Press "Enter" to skip to content

Seçilmiş əsərləri

Mirzə Fətəli düz ikicə dəfə, bir “Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur” komediyasında, bir də “Hekayəti-xırs-quldurbasan” pyesində, iki avropalını, birində həkim sifətilə, digərində isə vəhşi heyvan təlimçisi qismində, Azərbaycana gətirib avropalı ilə azərbaycanlının yaşayış, düşüncə, qavrayış fərqlərini zarafat və kinayə modusunda hamının anlayacağı bir tərzdə xalq müzakirəsinə çıxarır. Bu təqdimatın məqsədi iki fərqli dünyanı bir-birinə yaxınlaşdırmaq, onların dialoquna nail olmaq, “özgəsi” sindromunun xofunu dağıtmaqdır.

Azərbaycanda XIX əsr Mirzə Fətəli Axundzadədən başlayır

Azərbaycan dramaturgiyasının banisi, filosof, ictimai xadim Mirzə Fətəli Axundzadənin bu il 200 illiyi tamam olur. Belə bir tarixi ərəfədə dramaturqun həm ədəbi, həm də mədəni sahələrə təsir gücündən söhbət açmaq qərarına gəldik.

Teatrşünas, tənqidçi, sənətşünaslıq elmləri namizədi Aydın Talıbzadə Mirzə Fətəli Axundzadə fenomeni haqqında bunları dedi: “Nə qədər qəribə və paradoksal səslənsə də, Azərbaycanda XIX əsr Mirzə Fətəli Axundzadədən başlayır. Mirzə Fətəli Axundzadə o şəxsiyyətdir ki, XX yüzilin maarif və mədəniyyət koordinatlarına daxil olmaq üçün Azərbaycana vəsiqə verdi. Mirzə Fətəli Axundzadə o şəxsiyyətdir ki, milli düşüncədən Avropa maarifçi düşüncəsinə balaca da olsa bir pəncərə aça bildi. Mirzə Fətəli Axundzadə azərbaycanlı təfəkküründə Şərq və Qərb arasındakı körpünün konkretliyidir: onun fikrinin və istedadının ziyasında Azərbaycan ilk dəfə Avropaya adlayır, Qərb isə Azərbaycana təşrif buyurur.

Mirzə Fətəli düz ikicə dəfə, bir “Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur” komediyasında, bir də “Hekayəti-xırs-quldurbasan” pyesində, iki avropalını, birində həkim sifətilə, digərində isə vəhşi heyvan təlimçisi qismində, Azərbaycana gətirib avropalı ilə azərbaycanlının yaşayış, düşüncə, qavrayış fərqlərini zarafat və kinayə modusunda hamının anlayacağı bir tərzdə xalq müzakirəsinə çıxarır. Bu təqdimatın məqsədi iki fərqli dünyanı bir-birinə yaxınlaşdırmaq, onların dialoquna nail olmaq, “özgəsi” sindromunun xofunu dağıtmaqdır.

Mirzə Fətəli Axundzadə azərbaycanlı mentallığında, azərbaycanlı qavrayışında, milli adət-ənənələr müstəvisində çevrilişdir. Azərbaycanda dövrün və düşüncənin yeni dönəminin təkan impulsu, təkan enerjisi Mirzə Fətəli Axundzadədir. Bu o insandır ki, öz zabit çiyinlərində Azərbaycanı yeni dünyaya daşıyıb, yeni ziyalı məfkurəsi yaradıb və köklü siyasi, ictimai, kulturoloji, mənəvi, bədii-estetik dəyişmələrin təməl proqramını hazırlayıb.

Mirzə Fətəli Axundzadə şövqlə və böyük ehtirasla çox qısa bir müddətdə, 1850-55-ci illər intervalında yazdığı altı komediyaları ilə “Azərbaycan dramaturgiyasının banisi” kimi şərəfli bir ada sahib çıxır və faktiki olaraq klassik Şərq şeiri üslubunda işləyən yerli ədiblərə sübut edir ki, ədəbiyyatın dram janrında da maraqlı, təsirli, polifonik mənalarla yüklənmiş gözəl əsərlər yaratmaq mümkündür.

Mirzə Fətəlinin “Hekayəti-Molla İbrahimxəlil kumyagər”, “Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur”, “Sərgüzəşti-vəziri-xani-Lənkəran” (1850), “Hekayəti-xırsi-quldurbasan” (1851), “Sərgüzəşti-mərdi-xəsis” və ya “Hacı Qara” (1852), “Mürafiə vəkillərinin hekayəti” (1855) komediyaları Avropada ədəbi bir forma kimi təsdiqlənmiş dram janrının milli mədəniyyət müstəvisində reprezentasiyasıdır. Hərçənd M.F.Axundzadə komediyalarının içi, mahiyyəti, strukturu, semantik paradiqmaları xalq gülüş mədəniyyəti ənənələrinə söykənir, meydan teatrının bədii-estetik mündəricəsini tam və bütöv şəkildə güzgüləyir.

Azərbaycan həvəskar və peşəkar teatrının bütün tarixi dönəmləri öz həqiqi sənət dəyərini M. F. Axundzadənin yaradıcılığı kontekstində tapıb. Məhz bu dramaturqun “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyasının 1873-cü il martın 20-də Realnı məktəbdə oynanılması günündən Azərbaycan peşəkar teatrının tarixi hesablanır. Bəlkə də, elə buna görədir ki, Azərbaycan teatrı özünün ən çətin məqamlarında Mirzə Fətəli Axundzadə dramaturgiyasında arınıb durula bilir, özünü tanıyıb özünə qayıda bilir. Çünki xalqın meydan teatrının, el-oba tamaşalarının önəmli estetik tendensiyalarını özündə qapsamış məhz bu dramaturgiya Azərbaycan teatrının poetikasını, bədii hüsnünü müəyyənləşdirib.

Mirzə Fətəli Axundzadə milli təfəkkürdə sabaha bir sıçrayışdır, yəni əsl Səbuhidir. O, maarifçiliyi milli özünüdərkin mühüm tendensiyası kimi dəyərləndirirdi; filosof olub fəlsəfi risalələrində öz dünyagörüşünü bəyan edirdi, klassik Şərq poeziyası üslubunda və satirik ruhda eyni bədii mükəmməlliklə şeirlər yazırdı, əlifbanı dəyişdirmək, müşkülü asan eləmək, xalqı maarif işığına çıxarmaq uğrunda çabalar yapırdı, özünü ilk Azərbaycan demokratı və ictimai xadimi kimi aparırdı. Əgər ustadı Mirzə Şəfi Vazeh balaca Mirzə Fətəlinin gözlərindən qəflət (cahillik, avamlıq) pərdəsini götürdüsə, Mirzə Fətəli Axundzadə böyük bir millətin gözlərindən qəflət pərdəsini qaldırmağa nail oldu”.

Şair Elçin Mirzəbəyli dramaturqun geniş miqyaslı bir mütəfəkkir olduğunu vurğulayır: “Mənə görə Mirzə Fətəli Axundzadə təkcə Azərbaycanın deyil, bütün müsəlman Şərqinin ən böyük mütəfəkkiridir. Axundzadənin böyüklüyü bu gün bölgədə və ayrı-ayrı müsəlman dövlətlərində baş verən hadisələr fonunda daha böyük və daha aydın görünür. Müasir kommunikasiya və informasiya texnologiyalarının, elmin inkişaf etdiyi, çeşidli mədəniyyətlərin və onların modern təzahürlərinin sərhəd tanımadığı bir dövrdə yaşadığımıza baxmayaraq, hələ də kor cəhalətin, xurafatın, siyasətlə çuğlaşan dini ekspansiyanın qarşısında bir çox hallarda susmaq məcburiyyətində qalır, zülmətin, qaranlığın üzərimizə ayaq açmasına imkan yaradırıq. Bu baxımdan, Mirzə Fətəlinin yaşadığı dövrü göz önünə gətirməklə, dahi mütəfəkkirin nə qədər böyük iradə, cəsarət sahibi olduğunu anlaya bilərik. Düşünürəm ki, bu gün Axundzadə irsinin daha geniş şəkildə araşdırılmasına, təbliğ və tədris olunmasına böyük ehtiyac var.

Axundzadə dramaturgiyası yenidən Azərbaycan teatrlarına qayıtmalı, onun fəlsəfi dünyagörüşü müasir Azərbaycan vətəndaşının formalaşması prosesində aparıcı yerdə dayanmalıdır”

Seçilmiş əsərləri

Также данная книга доступна ещё в библиотеке. Запишись сразу в несколько библиотек и получай книги намного быстрее.

Как читать книгу после покупки

  • Чтение только в Литрес «Читай!»

Посоветуйте книгу друзьям! Друзьям – скидка 10%, вам – рубли

По вашей ссылке друзья получат скидку 10% на эту книгу, а вы будете получать 10% от стоимости их покупок на свой счет ЛитРес. Подробнее

Стоимость книги: 264,32 ₽
Ваш доход с одной покупки друга: 26,43 ₽
Чтобы посоветовать книгу друзьям, необходимо войти или зарегистрироваться Войти

  • Объем: 432 стр.
  • Жанр:с овременная зарубежная литератураРедактировать

Эта и ещё 2 книги за 399 ₽

По абонементу вы каждый месяц можете взять из каталога одну книгу до 700 ₽ и две книги из персональной подборки. Узнать больше

Оплачивая абонемент, я принимаю условия оплаты и её автоматического продления, указанные в оферте
Оплатить Отмена
Описание книги

Kitaba Mirzə Fətəli Məhəmmədtağı oğlu Axundovun (Axundzadə – 1812 Nuxa/Şəki – 1878 Tiflis – Azərbaycan yazıçı-dramaturqu, materialist filosofu, ictimai xadim, Azərbaycan dramaturgiyasının banisi) nəsr əsərləri, şeirləri, dramları və məqalələri daxil edilmişdir.

Подробная информация
Возрастное ограничение: 16+ Дата выхода на ЛитРес: 29 октября 2022 Объем: 432 стр.

ISBN: 978-9952-8260-4-3 Общий размер: 3 MB Общее кол-во страниц: 432 Размер страницы: Правообладатель: JekaPrint

Книга нарушает законодательство?

«Seçilmiş əsərləri» — читать онлайн бесплатно фрагмент книги. Оставляйте комментарии и отзывы, голосуйте за понравившиеся.

Mirze Feteli Axundov – Wikipedia

Mirzə Fətəli Axundov (tam adı: Mirzə Fətəli Məhəmmədtağı oğlu Axundov; azərb-ərəb. میرزا فتحعلی آخوندزاده‎) və ya Mirzə Fətəli Axundzadə ( 12 (24) iyul 1812 [2] , Şəki – 10 (22) mart 1878 , Tiflis ) — Azərbaycan dramaturqu, maarifçi, şair, materialist filosof və ictimai xadim; Azərbaycan dramaturgiyası və ədəbiyyatında ədəbi tənqidin banisi. [4] Axundov həmçinin romantik və müasir İran millətçiliyinin sələflərindən biri idi. [5] Qafqaz Arxeologiya Komissiyasının sədri (1864–1878). [6]

Mirzə Fətəli Axundzadə
Mirzə Fətəli Məhəmmədtağı oğlu Axundov
Təxəllüsü Səbuhi [1]
Doğum tarixi 12 (24) iyul 1812 [2]
Doğum yeri Nuxa, Şəki xanlığı
(hazırkı Şəki, Azərbaycan)
Vəfat tarixi 10 (22) mart 1878 (65 yaşında)
Vəfat yeri Tiflis, Tiflis qəzası, Tiflis quberniyası, Rusiya imperiyası
Dəfn yeri Tiflis
Vətəndaşlığı Şəki xanlığı,
Rusiya imperiyası
Milliyyəti azərbaycanlı
Uşaqları Nisə xanım, Rəşid Axundov
Atası Mirzə Məhəmmədtağı
Anası Nanə xanım
Təhsili Nuxa qəza məktəbi
Fəaliyyəti yazıçı , dramaturq , ədəbiyyat tənqidçisi , filosof , şair
Fəaliyyət illəri XIX əsr
Əsərlərinin dili Azərbaycanca, farsca, ərəbcə
Janrlar lirik, dramatik
İlk əsəri Zəmanədən şikayət
Mükafatları
Mirzə Fətəli Axundov Vikimənbədə
Vikianbarda əlaqəli mediafayllar

Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrı [3]

Mündəricat

  • 1 Həyatı
  • 2 Bədii yaradıcılığı
  • 3 Azərbaycanda teatr sənətinin inkişafında rolu
  • 4 Din haqqında düşüncələri və fəlsəfi baxışları
  • 5 Ailəsi
  • 6 Əsərləri
  • 7 Mənbə
    • 7.1 Ədəbiyyat
    • 7.2 İstinadlar
    • 7.3 Digər

    Mirzə Fətəli Axundov 1812-ci ildə Nuxa şəhərində anadan olmuşdur. Atası Mirzə Məhəmmədtağı və anası Nanə xanım 1814-cü ildə Təbriz yaxınlığındakı Xamnə qəsəbəsinə köçmüşlər. O, 13 yaşınadək ailəsi ilə birlikdə Cənubi Azərbaycanın müxtəlif bölgələrində yaşamışdır. 1825-ci ildə anası ilə Şəkiyə qayıtmışdır. Fətəlinin ruhani olmasını istəyən anasının əmisi Axund Hacı Ələsgər 1832-ci ildə onu Gəncəyə aparır. Gənc Fətəli burada məntiq və fiqh elmlərini, habelə dahi Azərbaycan şair və filosofu Mirzə Şəfi Vazehdən xəttatlıq sənətini öyrənmişdir. Lakin Mirzə Şəfinin gənc Fətəliyə təsiri bununla bitmir. Bu görüş Mirzə Fətəlinin həyat və yaradıcılığına, ümumiyyətlə, onun bir mütəfəkkir kimi formalaşmasına ciddi təsir göstərir.

    Dövrünün müasir elmləri ilə maraqlanan Fətəli 1833-cü ildə Şəkidə açılmış rus məktəbinə daxil olur və bir il burada təhsil alır. 1834-cü ildə o, Tiflisə getmiş, Qafqaz canişininin baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri mütərcimi təyin olunmuş və ömrünün sonuna qədər bu vəzifədə çalışmışdır. 1873-cü ildə ona polkovnik hərbi rütbəsi verilmişdir. [8]

    1851-ci ildə Rus Coğrafiya Cəmiyyəti Qafqaz şöbəsinə üzv seçilən Axundov sonralar Qafqaz Arxeoqrafiya Komissiyasında tədqiqat işlərinə cəlb olunur. O, “Əkinçi” qəzetinin nəşrinə böyük əhəmiyyət vermiş, onun səhifələrində “Vəkili Milləti-Naməlum” imzası ilə məqalələr dərc etdirmişdir.

    Mirzə Fətəli Axundovun qızı Nisə xanım Xanbaba xanın həyat yoldaşı olmuşdur.

    Mirzə Fətəli Axundov 1878-ci ildə Tiflisdə vəfat etmiş və köhnə müsəlman qəbirstanlığında (indiki Tbilisi botanika bağının ərazisində yerləşən Görkəmli Azərbaycanlılar panteonu) dəfn olunmuşdur.

    Mirzə Fətəli Axundzadənın realist sənətkar, dramaturgiyamızın banisi, şair və nasir kimi ədəbiyyatımızın inkişafında müstəsna xifmətləri vardır. Görkəmli ədibin 40 illik yaradıcılığı, ictimai-siyasi, maarifçilik fəaliyyəti zəngin və çoxcəhətlidir.

    Şəki şəhərində anadan olan Mirzə Fətəlinin atası xırda ticarətlə məşğul olan Mirzə Məhəmmədtağı, anası isə şəkili Nanə xanımdır. Cənubi Azərbaycanın Xamnə qəsəbəsindən olan Mirzə Məhəmmədtağı ticarətində çətinlik yarandığı üçün Nanə xanımı və iki yaşlı Fətəlini götürüb Xamnəyə qayıtmışdır. Burada ərinin birinci arvadı ilə daim münaqişədə olan Nanə xanım dörd il sonra ərindən ayrılıb Fətəli ilə Cənubi Azərbaycanın Qaracadağ mahalında yaşayan əmisi Axund Ələsgərin yanına gəlmiş, onun himayəsində yaşamışdır. Ədib öz tərcümeyi-haında yazır:” Mən bu tarixdən etibarən atamdan ayrılıb bir daha onu görmədim. .. Bir ildən sonra axund Hacı Ələsgər mənim təlim və tərbiyəmə başladı…Bu axund Ələsgər fazil bir şəxs olub. Bütün islam elmlərindən, istər fars, istərsə ərəbcə olsun, kamil məlumatı var idi. Məni övladlığa qəbul etdi. Mən xalq arasında Hacı Ələsgərin oğlu kimi tanınmış oldum.”

    Məkkə ziyarərinə gedən Hacı Ələsgər onu məntiq və şəriət qanunlarını öyrənmək üçün Gəncəyə aparmış, Molla Hüseyn adlı axunda tapşırmışdır. Burada Mirzə Şəfi Vazehdən də dərs alan Mirzə Fətəli müəlliminin təsiri ilə ruhani olmaq fikrindən daşınıb dövlət qulluğuna girməyi qərara alır. Səfərdən qayıdan əmisi onun niyyətini bildikdə Tiflisə gətirib Qafqazın baş hakimi Baron Rozenin dəftərxanasında tərcüməçi şagirdi vəzifəsinə təyin etdirmişdir. Burada o, rus dilini də mükəmməl öyrənmiş, işində bacarıq və səy göstərərk tərcüməçi vəzifəsinə keçirilmişdir. Ömrünün sonanadək – 44 il həmin vəzifədə uğurla çalışan Mirzə Fətəli Rusiyanın orden və medalları ilə bərabər, Türkiyə və İran dövlətlərinin ordenlərinə layiq görülmüşdır.

    M.F.Axundzadə bir neçə il Tiflis qəza məktəbində dərs demiş, sonra öz xahişi ilə işdən azad olunaraq yerini müəllimi M.Ş. Vazehə vermişdir. O, bir müddət Tiflis ruhani seminariyasında da Azərbaycan dili müəllimi işləmişdir. Dövlət qulluğu ilə əlaqədar nümayəndə heyəti ilə İrana gedən Mirzə Fətəli Cənubi Azərbaycanın bəzi şəhərlərinə səfər zamanı xalqın güzəranı ilə yaxından tanış olmuş, gələcək əsərləri üçün material toplamışdır.

    Həmin dövrdə Qafqazın inzibati və mədəni mərkəzi olan Tiflis mühiti M.F.Axundzadənin ədəbi taleyində böyük rol oynayıb. Burada A.Bakıxanov, İ.Qutqaşınlı, M.Ş.Vazeh, Q. Zakir, A,Çavçavadze, A. Berje, A.A.Bestujev-Marlinski, A.Sereteli kimi görkəmli ədiblər, ictimai-siyasi xadimlərlə ünsiyyət, əməkdaşlıq onun dünyagörüşünün formalaşmasına, yaradıcılığına müsbət təsir göstərmişdir. O, bu mühitdə müntəzəm mütaliə ilə məşğul olmuş, klassik Şərq ədəbiyyatını, rus və Avropa ədəbiyyatını dərindən öyrənmişdir. Rus dram teatrında Avropa və rus dramaturqlarının əsərlərinin tamaşaları M.F.Axundzadədə dramaturgiyaya və teatra böyük maraq oyatmışdır. Dram sənətinin incəliklərini dərindən öyrənən ədib 1850–1855-ci illərdə altı komediya yazmaqla ədəbiyyatımızda dramaturgiyanın əsasını qoymuşdur. Həmin komediyalar müəllifin öz tərcüməsində rus dilində “Kafkaz” qəzetində çap olunub.

    Dramaturq kimi şöhrətlənən M.F.Axundovun “Müsyö Jordan və dərviş Məstəli şah” komediyası 1851-ci ildə Peterburqda ev teatrında , “Xırs quldurbasan” və “Vəzir-xani Lənkəran” komediyaları isə Tiflisdəki rus teatrında tamaşaya qoyulmuş, tamaşaçı rəğbəti qazanmışdır.

    M.F.Axundov axund Hacı Ələsgərin qızı Nanə xanımla evlənmiş, bu izdivacdan olan övladlarının körpə yaşlarında ölümü ailədə dərin kədərə səbəb olmuşdur. Övladlarından yalnız oğlu Rəşid bəy və qızı Nisə xanım uzun müddət yaşaya bilmişdir. Axund Hacı Ələsgərin vəfatından sonra onun ailəsini himayəyə götürən Mirzə Fətəlinin dövlət qulluğundan aldığı maaşdan başqa gəlir mənbəyi olmadığı üçün maddi vəziyyəti ağırlaşmışdır.

    M.F.Axundzadə Qafqaz canişininin yanındakı nüfuzundan istifadə edərək çar hakimləri tərəfindən sürgün edilmiş Q.Zakirin və övladlarının həbsdən, sürgündən azad olunmasına nail olmuşdur. O, həmçinin Qarabağın son hakimi Mehdiqulu xanın arvadının və qızı Natəvanın irslə bağlı hüquqlarını müdafiə etmişdir. Eləcə də Gəncə xanlığının hakimi Cavad xan Ziyadxan oğlunun çar qoşunları lə döyüşdə həlak olmasından sonra, onun mal-mülkünün bir hissəsinin varislərinə qaytarılmasına nail olmuşdur.

    M.F.Axundzadənin ən böyük arzularından biri ərəb əlifbasını dəyişdirmək idi. Bu arzusunu həyata keçirə bilməyən ədib yazırdı ki: “Əfsus, min əfsus ki, nə İranda, nə Osmanlıda islam xalqlarının başçıları xalqın tərəqqisi xatirinə islam əlifbasını dəyişməyə təşəbbüs göstərmədilər ki, bu vasitə ilə ölkənin əhalisi qadınlı-kişili bir neçə ayın içərisində başdan-başa savadlı olsunlar və bu vasitə ilə Avropanın hazırkı bütün elmləri bir neçə ilin ərzində islam xalqlarının dilinə tərcümə edilsin və elmlərin yayılması ilə islam xalqları xoşbəxtlik yoluna çıxsınlar.”

    Bütün həyatını xalqının tərəqqisinə həsr edən M.F. Axundzadə ağır xəstəlikdən sonra 1878-ci ildə vəfat etmiş, öz vəsiyyətinə görə müəllimi M.Ş. Vazehin qəbri yanında dəfn olunmuşdu.

    Bədii yaradıcılığı

    Axundov bədii yaradıcılığına şeirlə başlamışdır (“Səbuhi” təxəllüsü ilə). O, Azərbaycan ədəbiyyatında azad düşüncə tərzinin ən böyük nümayəndəsidir. Mirzə Fətəli İslam dünyasının ictimai, sosial və siyasi sahələrində radikal islahatların lüzumluluğu fikrini müdafiə edirdi.

Comments are closed, but trackbacks and pingbacks are open.