o cümlədən bu ərazilərdə genişmiqyaslı yanğınlar ölkə üçün ən böyük ekoloji problemlərdən birinə çevrilmişdir.
Azərbaycan Respublikasının şirin su ehtiyatlarının böyük həcminin qonşu ölkələrdə formalaşması və bu ölkələrin ərazilərində kimyəvi, radioaktiv və digər zərərli maddələrlə intensiv çirklənməyə məruz qalması əhalinin içməli su ilə təmin olunmasında problemlər yaradır. Bundan əlavə, Ermənistan ərazisində seysmik zonada yerləşən və texnoloji baxımdan köhnəlmiş Metsamor Atom Elektrik Stansiyası bütövlükdə region üçün təhlükə mənbəyidir.
Ətraf mühitin çirklənməsi, münbit torpaqların deqradasiyası, təbii resurslardan qeyri-rasional istifadə, sənaye və məişət tullantılarının tələb olunan səviyyədə emal olunmaması ciddi problem mənbəyidir.
Ekoloji problemlər iqtisadi və sosial həyata mənfi təsir göstərir, ictimai sağlamlığa, cəmiyyətin maddi sərvətinə və dövlətin müvafiq qurumlarının fəaliyyətinə ciddi maneələr yaradır.
4. AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ TƏHLÜKƏSİZLİK SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİ
Suveren dövlət kimi, Azərbaycan Respublikası daxili və xarici siyasət vasitələrindən istifadə edərək mövcud təhlükəsizlik mühitində təhdidlərin nəzarət altında saxlanılmasına və aradan qaldırılmasına, habelə ölkənin milli maraqlarının təmin edilməsinə yönəlmiş milli təhlükəsizlik siyasətini formalaşdırır və həyata keçirir.
Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasəti xarici və daxili təhlükəsizlik arasında mövcud ayırıcı xətləri əhatə edən və adekvat çoxfunksiyalı tədbirlər tələb edən təhdidlərin müxtəlif ölçülü xarakterini nəzərə alır.
4.1. Təhlükəsizliyin xarici siyasət vasitələri ilə təmin edilməsi
4.1.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması
Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Beynəlxalq hüquqda təsbit olunmuş bütün vasitələrdən istifadə etməklə öz ərazi bütövlüyünü bərpa etmək Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin ən ümdə vəzifəsidir.
Ərazilərin zəbt edilməsi və etnik təmizləmə ümumbəşəri və Avropa dəyərlərinə, eləcə də sülh, demokratiya, sabitlik və regional əməkdaşlıq prinsip və ideyalarına ziddir.
Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması ilə əlaqədar Azərbaycan Respublikasının səyləri dövlətlərarası siyasi razılaşmanın əldə olunması ilə məhdudlaşmır və bu razılaşmaya nail olduqdan sonra iki xalq arasında davamlı, qarşılıqlı sülhün və anlaşmanın bərqərar olmasına yönələcəkdir.
Azərbaycan Respublikası ona qarşı təcavüzün və ərazisinin bir hissəsinin işğalının nəticələrini aradan qaldırmaq üçün münaqişənin ATƏT-in Minsk Qrupu çərçivəsində sülh yolu ilə nizamlanmasının tərəfdarı olmaqda davam edir.
Münaqişənin nizamlanmasının hüquqi və siyasi əsaslan Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrinə, həmçinin ATƏT-in, Avropa Şurasının müvafiq sənəd və qərarlarında əks olunmuş beynəlxalq hüququn norma və prinsiplərinə söykənir. Bu sənədlər Azərbaycan Respublikasının suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığını bir daha təsdiq etmişdir.
Münaqişə Azərbaycan Respublikasının işğal olunmuş bütün ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılması, bu ərazilərdə Azərbaycan Respublikasının suveren hüquqlarının bərpa edilməsi, məcburi surətdə çıxarılmış azərbaycanlıların öz doğma yurd-yuvalarına qayıtması, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmalarının dinc yanaşı yaşamasını və Azərbaycan Respublikasının tərkibində yüksək səviyyəli özünüidarəetməni təmin edən hüquqi statusun qanuni və demokratik proses çərçivəsində işlənib hazırlanması, ölkənin ümumi iqtisadi inkişafı, regional inteqrasiya çərçivəsində bu bölgənin kommunikasiyalarının bərpası və sosial-iqtisadi yüksəlişi üçün şəraitin yaradılması əsasında həll olunmalıdır.
Azərbaycan Respublikası Ermənistan tərəfindən işğal olunmuş ərazilərində beynəlxalq hüququn norma və prinsiplərinin pozulması və həmin ərazilərdə qanunsuz fəaliyyətlə bağlı məsələləri daim diqqət mərkəzində saxlayır. Ermənistanın vaxtilə azərbaycanlılar yaşamış bölgələrində və Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində tarixi və mədəni irsin məhv edilməsi, azərbaycanlıların yaşayış məntəqələrinin simasının dəyişdirilməsi kimi faktların araşdırılması və buna müvafiq qiymət verilməsi üçün Azərbaycan Respublikası mövcud siyasi və hüquqi vasitələrdən istifadə edərək bundan sonra da lazımi tədbirlər görəcəkdir. İşğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşdırma və təbii sərvətlərin istismarı və mənimsənilməsi bu baxım-dan xüsusi diqqət mərkəzində saxlanılacaqdır.
Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı dövlət orqanlarının və vətəndaş cəmiyyətinin beynəlxalq səviyyədə və ölkə daxilində fəaliyyətlərinin və səylərinin uzlaşdırılması, Azərbaycan Respublikasına qarşı təcavüz və ərazisinin bir hissəsinin işğalı zamanı azərbaycanlılara qarşı törədilmiş soyqırım, insanlıq əleyhinə və müharibə cinayətlərinin təqibi, “erməni problemi”nin hərtərəfli, dərindən tədqiqi, həqiqətlərin üzə çıxarılması və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, münaqişəyə beynəlxalq səviyyədə hüquqi qiymət verilməsinin təmini məqsədilə kompleks işlərin görülməsi və sair istiqamətlərdə ardıcıl tədbirlər həyata keçirilməlidir.
4.1.2. Avropa və Avro-Atlantik strukturlara inteqrasiya
Azərbaycan Respublikası Avropa və Avro-Atlantik siyasi, təhlükəsizlik, iqtisadi və digər strukturlara inteqrasiya strateji məqsədini güdür. Azərbaycan Respublikası Avro-Atlantik strukturlarla tərəfdaşlığı bütövlükdə Avro-Atlantik məkanda ümumi təhlükəsizliyə, iqtisadi inkişafa və demokratiyaya dəstək verəcək vasitə kimi görür. Azərbaycan Respublikası Avropa və Avro-Atlantik məkanda qeyri-sabitliyin, münaqişələrin və təhdidlərin aradan qaldırılmasında NATO ilə birgə işləyir və təhlükəsizliyin bölünməzliyi prinsipinə zidd coğrafi və siyasi ayrı-seçkilik olmadan Avropa və yerləşdiyi regionda vahid təhlükəsizlik sisteminin qurulması yükünü bölüşmək əzmindədir.
Azərbaycan Respublikası Avro-Atlantik Tərəfdaşlıq Şurası və NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində NATO ilə mümkün olan tərəfdaşlıq vasitələrindən tam gücü ilə istifadə edir. Bu baxımdan Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı NATO ilə əməkdaşlığın yaxın və orta perspektivdə daha da gücləndirilməsi yolunda mühüm bir vasitədir. Fərdi Tərəf-daşlıq üzrə Əməliyyat Planından Azərbaycan Respublikasının təhlükəsizlik sektorunun islahatlar yolu ilə NATO standartlarına yaxınlaşdırılması və siyasi dialoqun inkişaf etdirilməsi üçün bir mexanizm kimi bundan sonra da istifadə olunacaqdır.
Avropa məkanına daha sıx inteqrasiyanın zəruriliyi mövqeyindən çıxış edən Azərbaycan Respublikası Avropa İttifaqı ilə çoxşaxəli qarşılıqlı əlaqələr yaratmışdır. Azərbaycan Respublikasının Avropa İttifaqı ilə münasibətləri “MDB Ölkələrinə Texniki Dəstək” (TACIS), “Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi” (TRACECA) və digər proqramlar çərçivəsində inkişaf etdirilir. Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında 1999-cu ildən qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi siyasi dialoq, demokratiyanın inkişafına kömək, eləcə də iqtisadi əməkdaşlıq və sərmayə qoyuluşu üçün əlverişli çərçivə yaradır.
Azərbaycan Respublikasının 2004-cü ildə Avropa İttifaqının “Yeni Qonşuluq Siyasəti”nə daxil edilməsi və bu siyasət çərçivəsində 2006-cı ildə qəbul edilmiş Azərbaycan-Avropa İttifaqı Fəaliyyət Planının həyata keçirilməsi siyasi dialoq və siyasi, iqtisadi və institusional islahatlar sahəsində əməkdaşlığı daha da inkişaf etdirərək keyfiyyətcə yeni mərhələyə keçid üçün zəmin yaradır.
Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında 2006-cı ildə imzalanmış “Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında” Anlaşma Memorandumu Avropa İttifaqının üzvü olan ölkələrin enerji mənbələri və nəqli yollarının çoxşaxəliliyinin təmin edilməsi, Azərbaycan Respublikasında enerji infrastrukturunun inkişafı və müasirləşdirilməsi, enerji resurslarından səmərəli istifadə olunması və tükənməz enerji mənbələrindən yararlanmasına öz töhfəsini verəcəkdir.
Azərbaycan Respublikasının Avropa İttifaqı ilə daha yaxından əməkdaşlıq etməsi Qafqazda sabitliyə töhfə verəcək və Avropa dəyərlərinin yayılmasına kömək edəcəkdir.
4.1.3. Beynəlxalq təhlükəsizliyə töhfə
Azərbaycan Respublikası beynəlxalq sülhün və sabitliyin qorunub saxlanmasına yönəlmiş birgə tədbirlərdə iştirak etməklə, beynəlxalq və regional təhlükəsizliyə töhfə vermək üçün davamlı səylər göstərir.
2001-ci il 11 sentyabr hücumlarından sonra terrorçuluqla mübarizə beynəlxalq gündəliyin ən vacib məsələlərindən birinə çevrilmişdir. Beynəlxalq ictimaiyyətin terrorçuluğa qarşı mübarizəsini tam dəstəkləyən Azərbaycan Respublikası istənilən pərdə altında həyata keçirilən terror fəaliyyəti əleyhinə bir sıra mühüm addımlar atmışdır. Azərbaycan Respublikası beynəlxalq terrorçu təşkilatlara qarşı mübarizəni dəstəkləmək məqsədilə öz hava məkanını və hava limanlarını açıq elan etmişdir. Azərbaycan Respublikası həmçinin qlobal və regional səviyyədə terrorçuluğa qarşı mübarizə məqsədilə qəbul edilmiş bütün konvensiyaların iştirakçısıdır.
Azərbaycan Respublikası ən həssas bölgələrdə vəziyyətin sabitləşməsinə çalışır. Azərbaycan sülhməramlıları Serbiyanın Kosovo əyalətində və Əfqanıstanda NATO-nun başçılığı ilə həyata keçirilən sülhməramlı əməliyyatlarda, İraqda beynəlxalq koalisiyanın tərkibində təhlükəsizliyin təmin olunmasında iştirak edirlər.
Azərbaycan Respublikası silahlara nəzarət və onların yayılmaması sahəsində müvafiq beynəlxalq müqavilələrin iştirakçısı kimi, beynəlxalq təhlükəsizliyin təmin olunmasına yönəlmiş səyləri tam dəstəkləyir. Beynəlxalq silahların yayılmaması rejiminin zəifləməsindən ciddi narahat olan Azərbaycan Respublikası adekvat nəzarətin tətbiqi üçün beynəlxalq ictimaiyyət və müvafiq təşkilatlarla əməkdaşlığını davam etdirəcəkdir.
Azərbaycan Respublikası onun Ermənistan tərəfindən işğal edilmiş ərazilərində silahlara nəzarət mexanizminin tətbiq olunmamasından narahatdır. Beynəlxalq nəzarətdən kənarda qalan bu ərazilərdə çoxlu silah və sursatın olması regional sülhə ciddi təhdidlər yaradır.
4.1.4. Beynəlxalq təşkilatlarla əməkdaşlıq
Azərbaycan Respublikasının beynəlxalq təşkilatların işində fəal iştirak etməsi onun təhlükəsizliyi və xarici siyasəti üçün mühüm əhəmiyyət kəsb edir. Miqyas və nüfuzundan asılı olmayaraq, universal və regional beynəlxalq təşkilatlar dünyada yaranan yeni təhdidlərlə mübarizədə getdikcə daha çox rol oynayırlar. Belə ki, beynəlxalq təşkilatlar təhdidlərin aradan qaldırılmasına və ya onların qarşısının alınmasına yardım etməklə yanaşı, Azərbaycan Respublikasının milli maraqlarının qlobal siyasətdə müdafiəsinə imkanlar yaradırlar. Eyni zamanda beynəlxalq təşkilatlar Azərbaycan Respublikasının üzləşdiyi təhlükəsizlik problemlərinə tərəfdaş dövlətlərin diqqətini cəlb etmək üçün əlverişli forum rolunu oynayırlar.
Bu baxımdan, universal və regional beynəlxalq təşkilatların mövcudluğu, inkişafı və müasir dünyada baş verən dəyişikliklərə uyğunlaşması Azərbaycan Respublikası üçün əhəmiyyətlidir.
Azərbaycan Respublikası 1992-ci ildən üzvü olduğu BMT-nin beynəlxalq sülhün və təhlükəsizliyin bərqərar olmasında, davamlı inkişafın və demokratikləşmənin qorunub saxlanmasında əvəzsiz rol oynadığını qəbul edir.
Azərbaycan Respublikasının BMT-yə göstərdiyi maraq Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə məhdudlaşmır. Azərbaycan Respublikası BMT dəyərlərini bölüşərək insan hüquqları, iqtisadi və sosial sahələrdə həyata keçirilən müxtəlif proqramlar çərçivəsində BMT ilə əməkdaşlığı genişləndirir. Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin BMT və digər qurumlar çərçivəsində terrorçuluğa qarşı mübarizəsinə töhfə verməkdədir.
Azərbaycan Respublikası XXI əsrin problem və təhdidlərinə səmərəli cavab vermək üçün BMT-nin iş qabiliyyətinin artırılması məqsədilə, o cümlədən beynəlxalq hüquq sisteminin möhkəmləndirilməsi və qəbul edilmiş qərarların icrasının təmini istiqamətində bu təşkilat daxilində islahatların aparılmasını dəstəkləyir.
Azərbaycan Respublikasının 1992-ci ildən üzvü olduğu ATƏT Avropa qitəsinin bütün dövlətlərini əhatə edən və onlar arasında münasibətlərin və ümumi təhlükəsizliyin norma və prinsiplərini təsbit edən yeganə regional təşkilatdır. ATƏT-in Helsinki Yekun Aktı və digər sənədləri regionda sülhün və təhlükəsizliyin təmin edilməsi üçün prinsipial siyasi əsasdır.
Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsində oynadığı rol baxımından ATƏT-lə əməkdaşlıq Azərbaycan Respublikasının xarici siyasətində xüsusi yer tutur. Bununla yanaşı, Azərbaycan Respublikası digər sahələrdə də ATƏT-lə əməkdaşlıq edir.
Azərbaycan Respublikası ATƏT-in yeni siyasi mühitdə oynadığı mühüm rolu nəzərə alaraq, təşkilatın səmərəliliyinin, xüsusən də onun prinsiplərinə riayət edilməsi istiqamətində bütün təşkilat üzvlərinin xoşməramlı niyyəti və fəal iştirakı şəraitində müvafiq islahatların aparılması yolu ilə onun rolunun artırılmasında maraqlıdır.
Azərbaycan Respublikasının Avropa Şurası ilə əməkdaşlığı Avropa xalqları ailəsinə inteqrasiyanı və Avropa standart və dəyərlərindən bəhrələnməni özündə ehtiva edir. Azərbaycan Respublikası 2001-ci ildən üzvü olduğu Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində öz milli qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində tədbirlər görür. Ölkəmiz təşkilatın fundamental sənədlərindən olan “İnsan Hüquq və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasını və onun müvafiq protokollarını 2001-ci il yanvarın 25-də imzalamış, 2001-ci il dekabrın 25-də isə ratifikasiya etmişdir.
İslam dünyasının tərkib hissəsi olan Azərbaycan Respublikası İslam Konfransı Təşkilatı (İKT) çərçivəsində fəaliyyətinə xüsusi diqqət yetirir. 1991-ci ildə İKT-yə üzv olduqdan sonra Azərbaycan Respublikası bu təşkilat çərçivəsində fəal iştirakçıya çevrilmişdir. İKT Ermənistanı təcavüzkar qismində tanıyan və pisləyən ilk beynəlxalq təşkilatdır. İKT-nin ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən bu məsələyə dair aydın və ədalətli mövqeyi Azərbaycan Respublikasının həmin təşkilatla münasibətlərinin yüksələn xətt üzrə inkişafına əlverişli zəmin yaratmışdır. Sivilizasiyalararası körpü rolunu oynayan Azərbaycan Respublikası Qərb və Şərq mədəniyyətlərindən bəhrələnməklə dövlətlər və xalqlar arasında dialoqa töhfə verməyə davam edəcəkdir.
Azərbaycan Respublikası Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində əməkdaşlıq münasibətlərinin saxlanılmasında, MDB ölkələri ilə ikitərəfli əsaslarda iqtisadi, siyasi, hüquqi və humanitar sahələrdə münasibətlərin inkişaf etdirilməsində maraqlıdır. ,
Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanın üzv olduğu “Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat – GUAM” 1997-ci ildə yaradılmış, 2006-cı ildə isə beynəlxalq regional təşkilata çevrilmişdir. GUAM demokratiya, inkişaf və təhlükəsizlik sahələrində ümumi maraqlar əsasında tərəfdaş dövlətləri birləşdirir.
Azərbaycan Respublikası GUAM-ın üzvü olan dövlətlər üçün əhəmiyyət kəsb edən məsələlərdə, əsasən, ərazilərində mövcud münaqişələrin həll edilməsi və təcavüzkar separatizmlə mübarizə istiqamətində onların səylərinin birləşdirilməsi və vahid mövqedən çıxış edilməsinə xüsusi önəm verir.
GUAM üzvlərinin yerləşdiyi coğrafi məkan onların müasir geosiyasi və geoiqtisadi mövqeyi, xüsusilə enerji məsələləri və nəqliyyat dəhlizləri baxımından Avrasiya regionunda mühüm əhəmiyyət kəsb edir.
GUAM-ın demokratiya və iqtisadi inkişaf konsepsiyasının həyata keçirilməsi üzv ölkələrin inkişafına və beynəlxalq məkandakı roluna müsbət təsir göstərəcəkdir.
Azərbaycan Respublikasının xarici siyasətinin prioritetlərindən biri də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) ilə əməkdaşlığıdır. 1992-ci ildə Qara Dəniz İqtisadi Əməkdaşlığı formatı kimi yaranan və 1998-ci ildə beynəlxalq regional təşkilata çevrilən QDİƏT Qara dəniz, Xəzər dənizi və Aralıq dənizini əhatə edən regional və subregional səviyyədə inteqrasiya proseslərinə və iqtisadi əməkdaşlığa yardım məqsədi daşıyır.
4.1.5. Regional əməkdaşlıq və ikitərəfli münasibətlər
Çoxşaxəli tarazlaşdırılmış xarici siyasət həyata keçirən Azərbaycan Respublikası bütün dövlətlərlə suverenliyə və ərazi bütövlüyünə hörmət, sərhədlərin toxunulmazlığı və daxili işlərə qarışmama kimi beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsipləri əsasında dostluq münasibətlərinin qurulmasında maraqlıdır və buna nail olmaq üçün səy göstərir. Azərbaycan Respublikası dünyanın əksər ölkələri ilə belə münasibətlər qurmuşdur və onları inkişaf etdirməkdədir.
Azərbaycan Respublikası əməkdaşlıq etdiyi dövlətlərlə regional və beynəlxalq problemləri həll etmək istiqamətində birgə fəaliyyət göstərir. Regional təhlükəsizlik, terrorçuluqla mübarizə, kütləvi qırğın silahlarının yayılmaması və enerji təhlükəsizliyinin təmin olunması prioritet sahələr sırasındadır.
Regionda sülh və sabitliyə nail olmaq üçün Azərbaycan Respublikası bir sıra addımların atılmasını vacib hesab edir. İlk növbədə region kütləvi qırğın silahlarından azad məkan olmalıdır. Nüvə silahının yayılmaması sahəsində mövcud beynəlxalq hüquq normalarına uyğun regional münasibətlərin inkişafı həm regional, həm də beynəlxalq səviyyədə sabitliyin bərqərar edilməsi və möhkəmlənməsi üçün zəruri şərtlərdəndir.
Regionda xarici hərbi qüvvələrin olmaması regional təhlükəsizliyə töhfə verərdi. Regional təhlükəsizlik region ölkələrinin bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıması, militarist və təcavüzkar siyasətdən çəkinməsi vasitəsilə yaradılmalıdır.
Azərbaycan Respublikası beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və milli qanunvericiliyinə uyğun olaraq, eləcə də müvafiq xarici dövlətlərin qanunvericiliyi nəzərə alınmaqla, xaricdə yaşayan azərbaycanlıların hüquq və əsas azadlıqlarının təmin edilməsinə və onların milli özünəməxsusluğunun və dəyərlərinin qorunub saxlanılmasına kömək göstərməkdə davam edəcəkdir.
4.1.5.1. Region ölkələri ilə əməkdaşlıq
Azərbaycan Respublikası qonşu ölkələrlə hərtərəfli tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə böyük önəm verir. Bu ölkələrlə münasibətlərdə Azərbaycan Respublikası əsas problemlərin qarşılıqlı şəkildə və beynəlxalq hüquqa uyğun həllinin tərəfdarıdır. Azərbaycan Respublikası qonşu ölkələrlə sərhədlərin delimitasiyası və demarkasiyası məqsədilə aparılan danışıqların tezliklə başa çatdırılmasında maraqlıdır.
Separatçılığın, etnik, siyasi və dini ekstremizmdən qaynaqlanan risklərin zərərsizləşdirilməsində digər dövlətlərlə, xüsusən Azərbaycan Respublikası ilə qonşuluq təmaslarına malik ölkələrlə harmonik münasibətlərin qurulması mühüm əhəmiyyətə malikdir.
Azərbaycan Respublikası regionda sülhün və sabitliyin bərqərar olması üçün regional əməkdaşlığı əvəzolunmaz amil kimi qiymətləndirir. Eyni zamanda, Ermənistanın təcavüzkar siyasəti Cənubi Qafqazda hərtərəfli regional əməkdaşlıq yolunda əsas maneədir. Bu siyasətdən imtina etməyənədək Azərbaycan Respublikası Ermənistanla əməkdaşlığı mümkün hesab etmir.
Digər tərəfdən, Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli strateji tərəfdaşlıq və genişlənən əməkdaşlıq regionda sabitlik amilinə çevrilmişdir. Bu əməkdaşlıq Qara dəniz və Xəzər dənizi regionlarının əhəmiyyətini artıran, Avropa və bütövlükdə qlobal enerji təhlükəsizliyinə töhfə verən “Bakı-Supsa”, Heydər Əliyev adına “Bakı- Tbilisi-Ceyhan” ixrac neft boru kəmərləri və Cənubi Qafqaz qaz boru kəməri (“Bakı-Tbilisi-Ərzurum”) kimi üç uğurlu enerji infrastrukturu layihəsi ilə Avropa üçün yeni həyati və təhlükəsiz enerji mənbəyinin əsasını qoydu.
Geostrateji cəhətdən önəmli olan “Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı” layihəsinin həyata keçirilməsi regional əməkdaşlığın daha da sürətlən-dirilməsi və genişləndirilməsi istiqamətində mühüm bir addım olaraq, eyni zamanda yeni qlobal imkanlar yaradır.
Azərbaycan Respublikasının müstəqilliyini tanımış ilk dövlət olan və regionda sülh və sabitliyin bərqərar olunmasında müstəsna rol oynayan Türkiyə ilə bütün sahələrdə hərtərəfli münasibətlər son dərəcədə mühümdür. Etnik, mədəniyyət və dil baxımından bir-biri ilə sıx bağlı olan ölkələrimiz arasında qarşılıqlı münasibətlər strateji əməkdaşlıq səviyyəsində daha da genişlənməkdə və dərinləşməkdədir. Azərbaycan Respublikası və Türkiyənin transregional iqtisadi layihələrin gerçəkləşməsinə töhfələri, eləcə də Türkiyənin Ermənistan-Azərbaycan münaqişəsinin həllinə yönəldilmiş səyləri iki ölkənin mövqelərinin tam uyğunluğunu və onlar arasında əməkdaşlığın keyfiyyət səviyyəsini nümayiş etdirir.
Azərbaycan Respublikasının Gürcüstan ilə əməkdaşlığının və tərəfdaşlığının hərtərəfli inkişafı ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir. İki dövlətin ümumi maraqlarının mövcudluğu, regiondakı enerji infrastrukturu və nəqliyyat layihələrinin həyata keçirilməsi, eləcə də qarşılıqlı maraq kəsb edən digər sahələr çərçivəsində Gürcüstan ilə sıx əməkdaşlıq edən Azərbaycan Respublikası ikitərəfli strateji tərəfdaşlıq münasibətlərini daha da inkişaf etdirməkdə davam edəcəkdir.
Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanın “Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat – GUAM” çərçivəsində mövcud tərəfdaşlığı regional əməkdaşlığın digər bir nümunəsidir.
Ukrayna və Moldova ilə tərəfdaşlıq yalnız GUAM çərçivəsində deyil, eyni zamanda ikitərəfli əsaslarda siyasi, iqtisadi, humanitar və digər sahələrdə inkişaf etdirilir.
Azərbaycan ilə Rusiya arasında mövcud olan münasibətlər regionun sabitliyi və inkişafı üçün mühüm amildir. Azərbaycan Respublikası Rusiya Federasiyası ilə ikitərəfli əsaslarda, eləcə də Avropa regional təşkilatlan, xüsusilə də MDB çərçivəsində çoxtərəfli əsaslarda siyasi, iqtisadi, humanitar, təhlükəsizliyin təmin edilməsi, cinayətkarlığa qarşı mübarizə və digər sahələrdə strateji tərəfdaşlıq və əməkdaşlıq edir.
Azərbaycan Respublikası xəzəryanı ölkələrlə sülh və mehriban qonşuluq şəraitində yaşamaq və müxtəlif regional layihələrdə birgə iştirakda maraqlıdır. Azərbaycan Respublikası xəzəryanı ölkələr olan Rusiya və Qazaxıstanla yaxın qonşuluq münasibətlərinə malikdir. Bu gün Azərbaycan neftinin Xəzər dənizindən Qara dəniz vasitəsilə Avropa bazarlarına daşınması marşrutlarından biri də Bakı-Novorossiysk boru kəməridir. Qazaxıstanla Azərbaycan Respublikası arasında isə Qazaxıstan neftinin Xəzər dənizi və Azərbaycan ərazisindən “Bakı-Tbilisi-Ceyhan” sistemi vasitəsilə beynəlxalq bazarlara nəql edilməsinə dəstək verilməsi və şərait yaradılması haqqında 2006-cı ildə müqavilə imzalanmışdır.
Bu üç xəzəryanı ölkə artıq Xəzər dənizinin dibinin bölüşdürülməsi barə-də razılığa gəlmişlər. Azərbaycan Respublikası yaxın qonşuları İran və Türkmənistan ilə də belə razılaşma əldə ediləcəyinə və yaxın gələcəkdə Xəzər dənizinin statusunun müəyyən olunacağına, Xəzər dənizindən yalnız sülh məqsədləri və sahilyanı dövlətlərin çiçəklənməsi üçün istifadə olunacağına inanır.
Azərbaycan Respublikası qonşu İranla münasibətlərinə böyük əhəmiyyət verir. Tarix və mədəniyyət sahələrində zəngin müştərək irsə malik iki ölkə arasında münasibətlər dövlətimizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Azərbaycan Respublikası İranla siyasi, iqtisadi, mədəni və digər sahələr üzrə qarşılıqlı faydalı əlaqələrin inkişaf etdirilməsində maraqlıdır.
4.1.5.2. Qeyri-region ölkələri ilə əməkdaşlıq
Azərbaycan Respublikası region ölkələri ilə yanaşı, digər ölkələrlə də əməkdaşlıqda maraqlıdır. İlk növbədə Azərbaycan Respublikası strateji tərəfdaşı olan ABŞ ilə BMT və Avro-Atlantik strukturlar çərçivəsində, antiterror koalisiyasında, beynəlxalq terrorizm, separatçılıq, kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, korrupsiya, qanunsuz silah və insan alveri kimi qlobal çağırış və təhdidlərə qarşı mübarizə məsələlərində, ikitərəfli münasibətlər səviyyəsində isə siyasi, hərbi, iqtisadi, enerji təhlükəsizliyi sahələrində, ölkəmizdə demokratik islahatların aparılması istiqamətində əməkdaşlıq edir.
Avropa ölkələri ilə əməkdaşlığını ikitərəfli və çoxtərəfli əsaslarda quran Azərbaycan Respublikası Avropa iqtisadi və hüquqi məkanına inteqrasiyanın dərinləşməsində, birgə regional iqtisadi layihələrin həyata keçirilməsində maraqlıdır. Azərbaycan Respublikası xüsusilə Baltikyanı, Şərqi və Cənub Şərqi Avropa ölkələri ilə siyasi, iqtisadi əməkdaşlığın genişləndirilməsini vacib hesab edir. Azərbaycan Avropada enerji mənbələrinin diversifikasiyasi və enerji təhlükəsizliyinin təmin olunması siyasətinə öz töhfəsini verməklə bu istiqamətdə bir sıra mühüm addımlar atmışdır.
Mərkəzi və Orta Asiya dövlətləri ilə də münasibətlər Azərbaycan Respublikasının xarici siyasətində əhəmiyyətli yer tutur. Bu regionun ölkələri ilə mövcud ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinə xüsusi önəm verilir.
Azərbaycan Respublikası Uzaq Şərqin və Cənub-Şərqi Asiyanın qabaqcıl dövlətləri olan Çin, Koreya Respublikası və Yaponiya ilə qarşılıqlı faydalı əməkdaşlıqda maraqlıdır. Bu ölkələrin Azərbaycan Respublikasındakı iqtisadi layihələrə fəal qoşulması, “Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi” (TRACECA) layihəsinin gerçəkləşməsi ikitərəfli münasibətlərin zəngin potensialının inkişaf etdirilməsi üçün əlverişli zəmin yaratmışdır.
Cənub-Şərqi və Cənubi Asiyada yeni iqtisadi və siyasi güc mərkəzlərinin təşəkkülü Azərbaycan Respublikasının xarici siyasətinin bu istiqamətə marağının artmasına səbəb olmuşdur.
Azərbaycan Respublikasının Yaxın Şərq dövlətləri ilə münasibətləri də böyük potensiala malikdir və ölkəmiz bu dövlətlərlə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi istiqamətində səyləri davam etdirəcəkdir.
4.2. Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi
Azərbaycan Respublikasının müdafiə qabiliyyəti ölkənin milli maraqlarını təmin etmək üçün əsas amillərdən biridir.
Azərbaycan Respublikasının müdafiə siyasəti milli resurslara və mövcud təhlükəsizlik vəziyyətinə əsaslanan, demokratik nəzarət altında olan müdafiə qabiliyyətinin inkişaf etdirilməsinə və saxlanmasına əsaslanır. Azərbaycan Respublikasının Silahlı Qüvvələri ölkənin müdafiə qabiliyyətinin əsasını təşkil edir.
Azərbaycan Respublikasının milli müdafiə siyasətinin əsasını aşağıdakılar təşkil edir:
– bütün ölkələrlə dinc yanaşı yaşama;
– digər dövlətlərin suverenliyinə və müstəqilliyinə hörmət və onların daxili işlərinə qarışmama;
– mövcud dövlət sərhədlərinin bütövlüyü və onların dəyişməzliyi;
– beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi;
– hərbi quruculuqda konkret qüvvələr nisbətini nəzərə almaqla zəruri müdafiə kifayətliliyi məfhumunun dəstəklənməsi.
Tarixi keçmişini, təhlükəsizlik vəziyyətini, demokratik dövlət quruculuğunun əsas vəzifələrini və ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğal olunması faktını nəzərə alan Azərbaycan Respublikasının apardığı milli müdafiə siyasətinin əsas məqsədləri aşağıdakılardan ibarətdir:
– Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin qorunması, ərazi bütövlüyünün bərpa edilməsi və bütün əraziləri üzərində nəzarətin təmin olunması,
– xarici hərbi təcavüzün qarşısının alınması və dəf edilməsi üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşə və səfərbərliyə hazırlıq səviyyəsində saxlanılması;
– NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramının müvafiq mexanizmlərində iştirakının davam etdirilməsi, NATO dövlətləri və digər tərəfdaş ölkələrlə qarşılıqlı faydalı əsaslara söykənən ikitərəfli və çoxtərəfli hərbi əməkdaşlığın həyata keçirilməsi;
– Azərbaycan Respublikasının müdafiə sahəsində öz üzərinə götürdüyü beynəlxalq hüquq öhdəliklərinin yerinə yetirilməsi;
– müvafiq tədbirlərin həyata keçirilməsi yolu ilə beynəlxalq təhlükəsizliyə töhfə.
– Azərbaycan Respublikasının müdafiə siyasəti aşağıdakı prinsiplərə əsaslanır:
– Azərbaycan Respublikasının Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan başqa silahlı birləşmələrlə mərkəzləşdirilmiş rəhbərliyin vəhdəti və bu fəaliyyətə demokratik nəzarətin təmin olunması;
– Azərbaycan Respublikasının təhlükəsizliyinin təmin olunması sisteminə qarşı hərbi təhdidlərin vaxtında aşkarlanması və qiymətləndirilməsi;
– hərbi sahədə milli təhlükəsizliyin təmin olunması üçün qüvvə, vasitə və ehtiyatların zəruri kifayətliliyi, onların müvafiq planlaşdırılması və istifadəsi.
Hərbi sahədə milli təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə müdafiə sahəsində dövlətin praktiki fəaliyyəti mühüm hərbi vəzifələri, ehtimal olunan müharibə və hərbi münaqişələrin xüsusiyyət və məqsədinin qiymətləndirilməsi, mümkün təhlükənin miqyasını, ölkənin hərbi sahədə təhlükəsizliyinə təhdid olan hərbi və siyasi qüvvələrin və digər amillərin yerini, silahlı qüvvələrin təşkili prinsiplərini və mümkün təcavüzün qarşısını almağa hazırlıq yollarını müəyyən etməkdən ibarətdir.
Milli müdafiə siyasətinin mühüm elementlərindən biri iqtisadiyyat və müdafiə arasında optimal qarşılıqlı nisbətin bərqərar edilməsi və milli müdafiə sənayesinin inkişaf etdirilməsidir.
Ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi yolunda hərbi-siyasi və hərbi-texniki sahədə beynəlxalq əlaqələrin və əməkdaşlığın hər cür inkişafı müstəsna əhəmiyyət kəsb edir. Avro-Atlantik məkanın təhlükəsizlik sisteminə inteqrasiya, NATO dövlətlərinin qüvvələri ilə qarşılıqlı uzlaşan hərbi əməliyyat qüvvələrinin yaradılması, böhranların aradan qaldırılması məqsədilə müvafiq beynəlxalq təşkilatların mandatı əsasında aparılan sülhməramlı cavab əməliyyatlarında iştirak etmək Azərbaycan Respublikasının müdafiə siyasətinin əsas istiqamətlərindən hesab olunur.
Ölkə ərazisinin və onun vətəndaşlarının tam müdafiəsi Azərbaycan Respublikası Konstitusiyasının tələbidir ki, bu da bütün vasitələrlə təmin olunmalıdır. Bu məqsədlə Azərbaycan Respublikasının Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan başqa silahlı birləşmələr səlahiyyətləri daxilində öz vəzifələrini həyata keçirirlər.
Dövlətin Silahlı Qüvvələri və başqa silahlı birləşmələri Azərbaycan Respublikasının Konstitusiyasında, qanunlarında, digər normativ hüquqi aktlarda, beynəlxalq humanitar hüquq sahəsində tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş hüquq və vəzifələri yerinə yetirir.
4.3. Təhlükəsizliyin daxili siyasət vasitələri ilə təmin edilməsi
4.3.1. Demokratiyanın möhkəmləndirilməsi
Azərbaycan Respublikası insan hüquq və əsas azadlıqlarının qorunmasına təminat kimi demokratik idarəetmə və vətəndaş cəmiyyətinin inkişaf etdirilməsini alternativsiz yol kimi seçmişdir.
Dövlət müstəqilliyinin bərpa olunmasından sonra ərazisinin bir hissəsinin qonşu Ermənistan tərəfindən davam edən işğalının mənfi təsirlərinə baxmayaraq, Azərbaycan Respublikası qanunvericilik sistemində və iqtisadi sistemdə mühüm islahatlar aparmışdır. Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə, Avropa İnsan Hüquqları Məhkəməsinə və BMT-nin insan hüquqları üzrə müqavilə-nəzarət orqanlarına müraciət etmək hüququ təmin edilmişdir. İnsan hüquq və əsas azadlıqlarını qorumaq üçün Ombudsman təsisatı yaradılmış, məhkəmələrin müstəqilliyi təmin olunmuşdur. Bütün kütləvi informasiya vasitələri üzərində dövlət nəzarəti və senzura ləğv edilməklə söz azadlığını qoruyan müvafiq qanunvericilik tədbirləri görülmüşdür.
Eyni zamanda, davam edən demokratik islahatlar prosesi çərçivəsində ölkədə seçki praktikasının bundan sonra da inkişaf etdirilməsi, qanunların icrası mexanizmlərinin təkmilləşdirilməsi, dövlət idarələrində və bu idarələrə işəgötürmə ilə bağlı şəffaflığın yaradılması, yerli özünüidarə orqanlarının səlahiyyətlərinin aydın surətdə müəyyən olunması və onların yerli problemlərin həll edilməsində rolunun artırılması, habelə kütləvi informasiya vasitələrinin və qeyri-hökumət təşkilatlarının maddi-texniki bazasının möhkəmləndirilməsi hökumətin diqqət mərkəzində olan önəmli məsələlər sırasındadır.
Bütün təhlükəsizlik strukturları üzərində demokratik və mülki nəzarət, onların fəaliyyətinin şəffaflığı, korrupsiyaya qarşı səmərəli mübarizə, ümdə vəzifəsi xalqa xidmət olan yüksək vəzifəli şəxslərin məsuliyyətinin daha da artırılması və onların məsul olduğu sahələr üzrə fəaliyyətləri barədə Milli Məclis deputatlarının, kütləvi informasiya vasitələri ilə ictimaiyyətin məlumatlandırılması kimi məsələlər üzrə hökumət ardıcıl səylərini davam etdirəcəkdir.
Demokratik hüquqi dövlətin qanunun aliliyi, insan hüquq və əsas azadlıqları və sosial ədalət kimi fundamental əsaslarının təmin olunması müvafiq dövlət funksiyalarının yerinə yetirilməsi əleyhinə yönəlmiş fəaliyyətlərə qarşı mübarizəyə və milli maraqların həyata keçirilməsinə əhəmiyyətli dəstək verəcəkdir.
4.3.2. Milli və dini tolerantlıq mühitinin qorunması
Azərbaycan Respublikası həmişə müxtəlif millətlərin və dinlərin sülh şəraitində birgə yaşayışına nümunə olmuşdur. Azərbaycan dövləti cəmiyyətin maraqlarından irəli gələn rasional milli siyasət kursunu, dini tolerantlıq mühitinin qoruması və inkişafını, bütün vətəndaşların qanun qarşısında bərabərliyi və qanunun aliliyini, demokratik hüquq və azadlıqların, həmçinin insanların bu hüquq və azadlıqlardan sərbəst istifadə imkanlarının təmin edilməsini müvafiq riskin real təhdidə çevrilməsinin qarşısının alınması və neytrallaşdırılmasının mühüm şərtləri qismində nəzərdən keçirir.
Hazırkı mərhələdə ölkədə bərqərar edilmiş milli və dini tolerantlıq mühitinin qorunması və inkişafı dövlət qarşısında duran başlıca vəzifələrdən hesab olunur. Azərbaycan dövlətinin milli siyasət kursu Konstitusiyanın əsas prinsiplərindən birinə əsaslanır: Azərbaycan Respublikası bütün ölkə vətəndaşlarının ümumi və bölünməz vətənidir.
4.3.3. Elm, təhsil, mədəniyyət siyasəti və mənəviyyatın qorunması
Elm, təhsil, mədəniyyət və mənəviyyatın qorunması siyasəti Azərbaycan xalqının mədəni irsinin, maddi və mənəvi dəyərlərinin mühafizəsinə, onun mədəni tələbatlarının ödənilməsi vasitələrinin və elmi-texniki potensialının daxili və xarici təhdidlərdən qorunmasına, mütərəqqi daxili və beynəlxalq inkişafdan bəhrələnməsinə yönəlmişdir.
Azərbaycan Respublikası ümumdünya mədəniyyətinin qloballaşması meyillərindən kənarda qalmamaq şərtilə, milli mədəniyyətin özünəməxsusluğunu qoruyur və eyni zamanda dünyanın mədəni nailiyyətlərindən milli mədəniyyətin tərəqqisində istifadə üçün imkanlar yaradır.
Azərbaycan Respublikası beynəlxalq öhdəliklərinə uyğun olaraq öz ərazisində tarixi və mədəni abidələrin qorunmasını təmin edir.
Ölkənin davamlı inkişafı üçün adekvat sayda, yaxşı təhsil almış və təlim keçmiş peşəkar insan potensialını, həmçinin elmi-texniki tərəqqini təmin etmək zəruridir. Bu məqsədlə, Azərbaycan Respublikası elm və təhsil səviyyəsinin dünya standartlarına uyğunlaşdırılması, yeni texnologiyalardan istifadə üçün inkişaf etmiş ölkələrlə əməkdaşlıq əlaqələrini genişləndirir, beynəlxalq təcrübəni öyrənir və tətbiq edir. Azərbaycan Respublikası elmi potensialın qorunması və inkişafına dair dövlət siyasətinin uzunmüddətli proqramlarını hazırlayıb həyata keçirir.
4.3.4. İqtisadi və sosial inkişaf
Ölkənin iqtisadi inkişafının davamlı olması hökumətin iqtisadi siyasətinin təməl prinsipidir. Bu həm iqtisadi, həm də sosial ölçülərin bərabər səviyyədə nəzərə alınmasını tələb edən kompleks bir məsələdir. Ona görə də Azərbaycan Respublikası bu istiqamətlərin hər biri üzrə sinxron və əlaqələndirilmiş proqram həyata keçirmək niyyətindədir.
Azərbaycan Respublikasında inflyasiya tempinin məqbul səviyyədə saxlanılması və valyuta bazarında sabit və proqnozlaşdırıla bilən vəziyyət təmin edilmiş, strateji valyuta ehtiyatları əhəmiyyətli dərəcədə artmışdır. Dövlət idarəetmə sistemində struktur islahatları həyata keçirilmiş, müəssisələrin böyük qismi öz fəaliyyətlərini bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq səmərəli təşkil edə bilmişdir.
Sürətlə artan neft və qaz gəlirlərindən həddən artıq asılılıq nəticəsində yarana biləcək iqtisadi qeyri-sabitlik təhdidinin qarşısının alınması məqsədilə iqtisadi siyasət iqtisadi çoxşaxəliliyin təşviqinə yönəldilməlidir.
Sahibkarlıq fəaliyyətində mühüm inkişaf müşahidə olunmuş, iqtisadiyyatın liberallaşmasının dərinləşdirilməsi istiqamətində nailiyyətlər əldə edilmişdir. Artım tempi əhalinin rifah səviyyəsinin artması üçün görülən konkret tədbirlər, struktur-texnoloji müasirləşmənin həyata keçirilməsi və Ölkənin rəqabət üstünlükləri sayəsində təmin edilməlidir. Sosial-iqtisadi inkişafda yeni nailiyyətlərin əldə edilməsi həm də islahatların aparılmasına, özəlləşdirmə zamanı şəffaflığın təmin edilməsinə, iqtisadiyyatın müasirləşməsinə, sosial dəyişikliklərin keçirilməsinə kompleks yanaşmanın davam etdirilməsini tələb edir.
Həyata keçirilən regional iqtisadi siyasətin əsas məqsədi ölkəmizin bütün bölgələrinin mövcud potensialından səmərəli istifadə etməklə qeyri-neft sahələrinin inkişafına, istehsal müəssisələrinin fəaliyyətinin daha da genişləndirilməsinə, ixracyönlü məhsul istehsalının stimullaşdırılmasına, yerli sahibkarlığın inkişafı yolu ilə əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına, məşğulluq səviyyəsinin, xüsusilə gənclərin faydalı əməklə məşğulluğunun artırılmasına və ölkə iqtisadiyyatının dinamik inkişafının təmin edilməsinə nail olmaqdır.
Azərbaycan Respublikasının uzunmüddətli dövrdə dayanıqlı və tarazlı inkişafının təmin edilməsində sərmayələrin cəlb edilməsi xüsusi rol oynayır. Sərmayələrin tələb olunan həcm və keyfiyyəti, ilk növbədə, özəl sərmayələrin dəstəyi nəticəsində təmin edilə bilər. Ona görə də əlverişli sərmayə mühitinin yaxşılaşdırılması qarşıda duran ən əsas vəzifələrdəndir. Bunun üçün şəxsi mülkiyyətin qorunması və korporativ idarəetmənin təkmilləşdirilməsinə, mülkiyyət formasından asılı olmayaraq bütün sərmayədarlar üçün daha əlverişli rəqabət mühitinin yaradılmasına, sərmayə fəaliyyətinin normativ hüquqi bazasının daha da təkmilləşdirilməsinə, sərmayə axınının qeyri-neft sektorunun və regionların inkişafına yönəldilməsinin stimullaşdırılmasına diqqət yetiriləcəkdir. Eyni zamanda, Azərbaycan şirkətlərinin xarici ölkələrdə fəaliyyəti və beynəlxalq layihələrdə iştirakı dəstəklənəcəkdir.
Həmçinin “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizində Azərbaycan Respublikasının tranzit ölkə kimi potensialının gücləndirilməsinə, müasir texnologiyaların ölkəmizə gətirilməsinə və informasiya-telekommunikasiya sistemlərinin inkişafına xüsusi önəm veriləcəkdir.
4.3.5. Daxili təhlükəsizliyin möhkəmləndirilməsi
Daxili təhlükəsizliyin təmin olunması dövlətin ən vacib vəzifələrindən biridir. Bu, həmçinin onun beynəlxalq risk və təhdidlərə cavab vermə qabiliyyətini gücləndirir,
Davamlı daxili təhlükəsizlik yalnız insan hüquq və əsas azadlıqlarına hörmət, vətəndaş cəmiyyətinin və sosial rifahın inkişafı vasitəsilə mümkündür. Azərbaycan Respublikasının müvafiq dövlət orqanları öz növbəsində ictimai asayişi qorumaq, cinayətkarlıq və korrupsiya ilə mübarizə aparmaqla, daxili təhlükəsizliyin təmin olunmasında məsuliyyət daşıyır. Bu sahədə hüquq mühafizə orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə qanunvericilik və institusional islahatlar aparılır, praktiki tədbirlər görülür.
Milli təhlükəsizliyin ən vacib elementlərindən biri kimi kəşfiyyat və əks-kəşfiyyat dövlətin və onun vətəndaşlarının təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
4.3.6, Sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi
Azərbaycan Respublikasının həssas coğrafi vəziyyəti onu beynəlxalq terrorçuluq, qeyri-qanuni miqrasiya, transmilli mütəşəkkil cinayətkarlıq, insan alveri, narkotik vasitələrin qaçaqmalçılığı və kütləvi qırğın silahlarının yayılması kimi bir sıra transsərhəd təhdidlər ilə üzləşdirir.
Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində Azərbaycan Respublikasının İran İslam Respublikası ilə 132 km və Ermənistanla 733 km uzunluğunda olan beynəlxalq sərhədləri Ermənistan tərəfindən zəbt olunmuşdur. Bu sərhədlərin nəzarətdən kənarda qalması yuxarıda sadalanan cinayətkarlıq üçün münbit şərait yaradır.
Transsərhəd təhdidlərin mövcudluğu ölkənin sərhəd təhlükəsizliyinə xüsusi diqqət yetirilməsini zəruri edir. Sərhəd təhlükəsizliyi siyasətinin effektiv həyata keçirilməsi üçün mərkəzi dövlət orqanı kimi Dövlət Sərhəd Xidməti yaradılmışdır. Ölkədə aparılan ümumi demokratik dövlət quruculuğu və xüsusən təhlükəsizlik sektorunun islahatı prosesi çərçivəsində sərhəd təhlükəsizliyinə konseptual olaraq yenidən baxılır və Dövlət Sərhəd Xidmətinin hərbi qurumdan hüquq mühafizə orqanına keçidi məqsədilə əsaslı struktur islahatları aparılır. NATO və digər xarici tərəfdaşlarla əməkdaşlıq şəraitində aparılan islahatlar nəticəsində effektiv sərhəd nəzarəti sistemi yaradılmaqla Silahlı Qüvvələrin və digər təhlükəsizlik strukturlarının sərhəd təhlükəsizliyi sahəsindəki mümkün dəstəkləyici rolu və fəaliyyətlərinin koordinasiyası mexanizmləri daha da təkmilləşdirilir.
Sərhəd təhlükəsizliyi məsələsi neft və qaz yataqlarının, nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin təmin olunmasında getdikcə daha çox əhəmiyyət kəsb etməkdədir.
Sərhəd təhlükəsizliyinin daha səmərəli təmin edilməsi üçün normativ hüquqi baza beynəlxalq standartlara uyğunlaşdırılır, idarəetmə sistemi təkmilləşdirilir və şəffaf büdcə sistemi yaradılır.
Azərbaycan Respublikası sərhəd təhlükəsizliyi sahəsində NATO, Avropa İttifaqı, Beynəlxalq Miqrasiya Təşkilatı, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Sərhəd Məsələləri üzrə Beynəlxalq Konfrans və digər beynəlxalq təşkilatlar çərçivəsində, habelə ikitərəfli və çoxtərəfli qaydada dövlətlərarası səviyyədə əməkdaşlığı genişləndirir.
Bu istiqamətdə islahatları daha da inkişaf etdirmək üçün havadan və dənizdə nəzarət, axtarış-xilasetmə, çeviklik imkanları müasirləşdirilir, təlim sistemi təkmilləşdirilir, quru sərhədlər və nəzarət məntəqələri müasir texniki avadanlıqlarla təmin olunur və peşəkar heyətə keçid sürətləndirilir.
Ermənistan-Azərbaycan münaqişəsi həll olunduqdan sonra sərhədlərin nəzarətdən kənarda qalmış hissəsinin Azərbaycan Respublikasının ümumi sərhəd təhlükəsizliyi sisteminə daxil edilməsi və həmin ərazilərdə ən müasir tələblərə uyğun təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi islahat və quruculuq prosesində müvafiq şəkildə nəzərə alınır.
4.3.7. Miqrasiya siyasəti
Son illərin təhlili göstərir ki, Azərbaycanda müşahidə olunan sürətli sosial-iqtisadi inkişaf, energetika və nəqliyyat sahələrində beynəlxalq kommunikasiyaların genişlənməsi, eyni zamanda ölkəmizin geosiyasi mövqeyi miqrasiya proseslərinin intensivləşməsinə gətirib çıxarmışdır. Bu da, öz növbəsində, ölkənin inkişafı və təhlükəsizliyinin təmin edilməsi baxımından milli maraqlara uyğun miqrasiya siyasətinin həyata keçirilməsini, onun əsasında miqrasiya proseslərinin tənzimlənməsi məsələlərinin təkmilləşdirilməsini şərtləndirir.
Azərbaycan Respublikasında miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, milli təhlükəsizliyin və sabit sosial-iqtisadi, demoqrafik inkişafın təmin edilməsi, əmək ehtiyatlarından səmərəli istifadə edilməsi, ölkə ərazisində əhalinin mütənasib yerləşdirilməsi, miqrantların intellektual və əmək potensialından istifadə edilməsi, tənzimlənməyən miqrasiya proseslərinin neqativ təsirinin aradan qaldırılması, insan alveri də daxil olmaqla, qeyri-qanuni miqrasiyanın qarşısının alınması məqsədilə 2006-2008-ci illər üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramı qəbul olunmuşdur.
Miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, idarəetmə sisteminin inkişaf etdirilməsi, miqrasiya proseslərinin tənzimlənməsi və proqnozlaşdırılması, bu sahədə müvafiq dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Dövlət Miqrasiya Xidməti yaradılmışdır.
Ölkədə miqrasiya proseslərinin tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi hazırda effektiv immiqrasiya siyasətinin formalaşdırılmasını, beynəlxalq əməkdaşlığın gücləndirilməsini, emiqrasiya proseslərinin nəzarətdə saxlanılmasını və vahid informasiya bazasının yaradılmasını zəruri edir.
4.3.8. Enerji təhlükəsizliyi siyasəti
Xəzər hövzəsinin Azərbaycan Respublikasına mənsub olan sektorunda yerləşən mövcud neft və qaz yataqlarının, habelə perspektivli strukturların işlənməsi, istismarı, müasir neft-qaz özüllərinin tikintisi və quraşdırılması, əsas ixrac neft və qaz boru kəmərlərinə, terminallarına olan təhdidlərin aşkar edilməsi, qiymətləndirilməsi və adekvat tədbirlərin görülməsi Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsinin ən mühüm fəaliyyət istiqamətlərindən biridir.
Heydər Əliyev adına “Bakı-Tbilisi-Ceyhan” əsas ixrac neft boru kəməri və Cənubi Qafqaz qaz boru kəməri Xəzər dənizi ilə Qara dəniz və Aralıq dənizi arasında enerji nəqlinin, xəzəryanı ölkələrin geostrateji və iqtisadi maraqlarım təmin edən mühüm obyektlərin təhlükəsizliyinin qorunması və bununla əlaqədar artan risklərin idarə olunması və azaldılması Azərbaycan Respublikasının milli təhlükəsizliyinin ən vacib vəzifələrindəndir.
Heydər Əliyev adına “Bakı-Tbilisi-Ceyhan” əsas ixrac boru kəmərinin 2006-cı ildən istifadəyə verilməsi Azərbaycan neftini dünya bazarında mühüm amilə çevirmişdir. Azərbaycan neftini Türkiyənin Ceyhan limanına, qazını isə Türkiyənin Ərzurum qaz terminalına çıxaran kəmərlərin coğrafiyası müəyyən təhlükəsizlik riskləri yaradır.
Azərbaycan Respublikası enerji ehtiyatlarının istehsalı və nəqli ilə bağlı yaradılan və istismar olunan infrastrukturun təbii fəlakətlərə, texnogen xarakterli fövqəladə hadisələrə və təxribatlara məruz qalma ehtimalına qarşı kompleks tədbirlər həyata keçirir.
XXI əsrdə dünyada enerji daşıyıcıları ilə bağlı böhran gözlənildiyindən Azərbaycan Respublikasında alternativ enerji mənbələrindən istifadə edilməsi qərara alınmışdır. Küləkli və günəşli günlərin sayına görə ölkənin əlverişli şəraitə malik olduğunu nəzərə alaraq, Azərbaycanın enerjiyə olan ehtiyacının müəyyən hissəsi külək, dəniz, günəş, biokütlə, kiçik dağ suları və su elektrik stansiyaları hesabına təmin oluna bilər.
4.3.9. Nəqliyyat təhlükəsizliyi siyasəti
Azərbaycan Respublikasında zəngin enerji ehtiyatlarının olması iqtisadiyyatın əsaslı və sürətli inkişaf etməsinə müsbət təsir göstərən, lakin müxtəlif dövlətlərin regiondakı maraqlarını şərtləndirən və münasibətlərin gərginləşməsinə səbəb olan əsas amillərdən biridir.
Müstəqillik əldə edildikdən sonra Azərbaycan Respublikası öz enerji sektorunu daha da inkişaf etdirmiş və müxtəlif növ nəqliyyat şəbəkələri yaratmışdır. Bu nəqliyyat şəbəkələrinin təhlükəsizliyinin təmin edilməsi ölkə üçün əsas vəzifələrdən biridir.
Beynəlxalq nəqliyyat dəhlizlərinin və boru kəmərlərinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan Respublikası aşağıdakı vəzifələri həyata keçirir:
– nəqliyyatın və nəqliyyatda təhlükəsizliyin təmin edilməsi;
– nəqliyyat sistemində səfərbərlik hazırlığının təmin edilməsi;
– Avropa-Qafqaz-Asiya və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizlərinin fəaliyyətinin səmərəliliyinin və rəqabət qabiliyyətinin artırılması məqsədilə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi;
– nəqliyyat infrastrukturlarının mühafizə sisteminin etibarlılığının təmin edilməsi;
– nəqliyyat infrastrukturlarının təhlükəsizliyinə kənardan təhdid yarada biləcək amillərin aşkarlanması və qarşısının alınması;
– nəqliyyat vasitələri və infrastrukturlarında, o cümlədən boru kəmərlərində terror aktlarının törədilməsində istifadə oluna biləcək vasitələrin dövriyyəsinin qadağan olunması və ya bu dövriyyəyə ciddi nəzarətin həyata keçirilməsi;
– nəqliyyat obyektlərinin tikintisi və istismarı zamanı sosial və ekoloji mühitə ziyan vurulmasının qarşısının alınması.
Sözügedən vəzifələr Azərbaycan Respublikasının Silahlı Qüvvələri və digər təhlükəsizlik strukturlarının, habelə aidiyyəti dövlət qurumlarının fəaliyyətində öz əksini tapmalı və onların həyata keçirilməsi üçün adekvat imkanlar yaradılmalıdır.
4.3.10. Fövqəladə idarəetmə, ətraf mühitin və əhalinin sağlamlığının mühafizəsi
Ətraf mühitlə bağlı olan təbii fəlakətlər və insanların fəaliyyəti nəticəsində baş verən texnogen qəzalar əhalinin sağlamlığına, rifahına və əmlakına ziyan yetirməklə daxili təhlükəsizliyə zərər vura bilər. Bu mənada onlar ümumi təhlükəsizlik kontekstində nəzərdən keçirilməlidir.
Azərbaycan Respublikasında fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması üzrə tədbirlərin hazırlanması və əlaqələndirilməsinə məsul olan ayrıca qurum – Fövqəladə Hallar Nazirliyi yaradılmışdır.
Azərbaycan Respublikası böhranların idarə olunması və fövqəladə halların qarşısının alınması üzrə tədbirlər planlarının hazırlanması ilə bağlı təcrübə qazanılması və informasiya mübadiləsi sahəsində bir sıra dövlətlərlə ikitərəfli əməkdaşlıq edir. Bu sahədə çoxtərəfli əməkdaşlıq isə NATO mexanizmləri vasitəsilə geniş inkişaf etdirilir və Azərbaycan Respublikası həmin imkandan fəal istifadəni davam etdirəcəkdir.
Azərbaycan Respublikası ekoloji problemlərə ciddi yanaşır və ona görə də bu sahədə yaranan və zərər vura bilən təhlükələrdən, risklərdən və təhdidlərdən xəbərdardır. Təbii və texnogen fəlakətlərə və böhran vəziyyətlərinə hazır olmaq və onların qarşısını almaq dövlət üçün əsas məsələlərdəndir.
Azərbaycan Respublikası ölkə əhalisinə, ərazisinə və iqtisadiyyatına radioaktiv, bakterioloji və kimyəvi vasitələrlə göstərilən zərərli təsirin qarşısının alınmasına yönəlmiş tədbirləri fəal surətdə həyata keçirir.
Strateji əhəmiyyətli dövlət obyektlərinin, o cümlədən neft və qaz hasilatı və emalı müəssisələrinin, terminalların, magistral boru kəmərlərinin, içməli su mənbələrinin, elektrik stansiyalarının, hidrotexniki qurğuların təbii fəlakətlərdən, texnogen qəzalardan və terror təhlükəsindən müdafiəsi dövlət üçün əsas vəzifələrdən biridir.
Coğrafi və geoloji şəraitin müxtəlifliyi nəzərə alınmaqla, ölkə ərazisinin təbii fövqəladə hallardan mühafizəsi ilə bağlı dağıntılara gətirib çıxara bilən amillərin, o cümlədən zəlzələlər, sellər, subasmalar, sürüşmələr və palçıq vulkanlarının törədə biləcəyi fəsadlar və onların nəticələrinin aradan qaldırılması yollan daim diqqət mərkəzindədir.
Bir neçə iqlim qurşağı ilə əhatə olunan Azərbaycan Respublikası ərazisindəki zəngin bitki və heyvanat aləminin qorunub saxlanması zəruri şərtdir.
Ətraf mühitin çirklənməsinə səbəb olan mənbələrin ləğv olunmasına, Xəzər dənizinin ekoloji problemlərinin aradan qaldırılmasına, onun biomüxtəlifliyinin qorunması və bərpa olunmasına və bununla bağlı digər məsələlərə xüsusi diqqət yetirilir.
Ərzaq təhlükəsizliyinin təmin olunması üzrə bitki mühafizəsi vasitələrindən (pestisidlərdən və bioloji preparatlardan) istifadəyə nəzarət, karantin obyekti mənbələrinin vaxtında aşkar edilərək ləğv olunması vacib məsələlərdən biridir.
Əhalinin sağlamlığının qorunması üçün dərmanların keyfiyyətinə nəzarət mexanizmlərinin və saxta dərmanlara qarşı mübarizənin gücləndirilməsi zəruridir.
4.3.11. İnformasiya təhlükəsizliyi siyasəti
Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi siyasəti dövlət, ictimai və fərdi informasiya ehtiyatlarının qorunmasına, habelə informasiya sahəsində milli maraqların müdafiəsinə yönəlmiş tədbirlər kompleksinin həyata keçirilməsindən ibarətdir.
Azərbaycan Respublikasının informasiya sahəsində milli təhlükəsizliyinin təmin olunması üçün ölkədə informasiyanın, həmçinin dövlət informasiya ehtiyatlarının müdafiəsi sahəsində milli sistem və informasiya infrastrukturu inkişaf etdirilir və möhkəmləndirilir. Dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qərarların qəbul edilməsinin informasiya təminatının həyata keçirilməsi məqsədilə obyektiv və mühüm məlumatlar toplanılır.
Kəşfiyyat və əks-kəşfiyyat qabiliyyətinin uzlaşdırılması və səmərəliliyinin artırılması, habelə məxfi informasiyanın mühafizə olunmasının koordinasiyası milli təhlükəsizlik sektorunun bu sahəsində əsas məsələlərdəndir. Azərbaycan Respublikası öz milli kəşfiyyat və əks-kəşfiyyat qabiliyyətini artıracaq və dövlət sirrinə aid edilmiş məlumatların mühafizəsi ilə bağlı fəaliyyətin təkmilləşdirilməsini davam etdirəcəkdir.
İnformasiya təhlükəsizliyini tənzimləmək məqsədilə dövlət sirri təşkil edən məlumatların mühafizəsinin hüquqi mexanizmləri təkmilləşdirilir və informasiya azadlığı təmin olunur. Hüquqi və inzibati mexanizmlər vətəndaşların hüquqlarını və dövlət strukturlarının fəaliyyəti üzərində demokratik nəzarəti təmin edəcəkdir.
YEKUN MÜDDƏALAR
Azərbaycan Respublikasının strateji coğrafi mövqeyi onun Avro-Atlantik məkandakı siyasi və iqtisadi proseslərdə olduqca mühüm rol oynamasını təmin etmişdir. Bu, regiondakı enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində özünü büruzə verməkdədir.
Azərbaycan Respublikasının təhlükəsizlik mühiti eyni zamanda hərbi münaqişələr, beynəlxalq terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, qeyri-qanuni miqrasiya, insan alveri və narkotik vasitələrin qaçaqmalçılığı, kütləvi qırğın silahlarının yayılması kimi təhdidlərin mövcudluğu ilə səciyyələnir ki, bu da, ölkəni bir sıra təhlükəsizlik problemləri ilə üzləşdirir.
Bu Konsepsiya Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin əsasını təşkil edir və dövlətin milli maraqlarının qorunması məqsədilə müvafiq dövlət strukturlarının üzərinə xüsusi vəzifələr qoyur və bu kontekstdə onların əlaqələndirilmiş fəaliyyətini zəruri edir.
Konsepsiya ölkənin daim dəyişən təhlükəsizlik mühitini, Azərbaycan Respublikasının milli maraqlarını və təhlükəsizlik siyasətinin əsas istiqamətlərini müəyyən edir.
Azərbaycan Respublikasının hökuməti bu Konsepsiyadan irəli gələn vəzifələri həyata keçirmək üçün müvafiq tədbirlər görəcəkdir.
Dövlətin daxili və xarici siyasətinə uyğun olaraq ölkənin təhlükəsizliyinin daha etibarlı təmin edilməsinə şərait yaradılması məqsədilə Konsepsiya müntəzəm qaydada yeniləşdirilə bilər.
Konsepsiya həmçinin, hərbi doktrina, xarici siyasət strategiyası, müdafiə icmalı, iqtisadi konsepsiya, mədəniyyət, elm, təhsil, səhiyyə və nəqliyyat strategiyaları da daxil olmaqla, dövlət fəaliyyətinin müxtəlif sahələri ilə bağlı daha müfəssəl sənədlərin hazırlanması üçün əsasdır.
Təhlükəsizlik sahəsində hazırlanacaq digər konseptual sənədlər ümumi ictimai konsensusu əks etdirməli, real olmalı və bu Konsepsiya ilə birlikdə, ölkədə demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti, demokratik nəzarət altında olan güclü və effektiv təhlükəsizlik sektoru quruculuğuna, davamlı iqtisadi və sosial tərəqqiyə kömək etməlidir.
Comments are closed, but trackbacks and pingbacks are open.