Press "Enter" to skip to content

Miq imtahanı 2022

Digər imtahan iştirakçıları ilə yanaşı, hazırda dövlət ümumi təhsil müəssisələrində müddətsiz əsaslarla çalışan müəllimlər təyin olunduğu müəssisədə 3 ildən artıq fəaliyyət göstərdikləri halda müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilərlər.

Miq azrbaycan dili ibtidai sinif

“Azərbaycan Respublikasının dövlət dili Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinə müvafiq olaraq Azərbaycan dilidir. Dövlət dilini bilmək hər bir Azərbaycan Respublikası vətəndaşının borcudur.”
Respublikamızda 12 noyabr 1995-ci ildə qəbul edilmiş
Konstitusiyada dövlət dili kimi təsbit edilmiş Azərbaycan dili
bütövlükdə 50 milyondan çox azərbaycanlıya xidmət göstərir.








FONETİKA
Dilçiliyin əsas bölmələrindən biri olan fonetikada danışıq səsləri öyrənilir. Ahəng qanunu, heca və vurğu da fonetikanın mövzularına daxildir.

Danışarkən tələffüz etdiyimiz səslər danışıq səsləri adlanır. Bu səslər danışıq üzvlərinin köməyi ilə yaranır. Dodaqlar, dil və səs telləri danışıq səslərinin yaranmasında daha fəal iştirak edir. Danışıq səslərini tələffüz edir və eşidirik. Yazıda onlar hərflərlə işarə olunur. Hərfləri isə görür və yazırıq. Səsləri hərflərdən fərqləndirmək üçün dərslik kitablarında onlar böyük mötərizə içərisində verilir. Məsələn: [a]

Danışıq səsləri fərqli xüsusiyyətlərinə görə iki növə bölünür: saitlər, samitlər.

Saitlər ağız boşluğunda sərbəst və maneəsiztələffüz olunur. Buna görə də onlar aydın şəkildə və avazlasəslənir. Saitlərin daha bir xüsusiyyəti heca əmələ gətirməsidir.

Samitlərin tələffüzündə isə ağız boşluğunda müxtəlif maneələr olur.
Saitlərin bölgüsü

Dilimizdə 9 sait səs var: [a], [e], [ə], [i], [ı], [o], [ö], [u], [ü]. Yaranma vəziyyətinə görə saitlərin aşağıdakı üç bölgüsü var.

1. Dilin arxa və ön hissəsində deyilməsinə (dilin üfüqü vəziyyətinə) görə:
Qalın saitlər: [a], [ı], [o], [u]
İncə saitlər: [e], [i], [ə], [ö], [ü]

2. Dilin üst damağa doğru yuxarı qalxması və nisbətən aşağı enməsi vəziyyətinə (dilin şaquli vəziyyətinə) görə:

Qapalı saitlər: [ı], [i], [u], [ü]
Açıq saitlər: [a], [e], [ə], [o], [ö]

Qapalı saitlərin tələffüzündə alt çənə yuxarıya doğru qalxır və ağız boşluğu daralır. (Buna görə də onlara dar saitlər də deyilir). Bu saitləri asan yadda saxlamaq üçün dilimizdəki dörd cür yazılan şəkilçiləri (-çi, -çi, -çu, çü,-lıq,-lik,-luq, -lük və s) yadda saxlamaq lazımdır. belə şəkilçilərin tərkibində qapalı saitlər iştirak edir. Açıq saitlərin tələffüzündə isə alt çənə aşağı düşür və ağız boşluğu genəlir. (Buna görə də onlara gen saitlər də deyilir).

3. Dodaqların vəziyyətinə görə:
Dodaqlanan saitlər [o], [ö], [u], [ü]
Dodaqlanmayansaitlər: [a], [e], [ə], [ı], [i] .

Dodaqlanan saitlərin tələffüzündə dodaqlar bir qədər irəliyə gəlir və dairəvi şəkil alır. Dodaqlanmayan saitlərin tələffüzündə isə bu hal baş vermir.

Bəzi saitlərin uzun tələffüzü

Dilimizdə, əsasən, ərəb mənşəli bir sıra sözlər var ki, onlarda bəzi saitlər bir qədər uzun tələffüz olunur.

Məsələn: Arif, alim, Sabir, şikayət, əfsanə sözlərindəki [a:] səsi; Etibar, elan, nemət sözlərindəki [e:] səsi; möcüzə, , şölə, mötəbər sözlərindəki [ö:] səsi; məna, bəzi, tətil sözlərindəki [ə:] səsi uzun tələffüz olunur. Goründüyü kimi, [e], [e], [ö] saitlərinin uzun tələffüz edildiyini bildirmək üçün yazıda çox vaxt bu saitlərdən sonra apostrof(çixarılıb) isarəsi qoyulur.

Bezi sözlərdə [i], [u] və [o] saitləri də uzun tələffüz olunur. Məsələn: vəsiqə, həqiqət, zinət sözlərində [i] saiti; Füzuli, musiqi, xüsusi sözlərində [u] saiti uzun tələffüz olunur. Dovşan, sonra, dovğa, lovğa və s. kimi sözlərdə [o] saiti uzun tələffüz olunur. belə sözlərdə o hərfindən sonra gələn v samiti (bəzən də n samiti) tələffüzdə düşür [do:vşan], [so:ra], [lo:ğa] Eyni hal tövbə, lövbər, bənövşə və s. kimi sözlərin tələffüzündə də baş verir : [tö:bə], [l:.bər], [bə:növşə].

Dilimizdəki [1] və [ü] saitləri isə uzun tələffüz olunmur.
Qoşasaitli sözlərin yazılışı və tələffüzü

Dilimizdə bəzi sözlər var ki, onlarda iki sait səsi ifadə edən hərflər yanaşı gəlir. Belə sözlər qoşasaitli sözlər adlanır. Qoşasaitli sözlərin çoxunun yazılışı və tələffüzü fərqlənir. Bu aşağıdakı qaydada olur

1. Eynicinsli qoşa saitləri ifadə edən iki hərf bir uzun sait kimi tələffüz olunur. Məsələn: saat – [sa:t], maaş- [ma:ş], camaat – [cama:t], təəssüf – [tə:ssüf], mətbəə – [mətbə:], bədii- [bədi:], təbii – [təbi:] və s.

2. Tərkibində ai, ei, ie, (bəzən də io, ia, eə, ea) hərf birləşmələri olan sözlər bu saitlər arasına y samiti əlavə olunmaqla tələffüz edilir. Məsələn: ailə [ayilə], daima – [dayima], zəif – [zəyif], Səidə – [Səyidə], təbiət – [təbiyət], müdafiə – [müdafiyə], radio – [radiyo], dialoq – [diyaloq], iaşə – [iyaşə], maneə – [maniyə].

3. Tərkibində əa, üa, üə hərf birləşmələri olan sözlərdə birinci sait dəyişilir, ikincisi isə bir qədər uzun tələffüz edilir. Məsələn: səadət – [saadət], fəaliyyat – [fa:liyət], müavin [mavi], müalicə – [malicə], müəyyən – [məyyən], müəllim – [məllim] və s.

Qeyd 1 : Əliağa, əmioğlu əliaçıq, bacıoğlu, dayıoğlu, xalaoğlu, başıaçıq və s. kimi qoşasaitli mürəkkəb sözlərin tələffüzündə də yanaşı gələn saitlərdən birincisi deyilmir, lakin ikincisi uzun tələffüz olunmur: Əliağa – [Əlağa, əmioğlu – [əmoğlu], əliaçıq – [əlaçıx], bacıoğlu – [bacoğlu], xalaoğlu – [xaloğlu] və s.

Qeyd 2 : Şüar, şücaət, məcmuə, sual, mətbuat, seans, bəraət, şüəra, riayət və s. kimi qoşasaitli sözlərdə bunlarin heç biri baş vermir.

Ahəng qanunu

Ahəng qanunu dilimizin əsas fonetik qanunudur. Sözdə qalın və incə saitlərin ahənginə, bir-birini izləməsinə ahəng qanunu deyilir.

Ahəng qanununa görə söz qalın saitli heca ilə başlayırsa, sonrakı hecalar da qalın saitli olur. Məsələn: ya+zı+çı+lar. Eyni hal incə saitlə başlanan sözlərə də aiddir. Məsələn: ə-kin-çi-lə-ri-miz. Əsl Azərbaycan sözləri ahəng qanununa tabe olur(İşıq, ilan, ilğım, inam, iraq, ilxi, ildırım, ilıq, işartı və s. kimi bir neçə söz istisnadır). Bir çox alınma sözlərdə isə ahəng qanunu pozulur. Məsələn: alim, vəfa, kitab, dünya, büro və s.

Ahəng qanunu kök və şəkilçi arasında daha möhkəm və sabit (dəyişməz) olur. Belə ki, hər hansı bir sözə öz dilimizə məxsus şəkilçi artırsaq, o, hökmən sözün son hecasının ahənginə uyuşmalıdır. Məsələn: ki-tab+da, təy-ya-rə+çi+lər və s.

Qeyd: Əsl Azərbaycan sözlərindən ibarət olan bəzi mürəkkəb sözlərdə də ahəng qanunu pozulur. Məsələn: dəvəqusu, quşüzümü, günəbaxan, Günay, Aybəniz və s.

Heca

Tələffüz zamanı sözün asanlıqla bölünən hissələrinə heca deyilir.Məsələn: və-tən, a-zad-lıq, dil-çi-lik və s. Hecanın əsasında saitlər dayanır. Sözdə neçə sait səs varsa, o qədər də heca olur. Heca bir saitdən də ibarət olur. Məsələn: a-na, ü-rək, ma-a-rif və s. Sözü sətirdən sətrə keçirərkən bir hərfdən ibarət olan hecanı sətrin sonunda saxlamaq və ya yeni sətrə keçirmək olmaz.

Vurğu

Sözdə hecalardan birinin o birinə nisbətən daha qüvvətli deyilməsi vurğu adlanır. Üzərinə vurğu düşən heca vurğulu heca adlanır. Dilimizdəki sözlərin çoxunda vurğu son hecadakı sait səsin üzərinə düşür. Məsələn: Azərbaycan, azadlıq, istiqlaliyyət və s. Bayaq, dünən, bildir, niyə, necə, sa`nki, ancaq və s. kimi əsl Azərbaycan sözlərində, elecə də üstünlük dərəcəsində olan sifətlərdə: (gömgöy, sapsarı, qupquru və s.) vurğunun ilk hecanın üzərinə düşməsi istisnadır.

Bəzi sözlərdə vurğunun yerini dəyişməsi ilə məna da fərqlənir. Məsələn: alın (isim – bədən üzvü) – alın (fel), güldür (çiçəkdir) –güldür (fel), dimdik (isim) – dimdik (sifət) və s.

Sözdə vurğunun yerini müəyyən etmək üçün sözü hecaya ayırmadan vurğunu əvvəl birinci hecanın, sonra ikinci, daha sonra isə üçüncü hecanın üzərində demək lazımdır. Məsələn: qə`rənfil, qərə`nfil, qərənfi`l Aydındır ki, bu sözdə vurğu sonuncu hecanın üzərinə düşür.

LEKSKOLOGIYA
Dildəki sözlərin hamısı birlikdə dilin leksikasını (lüğət tərkibini)təşkil edir.
Leksikanı öyrənən dilçilik bölməsi leksikologiya adlanır.

Leksikologiyada sözlərin mahiyyəti, onların formaca və məzmunca əmələ gətirdiyi qruplar, sözlərin mənşəyi və işlənmə dairəsi öyrənilir.

Dilimizdəki sözlərin çoxunun həm leksik, həm də qrammatik mənası vardır.

Sözün birbaşa ifadə etdiyi mənaya onun leksik mənası deyilir.Başqa sözlə dəsək, sözün leksik mənası onun məzmununu bildirməsi, hər hansı bir anlayışı ifadə etməsidir. Məsələn: “qələm” sözünün leksik mənası “yazı alətidir”. Sözün leksik mənasini bir neçə yolla izah etmək olar:

1.Verilən sözə yaxın mənalı söz seçməklə. Məsələn: azadlıq -müstəqillik – sərbəstlik.

2. Əşyanın, hərəkətin əlamətlərini izah etməklə. Məsələn: dəmirçi – metaldan müxtəlif alətlər hazırlayan pesə sahibi.

3. Sözün hissələrinin mənasını açmaqla. Məsələn: mürəkkəbqabı- içində yazı üçün mürəkkəb saxlanılan qab.

Sözün leksik mənası ilə yanası, onun qrammatik mənası da olur. Sözün qrammatik mənası onun hər hansı bir əşyanın adını, əlamətini, miqdarını və s. bildirməsidir.Məsələn: “qələm” sözü əşyanın adını, “qırmızı” əlamətini, “bir” isə miqdarını bildirir. Buna görə də bu sözlərdən birincisi isim, ikincisi sifət, üçüncüsü isə saydır. Deməli, sözün qrammatik mənası onun hansı nitq hissəsi olması deməkdir.

Sözün həqiqi və məcazi mənası

Dilimizdəki sözlərin bır çoxu həm həqiqi, həm də məcazi mənada işlədılir. Sözün ilkin, əsas mənası onun həqiqi mənasıdır. Məsələn: “dəmir qapı”, “daş divar”, “yıımşaq çörək” və s. söz birləşmələrindəki birinci tərəflər həqiqi mənada işlənmişdir. Sözün sonradan qazandığı törəmə mənası isə onıın məcazi mənası adlanır. Məcazi məna çox vaxt bənzətmə vasitəsilə və ya insanlara məxsus hərəkətlərin cansız əşyalara aid edilməsi yolu ilə yaranır. Məsələn: “dəmir iradə”, “daş ürək”, “yıımşaq söz” və s. söz birləşmələrindəki birinci tərəflər -“dəmir”, “daş” və “yumşaq” sözləri bənzətmə yolu ilə yaranmışdır. “Külək yatdı”, “Təbiət gülür”, “Təbiət oyanır”, “Günəş gizləndi” və s. cümlələrindəki xəbərlər isə insana aid hərəkətin cansız əşya üzərinə köçürülməsi yolu ilə ortaya çıxmış məcazi mənalı sözlərdir.

Təkmənalı və çoxmənalı sözlər

Yalnız bir leksik mənası olan sözlərə təkmənalı sözlər deyilir. Məsələn: dənizçi, səkkiz, yaraşıqlı, yadırğamaq, sığırçın və s. kimi sözlər bir leksikmənada işlənən təkmənalısözlərdir.

Bir neçə yaxın mənada işlənən sözlərə isə çoxmənalı sözlər deyilir. Çoxmənalı sözlər əsas məna ilə bağlı əlavə mənalar da bildirir. Məsələn: “ayaq”, “ağız”, “boğaz”, “almaq”, “çəkmək” və s. sözləri eyni leksik məna ilə bağlı bir neçə yaxın mənalarda işlənir:

Ayaq – uşağın ayağı, masanın ayağı, kəndin ayağı və s.
Ağız – quşun ağzı, qazanın agzı, baltanın ağzı və s.
Boğaz – uşağin boğazı, bardağın boğazı, çəkmənin boğazı və s.
Almaq – kitabı almaq, tərbiyə almaq, xəbər almaq və s.
Çəkmək – ipi çəkmək, yol çəkmək, sıxıntı çəkmək və s.
Tutmaq – topu tutmaq, üz tutmaq, fıkri tutmaq və s.
Acı – acı dərman, acı xatirə, acı söz və s.
Ağır – ağır yük, ağır itkı, ağır cəza, ağır xasiyyət və s.

Çoxmənalı sözlərdə sözün mənalarından biri əsas, qalanları isə məcazi mənada işlədilir. Məsələn: “adamın gözü” birləşməsındəki “göz” sözü həqiqimənada, “bulağın gözü” bırləşməsində isə bu söz məcazi mənada işlənmişdir. Yuxarıdakı nümunələrdə də sözlərin bırinci mənalari uşağın ayağı, quşun ağlı və s.) həqıqı mənada, sonrakı mənalari ısə məcazi mənada işlənmişdir.

Çoxmənalı sözlər daha çox isim, sifət və fellərdənibarət olur. Çoxmənalılığı təşkil edən sözlər eyni bir nitq hissəsinə aid olur. Məsələn: uşağın dişi – darağın dişi – hər ikisi isimdir; şirin meyvə – şirin söhbət – hər ikisi sifətdir.

Çoxmənalı sözlərdə əsas məna ilə bağlılıq zəruri şərtdir.Bu bağlılıq olmadıqda həmın sözlər çoxmənalılıq yox, omonimlik xüsusiyyətini daşıyır.

QRAMMATIKA

Dilçiliyin əsas bölmələrindən biri olan qrammatikada sözlərin formaca dəyişməsi və cümlədə birləşməsi qaydaları öyrənilir. Qrammatika iki hissəyə bölünür:

1.Morfologiya
2. Sintaksis

Morfologiya (yunanca morfos – forma və loqos -elm, təlim sözlərindən təşkil olunub) sözün formalarını öyrənir.Morfologiyanın əsas mövzusu nitq hissələridir.Morfologiyada sözlər nitq hissələri kimi öyrənilir, onların quruluşu və dəyişmə qaydalar araşdırılır.

Sintaksis (yunan sözüdür; tərtib, birləşmə deməkdir) söz birləşmələrini və cümlələri öyrənir.
NİTQ HİSSƏLƏRİ

Sözlər ümumi qrammatik mənalarına görə müəyyən qruplara bölünür. Məsələn: ev, kitab, dəflər, qələm, çanta, məktəb və s. sözləri əşyanın adınıbildirdiyi üçün isimadlanan nitq hissəsində qruplaşır. Həmin əşyaların əlamətinibildirən hündür, maraqlı, qalın, göy, qara, böyük və s. sözləri isə sifət adlanan başqa bir nitq hissəsində birləşirlər. Eləcə də hərəkətbildirən sözlərdən morfologiyada fel kimi: hərəkətin tərzini, yerini, zamanınıbildirən sözlərdən isə zərf kimi bəhs olunur.

Dilımızdəki nitq hissələri əsas əlamətlərinə görə üç növə bölünür: əsas nitq hissələri, köməkçi nitq hissələri, xüsusi nitq hissəsi (nida).

Əsas nitq hissələrinin iki əsas səciyyəvi xüsusiyyəti var
1.Müstəqil leksik məna daşıyaraq, əşyanı, əlaməti, miqdarı,hərəkəti və s.bildirir.
2.Cümlə üzvü vəzifəsində işlənir.
Köməkçi nitq hissələrində bu xüsusiyyətlər yoxdur. Onlar yalnız qrammatik məna daşıyır.

Xüsusi nitq hissəsi olan nidanın isə nə leksik, nə də qrammatik mənası var. O yalnız hiss, həyəcan bildirdiyi öçün xüsusi nitq hissəsi sayılır.

İSİM

İsim ümumi qrammatik mənasına görə əşyaların, canlı və cansız varlıqların adlarını bildirir.Kim?, nə? (bəzən də hara?) suallarından birinə cavab olur. Məsələn: müəllim, şagird, uşaq va s. isimləri kim? sualına; at, quş, ağac, daş və s. isimləri nə? sualına; Bakı, Təbriz, Gəncə və s. isimləri isə hara? sualına cavab olur.

İsmin əsas səciyyəvi xüsusiyyətləri tək və cəm olması, mənsubiyyətə görə dəyişməsi və hallanmasıdır.
Konkret və mücərrəd isimlər.

Əşya dedikdə bütün varlıqlar nəzərdə tutulur. Varlıqlar iki cürdür: gözlə görünə bilən və görünə bilməyən. Bu baxımdan isimlər iki növə bölünür: konkret isimlər və mücərrəd isimlər.

Konkret isimlər – gözlə görünə bilən əşyaların adlarıdır. Məsələn:dağ,çiçək,qoyun,insan,meşə,ev və s.

Mücərrəd isimlər isə gözlə görünə bilməyən əşyaların adlarıdır. Məsələn:arzu,xəyal,yuxu,məqsəd və s.
Ümumi və xüsusi isimlər .
İsimlər cəmiyyətdəki tutduğu yerə və həmcinsliyinə görə iki növə bölünür:
1.Ümumi isimlər
2.Xüsusi isimlər
Eynicinsli əşyaların adlarına ümumi isimlər deyilir.
Məsələn: insan, ağac, ot, gül, çiçək, das, quş, balıq, dəftər, kitab, qələm və s.

Varlığı tək olması ilə fərqlənən əşyaların adlarına isə xüsusi isimlər deyilir. Xüsusı isimlərə, əsasən, aşağıdakılar daxildir:

1.İnsan adları və soyadlar, təxəllüs və ləqəblər: Nizami Gəncəvi, Hüseyn Cavid, Mirzə Ələkbər Sabir və s.

2. Coğrafi və astronomik adlar. Azərbaycan, Gəncə, Şuşa, Ay, Ülkər və s.
3. Qəzet, jurnal və əsər adları:”Azadlıq”,”Ulduz”, “Xəmsə” və s.
4. Heyvanlara verilən xüsusi adlar: Alabaş, Qırat, Mərcan və s.

Xüsusi isimlər böyük hərflə yazılır. Qəzet, jurnal, əsər, zavod, cəmiyyət və s. adları dırnaq içərisində və böyük hərflə yazılır. Məsələn. “Dəli Kür” (əsər), “Azərbaycan” (jurnal), “Bakı fəhləsi” (zavod), “Vətən” (cəmiyyət) və s. .

Bəzi ümumi isimlər xüsusi isimlərə keçə bilir. Məsələn: arzu,fərəh, ilham, səadət, vəfa, sədaqət, sevinc, çiçək, bülbül və s. ümumi isimlər şəxs adı (bəzən də yeməkxana, mağaza, kinoteatr və s adlarını) bildirdikdə xüsusi isim olur. Nadir hallarda əks hal da baş verir, yəni xüsusi isimlər ümumi isimlərə çevrilir. Məsələn: Rentgen alman aliminin adıdır, rentgen isə xüsusi şüa ilə işıqlandırılma alətinin adıdır.

İsmin quruluşca növləri.
İsimlər quruluşca sadə, düzəltmə və mürəkkəb olur.

Sadə isimlər yalnız kökdən və ya kök və qrammatik şəkilçilərdən ibarət olur: Məsələn: kitab, su, şagirdlər, məktəbimizdə və s.

Düzəltmə isimlər söz köklərinə leksik şəkilçilər artırmaqla yaranır. Dilimizin lüğət tərkibindəki sözlərin böyük bir hissəsini isimlər təşkil edir. Dilimizin isimlərlə zənginləşməsində isim düzəldən şəkilçilərin rolu böyükdür. Düzəltmə isimlər, isimlərin özlərindən və fellərdən düzəlir.Bu baxımdan düzəltmə isimlər iki qrupa bölünür: isimdən düzələnlər və feldən düzələnlər.

İsimdən düzələn isimlər.

Aşağıdakı leksik şəkilçilərin köməyi ilə isimdən(bəzən də sifət, say və əvəzlikdən)düzəltmə isimlər düzəlir;

– çı4;- balıq-çı, dəniz-çi, ov-çu, üzüm-çü və s. Bu şəkilçi daha çox peşə, sənət bildirən isimlər düzəldir. Başqa mənalı isimlər də bu şəkilçinin köməyi ilə düzəlir: üsyan-çı, əla-çı, təbliğat-çı və s.

– lıq4- şəkilçisi daha çox yerbildirən isimlər düzəldir: daş-lıq. meşə-lik, çəmən-lik, odun-luq, üzüm-lük və s.

Cansız əşyabildirən bəzi isimlər də bu şəkilçinin köməyi ilə düzəlir: baş-lıq, nəfəs-lik, göz-lük, ön-lük.

-lıq4 -şəkilçisi mücərrəd mənalı isimlər də düzəldir: yaxşı-lıq, insan-lıq, təmiz-lik, gözəl-lik, zərif-lik, dost-luq, çox-luq, ucuz-luq, düz-lük və s. Nümunələrdən göründüyü kimi, bu cür isimlər daha çox sifətdən düzəlir.

-lı4 şəkilçisi insan anlayışı bildirən isimlər düzəldir: azərbaycan-lı, Sultan-lı, Həsən-li, kənd-li, şəhər-li və s.

-ça2 -şəkilçisi ilə kiçiltmə mənalı isimlər düzəlir: meydan-ça, kitab-ça, bağ-ça, qazan-ça, döşək-çə, dəftər-çə, lüğət-çə və s.

-daş –şəkilçisi ilə insan anlayışı bildirən isimlər düzəlir: əmək-daş, vətən-daş, soy-daş, sir-daş, silah-daş və s.

-stan- (-ıstan4) şəkilçisi ölkə, yer bildirən isimlər düzəldır: Gürcü-stan, gül-üstan, Dağ-ıstan, Özbək-istan, Monqol-ustan və s.

-laq- şəkilçisi də yer bildirən isimlər düzəldir: qış-laq, yay-laq, ot-laq, buz-laq və s.

– cığaz4 və – cıq4 şəkilçiləri kiçiltmə və əzizləmə mənalı isimlər düzəldir: qulaq-cıq, ev-cik, gəlin-cik, uşaq-cığaz, quş-cığaz, qız-cığaz, körpə-ciyəz və s.

Az məhsuldar olan -kar, -sana, -zadə, -dar, -şünas, -gər şəkilçiləri də isimlərə qoşularaq düzəltmə isimlər düzəldir: sənət-kar, kitab-xana, şah-zadə, Həsən-zadə, hesab-dar, hüquq-sünas, mis-gər və s.

Qeyd: —lıq4 şəkilçisi qoşulduğu sözün son samitindən asılı olaraq [-dıx4], [-nıx4], [-rıx4] şəklində tələffüz olunur. Məsələn: qıtlıx – [qıtdıx], genişlik – [genişdix], sərinlik – [sərinnix], dar-lıq – [darrıx] və s.

Feldən düzələn isimlər.

– ış4 (-ş) şəkilçisi fel köklərinə qoşularaq hal-vəziyyətlə, hərəkətlə bağlı isimlər düzəldir. bax-ış, anla-yış, qaç-ış, gəl-iş, düzəl-iş, göstər-iş, dur-ıış, vur-uş, gxil-üş. döy-üş, dön-üş, tanı-ş, yeri-ş və s.

– aq (-q, -k) şəkilçisi ilə müxtəlif mənalı isimlər düzəlir: yat-aq, qaç-aq, dara-q. sına-q, qayna-q, daya-q, yama-q, boya-q, istə-k, ələ-k, bəzə-k, döşə-k və s.

– ma: şəkilçisi ilə də fel köklərindən müxtəlif mənalı isimlər düzəlir: vur-ma. Qovur-
ma, dondur-ma, qoş-ma, çək-mə, süz-mə, böl-mə, döşə-mə və s.

– qı4 (-qı, – ki- qu, – kü) şəkilçtsi sonu kar samitlə bitən fei köklərinə qoşularaq, əşya bildirən və mücərrəd mənalı isimlər düzəldir: as-qı, səp-ki, bit-ki, şeç-ki, it-ki, iç-ki, pus-qu, sürt-kü və s. Yuxarıdakı şəkilçinın başqa variantı olan -ğı4 (-ği -ğı, -ğu, -ğü) şəkilçisi isə sonu cingiltili samitlə bitən fel köklərinə qoşularaq, müxtəlif mənalı isimlər düzəldir: çal-ğı, sev-gi, sil-gi, vur-ğu, duy-ğu, böl-gü, hör-gü və s.

– tı4 şəkilçisi müxtəlif mənalı isimlər düzəldır: qaral-tı, qışqır-tı, qızar-tı, bozar-tı, çığır-tı, göyər-ti, cücər-ti, döyün-tü, hönkür-tü, görün-tü və s.

– ıntı4 şəkilçisinin köməyi ilə müxtəlif mənalı isimlər düzəlir: tap-ıntı, qaz-ıntı, yağ-ıntı, tik-inti, çök-üntü, sız-ıntı, qır-ıntı, sıx-ıntı və s.

Mürəkkəb isimlər.

Mürəkkəb isimlər sintaktik yolla, iki və daha artıq sözün birləşməsi ilə yaranır. Mürəkkəb isimlər yazılışına görə iki yerə bölünür: bitişik yazılanlar, defislə yasılanlar.

Bitişik yazılan mürəkkəb isimlər bir vurğu altında deyilir. Bu cür sözlər əmələ gəlmə üsullarına görə bir neçə qrupa bölünür:

• İki müxtəlifmənalı və tərkibində heç bir şəkilçisi olmayan sadə sözlərin birləşməsi ilə: Kürdəmir, Qarabağ, istiot, Elşən, kəlləpaça, və s.

• Mənsubiyyət şəkilçili sözlərin birləşməsi ilə: suiti, kəklikotu, Nəbioğlu, dağkeçisi, Bazardüzü və s.

• Sadə və düzəltmə sözün birləşməsi ilə: soyqırım, Əlibayramlı, qəlbisınıqlıq, beşillik və s.
• İkinci tərəfi feli sifət olan mürəkkəb isimlər: falabaxan, yelqovan və s.

• ”Ha”, “a”, bitişdiricilərinin vasitəsilə birləşən eyni fel köklərinin təkrarı ilə yarananlar: gəlhagəl, vurhavur, qaçaqaç və s.

• Tərkibində ağa, xanım, bəy, şah, xatun kimi sözlər mürəkkəb ismin tərkib hissəsi olduqda: Ağasəlim, Bəyəli, Gülxanım, Saraxatun və s.

Defislə yazılan mürəkkəb isimlər aşağıdakılardır:
• Yaxın mənalı sözlərin birləşməsi ilə: söz-söhbət, qapı-pəncərə, qayda-qanun, adət-ənənə və s.
• Əks mənalı sözlərin iştirakı ilə: baş-ayaq,eniş-yoxuş, gediş-gəliş və s.

• Tərəflərindən biri ayrılıqda işlənməyən sözlərin iştirakı ilə: kol-kos, kağız-kuğuz, zir-zibil, dəmir-dümür, sür-sümük və s.

• İzafət tərkibi formasında olanlar: tərzi-hərəkət, nöqteyi-nəzər, həddi-buluğ, tərcümeyi-hal və s.

• Tərkibində əks, eks, vitse, kontr, ober, super, külli sözləri olan mürəkkəb isimlər: əks-inqilab, eks-prezident, vitse-admiral, ober-leytenant, super-market, külli-ixtiyar və s.

Defislə yazılan mürəkkəb isimlərin də əksəriyyəti bir vurğu altında deyilir.
Mürəkkəb adlar.

Şəxslərin, əşyaların adları ayrı-ayrı isimlərlə, söz birləşmələri ilə də ifadə oluna bilər. Bu baxımından mürəkkəb adları mürəkkəb xüsusi isimlərlə qarışdırmaq olmaz. Unutmayın ki, mürəkkəb isimlər söz, mürəkkəb adlar isə söz birləşməsidir.

Mürəkkəb söz
Məmmədhüseyn,
Məmmədhüseyn Şəhriyar
Mürəkkəb ad
Qarabağ, Qarabağ xanlığı

Qeyd: Mürəkkəb adlar bütövlükdə cümlənin bir mürəkkəb üzvü olur. amma mürəkkəb sözlər sadə cümlə üzvü olur.

Tarixi hadisələrin, dövrlərin, sülalələrin, yer adlarının, eləcə də qədim yazılı abidələrin və s. adların birinci sözünün birinci hərfi böyük yazılır: Vətən müharibəsi, Yüzillik müharibə, Gülüstan müqaviləsi, Orxon-Yenisey abidələri, Səfəvilər sülaləsi, Azadlıq meydanı, Şəhidlər günü və s.

Belə sözlərə fərqləndirici söz əlavə olunduqda onun da birinci hərfi böyük yazılır: Son Paleolit dövrü, Orta Paleolit dövrü və s.

Ölkələrin, muxtar respublikaların, vilayət və diyarların rəsmi adlarının tərkibindəki bütün sözlərin ilk hərfi böyük yazılır: Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Şəki Şəhər İcra Hakimiyyəti.

Yüksək dövlət vəzifələri, fəxri adlar, habelə nazirlik, komitə, birlik, cəmiyyət, qurum, akademiya, universitet, teatr, filarmoniya, siyasi partiya, eləcə də tarixi günlərin (yardımçı sözlərdən başqa) birinci hərfi böyük yazılır: Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Nazirlər Kabineti, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası, Babək Rayon Təhsil Şöbəsi, Bakı Dövlət Universiteti və s.

Orden, medal, bədii əsr, opera, balet, kinofilm, qəzet, jurnal, kinoteatr, mehmanxana, kafe, nəşriyyat, restoran, düşərgə,mağaza və s. Adları dırnaqda və böyuk hərflə yazılır:”Azərbaycan Bayrağı” ordeni, “Ata və oğul” povesti, “Yeddi gözəl” baleti, “Azərbaycan”qəzeti, “Çinar” kafesi və s.

Qeyd: Dırnaqda yazılan belə sözlərə artırılan şəkilçi dırnaqdan kənarda yazılır: ”Xalq Qəzeti”nin dünənki sayı, “Leyli və Məcnun”un ilk tamaşası və s.

İsmin mənsubiyyətə görə dəyişməsi.

Dilimizdəki isimlər əşyanın şəxsə (kimə və ya nəyə) mənsub olmasına görə dəyişir. Bu dəyişmə mənsubiyyət şəkilçilərinin köməyi ilə yaranır. Əşyanın hansı şəxsə mənsubluğunu, aid olduğunu bildirən şəkilçilər mənsubiyyət şəkilçiləri adlanır. Mənsubiyyət şəkilçiləri əşyanın I,və III şəxslərə mənsubluğunu bildirir. Bunu aşağıdakı cədvəldə aydın görmək olar:

I-şəxs -m, -ım, ata+m, ütü+m, bağ+ım, ev-im, top-um, üzüm-ün -mız, -ımız4; ata+mız, ütü+müz, bağ-ımız, ev+imiz, top+umuz, üzüm+ümüz

II-şəxs -n, -ın, ata+n, ütü+n, bağ+ın, ev+in, top+un, üzüm-ün -nız4, -ınız4; ata+nız, ütü+nüz, bağ+ınız, ev+iniz, top+unuz, üzüm+ünüz

III-şəxs -ı4 –sı4; ata+sı, ütü+sü, bag+ı, ev+i, top+u, üzüm+ü -ı4, -sı4; ata+sı, ütü+sü, bağ+ı, ev+i, top+u, üzüm+ü

I və II şəxslərə aid mənsubiyyət şəkilçilərini qəbul edənlər əşyanın yalnız insana mənsubluğunu bildirir. Məsələn: mənim arzum, sevincim; sənin arzun, sevincin; bizim arzumuz, sevincimiz; sizin arzunuz, sevinciniz və s.

III şəxsə aid bu şəkilçini qəbul edən isim isə əşyanın həm ana, həm də başqa əşyalara (istər canlı, istərsə də cansız olsun) mənsubluğunu bildirir. Məsələn: Onun bağı, qonşunun bağı, məktəbin bağı: Onların qapısı, qonşunun qapısı, evin qapısı və s. III-şəxsin təki və cəminin qəbul etdiyi mənsubiyyət şəkilçilər eynidir.

Mənsubiyyət şəkilçili isimlər özündən əvvəl gələn və yiyəlik da işlənən əvəzliklərlə (I və II şəxslərdə), eləcə də isimlərlə (I şəxsdə) bağlı olur və birlikdə cümlənin bir üzvü olur. Mənsubiyyət şəkilçili isimlərdən qabaq çox vaxt yiyəlik halda işlənən əvəzlik və ya isimlər yığcamlıq xatirinə buraxılır. Məsələn: Atam kənddədir. Kitabın məndədir. Evi uzaqdadır və s. Lakin belə isimlərin əvvəlinə əvəzlik (və ya isim) artırmaq olar. Məsələn: Mənim atam kənddədir. Sənin kitabın məndədir. Onun (Əlinin, qonşunun, müəllimin) evi uzaqdadır və s.

Bəzi alınma sözlərin mənsubiyyətə görə dəyişməsi

Dilimizdə saitlə bitən bir neçə alınma sözün qəbul etdiyı mənsubiyyət şəkilçilərinin əvvəlində y samiti işlənir. Məsələn: tale-yim, tale-yin, tale-yimiz, taleyi (taleləri). Mövqe, mənşə, mənafe, mənbə sözlərinin də mənsubiyyətə görə dəyişməsi belədir. Saitlə bitən başqa sözlər isə cədvəldə göstərildıyi kimi, – m, – n, -si ,-mız,4- sı4 şəkilçilərini qəbul edir. Məsələn: ailə-m, ailə-n, ailə-si, ailə-niz, ailə-si (ailə-lər-i) və s.

İsmin şəxsə görə dəyişməsi

İsimlər şəxsə görə də dəyişir. İsimlərin şəxsə görə dəyişərək qəbul etdiyi şəkilçilər şəxs (xəbərlik) şəkilçiləri adlanır. Həmin şəkilçilər bunlardır:

I şəxsin təki – am2, cəmi -ıq4
II şəxsin təki –san2, cəmi – sınız4
III şəxsin təki – dır4, cəmi – dır4, +lar2
Məsələn:
Mən insan+am (sagird+əm). Biz insan+ıq (şagird+ik).
Sən insan+san (sagird+sən). Siz insan+sınız (şagird+siniz)
O, insan+dır(şagird+ dir). Onlar insan+dır+lar (şagird+ dir+ lər).

Saitlə bitən isimlərdə I şəxsə aid şəxs şəkilçilərinin (təkdə və cəmdə) əvvəlinə y bitişdirici samiti artırılır. Məsələn: Mən balıqçı-yam. Biz dənizçi-yik və s.

İsimlərdə həm mənsubiyyət şəkilçiləri, həm də şəxs şəkilçiləri şəxslə bağlı olsalar da, onlar bir-birindən tamamilə fərqlənirlər. Mənsubiyyət şəkilçiləri, qeyd olunduğu kimi, mənsubluğu (aidliyi) bildirir: Şəxs şəkilçiləri isə xəbərlik anlayışını ifadə edir. Buna görə də həmin şəkilçilər xəbərlik şəkilçiləri kimi də tanınır.

Qeyd: Üçüncü şəxsin xəbərlik şəkilçisi -dır4 tələffüz olunduqda sonrakı samit deyilmir. Məsələn: müəllimdir – [məllimdi], ıışaqdır – [uşaxdı]. körpüdür – [körpüdü], borudur – [borudu]və s.

İsmin şəxsə görə dəyişməsi.

İsimlər şəxsə görə də dəyişir. İsimlərin şəxsə görə dəyişərək qəbul etdiyi şəkilçilər şəxs (xəbərlik) şəkilçiləri adlanır. Həmin şəkilçilər bunlardır:

I şəxsin təki – am2, cəmi -ıq4
II şəxsin təki –san2, cəmi – sınız4
III şəxsin təki – dır4, cəmi – dır4, +lar2
Məsələn:
TƏK CƏM
Mən insan+am (sagird+əm). Biz insan+ıq (şagird+ik).
Sən insan+san (sagird+sən). Siz insan+sınız (şagird+siniz)
O, insan+dır(şagird+ dir). Onlar insan+dır+lar (şagird+ dir+ lər).

Saitlə bitən isimlərdə I şəxsə aid şəxs şəkilçilərinin (təkdə və cəmdə) əvvəlinə y bitişdirici samiti artırılır. Məsələn: Mən balıqçı-yam. Biz dənizçi-yik və s.

İsimlərdə həm mənsubiyyət şəkilçiləri, həm də şəxs şəkilçiləri şəxslə bağlı olsalar da, onlar bir-birindən tamamilə fərqlənirlər. Mənsubiyyət şəkilçiləri, qeyd olunduğu kimi, mənsubluğu (aidliyi) bildirir: Şəxs şəkilçiləri isə xəbərlik anlayışını ifadə edir. Buna görə də həmin şəkilçilər xəbərlik şəkilçiləri kimi də tanınır.

Qeyd: Üçüncü şəxsin xəbərlik şəkilçisi -dır4 tələffüz olunduqda sonrakı samit deyilmir. Məsələn: müəllimdir – [məllimdi], ıışaqdır – [uşaxdı]. körpüdür – [körpüdü], borudur – [borudu]və s.

İsmin hallanması.

İsimlər cümlədə asılı olduğu sözlərin tələbi ilə formaca dəyişir, yəni müəyyən qrammatik şəkilçilər qəbul edir.

Isimlərin əlaqəyə girdiyi sözlərin tələbi ilə dəyişməsi hallanma adlanır. Dilimizdə ismin altı halı var. Hər bir hal özünəməxsus sualları və xüsusiyyətləri ilə seçilir.

Adlıq hal

İsimlərin başlanğıc formasıdır. Adlıq hal kim? nə? hara? suallarına cavab olur. Məsələn: şagird (kim?), kitab (nə?), Bakı (hara?) və s. İsimlər adlıq halda cəm, mənsubiyyət və xəbərlik şəkilçiləri ilə işlənə bilir. Məsələn: atam (kim?), kitabım (nə?), evlər (nələr?), kəndimiz (hara?), qələmdir (nədir?) və s.

Adlıq halda olan isim cümlədə ən çox mübtəda olur. Məsələn: Anar gedir. Kitabım evdədir və s. Adlıq halda olan isim xəbərlik şəkilçisi qəbul etdikdə cümlədə xəbər olur. Məsələn: Gələn tələbələrdir. Mən müəlliməm və s. Bu halda olan isim sifətləşdikdə cümlədə təyin də olur. Məsələn: Şəkidə kərpic evlər çoxdur. Uşağa dəri çanta aldım. və s.

Yiyəlik hal

Yiyəlik, sahiblik mənalarını bildirir. Kimin?, nəyin?, haranın? suallarına cavab olur. Məsələn: uşağın (kimin?), qələmi, kitabın (nəyin?) cildi, kəndin (haranın?) bulağı və s. İsimlər yiyəlik halda -ın4 (-nın4) şəkilçisi qəbul edir. Məsələn: ağac-ın (qapı-nın), ev-in (sahə-nin), yol-un (quyu-nun), üzüm-ün (ütü-nün) və s.

Yiyəlik halın iki növü var: müəyyənlikbildirən yiyəlik hal, qeyri-müəyyənlikbildirən yiyəlik hal.

Müəyyənlik bildirən yiyəlik hal yuxarıdakı suallara cavab olur və sahiblik, yiyəlik məzmununu konkret şəkildə ifadə edir. Məsələn: məktəbin həyəti, kitabın cildi birləşmələrində konkret bir məktəbin həyəti və müəyyən bir kitabın cildi mənası anlaşılır.

Qeyri-müəyyənlik bildirən yiyəlik hal isə nə? sualına cavab olur və sahiblik, yiyəlik məzmununu ümumi şəkildə bildirir. Məsələn: məktəb (nə?) həyəti, kitab (nə?) cildi birləşmələrindəki məktəb və kitab isimləri qeyri-müəyyən əşyaları ifadə edir. Bunu aşağıdakı nümunələrdə də aydın görmək olar:

Müəyyənlik bildirən yiyəlik hal: dağın havası, elin gücü, ananın laylası, dəftərin üzü, gülün ətri.

Qeyri-müəyyənlik bildirən yiyəlik hal: dağ havası, el gücü, ana laylası, dəftər üzü, gül ətri. Göründüyü kimi, belə isimlərin çoxunu müəyyənlik bildirən yiyəlik hala çevirmək mümkündür. Lakin bu halda olan bəzi sözləri müəyyən yiyəlik hala çevirmək olmur. Məsələn: müstəqillik günü, istirahət günü və s.

Yiyəlik halda işlənən isim, bir qayda olaraq, ayrılıqda işlənə bilmir.Belə isim özündən sonra gələn başqa bir isimlə – üçüncü şəxsin təkində olan mənsubiyyət şəkilçili isimlə məna və qrammatik cəhətdən bağlı olur. Bu iki isim birləşmə əmələ gətirir və birlikdə cümlənin bir üzvü olur. Məsələn: Məktəb illəri arxada qaldı. Qonşunun oğlu diş həkimidir. Torpağın sirrini əli torpaqda olandan soruş və s.

Müəyyənlik bildirən yiyəlik hal bəzən ayrılıqda işlənir və bu zaman cümlənin xəbəri olur. Məsələn: Qələm Anarındır. Kitab kitabxananındır və s. Qeyri – müyyənlik bildirən yiyəlik hal isə ayrılıqda işlənməz.

Qeyd: Samitlə bitən isimlərin qəbul etdiyi yiyəlik hal şəkilçisi –ın4 ilə II şəxs təkin mənsubiyyət şəkilçisi -ın4 bır-biri ilə omonimdir. Məsələn: otağın açarı, sənin otağın, qələmin ucu, sənin qələmin və s. Bunları daşıdıqları mənaya görə fərqləndirmək olar. Yuxarıda qeyd olunduğu kimi, yiyəlik hal şəkilçisi qəbul etmiş isim özündən sonra ikinci bir isim tələb edir (eləcə də mənsubiyyət şəkilçili ismin əvvəlində yiyəlik hal şəkilçisi qəbul etmiş sənin əvəzliyini işlətmək olur: kitab-ın cildi, sənin kitab-ın). Bundan əlavə mənsubiyyət şəkilçisi qəbul etmiş ismi hallandırmaq olur: sənin kitabını, kitabına, kitabında və s. Yiyəlik hal şəkilçisi qəbul etmiş ismi isə hallandırmaq mümkün deyil (ümumiyyətlə, bir isim iki hal şəkilçisi qəbul edə bilməz).

Yönlük hal

Hərəkətin yönünü, istiqamətini, son nöqtəsini bildirir. İsimlər yönlük halda kimə? nəyə? haraya? suallarından birinə cavab olur və -a2 (-ya2) şəkilçisini qəbul edir. Məsələn: O, Anara (ata-ya) baxır – kimə? Mən qrafın-ə (güzgü-yə) yaxınlaşıram – nəyə? Qız məktəb-ə (Şəki-yə) çatır – haraya? və s.

Qeyd: Sonu a, ə açıq saitləri ilə bitən isimlərin yönlük halda tələffüzü həmin sözlərin yazılışından fərqlənir. Həmin saitlər tələffüzdə ahəngə uyğun olaraq qapalı saitlərdən birinə keçir. Məsələn: babaya – [babıya], nənəyə – [nəniyə], Şuşaya – [Şuşuya], kölgəyə – [kölgüyə] və s.

Kimə? nəyə? sualına cavab olan isimlər cümlədə həmişə vasitəli tamamlıq, haraya? sualına cavab verən isimlər isə zərflik olur.

Təsirlik hal

Hərəkətin təsir obyektini, yəni üzərində iş icra olunan əşyanı bildirir. İsmin təsirlik halı da yiyəlik hal kimi iki növə bölünür: müəyyənlik bildirən təsirlik hal, qeyri-müəyyənlik bildirən təsirlik hal.

Müəyyənlik bildirən təsirlik hal kimi? nəyi? (bəzən də haranı?) suallarından birinə cavab verir. Bu növ təsirlik halda işlənən isimlər -ı4 (-nı4) şəkilçisinı qəbul edir. Məsələn: Tural-ı (Sona-nı) çağır -kimi? Qələm-i (düymə-ni) götürdüm – nəyi? və s.

Qeyri-müəyyənlik bildirən təsirlik hal isə şəkilçisiz işlənir və nə? sualına cavab olur. Məsələn: Aysel kitab (nə?) oxuyur. Ana corab (nə?) toxuyur. Quzu su (nə?) içir. və s. Təsirlik halın bu növü formaca adlıq halda nə? sualına cavab olan isimlərə oxşasa da, qrammatik mənaca onlardan tamamilə fərqlənir:

1. Qeyri-müəyyənlik bildirən təsirlik halı müəyyənlik bildirən təsirlik hal şəklində işlətmək olar. Məsələn: O, alma (almanı) yeyir. Bağban ot (otu) biçir və s.

2. Qeyri-müəyyənlik bildirən təsirlik halda olan ismi cümlədə xəbərin yanından uzaqlaşdırdıqda həmin isim müəyyənlik bildirir. Məsələn: Aygün dostuna məktub yazır. Aygün məktubu dostuna yazır.

3. Qeyri-müəyyənlik bildirən təsirlik halda olan ismin əvvəlinə o, bu işarə əvəzliklərindən birini artırdıqda həmin isim yenə də təsirlik halın şəkilçisini qəbul edir. Məsələn: Günay qələm aldı. Günay bu qələmi aldı.

4. Qeyri-müəyyənlik bildirən təsirlik hal da müəyyənlik bildirən təsirlik hal kimi yalnız təsirli fellərlə bağlı olur. Bunu yuxarıdakı nümunələrdə aydın görmək olar. Adlıq halda olan və nə? sualına cavab verən isim isə əksər hallarda təsirsiz fellərlə və ya ismi xəbərlərlə bağlı olur. Məsələn: Kitab yerə düşdü. Kitab bilik mənbəyidir. Kitab maraqlıdır və s.

Qeyd 1: Samitlə bitən isimlərin təsirlik halının şəkilçisi -ı4 ilə III şəxs təkin mənsubiyyət şəkilçisi –ı4 omonimdir. Məsələn: Kitabı oxu. Onun kitabı evdədir. Qələmi götürdüm. Uşağın qələmi sındı və s. Bunları fərqləndirmək üçün ilk növbədə mənaya fıkir vermək lazımdır. Formaca oxşar olan belə isimlərdən birincisi (təsirlik halda olan isim) nəyi? sualına, ikincisi (mənsubiyyət şəkilçili isim isə nə? sualına (bütövlükdə, birləşmə şəklində) cavab olur. Məsələn: Qonaq çayı (nəyi?) içir. Qonağın çayı (nə?) soyudu. Deməli, təsirlik hal şəklçili isim həmişə cümlədə tamamlıq, formaca oxşar olan mənsubiyyət şəkilçili isim isə mübtəda olur. İkinci fərq isə yuxarıda qeyd olunduğu kimi, təsirlik halda olan isimlərin yalnız təsirli fellərlə bağlı olmasıdır.

Qeyd 2: Təsirlik halın şəkilçisi –ı4 həm də isim düzəldən -ı4 leksik şəkilçisi ilə omonimdir. Məsələn: sanc-ı, yaz-ı, çək-i və s.

Təsirlik halın hər iki növündə olan isimlər cümlədə yalnız vasitəsiz tamamlıq olur.
Yerlik hal

Əşya və ya hərəkətin yerini bildirir. İsmin yerlik halı kimdə? nədə? harada? suallarından birinə cavab olur və -da5 şəkilçisi ilə düzəlir. Məsələn: Günayda, Ayseldə (kimdə?), kitabda, dəftərdə (nədə?), bağda, həyətdə (harada?) və s. Kimdə? nədə? sualına cavab verən isim cümlədə vasitəlitamamlıq,harada? sualına cavab olan isim isə zərflikolur.

Çıxışlıq hal

Hərəkətin çıxış (başlanğıc) yerini bildirir. İsmin çıxışlıq halı kimdən? nədən? haradan? suallarından birinə cavab olur və -da2 şəkilçisi ilə düzəlir. Məsələn: Turaldan, Sevincdən (kimdən?), kitabdan, dəftərdən (nədən?), bağçadan, küçədən (haradan?) və s. Çıxışlıq hal mənaca yönlük halın daşıdığı mənanın əksini bildirir. Məsələn: bağçaya (çatılacaq nöqtə) -bağçadan (çıxış nöqtəsi) və s.

Sonu n, n samitləri ilə bitən isimlərin qəbul etdiyi çıxışlıq hal şəkilçisi tələffüzdə (-nan3) şəklində deyilir. Məsələn: babam-dan- [babamnan], nənəmdən – [nənəmnən], Naxçıvandan-[Naxçıvannan], çəməndən – [çəmənnən] və s.

Çıxışlıq halda olan isim, əsasən, təsriflənən fellərlə əlaqəyə girir. Məsələn:Uşaq məktəbdən gəlir. O, anasından soruşdu və s.

İsim ba Ş qa nitq hissələri ilə də əlaqələnə bilər. Məsələn:Mən Anardan böyüyəm. Aysel Günaydan irəlidədir və s.

İsmin cümlədə rolu.

İsimlər cümlədə, daha çox mübtəda və tamamlıqolur. İsimlər cümlədə başqa sözlərlə əlaqəyə girərkən başqa cümlə üzvləri vəzifəsində də işlənə bilir. Məsələn: Anar şagirddir (mübtəda və xəbər). O, məktəbdə oxuyur (zərflik), Dəmirçi dəmir qapını döyür (mübtəda, təyin və tamamlıq).

Miq imtahanı 2022

Müəllim müqəddəsdir, bütün dövrlərdə bu peşə sahiblərinin üzərinə böyük vəzifələr düşüb. İnsanlara bilik vermək, elm öyrətmək kimi mühüm vəzifənin öhdəsindən yalnız onlar gəlir.

Müəllimlər cəmiyyətin memarlarıdır desək, yəqin ki, səhv etmərik. Bu danılmaz bir həqiqətdir ki, hər kəsin layiqli vətəndaş kimi formalaşmasında müəllimlərimizin əvəzsiz xidmətləri vardır.

Minlərlə müdavim hər il Təhsil Nazirliyi tərəfindən keçirilən Müəllimlərin İşə Qəbul imtahanında iştirak edərək bu şərəfli ada nail olur.

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış şəxslər iştirak edə bilər.

İmtahan hər ilin yay aylarında ( iyun və ya iyul) keçirilir. Müsabiqədə iştirak etmək istəyən namizədlər 5 iyun tarixindən qeydiyyatdan keçməlidirlər.

MİQ müsabiq

Müsabiqə 3 mərhələdən ibarətdir:

2. Vakant yerlərin seçimi

3. Müsahibə mərhələsi

MİQ 2022

Bildiyiniz kimi 2022 ci ildə Müəllimlərin İşə Qəbulu imtahanında bəzi dəyişikliklər edildi.Beləki imtahan 60 sual və 100 ballıq sistemlə olacaq. İxtisas 1 sual 2 balla , tədris metodikası və təlim strategiyası 1 sual 1balla qiymətləndiriləcək.İxtisas 80 bal ,tədris metodikası və təlim strategiyası 20 bal ümumi bal sistemi 100 baldır.Keçid balı 50 bal müəyyənləşdirilib. Əvvəlki illərdən fərqli olaraq bu il test mərhələsində 4 səhvə görə 1 doğru cavab silinəcək.

– Yeni qaydalara əsasən, səhv cavablandırılan test tapşırıqları İxtisas üzrə 1 səhv cavablandırılmış sual -0,5 bal, tədris metodikasi üzrə isə -0,25 bal şəklində hesablanaraq namizədin imtahan nəticəsindən silinəcək.

Bundan əlavə Müsabiqədə həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi ümumi təhsil müəssisələrində 3-5 il ərzində fasiləsiz olaraq işləyən müəllimlərin imtahan nəticəsi 1,05,

5 il və daha artıq müdətdə fasiləsiz işləyən müəllimlərin imtahan nəticəsi isə 1,1 artım əmsalı ilə hesablanacaq. Məsələn, həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi məktəbdə 3-5 il ərzində fasiləsiz çalışan və hazırda həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi məktəbdə fəaliyyətini davam etdirən müəllimin imtahan nəticəsi 72 baldırsa, bu nəticə 1,05 artım əmsalına vurularaq 75,6 bal kimi hesablanacaq. Həmin müəllim 5 il və artıq müdətdə həvəsləndirmə tədbirlərinindaha tətbiq edildiyi müəssisədə işləyirsə, bu halda onun imtahan nəticəsi (72 bal) 1,1 artım əmsalına vurularaq 79,2 bal kimi hesablanacaq.

Dəyişikliklərə əsasən, əvvəlcə vakant yer seçmək imkanı müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinə veriləcək.

Müəllimlərin müddətsiz əmək müqaviləsi əsasında işə qəbulu müsabiqənin yalnız əsas turunda həyata keçiriləcək.

Müsabiqənin əsas turundan sonra keçirilən turlarda və tədris ili ərzində yaranan yeni vakant yerlərə yalnız müddətli əmək müqaviləsi əsasında işə qəbul həyata keçiriləcək.

Başqa bir dəyişiklik bundan ibarətdirki hazırda işləyən müəllimlər imtahanda iştirak edə bilməyəcaklər.

Digər imtahan iştirakçıları ilə yanaşı, hazırda dövlət ümumi təhsil müəssisələrində müddətsiz əsaslarla çalışan müəllimlər təyin olunduğu müəssisədə 3 ildən artıq fəaliyyət göstərdikləri halda müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilərlər.

Yerdəyişmə ilə bağlı da müəyyən dəyişiklik edilib.

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində vakansiya seçimində ilk növbədə müddətsiz əmək müqaviləsi ilə çalışan şəhid ailəsi üzvü olan müəllimlər iştirak edəcəklər.

Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla həyata keçiriləcək. İş yerini bu regionlara (Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu) dəyişmək istəyən şəxslər müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edərək yerdəyişmə edə bilərlər.

EDU Company MİQ hazırlığı necə keçirilir?

EDU Company Təhsil Şirkətində də Azərbaycan və Rus bölmələri üzrə MİQ və Sertifikasiya imtahanına hazırlıqlar keçirilir.

-Hazırlıqlarımız həm online , həm də əyani şəkildə tədris olunur.

Əyani və online yeni açılmış Miq qruplarımız var .Dərslər peşəkar müəllimlər tərəfindən keçirilir.Qruplarımızda ən çox halda 10 tələbənin iştirakına icazə verilir.

Online dərslərimiz Zoom programı ilə görüntülü şəkildə keçirilir və hər bir fənn ayrı ayrılıqda həftədə 2 dəfə 80 dəqiqə olmaqla keçirilir.Dərslər bitdikdən sonra dərslərin vidio izahları telegram qruplarına atılır.Əksər Tədris Mərkəzlərindən fərqli olaraq bizim online dərslərimizdə də maxsimum tələbə sayı 10 tələbə olur və dərslər whatsap üzərinə deyil canlı şəkildə keçirilir.

– Dərslər ixtisas və təlim strategiyaları və metodika fənləri üzrə peşəkar müəllim kollektivi tərəfindən aparılır.

– Qəbul səviyyəsində ayda 2 dəfə ödənişsiz Ümumi sınaq imtahanları təşkil olunur.

– Əyani dərslərimiz hər fənn həftədə 2 dəfə 90 dəqiqə olmaqla tədris olunur.

– Yüksək nəticə toplayan müdavimlərimizə əməkdaşlıq təklif olunur.

– Keyfiyyətli tədris və münasib qiymətlər sizə təklif olunur.Bu ayının sonuna Ramazan ayına özəl xüsusi endirimlər olacaq.

Əyani və online son açılan qruplara qeydiyyat davam edir.Tələsin və müəllim adını bizimlə qazanın.

Keçən ilki (2021) nəticələrimizdən az bir hissəni siz də tanıyın .

İbtidai sinif üzrə repetitorlar

Övladınız üçün ən yaxşı ibtidai sinif müəllimini axtarırsınızsa, Repetitor.az -dan tapa bilərsiniz. Platformada yüzlərlə ibtidai sinif müəllimi qeydiyyatdan keçib. Müəllimlərin anketlərini nəzərdən keçirin və uyğun repetitorun nömrəsini öyrənib zəng edin və dərslərinə yazılın.

İbtidai sinif üzrə repetitorlar
438 repetitor
Dərsin qiyməti
Tədris dili
Tədris formatı
Müəllimin ünvanında
Şagirdin ünvanında
Məsafədən (Onlayn)
Tədris növü
İndividual
Qrup şəklində
Şagird kateqoriyası
Məktəbəqədər
Məktəblilər
Müəllimin cinsi
Müəllimin yaşı
30 yaşa qədər
50 yaşdan çox
İbtidai sinif
Təcrübə: 19 il
İbtidai sinif
Təcrübə: 19 il
Tədris dili:
Azərbaycan dili
Tədris formatı:
Tədris növü:
İndividual, Qrup şəklində

Quba rayonu, Alekseyevka kənd tam orta məktəbində 2005-ci ildən pedaqoji fəaliyyətə başlamışam. İbtidai sinif müəllimi və Təsviri incəsənət müəllim kimi işləsəm də, esasən dərsdən geri qalan, qavrama problemi olan və müxtəlif qüsuru olan uşaqlara oxu, yazı, hesab öyrədirəm. Həm də milli rəqslərimizi uşaqlara öyrədirəm və beynəlxalq yarışların qalib

Dərsin qiyməti
3 AZN-dən
İbtidai sinif
Təcrübə: 5 il
İbtidai sinif
Təcrübə: 5 il
Tədris dili:
Azərbaycan dili
Tədris formatı:
Müəllimin ünvanında
Şagirdin ünvanında
Tədris növü:
İndividual, Qrup şəklində

Mən Əliyeva Gülnaz 2018-ci ildə 531balla Bakı Slavyan universitetinin “İbtidai sinif müəllimliyi”ixtisasına qəbul olub,tədrisi qırmızı diplomla başa vurmuşam. İşimdə dəqiq,məsuliyyətliyəm. Uşaqlarka ünsiyyət qurub onları motivasiya edərək dərsə cəlb edirəm. Demokrat, tolerant, səmimi olmaq, habelə iti, tənqidi və məntiqi təfəkkürə, yüksək erudisiya

Dərsin qiyməti
5 AZN-dən
İbtidai sinif
Təcrübə: 3 il
İbtidai sinif
Təcrübə: 3 il
Tədris dili:
Azərbaycan dili
Tədris formatı:
Müəllimin ünvanında
Tədris növü:
İndividual, Qrup şəklində

Baki Dövlet Universitetinin biologiya fakultesini bitirmisem. 2 ildir onlayn hazirliqlar kecirem. Whatsapp üzerinden elaqe saxlamaq olar

Dərsin qiyməti
5 AZN-dən
İbtidai sinif
Təcrübə: 6 il
İbtidai sinif
Təcrübə: 6 il
Tədris dili:
Azərbaycan dili
Tədris formatı:
Müəllimin ünvanında
Tədris növü:
İndividual, Qrup şəklində

Azərbaycan Dovlət Pedaqoji kollecde ibtidai sinif muellimliyi uzrə təhsil almisam. 5 il pedaqoji tecrubəm var.

Dərsin qiyməti
7 AZN-dən
İbtidai sinif
Təcrübə: 3 il
İbtidai sinif
Təcrübə: 3 il
Tədris dili:
Azərbaycan dili
Tədris formatı:
Müəllimin ünvanında
Şagirdin ünvanında
Tədris növü:
İndividual

2021-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib, müxtəlif kurslarda müəllimə və dövlət orqanlarında fəaliyyət göstərmişəm. Dərs keyfiyyətli və proqrama uyğun keçirləcək. İlk dərs sinaq dərsi olacaq(pulsuz). Ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiz)

Dərsin qiyməti
15 AZN-dən
İbtidai sinif
Təcrübə: 8 il
İbtidai sinif
Təcrübə: 8 il
Tədris dili:
Azərbaycan dili
Tədris formatı:
Müəllimin ünvanında
Tədris növü:
İndividual, Qrup şəklində

İbtidai sinif muellimesi.Məktəbəqədər və 1-4-cu siniflere hazırlıq keçirəm. Azərbaycan dili və Riyaziyyat fənnindən. Sumqayit şəhərində yaşayıram.

Dərsin qiyməti
5 AZN-dən
İbtidai sinif
Təcrübə: 3 il
İbtidai sinif
Təcrübə: 3 il
Tədris dili:
Azərbaycan dili
Tədris formatı:
Müəllimin ünvanında
Tədris növü:
İndividual, Qrup şəklində

Mən Qareyave Mehriban -İbtidai sinif müəllimi ixtisasi üzrə Sumqayıt Dövlət Universitetində təhsil almışam.3 illik müəllimlik təcrübəm var.Salyan Rayonu şəkərli kənd ümumi orta məktəbində müəllim olaraq fəaliyyət göstərmişəm .Eyni zamanda Şərq tədris mərkəzində və Zəka tədris mərkəzində müəllim olaraq fəaliyyət göstərmişəm . Uşaqlarda ev tapşırıqla

Comments are closed, but trackbacks and pingbacks are open.