Mir möhsün nəvvab döyüşü səhnələri
Bu əhəmiyyətli işi XIX əsrin sonlarında uğurla davam etdirən görkəmli ziyalılardan biri də Mir Möhsün Nəvvabdır.
Mir möhsün nəvvab döyüşü səhnələri
İstər Şərq Renessansı, istərsə də Qərb Renessansı mütəfəkkirlərini (Biruni, Nizami Gəncəvi, Leonardo da Vinçi, Mikelancelo və b.) fərqləndirən cəhət onların çoxşaxəli fəaliyyəti olmuşdur. Renessans dövrünün bir neçə elm və mədəniyyət sahəsi ilə yaxından tanış olan alim və ədibləri öz sahələri üzrə şedevr əsərlər yaratmışlar. XIX əsrin II yarısı – XX əsrin əvvəllərində Qarabağda yaşayıb fəsliyyət göstərmiş görkəmli Azərbaycan mütəfəkkiri Nəvvab belə şəxsiyyətlərə aiddir.
Azərbaycan tarixinə Mir Möhsün Nəvvab görkəmli şair, filoloq, rəssam, xəttat, musiqişünas, xeyriyyəçi, “üsuli-cədid” məktəblərinin təərfdaşı kimi daxil olmuşdur.
Mir Möhsün Nəvvab 1833-cü ildə Şuşa şəhərində adlı-sanlı bir ailədə anadan olub. Atası Hacı Mirəhməd oğlunu oxutmuş və onu müəllim kimi görmək istəmişdir. Doğrudan da, Nəvvab günlərin bir günü mədrəsədə dərs deməyə başlayır. Tez bir zamanda yaxşı müəllim kimi tanınan Nəvvab həm də şair kimi şöhrət tapır. Onun yazdığı şeirlər dillər əzbəri olur. Bu şeirlərdə Nəvvab zülmkar hakimləri, riyakarlıq edən bəzi din xadimlərini tənqid edir, elm və mədəniyyətə, mənəvi-əxlaqi gözəlliyə çağırırdı. Nəvvab həm də lirik şeirlər yazırdı. Şuşada yaşayan şairlərimiz Nəvvabın ətrafına toplaşır və o bu Azərbaycan şəhərində “Məclisi-fəramuşan” adlı ədəbi məclis təşkil edir. Bu məclis bir çox şairlərimizin sənətkar kimi formalaşmasında böyük rol oynamışdır.
Şairliklə bərabər, Nəvvab rəssamlıqla da məşğul olmuşdur. 1864-cü ildə onun “Bəhr ül-həzən” (“Qəm dəryası”) əsərinə çəkdiyi illüstrasiyalar Nəvvabın miniatürçü rəssam kimi püxtələşməsindən xəbər verir. Maraqlıdır ki, real həyatı təsvir edən şəkillərlə bərabər, bu kitabda fantastik təsvirlər də vardır. Nəvvabın çəkdiyi illüstrasiyalar XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanda kitab tərtibatının inkişafına böyük təsir göstərmişdir. Maraqlıdır ki, xəttatlığı öyrənən Nəvvab kitablarının mətnlərini də özü köçürürdü. O başa düşürdü ki, bu üsulla nadir kitablar yaratmaq olar, lakin belə kitablar geniş yayıla bilməz. Ona görə də
Nəvvab öz hesabına Şuşada mətbəə açır və burada litoqrafiya üsulu ilə kitab çap etməyə başlayır. Mətbəədən başqa, o, Şuşada cildxana da açır və kitab çapı işini daha da təkmilləşdirir. Nəvvab tərəfindən tərtib edilmiş kitablar hal-hazırda nadir eksponatlar kimi Əlyazmalar İnstitutunda saxlanılır.
Quş və çiçək təsvirləri olan peyzaj xarakterli şəkillər çəkən Nəvvab evinin və dərs dediyi məktəbin divarlarını da ornamentlər və təsvirlərlə bəzəmişdir. Bu rəsmlər son dərəcə gözəl olduğundan ona Şuşadakı Böyük məscidin minarələri üzərində ornamental rəsmlər çəkmək təklif edilir. Nəvvab bu işin öhdəsindən layiqincə gəlir. Daha sonra Mir Möhsün portret janrında da işləməyə başlayır, bir çox şəxslərin portretlərini çəkir. Onun 1902-ci ildə yaratdığı “Teymurun portreti” (türk dünyasının məşhur sərkərdəsi Əmir Teymurun) Azərbaycan boyakarlığının nadir incisi kimi hal-hazırda İncəsənət Muzeyində qorunur.
Azərbaycan tarixi ilə maraqlanan Nəvvab əhalidən nadir tarixi əşyaları toplayır, bu əşyaların tariximizin öyrənilməsində necə böyük əhəmiyyətə malik olması istiqamətində maarifləndirmə işi aparır. Nəticədə o, nadir tarixi əşyalardan ibarət zəngin bir kolleksiya toplayır. Şərq silahları burada çoxluq təşkil edir. Nəvvabın topladığı əşyalar sonralar Azərbaycan Tarixi Muzeyinə təhvil verilmiş və hal-hazırda burada eksponat kimi nümayiş etdirilir.
Nücum (astronomiya) elmi ilə maraqlanan Mir Möhsün Nəvvab dövrünün səviyyəsində astronomiya biliklərinə yiyələnir və onları “Kifayət ül-ətfal” əsərində bir yerə toplayıb sistemləşdirir. O zaman Şərqdə mövcud olan astronomiyaya aid dərs vəsaitləri arasında Nəvvabın kitabı ən kamili olmuşdur.
1913-cü ildə Mir Möhsün Nəvvabın yazdığı iki kitab ona təkcə Azərbaycanda deyil, vətənimizin hüdudlarından kənarda da şöhrət qazandırır. Belə ki, Bakıda nəşr olunmuş “Təzkireyi-Nəvvab” adlı birinci kitabında o, XVIII əsrin sonu – XIX əsr Qarabağ şairlərinin həyat və yaradıcılığını işıqlandırmış, onların əsərlərindən parçalar vermişdir. Əsərlərin ədəbi təhlili Azərbaycanın Qarabağ bölgəsində ədəbiyyatımızın inkişaf yolu haqqında təsəvvür yaradır. Bu əsər Nəvvabın filoloq alim kimi yetişməsindən xəbər verir. Azərbaycan musiqisinin tarixi və nəzəriyyəsi ilə yaxından tanış olan Nəvvab klassik Şərq musiqisi haqqında da “Musiqi elmində rəqəmlərin aydınlaşdırılması” adlı kitab yazıb nəşr etdirmişdir. Burada o, Şərq musiqisinin keçdiyi inkişaf yolunu izləmiş və əmin nəzəri əsaslarını araşdırmağa çalışmışdır. Antik dövr müəllifləri Platon və Aristoteldən tutmuş müsəlman Şərqinin görkəmli alimləri Ferabi, İbn Sina, Nizami Gəncəvi, Səfiəddin Urməvi, Əbdülqadir Marağayi və başqalarının tədqiqatlarına əsaslanan Nəvvab musiqinin mənşəyi, musiqi estetikası, musiqinin dinləyicilərə emosional təsiri, musiqinin şəfaverici xüsusiyyətləri haqqında müfəssəl məlumat vermişdir. Riyazi əsaslarla musiqini təhlil etməyə çağıran Nəvvab bu əsəri ilə dünya musiqi elmində çevriliş etmişdir. Bəşəriyyət indi-indi, elektron-hesablama maşınlarının icadından sonra, XX əsrin əvvəllərində Nəvvabın tərtib etdiyi nəzəriyyə ilə razılaşır və onu təsdiqləyir. “Elektron musiqi” kimi tanıdığımız musiqinin yaradılma ehtimalını Nəvvab əvvəlcədən görmüşdür. Bununla belə, o qeyd etmişdir ki, musiqiçi özü ifa etdiyi musiqinin təsiri altına düşdükdə dinləyicilərinə təsir göstərə bilər. Bunun üçün o, musiqi əsərlərini ürəkdən ifa etməlidir. Müasir tibb elmi musiqinin şəfaverici qüvvəsini minlərlə təcrübələrlə təsdiqləyir və onu geniş tətbiq etməyə çağırır. Halbuki Nəvvab hələ bir əsr bundan əvvəl bu barədə yazmış və misallarla fikirlərini təsdiqə çalışmışdır.
Musiqişünas kimi tədqiqatlarını davam etdirən Nəvvab XIX əsr – XX əsrin əvvəlləri Azərbaycan musiqi ifaçılığı təcrübəsini ümumiləşdirmiş, muğamlarımızın təsnifatını vermişdir. Bundan başqa, o, muğamları orijinal sistemə salmış və bu sistemi 5 cədvəldə əks etdirmişdir.
Cəmiyyətdəki bir çox problemləri insanların savadsızlığı ilə bağlayan Nəvvab ildən-ilə kitab çapını genişləndirir. Bundan əlavə, o öz hesabına əhalinin kasıb təbəqəsi üçün Şuşada qiraətxana açdırır.
Təhsil sahəsi ilə yaxından tanış olan Mir Möhsün humanitar və dəqiq elmlərlə bağlı ədəbiyyat oxuyur və tezliklə belə qənaətə gəlir ki, mədrəsələrin dərs proqramı real həyatdan geridə qalıb. Onun fikrincə, mədrəsəni bitirən şəxs ali məktəblərə daxil ola bilməz və deməli, o zaman Rusiya imperiyasının tərkibində olan Azərbaycanın siyasi və iqtisadi həyatından kənarda qalacaq. Eyni zamanda o, imperiyanın Azərbaycanda açdığı məktəblərin proqramları ilə də tam razı deyildi. Bu proqramlar əsasında ali məktəblərə daxil olmaq üçün kifayət qədər bilik əldə edən şagird Azərbaycan tarixi, ədəbiyyatı və islam dinindən xəbərsiz olurdu.
Problemdən çıxış yolunu Mir Möhsün Nəvvab “üsuli-cədid məktəbi” adlandırılan, yəni “yeni üsul məktəbləri”nin açılışında görür. Belə “üsuli-cədid” məktəbi müasir elmi nailiyyətləri ana dilində öyrətməli idi. Burada humanitar, təbiət və texniki fənlərdən peşəkar müəllimlər dərs deməli, eyni zamanda şagirdlərə islam tarixi və şəriət, Azərbaycan tarixi, Azərbaycan və Şərq ədəbiyyatı öyrədilməli idi. Belə məktəbi bitirmiş şəxs həm Rusiya və Avropa dövlətlərinin ali təhsil məktəblərinə daxil ola bilər, həm də milli, dini köklərindən ayrı düşməzdi.
“Üsuli-cədid” məktəblərində dərslər çətin olan heca üsulu ilə deyil, daha yaxşı qavranılan səs üsulu ilə aparılmalı idi.
“Üsuli-cədid” məktəblərinin açılması layihəsi Azərbaycanın bir çox ziyalıları tərəfindən dəstəklənir, lakin hökumət orqanları belə məktəblərin açılması yolunda heç bir tədbir görmürdülər. Belə olduğu halda Azərbaycan ziyalıları öz imkanları hesabına “üsuli-cədid” məktəbləri açmağa başlayırlar. Şamaxıda Seyid Əzim Şirvani, Ordubadda Məmmədtağı Səfərov Sidqi ilk belə məktəblər açırlar. Mir Möhsün Nəvvab da öz hesabına Şuşada belə bir məktəb təşkil edir. Çox keçmir ki, öz keyfiyyəti ilə seçilən “üsuli-cədid” məktəbləri Azərbaycanın bir çox yerlərində açılır.
Azərbaycanda təhsil sisteminin üzləşdiyi əsas problemlərdən biri o zaman dərslik çatışmazlığı problemi olmuşdur. Bu problemi aradan qaldırmaq üçün bir çox ziyalılarımız dərsliklər yazır, onları öz hesabına nəşr etdirib məktəblərə paylayırlar. Nəvvab da bu təşəbbüsə qoşulur.
XIX əsrin II yarısı – XX əsrin əvvəllərində Azərbaycanın görkəmli şairi, filoloqu, rəssamı, xəttatı və musiqişünası olmuş Mir Möhsün Nəvvab 1918-ci ildə Şuşada vəfat etmiş və orada da dəfn olunmuşdur. Hal-hazırda isə onun doğma Şuşa şəhəri erməni işğalı altındadır.
Ensiklopedik zəka sahibi – Mir Möhsün Nəvvab
Klassik sənətkarların bədii irsinin qorunub saxlanılmasında təzkirə müəlliflərinin böyük rolu olub. Orta əsrlərdə Məhəmməd Ovfi, Dövlətşah Səmərqəndi, Əmir Əhməd Razi, Lütəli bəy Azər, Sam Mirzə, sonrakı dövrlərdə Rzaqulu xan Hidayət, Hüseyn əfəndi Qayıbov, Seyid Əzim Şirvani, Məhəmməd ağa Müctəhidzadə, Məhəmmədəli Tərbiyət və başqaları ağır zəhmətə qatlaşaraq sələflərinin və müasirlərinin əsərlərini toplayıb özlərindən sonrakı nəsillərə çatdırıblar.
Bu əhəmiyyətli işi XIX əsrin sonlarında uğurla davam etdirən görkəmli ziyalılardan biri də Mir Möhsün Nəvvabdır.
Azərbaycan mədəniyyəti tarixində şair, xəttat, rəssam, musiqişünas, astronom kimi məşhur olan bu ensiklopedik zəka sahibi həm də böyük filoloq – söz sərrafı idi. XIX əsrin 70-ci illərində Şuşada fəaliyyətə başlayan “Məclisi-fəramuşan” (“Unudulmuşların məclisi”) ədəbi məclisinə başçılıq edən Nəvvab eyni zamanda Qarabağ şairlərinin əsərlərini toplayaraq sanballı bir kitab – təzkirə hazırlayıb.
100-dən artıq şairin həyat və yaradıcılığı haqqında məlumatların yer aldığı təzkirə 1913-cü ildə Bakıda kitab şəklində nəşr olunub. Nəvvabın tarixi əhəmiyyətli işlərindən biri də 1905-ci ildə yazdığı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin tarixi köklərinin öyrənilməsi baxımından xüsusi önəm kəsb edən “Qafqaz erməni tayfası ilə müsəlmanların vuruş və iğtişaş tarixləri” adlı əsəridir.
Mir Möhsün Hacı Mirəhməd oğlu Nəvvab 1833-cü ildə Şuşada anadan olub. İlk təhsilini ruhani məktəbində alıb, ərəb, fars dillərini öyrənib. A.Sarıcalı mədrəsəsində astronomiya, kimya, riyaziyyat və digər elmlərə yiyələnib, sonradan rus dilini də mənimsəyib. Nəvvab öz evində iki teleskop qoyaraq kiçik bir rəsədxana və kimya laboratoriyası yaratmış, səma cisimlərinin yerləşməsi və günəş tutulmaları haqda cədvəllər tərtib etmişdi. Alim kimya laboratoriyasında şagirdləri ilə sınaqlar keçirir və Orta əsrlərdə yaşamış kimyagərlər tərəfindən verilən nüsxələri yoxlayırdı.
Qarabağ və bütün Azərbaycan incəsənətinə ən böyük töhfəsini isə Nəvvab, heç şübhəsiz, öz bədii yaradıcılığı ilə vermişdi. Bir çox akvarel rəsmləri, kitab miniatürləri, bina və məscidlərə vurduğu naxışlar bizə yadigar qalıb. Milli musiqişünaslıqda Nəvvabın mühüm xidmətləri olub. O, XIX əsrin 80-ci illərində Hacı Hüsü ilə birgə “Musiqiçilər məclisi”ni yaradır. Burada musiqi sahəsinin ən aktual məsələləri barədə müzakirələr aparılırdı. Məclisdə Hacı Hüsü, İslam Abdullayev, Cəmil Əmirov, Seyid Şuşinski, Sadıxcan və digər məşhur xanəndələr iştirak edirdi.
Mir Möhsün Nəvvabın “Vüzuhül-ərqam” (“Rəqəmlərin izahı”) məşhur musiqi risaləsi ilk dəfə 1913-cü ildə Bakıda işıq üzü görüb. Tanınmış musiqişünas alim, akademik Zemfira Səfərova yazır ki, həmin risalədə müəllif ayrı-ayrı muğamların, bəzi dəsgahların mənşəyi və onların adlarının kökü haqqında məsələləri araşdırır, muğamların şeir mətnləri ilə əlaqəliliyi, ifaçı ilə dinləyicinin qarşılıqlı münasibətləri, akustika baxımından onların optimal yerləşməsi problemlərinə toxunur. Nəvvab ilk dəfə dəsgah terminindən istifadə edir, o vaxt Qarabağda məlum olan altı dəsgahın adını çəkir: “Rast”, “Mahur”, “Şahnaz”, “Rahavi”, (yaxud Rahab), “Çahargah” və “Nəva”. Nəvvabın sözlərinə əsasən, ifa olunan dəsgahın tərkibi bir çox hallarda ifaçının zövqündən və qabiliyyətindən asılı olur. Alim həmin əsərində Qarabağ musiqiçiləri tərəfindən ifa olunan 82 mahnı və muğamın adını çəkir.
Mir Möhsün Nəvvab bir neçə muğamın mənşəyini və onların adının etimologiyasını da araşdırıb. Bir çox muğamların adlarını onların yaranmasında rol oynamış şəxslərlə və yer adları ilə əlaqələndirən Nəvvab “Rast” muğamını bahar mehi, “Rahavi”ni yağış damlaları, “Çahargah”ı ildırım çaxması, “Dügah”ı fontan vuran bulaqlarla, “Humayun”u quşların uçuşu, “Nəva”nı bədbəxt sevgililərin ah-naləsi, “Mahur”u suların şırıltısı, “Şahnaz”ı bülbüllərin cəh-cəhi, “Üşşaq”ı quşların havada süzməsi, “Üzzal”ı meteoritlərin hərəkəti ilə əlaqələndirib.
Nəvvabın poetik irsi əsasən onun Azərbaycan və fars dillərində tərtib etdiyi divanlarında, təzkirəsində toplanıb. Şairin 148 səhifədən ibarət farsca divanı 1897-ci ildə, 128 səhifədən ibarət azərbaycanca divanı isə 1898-ci ildə özünün Şuşadakı şəxsi mətbəəsində daşbasma üsulu ilə çap edilib. Azərbaycan dilindəki divanında klassik şeirin bir sıra janlarında yazılmış şeirlər — qəzəl, mürəbbe, müxəmməs, müsəddəs, müəşşər, çarparə, müfrədlər, o cümlədən qoşmaları yer alıb. Divanın dibaçəsində müəllifin özü haqqında məlumat, əsəri yazmağa başladığı tarix və əsərlərinin siyahısı verilib.
Şairin bədii nümunələri ilə tanış olanda onun Azərbaycan klassik poeziyasının görkəmli nümayəndələri, xüsusilə də Məhəmməd Füzuli və Molla Pənah Vaqif ənənələri ilə bağlılığını görmək mümkündür. Şair maraqlı bir üsuldan istifadə edərək Füzulinin “Leyli və Məcnun” poemasından iki qəzələ bir qəzəllə nəzirə yazıb. Füzulinin eyni qafiyəli – “Yar rəhm etdi məgər naləvü əfğanimizə” misrası ilə başlanan 7 beytlik və “Küfri-zülfin salalı rəxnələr imanimizə” misrası ilə başlanan 6 beytlik qəzəllərinə Nəvvab:
Qəm qübarı yatıb əzbəs dili-viranəmizə,
Kafər ağlar bizim əhvali-pərişanimizə.
mətləli 17 beytlik nəzirə ilə cavab verib.
Qarabağ ədəbi mühitinin əksər nümayəndələri kimi, Nəvvab da Vaqifin təsirindən kənarda qalmayıb. Onun “Yox qəmi ol kimsənin kim, dilbəri dilbər ola” misrası ilə başlanan 6 bəndlik mürəbbesində Vaqifin bir qoşmasının təsiri duyulur.
Mənbələrdə qeyd olunur ki, Nəvvab müxtəlif elmlərə bələd və açıqfikirli bir ziyalı olduğu üçün Şuşadan, ətraf bölgələrdən şairlər və musiqiçilər onun mənzilinə toplaşar, yeni şeirlərini oxuyar, musiqiyə qulaq asarmışlar. “Məclisi-üns” ədəbi məclisi Natəvanın sarayına köçdükdən sonra Nəvvabın təşəbbüsü ilə “Məclisi — fəramuşan” məclisi təşkil edilir. Üzvləri isə “Məclisi-üns”ün unutduğu şairlər olur. Məclisin məşğələləri qışda Mir Möhsünün mənzilində, yay aylarında isə Cıdır düzündəki “Ağzıyastı kaha” deyilən yerdə keçirilərmiş. Məclis üzvlərini dünya hadisələri və mədəni yeniliklərlə tanış etmək üçün Nəvvab Bakıdan “Əkinçi”, Tiflisdən “Ziya” və “Kəşkül” qəzetlərini, Hindistandan fars dilində nəşr olunan “Həblül-mətin” məcmuəsini alırdı. 1903-cü ildə Nəvvabın təşəbbüsü ilə qiraətxana-kitabxana açılır və bundan sonra ədəbi məclisin fəaliyyəti zəifləməyə başlayır. Qiraətxanaya şairin oğlu Mir İbrahim rəhbərlik edib.
Azərbaycan mədəniyyətinin inkişafına mühüm töhfələr verən Mir Möhsün Nəvvab 1918-ci ildə Şuşada vəfat edib. Ömrü boyu doğulduğu eldən kənara çıxmasa da, bu gün onun şöhrəti ölkəmizdə və onun hüdudlarından uzaqlarda da tanınır.
Aynurə ƏLİYEVA
«Mədəniyyət» qəzeti
- Teqlər:
- Azərbaycan ədəbiyyatı
- , şair
- , Mir Möhsün Nəvvab
Навваб, Мир Мохсун
Мир Мохсун Навваб (азерб. Mir Möhsün Nəvvab ; 1833—1918) — азербайджанский учёный, художник, музыковед, поэт. Общественный деятель Азербайджана XIX века [1] .
- 1 Биография
- 1.1 Творчество
- 1.1.1 Поэзия
- 1.1.2 и астрономия
- 1.1.3 Изобразительное искусство
- 1.1.4 Музыка
Биография
Навваб родился в 1833 году в Шуше, в семье Гаджи Сеид Ахмеда. Начальное образование получает в духовной школе, где он в совершенстве освоил арабский, персидский и турецкий языки. В дальнейшем в медресе Аббаса Сараджалы Мир Мохсун изучал математику, астрономию, химию и другие науки [2] .
Творчество
Навваб участвовал в культурной и общественной жизни города. Он писал стихи и публиковал книги, в открытой им же типографии. Он также преподавал в школах — «мектебах» и издал свыше двадцати книг, посвящённых различным отраслям науки и искусства. Он создал музыкальные собрания — «меджлисы», такие как художественный «Меджлиси-фарамушан», музыкальный «Меджлиси-ханенде». На этих меджлисах присутствовали поэты: Абдулла-бек Аси, Фатма ханум Кяминя, Мешади Еййуб Баги, Хан Гарадаги, Абдулла Гасан Шахид, певцы: Гаджи Хюси, Мешади Джамиль Амиров, Ислам Абдуллаев, Сеид Шушинский и др. Эти собрания были тесно связаны с собраниями «Меджлиси-унс» в Шуше, «Бейтус-сафа» в Шемахе, «Маджмауш-шуара» в Баку.
Поэзия
Мир Мохсун Навваб (справа) и Гасаналиага-хан Карадаги
Среди его трудов большой интерес представляет «Тазкирейи-Навваб», где собрана подробная информация о жизни и творчестве более чем ста карабахских поэтов XIX века. Вскоре в 1913 году она была опубликована в Баку.
и астрономия
Он увлекался также химией и астрономией. У себя дома Мир Мохсун создал химическую лабораторию и установил два телескопа. В своей книге «Кифаятул-атфал», которая в 1899 году была издана как учебник, он создал таблицы о размещении небесных тел и о солнечных затмениях. В книге «Насихатнаме» им были даны свыше пятисот указаний по химии. Его этические взгляды переданы и в трудах «Нурюл-Анвар» и «Панднаме».
Изобразительное искусство
«Птицы». Мир Мохсун Навваб. 1874—1875
Занимался Навваб также изобразительным искусством. Им созданы несколько рисунков акварелью, книжных миниатюр и узоров на нескольких зданиях и мечетях. Для его творчества характерны плоскостно-декоративные орнаментальные стенные росписи, рисунки с изображением цветов и птиц с попыткой объемной моделировки, иллюстрации к собственным рукописям («Бахр-уль Хазан» (Море горестей), 1864). Интересен также «портрет Тимура», выполненный им акварелью в 1902 году и хранящийся ныне в Азербайджанском музее искусств в Баку. Этот портрет является единственным портретом, написанным Наввабом [3] . В зале мемориального музея художника в Шуше сохранились стенные росписи, исполненные Наввабом в 1886 году. Такие же росписи содержались в его небольшой рабочей комнатке [3] .
Музыка
Экземпляр книги Навваба о музыке, изданный в 1913 году в Баку. Азербайджанский музей театра (Баку)
Его музыкальный трактат «Вюзухул-эргам» впервые был издан в 1913 году в Баку. Здесь он дал подробное описание мугамов, отдельных дястгахов, раскрыл тему происхождения их названий, этимологии, связи их с поэтическими произведениями, отношениям между слушателем и исполнителем, касался проблемы их размещения с точки зрения акустики.
Навваб впервые использовал термин «дястгах». Он упомянул известных в то время в Карабахе шесть дястгахов: «Раст», «Махур», «Шахназ», «Рахави» (или Рахаб), «Чахаргар» и «Нава». По словам Навваба содержание того или иного исполняемого дястгаха зависит от вкуса и способности исполнителя. В своём произведении им упомянуто 82 песен и мугамов, исполняемых в то время в Карабахе. С местом происхождения и именами, принимавших в их создании участия, людей он связывал названия мугамов «Азербайджан», «Нишабур», «Забули», «Багдади», «Ширвани», «Гаджары», «Шах Хатаи» и др. Он связывал мугам «Раст» со свежестью весны, «Махур» с шумом воды, «Шахназ» с песней соловьёв, «Рахави» с каплями дождя, «Чахаргар» с грохотом молнии, «Нава» со страданиями влюблённых, «Дюггах» с фонтаном подземных источников, «Ушшаг» с плавным полётом птиц, «Уззал» с движением метеоритов.
Известна также его работа «Кяшфул-хагигяти-мансави».
Скончался Мир Мохсун Навваб в 1918 году в Шуше.
См. также
- Надгробие Мир Мохсуна Навваба
- Дом-музей Мир Мохсун Навваба
Примечания
- ↑Сафарова З. Мир Мохсун Навваб. — Б. : Язычы, 1983. — С. 3. — 42 с.
- ↑Чингиз Каджар. Выдающиеся сыны древнего и средневекового Азербайджана. — Азербайджан. — Б. , 1995. — С. 214—215.
- ↑ 3,03,1 История Азербайджана. — Б. : Издательство Академии наук Азербайджанской ССР, 1960. — Т. II. — С. 422.
Ссылки
- Навваб Мир Мохсун // Моршин — Никиш. — М. : Советская энциклопедия, 1974. — С. 190. — (Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров ; 1969—1978, т. 17).
- Мир Мохсун Навваб Гарабаглы(азерб.)
Литература
- Миклашевская Н. М., Художники 19 в. Мирза Кадым Эривани и Мир Мохсун Навваб, в кн.: Искусство Азербайджана, [т.] 4, Баку, 1954, с. 102—108.
- 1.1 Творчество
Comments are closed, but trackbacks and pingbacks are open.