BİR GƏNCİN MANİFESTİ”
Sevil Yusifova deyib ki, Mərkəz bu yolla həm də Azərbaycan ilə Gürcüstan arasında mədəni, ədəbi əlaqələri inkişaf etdirmək niyyətindədir. Bu məqsədlə gələcəkdə Azərbaycan və gürcü ədiblərinin, elm adamlarının əsərlərinin də qarşılıqlı olaraq hər iki dilə tərcümə edilməsi nəzərdə tutulur.
Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri gürcü dilində təkrar nəşr olunub
Görkəmli alim, yazıçı və pedaqoq,
XX əsr Azərbaycan elminin,
ədəbiyyatının, təhsilinin inkişafında
misilsiz xidmətlər göstərmiş
Mir Cəlal Paşayevin
“Bir gəncin manifesti” əsəri
bu günlərdə gürcü dilində
təkrar nəşr olunub.
ZiM.Az xəbər verir ki, “Azərbaycan aləmi” Mədəniyyət
Mərkəzinin təşkilatçılığı ilə tərcümə olunmuş kitabın
yeni nəşri ədibin ad günü ərəfəsində gürcü oxuculara
təqdim ediləcək.
Mədəniyyət mərkəzinin sədr müavini Sevil Yusifova mətbuata bildirib ki, kitabı gürcü dilinə tərcümə etməkdə məqsəd gürcü oxucuları görkəmli ədəbiyyatşünas-alim Mir Cəlal Paşayevin yaradıcılığı ilə tanış etməkdir.
“Ümid edirik ki, bu kitab Gürcüstanda maraqla qarşılanacaq və gürcü oxucular tərəfindən çox seviləcək”, – deyə Sevil Yusifova vurğulayıb.
Sevil Yusifova deyib ki, Mərkəz bu yolla həm də Azərbaycan ilə Gürcüstan arasında mədəni, ədəbi əlaqələri inkişaf etdirmək niyyətindədir. Bu məqsədlə gələcəkdə Azərbaycan və gürcü ədiblərinin, elm adamlarının əsərlərinin də qarşılıqlı olaraq hər iki dilə tərcümə edilməsi nəzərdə tutulur.
Gürcü dilində təkrar çap olunan kitabın redaktorlarından olan Mirzə Məmmədoğlu isə ZiM.Az-a bildirib ki,
sözü gedən həmin kitab tanınmış yazıçı, şair və tərcüməçi İmir Məmmədli tərəfindən hələ 2000-ci ildə
gürcü dilinə çevrilmiş, 2000-ci və 2017-ci illərdə nəşr olunmuşdur. Kitabın bədii redaktoru isə
tanınmış gürcü yazıçısı Naro Kolxelidir.
“BİR GƏNCİN MANİFESTİ”
DODO qəzetnin araşdırmalarına əsasən: Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri Lerikin Monidigah kəndində yaşayan Nəcəfəli adında bir gəncə həsr edilib. Bir gün Mir Cəlal Paşayev parkda gənc tələbə Nəcəfəli Əliyevlə tanış olur və beləliklə onların tanışlığı dostluğa çevrilir. Nəcəfəli o ailənin bir üzvünə çevrilir. Nəçəfəıi savadlı və ədəbiyyata çox maraq göstərirdi. Elə vaxt olurdu ki, Nəçəfəıi Mir Cəlal Paşayevlə saatlarla oturub söhbət edirdilər. Artıq 2 həftə olardı Nəçəfəıi Mir Cəlal Paşayevlə görüşmurdü. Mir Cəlal Paşayev o çətin dövürdə bir kasıb kəndli ailəsinə necə dəstək olması, sonradan oğlanın yoxa çıxması onu narahat edir və beləliklə onu universitetin yataqxanasında xəstə yatdığının şahidi olur. Qızılcadan xəstələnən tələbəyə nə qədər yardım etsə də onu sağaltmaq mümkün olmur və beləcə Mir Cəlal Paşayevin gənc dostu faciəli şəkildə rəhmətə gedir. Dahi insani dəyərləri olan Mir Cəlal Paşayev dostunun nəşini Lerik rayonun Monidigah kəndinə özü aparır və dəfndə də iştirak edir. Qara görə yol olmadığından , Lerik rayonundan Mondigah kəndinə qədər olan 11 km yolu Mir Cəlal Paşayev piyadə qət etmişdir. Gənc dostunun 3 mərasimindən sonra məhz Bakıya dönmüşdür. Qarlı qış günü gənc dostunu torpağa tapşıran Mir Cəlal müəllim “BİR GƏNCİN MANEFESTİ” əsərində həmin faciəli səhnəni belə tərnnüm etmişdir:
„ Bahar, mələr quzum, sən indi hardasan? Qalx, qardaşım, buzlu torpaqların altında olsan da, ailəmizə bax!
Tanınmış professor Rövşən Novruzoğlu dahi Mir Cəlal Paşayevin il dönümünə hədiyyə olaraq İranın Təbriz şəhərinin Əndəbil kəndində olmuş Mir Cəlal Paşayevin qohumları ilə görüşmüş və onun haqqında geniş məlumatlar toplamış və şəkillər çəkmişdir.
O şəkillərdən birini sizə təqdim edirik.
BIR YAZIÇI ÖMRÜNÜN MANIFESTI…
Böyük pedaqoq, alim, istedadlı yazıçı Mir Cəlal Paşayevin anadan olmasından 112 il ötür
O insan xoşbəxtdir ki, həyatın keşməkeşli, yaradıcılığın ucsuz-bucaqsız yollarında qoyduğu izlər özündən sonra gələn nəsillər üçün örnək olur. O insan xoşbəxtdir ki, kamilliyə aparan yolun bütün sınaqlarından üzüağ çıxır və özündən sonra işıqlı xatirələr qoyur. O xalq, o millət əbədi xoşbəxtdir ki, belə keyfiyyətlərə malik şəxsiyyətlər yetişdirib. Azərbaycan xalqının da Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid… kimi bütün nəsillərin müasiri olan mütəfəkkir sənətkarları ilə fəxr etməyə haqqı vardır.
XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş görkəmli yazıçı, böyük alim, xeyirxah insan Mir Cəlal Paşayev də məhz belə şəxsiyyətlərdən biri kimi xalqımızın yaddaşında əbədiyaşarlıq haqqı qazanıb.
AZƏRTAC xəbər verir ki, bu gün görkəmli yazıçı Mir Cəlal Paşayevin anadan olmasından 112 il ötür.
Mir Cəlal Əli oğlu Paşayev 1908-ci il aprelin 26-da Cənubi Azərbaycanın Ərdəbil vilayətində yoxsul kəndli ailəsində dünyaya göz açıb. Kiçik yaşlarında atası Gəncəyə köçdüyündən uşaqlığını burada keçirib. 1918-ci ildə – Mir Cəlal 10 yaşında ikən atası vəfat edib, o, böyük qardaşının himayəsində yaşayıb.
Əzablı ömür qisməti dünyaya gəldiyi ilk illərdən onu izləməyə başlasa da, Ulu Tanrının mərhəməti sayəsində Mir Cəlal Paşayev çox çətinliklərə sinə gərərək, öz yolu ilə inadla, inamla irəliləyib. O, 1918–1919-cu illərdə Xeyriyyə Cəmiyyətinin köməyi ilə ibtidai təhsil alıb və Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Gəncə Darülmüəllimliyinə daxil olub. Tələbə təşkilatının, sonra isə şəhər tələbə həmkarlar təşkilatının sədri seçilib.
Mir Cəlal Paşayev Kazan Şərq Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsində, Azərbaycan SSR Elmlər Akademiyasının aspiranturasında təhsilini davam etdirməklə yanaşı, müəllimlik etmiş və millətinin övladlarına xalqının ədəbiyyatını, mədəniyyətini, zəngin keçmişini mənimsətmişdir. Bu mənada Mir Cəlal Paşayevin XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafındakı xidmətləri misilsizdir.
Yazıçı kimi 1928-ci ildə ədəbiyyata gələn Mir Cəlal elə həmin ildə də ilk tədqiqat əsərini yazıb. Sözün gücünə güvənib, onun böyüklüyünə baş əyən sənətkarın könüllərə yanğı salmış “Bir gəncin manifesti” əsəri, zəmanənin güzgüsü olan hekayələri klassik bədii nümunələr kimi ədəbiyyat tariximizin səhifələrində müəllifinə əbədiyaşarlıq qazandırıb. Onun böyük zəhmətinin bəhrəsi olan “Füzuli sənətkarlığı”, “XX əsr Azərbaycan ədəbiyyatı”, “Azərbaycanda ədəbi məktəblər (1905-1917)”, “Ədəbiyyatşünaslığın əsasları” adlı fundamental əsərləri ədəbiyyatşünaslıq elminin qiymətli mənbələrindəndir.
İllər ötdükcə Mir Cəlal Paşayevin təkcə elmi irsi tədqiq edilmir, onun həm də xeyirxahlığı, böyük və əlçatmaz müəllimliyi, bəşəriliyi heyranlıqla qarşılanır və sevilə-sevilə qəlblərdə özünə ucalıq abidəsi qurur. Ədibin bu zirvədəki yeri daim qalacaq və onun mərhəmət sevgisi dünya durduqca yaşayacaqdır.
Mir cəlal pasayev bir gəncin manifesti
Mir Cəlal Paşayevin � Bir gəncin manifesti � əsəri Tbilisidə gürcü oxuculara təqdim olunub
Görkəmli alim , yazıçı və pedaqoq , XX əsr Azərbaycan elminin , ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş Mir Cəlal Paşayevin � Bir gəncin manifesti � əsəri gürcü dilinə tərcümə olunub .
AZƏRTAC xəbər verir ki , aprelin 23-də Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində kitabın təqdimat mərasimi keçirilib .
Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə keçirilən tədbirin əsas informasiya təminatçısı Azərbaycan Dövlət İnformasiya Agentliyidir (AZƏRTAC).
Tədbirdə muzeyin direktoru , Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva Azərbaycan-Gürcüstan mədəni əlaqələrindən danışıb, görkəmli ədib, şair və mütəfəkkirlərin əsərlərinin hər iki xalqın dilinə tərcümə olunaraq yayılmasının münasib ətlərimizin daha da inkişafına xidmət etdiyini bildirib .
Kitabın tərcümə və nəşrini həyata keçirən �Azərbaycan aləmi� Mədəniyyət Mərkəzinin sədri Şəfəq Yusifova Mir Cəlal Paşayev yaradıcılığından söz açıb. Bildirib ki , kitabı gürcü dilinə tərcümə etməkdə məqsəd yerli oxucuları ədibin yaradıcılığı ilə tanış etməkdir.
Şəfəq Yusifova kitabın Gürcüstanda maraqla qarşılanacağına və gürcü oxucular tərəfindən çox seviləcəyinə ümidvar olduğunu vurğulayıb. Qeyd edib ki , rəhbərlik etdiyi qurum Azərbaycan ilə Gürcüstan arasında mədəni, ədəbi əlaqələrin inkişafına kömək etmək niyyətindədir. Bu məqsədlə gələcəkdə Azərbaycan və gürcü ədiblərinin, elm adamlarının əsərlərinin də qarşılıqlı olaraq hər iki dilə tərcümə edilməsi nəzərdə tutulur .
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov çıxışında görkəmli ədibin əsərinin onun ad günü ərəfəsində gürcü oxucuları üçün tərcümə edilməsini tarixi hadisə adlandırıb. Bildirib ki , bu cür tədbirlər, təkcə mədəniyyət sahəsində deyil , bütün istiqamətlərdə əlaqələrin inkişafında mühüm rol oynayır.
Deputat Mahir Dərziyev Mir Cəlal Paşayevlə bağlı xatirələrini bölüşüb . Bakıda ali təhsil aldığı dövrdə M.C.Paşayevdən ustad dərsləri aldığını bildirib .
� Georgian Times Holding � in prezidenti Malxaz Qulaşvili Mir Cəlal Paşayev haqqında məlumatlı olduğunu , onun əsərlərini maraqla oxuduğunu bildirib . Qeyd edib ki , zəngin dünyagörüşünə malik ədibin � Bir gəncin manifesti � povesti dərin məzmunu və oxunaqlığı ilə gürcü oxucuların xoşuna gələcək.
Digər çıxış edənlər � Bir gəncin manifesti � əsərinin gürcü dilinə tərcümə olunmasını yüksək qiymətləndirib, yeni kitabın Azərbaycan və Gürcüstan arasında ədəbi əlaqələrin inkişafına töhfə verəcəyini bildiriblər. Kitabın gürcü oxucularının Mir Cəlal Paşayevin yaradıcılığı ilə yaxından tanış olmasına imkan yaradacağı xüsusi qeyd edilib .
Əsəri gürcü dilinə İmir Məmmədli tərcümə edib . Kitabın redaktoru Mirzə Məmmədoğludur.
Azərbaycan.- 2019.- 24 aprel.- S.8.
Comments are closed, but trackbacks and pingbacks are open.