Press "Enter" to skip to content

Los-Ancelesdəki hadisələrə hüquqi qiymət vermək üçün beynəlxalq işçi qrupu yaradıldı

“Dəniz və enerji hüququ QMU və BDU-nun tədris proqramlarında” mövzusunda keçirilən görüş magistratura təhsil səviyyəsində “Dəniz və enerji hüququ” üzrə ikili diplom təhsil proqramının təhlili məqsədilə baş tutub.

Əmir əliyev avropa hüququ

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsi və Əl-Fərabi adına Qazax Milli Universitetinin (QMU) Hüquq fakültəsinin birgə təşkilatçılığı ilə onlayn elmi-metodiki görüş keçirilib.

“Dəniz və enerji hüququ QMU və BDU-nun tədris proqramlarında” mövzusunda keçirilən görüş magistratura təhsil səviyyəsində “Dəniz və enerji hüququ” üzrə ikili diplom təhsil proqramının təhlili məqsədilə baş tutub.

Onlayn görüşdə BDU-nun Hüquq fakültəsinin dekanı Əmir Əliyev, Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının müdiri Əlizadə Məmmədov, fakültənin müəllimləri – Turqay Hüseynov, Samirə Eyvazova, Natiq Əsgərov, QMU-nun Hüquq fakültəsinin Gömrük, maliyyə və ekologiya hüququ kafedrasının müdiri, Ayjan Jatkanbayeva, müəllimlər – Gülnara Ayqarinova, Araylın Canqabulova, Qalım Teleuov və “Dəniz və enerji hüququ” magistratura ixtisaslamasının I kursunda təhsil alan magistrantlar iştirak ediblər.

Görüşdə ikili diplom təhsil proqramının reallaşdırılmasının mövcud vəziyyəti, magistr dissertasiyası mövzuları, elmi məqalələrin birgə nəşr edilməsi məsələləri müzakirə olunub. Magistrantlar tərəfindən seçilmiş dissertasiya mövzularının aktuallığı, elmi yeniliyi, nəzəri və təcrübi əhəmiyyəti üzrə magistrantların da iştirakı ilə fikir mübadiləsi aparılıb. Magistrantlar və onların elmi rəhbərlərinin planları dinlənilib. Həmçinin dissertasiya işlərinin yerinə yetirilməsi üzrə onların üzləşdiyi çətinliklər müzakirə edilib. Görüşdə seçilmiş dissertasiya mövzularının aktual, nəzəri və təcrübi baxımdan əhəmiyyətli olması yekdilliklə qəbul edilib.

Müzakirələrin yekununda belə tədbirlərin mütəmadi keçirilməsi qərara alınıb.

Los-Ancelesdəki hadisələrə hüquqi qiymət vermək üçün beynəlxalq işçi qrupu yaradıldı

Los-Ancelesdəki hadisələrə hüquqi qiymət vermək üçün beynəlxalq işçi qrupu yaradıldı ​​​​​​​Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin və MG Consulting şirkətinin təşəbbüsü ilə insan hüquqları sahəsində tanınmış alimlərdən ibarət beynəlxalq işçi qrupu yaradılıb.

28 İyul , 2020 15:51

https://static.report.az/photo/bc0ac5b3-3c8d-3733-a6e4-e7fba90680d9.jpg

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin və “MG Consulting” şirkətinin təşəbbüsü ilə insan hüquqları sahəsində tanınmış alimlərdən ibarət beynəlxalq işçi qrupu yaradılıb. BDU-dan “Report”a verilən məlumata görə, beynəlxalq işçi qrupunun məqsədi 2020-ci il iyulun 21-də ABŞ-ın Los-Anceles şəhərində azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən aqressiv hücumlar nəticəsində pozulmuş insan hüquqlarını insan hüquqları sahəsində beynəlxalq sənədlər əsasında təhlil etmək, o cümlədən faktlara əsaslanaraq hesabat hazırlamaqdır. Bu elmi-analitik hesabat müxtəlif səfirliklər, beynəlxalq təşkilatlar, insan hüquqları sahəsində beynəlxalq mexanizmlər, ABŞ-ın hüquq-mühafizə orqanları və məhkəmələrinə göndəriləcək. İşçi qrupunun tərkibinə aşağıdakı alimlər daxildir: 1. Professor Əmir Əliyev – Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı, “İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrasının müdiri, insan hüquqları üzə mühazirəçi və çoxsaylı kitabların – dərsliklərin müəllifi. 2. Hüquq üzrə fəlsəfə doktoru Məhəmməd Quluzadə – MG Consulting şirkətinin direktoru, bir sıra ölkə hesabatlarının müəllifi, insan hüquqları sahəsində mühazirəçi və müxtəlif kitabların müəllifi. 3. Profesor Leonard Hummer – ABŞ-ın Arizona Universiteti, insan hüquqları üzə mühazirəçi və müxtəlif kitabların müəllifi. 4. Professor Adel Abdullin – Rusiya Federasiyasının Kazan Federal Universitetinin Hüquq fakültəsinin “Beynəlxalq və Avropa hüququ” kafedrasının müdiri, Beynəlxalq hüquq və insan hüquqları sahəsində mühazirəçi və çoxsaylı kitabların – dərsliklərin müəllifi. 5. Professor Revol Valeyev – Rusiya Federasiyasının Əməkdar hüquqşünası, Beynəlxalq hüquq və insan hüquqları sahəsində mühazirəçi və çoxsaylı kitabların – dərsliklərin müəllifi. 6. Professor İlyas Doğan – Türkiyənin Ankara Hacı Bayram Vəli Universitetinin Hüquq fakültəsinin Dövlət və hüquq nəzəriyyəsi kafedrasının müəllimi, Beynəlxalq hüquq və insan hüquqları sahəsində mühazirəçi və çoxsaylı kitabların – dərsliklərin müəllifi. 7. Hüquq üzrə fəlsəfə doktoru Cavid Qədirov – ADA Universitetinin müəllimi, insan hüquqları sahəsində mühazirəçi və müxtəlif kitabların müəllifi. 8. Hüquq üzrə elmlər doktoru Turqay Hüseynov – Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü, Beynəlxalq hüquq və insan hüquqları sahəsində mühazirəçi və müxtəlif kitabların müəllifi. 9. Hüquq üzrə fəlsəfə doktoru Cavid Abdullazadə – Türkiyənin Ankara Universiteti Hüquq fakültəsinin Beynəlxalq hüquq kafedrasının müəllimi, ADA Universitetinin müəllimi, Beynəlxalq hüquq və insan hüquqları sahəsində mühazirəçi və müxtəlif kitabların müəllifi. 10. Hüquqşünas Əliməmməd Nuriyev, “Şəffaflıq” Azərbaycan təşkilatının rəhbəri, insan hüquqları sahəsində mühazirəçi və müxtəlif kitabların müəllifi. Professor Əmir Əliyevin və hüquq üzrə fəlsəfə doktoru Məhəmməd Quluzadənin sözlərinə görə, bu məsələlərin beynəlxalq insan hüquqları hüququ prizmasından müstəqil qiymətləndirilməsi olduqca vacibdir. İşçi qrupunun tərkibinin daha da genişləndirilməsi və hesabatın tam olaraq avqust ayı ərzində hazır olması gözlənilir.

Emir Eliyev Huquqsunas – Wikipedia

Əmir Əliyev 1973-cü il aprel ayının 4-də Ermənistan SSR Meğri rayonunun Nüvədi kəndində anadan olmuşdur. 1979–1989-cu illərdə Meğri rayonunun Nüvədi kənd orta məktəbində oxumuş, 1989–1994-cü illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil almışdır [1] .

1995-ci ildə BDU-da “Beynəlxalq hüquq” ixtisası üzrə aspiranturaya daxil olmuşdur. 1997-ci ildən hal-hazıra qədər BDU-da əvvəlcə müəllim, baş müəllim, dosent və professor vəzifəsində çalışır [1] .

Ailəlidir, üç övladı var [1] .

Pedaqoji fəaliyyəti

1997-ci ildən 2006-cı ilə kimi BDU-nun “Beynəlxalq hüquq və xarici ölkələrin dövlət hüququ” kafedrasında müəllim, baş müəllim, dosent vəzifəsində işləmişdir. 2006-cı ildən yeni yaranan “Beynəlxalq xüsusi hüquq və Avropa hüququ” kafedrasının dosenti, 2009-cu ildən isə professoru vəzifəsində çalışır [1] .

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Hüquq” elmləri üzrə Ekspert Şurasının üzvüdür. Eyni zamanda, Vəkillər üzrə Respublika İxtisas Komissiyasının üzvüdür. BDU tərəfindən buraxılan “Beynəlxalq hüquq və inteqrasiya problemləri” adlı elmi-analitik və praktiki jurnalın baş redaktor müavinidir [1] .

Əmir Əliyev “Beynəlxalq ümumi hüquq”, “İnsan hüquqlarının beynəlxalq-hüquqi müdafiəsi”, “Beynəlxalq gömrük hüququ”, “Avropa hüququ” fənlərini tədris edir [1] .

Elmi fəaliyyəti

2003-cü ildə “Azərbaycan Respublikasında əcnəbilərin hüquqi vəziyyəti və beynəlxalq hüquq” mövzusunda namizədlik dissertasiya işini müdafiə etmiş, hüquq elmləri namizədi alimlik dərəcəsi, 2007-ci ildə isə “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin statusunun beynəlxalq-hüquqi tənzimlənməsi: nəzəriyyə və praktika” mövzusunda doktorluq dissertasiya işini müdafiə edərək hüquq elmləri doktoru alimlik dərəcəsi almışdır [1] .

Əmir Əliyev “Beynəlxalq hüquq”, “İnsan hüquqları” və “Avropa hüququ” sahələri üzrə tədqiqat aparır [1] .

  1. Beynəlxalq ümumi hüquq. Metodik vəsait. Bakı, 2005.
  2. Beynəlxalq xüsusi hüquq. Dərslik. Tərcümə. Bakı, 2007.
  3. Beynəlxalq turizm hüququ. Monoqrafiya. Bakı, 2007.
  4. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin statusunun beynəlxalq-hüquqi tənzimlənməsi. Monoqrafiya. Bakı, 2007.
  5. Müasir beynəlxalq hüquqda insan hüquqları, əhali və miqrasiya problemləri. Dərslik. Bakı, 2007.
  6. İnsan hüquqlarının beynəlxalq-hüquqi müdafiəsi. Dərslik. Bakı, 2009
  7. İnsan hüquqları. Dərslik. Bakı, 2013. [3]

İstinadlar

  1. 123456789“Əliyev Əmir İbrahim oğlu”. Bakı Dövlət Universiteti (az.) . irl.bsu.edu.az. 2020-01-30 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2014-09-24 .
  2. A.Aslan.“BDU-da elmi konfrans keçirilib”. MODERN.AZ (az.) . modern.az. 06.05.2013, 19:07. 2016-03-04 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2014-09-24 .
  3. Afət.“Əmir Əliyevin «İnsan hüquqları» kitabı işıq üzü görüb”. SİA (az.) . sia.az. 22.11.2013 13:53 . İstifadə tarixi: 2014-09-24 .
  4. [ölü keçid]

Comments are closed, but trackbacks and pingbacks are open.