Press "Enter" to skip to content

Milli v beynlxalq hüquq

– ABŞ-ın “Sülh Korpusu” bu ildən Azərbaycanı tərk etdi. “Azadlıq” radiosunun Bakı ofisinin qapısı möhürləndi. ABŞ-ın maliyyələşdirdiyi Media Forum saytı fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Bütün bunları, bəzilərinin dediyi kimi, “anti-Amerikan siyasətinin” nəticəsi saymaq olarmı?

“Azərbaycan istəyir ki, onun milli iradəsinə və beynəlxalq hüquq normalarına uyğun siyasətinə hörmətlə yanaşılsın” – MÜSAHİBƏ

– Azərbaycan Respublikasının xarici siyasəti bərabərhüquqlu əməkdaşlıq, qarşılıqlı etimad, beynəlxalq hüquq normalarına hörmət, daxili işlərə qarışmamaq prinsipləri üzərində qurulmuşdur. Azərbaycan bütün ölkələrlə, o cümlədən Amerika Birləşmiş Ştatları ilə əməkdaşlıq və artıq formalaşmış tərəfdaşlıq münasibətlərini məhz bu prinsiplər əsasında həyata keçirir. Tarixə nəzər salaraq, əminliklə qeyd edə bilərik ki, ABŞ-Azərbaycan əlaqələrinin inkişafında bu və ya digər qlobal geosiyasi, geoiqtisadi və hərbi-geostrateji məsələlərə yanaşmada, Xəzərin alternativ enerji resurslarını dövriyyəyə buraxması və üçüncü minillikdə Qərbin enerji təhlükəsizliyinin təmin olunması kimi məsələlərdə üst-üstə düşən mövqelər böyük rol oynamışdır. Məhz Azərbaycan Xəzər regionunu Qərbin üzünə açmış, ABŞ və Avropanın nəhəng neft şirkətlərinin Xəzər dənizinin karbohidrogen ehtiyatlarının hasilatı və ixracında iştirakını təmin etmişdir. Azərbaycan 1994-cü ildə NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulmuş, Kosovo, İraq və Əfqanıstan kimi qaynar nöqtələrdə bu qurumun sülhyaratma missiyasında fəal iştirak etmişdir. Prezident Heydər Əliyev 2001-ci il sentyabrın 11-də ABŞ-da baş vermiş terror aktına çevik reaksiya verən, bu aktı birmənalı pisləyən ilk dünya prezidentlərindən biri olmuş və öz ölkəsinin münasibətini ortaya qoymuşdur. Azərbaycan demokratiya yolu ilə inamla irəliləyən modern müsəlman ölkəsi kimi Qərb institutları ilə daim yaxından əməkdaşlıq etmiş, Avropa Şurasına daxil olmuş, Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramına qoşulmuş, vətəndaş cəmiyyəti institutlarının, müstəqil medianın inkişafına, insan hüquq və azadlıqlarının təmin olunmasına hərtərəfli dövlət dəstəyi göstərmişdir. Məntiqlə yanaşsaq, hesab etmək olar ki, bütün bunlar ABŞ-Azərbaycan əlaqələrini sonrakı dövrdə də hər iki xalqın və dövlətin maraqları nəzərə alınmaqla, qarşılıqlı hörmət və səmimi tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdirməlidir.

Ancaq təəssüf ki, son illər ABŞ-ın bəzi dairələri, xüsusən bir sıra qeyri-hökumət təşkilatları, media və ayrı-ayrı “ekspertlər” Azərbaycana qarşı qeyri-sağlam, tərəfdaşlıq münasibətlərinin ruhuna zidd olan “qara piar” kampaniyası həyata keçirirlər. Bu kampaniyanın məntiqini, məqsədini, hədəflərini anlamaq və izah etmək çətin olsa da, onun ikitərəfli münasibətlərə mənfi təsir göstərdiyi aydın görünür. Üstəlik, ABŞ Dövlət Departamentindəki bəzi məmurlar da hərdən anlaşılmaz açıqlamalar verərək, Azərbaycan ictimaiyyətini çaşdırır və müvafiq olaraq iki ölkə arasındakı konstruktiv münasibətlərə xələl gətirirlər.

– Razısınızmı ki, münasibətlər heç vaxt indiki kimi gərgin olmayıb?

– Düşünmürəm ki, ABŞ-ın bəzi keçmiş uğursuz məmurlarının hazırda “ekspert” qismində tez-tez ona-buna, o cümlədən beynəlxalq hüququn subyekti olan müstəqil dövlətlərə ağıl öyrətməyə çalışması, yaxud bu və ya digər hüquqa zidd çağırışlar etməsi, müvafiq olaraq qarşı tərəfin də onlara adekvat cavab verməsi iki ölkə arasındakı dərin tərəfdaşlıq münasibətlərini gərginləşdirmək gücündədir. Azərbaycanla ABŞ arasındakı dövlətlərarası münasibətlər həm tərəflərin milli maraqları baxımından, həm də qlobal beynəlxalq müstəvidə üst-üstə düşür və tərəfdaşlıq xarakteri daşıyır. Hazırda iki ölkə arasında münasibətlər ümumi maraq kəsb edən əsas məsələlər üzrə, o cümlədən qlobal transmilli müstəvidə əməkdaşlıq və tərəfdaşlıq istiqamətində davam etdirilir, qarşılıqlı təmaslar intensivdir. Düşünürəm ki, ölkələrimiz arasında münasibətlərin gələcək tendensiyasını da məhz bu amillər müəyyən edəcək. Odur ki, bu tipli bədbin yanaşma ilə ABŞ-Azərbaycan dövlətlərarası münasibətlərini xarakterizə etmək yanlışdır.

– Azərbaycan hökumətinin ABŞ-dan əsas gözləntiləri nədir? Əsas narazılıq yaradan səbəblər hansılardır?

– ABŞ dünyanın ən nəhəng dövlətidir, qlobal proseslərə ciddi təsir imkanlarına malikdir, Azərbaycan isə keçən 23 ildə uğurlu daxili və xarici siyasət nəticəsində milli çərçivədən çıxaraq regional və beynəlxalq arenada öz mövqeyi ilə seçilən ölkəyə çevrilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev istəyir ki, bütün dünya ölkələri onun ölkəsinin milli iradəsinə və beynəlxalq hüquq normalarına uyğun siyasətinə hörmətlə yanaşsınlar. Belə münasibəti Azərbaycan ilk növbədə qlobal dünya siyasətini formalaşdıran BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən – ABŞ, Çin, Rusiya, İngiltərə, Fransa kimi ölkələrdən, habelə İran, Türkiyə və s. kimi qonşu və tərəfdaş dövlətlərdən gözləyir. Çünki bizim ölkənin özü bütün dünya dövlətlərinə, onların milli maraqlarına və müstəqil iradəsinə məhz bu səpgidən yanaşır. Azərbaycan istəyir ki, onu istədikləri kimi deyil, olduğu kimi qəbul etsinlər. Ona görə də bəzi dairələr başa düşməlidir ki, Azərbaycan müstəqil ölkə kimi xarici siyasətində daim öz milli maraqlarını rəhbər tutmuş, heç vaxt təzyiq və təhdid cəhdlərini qəbul etməmiş və gələcəkdə də etməyəcək. İkitərəfli əlaqələr kimlərinsə öz dominantlıq iddialarını reallaşdırmaq istəyi üzərində deyil, ümumi maraqlar, bərabərhüquqlu əməkdaşlıq, bir birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında inkişaf etdirilə bilər. Azərbaycanı “satellit”, yaxud forpost dövlət kimi görmək istəyənlər nə qədər tez bu fikirlərindən əl çəksələr, bir o qədər ölkəmizlə yaxın dost ola bilərlər.

– Doğrudanmı siz düşünürsüz ki, ABŞ hökuməti Azərbaycanda hakimiyyət dəyişikliyi istəyir və ya özünün “beşinci kolonu” vasitəsilə buna nail olmağa çalışır?

– Təəssüf ki, müasir dövrdə bəzi beynəlxalq qüvvələr demokratiya prinsiplərinin təşviqi adı altında hansısa “siyasət laboratoriyalarında” hazırlanmış standart proqramlarla müstəqil dövlətlərin daxili işlərinə müdaxilələr edir, bu ölkələrin rəsmi dövlət siyasətini və ictimai prosesləri nəzarətə götürməyə, belə demək mümkünsə, yönəltməyə, idarə etməyə çalışırlar. Bir müddət bundan əvvəl Şərqi Avropada tətbiq olunan bu ssenari sonrakı mərhələdə postsovet məkanını və Yaxın Şərqi əhatə etmişdir. Nəticələr heç də hər yerdə eyni dərəcədə “ürəkaçan” olmamışdır. Belə müdaxilələr bir çox ölkələrdə ictimai-siyasi sabitliyin pozulmasına, vətəndaş qarşıdurmasına, iqtisadi tənəzzülə, sosial kataklizmlərə yol açmışdır. Bəzi faktlar analoji ssenarinin Azərbaycanda da həyata keçirilməsi üçün müəyyən planların qurulduğu fikrinə gəlməyə əsas yaradır. Bununla yanaşı, mən belə cəhdləri birbaşa ABŞ Prezidenti və onun Administrasiyası ilə əlaqələndirmək istəməzdim. Çünki istər Prezident B.Obama, istərsə də ABŞ-ın digər yüksək səviyyəli rəsmi şəxsləri müxtəlif vaxtlarda Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsinə böyük önəm verdiklərini və bu məqsədlə Azərbaycanın hazırkı prezidenti İlham Əliyevlə, onun rəhbərlik etdiyi iqtidarla işləmək arzusunda olduqlarını ifadə etmişlər. Biz bu fikirlərin səmimiliyinə inanırıq…

– ABŞ-ın “Sülh Korpusu” bu ildən Azərbaycanı tərk etdi. “Azadlıq” radiosunun Bakı ofisinin qapısı möhürləndi. ABŞ-ın maliyyələşdirdiyi Media Forum saytı fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Bütün bunları, bəzilərinin dediyi kimi, “anti-Amerikan siyasətinin” nəticəsi saymaq olarmı?

– Təəssüf ki, media bir çox hallarda “bəzilərinin” süni şəkildə siyasiləşdirilmiş, qeyri-obyektiv və qərəzli iddialarına həddən artıq böyük önəm verir və onun əsasında da ümumi tendensiyaları müəyyənləşdirməyə çalışır. Azərbaycanın Baş Prokurorluğunun məlumatında göstərilmişdir ki, “Azadlıq” radiosunun Bakı ofisinin maliyyə fəaliyyəti şəffaf deyil. Buna görə də prokurorluqda “radio vasitəsilə böyük məbləğdə vəsaitlərin mənimsənilməsi və yuyulması şübhəsi” yaranmışdır. Bunun üçün prokurorluq müvafiq araşdırma aparmış və əməkdaşların sorğulanmasını həyata keçirmişdir.

O ki, qaldı Media Forum saytının fəaliyyətinə, bunun nə dövlətlə, nə də ki, hansısa dövlət orqanı ilə heç bir əlaqəsi yoxdur. Belə xəbər portallarının sayı Azərbaycanda yüzlərlədir.

“Sülh Korpusu”nun fəaliyyətinə gəldikdə, qeyd etmək istəyirəm ki, bu qurum 2003-cü ildən Azərbaycanda fəaliyyət göstərmiş və düşünürük ki, öz missiyasını yerinə yetirmişdir. Hesab edirik ki, bundan sonrakı dövrdə bizdə “Sülh Korpusu”nun belə fəaliyyətinə ciddi ehtiyac qalmamışdır. Azərbaycan hökuməti həm də hesab edir ki, ABŞ kimi fövqəldövlətin başını belə xırda məsələlərlə məşğul etmək olmaz. Bu dövlətin qlobal səviyyədə məşğul olacağı çoxsaylı transmilli problemlər, beynəlxalq və regional konfliktlər və s. məsələlər olduğu halda, onun diqqətini “Sülh Korpusu” kimi lokal məşğuliyyətlə məhdudlaşdırmaq düzgün deyil.

– “Azadlıq” radiosunun Bakı ofisi öz fəaliyyətini davam etdirə biləcəkmi?

– Azərbaycanda xarici KİV-lərin nümayəndəlikləri və ya əməkdaşları öz nizamnamələri, Azərbaycan qanunları və akkreditasiya qaydaları əsasında fəaliyyət göstərirlər. Müvafiq dövlət orqanları bu sahədə qanunun tələblərinin yerinə yetirilməsinə nəzarət funksiyasını həyata keçir və əgər pozuntu halları müşahidə olunursa, hüquqi ölçü götürürlər. Bu onların birbaşa vəzifəsidir. “Azadlıq” radiosunun Azərbaycanda yerli tezliyi mövcud deyildi və internet radiosu kimi fəaliyyət göstərirdi. Radio öz nizamnaməsinə uyğun olaraq internet müstəvisində fəaliyyətini indiyə qədər davam etdirdiyi kimi, hazırda da davam etdirir və bundan sonra da yəqin ki, etdirəcəkdir. Sadəcə, Azərbaycanda akkreditasiyadan keçmək və yerli ofis açmaq üçün dövlətin qayda-qanununa əməl etmək tələb olunur. Təbii ki, burada “Azadlıq” radiosunun qanunlar çərçivəsində işləyib-işləməməsinə dair istintaq araşdırmasının nəticəsi də öz rolunu oynayacaq.

– ABŞ Dövlət Departamentinin yaydığı məlumata görə, Dövlət katibi Con Kerri dekabrın 21-də Prezident İlham Əliyevə zəng edib. Bu telefon danışığının detalları haqda mətbuata heç nə deyilməyib. Kerri Prezident Əliyevə nə üçün zəng etmişdi? Maraqlıdır ki, bu telefon danışığından beş gün sonra “Azadlıq” radiosunun Bakı ofisi qapadıldı.

– Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Dövlət katibi Con Kerri ilə telefon danışığında, fikrimcə, ilk növbədə ikitərəfli münasibətlər, ümumi maraq kəsb edən aktual məsələlər müzakirə olunub. Qeyd edim ki, belə təmaslar Azərbaycan və ABŞ rəhbərləri arasında həmişə olmuşdur və cənab Kerrinin telefon zəngi də bu baxımdan istisna xarakter daşımır və hüquq mühafizə orqanlarının “Azadlıq” radiosunun Bakı ofisində həyata keçirdiyi axtarışla heç bir əlaqəsi yoxdur.

– ABŞ-la münasibətlərin pisləşməsi fonunda Rusiya ilə əlaqələrimiz inkişaf edir. Demək olarmı ki, Azərbaycan artıq öz strateji seçimini edib və indi Rusiyanın yanındadır?

– Artıq qeyd etdiyim kimi, Azərbaycan öz xarici siyasətini hansısa dövlətlərin, güc mərkəzlərinin maraqları üzərində deyil, öz milli maraqları çərçivəsində, öz milli iradəsinə uyğun həyata keçirir. Hansısa dövlətlə dost olmaq üçün digəri ilə düşmən olmaq və ya əksinə, Azərbaycana xas olan xüsusiyyət deyil. İşğalçı Ermənistan rəhbərlərindən fərqli olaraq, Prezident İlham Əliyev həmişə müstəqil siyasət yürüdüb və yürütməkdə də davam edir. Azərbaycanın ABŞ, Rusiya, İran, Avropanın əksər önəmli ölkələri və ya digər dövlətlərlə əlaqələri onun milli maraqlarına əsasən qurulur və ardıcıl olaraq da həyata keçirilir. Azərbaycan bütün dünya və region ölkələri, o cümlədən həm ABŞ, həm də Rusiya ilə ənənəvi əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin qorunub saxlanmasında maraqlıdır. Bu siyasət heç bir halda digər ölkələrə qarşı yönəlməyib.

– Heç kimə sirr deyil ki, Ermənistan məhz Rusiyanın hərbi-siyasi dəstəyi ilə Azərbaycan torpaqlarını işğal edib və bu işğalı davam etdirməkdədir. Rusiya ilə yaxınlaşma Azərbaycana öz torpaqlarını geri qaytarmağa kömək edəcəkmi?

– Azərbaycan 20 ildən artıqdır ki, torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu, son iki yüz ildə ermənilər tərəfindən azərbaycanlılara qarşı soyqırım və etnik təmizləmə siyasəti törədildiyini, bizə məxsus milli mədəni abidələrin məhv edildiyini bütün dünyaya bəyan edir və beynəlxalq müdiriyyəti, dünyada söz sahibi olan fövqəldövlətləri bu problemin beynəlxalq hüquq normaları, BMT-nin məlum 4 qətnaməsi əsasında həllinə yardım göstərməyə çağırır. Ancaq hər dəfə ABŞ, Fransa və Rusiyanın təmsil olunduğu ATƏT-in Minsk qrupu problemin konstruktiv həllini tərəflərin üzərinə ataraq işğalın ömrünü uzadırlar. BMT-nin sanksiyaları, yaxud adı keçən böyük ölkələrin iradəsi əsasında İraq, Liviya və digər ölkələr dərhal havadan bombardman edilir, Ukraynada olduğu kimi separatçı rejimlərə qarşı sanksiyalar tətbiq olunur, amma işğalçı Ermənistan və separatçı Dağlıq Qarabağ rejiminə qarşı heç bir təsirli beynəlxalq tədbir görülmür. Əksinə, bu rejimə çox vaxt himayədarlıq edilir. Məgər ABŞ hökuməti Dağlıq Qarabağdakı separatçı rejimə hər il 10 milyon dollar vəsait ayırmır? Yaxud separatçıların ABŞ və Avropa ölkələrindəki “nümayəndəliyinin” fəaliyyətinə şərait yaradılmır? Nəyə görə bu rejimin başçılarının ABŞ-da, Fransada marafon keçirib pul yığmasına mane olmurlar? Bəli, bütün bunlar dünyada ikili standartların, ayrı-seçkiliyin, ədalətsizliyin bariz nümunələridir. Kimlərsə silahla, kimlərsə də maliyyə yardımı və susqunluqları ilə işğalçılara və separatçılara dəstək göstərir, bu isə, təbii ki, beynəlxalq hüququn iflic olmasına birbaşa dəstəkdir. Bu anlamda, hesab edirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həlli BMT və onun Təhlükəsizlik Şurasının, ATƏT-in Minsk qrupunun və onun həmsədrlərinin birbaşa öhdəliyi və vəzifəsidir. Bu problem ABŞ, Rusiya və Fransanın ümumi səyləri nəticəsində həll oluna bilər və həll olunmalıdır. Biz bütün həmsədr dövlətlərlə münasibətlərin inkişafında maraqlıyıq.

– Sonda ABŞ-Azərbaycan münasibətlərinin perspektivini necə qiymətləndirərdiniz?

– Yalnız müsbət. Ölkələrimiz arasında əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensial vardır. Əminik ki, ABŞ və Avropadakı bəzi dairələrin iki ölkə arasındakı münasibətləri pozmaq cəhdləri heç bir nəticə verməyəcək. Düşünürük ki, onların sözçüsü rolunda çıxış edərək reallıq hissini itirmiş Dövlət Departamentinin sabiq əməkdaşlarının, keçmiş səfirlərin və “ekspertlərin” Azərbaycana qarşı qərəzli bəyanatları Amerikanın həm rəsmi dairələri, həm də ictimaiyyəti tərəfindən ciddi qarşılanmır.

Milli v beynlxalq hüquq

Tural Aslanov,

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi protokol və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri

Bir müddət əvvəl Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi ölkənin təhsil və hüquq sistemi ilə bağlı çox vacib bir Qərar qəbul edib. Qərarın önəmi ali hüquq təhsili anlayışına aydınlıq gətirməkləyüzlərlə ali təhsilli kadra karyera qurmaqda m aneçilik törədən boşluğun aradan qaldırılmasıdır. Konstitusiya Məhkəməsinin cari il iyulun 4-də qəbul etdiyi Qərara əsasən “Beynəlxalq hüquq” ixtisası “Hüquqşünaslıq” ixtisası ilə bərabər ali hüquq təhsili kateqoriyasına aid edildi.

Problem nədən qaynaqlanırdı?

Bəlkə də buna qədər bir çoxları “Beynəlxalq hüquq” ixtisasının ali hüquq təhsili hesab edilməməsindən xəbərsiz idi. Bu məsələnin Konstitusiya Məhkəməsinin Plenumunda müzakirəyə çıxarılması artıq onun ciddiliyindən xəbər verirdi.

Konstitusiya Məhkəməsi bu məsələni Azərbaycan Respublikası Ali Məhkəməsinin sorğusuna əsasənmüzakirəyə çıxarıb. Sorğuda qeyd olunurdu ki, vəkillik, notariat, prokurorluq, məhkəmələr və digər hüquqmühafizə orqanlarına işə qəbul edilən şəxslərin “ali hüquq təhsilli” olmaları nəzərdə tutulur. Lakin bu anlayış Konstitusiyada və qanunlarda açıqlanmadığından hansı ixtisaslar üzrə təhsil almış şəxslərin “ali hüquq təhsilli” hesab olunması məsələsi açıq qalıb və nəticədə qanunların tətbiqində çətinliklər yaranıbdır.

Bu məsələ ilə əlaqədar Bakı Dövlət Universitetinin “Beynəlxalq hüquq” fakültəsinin bir qrup məzunuAzərbaycan Respublikası Prezidenti Administrasiyasına müraciət edərək problemin həll olunmasını xahiş ediblər.

“Beynəlxalq hüquq” ixtisası niyə ali hüquq təhsili hesab edilmirdi?

Maraqlıdır, bəs “Beynəlxalq hüquq” ixtisası niyə ali hüquq təhsili hesab edilmirdi? Qeyd etmək lazımdır ki, “Beynəlxalq hüquq” fakültəsinə qəbul 1990-2008-ci illərdə aparılıb və 2000-ci ilədək bu fakültənin məzunlarına “Hüquqşünaslıq” ixtisası verilibdir. Lakin sonradan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 17 may tarixli qərarı ilə “Ali və orta ixtisas təhsili istiqamətlərinin və ixtisaslarının siyahısı”na “Beynəlxalq hüquq” istiqaməti əlavə edilib və bundan sonra bu fakültəni bitirənlərin diplomlarından “Hüquqşünaslıq” istiqaməti çıxarılıb. Bundan əlavə, qanunvericilikdə sonrakı dəyişikliklərə əsasən “Beynəlxalq hüquq” ixtisası üzrə tələbə qəbulu dayandırılıb. Belə ki, Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli qərarı ilə təsdiq olunan “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”na “Beynəlxalq hüquq” ixtisası və istiqaməti daxil edilməyib. Bu dəyişiklik Azərbaycan təhsil sisteminin Avropa təhsil sisteminə uyğunlaşdırılması ilə əlaqədar həyata keçirilən islahatlarla bağlıdır.

Beləliklə, “Beynəlxalq hüquq” fakültəsini bitirən, lakin uzun müddət ali hüquq təhsilli hesab edilməyən məzunlar müvafiq strukturlarda işə qəbul imkanından məhrum olublar. Hər iki sahədə peşə hazırlığı, tədris olunan proqramlar və fənlər eyniyyət təşkil etdiyi halda, “Beynəlxalq hüquq” fakültəsinin məzunlarının ali hüquq təhsilli hesab edilməməsi məqsədəuyğun sayıla bilməzdi. Konstitusiya Məhkəməsi öz Qərarı ilə məhz bu sosial ədalətsizliyin aradan qaldırılmasına şərait yaratdı.

Konstitusiya Məhkəməsi öz Qərarını nə ilə əsaslandırıb?

“Beynəlxalq hüquq” ixtisasının ali hüquq təhsili hesab edilməməsi bu ixtisas üzrə təhsil almış şəxslərin birbaşa Konstitusiyada təsbit olunan təhsil hüququnun həyata keçirilməsində məhdudiyyətlərin yaranmasına toxunan Konstitusiya Məhkəməsi öz Qərarında buna aydınlıq gətirir: “Təhsil hüququ bir sıra konstitusion hüquq və azadlıqlarla, o cümlədən əmək hüququ və dövlətin idarə olunmasında iştirak etmək hüququ ilə bilavasitə bağlıdır və onların həyata keçirilməsi üçün mühüm şərt kimi çıxış edir. Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əmək qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ var. Konstitusiyanın 55-ci maddəsi vətəndaşlara dövlət orqanlarında qulluq etmək imkanı yaradır”.

Bunu əsas götürən Konstitusiya Məhkəməsi qeyd edir ki, “Beynəlxalq hüquq” üzrə ali təhsil almış şəxslərin təhsilinin “ali hüquq təhsili” hesab edilməməsi onların ixtisasları üzrə fəaliyyət növü və iş yeri seçmək hüququnun məhdudlaşdırılmasına və Konstitusiyanın 35-ci və 55-ci maddələrində təsbit olunmuş hüquqlarından istifadə etmək imkanının deklarativ xarakter daşımasına səbəb olur. Bunları nəzərə alaraq, Konstitusiya Məhkəməsi ali hüquq təhsilinə “Beynəlxalq hüquq” üzrə ali təhsilin də aid olması ilə bağlı qərar çıxarıb.

Əslində bu qərar sosial ədaləti bərpa etməklə yanaşı, eyni zamanda, Azərbaycanda beynəlxalq hüquqa verilən önəmi də təsdiqləmiş oldu. Azərbaycan Respublikasının Konstitusiyasında beynəlxalq hüququn norma və prinsiplərinə böyük yer ayrılıb. Əsas Qanunumuzda vurğulanır ki, Azərbaycanda vətəndaş hüquq və azadlıqları beynəlxalq müqavilələr əsasında tənzimlənir. Bundan əlavə, Konstitusiyanın 151-ci maddəsindəgöstərilir ki, Azərbaycanın normativ hüquqi aktları ilə ölkənin tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq edilir.

Bütün dairələrdə rəğbətlə qarşılanan Qərar nə kimi perspektivlər vəd edir?

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin milli qanunvericilik bazasının Avropa hüquq sisteminə uyğunlaşdırılmasını nəzərdə tutan bir sıra fərman və sərəncamlar imzalayıb. Dövlətimizinbaşçısının rəhbərliyi ilə beynəlxalq əlaqələr sahəsində davamlı addımlar atılır. Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilməsi, hazırda Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etməsi və beynəlxalq aləmdəki digər uğurları dövlətimizin məqsədyönlü siyasətindən qaynaqlanır.

Konstitusiya Məhkəməsinin bu Qərarı da məhz belə bir vacib məqamda “Beynəlxalq hüquq” ixtisası üzrə təhsil almış kadrların potensialından məhkəmə, prokurorluq və digər hüquqmühafizə orqanlarında təkcə beynəlxalq hüquq sahəsində yox, bütün digər hüquq sahələrində istifadə edilməsinə imkan verəcəkdir.

Təsadüfi deyil ki, ziyalılar, əlaqədar qurumların nümayəndələri, ölkənin hüquq ictimaiyyəti bu ədalətli və vaxtında verilmiş Qərarı rəğbətlə qarşılayıblar. Bunu Konstitusiya Məhkəməsinə daxil olan çoxsaylı məktublardan da aydın görmək olur. “Beynəlxalq hüquq” fakültəsinin məzunları da öz növbəsində hüquqlarının bərpasından son dərəcə məmnundurlar və buna görə minnətdarlıq bildirirlər.

Tam əminliklə demək olar ki, Konstitusiya Məhkəməsinin Qərarı vətəndaşların təhsil hüququnun müdafiəsi istiqamətində mühüm addım olmaqla bərabər, Azərbaycanın milli hüquq sisteminin təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması işinə də öz töhfəsini verəcəkdir. Doğrudan da, qloballaşan dünya milli və beynəlxalq hüquq sistemlərinə qarşılıqlı əlaqədə baxmağı tələb edir və bu mənada Azərbaycanın müvafiq icraedici orqanlarında hər iki sistemi mükəmməl bilən kadrlara böyük ehtiyac var. Konstitusiya Məhkəməsinin sözügedən Qərarı bu sahədə imkanların genişləndirilməsi baxımından da diqqətə layiqdir.

Milli v beynlxalq hüquq

15.01.2021 / 16:30 – Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”

15.01.2021 / 16:24 – Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? – RƏSMİ
15.01.2021 / 16:21 – Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI

15.01.2021 / 16:14 – “Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər – AÇIQLAMA

15.01.2021 / 13:37 – Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
15.01.2021 / 13:28 – Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər – VİDEO
15.01.2021 / 13:12 – İlham Əliyev 38 il sonra Heydər Əliyevlə şəkil çəkdirdiyi yerdə – FOTO
15.01.2021 / 13:06 – İlham Əliyev Şuşaya tikilən yol haqqında: “Qələbəyə aparan yoldur” – VİDEO
15.01.2021 / 13:01 – Prezident: “Cəmi iki ay ərzində Şuşaya yol açmışıq” – VİDEO
15.01.2021 / 12:56 – Hərbi geyimi qanunsuz daşıyanlara qarşı reydlər başladı -VİDEO
15.01.2021 / 11:51 – Mehriban Əliyeva Füzulidən görüntülər paylaşdı – VİDEO
27.03.2020 / 14:00 – Qızılı saç sahiblərinin bənzərsizliyi
09.03.2020 / 17:30 – Nyu-York moda həftəsinin ən yaxşı 20 çantası
30.03.2018 / 11:00 – Kişilərin qadınlarda bəyənmədikləri tərz
01.04.2018 / 09:15 – Viktoriya Sekret modellərinin gözəllik sirləri
29.01.2019 / 10:15 – Sobada soğanlı qovurma (foto resept)
07.06.2018 / 20:00 – Avropada tərk edilmiş binalar
16.01.2020 / 11:00 – 2020 qarderobunuza ilham olacaq məşhurlar
31.01.2020 / 15:30 – “Hörümçək-Adam” aktyorlarının son halı
30.07.2018 / 11:00 – Saçları yumşaldan və nəmləndirən maska
31.01.2019 / 12:15 – Qurumuş dərini canladırmaq üçün 3 üsul
20.10.2018 / 15:30 – Həyat yoldaşı ilə yaxınlıq etməyin haram olduğu vaxtlar
06.11.2019 / 12:15 – Gözəl bədən üçün 3 yoqa hərəkəti
07.03.2019 / 15:30 – Sehirli realizmi əks etdirən şəkillər
10.09.2020 / 15:30 – Shakira öz əl işini təqdim etdi
01.12.2018 / 14:00 – Soyuq havalarda uşaqları necə geyindirməli?
17.12.2019 / 15:30 – Fantastik filmlər necə çəkilir?
11.07.2018 / 10:15 – Soyuq şorba ( foto resept)
19.08.2019 / 12:15 – 2019 payız qarderobunuzda nə olmalıdır?
31.03.2019 / 10:15 – Pomidor souslu kotlet (foto resept)
07.06.2019 / 12:15 – Pəhriz dondurması necə olmalıdır?

  • Bütöv Azərbaycan
  • Redaktordan
  • Qadin.Net LIFE
  • Təqdimat
  • Etiraflar
  • Müsabiqələr
  • “Kitabsevərlər”
  • Qadin.TV
  • Tanınmışlar
  • Qadın və təshil
  • Qadın və hüquq
  • Qadın və din
  • Qadın və texnologiya
  • Şəxsi inkişaf
  • Pəhriz
  • Arıqlama sirləri
  • Kökəlmə sirləri
  • Fitness
  • Sellulit
  • Şəxsi təcrübə
  • Hamiləliyə hazırlıq
  • Hamiləlik təqvimi
  • Doğum hekayələri
  • Doğumdan sonra
  • Körpə və ona qulluq
  • Uşaqlar və tərbiyyə
  • “Ev məktəbi”
  • Gözəllik xəbərləri
  • Üzə qulluq
  • Bədənə qulluq
  • Saçlara qulluq
  • Kosmetologiya
  • Makiyaj
  • Manikür və pedikür
  • Estetik gözəllik
  • Gözəllik məhsulları
  • Ulduzların sirləri
  • Salat və qəlyanaltılar
  • Duru yeməklər
  • Quru yeməklər
  • Duzlu xəmir işləri
  • Şirin xəmir işləri
  • Kompot və kokteyllər
  • Peçenyelər
  • Tortlar
  • Uşaq yeməkləri
  • Şef master
  • Konserv məhsulları
  • Müxtəlif
  • Kişi psixologiyası
  • Qadın psixologiyası
  • Psixoloji məsləhətlər
  • Cinsi münasibətlər
  • Eşq və məhəbbət
  • Xəyanət
  • Düşüncə dərsi
  • Gəlin-qayınana
  • Testlər
  • Sağlamlıq xəbərləri
  • Düzgün qidalanma
  • Xalq təbabəti
  • Masaj
  • Menstruasiya
  • Qadın xəstəlikləri
  • Uşaq xəstəlikləri
  • Adət ənənələr
  • Ədəbi guşə
  • Mütləq bilməlisiniz!
  • Praktik məsləhətlər
  • Yuxu yozmaları
  • Evim – interyer
  • Hobbi
  • Səyahət
  • Avtomobil
  • Ordan-burdan
  • Digər

Sayt Google Chrome, Mozilla Firefox, Safari, Opera və Yandex brauzerləri ilə tam dəstəklənir.
Məlumatlardan istifadə etdikdə istinad mütləqdir!

© 2009-2023, Qadin.NET. Bütün hüquqları qorunur!

Qoç bürcü

21 mart – 20 aprel

Həyat yoldaşı və ya sevgilinizin bəzi sıxıntıları sizi də kədərləndirmiş ola sa, bu həftə onun rahatlanması ilə sizlərə də bir yüngülləşmə gələcək. Özünüzü ortaya qoymaq və hadisələri başlatmaq üçün olduqca istəkli olun və keçmişdəki mənfi şeyləri yaddan çıxarın getsin. Bəxtinizi bu həftə doğru yönləndirməsəniz həyatınızı dəyişdirmək məcburiyyətində qala bilərsiniz.

Köhnə sevgililərlə əlaqədar mövzuların yenidən gündəmə gəlmə şansı var. Bu əlaqələrin davam edib etməməsi sizdən asılı olacaq.

Buğa bürcü

21 mart – 20 aprel

Gözlənilməyən bir işə girmək ya da gözləmədiyiniz birinin sizinlə bağlantı qurması ya da bir hekayəyə başlamağınız mümkün ola bilər.

Ala bilmədiyiniz bir pulunuz ya da ödəmələriniz varsa, burada şanslı irəliləyişlər ola bilər. Eqolarınızın qırılması və həyata baxışınızın dəyişməsi vacib olan bir həftə içindəsiniz.

Sizə edilən açıqlamalardan bəzən şübhəli qala bilər və narahat ola bilərsiniz. Bəzi şok edici mənfi şeylər yaşayırsınızsa bunun üçün geriyə baxıb keçmişdəki səhvlərindən nəticə çıxartmağı yoxlayın.

Əkizlər bürcü

21 mart – 20 aprel

Lakin yaxşı xəbər, planetimiz Merkurinin irəli hərəkətlərinə keçmiş olmasıdır. İşlər bir az yoluna düşməyə başlayır. Yeni başlanğıclar sizi xoşbəxt edə bilər. Maddi mövzularla əlaqədar olduqca aktiv bir həftə içindəsiniz.

Mövcud olan bir maddiyyat sıxıntısı ilə bağlı risk ala bilərsiniz. Sevgi həyatınızda mövcud olan bəzi problemlərin öhdəsindən həftənin ortalarında gələ bilərsiniz. Köhnə sevgilərdən aldığınız addımlar hədəflərinizə uyğun olmaya bilər.

Bu səbəbdən də bu nöqtədə lazımsız vərdişlərinizi geridə qoymalısınız.

Xərçəng bürcü

21 mart – 20 aprel

Haq və haqsızlıq mübahisələrinizi sakit və səssiz bir şəkildə etməli, hadisələri nəticəyə çatdırmalısınız. İş layihəlriniz və uğurunuzu ölçən bir hadisələrin içindəsinizsə bu həftə uğurlu bir nəticə ala bilərsiniz. Gözləmədiyiniz sürpriz dəstəklərlə bunu taclandıra bilərsiniz. Sizi mənfi təəccübləndirəcək şeylər olubsa, bu həftə ruhi gücünüzü toplaya biləcəksiniz.

Duyğusal gözləndirələrinizin yoluna düşməsi və sevgi məsələlərində gözlədiyiniz yerlərə yaxınlaşa bilərsiniz. Bu vəziyyət sizi həyata qarşı motivasiya edəcək. Keçmiş hadisələrin gündəmə gəlməsi yoluna qodyğunuz vəziyyətə yenidən zərər verməməsi üçün diqqətli olmalısınız.

Şir bürcü

21 mart – 20 aprel

Bu həftə, yaxşı tərəfləriniz və pozitiv enerjinizin yerində olması sizi sosial çevrənizin içində olduqda populyar bir hala gətirəcək. Lakin, sevgi məsələlərində qarşısınızdaki insan keçmişə ilişib qalıbsa, sizi bu mənada narahat edən bəzi fikirləri ola bilər. Bunları anlayışla qarşılayıb yolunuza davam edin və üzüntülərə qapılmayıb.

Alacağınız sürpriz xəbərlərlə özünüzü çox şanslı hiss etmiş olacaqsınız.

Qız bürcü

21 mart – 20 aprel

İçindən heç bir şey etmək istəmirsən və ya qolun qırıldığını hiss edə bilərsən. İnsanların sənin haqqında düşüncələri fərqli ola bilər və bu vəziyyətdən narahat ola bilərsən.

Avtoritar fiqurlarla ünsiyyətinizə xüsusi diqqət yetirməlisiniz. İnanılmaz ifadələr altında heç gözləmədiyiniz nəticələrlə üzləşə bilərsiniz. Gizli məsələləri açmaq istəyə bilərsiniz. Ancaq insanların yanaşmalarına qarşı daha dominant və tənqidi bir üslub nümayiş etdirməli ola bilərsiniz.

Sizi bu nöqtəyə cəlb edə biləcək məsələlərdən uzaq olmalı və daha çox layihələrdə iştirak etməlisiniz. Xüsusilə çərşənbə və cümə axşamı günləri həm pul, həm də sevgi münasibətlərində əhəmiyyətli bir müvəffəqiyyətə nasil ola bilərsiniz. Yeni başlanğıclarınız üçün şərtləri itələməməyə çalışın. Münasibətlərinizlə bağlı ani bitişlərə və ya əksinə, başlanğıclarına açıq ola bilərsiniz.

Tərəzi bürcü

21 mart – 20 aprel

Bu sizi qorxutmamalıdır, amma keçmiş problemlərdən dərs almaqla fərqli bir davranış sizə daha güclü bir münasibət gətirəcəkdir. Həm də bu effekt sizə orijinal və yeni sürpriz biznes layihələri gətirəcəkdir. Daşınmaz əmlak və maliyyə qoyuluşları ilə bağlı məsələlərin aktivləşəcəyi bir həftə ola bilər.

Əqrəb bürcü

21 mart – 20 aprel

Keçmiş münasibətlərinizin arzuolunmaz görünüşü sizə bir daha obsesyonlarınızı xatırlata bilər. Obsesyonlarınızla hərəkət etməməyi və bu hadisəni arxa plana keçirmək istəyəcəksiniz. Bəlkə də bu hadisələri ətrafınızdan gizlətməyə və bir müddət gizli saxlamağa meyllənə bilərsiniz. Maliyyə ilə bağlı məsələlərinizdə bir az daha araşdırmalısınız.

Oxatan bürcü

21 mart – 20 aprel

Bu həftəyə sürətli başlayan kimi, sosial mühitdə populyarlığınız artacaqdır. Ünsiyyətdəki problemlər kiçik balans problemlərinə səbəb ola bilər. Bəzi həqiqətləri görməkdən bezmiş olsan da, sən artıq buna öyrəşmişsən. Rəqabət problemlərini şəxsi ambisiyanızla birləşdirməmək üçün diqqətli olmalısınız.

Oğlaq bürcü

21 mart – 20 aprel

Bu cür vəziyyətlərdə çox diqqətli olmalısınız. Keçmiş münasibətlərlə əlaqəli mövzuların tətbiqi həyatla bağlı baxışlarınızı dəyişdirməyə imkan verəcəkdir. Keçmişlə bağlı bu məlumatla ya tamamlamağa ya da davam etdirməyə qərar verə bilərsiniz. Hər bir halda, düzgün qərarı verəcəksiniz.

Dolça bürcü

21 mart – 20 aprel

Köhnə münasibətləriniz yenidən gündəmə gələ bilər. Həftənin ortalarından başlayaraq ev və ailə həyatınızla bağlı bəzi məsələlər gündəmdə ola bilər. Ailəniz üzvlərindən aldığınız maliyyə dəstəyi ilə problemlərinizə həll yolu tapacaqsınız. Həftənin sonuna yaxın sevgi həyatınızdakı bəzi problemlər sizi qərarsızlığa sala bilər. Şərtlərin yaxşılaşmasını gözləməlisiniz.

Balıqlar bürcü

21 mart – 20 aprel

Evlisinizsə, evliliklə bağlı məsələlər daha vacib ola bilər. Münasibətlərdə aydın olmayan məsələlər həllini tapmış olacaq. Heç bir münasibətiniz yoxdursa, həyatınıza yeni bir münasibət daxil ola bilər. Keçmişdə yaşadığınız bir sevgi hekayəsi bu günlərdə sizi yenidən yoxlaya bilər və siz də şərtləri öz xeyrinizə həll edibqarşı tərəfə təqdim edə bilərsiniz.

Əvvəllər yaşadığınız bir maliyyə probleminiz varsa, keçmiş tərəfdaşla bu vəziyyəti həll etmək üçün ilk addımları ata bilərsiniz. Bəzi şeylər bu həftə daha çox məna qazanacaq.

Comments are closed, but trackbacks and pingbacks are open.