Press "Enter" to skip to content

Mir möhsün nvvab döyüşü shnlri rsmi

Ensiklopedik (tarixçi, şair, ilahiyyatçı, rəssam, xəttat, musiqiçi) biliyə malik mütəfəkkirlərimizdən Mir Möhsün Nəvvab (1833-1919) 1833-cü ildə Şuşada dünyaya gəlmişdir. O, doğma dili türk dili (Azərbaycan) ilə yanaşı, ərəb və fars dillərini də mükəmməl bilmiş, yalnız dini elmləri deyil dünyəvi elmlərdən (riyaziyyat, kimya, coğrafiya, astronomiya, tarix və b.) də dərindən xəbərdar olmuşdur. Müəllimliklə məşğul olmaqla yanaşı, o, 1872-ci ildə “Məclisi fəramuşun” (“Unudulmuşların məclisi”) adlı ədəbi-bədii məclis yaratmışdır ki, onun da ömrü 20-ci əsrin əvvəllərinə qədər sürmüşdür. 19-cu əsrin sonlarında şəxsi mətbəəsini yaradan Nəvvabın təşəbbüsü ilə 1903-cü ildə Şuşada qiraətxana-kitabxana da açılmışdır. Türk, ərəb və fars dillərində 30-dan yuxarı əsərin müəllifi olan Nəvvabın əsas əsərləri aşağıdakılardır: “Bəhrül-hüzən”, “Təzkirə”, “Divan”, “500 nəsihət”, “Nürul-ənvar”, “Kənzül-mühən”, “Məzamir”, “Ziyaül-ənvar”, “Müseyibnamə”, “Şəmsül-hidayə”, “Şərhi-üstürlab”, “Məzlumnamə”, “Kəşfül-həqiqə” və b.

Mir Möhsün Nəvvab

Mir Möhsün Nəvvab (Şuşa şəhərində yaşayıb-yaratmış şair, rəssam, astronom, ədəbiyyatşünas, nəqqaş, tarixçi, xəttat və musiqişünas azərbaycanlı alim.

Şuşa şəhəri həmişə Azərbaycanın mədəniyyət mərkəzlərindən olub. Məşhur alim, musiqişünas Firudun Şuşinskininsözlərinə görə, XIX əsrdə bu kiçik şəhərdə 95 şair, 22 musiqişünas, 38 peşəkar müğənni, 16 rəssam, 5 astronom, 18 memar, 16 həkim yaşamışdır. Şəhərdə ona yaxın ədəbi, musiqi və digər cəmiyyətlər, ondan artıq mədrəsə və müxtəlif tipli məktəb fəaliyyət göstərirdi. Şuşada orta əsrlər elm, incəsənət və mədəniyyət ənənələri Azərbaycanın hər yerindən daha artıq dərəcədə özünə qərar tuta bilib. Zəngin kitabxanalarda xəttatlar kitabların üzünü köçürür, rəssamlar şəhər binalarının divarlarına nəqşlər vurur, kitablara miniatürlər çəkirdilər. Xalça emalatxanalarında sonralar dünyanın ən böyük muzeylərinin bəzəyi olacaq xalçalar toxunurdu. Musiqiçilər Qarabağ muğam məktəbinin adını daim uca tuturdular.

XIX əsrin ortalarında Azərbaycanın hər yerində kapitalist münasibətləri cücərən və yeni təfəkkür yaranan bir zamanda orta əsrlərə məxsus elmi biliklər sisteminə sahib ensiklopediyaçı alim Mir Möhsün Nəvvab bu şəhərdə yaşayıb-yaradır. Görkəmli musiqiçi, şair, rəssam, xəttat, münəccim, kimyaçı və riyaziyyatçı olan Mir Möhsünü əsərlərinin məzmunu, səviyyəsi və həcmi etibarilə həqiqətən də orta əsrlərin sonuncu ensiklopedist alimləri dəstəsindən hesab etmək mümkündür. Hərçənd ki, o, Şuşanın ictimai həyatında həmişə qabaqcıl, o dövr üçün mütərəqqi mövqelərdə durmuşdur

İndi Mir Möhsün Nəvvabı ilk öncə musiqişünas, Azərbaycan dilində yazılmış “Vüzuhül-ərqam” (“Rəqəmlərin izahı”) risaləsinin müəllifi kimi tanıyırlar. Ən yaxşı klassik ənənələr ruhunda qələmə alınmış həmin əsər Şərqdə bu qəbildən yaradılmış son risalələrdən biridir. Azərbaycanda isə, Nəvvab sonuncu kimyagərlərdən, münəccimlərdən və köhnə məktəbə mənsub rəssamlardandır.

O 1833-cü ildə Şuşada Hacı Seyid Əhmədin ailəsində doğulmuş və bütün ömrü boyu doğma şəhərindən kənara çıxmamışdır. İlk təhsilini ruhani məktəbində alan Nəvvab ərəb, fars, türk dillərini mükəmməl mənimsəmiş, sonra isə Abbas Sarıcalı mədrəsəsində astronomiya, kimya, riyaziyyat və digər elmlərin əsaslarına yiyələnmişdir.

Uzun ömrü boyunca Nəvvab Şuşanın mədəni və ictimai həyatında fəal iştirak edib. Şerlər yazmış, özünün açdığı mətbəədə kitablar nəşr etmiş, məktəblərdə dərs demiş, elm və incəsənətin müxtəlif sahələrinə həsr olunmuş iyirmidən artıq kitab yazmış, “Məclisi-fəramuşan” adlı ədəbi, “Məclisi-xanəndə” adlı musiqi məclisləri qurmuşdur. Şairlərdən Abdulla bəy Asi, Fatma xanım Kəminə, Məşədi Eyyub Baqi, Xan Qarabaği, Abdulla Həsən Şahid, ifaçı və müğənnilərdən Hacı Hüsü, Məşədi Cəmil Əmirov, İslam Abdullayev, Seyid Şuşinski və başqaları həmin məclislərin üzvləri idilər. Bu cəmiyyətlər Azərbaycandakı digər eyni məqsədli məclislər Şuşadakı “Məclisi-üns”, Şamaxıdakı “Beytüs-Səfa”, Bakıdakı “Məcməüş-şüəra” ilə sıx əlaqələr saxlayırdı.

Mir Möhsünün əsərləri içərisində “Təzkireyi-Nəvvab” toplusu daha artıq maraq doğurur. Burada XIX orta əsrlərdə Qarabağdançıxmış 100-dən artıq şairin həyatı və yaradıcılığı haqqında məlumatlar toplanmışdır. Təzkirə 1913-cü ildə Bakıda kitab şəklində nəşr olunmuşdur.

Nəvvab riyaziyyat, kimya və astronomiya ilə maraqlanırdı. O öz evində iki teleskop qoyaraq, kiçik bir rəsədxana və kimya laboratoriyası yaratmışdı. 1899-cu ildə dərslik kimi qələmə aldığı “Kifayətül-ətfal” kitabında o, göy cisimlərinin yerləşməsi və günəş tutulmaları haqda cədvəllər tərtib etmişdir. Alim kimya laboratoriyasında şagirdləri ilə sınaqlar keçirir və orta əsrlərdə yaşamış kimyagərlər tərəfindən verilən nüsxələri yoxlayırdı. Nəsihətnamə əsərində cavanlara verdiyi nəsihətlərin sayı 500-dən artıq idi. Tanınmış pedoqoq və alimin etik görüşləri müəyyən mənada onun Kifayətül-ətfal,Nurül-Ənvar” və Pəndnamə kimi kitablarında da öz əksini tapmışdı. Qarabağ və bütün Azərbaycan incəsənətinə ən böyük töhfəsini isə Nəvvab heç şübhəsiz, öz bədii yaradıcılığı ilə vermişdi. Bir çox akvarel rəsmləri, kitab miniatürləri və bir neçə bina və məscidə vurduğu naxışlər bizə yadigar qalmışdır.

Mir Möhsün Nəvvabın məşhur musiqi traktatı Vüzuhül-ərqam ilk dəfə 1913-cü ildə Bakıda nəşr olunmuşdur (Onun musiqiyə həsr etdiyi Kəşfül-həqiqəti-məsnəvi əsəri də məlumdur). Həmin risaləsində Mir Möhsün ayrı-ayrı muğamların, bəzi dəstgahların mənşəyi və onların adlarının kökü haqqında məsələləri araşdırır, muğamların şer mətnləri ilə əlaqəliliyi, ifaçı ilə dinləyicinin qarşılıqlı münasibətləri, akustika baxımından onların optimal yerləşməsi problemlərinə toxunur. Nəvvab ilk dəfə olaraq, dəstgah terminindən istifadə edir, o vaxt Qarabağda məlum olan altı dəstgahın adını çəkir: Rast, Mahur, Şahnaz, Rahavi, yaxud Rahab, Çahargah və Nəva. Nəvvabın sözlərinə əsasən, ifa olunan dəstgahın tərkibi bir çox hallarda ifaçının zövqündən və qabiliyyətindən asılı olur. Alim həmin əsərində Qarabağ musiqiçiləri tərəfindən ifa olunan 82 mahnı nə muğamın adını çəkir. Mir Möhsün bir neçə muğamın mənşəyini və onların adının etimologiyasını araşdırır. Belə ki, Azərbaycan, Nişapur, Zabuli, Bağdadi, Şirvani, Qacarı, Şah Xətai və başqa muğamların adlarını onların yaranmasında rol oynamış şəxslərlə və yer adları ilə əlaqələndirir. Rast muğamını bahar mehi, Rəhavini yağış damlaları, Çahargahı ildırım çaxışı, Dügahı fontan vuran bulaqlarla, Humayunu quşların uçuşu, Nəvanı bədbəxt sevgililərin ah-naləsi, Mahuru suların şırıltısı, Şahnazı bülbüllərin cəh-cəhi, Üşşaqı quşların havada süzməsi,Üzzalı meteoritlərin hərəkəti ilə əlaqələndirir.

Muğamların emosional təsiri haqqında Nəvvab yazır ki, Üşşaq, Busəlik və Nəva şücaət və hünər göstərməyə ruhlandırır, Bozarq, Rahavi, Zəngulə, Zirəfkəndi, Hüseyni kədərli duyğular oyadır. Nəvvab musiqinin müalicəvi əhəmiyyəti barədə də bir sıra maraqlı fikirlər söyləyir. Əsər bu sözlərlə bitir: “Bu risalə Vətən elminin qüdrətini artırmaq məqsədilə yazılmışdır.”

Ömrünün bir neçə onilliyini Nəvvab yaradıcılığının tədqiqinə həsr etmiş musiqişünas Zemfira Səfərova yazır: “Vizuhül-ərqam keçən əsrdə yalnız Azərbaycanda deyil, bütün Şərq ölkələrində muğam ifaçılığının və musiqi incəsənətinin vacib məsələlərindən bəhs edən qiymətli bir musiqi əsəridir.”

Nəvvab 1918-ci ildə Şuşa şəhərində dünyasını dəyişəndə artıq Azərbaycanda və onun hüdudlarından qıraqlarda yaxşı tanınırdı.

Mir möhsün nvvab döyüşü shnlri rsmi

Çağırır indi bütün milləti imdada Vətən, Dəyişilməz ey oğul, cənnətə dünyada Vətən.

B.Vahabzadə

You are here

Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MİR MÖHSÜN NƏVVAB

Ensiklopedik (tarixçi, şair, ilahiyyatçı, rəssam, xəttat, musiqiçi) biliyə malik mütəfəkkirlərimizdən Mir Möhsün Nəvvab (1833-1919) 1833-cü ildə Şuşada dünyaya gəlmişdir. O, doğma dili türk dili (Azərbaycan) ilə yanaşı, ərəb və fars dillərini də mükəmməl bilmiş, yalnız dini elmləri deyil dünyəvi elmlərdən (riyaziyyat, kimya, coğrafiya, astronomiya, tarix və b.) də dərindən xəbərdar olmuşdur. Müəllimliklə məşğul olmaqla yanaşı, o, 1872-ci ildə “Məclisi fəramuşun” (“Unudulmuşların məclisi”) adlı ədəbi-bədii məclis yaratmışdır ki, onun da ömrü 20-ci əsrin əvvəllərinə qədər sürmüşdür. 19-cu əsrin sonlarında şəxsi mətbəəsini yaradan Nəvvabın təşəbbüsü ilə 1903-cü ildə Şuşada qiraətxana-kitabxana da açılmışdır. Türk, ərəb və fars dillərində 30-dan yuxarı əsərin müəllifi olan Nəvvabın əsas əsərləri aşağıdakılardır: “Bəhrül-hüzən”, “Təzkirə”, “Divan”, “500 nəsihət”, “Nürul-ənvar”, “Kənzül-mühən”, “Məzamir”, “Ziyaül-ənvar”, “Müseyibnamə”, “Şəmsül-hidayə”, “Şərhi-üstürlab”, “Məzlumnamə”, “Kəşfül-həqiqə” və b.

Dini-fəlsəfi görüşləri. O, İslam-Şərq mədəniyyətinə və milli xüsusiyyətlər münasibətdə A.A.Bakıxanov, İ.Qutqaşınlı, Nigarinin yolunu tutmaqla yanaşı, onlara nisbətdə bu məsələlərdə daha çox mühafizəkarlığa meyil göstərmişdir. Hələ, 19-cu əsrin ikinci yarısında tanınmış mütəfəkkir Həsən bəy Zərdabinin qurucusu olduğu «Əkinçi» qəzetinə (1875-1877-ci illər) göndərdiyi yazılarında Nəvvab İslam dininin mühafizəkar müdafiəçisi kimi çıxış etmişdir. Onu «Əkinçi»yə məqalələr yazmağa sövq edən amil həmin dövrdə bu qəzetdə dünyəvi elmlərin, yoxsa dini elmlərin zəruriliyi ilə bağlı gedən müzakirələr olmuşdu. H.Zərdabinin başlatdığı bu müzakirələrdə Azərbaycan Türk ziyalıları iki – mütərəqqi və mühafizəkar qismə parçalanmışdır. Zərdabi başda olmaqla bir çox mütərəqqi ruhlu mütəfəkkirlərimiz (S.Ə.Şirvani, Ə.Gorani və b.) hesab edirdilər ki, dini elmlərlə yanaşı, dünyəvi elmlərində öyrənilməsi də zəruridir.

Ancaq dini və dünyəvi elmlərdən hansının vacibliyi məsələsində islam elmlərini önə çəkən, bu mənada dünyəvi emləri də onun tərkib hissəsi kimi görən M.M.Nəvvab «Əkinçi»yə «Hadimül-Qəvaid» imzası ilə göndərdiyi bir məqaləsində H.Zərdabiyə, S.Ə.Şirvaniyə və başqa mütərəqqi ruhlu mütəfəkkirlərə üz tutaraq yazırdı ki, hər bir müsəlman ilk növbədə şəriəti bilməli və ona əməl etməlidir. Onun fikrincə, müsəlman şəriəti bilərsə, artıq onun dini ayin və mərasimlərlə bağlı əməlləri də buna uyğun olacaqdır. Məsələn, əgər bir müsəlmanın İmam Hüseynə (ə) sevgi əlaməti olaraq başını yarıb-yarmaması onun ağılsızlığına, nadanlığına dəlalət edə bilməz. Nəvvab hesab edirdi ki, bu işi görənlər hansı məqsədlə etdiklərini yaxşı anlayırlar: «Ağıllı şəxslərin baş çarpmağa mübaşir olmamağı aşkar böhtandır, bəlkə əla və ədnadan hərə bir tövr mübaşir olur. Bir parası baş çarpır, bəzi təbl ya sinc çalır, bəzi sinəzənlik edir. Qərəz, hər kəs öz əhvalına münasib bu əhvalata şərikdir».

Nəvvabın fikrincə, kimsə İmam Hüseyn (ə) yolunda baş yarmağı, onun üçün göz yaşı tökməyi divanəlik, axmaqlıq kimi görürsə yanılır: “Xaricdən görən şəxs başçapanı divaniliyə həml etmək baş çapmaqlığın haramlığına dəlil olsa gərək. Biz namaz da qılmayaq, çünki çox şəxs bizim namazı da axmaqlığa hesab edir?”. O, iddia edirdi ki, başını yaran müsəlmanların nəinki bədəni zərər görmür, hətta baş çapmaq səbəbindən bir para naxoşluluqlardan salamat olurlar. Bütün bunların təcrübədə sübut olunduğunu yazan Nəvvaba görə, şəriət əqlin taxtındadır demək də iftiradır: “Şəriət əqlin təhtində olmaq məhz iftiradır, bəlkə əql şəriətin təhtindədir və əgər əql şəriətdən yuxarı olsa, murad əqli-küldür ki, xatəmül-ənbiya ola, nəinki üquli-naqisə”.

Nəvvaba görə, sübut olunmuşdur ki, baş yarmaqdan bədən ziyan deyil, xeyir tapır: “Təəccüb budur ki, Əhsənül-Qəvaid özü iqrar edir üləmanın baş çarpmağı mən (qadağan) eləməyinə və bu nöqtəni fəhm etmir ki, hərgah baş çarpmaq haram olsa, üləma başıaçıq, ayaqyalın baş çarpanların qabağına düşməz”. Beləliklə, Nəvvab belə bir qənaətə gəlirdi ki, kim İmam Hüseyn (ə) yolunda baş yarmağı, göz yaşı axıtmağı ziyanlı əməl sayırsa, onlar bütövlükdə İslam dininə, Peyğəmbərə (s) və onun Əhli-beytinə qarşı çıxmış olurlar.

Qeyd edək ki, bu məqalədə əsas hədəf dini xurafatı və mövhumatı tənqid edərək dünyəvi elmlərin öyrənilməsini təbliğ edən başda H.Zərdabi olmaqla “Əkinçi” qəzeti idi. Həmin məqamda H.Zərdabini və “Əkinçi”ni müdafiə edərək dünyəvi elmlərin təbliğinin vacibliyini müdafiə edən tanınmış mütəfəkkir Seyid Əzim Şirvani bu baxışlarına görə Nəvvabı tənqid etmişdir. S.Ə.Şirvani “Əkinçi” də bu məsələ ilə bağlı nəşr olunan bir şeirində Nəvvabı qəflət yuxusundan oyanmağa, əql sahibi olmağa dəvət etmişdir. O, yazırdı ki, dini elmlərlə yanaşı dünyəvi elmlərin vacibliyindən bəhs edən “Əkinçi” qəzetinin müəllifləri, o cümlədən Zərdabi nə dinindən, nə də imamlarından üz döndərməmiş, əksinə, ağlı başında olan müsəlmanlar kimi Peyğəmbərə (s) və onun övladlarına həmişə hörmətlə yanaşmışlar. Seyid Əzim yazırdı:

Kim deyir ağlama sən Kərbübəla sərvərinə?
Canımız cümlə fəda olsun onun Əkbərinə,
Ağladı ərzü səma təşnə ölən Əsgərinə,
Onu inkar edənin zatına lənət, Hadi!

S.Əzim Nəvvabı başa salmaq istəyirdi ki, burada məqsəd nə imamları danmaq, nə də İslam dininə qarşı çıxmaqdır. Əksinə, İslamı daha dərindən öyrənib, başqa millətlər kimi tərəqqiyə çatmaq və köhnəpərəstliyə son qoymaqdır. Şirvani yazırdı:

Xaçpərəstlər hamısı açdı gözün düşdü qabaq,
Dalda qaldıq tökülüb cəhl ilə biz, ay sarsaq,
Bəs nə vəqti bizə qismət olacaq göz açmaq?
Əqlə gəl, Tanrıya bax, bəsdi bu qəflət, Hadi!

M.M.Nəvvab isə S.Ə.Şirvaninin bu fikirlərinə cavab olaraq yazırdı ki, əgər o, doğrudan da Həzrət Əlinin yolunda olsaydı dini ayinlərə və mərasimlərə bu cür yanaşmazdı. Nəvvaba görə, əsil müsəlman o kəsdir ki, Allahı, Peyğəmbəri (s) və imamları yaxşı tanıyır və onların yolunda canlarını əsirgəmir. O, yazır:

Cəddini mədh edən vəqtə, əya alicənab,
Niyə qarnına düşər sancı, edərsən təbü tab,
Sən dəmən kimi gözün yaşını tök, başını çap,
Cəddini yaxşı tanı, mərtəbəsin qan, Əzim!
Aç bəsirət gözünü şahi-şəhidanə tərəf,
Baxgilan Kərbübəla səmtinə meydana tərəf.
Məhliqa canları gər tiği-cəfa ilə tələf,
Gör ki, sən də olusan qanına qəltan, Əzim!

Nəvvab birmənalı şəkildə imamlar üçün göz yaşı töküb başlarını yararların doğru yolda olduğunu, bunun əleyhinə çıxanların isə ancaq həcvə layiq olmasına inanırdı. O, yazır:

Gər yazım həcv sənə cümlə müsəlmanə dəyər,
Zəmm daşın gər atam, şişeyi-imanə dəyər,
Bədən hadis olan sədəmə yəqin canə dəyər,
Nə edim, çarə nədir, cuş qılır qan, Əzim.

Qeyd edək ki, Nəvvabın imamlar məsələsində bu cür mövqe tutması təsadüfi deyildi. Belə ki, həmin dövrün əksər Azərbaycan mütəfəkkirləri kimi, onun da yaradıcılığında Əhli-Beyt sevgisi, Həzrət Əliyə və imamlara hörmət, o cümlədən Kərbəla hadisəsi mühüm yer tutmuşdur. O, Həzrət Əliyə olan sevgisini belə ifadə edirdi:

Cədi-zülfün səfheyi-rüxsarə yazmış, ya Əli,
Xali-hindu guşeyi-ruyində qənbər tək ləziz.

Xüsusilə, Kərbəla hadisələrinə həsr etdiyi növhələrində, o cümlədən “Məzlumnamə”sində İmam Hüseynin şəhadətə yetirilməsini dini-mistik çalarlarla ifadə edən Nəvvaba görə, Peyğəmbər övladı şəhid olub qana batan zaman aləm dağılmalı, dövran qana dönməli idi:

Aləm xarab olaydı qana batanda Əkbər,
Qana dönəydi dövran, peykan əməndə Əsğər,
Ah ol zaman ki, düşdü bisər gülgün kəfənlər,
Cismi-şərifi üryan, qana qəltan, Hüseyn vay!
Yaxud da o, yazır:
Kərbübəla dəşti olub laləzar,
Nəşi-Hüseynim qalıbdı biməzar.
Peykəri-üryani-şəhidan fikar,
Eylə mədə, ey məhi-rüfət, Əli!

Nəvvaba görə, həzrət Hüseyn öz şəhadətilə İslam dininə rəvac vermişdir ki, bununla da müsəlman dünyası yeni bir mərhələyə daxil olmşdur. O, yazır:

Ya Hüseyn, ey xaki-payin aləmin başına tac,
Ey şəhadətlən verən İslam dininə rəvac.
Etgilən Nəvvabi-zarın dərdi-zarına əlac,
Cəzb qıl ta bilməsin dünya nədir, üqba nədir.
Ey qalan Kərbübəla dəştiara zari-vəhid,
Yarü-ənsarını öldürdülər bu qövmü-ənid.
Ah o dəmdən ki, səni Şümri-şərir etdi şəhid,
Ey şəhi-Kərbübəla, sibti-Rəsulüs-səqleyn,
Seyyidi-əhli-cinan, şəhreyi-əhli-hərəmeyn.

Ümumiyyətlə, Nəvvabın yaradıcılığında uzun müddət mühafizəkar “İslam mədəniyyəti”, xüsusilə şiəçilik, imamilik təəssübkeşiliyi mühüm yer tutsa da, onun dünyagörüşündə ilahi sevgi də öz əksini tapmışdır. O, yazır:

Əlimdə eşq tuğrası, sərimdə yar sövdası,
Nə qəm, məşhər günü, yara, sənin tək dadxahım var.
Yox məlaməti-aşiqi-biçarə gər candan keçə,
Bir belə canan yolunda xanimandan keçə,
Bu degil halva ki, molla dinü-imandan keçə,
Bəlkə bu sövdayi-kamili-gükruxan sövdasıdır.

Hesab etmək olar ki, Nəvvabın bu şeirlərindən sufizm iyi gəlir. Çünki Nəvvabı sevdalandıran ilahi bir sevgidir ki, Musaya bu sevgi Turda təcəlla etmişdir. O, yazır:

Mir Möhsün Nəvvab (1833-1918)

İstedadlar yurdu olan qədim Şuşada dünyaya göz açan Mir Möhsün Nəvvab Azərbaycan tarixinə alim və pedaqoq, şair və musiqişünas, rəssam və xəttat kimi daxil olub, zəmanəsinin görkəmli şəxsiyyətlərindən biri kimi tanınıb. Onun milli ənənələrə sıx bağlı olan yaradıcılığı Azərbaycan təsviri sənət tarixinin parlaq səhifələrindən birini təşkil edir. Monumental və dekorativ sənət qrafikası sahəsində yaratdığı süjetli kompozisiyalar özünəməxsusluğu ilə seçilir. Onun işləri Şuşadakı Gövhər ağa məscidinin minarələrini, vaxtilə yaşadığı evi və dərs dediyi məktəbin binasını bəzəyirdi.

Dahi sənətkarın “Kənzül-mühən” (1864), Bəhrül-hüzən (1864-1865) və “Kəşfül-həqiqeyi-məsnəvi (1895) əlyazmalarına verdiyi tərtibatlar və çəkdiyi illüstrasiyalar, eləcə də “Şuşada aşura mərasimi” (1873), “Teymurləngin portreti”, “Güllər” (1874), “Quşlar” (1872) əsərləri onun rəssam kimi istedadını qabarıq şəkildə nümayiş etdirir.

Yazıçı kimi də uğur qazanan Mir Möhsünün əsərləri içərisində “Təzkireyi-Nəvvab” toplusu daha çox maraq doğurur. Qarabağın 100-dək orta əsr şairinin həyatı və yaradıcılığından bəhs edən bu toplu 1913-cü ildə Bakıda kitab şəklində nəşr olunub.

Nəvvab riyaziyyat, kimya və astronomiya ilə də maraqlanırdı. Öz evində iki teleskop quraşdıraraq, kiçik rəsədxana və kimya laboratoriyası yaratmışdı. 1899-cu ildə dərslik kimi qələmə aldığı “Kifayətül-ətfal” kitabına, göy cisimlərinin yerləşməsi və günəş tutulmalarına dair tərtib etdiyi cədvəllər də daxil edilmişdi.

Tanınmış pedaqoq və alimin etik görüşləri onun “Kifayətül-ətfal”, “Nurül-Ənvar” və “Pəndnamə” kimi kitablarında öz əksini tapib. Mir Möhsünün Nəvvab musiqiyə həsr etdiyi məşhur traktatı – “Vüzuhül-ərqam” risaləsində ayrı-ayrı muğamların, bəzi dəstgahların mənşəyi və onların adlarının kökü haqqında məsələləri araşdırıb, muğamların şer mətnləri ilə əlaqəliliyi, ifaçı ilə dinləyicinin qarşılıqlı münasibətləri, akustika baxımından optimal yerləşməsi problemlərinə toxunub. İlk dəfə olaraq, musiqiyə dəstgah terminini gətirib və o dövrdə Qarabağda məlum olan altı dəstgahın – Rast, Mahur, Şahnaz, Rahavi, yaxud Rahab, Çahargah və Nəva dəstgahlarının adını çəkib. Bundan başqa alim həmin əsərdə Qarabağ musiqiçiləri tərəfindən ifa olunan 82 mahnı və muğamın da adlarını qeyd edib.

Comments are closed, but trackbacks and pingbacks are open.