Press "Enter" to skip to content

Mircəfər Bağırov qibləsizlər qəbiristanlığında dəfn edildi – OĞLUNUN YANINDA – Fotolar Video – EKSKLÜZİV

SSR İttifaqı Ali Məhkəməsinin sədri [möhür.] А. Volin

Category : Mir Jafar Baghirov

Mir Jafar Baghirov; Mir Cəfər Bağırov; Мир Джафар Аббас оглы Багиров; Mir Dschafar Abbassowitsch Bagirow; میرجعفر باقراف; 米尔·贾法尔·巴吉罗夫; Mîr Cefer Baxirov; Mir Cafer Bağırov; ミル・ジャファル・バギロフ; Багиров, Мир Джафар Аббас,; Mir Jafar Baghirov; Mir Cəfər Bağırov; Мір Багіров; Mir Džafar Abbas Bagirov; Mircəfər Bağırov; मीर जाफ़र बाघिरोव; Мирҗәгъфәр Бәкиров; Mircəfər Bağırov; Mirjafar Baghirov; Mir Džafar Abbas Bagirov; Mir Džafar Abbas ogly Bagirov; Միր Ջաֆար Բաղիրով; político soviético; (1895–1956) azeri-szovjet politikus; azerski komunista; politicus uit Azerbeidzjan (1895-1956); азербайджанский советский государственный и партийный деятель, первый секретарь ЦК КП Азербайджана (1933-1953), председатель СНК Азербайджанской ССР (1932-1933), председатель Совета Министров Азербайджанской ССР (1953); sovětský politik; sowjetischer Politiker der KPdSU; Azeri Sovyet siyasetçi; Azerbaijani Soviet politician (1895-1956); رئیس جمهوری سوسیالیستی آذربایجان شوروی; 苏联政治家; Azərbaycan siyasətçisi; Mir Jafar Abbas oglu Baghirov; Mir Jafar Abbas oglu Baghirov; میرجعفر باقرف; Mir Džafar Bagirov; Багиров, Мир Джафар Аббас оглы

Azerbaijani Soviet politician (1895-1956)

  • Mir Cəfər Abbas oğlu Bağırov
  • Russian Empire
  • Azerbaijan Soviet Socialist Republic
  • Soviet Union
  • Communist Party of the Soviet Union (exclusion from a political party, –1954)
  • member of the Presidium of the Supreme Soviet of the USSR (1938 – unknown value)
  • Q109852918 (1933–1953)
  • Chairman of the Council of Ministers of the Azerbaijan SSR (1953–1953)
  • Order of Lenin (1935)
  • Order of Lenin (1942)
  • Order of Lenin (1943)
  • Order of Lenin (1946)
  • Order of Lenin (1946)
  • Order of the Patriotic War 1st class (1945)
  • Order of the Red Banner (1924)
  • Order of the Red Banner of Labour
  • Q20570895 (1922)
  • Honorary officer of the State Security

Media in category “Mir Jafar Baghirov”

The following 13 files are in this category, out of 13 total.

Baghirov in 1935.jpg 319 × 472; 42 KB

Mircəfər bağırov

Ana Səhifə Banner Mircəfər Bağırov qibləsizlər qəbiristanlığında dəfn edildi – OĞLUNUN YANINDA – Fotolar +Video – EKSKLÜZİV

!Reklam – Arxiv
Yeni Çağ Media Qrupu – İyul 17, 2017 – 13:36
!Reklam – Yazi

Bayıl həbsxanasının kimsəsizlər qəbiristanlığında 60 il sonra dəfn edilmiş sovet Azərbaycanının sabiq lideri Mircəfər Bağırov təkrar torpağa tapşırılıb.

Bu barədə Yenicag.az-a Mircəfər Bağırovun böyük bacısı Seyid Məsumənin nəvəsi Məmmədtağı Bağırov məlumat verib. Hazırda 76 yaşı olan Məmmədtağı Bağırov ömrünün böyük hissəsini Mircəfər Bağırovun həyatının tədqiqatına, Azərbaycanın keçmiş I katibi haqqında yayılan həqiqətə uyğun olmayan məlumatların dəqiqləşdirilməsinə həsr edib. Mircəfər Bağırovun təkrar dəfni haqqında danışan Məmmədtağı Bağırov Yenicag.Az-a bunları deyib: “Təəssüf ki, Mircəfər Bağırov haqqında reallıqdan uzaq məlumatlar uzun illər boyunca həqiqət kimi cəmiyyətə təqdim olunub. Belə iddialar irəli sürülüb ki, guya Mircəfər Bağırov məhkəmədən sonra güllələnməyib, uzun illər Sibirdə yaşayıb və orda da vəfat edib. Hətta Ədalət Tahirzadə adlı özünə araşdırmaçı deyən şəxs yaşlı bir adamın şəklini “Mircəfər Bağırovdur”, deyə paylaşıb. Eyni zamanda, sonra Azərbaycanın I katibi olmuş İmam Mustafayev də Moskvanın istəyinə uyğun olaraq, babam haqqında məlumatların saxtalaşdırılmasını təşkil edib. 1953-cü ildə Stalinin ölümündən sonra Mircəfər Bağırov I katib vəzifəsindən azad olunur, təqribən 1 il Kuybışevdə (indiki Samara – red.) rəhbər işdə çalışır. 1955-ci ildə həbs olunur, məhkəməsi keçirilir və 1956-cı il aprelin 26-da onun barəsində güllələnmə hökmü çıxarılır. Hökmdən təqribən bir həftə sonra – mayın 5-də hökm icra olunur və Mircəfər Bağırov Bayıl həbsxanasının kimsəsizlər qəbiristanlığında dəfn olunur. Mircəfər Bağırovun ailə üzvlərinin uzun müddət bundan xəbəri olmayıb. Yalnız hörmətli şəxslərdən birinin – onun adını hələlik çəkməyəcəm – zəhməti sayəsində Mircəfər Bağırovun məzarı müəyyən edilib. Yenə də həmin şəxsin vasitəçiliyi əsasında Mircəfər Bağırovun yenidən dəfn olunmasına icazə verilib. Mən Mircəfər Bağırovun kiçik oğlu Cenlə dəfələrlə görüşmüşəm. O, deyirdi ki, Mircəfər Bağırov Böyük Vətən Müharibəsində qəhrəmanlıqla həlak olmuş oğlu Cahangirin yanında dəfn edilməyi arzulayırmış. Ona görə də babamı bu vəsiyyətinə uyğun olaraq, 2016-cı il oktyabrın 6-da Beynəlmiləl qəbiristanlıqda, Cahangirin yanında (həm də onun ad günündə – red.) dəfn etdik. Sizə maraqlı bir məqamı da deyim. Bu qəbiristanlıqda dəfn olunan müsəlmanların əksəriyyətinin məzarı İslam dininin qaydalarına zidd olsa da, Cahangirin, Mircəfər Bağırovun böyük qardaşı Mir-İbrahim Bağırovun qızı Teybə xanımın, Bağırovun birinci xanımı, Cahangirin anası Məryəm xanımın və Cahangirin özünün məzarı üzü qibləyədir. Bax, bu skamyanı da burada Cahangirin dəfnindən sonra Mircəfər Bağırov özü quraşdırıb. Mənim əsas istəyim odur ki, Mircəfər Bağırov haqqında yayılan yalan məlumatlara aydınlıq gətirilsin, ona böhtan atılmasın. Həyatımı bu işə həsr etmişəm, bundan sonra da fəaliyyətimi davam etdirəcəm”.

A.Zeynalov Foto-Video: Cəmalə Əlizadə Yenicag.Az
www.yenicag.az

  • ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Mir Cəfər Bağırovun məhkəməyə müraciəti: “Xahiş edirəm, qalan ömrümü bağışlayasınız”

Bununla bərabər, SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyasının BAĞIROV Cəfər Abbasoviç və başqalarının işi üzrə 26 aprel 1956-cı il tarixli hökmü məlumat üçün göndərilir.

Əlavə: hökmün surəti 14 vərəqədə.

SSR İttifaqı Ali Məhkəməsinin sədri [möhür.] А. Volin

Sovet Sosialist Respublikaları İttifaqı adından

HÖKM

26 aprel 1956-cı il SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyasının aşağıdakı tərkibdə:

Sədr: ədliyyə general-leytenantı Çeptsova A.A.

üzvləri: ədliyyə polkovniki Kovalenko Q.Y. və ədliyyə polkovniki Kostromina A.A.

katiblərin yanında: kapitan Afanasyev M.V. və ədliyyə kapitanı Smirnov N.Q., tərəflərin iştirakı ilə: dövlət ittihamçısı tərəfindən — SSR İttifaqı baş prokuroru, həqiqi dövlət ədliyyə müşaviri Rudenko R.A. və müdafiəçi – vəkillər Qavrilova V.N., Nutenko Y.M., Boqaçeva P.Y., Semyonovski Q.S., Apraksina K.N. və Qrineva M.İ. Bakıda açıq məhkəmə iclasında ittiham işinə baxaraq: Bağırov Mir Cəfər Abbasoviç, təvəllüdü 1896-cı il, Azərbaycan SSR Quba şəhəri; Borşov Timofey Mixayloviç təvəllüdü 1901-ci il, Azərbaycan SSR Qusar rayonunun Qusar kəndi, Qriqoryan Xoren İvanoviç, təvəllüdü 1902-ci il, Ermənistan SSR, Qafan rayonu, Sevakar kəndi; Azərbaycan SSR Cinayət məcəlləsinin 63-2, 70 maddələrinə, törədilən cinayətlərin cəminə əsaslanaraq, cəzalandırmaq:

Bağırov Mir-Cəfər Abbasoviçi,

Borşov Timofey Mixayloviçi,

Markaryan Ruben Ambartsumoviçi,

Qriqoryan Xoren İvanoviçi.

Cinayət üzrə ən yüksək cəza tədbiri – güllələnmə, hər birisinin bütün əmlakı müsadirə edilməklə;

Atakişiyev Ağa Ağa Səlim İbrahim oğlu və Yemelyanov Stepan Fyodoroviç – əmək-islah düşərgələrində iyirmi beş (25) il müddətınə azadlıqdan məhrumetmə, beş (5) il hüquqların məhdudiyyəti, bütün əmlakları müsadirə edilməklə.

Məhkəmə işi üçün məsarif ittiham olunanların hesabına aparılsın.

Cəza müddəti: Atakişiyevə – 26 noyabr 1955-ci ildən, Yemelyanova – 1 aprel 1954-cü ildən hesablansın.

Hökm qətidir və kassasiya şikayətinə qəbul olunmur.

Əslidir Lazım olan imzalar.

Əsli ilə düzdür: SSRİ Ali Məhkəməsi Hərbi kollegiyasının məhkəmə katibi.

[möhür.] kapitan Afanasyev

Surəti. Maşın yazısı.

4 may 1956-cı il tarixdə M.C.Bağırov SSRİ Ali Sovetinin sədri K.Y.Voroşilova müraciət edir.

РГАСПИ. F. 17. Siy. 171. İş. 479. Səh. 89-90.

Məhkum olunmuş M.C.Bağırovun K.Y.Voroşilova 4 may 1956-cı il tarixli məktubu

Surəti

SSRİ Ali Soveti Rəyasət Heyətinin sədrinə

Ən ağır cəzaya məhkum olunmuş

M.C.Bağırovdan

Ərizə

1935-1940-cı illərdə Azərbaycan SSR-də mənim tərəfimdən edilən cinayətlər, kütləvi həbslər və sovet vətəndaşlarının repressiyaları, indi bəraət qazananlar, bir çox köhnə kommunistlərin, respublika partiya-sovet işçilərinin, bir çox rəhbər işçilərin güllələnməsi, ən alçaq, iyrənc işlərdən sonra sizdən xahiş edirəm ki, mənim qalan ömrümü bağışlayasınız. Etdiyim cinayətlərin bir hissəsi də kifayətdir ki, mən ən yüksək dərəcədə cəzalandırılım. Hökmün mənə aid olan cəza hissəsi, hesab edirəm ki, düzgündür.

Lakin həyatdan gedərkən, etmədiyim cinayətlərin yükünü üzərimə götürmək istəmirəm. Mən 1921-ci ildən başlayaraq və təxribatçı Beriyanın həbsinə qədər onu nəinki ifşa etmədim, hətta ona məsuliyyətdən gizlənməyə imkan yaratdım. Bu cinayət gecə də, gündüz də mənə əzab verir. Mən Sovet dövlətinin düşməni olan Beriyanın nə fəal, nə yaxın, nə uzaq, nə də passiv cinayət yoldaşı olmuşam. Nə vaxt və hansı şəraitdə Beriya Stalinin etibarını qazana bildi və ona xüsusən yaxın ola bildi – mən həmin vaxt Zaqafqaziyada olmamışam, ona görə məlumatım yoxdur, çünki mən Moskvada oxuyurdum. Stalin istəmirdi ki, Zaqafqaziyada ondan başqa kiminsə adı olsun. Bu şərait Zaqafqaziyada ən yaxşı insanların təqib olunmasına gətirib çıxardı. Beriyaya aid nə vardısa, Stalin dəqiq bilirdi, ancaq o, onu hamıdan üstün qiymətləndirirdi. Beriyanı SSRİ DİN-ə təyin edəndə Stalin ona demişdi: “İstəyirəm ki, SSRİ DİN-də mənim adamım olsun” və öz rəsmini imzası ilə ən yaxşı dostu kimi ona vermişdi. Həbslərlə bağlı bir sıra məsələlər üzrə Stalinin telefon göstərişləri, onun danlaqları – indi mənə aydın olur ki – vaxtında xəbər vermədiyimə görəydi, bunlar artıq ona məlum idi.

Mənim keçmişim barədə Beriya tərəfindən gizlədiləsi bir şey olmayıb: Müsavat hökumətinin dövründə mən Azərbaycanda olmamışam və iyun 1918-ci ildən fevral 1921-ci ilə qədər Qızıl orduda olmuşam. 1917-ci ildə Müvəqqəti hökumətin dövründə Qəza komissarlığında işləyirdim, bunu mən heç vaxt gizlətməmişəm. Vətəndaş müharibəsi illərində və ondan qabaq quldur və talançı olmamışam.

Mənim bütün ağır cinayətlərim kütləvi repressiya illərində olub, mən bütün məsuliyyətimlə qətiyyətlə bəyan edirəm ki, hökmdə adları çəkilən şəxsləri: H.Rəhmanovu, Ostaşkonu, Novruzovu, Levkopulonu və başqalarını istintaq etmişəm, şəxsən döyülmələrində isə iştirak etməmişəm və mənim iştirakımla heç kimi döyməyiblər.

Həyatla vidalaşarkən sizə demək istəyirəm ki, ağır cinayətlər etsəm də, heç vaxt Kommunist Partiyasının və sovet xalqının düşməni olmamışam, Sovet dövlətinin maraqlarına xəyanət etməmişəm, Sosialist Vətənimizin xaini olmamışam.

Bu ərizəni səhhətim pis olduğundan vəkil V.N.Qavrilova diktə etmişəm.

M.C. Bağırov (İmza çox çətinliklə oxunur). 4.V. 1956-cı il

Düzdür: Surəti

[möhür.] [imza oxunmur]

53 ədəd.

Surəti. Maşın yazısı.

İlk öncə bu məktub mənim rus dilində nəşr edilmiş “Bağırovun qanadı altında türk agenti – Beriya” kitabımda verilmişdi. Bu məktuba Azərbaycan ziyalılarımızın münasibəti birmənalı olmadı. Çox hörmət bəslədiyim el ağsaqqalarımızdan biri görkəmli yazıçımız Əlisa Nicatın “M.C.Bağırovun saxta məktubu” başlığı altında yazısı çıxdı (http://alisanicat.wordpress.com). Əlisa müəllim öz yazısında göstərirdi: “Gözəl, zəhmətkeş və fədakar tədqiqatçı və tarixçi Adgözəl Məmmədovun şanlı Mir Cəfər Bağırov haqqında yeni bir tədqiqat əsəri çapdan çıxmışdır. Əsəri vərəqləyib, orada Stalin epoxası haqqında xeyli yeni faktlar və materiallar üzə çıxaran yorulmaz tədqiqatçının Mir Cəfər Bağırovun rüsvayçı məhkəməsindən sonra onun Sov.İKP-nin Siyasi Bürosuna ünvanladığı məktubu da oxuyanda xeyli təəccübləndim. Çünki Bağırovun belə bir məktubu yazması heç cür ağla sığmır. Ömrünün sonunun çatdığını bilə-bilə və həyatında ölümün gözünün içinə çox baxmış Mir Cəfər Bağırov kimi bir adamın belə bir müti məktubu yazması qeyri-mümkündür. Çünki məktubda o, dönə-dönə çoxlu haqsızlıqlar və cinayətlər törətdiyini boynuna alıb, bir növ yalvarır. Belə bir yalvarış dolu məktubu Mir Cəfər Bağırov heç cür yaza bilməzdi. Məhkəmənin stenoqramı da onu təsdiq edir.

Bu, onun xarakteri və amalları ilə daban-dabana ziddir. Heç cür inanmaq mümkün deyil ki, ömrünün son günlərində Mir Cəfər Bağırov kimi bir şəxsiyyət həyat və mübarizəsinə kölgə salan belə bir addım atsın və o, Sov.İKP-yə, sovet dövlətinə, sovet ideologiyasına sadiq və sədaqətli olması barədə and içsin.

Burda Adgözəlin, əlbəttə, bir günahı yoxdur. Çünki bu məktubun o dövrün SSRİ KQB-si tərəfindən tərtib olunub istifadəyə buraxılması şübhəsizdir. Çünki Xruşşov bu cür nüfuzlu bir adamı ölümə göndərməsinə haqq qazandırmaq üçün mütləq bir əsas tapmalıydı və buna görə bu məktub uydurulub, lazım olan yerə qoyulmuşdur.

Ona görə, əzizim Adgözəl, bundan sonra belə «sənədlərə» hələ çox rast gələ bilərsən. Ona görə onları tənqidi surətdə nəzərdə keçirmək, saxta olub-olmadığını təyin etdikdən sonra çapa vermək lazımdır. Sənin əvvəlki kitablarında Bağırovun öz xalqına, vətəninə necə sadiq bir adam olması dönə-dönə sübut edilir. Bağırov xalqının bir çox nümayəndələrini Sov.İKP-nin və KQB-nin repressiyalarından qorumuşdur. İndi belə bir adam həmin repressiyalara haqq qazandıra bilərmi? Qətiyyən yox!

Təkrar edirik, Mir Cəfər Bağırovun bu məktubu saxtadır”.

Görkəmli yazıçımızın yuxarıdakı münasibətindən sonra məndə öz düşüncələrimi bölüşmək istəyirəm. Belə ki, çox hörmət bəslədiyim el ağsaqqalı Əlisa Nicat, Sizə böyük hörmətim və rəğbətim olduğundan, yəqin ki, xəbərsizsiz! Fikrinizi qəribçilyə salmıram. Əslində, o məktub mənim kitabımın bütün xronoloji motivasiyasını pozur. Hadisələrin dinamikasına uyğun gəlmir. Lakin bir müəllif kimi sonradan subyektivlikdə günalandırılmamaq üçün bu məktubu olduğu kimi də verdim. Lakin fikir vermisinizsə, mən kitabda təqdim olunmuş məktubun sonunda qeyd edirəm ki, imza çox çətinliklə oxunur və umumiyyətlə də, aydın belə deyil. Əslində, imzanın nə qədər könülsüz və gərgin bir şəraitdə çəkildiyini təsəvvür etmək çətin deyil. Amma bu imzanı atan zaman M.C. Bağırovun psixoloji durumu göz önünə gətirilməlidir. Ölüm hökmünün icrasından saatlar qabaq onun ailə üzvləri ilə son görüşü təşkil olunur. Həyat yoldaşı Yevqeniya Mixaylovna, oğlu Cen və vəkil Vladimir Qavrilov M.C.Bağırova yalvarırlar ki, bu müraciətin mətninə imza atsın ki, onu əfv etsinlər. Belə ki, M.C.Bağırovun ailə üzvlərini inadırmışdılar ki, əgər o, belə bir məzmunla SSRİ Ali Sovetinin sədri K.Voroşilova müraciət edərsə, ölüm hökmü dəyişdirilə bilər və ümümilikdə isə ailəyə qarşı təqiblərə son qoyular…Əlbəttə ki, bu, Xruşşov – Mikoyan cütlüyünün yeni siyasi gedişləri idi. Beriya və onun ətrafı məhv edildikdən sonra Stalin şəxsiyyətinin sovet cəmiyyətində nüfuzdan salınması və ləkələnməsi prosesinə start verilmişdi. Əgər Siz M.C.Bağırovun yuxarıdakı müraciət məktubunun stilistikasına fikir versəniz, bunu aydın görərsiz. Güman edirəm ki, Bağırov da bunları anlayırdı, ancaq bir övladını itirmiş ata üçün ikinci və yeganə oğlunun göz yaşlarının nə qədər ürəkparçalayıcı olmasını təsəvvür etmək çətin deyil. Qəhərlənmış və psixoloji sarsıntılar içində olan ata Mir Cəfər yeganə övladının bu göz yaşlarına və acizanə yalvarışlarına tab gətirmir. Əslində, o bu məktuba imza atmaqla yeganə övladını gələcək həyatını sığortalayırdı, o öz ölümü və həyatının, bəlkə də, ən faciəvi “səhvi” ilə övladının həbsinin qarşısını aldı. Ona görə ki, artıq Beriyanın yeganə oğlu Serqo həbsdə idi. Ona görədə bütün bu reallıqları nəzərə alan M.C.Bağırov Kreml emissarlarının sifarişini yerinə yetirməyə məcbur olur.

M.C.Bağırovun əhv edilməsi ilə bağlı onun vəkili, həyat yoldaşı və oğlu 4 may 1956-cı il tarixdə SSRİ Ali Sovetinin sədri K.Y.Voroşilova xahişlə müraciət edirlər.

РГАСПИ. F.17. Siy.171. İş.479. Səh.91-92.

K.Y.Voroşilova Y.M.Bağırovadan

əfvlə bağlı ərizə. 4 may 1956-cı il

Surəti

SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri

Yoldaş K.Y.Voroşilova

Moskva, Frunzenskaya naberejnaya, ev №118, korpus “J“, mənzil № 41-də yaşayan, telefon № Г-5-02-38, vətəndaş Bağırova Yevgeniya Mixaylovnadan

Əfv ərizəsi

26 aprel 1956-cı il tarixdə SSR İttifaqı Ali Məhkəməsinin hərbi kollegiyası tərəfindən mənim ərim Bağırov Mir Cəfər Abbasoviç ən yüksək cəzaya məhkum edilib.

Sizə həyat yoldaşımın əfvi ilə əlaqədar ərizə ilə müraciət edirəm və aşağıdakı səbəbə görə sizdən xahiş edirəm ki, ən yüksək cəzanı nisbətən yüngül cəza ilə əvəz edin.

Azərbaycan SSR yaranan gündən Bağırov respublikanın rəhbərlərindən biri olub və 20 il KP MK katibi vəzifəsində işləyərkən səhvlər edib və bunlarla yanaşı, sosializm quruculuğu uğrunda bütün xalq təsərrüfatı sahələrində və ictimai işlərdə fəal iştirak edib.

Böyük və gərgin əməyin nəticəsində Bağırov ağır qaraciyər xəstəliyinə, bağırsaq və əsəb xəstəliyinə tutulmuşdur. Bunlar iki illik istintaq və məhkəmədə nəzərdə alınmayıb.

Bağırovla 30 ilə yaxın yaşayaraq, mən onu təmiz, tamahsız bir sovet insanı kimi tanımışam, indi məlum olduğu kimi o, İ.V.Stalinin şəxsiyyətəpərəstiş dövründə ağır səhvlər buraxıb.

Xahiş edirəm məhkum olunmuş Mir Cəfər Bağırovun həyatını hifz edin, ona imkan verin ki, ömrünün qalan hissəsində faydalı əməklə qismən də olsa, öz günahını yusun.

Bağırovun əfvi ilə bağlı ərizəmə baxarkən, xahiş edirəm nəzərə alın ki, bizim oğlumuz Vladimir Bağırov sovet aviasiyasının qırıcı təyyarəçisi olub, Böyük Vətən müharibəsində qəhrəmancasına vuruşub, hava döyüşündə o, faşist “asını” taranla vuraraq öz cavan həyatını Vətənimizin azadlığı naminə qurban verib (əslində, Vladimir yəni Mircahangir bu qadının doğma oğlu deyildi. Ancaq Yevgeniya Mixaylovna ona öz doğma övladı kimi yanaşaraq həyat yoldaşını xilas etməyə çalışır –A.M.). Belə ağır hökm ilə atanın cəbhədə həlak olmuş oğlunun xatirəsinə kölgə salmaq olduqca yolverilməzdir.

Yoldaş Voroşilov, xahiş edirəm, məni şəxsən qəbul edin və Bağırovun əfvi ilə bağlı məni dinləyin.

İmza — Y.Bağırova

4 may 1956-cı il.

Surəti. Maşın yazısı.

РГАСПИ. F.17. Siy. 171. İş.479. Səh. 93.

K.Y.Voroşilova əfv ilə bağlı ərizə

Cen Mir Cəfəroviç Bağırovdan

4 may 1956-cı il

Surəti

SSRİ Ali Soveti Rəyasət heyətinin sədri

Yoldaş K.Y.Voroşilova

Moskva, Frunzenskaya naberejnaya, ev 118, korpus “J”, mənzil 41-də yaşayan, telefon № Г-5-02-38, vətəndaş Cen Mir Cəfəroviç Bağırovdan

Əfv ərizəsi

26 aprel 1956-cı il tarixdə SSR İttifaqı Ali Məhkəməsinin hərbi kollegiyası tərəfindən mənim atam Bağırov Mir Cəfər Abbasoviç ən agır cəzaya məhkum edilib.

Xahiş edirəm yaşının keçdiyini (61) və sağlamlığının, səhhətinin pozulmasını, bir də ki, qardaşım Bağırov Vladimirin – məhkum olunmuşun doğma oğlunun Böyük Vətən müharibəsində cəbhədə qəhrəmancasına həlak olmasını, – ölümündən sonra o, Lenin ordeni ilə təltif edilmişdir, – nəzərə alaraq atamın həyatını hifz edəsiniz.

İmza Bağırov

4 may 1956-cı il

Surəti. Maşın yazısı.

Davamı var.

Adıgözəl Məmmədov

Əvvəlki xəbər

Azərbaycanlı hakim UEFA-dan təyinat aldı

Comments are closed, but trackbacks and pingbacks are open.