Milli thlüksizlik konsepsiyası
Avropa ölkələri – Almaniya, Fransa və s. həmişə Yaxın Şərqə doğru can atıblar. Bu baxımdan Almaniyanın Yaxın Şərq, xüsusilə də İran bazarına çıxmaq cəhdləri maraqlıdır. Kayzer Almaniyasının Berlin–Belqrad–Bağdad–Bəsrə xətti üzrə nəhəng dəmir yolu magistralının tikintisi layihəsini xatırlamaq kifayətdir. İkinci Dünya müharibəsindən əvvəl İran Şah Rza Pəhləvinin timsalında Hitler Almaniyası ilə yaxınlaşmaq cəhdləri göstərilmişdi. Onun oğlu Məhəmməd Rza Şahın hakimiyyəti illərində Buşəhrdəki ilk atom elektrik stansiyasının layihəsini və tikintisini alman mütəxəssisləri həyata keçirməyə başladılar.
Milli thlüksizlik konsepsiyası
Əli Həsənov Milli Təhlükəsizlik Konsepsiyamızdan yazdı
“Azərbaycanda ayrıca İnformasiya Təhlükəsizliyi Konsepsiyasının yaradılmasına ehtiyac var”
“Hazırda Azərbaycanın informasiya təhlükəsizliyi mühitinə təsir edən əsas amillərin müəyyənləşdirilərək sistemləşdirilməsi və onların ayrıca formada İnformasiya Təhlükəsizliyi Konsepsiyasında öz əksini tapması vacibdir”.
Bu, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-cı ildönümü münasibətilə Yeni Azərbaycan Partiyasının təşkil etdiyi “Heydər Əliyev və yeni cəmiyyət modeli” konfransına təqdim etdiyi məqalədə qeyd edilib.
PA rəsmisi bildirib ki, Milli İnformasiya Təhlükəsizliyi Konsepsiyasında həm də beynəlxalq aləmdə, ölkə daxilində, ictimai-siyasi və sosial-iqtisadi həyatda baş verən proseslərin dövlət informasiya təhlükəsizliyinə təsiri və bundan irəli gələn vəzifələr əksini tapmalıdır.
Ə.Həsənovun sözlərinə görə, İnformasiya Təhlükəsizliyi Konsepsiyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həyata keçiriləcək informasiya siyasətinin əsas istiqamətləri və bu sahədə qarşıda duran vəzifələr ayrıca əks etdirilməlidir: “Hazırda Azərbaycana qarşı həyata keçirilən informasiya müharibəsində Ermənistan xüsusi canfəşanlıq göstərir. Erməni diasporu müxtəlif ölkələrin informasiya vasitələrində Azərbaycanın dünyada gündən-günə artan nüfuzuna, siyasi, iqtisadi, mədəni sahələrdə əldə etdiyi uğurlara kölgə salmağa çalışır. Bu məsələdə ermənipərəst və daxili siyasi dairələr xüsusi aktivlik nümayiş etdirirlər. Ermənilərin və onlara himayədarlıq edən siyasi dairələrin əsas məqsədi, nəyin bahasına olursa-olsun, beynəlxalq ictimai rəydə Azərbaycan barədə mənfi fikir formalaşdırmaqdır”.
PA rəsmisinin fikrincə, Milli Təhlükəsizlik Konsepsiyası və “Milli təhlükəsizlik haqqında” qanunda informasiya təhlükəsizliyi problemi əsas vəzifə kimi qoyulmur, yalnız ölkənin ümumi milli təhlükəsizliyi fonunda təsnif olunur.
Ə.Həsənov qeyd edib ki, həmin sənədlərdə informasiya təhlükəsizliyi ilə bağlı sadalanan təhdidlər də bir qədər ümumi xarakter daşıyır və ölkənin siyasi, iqtisadi, müdafiə, sosial-milli, elm, texnika, mənəvi-əxlaqi və digər sahələr üzrə konkret informasiya təhlükəsizliyi tələblərinə toxunmur: “İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, Azərbaycanda da bu sahə üzrə ayrıca İnformasiya Təhlükəsizliyi Konsepsiyasının yaradılmasına ehtiyac var. Həmin konsepsiyada milli informasiya fəaliyyəti və təhlükəsizliyi siyasətinin hüquqi əsasları müəyyənləşdirilməli, dövlətin informasiya mühitinin təhlükəsizliyinə təhdidlər sistemli formada öyrənilməli, qruplaşdırılmalı və təhdidlərin doğura biləcəyi konkret nəticələr proqnozlaşdırılmalıdır. Eyni zamanda, bu sahə üzrə dövlət qurumlarının praktiki fəaliyyətinin effektivliyi ciddi şəkildə təmin edilməlidir”.
Ə.Həsənov bildirib ki, hər bir ölkədə informasiya təhlükəsizliyinə təhdidlərin vaxtında müəyyənləşdirilməsi və qarşısının alınması milli təhlükəsizliyin bütövlükdə təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Onun sözlərinə görə, müstəqilliyə nail olduqdan sonra Azərbaycanın milli təhlükəsizliyinin əsas problemlərindən biri ölkənin vahid informasiya siyasətinin formalaşdırılması və təhlükəsizliyin təminatı, milli informasiya mühitinin yaradılması, qorunması və idarə edilməsi ilə bağlı olub.
Ə.Həsənov qeyd edib ki, Azərbaycanda söz və informasiya azadlığının bərqərar olmasının, azad informasiya mühitinin və müstəqil kütləvi informasiya vasitələrinin yaradılması siyasətinin banisi ümummilli lider Heydər Əliyevdir.
Şöbə müdirinin sözlərinə görə, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi, qərarların qəbulu və idarəçilikdə ictimaiyyətin iştirakının genişləndirilməsi, yeni informasiya texnologiyalarının tətbiqi üçün Azərbaycan Prezidentinin 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilib.
Sənəddə informasiya əldə edilməsinin asanlaşdırılması, dövlət orqanlarının öz fəaliyyəti barədə ictimaiyyətə müntəzəm məlumat verməsi, normativ-hüquqi aktların vahid elektron bazasının fəaliyyətinin təkmilləşdirilməsi, dövlət orqanlarının fəaliyyətində ictimaiyyətin iştirakının genişləndirilməsi, elektron xidmətlərin təkmilləşdirilməsi, maliyyə nəzarətini həyata keçirən orqanların fəaliyyətində, vergi nəzarəti və yoxlamaları prosesində, mineral ehtiyatların hasilatı ilə məşğul olan sənaye sahələrində şəffaflığın artırılması, açıq hökumətin təşviqi üçün görülən tədbirlərlə bağlı maarifləndirmənin və əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulub. “Hazırkı şərait Azərbaycanda “Diffamasiya haqqında” yeni qanun layihəsinin müzakirəyə çıxarılması və qəbul olunmasını, jurnalistlərin fəaliyyətinin daha da asanlaşdırılması və təhlükəsizliyinin dolğun təmin olunmasını gündəmə gətirib”.
Bunuda Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov qeyd edilib.
PA rəsmisinin bildirdiyinə görə, ölkə rəsmiləri və mətbuat ictimaiyyəti hazırda inkişaf etmiş demokratik dövlətlərin bu sahədəki təcrübəsini öurənərək, Azərbaycanda tətbiqi üzərində birgə fəaliyyət göstərir.
Ə.Həsənov bildirib ki, bu gün Azərbaycanda dünya standartlarına uyğun azad, plüralist media formalaşıb. Dövlət KİV-lərin müstəqil və hərtərəfli inkişafı üçün zəruri şərait yaradıb. Ölkədə 40-a yaxın gündəlik, 200-dən artıq həftəlik qəzet nəşr olunur. Elmi-praktiki, ictimai-siyasi, sosial-iqtisadi məsələləri, uşaq və qadın problemlərini işıqlandıran və əyləncə xarakterli 80-dən artıq jurnal çıxır.
Azərbaycanda 20-uə yaxın informasiya agentliyi ölkədə və dünyada baş verən hadisələrlə bağlı müntəzəm və çeşidli məlumat yayır. Bölgələrdə 100-ə yaxın qəzet və jurnal nəşr olunur.
PA rəsmisinin sözlərinə görə, son illər kabel televiziyasının miqyası genişlənib. Hazırda Azərbaycanda 10 ümumrespublika, 1 peyk, 14 regional və 14 kabel televiziyası, 14 radio fəaliyyət göstərir.
Ə.Həsənov qeyd edib ki, 2014-cü il ərzində Azərbaycanda rəqəmsal yayıma keçidin başa çatacağı gözlənilir: “Azərbaycanda 50-dən artıq jurnalist təşkilatı qeydiyyatdan keçib, 30-a yaxın təşkilat söz və məlumat azadlığının inkişaf etdirilməsi, mətbuatın iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin hüquqlarının müdafiəsi, KİV-lərin informasiya əldə etmək imkanlarının genişləndirilməsi, cəmiyyətlə KİV arasında münasibətlərin tənzimlənməsi və digər məsələlərlə aktiv məşğul olur. Ölkədə müstəqilik illərində mətbuat yayımı həyata keçirən müstəqil kommersiya şirkətlərinin sayı artıb. Hazırda 23 mətbuat yayımı firması paytaxt və bölgələrdə geniş fəaliyyət göstərir”.
Ə.Həsənov bildirib ki, Azərbaycanda söz və informasiya azadlığının təmin olunması, müstəqil KİV-lərin inkişafı və beynəlxalq davamlılığının artırılması, medianın maddi-texniki bazasının gücləndirilməsi, ölkə jurnalistlərinin peşəkarlığının artırılması və s. sahələrdə keçirilən dövlət siyasəti tezliklə öz müsbət nəticələrini göstərib. Belə ki, 2009-cu ildən bəri jurnalistlərin insanları böhtan və təhqir etmə maddəsi ilə, ümumən yaradıcılıq fəaliyyəti ilə bağlı həbsə alınması faktı qeydə alınmayıb.
Fuad Əliyev
Milli thlüksizlik konsepsiyası
Ölkə başçısı İlham Əliyev dünən AzTV-yə verdiyi müsahibəsində Ermənistan hakimiyyətinin regional iddiaları ilə bağlı çox önəmli fikirlər irəli sürdü. Əhalisi 3 milyon qədər olmayan, iddiaları isə yerə-göyə sığmayan İrəvanı “Sorosun nökərləri” adlandıran ölkə başçısı nədənsə, Rusiya və İrana toxunmadı. Erməni ideoloqlarının elə həmin gün paylaşdığı bir məqalə isə İrəvanın xarici siyasət strategiyasında Tehrana nə qədər önəm verdiklərini göstərir.
Ovqat.com “Арменовед” adlı blogerin “Ermənistanın İran amili” sərlövhəli yazısını təqdim edir.
Ermənistanın milli təhlükəsizlik konsepsiyası və strategiyası kontekstində prioritet yerlərdən birini İran amili tutur. Başqa cür də ola bilməz. İran Ermənistanın əsrlər boyu qonşu olduğu bir ölkədir. İmperializmin müasir forması olan qloballaşma şəraitində İran Qərb və Şərq sivilizasiyalarının toqquşmasında əsas oyunçulardan biri kimi çıxış edir. İran isə ilk dəfə deyil ki, regionda hegemon rol oynamağa cəhd edir. Məşrutiyyət hərəkatı (1907-1911-ci illər) illərində Asiyada bu ilk burjua-demokratik inqilabın ideyaları Türkiyə, Əfqanıstan, Hindistan və Yaxın Şərqin bir sıra ölkələrinə yayıldı. XX əsrin 40-cı illərinin sonunda İran öz neftinin milliləşdirilməsi uğrunda mübarizəyə başladı və bu mübarizəni uğurla başa çatdırdı. Ərəb dünyasında neft sahibi olan ölkələr də ondan nümunə götürdülər.
İranın son zamanlar hegemoniya uğrunda mübarizəsi qoşunları qapısına dayanan ABŞ-a qarşı dirəniş zərurətindən irəli gəlir. ABŞ-ın Yaxın Şərq siyasətinin təhlili tədqiqatçıları bu qənaətə gətirib çıxarır ki, Vaşinqtondakı müəyyən qüvvələr regionda möhkəmlənmək üçün Türkiyə, Səudiyyə Ərəbistanı, İraq, Pakistan və İran sərhədlərini qlobal şəkildə yenidən nəzərdən keçirməyə hazırlaşırlar.
Ona görə də regionda konyukturanın daim dəyişdiyi başadüşüləndir. Üstəlik, regionun şahmat taxtasındakı fiqurlar İran ətrafında yerləşib. Belə ki, ABŞ-ın strateji tərəfdaşı olan Türkiyə Vaşinqtonun dəstəklədiyi kürd separatçılarının fəallaşdırması fonunda obyektiv olaraq Türkiyənin bir hissəsini İraqın şimal rayonları ilə bərabər “Azad Kürdüstan“a vermək niyyətindədir və bu amil ənənəvi rəqibi olan İranla Türkiyəni yaxınlaşdırmağa başlayıb.
Bütün bu gözlənilməz hadisələr fonunda ermənilərin payına düşə biləcək miskin tale də müəyyənləşir. Məsələ tarixi Ermənistan ərazisinin bir hissəsinin – Diyarbəkirdən tutmuş Vana, Erzuruma və Qara dənizin sahillərinə, Gürcüstanın Artvin rayonunun bir hissəsi olan bitişik ərazilərə qədər torpaqları kürdlərin “sakit” yolla ələ keçirilməsi ilə nəticələnə bilər. Kürdlər ABŞ-ın birbaşa girov götürdüyü bölgədəki xəritələrə əsasən Ermənistanın əzəli torpaqlarının sahibi olmağa hazırlaşırlar. Maraqlıdır ki, kürd liderlərindən biri tərəfindən bu haqda birmənalı bəyanatlar səsləndirilib ki, kürdlər Ararat dağını Ermənistana verəcək, qalan hər şey isə özünə götürüləcək.
İranın şimal əyalətlərində də vəziyyət ürəkaçan deyil. Teorik olaraq, Şimali İranın böyük bir hissəsinin Azərbaycan Respublikasına (Bakı) birləşdirilməsi yolu ilə bu ölkəni böyütməyə çalışan amerikalılar bu yeni Birliyi Xəzərə bağlamağa çalışırlar ki, öz məqsədləri üçün istifadə etsinlər.
Böyük Azərbaycanın yaranması İran üçün də, Ermənistan üçün də zərərli nəticələrə gətirib çıxara bilər. Nəticədə Ermənistan bu yaxınlarda Asiya dünyasına açılan qapılarını – İran vasitəsilə Fars körfəzi zonasına, Hind okeanına, Orta Asiyaya və Çinə, həmçinin Yaxın Şərqdəki erməni torpaqlarına çıxışını itirər.
Amerika hərbi kontingentinin İraqdakı etirazına və ya ixtisarına dair bəyanatlara baxmayaraq, ABŞ yaxın gələcəkdə Xəzər zonasına daxil olmaq cəhdlərindən əl çəkməyəcək. Deyəsən, İran ABŞ-la qarşıdurmada qalib gəlir.
Avropa İttifaqı ölkələrinin İranla bütövlükdə Yaxın Şərqlə bağlı yanaşmaları da dəyişir. Tədqiqatçıların fikrincə, ABŞ-dan müstəqil hərəkət etmək istəyən Avropa Birliyi özü ilə İran arasında bir körpü sayılan Ermənistan vasitəsilə bu ölkəyə nüfuz etmək üçün Türkiyədən yan keçməyə çalışırlar. Avrasiya ölkəsi olan Ermənistan sözün əsl mənasında tarixi vasitəçilik rolunu oynamalıdır. Bununla yanaşı, o, həm İran, həm də Avropa İttifaqı ölkələrinə qarşı bitərəf, eyni mövqeli siyasət yürütməlidir.
Avropa ölkələri – Almaniya, Fransa və s. həmişə Yaxın Şərqə doğru can atıblar. Bu baxımdan Almaniyanın Yaxın Şərq, xüsusilə də İran bazarına çıxmaq cəhdləri maraqlıdır. Kayzer Almaniyasının Berlin–Belqrad–Bağdad–Bəsrə xətti üzrə nəhəng dəmir yolu magistralının tikintisi layihəsini xatırlamaq kifayətdir. İkinci Dünya müharibəsindən əvvəl İran Şah Rza Pəhləvinin timsalında Hitler Almaniyası ilə yaxınlaşmaq cəhdləri göstərilmişdi. Onun oğlu Məhəmməd Rza Şahın hakimiyyəti illərində Buşəhrdəki ilk atom elektrik stansiyasının layihəsini və tikintisini alman mütəxəssisləri həyata keçirməyə başladılar.
İranın regionda və bütövlükdə dünyada mövqeləri daim möhkəmlənir. O, Rusiya və Çinlə münasibətlərini möhkəmləndirir. Hazırda İran Çinin əsas neft tədarükçüsüdür. Rusiyaya gəlincə, o, almanların başlatdığı Buşəhr Atom Elektrik Stansiyasını tikib 2-ci blokun tikintisini həyata keçirir və Yaxın Şərqdə ilk AES-in 3-cü enerji blokunun tikintisi ilə bağlı müqavilə imzalayıb.
İran dünya nüvə klubunun üzvlüyünə ciddi şəkildə müraciət edir. Bunun üçün onun kifayət qədər əsası var. İran Buşəhr AES kimi daha 11 stansiyanın tikintisini planlaşdırır. Təbii ki, bu stansiyalara xidmət etmək üçün ona nüvə yanacağı – uran lazımdır. Bu, İrandan nüvə proqramına çevrilməsini tələb edəcək. Bir çox analitiklər İranın bu hüququnu tanımağa meyllidirlər. Bir neçə on illik müstəqil tarixi olan İsrail, Pakistan və Şimali Koreya kimi gənc ölkələr bu hüquqa malikdirlərsə, nəyə görə bu, minillik dövlətçilik ənənəsinə malik İrana eyni hüquq verilməsin?
İranın yaxın onilliklər üçün iddialı planları var. İran rəhbərliyi ölkə əhalisinin sayını 120 milyon nəfərə çatdırmaq niyyətindədir. Bu hədəf kifayət qədər ərazisi və resursları olan İrana güc verir.
Regionda dəyişən konyukturada Ermənistanın taleyi bir sıra digər faktorlarla necə müəyyənləşəcək? Ermənistan tarixi, geostrateji və digər şərtlərdən çıxış edərək, İran amilini daim nəzərə almalı və İranla xüsusi münasibətlər qurmalı, SSRİ dağıldıqdan sonra iki ölkə arasında formalaşmış münasibətlər prinsiplərinə riayət etməlidir.
Ermənistanın xarici siyasəti Rusiya–Cənubi Qafqaz–Yaxın Şərq xətti ilə Şimal–Cənub meridianının oxu nəzərə alınmaqla qurula bilər. Cənubi Qafqazda o, Avropa ölkələri, Türkiyə, Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında geniş oxlarla kəsişir. Ermənistan Rusiya–Ermənistan– İran istiqamətinə meridian oxuna ciddi əməl etməlidir, Türkiyə–Azərbaycan vektor ölkələrinə Ermənistan-Rusiya və Ermənistan-İran münasibətləri sferalarına nifaq, pozğunluq, dağılma və s. elementləri yeritməyə əsas verməməlidir.
Dünyada qloballaşma şəraitində keçirilən “böyük şahmat oyunu”nda sırf geosiyasi amil böyük əhəmiyyət kəsb edir: ABŞ-ın və onun əlaltılarının geosiyasəti “dənizçilik”, “idxalat” prinsipinə əsaslanır. Halbuki Rusiya, İran və Avrasiyanın digər ölkələri öz geosiyasi konsepsiyalarını “kontinental”, “uzunmüddətli” əsasda qurur. Tədqiqatçılar bu parametrlərdə “dəniz” ə qarşı mübarizədə “quru” nun “mövqe üstünlüyü” əldə etdiyini aşkarlayıblar. İran faktorunun Ermənistanın xarici siyasətində məhz belə bir “uzunmüddətli” qalması nəzərdə tutulur.
Ana səhifəyə qayıt Baxış: 3 347 Tarix: 20-09-2020, 23:12
Heydər Əliyev: Azərbaycan Respublikasının Milli Təhlükəsizlik konsepsiyası
Müstəqil Azərbaycan dövlətinin həyatında bir çox ilklər, o cümlədən, tariximizdə ilk dəfə olaraq Milli Təhlükəsizlik konsepsiyasının təşəkkülü və inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Tarix elmi bir mənalı şəkildə təsdiq edir ki, mövcud olan bir çox siyasi təsisatlar və institutlar kimi, “milli təhlükəsizlik” anlayışı da cəmiyyətin və dövlətin mövcudluğu üçün son dərəcə vacib və önəmli hesab olunur.
Bu baxəmdan tarix elmi sübut edir ki, “milli təhlükəsizlik” anlayışı ilk dəfə 1904-cü ildə ABŞ prezidenti Teador Ruzvelt tərəfindən “Panama kanalı” ilə bağlı konqresə ünvanlanmış məktubunda işlədilmişdir. Həmin vaxtdanda da “təhlükəsizlik” anlayışı amerikalı politoloqların və dünya siyasətçilərinin ən çox müraciət etdiyi istilahlardan(terminlərdən) biri olmaqla, “milli mənafe” nəzəriyyəsinin ən mühim tərkib hissələrindən biri kimi şərh edilmişdir. Amerikalı sosioloq U.Lipriman isə “milli təhlükəsizlik” anlayışını, hər bir müstəqil dövlətin, beynəlxalq münasibətlərdə öz movcudluğunu qoruyub saxlamağın bütöv bir sistemi olduğunu əsaslandırmışdır. SSRİ-də isə “milli təhlükəsizlik” problemi əsasən 1990-ci ilin əvvəllərindən dövriyəyə buraxılmış, SSRİ Ali Sovetinin Müdafiə və Milli Təhlükəsizlik Komitələrinin sənədlərində istifadə edilmişdir. Həmin vaxtdan da, siyasi elmin mühim kateqoriyalarından biri olaraq “təhlükəsizlik” problemi bilavasitə millətlə və dövlətlə əlaqələndirilmiş, sabit sosial-siyasi, iqtisadi, mədəni və digər vacib məsələləri, o cümlədən, dövlətin ən vacib atributlarından hesab olunan, onun mövcudluğu problemi ilə vəhdətdə öyrənilmişdir. Milli təhlükəsizlik, əslində siyasi baxımdan və təcrübədə dövlətin alternativi kimi qəbul edilir, milləti( dövləti) bütöv sistem kimi təcəssüm etdirir. Başqa sözlə, milli təhlükəsizlik konkret tarixi şəraitdə milli mənafelərin reallaşmasını təmin edən ictimai münasibətlər, ictimai şüur, cəmiyyət institutlarını, onların mükəmməl fəaliyyətini və mövcud olmaq vəziyyətini ifadə etmişdir. Bu da özlüyündə şəxsiyyəti, cəmiyyəti və dövləti, onların təhlükəsizliyini təmin edən vəziyyəti ifadə edir.
Millət üçün həlledici mərhələlərdə milli təhlükəsizlik cəmiyyətin, cəmiyyət üzvlərinin və dövlətin təhlükəsizliyini ifa edən vəziyyəti ehtiva edir. Buna görə də, demokratik cəmiyyətlərdə şəxsiyyətin azadlığı və təhlükəsizliyi önə çəkilərək son dərəcə vacib hesab edilir. Başqa sözlə, demokratik cəmiyyətlərdə millətin, dövlətin , cəmiyyətin və hakimiyyətin təhlükəsizliyi özünə məqsəd deyil, şəxsiyyətin və dövlətin azadlığına və təhlükəsizliyinə təminat funksiyasını ifadə edir. Buna görə də siyasi elm “milli təhlükəsizlik” termininə izah verərək onu şəxsiyyətin, cəmiyyətin və dövlətin təhlükəsizliyinin məcmusu kimi şərh edir. Dövlət təhlükəsizliyinə cəmiyyətdə siyasi qüvvələrin və ictimai qurupların fəaliyyətinin idarə olunması, bu məqsədlə səmərəli mexanizmlərin işlənib hazırlanması, onun mövcudluğu, cəmiyyətin təhlkükəsizliyi, ictimai institutların normaların, əhalinin bütün qruplarının hüquqlarının və azadlıqlarının təmin olunması vəziyyəti, şəxsiyyətin təhlükəsizliyi isə ictimai insitutların və təşkilatların fəaliyyətinin reallaşdırılması vasitəsi kimi qəbul edilir. Bu mühim vəzifə dövlət həyatında son dərəcə əhəmiyyətli rol oynamaqla, mahiyyət etibarı ilə milli təhlükəsizlik cəmiyyətdə müxtəlif sahələr və struktur ünsürləri arasında siyasi, iqtisadi, ekoloji,hərbi ,ideoloji və digər kimponentləri əhatə edir. Təsadüfi deyil ki, ideya müəllifi Heydər Əliyev olan “Milli Təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının qanunu, milli təhlükəsizlik dedikdə- insan- onun hüquq və azadlıqları, cəmiyyət-onun maddi və mənəvi dəyərlər sistemi, dövlət-onun müstəqilliyi, suverenliyi, konstitutsiya quruluşu və ərazi bütövlüyü kimi obyektləri əhatə etdiyi vurğulanmışdır.
Bu gün müstəqil Azərbaycan Respublikasının yaradılmasının və inkişafının əsas memarı olan Heydər Əliyev, ölkəmizdə bir çox ilklərə imza atmış görkəmli şəxsiyyət olaraq, “milli təhlükəsizlik” konsepsiyasının da yaradılmasının, bü günkü yüksək inkişafının yaradıcısı və qurucusudur. O, 1944-cü ilinin may ayından SSRİ Dövlət Təhlükəsizlik orqanlarında işə qəbul edilərək, şərəfli bir ömür yolu keçmiş, ömrünün sonuna qədər, bu orqanlarla bu və ya digər şəkildə sıx bağlı olmuşdur. Sovet dövründə təhlükəsizlik orqanlarında, əsasən, milli kadrlara müəyyən məhdudiyyətlər qoyulmasına baxmayaraq, Heydər Əliyev Azərbaycan SSR-nin Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komtisənin əks-kəşfiyyat xidmətinə ilk rəhbərlik edən milli kadr olmuşdur. Burada onun müstəsna xidmətlərini, fenomen istedadını, yüksək təşkilatçılıq qabiliyyətini xüsusi olaraq, qeyd etmək vacibdir. Onun ömür yolu birmənalı şəkildə təsdiq edir ki,Heydər Əliyevin təkrarsız istedadı və dərin məsuliyyət hissi, ağır və məsul xidmət sahəsi hesab olunan təhlükəsizlik orqanlarında onun daimi yüksəlişinə səbəb olmuşdur. SSRİ-də, ölkənin ictimai-siyasi həyatında son dərəcə əhəmiyyətli rol oynayan Dövlət Təhlükəsizlik Komitəsində, milli kadrlara etibar edilməsi təcrübəsinə, bəlkədə, ilk dəfə Azərbaycanda rast gəlmək olar. Beləki, Heydər Əliyev 1964-cü ildə Dövlət Təhlükəsizlik Komitəsinin sədr müavini, bundan 3 il sonra isə -1967-ci ildə Dövlət Təhlükəsizlik Komitəsinin sədri kimi, məsul vəzifəyə irəli çəkilən ilk Azərbaycanlı olmuş və ona general-mayor ali rütbəsi verilmişdir. Burada iştirak edən mütəxəsisslərin hər biri, etiraf edərlər ki, bir qayda olaraq, SSRİ Dövlət Təhlükəsizliyi Komitəsi, habelə, onun müttəfiq Respublikalarda fəaliyyət göstərən qurumları zaman-zaman yalnız daxili təlimatlar, məxfi əmrlər əsasında fəaliyyət göstərmişdir. Bu da heç gizli deyil ki, sovet dövründə təhlükəsizlik orqanlarında, bu və ya digər qanunların pozulmasına, represiyaların ildən ilə daha da sərtləşməsinə münbit şərait yaratmışdır. Apardığımız təhlillər göstərir ki, Heydər Əliyev yeganə şəxsiyyətlərdən idi ki, o, hələ sovet dövründə represiyaları kəskin tənqid etmiş, SSRİ Ali Sovetinin ” 20-30-cu illər represiya qurbanlarına bəraət verilməsi haqqında” tarixi Fərmanın qəbul edilməsinin faəl təşəbbüsçülərindən biri olmuşdur. Bu mərhələdə “Üçlük”, “Beşlik”, “Yeddilik”, “Xüsusi müşavirələr”, “Hərbi tribunallar”, başqa sözlə, siyasi idarələrin kollegiyaları tərəfindən, SSRİ üzrə, ümumilikdə 3.778.234 nəfər əsassız represiyalara məruz qalmışdır ki, onlarında 79.852 nəfəri, həmin dövrdə cəmi 3 milyona yaxın əhalisi olan Azərbaycan SSR-nin payına düşmüşdür. Bunlarında 5.152 nəfəri günahsız olmalarına baxmayaraq, güllələnmiş, qalanları isə Sibirə sürgün edilmişdir.
Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışı, milli tariximizdə qızıl hərflərlə yazılmış məqamlarla zəngindir. Beləki onun 15 mart 1996-ci il tarixdə “Siyasi represiya qurbanlarına bəraət verilməsi haqqında” Fərmanı mühim tarixi əhəmiyyət kəsb etmişdir. Bu Fərmanın və Ulu Öndər Heydər Əliyevin göstərişi əsasında Respublika Prokurorluğu tərəfindən 14.444 cinayət işi arxivlərdən götürülərək diqqətlə öyrənilmiş, nəticədə 25.524 nəfər şəxsə-siyasi represiya qurbanlarına bəraət verilmiş, onların təmiz adları bərpa edilmişdir.
Ulu Öndər çıxışlarında dəfələrlə keçmişi xatırlayaraq, azərbaycanlıların başına gətirilən müsibətlərdə, faciələrdə, siyasi repressiyalarda erməni qriqoryanların, markaryanların, topuradzelərin, Nəriman Nərimanova qarşı aparılan fitnəkarlıqlarda Mirzoyanın, Mikoyanın, Sarkisin və başqalarının fəal təşkilatçılıq əməllərinin ürək ağrısı ilə qeyd edirdi. O, göstərirdi ki, repressiyaların tüğyan etdiyi illərdə Azərbaycanın 52 rayonundan 31-nin təhlükəsizlik orqanlarının (NKVD-nin) sədrləri erməni millətindən olan şəxslər idi. Bu funksiyaları Astarada Arakelovun, Astarxanbazarda(hazırki Cəlilabad), Çamardiyanın, Zəngilanda Zərgəryanın, Samuxda Petrosyanın, Masallıda Avanesovun, Lənkəranda Movsesyanın, Naxçıvanda Akopyanın, Ağacanyanın, Akopovun, Seydanovun, Zəkiyanın, Parseqovun, İonesyanın, Şxanyanın və başqalarının bilavasitə rəbərliyi ilə icra edilirdi. Ulu Öndər bu faktları sadalamaqla keçmiş Dağlıq Qarabağın erməni faşistləri tərəfindən işğal altından azad olunmasını vacib sayır və bunu ölkənin milli təhlükəsizliyinin təmin olunmasının ən vacib atributlarından biri hesab edirdi. Ulu Öndərin layiqli siyasi varisi, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Respublika Prezidenti, cənab İlham Əliyev onun vəsiyyətini şərəf borcu kimi qəbul edərək, bütün ölkə əhalisini bir yumruq kimi ilk dəfə olaraq, birləşdirmiş və 44 gün müddətində, Vətən torpaqlarını yağı düşməndən qəhrəmanlıqla azad etməyə nail ola bilmişdi. Tariximizin qızıl hərflərlə yazılmış, bu şanlı səhifəsi Şuşada, dünya azaqrbaycanlılarının beşinci qurultayı ilə özünün ən təntənəli və ən yadda qalan tarixi tədbirin keçirilməsi ilə yaddaşlara əbədi həkk olunmuşdur.
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasında və inkişafında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri bu günlər daha çox xatırlanır. Müstəqilliyimizin bərpası 18 oktyabr 1991-ci ildə baş tutsa da, onun əsası Naxçıvanda məhz Heydər Əliyevin Ali Məclisə sədr seçilməsi ilə başlanmış və Bakıda başa çatdırılmışdır. Naxçıvanda keçmiş SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin, o cümlədən, Sərhəd Xidmətinin təxribatçı, pozucu fəaliyyətinin qarşısını qətiyyətlə almaq üçün o , Naxçıvan Ali Məclisinin sədri olaraq, Muxtar Respublikada ilk dəfə olaraq Təhlükəsizlik Xidmətini ləğv etmişdir.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra-1991-ci ildən başlayaraq, milli təhlükəsizliyinin əsas məqsədləri, milli maraq çərçivəsinin hədləri və onun real olaraq həyata keçirilməsi gündəlikdə duran ən vacib məsələlərdən birinə çevrildi. Ulu Öndərin Bakıya qayıdışı, bu vacib problemin uğurlu həllini təmin etmiş oldu. Heydər Əliyev ölkəmizdə milli təhlükəsizlik siyasətinin əsas istiqamətlərinin, vəzifələrinin, mexanizmlərinin, metod və vasitələrinin müəyyən edilməsini, bu sahədə qanunvericilik aktlarının hazırlanmasını və qəbul edilməsini, təşkilatı strukturların təşəkkülü və inkişafı üçün vacib olan əsas məsələləri öz nəzarəti altında həll etdi.
Bu barədə təhlükəsizlik orqanlarının yubileylərində, iclaslarında, toplantılarında Heydər Əliyevin proqram əhəmiyyətli ideyalarının və onun əsas istiqamətlərinin icrasının reallaşdırılması onun vaxtsız vəfatı üzündən tam mümkün olmasa da , lakin, onun layiqli siyasi varisi, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Respublika Prezidenti , cənab İlham Əliyevin bilavasitə təşkilatçılığı və rəhbərliyi ilə uğurla həyata keçirildi. Beləki, 27 mart 2004-cü il tarixli Fərmanla “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi haqqında” Əsasnamə, 29 iyun 2004 tarixli qanunla “Milli Təhlükəsizlik haqqında”, habelə, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunları qəbul edildi. 23 may 2007-ci il tarixdə isə 2198№-li Sərəncamla “Azərbaycan Respublikasının “Milli Təhlükəsizlik Konsepsiyası” hazırlanıb, təsdiq olundu. Bundan başqa, 8 iyun 2010-cu ildə “Azərbaycan Respublikasının Hərbi doktrinası” təsdiq edildi. Dünya təcrübəsi diqqətlə nəzərə alınaraq, sonralar Milli Təhlükəszilik və Xarici Kəşfiyyat Xidmətlərinin fəaliyyəti, strukturu, maddi texniki imkanları, kadr potensialı köklü surətdə təkmilləşdirildi.
Bu günlərdə dünya azərbaycanlılarının beşinci- Şuşa qurultayında, eləcə də, ADA universitetində keçirilən beynəlxalq tədbirdə Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev Proqram əhəmiyyətli məruzələrində milli dövlət quruculuğunun, o cümlədən, milli təhlükəsizlik probleminin uğurlu həllinin əsas konturlarını müəyyən etmişdir. Bu baxımdan ölkənin yeni “Milli Təhlükəsizlik Konsepsiya”sının layihəsinin hazırlanması və təsdiq edilməsi artıq tarixi zərurətə çevrilmişdir. Bu sahədə mütəxəssis- tədqiqatçı kimi, bu gün qeyd etməyi xüsusi ilə vacib bilirəmki, akademik Urxan Ələkbərovun bilavasitə rəhbərliyi ilə alimlərimiz bu konsepsiyanın layihəsinin hazırlanmasına öz töhvələrini verməkdə fəallıq göstərməlidirlər.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Siyasi idarəetmə” kafedrasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, polkovnik Cəlil Xəlilov
Milli.Az
Comments are closed, but trackbacks and pingbacks are open.