Milliləşmə siyasəti
Əli Həsənov çıxışında bildirib ki, Ümummilli liderin sovet dövründə ən böyük təşəbbüslərindən biri dövlət aparatının milliləşdirilməsi, Azərbaycanın yeni idarəçi kadrlarının, eyni zamanda elm, mədəniyyət və ədəbiyyat xadimlərinin bütöv bir nəslinin yetişməsi himayə edilməsi olub: “1970-80-ci illərdə Azərbaycanda ali məktəblərin və onların fakültə və ixtisaslarının sayı artıb, eləcə də Heydər Əliyevin təşəbbüsü ilə hər il yüzlərlə gənc Rusiya və Ukraynanın ali məktəblərində təhsil almağa göndərilib. Məhz Heydər Əliyevin respublikanı idarə etdiyi 1970-80-ci illərdə azərbaycanlı hərbçi kadrların yetişdirilməsinə xüsusi diqqət ayrılıb, Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılması ilə sovet ordusu sıralarında azərbaycanlı zabitlərin çəkisi artıb ki, həmin zabitlər sonradan milli ordu quruculuğunda mühüm rol oynayıblar”.
“MƏNFUR ELEMENTLƏR” – Prezidentin köməkçisindən Eldar Mahmudova sərt sözlər
Bakıda “Heydər Əliyev – dövlət təhlükəsizlik orqanlarının ilk azərbaycanlı generalı” mövzusunda ümumrespublika konfransı keçirilib. Apa-nın məlumatına görə, bunu tədbirdə çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev deyib ki, Heydər Əliyev həyatının 25 ilini təhlükəsizlik orqanlarında xidmətdə keçirib.
“Ona görə də belə bir tədbirin keçirilməsi təsadüfi deyil. Ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə xüsusi xidmət orqanlarının inkişafını xüsusi diqqət mərkəzində saxlayıb, bu orqanların formalaşmasına böyük önəm verib. Heydər Əliyev sovet vaxtı hakimiyyətdə olduğu dövrdə təhlükəsizlik orqanlarda milliləşmə siyasəti apararaq Azərbaycan üçün milli kadrların hazırlanmasına xüsusi diqqət yetirib. Heydər Əliyev torpaqlarımızın Ermənistana verilməsinin qarşısını alaraq rəsmi tədbirlərdə milli dilimizin istifadəsinə geniş şərait yaradıb. Sovet vaxtı Heydər Əliyev milli ideyalara görə çox saylı ziyalıları təqib və həbsdən xilas edib”, – deyə DTX rəisi vurğulayıb.
M. Quliyev qeyd edib ki, Heydər Əliyevin təhlükəsizlik orqanlarında əməliyyat təcrübəsi bu gün də öyrənilir və şəxsi heyətə aşılanır: “Ulu öndər yenidən hakimiyyətə gəldikdən sonra Azərbaycanı parçalanmadan, məhv olma təhlükəsindən xilas etdi”.
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxışında bildirib ki, ümummilli lider Heydər Əliyev 14 ildir, aramızda olmasa da, onun ideyaları, siyasi irsi, yaratdığı dövlətçilik məktəbi, ulu öndərin şah əsəri olan, uğrunda mübarizə apardığı, ağır faciələrdən, siyasi, sosial-iqtisadi və mənəvi-psixoloji böhrandan xilas etdiyi müstəqil və demokratik Azərbaycan inkişaf edir, yeni uğurlar qazanır, Azərbaycan xalqı təhlükəsizlik şəraitində, rifah içində yaşayır: “Ümummilli lider öz gərgin və mənalı siyasi həyatı boyunca bir çox ilklərə imza atıb. Təbii ki, bu ilklərin ən əsası təməlini qoyduğu, qurucusu olduğu müstəqil dövlətimizdir. Azərbaycan dövlət müstəqilliyini rəsmən 1991-c il oktyabrında bərpa etsə də, əslində bu müstəqilliyə gedən yolun təməli ümummilli lider Heydər Əliyev tərəfindən hələ 1970-cu illərdə qoyulmuşdu. Məhz o illərdə Azərbaycan dotasiya ilə yaşayan müttəfiq respublikadan özünü tam təmin edə bilən qabaqcıl respublikaya çevrilmiş, ölkənin iqtisadi suverenliyinə zəmin yaradılmış, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi həyata keçirilib, dənizdə neft hasilatı genişləndirilib, müasir elektron cihazlar, soyuducular, kondisionerlər istehsalı, eyni zamanda iri xalçaçılıq, alüminium kombinatları istifadəyə verilmiş, elektrik enerjisinin yeni istehsal gücləri yaradılıb”.
Əli Həsənov çıxışında bildirib ki, Ümummilli liderin sovet dövründə ən böyük təşəbbüslərindən biri dövlət aparatının milliləşdirilməsi, Azərbaycanın yeni idarəçi kadrlarının, eyni zamanda elm, mədəniyyət və ədəbiyyat xadimlərinin bütöv bir nəslinin yetişməsi himayə edilməsi olub: “1970-80-ci illərdə Azərbaycanda ali məktəblərin və onların fakültə və ixtisaslarının sayı artıb, eləcə də Heydər Əliyevin təşəbbüsü ilə hər il yüzlərlə gənc Rusiya və Ukraynanın ali məktəblərində təhsil almağa göndərilib. Məhz Heydər Əliyevin respublikanı idarə etdiyi 1970-80-ci illərdə azərbaycanlı hərbçi kadrların yetişdirilməsinə xüsusi diqqət ayrılıb, Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılması ilə sovet ordusu sıralarında azərbaycanlı zabitlərin çəkisi artıb ki, həmin zabitlər sonradan milli ordu quruculuğunda mühüm rol oynayıblar”.
Əli Həsənov sözlərinə görə, Ümummilli liderin Azərbaycan qarşısında ən böyük xidmətlərindən biri də odur ki, siyasi tariximizdə ilk dəfə təhlükəsizlik orqanlarının milliləşdirilməsinə nail olmuş, əvvəllər çar “oxranka”sının, daha sonralar isə 20-30-cu illər sovet FK və NKVD-sinin azərbaycanlıların yaddaşında həkk etdirdiyi antimilli cəza aparatı obrazını tədricən, praktiki addımlarla dağıdaraq təhlükəsizlik orqanlarını xalqı, milləti qoruyan və onun öz nümayəndələrindən təşəkkül tapan bir sistemə çevirmiş, əsl milli təhlükəsizlik sistemi nümunəsi yaradıb: “ Heydər Əliyev Azərbaycan təhlükəsizlik idarəsinə rəhbər gələrkən burda çalışanlar arasında azərbaycanlıların sayı bir əlin barmaqları ilə sayıla biləcək qədər az idi. Biz əlbəttə ki, bu sistemdə çalışmış və Azərbaycana xidmət etmiş qeyri-azərbaycanlı kadrların əməyini inkar etmirik, əksinə onların xidmətləri qarşısında öz minnətdarlıq borcumuzu ifadə edirik. Lakin sirr deyil ki, təhlükəsizlik sisteminin ictimai şüurda mənfi, azərbaycanlılara qarşı repressiya aparatı obrazının yaranması tələffüzü belə çətin familiya daşıyıcılarının 30-40-cı illərdəki fəaliyyətinin nəticəsi idi. Heydər Əliyevin gəlişi ilə təhlükəsizlik sistemi milliləşdi, savadlı, peşəkar milli kadrlar irəli çəkildi, təhlükəsizlik xidməti milləti təhlükələrdən qoruyan, xalqın yetişməkdə olan milli-mədəni elitasını himayə edən bir orqan oldu. Heydər Əliyevin təhlükəsizlik orqanlarına rəhbərlik etdiyi 60-cı illərdə və respublikaya rəhbərlik etdiyi 70-80-ci illərdə milli azadlıq mübarizəsinin müjdəçisi sayılan elmi və bədii əsərlər yazılmış, çap edilmiş, filmlər çəkilib. Lakin bu əsərlərin müəllifləri digər sovet respublikalarındakı həmkarlarından fərqli olaraq dissident kimi təqib olunmamış və ya sürgün edilməmişlər. Əksinə onların yaradıcılığı təbliğ edilmiş, respublikanın və Sovet İttifaqının ali mükafatlarına təqdim olunmuşlar. Bu gün qəribə görünsə də, “samizdat” yolu ilə çap olunan ədiblərin, gizli səsyazma studiyalarında əsərlərini çoxaldan bəstəkarların, rəsmi sovet diktovkalarını aşan alimlərin sonradan ali mükafatlar alması, yaradıcı qurumlarda, tədqiqat, təhsil müəssisələrində və ya digər sahələrdə irəli çəkilməsi o zaman tez-tez rast gəlinən hal idi. Beləliklə, təhlükəsizlik orqanları müstəqilliyimizin qazanılıb qorunmasında töhfələri olan şəxslərin – milli mədəni-siyasi elitanın formalaşdırılıb qorunmasında, onların fəaliyyətinin məqsədəmüvafiq məcraya yönəlməsində müstəsna rol oynayıb. Bu, ilk növbədə Heydər Əliyevin bir zamanlar cəza aparatı kimi tanınan sistemin milli maraqlara uyğun transformasiyası naminə titanik əməyinin nəticəsidir”.
Əli Həsənov daha sonra Azərbaycanın təhlükəsizlik orqanlarında Eldar Mahmudov dövrünü nəzərdə tutaraq bildirib ki, bu orqanların sıralarına yol tapan mənfur elementlər onun imicinə zərbə vurdu. “Təəssüf ki, milli təhlükəsizlik orqanlarına mənfur insanlar yol tapdı və bu orqanların imicini tapdaladı. Bir neçə il bundan qabaq sizin sıralarınızda əyləşmiş bəzi “generallar” ümummilli liderin bu gözəl ənənəsini və nümunəsini yaşatmaq, davam etdirmək əvəzinə, öz naqis əməlləri ilə Azərbaycan milli təhlükəsizlik orqanlarının imicinə xüsusi hazırlanmış anti-Azərbaycan qüvvələrin vura bilməyəcəyi ağır zərbə vurdular. Bilirsinizmi bu, niyə belə oldu? Çünki belələrinin qəlbində ümummilli liderə xas olan nə əsl peşəkarlıq, nə əsl ziyalılıq var idi, nə də ki onların intellekti və mənəvi ailəmi belə bir orqanın generalı olmaq üçün yetərli deyildi. Heydər Əliyev fəhlə ailəsində doğulub SSRİ təhlükəsizlik orqanlarının elitasının zirvəsinə yüksələn bir general idi və tam şəkildə millətinə, xalqına və dövlətinə bağlıydı. Amma Azərbaycanın təhlükəsizlik sistemini gözdən salan bəzi sizin keçmiş sələfləriniz ziyalı ailələrində dünyaya gəlsələrsə də, nə peşəkar çekistə çevrilə, nə də milli ziyalıların sırasına qoşula bilmədilər”.
Əli Həsənov daha sonra bildirib ki, Ümummilli liderin yürütdüyü siyasət Azərbaycan prezidenti İlham Əliyev hakimiyyətə gəldikdən sonra yeni tələblər uyğun şəkildə və müvəffəqiyyətlə davam etdirilib: ” Cənab Prezidentin göstərişi ilə ölkənin milli təhlükəsizlik konsepsiyası hazırlanaraq qəbul edilib. Konsepsiya dövlətimizin müstəqilliyini, ərazi bütövlüyünü, Konstitusiya quruluşunu, xalqın və ölkənin milli maraqlarını daxili və xarici təhdidlərdən qorumağa yönəlmiş siyasətin məqsəd, prinsip və yanaşmalarının müəyyən edilməsi məqsədi ilə hazırlanıb və təhlükəsizlik sisteminin XXI əsrin çağırışlarına cavab verəcək səviyyədə inkişaf etdirilməsini nəzərdə tutur. Bu istiqamətdə lazımi hüquqi baza yaradılmış, texniki təchizat və kadr hazırlığı işi yeni tələblərə uyğun qurulub. Təhlükəsizlik sistemində dövrün tələblərinə uyğun islahatlar aparılması və personalın sağlamlaşdırılması da xüsusi olaraq ölkə rəhbərliyinin diqqətindədir”.
Milliləşmə siyasəti
İstedadlı tədqiqatçımız Adıgözəl Məmmədovun tariximizin bu gizli məhcullarına gün işığı tutan “BÖYÜK AZƏRBAYCAN NAMİNƏ BAĞIR SEYİDZADƏ” kitabı bu yaxınlarda oxucuların ixtiyarına veriləcək. Kitab Azərbaycanın tanınmış ictimai-siyasi xadimi, diplomat, jurnalist, tərcüməçi Bağır Mirqasım oğlu Seyidzadənin həyat yolundan bəhs edir. 1950-ci illər elə dövr idi ki, artıq bu zamandan başlayaraq Azərbaycanın rəhbər elitasında, xüsusilə siyasi cəhətdən yetkin gənclərə daha çox üstünlük verilirdi. Bununla da rəhbər vəzifələrdə azərbaycanlılaşdırma siyasəti həyata keçirilirdi.Kitabda bu mövzudan geniş bəhs edilir.
Yenicə Kinomatoqrfiya naziri təyin edilmiş Bağır Seyidzaənin qarşısına isə , illərdir nazirlikdə müavin vəzifəsini daşıyan Şahverdiyan çıxır. O, milli kadr kimi irəli çəkilən Bağır Seyidzadəyə qarşı çox xəbis bir plan işə saldı.Öz daşnak xislətli erməni əlaltılarının vasitəsilə ardı-arası kəsilmədən həm Moskvaya, həm də Azərbaycan Mərkəzi Komitəsinin ünvanına “donos” və hətta ermənilərin imzası ilə məktublar göndərilməsini təşkil edirdi. Moskvaya yazılan məktublarda Azərbaycan KP MK-nın ikinci katibi Mirhəsən Seyidov Bağır Seyidzadənin havadarı kimi göstərilirdi.
M.C.Bağırov bu söz-söhbətlərə son qoymaq üçün Mirhəsən Seyidovu Mərkəzi Komitədən Nazirlər Sovetinə müavin göndərir. Çox illər sonra Mirhəsən Seyidov Mərkəzi Komitənin ikinci katibliyindən üzaqlaşdırılmasın belə xatırlayırdı: “Gecə yarısından xeyli keçmişdi, Bağırov mənə zəng edib otağına dəvət etdi. Mən onun kabinetinə girəndə o məni qeyri-adi nəzakət və hərarətlə qarşıladı, sonra mətbəxdə işləyən xanım içəri girib bizə çay gətirdi. Bağırov ilk öncə Moskvaya edəcəyi səfərin və Stalinlə görüşünün əhəmiyyəti barədə bir-iki cümlə fikir mübadiləsi etdikdən sonra dedi: “Həsən , biz uzun illərdir bir yerdə işləyirik, bir-birimizi yarım sözdən başa düşürük, mənim rəhbərliyim dövründə Mərkəzi Komitədə səndən güclü ikinci katibimiz olmayıb. Bilirsən ki, Stalinlə görüşə böyük bir layihə ilə gedirik. Bu layihədə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi təkcə kənd təsərrüfatını deyil, respublikanın bütün iqtisadiyyatını kəskin şəkildə yüksəldəcək və əsas yük Nazirlər Sovetinin çiyninə düşəcəkdir. Ona görə bu ağır yükü qaldırmaq üçün Nazirlər Sovetini hərtərəfli gücləndirmək lazımdır. Buna əsaslanaraq mən Stalindən Rusiya və Ukraynada olduğu kimi, bizdə də Nazirlər Sovetində sədrin birinci müavini vəzifəsinin təsis edilməsini xahiş etmək qənaətinə gəldim. Mən sizi bu vəzifəyə təsdiq etməyi xahiş etsəm , hesab edirəm ki, Stalin bizim xahişimizə hörmətlə yanaşacaq. Həm də o sizi yaxşı tanıyır, bunun haqqında nə düşünürsən?”- deyərək soruşdu. Sözün doğrusu Bağırovun gözlənilməz və ustalıqla etdiyi bu təklifinə müsbət cavab verməkdən başqa çarəm qalmamışdı: “Mən sizinlə tam razıyam yoldaş Bağırov, Siyasi Büronun və SSRİ Nazirlər Sovetinin qərar layihəsində nəzərdə tutulmuş bu ciddi problemlərin uğurla həyata keçirilməsi üçün Nazirlər Sovetini, gücləndirmək lazımdır. Əgər seçim mənim üzərimə düşsə, mən bu işə böyük məmnuniyyətlə gedəcəm və bunu partiyanın mənə göstərdiyi böyük etimad kimi qiymətləndirəcəm” – deyərək, cavab verdim. Mən çox yaxşı başa düşürdüm ki, mənim əleyhimə baş verənlərdən sonra Mərkəzi Komitənin ikinci katibi vəzifəsində olmağım, mümkün olmayacaq. Şikayət ediləcək bir şey yox idi və mənim tərcümeyi-halımla bağlı “tapılan” xırda faktlara (xüsusilə xaricdə yaşayan qohumlarımla bağlı faktın gizlədilməsinə görə-A.M.) görə Bağırov məni cəzalandırmır, digər bir vəzifə təklif edirdi. Bəli, bəzilərinin tələb etdiyi kimi məni məhv etmək üçün onun əlində hər cür səbəb var idi, amma o, bu sərt tədbirlərə getmədi və məni qorudu”.
Bir qədər sonra Moskvaya göndərilən və ardı-arası kəsilməyən məktublarda Mirhəsən Seyidovun əmisi oğlu Bağır Seyidzadənin də tərcümeyi-halı ilə bağlı “tapılan” xırda faktlar (xüsusilə xaricdə yaşayan qohumlarla bağlı faktın gizlədilməsi-A.M.) xatırladılır və onun cəzalanması tələb olunurdu.
ARPİİİSSA F.1.Siy.37, İş 134 S.V.33.
AZƏRBAYCAN SSR KP(b)MK katibi yoldaş M.D.BAĞIROVA
Azərbaycan Kommunist Partiyası (Bolşeviklər) Mərkəzi Komitəsi Siyasi Bürosunun 4/11-1951-ci il tarixli qərarı ilə mənə tapşırıldı ki, tərcümeyi-halında bir sıra faktları partiyadan gizlədən Kinematoqrafiya naziri Seyidzadə Bağır Qasım oğlunun fəaliyyətini hərtərəfli yoxlayıb Azərbaycan KP (b) MK Siyasi Büronun müzakirəsinə çıxarım. Bununla əlaqədar Azərbaycan KP (b) MK-da onunla bağlı mövcud olan materialların və avtobioqrafik məlumatların yoxlanılması həyata keçirildi. Müəyyən edildi ki, o, partiya sıralarına qəbul olunarkən , komsomol və sovet işlərində çalışarkən, habelə SSRİ Xarici İşlər Nazirliyi sistemində xaricdə işləmək üçün müraciət edərkən sosial kimliyini partiyadan gizlətmişdir. Bağır Seyidzadə 1939-cu ildə Sov.İKP (b) üzvlüyünə namizəd kimi daxil olmuşdur. 1940-cı ildə ÜKP(b)-nin üzvü olan Seyidzadə Bağır Qasım oğlu anketlərdə və tərcümeyi-halında 1917-ci ilə qədər atasının ticarətlə məşğul olduğunu, 1917-ci ildən sonra kargüzarlıq işçisi kimi çalışdığını göstərir. Sənədlərdə isə Seyidzadənin atasının 1908-ci ildən başlayaraq İrəvan şəhərində ticarətlə məşğul olması və sonralar isə Tiflis şəhərində böyük bir ərzaq mağazasının sahibi olması göstərilir. Bağır Seyidzadə anketlərində və tərcümeyi-halında Müsavat hökumətinin üzvü, yaxın qohumu və inqilabdan sonra Fransaya köçən Məhərrəmov Məmməd barədə məlumat vermir. Türkiyəyə köçən və türk vətəndaşlığını qəbul edən əmisi qızları Xədicə Bəyim və Sara Bəyim Əli (Mirəli-A.M.) qızları haqqında məlumat vermir. Seyidzadə bibisi qızının əri İsmayıl İsmixanovun Vətən Müharibəsi illərində cinayət törətdiyinə görə cəza batalyonuna göndərilməsi barədə də partiya təşkilatına məlumat verməyib. Hal-hazırda İsmixanonun yeri məlum deyil, çünki onun haqqında heç bir məlumat yoxdur. Ona görə də Azərbaycan KP(b) MK qarşısında məsələ qaldıraraq bildiririk ki, Seyidzadə Bağır Qasım oğlunun sosial mənşəyi və xaricdəki qohumları barədə məlumatları gizlətdiyi üçün, 1940-cı ilin iyun ayından ÜKP (b) üzvü, partiya bileti № 3695626 olan Seyidzadə Bağır Qasım oğluna şəxsi vərəqəsinə yazılmaqla şiddətli töhmət elan edilsin. Biz düşünürük ki, bundan sonra Seyidzadə Bağır Qasım oğlu Azərbaycan SSR-nin Kinematoqrafiya naziri postunda qalmağa layiq deyil.
Martirosov A.Q.
29 dekabr 1951-ci il
Birtəhər Mirhəsən Seyidovu qoruya bilən M.C.Bağırov məcburiyyət qarşısında qalaraq Bağır Seyidzadəni vəzifədən kənarlaşdırır. Amma Bağır Seyidzadənin nazir olduğu dövr Azərbaycan xalqının yaddaşında Bakı Kinostudiyasında çəkilən“Bakının işıqları” bədii, “Böyük yol”, “Hədiyyə xalçası”, “Quba bağlarında”, “Tərtərçay vadisində”, “Mingəçevir”, “Sovet Naxçıvanı”, “Əməyə eşq olsun!”, “Gədəbəyin sərvəti”, “Abşeronun ocaqları”, “Səhər nəğməsi”, “Xəzər neftçiləri haqqında dastan” və s. sənədli filmlərlə qaldı.“Xəzər neftçiləri haqqında dastan” filmi ilk dəfə Kann festivalında beynəlxalq mükafata layiq görüldü.
Ardı var
visiontv.az
Milliləşmə siyasəti
millətçiliyə aiddir, onunla əlaqəlidir və ya onu müdafiə edir.
Milliləşdirmə isim hesab olunur
milliləşdirmə aktı və ya prosesi:.
millətçi
İngilis dili
sifət
Sinonimlər
milliləşdirmə
İngilis dili
(Vikipediyanın milliləşdirilməsi)
Alternativ formalar
* (l) (Amerika və İngilis orfoqrafiyası)
isim
Sinonimlər
* (millətçi olmaqVətənpərvərlik
antonimlər
* (l), (l)
Əlaqədar şərtlər
* milliləşdirmək
Alınan terminlər
Kürd vs Goran – Fərq nədir?
(vikipediya kürd) (en uyğun ad) Kürdü tanın Hind-İran dili (Me opotamiya bölgə ində, mərkəzi İranın qərbindəki Zaqro dan Toro dağları il ilə inin şərq uzantı ına qədər). (-) K.
Frucht və Frucht arasındakı fərq nədir?
ə a ən meyvələrdən ibarət pəhrizdir; meyvə yemək (Botanika) bitkinin mayalanmadan onra çiçəkli yumurtalıqdan alınan, çox vaxt yeməli, rəngarəng və ətirli toxum tərkibli hi ə i. Meyvə y.
Comments are closed, but trackbacks and pingbacks are open.