Miqrasiya mcllsi 2019
Publika.az xəbər verir ki, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov yeni Qanuna əsasən bu gündən aşağıdakı dəyişikliklərin qüvvəyə mindiyini bildirib:
Azərbaycanda miqrasiya ilə bağlı yeni tələblər qüvvəyə mindi
Publika.az xəbər verir ki, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov yeni Qanuna əsasən bu gündən aşağıdakı dəyişikliklərin qüvvəyə mindiyini bildirib:
1. 18 yaşına çatmamış uşaqlar, yaşı 65-dən yuxarı olan və I dərəcə əlil olan şəxslər daimi yaşama icazəsi alınması ilə bağlı imtahandan azad olunurlar.
2. Müvəqqəti olma müddətinin (viza müddəti və ya vizasız qaydada 90 günlük müddət) uzadılması üçün əsas olan hallar artırılır. Belə ki, əcnəbi şəxsin olma müddətinin uzadılması artıq onun yaxın ailə üzvlərinə də şamil edilir.
3. Yaşama və iş icazələrinin alınması ilə bağlı müraciətlərə qısa müddətdə baxılması üçün yeni imkanlar təmin edilir. Nümunə üçün iş icazələri 12 günə, daimi yaşama icazələri 35 günə.
4. Sahibkarlıq fəaliyyəti ilə məşğul olma əsası ilə yaşama icazəsi alan şəxslər 180 gündən çox ölkə ərazisindən kənarda olduqda onların daimi yaşama icazələrin ləğv edilməsi qaydası dəyişir. Bu şəxslər və ölkə iqtisadiyyatına 500 min manat məbləğdə investisiya yatıran şəxslərə artıq bu tələb şamil edilmir.
5. Daimi yaşama icazəsi verilələrkən şəxsin ölkədə son 2 il fasiləsiz yaşaması tələbi müəyyən edilir.
6. Yaşama icazələri ilə bağlı vəsiqələrin müəyyən edilmiş müddətdən sonra 30 gün ərzində götürülmədiyi təqdirdə bu icazələr ləğv edilir.
Dəyişikliklər barədə ətraflı məlumatlar Miqrasiya Xidmətinin elektron resurslarında və qəbul şöbələrində yer alacaqdır. Yeni qaydaların tətbiqi ilə bağlı hər hansı qeyri müəyyənlik və ya suallar olarsa Miqrasiya Xidmətinə, əməkdaşlarımıza müraciət edə və ya səhifəyə yaza bilərsiz.
Miqrasiya mcllsi 2019
Miqrasiya orqanlarına işə qəbulla bağlı imtаhаn keçirildi
Mətn ölçüsü
Dövlət İmtahan Mərkəzi tərəfindən 21 dekabr 2019-cu il tarixində Dövlət Miqrasiya Xidməti ilə birlikdə Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirilib.
Dövlət İmtahan Mərkəzindən New24.az-a verilən məlumata görə, imtahana yazılış noyabrın 18-dən dekabrın 16-dək aparılıb və bu müddət ərzində 252 namizəd qeydiyyatdan keçib.
İmtahan kompüter vasitəsilə təlimata uyğun olaraq 3 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə imtahanın nəticələrinə dair arayış təqdim olunub.
İmtahanda 243 namizəd iştirak edib. Test imtahanının nəticələrinə əsasən, 165 nəfər müsabiqə şərtini ödəyərək (70 və daha artıq bal toplayaraq) növbəti mərhələdə iştirak etmək hüququ qazanıb.
Miqrasiya mcllsi 2019
Kateqoriyalar
Özəl
Layihələr
- Seçki 2020
- Ramazan
- Video Xəbərlər
- Qurban Bayramı
- Beynəlxalq Media Forumu
- DÇ-2018
- Türkiyə Prezident Seçkiləri 2018
- Seçkilər 2018
- #Cümhuriyyətüçünyaz
- Formula 1 / Bakı 2017
- Simpozium 2017
- İslam Həmrəyliyi Oyunları
- Referendum
- 15 Temmuz Milletin İradesi
Struktur
- Haqqında
- Şərifzadə küç., 168A, II Bina, m.1, Bakı, Azərbaycan
- +99412 432 12 22
- +99455 681 11 82
- [email protected]
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
Ana Səhifə Cəmiyyət Miqrasiya qanunvericiliyinə dəyişikliklər qüvvəyə mindi
!Reklam – Arxiv
Yeni Çağ Media Qrupu – İyul 14, 2018 – 11:11
!Reklam – Yazi
Azərbaycan prezidenti İlham Əliyev tərəfindən Miqrasiya Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının qanunları imzalanıb və ölkədə miqrasiya proseslərinin müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi məqsədilə qanunvericiliyə edilmiş dəyişikliklər artıq qüvvəyə minib.
Dövlət Miqrasiya Xidmətindən Yenicag.az-a verilən məlumata görə, qanunvericiliyə edilmiş dəyişikliyə uyğun olaraq bundan sonra Miqrasiya Məcəlləsinin 21-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində 10 gündən yox, 15 gündən artıq müvəqqəti olmaq istəyən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər ölkədə olduqları yer üzrə qeydiyyata alınacaqlar. Əvvəlki qanunvericiliyə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə olma və ya yaşama, həmçinin iş icazələri qanunvericilikdə nəzərdə tutulan müvafiq əsaslara görə ləğv edilirsə, hər bir halda həmin şəxslər ölkədən çıxarılır və ölkəyə girişlərinə məhdudiyyət qoyulurdu. Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkəyə gəlişinin müəyyən müddətə məhdudlaşdırılması bir çox hallarda biznes sektorunun, sahibkarların işinə müəyyən çətinliklər yaradırdı. Qanuna müvafiq dəyişikliklərə əsasən əcnəbinin və vətəndaşlığı olmayan şəxsin ölkədə olma, yaşama və ya iş icazəsinin ləğv edilməsinə səbəb olmuş əsaslar aradan qalxdıqda, onların ölkəyə gəlməsinə qoyulmuş məhdudiyyət götürüləcək. Miqrasiya Məcəlləsinin əvvəlki redaksiyasına əsasən əcnəbi və ya vətəndaşlığı olmayan şəxs miqrasiya qanunvericiliyini pozduğuna görə son üç il ərzində iki dəfə və ya daha çox inzibati məsuliyyətə cəlb olunduqda, onun ölkə ərazisinə gəlməsi 5 il müddətinə qadağan edilirdi. Dəyişikliyə əsasən Miqrasiya Məcəlləsinin müvafiq əsasa görə əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkə ərazisinə girişinə 5 il müddətinə qadağa qoyulmasını nəzərdə tutan müddəası ləğv edilib. Digər məsələ miqrasiya qanunvericiliyini pozduğuna görə barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisini tərk etməsi və yenidən ölkəyə gəlməsi ilə bağlıdır. Bundan sonra miqrasiya qanunvericiliyini pozduğuna görə barəsində inzibati qaydada çıxarılmamaqla, inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş əcnəbi və ya vətəndaşlığı olmayan şəxs cəriməni ödəmədiyi təqdirdə, ölkəyə təkrar girişinə hər hansı məhdudiyyət tətbiq edilmədən ölkə ərazisini tərk edə biləcək. Bu halda onların ölkəyə girişi cəriməni ödəyənədək məhdudlaşdırılır və cəriməni ödədikdən sonra ölkəyə girişinə qoyulmuş məhdudiyyət dərhal götürülür. Belə ki, məhdudiyyətin götürülməsi üçün şəxsin əlavə müraciət etməsinə ehtiyac qalmayacaq. Bu yanaşma miqrasiya proseslərinin tənzimlənməsi sahəsində məmnunluğun artmasına öz müsbət təsirini göstərəcək. Dəyişikliklərə əsasən daimi yaşama icazəsi almaq üçün müraciət edən şəxsin müraciətinə imtina verildikdə, həmin şəxsin təqdim etdiyi sənədlər əsasında müvəqqəti yaşamaq icazəsi almasını tənzimləyən mexanizm yaradılıb. Belə ki, daimi yaşama icazəsinin alınmasına imtina verilmiş əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər müvəqqəti yaşamaq icazəsi almaq üçün əlavə sənədlər təqdim etmədən sadəcə ərizə-anket ilə Dövlət Miqrasiya Xidmətinə müraciət edə biləcəklər. Yeniliklərdən biri də miqrasiya qanunvericiliyini pozduğuna görə barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə inzibati tənbehə səbəb olan halın aradan qaldırılması üçün İnzibati Xətalar Məcəlləsində dəqiq müəyyən olunan vaxtın verilməsidir. Ölkədə olma, yaşama, yaxud ölkə ərazisindən tranzitlə keçməsi qaydalarının pozulmasına görə inzibati məsuliyyətə cəlb olunmuş əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə inzibati məsuliyyətə səbəb olmuş halın aradan qaldırılması üçün 10 gün vaxt veriləcək. O ki, qaldı İnzibati Xətalar Məcəlləsinə yeni 150.15-ci və 150.16-cı maddələrin əlavə edilməsinə, yəni inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən bir ay müddətində cəriməni ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün lakin 2 aydan çox olmamaqla cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanacaq. Təcrübədə müşahidə edilirdi ki, inzibati məsuliyyətə cəlb edilən əcnəbi və ya vətəndaşlığı olmayan şəxs bir çox hallarda ona tətbiq edilmiş inzibati cərimənin məbləğinin, müddətindən asılı olmayaraq dəyişməməsi səbəbindən ödəməyə maraq göstərmir. Edilən dəyişiklik əcnəbiləri inzibati cəriməni ödəməyə həvəsləndirməyə və müəyyən mənada məsuliyyət hissini artırmağa xidmət edir. Ümumiyyətlə miqrasiya ilə bağlı qanunvericiliyə edilmiş dəyişikliklərin məqsədi vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, əməkçi miqrantların vəziyyətinin yaxşılaşdırılmasına, məmnunluqlarının artırılmasına, rahatlıqlarının təmin edilməsinə, şəffaflığa, ölkə ərazisində ailə bağlılığı və işgüzar əlaqələri olan əcnəbilərin öz hüquqlarından sərbəst istifadəsinə xidmət edir.
www.yenicag.az
- ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
- iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
- Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Comments are closed, but trackbacks and pingbacks are open.