Press "Enter" to skip to content

Mirzə İbrahimov Gələcək gün PDF

ədibin, ictimai xadimin yeni tipini ifadə edir” (19,46).

Mirzə İbrahimov və xalq yaradıcılığı

çının şəxsiyyətini, yaradıcılığını yüksək dəyərləndirmişdir:

“Mirzə İbrahimov təvazökar, mehriban, həssas bir insandır. Bü-

tün Azərbaycan xalqının sevilmlisidir, xalq yazıçısı kimi yük-

sək ada tam layiqdir. Eyni zamanda onun yaradıcılığı ölkəmiz-

də layiqincə qiymətləndirilmişdir. Yazıçının kitabları hər yer-

də geniş şöhrət və rəğbət qazanmışdır”(24).

Mirzə İbrahimovun 100 illik yubileyinin keçirilməsi haq-

qında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin

sərəncamında qeyd olunduğu kimi, “XX əsr ədəbiyyatımızın

tanınmış simalarından biri kimi xalq yazıçısı əsərlərində dövrün

və zamanın dolğun mənzərəsini yaratmış” (1), özünün şəxsiy-

yəti ilə sənət dostlarının, ədəbi gəncliyin məhəbbətini qazan-

mışdır. “Azərbaycan dilində latin qrafikasi ilə kütləvi nəşrlərin

həyata keçirilməsi haqqında Azərbaycan Respublikası Pre-

zidentinin 2004-cü il 12 yanvar tarixli sərəncamına (2) əsasən,

Mirzə İbrahimovun əsərləri də 2005-ci ildən kütləvi şəkildə

İsmayıl Şıxlı yazırdı ki, “Mirzə müəllim öz əsərləri, odlu-

alovlu çıxışları, elmi və publisist məqalələri ilə ictimai həyatda

davranışı və şəxsi fəaliyyəti ilə bizə örnək olmuşdur”. “Mirzə

İbrahimov və xalq” anlayışı haqqında danışarkən onun

şəxsiyyətində bütöv Azərbaycanın mənəvi düşüncə tərzinin,

həyata baxışının əks olunduğunu qeyd etməliyik. “Mirzə

İbrahimov əsrin tərcümeyi halını həm şəxsiyyətində, həm də

yaradıcılığında (eyni vaxtda və eyni səviyyədə”) əks etdirən

ədibin, ictimai xadimin yeni tipini ifadə edir” (19,46).

Mirzə İbrahimov bir yazıçı və bir şəxsiyyət olmaq eti-

barilə özündə bütöv vətənimizi – şimallı, cənublu Azərbaycanı-

mızı yaşadır. Milyonların arzusu, bütövlük diləyi, mənlik və

qürur hissi, təvazökarlığı Mirzə İbrahimovun ideoloji görüşlə-

rində və əsərlərində yaşarılıq qazanmışdır. Şəxsiyyət anlayışı

əxlaqi, etik, estetik normaların vəhdətində ortaya çıxır. Həm də

Fazil Əliyev

insan anlayışının daha kamil mahiyyətini əks etdirir. Yaradıcı

sənətkar şəxsiyyəti isə özünün fərdi, nadir cəhətləri ilə

fərqlənir. Belə şəxsiyyətlərin varlığı, yaranması xalqın mənəvi

yetkinliyi, özünüdərketmə səviyyəsinin inkişafı ilə şərtlənir.

Yaradıcı – sənətkar şəxsiyyəti bəşəri kamillik kəsb edir. Təkcə

mənsub olduğu xalqın deyil, həm də bəşəriyyətin arzu və

istəyini, insanlıq haqqında düşüncələrini öz varlığında, sənət

dünyasında aşkarlayır və yenidən insanların xidmətinə verir.

Mirzə İbrahimovun şəxsiyyətində göstərilən cəhətlər tam

mənası ilə əks olunur, özünü təsdiqləyir. “Filosoflar göbələk

kimi yerdən çıxmırlar. Onlar öz dövrünün, öz xalqının

məhsuludur. Xalqın ən incə, ən qiymətli və gözə görünməyən

şirəsi fəlsəfi ideyalarda təmərküzləşir” (20, 105). Həqiqi

sənətkar xalqın mənəviyyatını öyrənmək üçün ilk növbədə

şifahi xalq yaradıcılığı kimi tükənməz qaynağa müraciət edir.

Xalqın düşüncə tərzini, təfəkkür gücünü əks etdirən miflər,

əfsanə və rəvayətlər, nağıllar, dastanlar, atalar sözləri və zərb-

məsəllər həqiqi sənətkar üçün ilham mənbəyinə çevrilir. Odur

ki, sənətkarın bədii irsini öyrənmək üçün, onun şəxsiyyətindən

başlamaq səmərəli yoldur. Çünki sənətkarın yaratdığı əsərlərdə,

obrazlarda onun şəxsiyyəti yaşadığı kimi, şəxsiyyətin də doğma

xalqına, insanlığa, həyata münasibəti özünü biruzə verir.

Xüsusilə xalqın tarixi keçmişinə, dünəninə münasibət sənətkar

şəxsiyyətinin başlıca mahiyyətini təşkil edir. Xalqın dünəni,

keçmişi isə salnamələrdə deyil, daha çox onun folklorunda mə-

nəvi düşüncə aləmində yaşayır. Odur ki, folklordan bəhrələn-

mək istəyi sənətkar şəxsiyyətinin mahiyyətinə daxil olan məsə-

lə kimi ortaya çıxır.

Xalq şairi Səməd Vurğun demişdir: “Müasir ədəbiyyat,

xalq idrakından, xalq mənəviyyatından danışdığı zaman, onun

mənəvi keçmişinə böyük hörmət və məhəbbətlə yanaşmalı, ta-

riximizin həyat və mübarizə səhifələrini ilham və ürəklə qar-

Mirzə İbrahimov və xalq yaradıcılığı

Tarixi keçmişə yaradıcı münasibət isə bədii ədəbiyyatda

konkret olaraq aşağıdakı sahələri əhatə edir: Birincisi, klassik

ədəbiyyata, klassik irsə münasibət; İkincisi, xalq yaradıcılığına,

folklora münasibət. Bu məsələlərə münasibət sənətkar

şəxsiyyətinin bütövlüyünə, varlığına güclü təsir göstərir. Səməd

Vurğun yazırdı: “Yazıçı dühası mənsub olduğu xalqın mənəvi

aləmi ilə məşğul olduğu vaxt bu aləmi çərçivəyə alınmış

məhdud bir məkan və zaman mənasında düşünə bilməz xalq

tarixinə küll şəklində yanaşmalıdır! Xalq əfsanələri, nağılları

sahəsində belə, biz əsrimizin qabaqcıl ruhu ilə səslənə bilən

əsərlər yaratmalıyıq” (21,70).

Xalqın tarixi keçmişinə, folklor münasibətlərinə məhəb-

bətlə yanaşmaq Mirzə İbrahimovun sənətkar şəxsiyyətinin dərk

edilməsi baxımından diqqəti cəlb edir. Onun elmi-nəzəri,

publisist yaradıcılığında həm klassik irsə münasibətdə, həm də

xalq idrakının məhsulu olan folklora münasibətdə həssaslıq,

aydın ictimai-siyasi mövqe özünü göstərir. Kökləri klassik

ədəbiyyatımızın dərinliklərindən qidalanan Mirzə sənətinin

hərarəti, qəlbə yatımlığı, dilinin sünilikdən uzaq olması, onun

mənəvi dünyasının zənginliyi və xalqa bağlı olmağı ilə

əlaqədardır. Məhz bu cəhət Mirzə İbrahimovun yaradıcılığının

(istər elmi-nəzəri, publisistik, istərsə də bədii yaradıcılığını)

inkişafında mühüm bir mərhələ təşkil etməsinə zəmin

yaratmışdır. Onun yaradıcılıq uğurları xalqımızın keçdiyi həyat

yolu ilə sıx bağlıdır. Yazıçı özünün sənətkarlığı, təfəkkür gücü

ilə Azərbaycan ədəbiyyatında yüksək mövqe qazanmışdır.

“Şair nə qədər yüksək olursa irsində doğulduğu cəmiy-

yətə bir o qədər çox məxsus olur, onun istedadının inkişafı,

istiqaməti və hətta xarakteri cəmiyyətin tarixi inkişafı ilə bir

qədər daha sıx bağlanır”

(22, 222). V.Q.Belinskinin bu fikri

M.İbrahimov sənətinin mahiyyətini aydınlaşdırmaq baxımından

çox faydalıdır. Sənətkarın həyatı, şəxsiyyəti, ədəbi-ictimai

Fazil Əliyev

fəaliyyəti doğma xalqının mənəvi inkişafı ilə qırılmaz tellərlə

M.İbrahimovun şəxsiyətini, onun elmi-nəzəri və bədii irsi

ilə bağlı öyrənmək olduqca vacib məsələdir. Çünki şəxsiyyət

İbrahimovla eyni qütbdə birləşirlər. Həmin qütbdə onun

şəxsiyyətindəki fərdilik, özünəməxsusluq aşkarlanır.

Görkəmli yazıçı Mir Cəlal yazır ki, “Mirzə İbrahimovun

qələmi həmişə cilalı, parlaq kəsərli, heç vaxt qınına salınmayan

silahdır. Kənd olsun, şəhər olsun, müharibə sülh olsun, ailə ya

ictimayyət olsun, kütləvi səhnə ya qəlb olsun, həyatımızın elə

bir sahəsi yoxdur ki, oraya Mirzənin qələmi nüfuz etməsin,

ədibin səsi, sözü eşidilməsin. O, təbiətən fəal, özünə tələbkar

“Müasir ədəbi fikir təsdiq edir ki, hər hansı yaradıcılıq

məhsulunun yazıçı şəxsiyyəti ilə, onun xarakteri, psixologiyası

ilə və estetik aləmi ilə birlikdə öyrənmək lazımdır” (23, 92).

Ədibin elmi-nəzəri görüşləri, o cümlədən folklorla bağlı

mülahizələri və nəzəri müddəaları, bir qələm sahibi kimi xalqın

mənəvi dünyasının dərinliklərinə bələdliyi, onun şəxsiyyətcə

kamilləşməsində müsbət rol oynamışdır. Ona görə də Mirzə

İbrahimov irsinin daxili dünyasına yol tapmaq, sənətkarlıq,

kamillik səviyyəsini öyrənmək üçün aşağıdakı məsələləri daha

dərindən tədqiq etməyə ehtiyac duyulur. Əsasən,

1. Mirzə İbrahimov elmi-nəzəri, ədəbi tənqidi görüşlərin-

də xalqa bağlı olan, onun təfəkkür gücündən bəhrələnən nəzə-

folklordan – xalq hikmətindən istifadədə sənətkarın fərdi xü-

3. Ədib ictimai-siyasi görüşlərində ana dili uğrunda mü-

barizədə dəyanət və ləyaqəti ilə milli oyanışa xidmət edən qüd-

Dostları ilə paylaş:

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət

Mirzə İbrahimov “Gələcək gün” PDF

İkinci Dünya müharibəsi ərəfəsi və müharibənin ilk ayları Cənubi Azərbaycanın ictimai-siyasi həyatında baş verən hadisələr geniş epik lövhələrdə, fikri dərinliklə və ustalıqla təsvir olunur.

Müstəbid Rza şah hakimiyyətinin son dövrü ölkədə ingilis-amerikan imperialistlərinin ağalığı, yerli hakimlərin özbaşınalığı və xəyanəti, yoxsul kəndlilərin ağır, dözülməz həyatı, əsarətə və zülmə qarşı mübarizəsi təsirli, real hadisələr əsasında canlanır. Əsərin qəhrəmanı Firudinin məfkurəvi təkamülü, gərgin mübarizədə yetkinləşməsi ictimai-siyasi həyatın burulğanı fonunda inandırıcı verilir. Yazıçı milli demokratik hərəkatın güclənməsi səbəblərini açır, Kərim xan Azadi, Kürd Əhməd, Rza Qəhrəmani kimi mənəvən saf, yenilməz, mərd inqilabçıların ədalətli mübarizəsinə möhkəm inam oyadır. Əsərdə Səttar xan və Şeyx Məhəmməd Xiyabaninin inqilabi ənənələrini mürəkkəb şəraitdə öz əməllərində yaşadan fars, kürd və azərbaycanlı gənclərin yeni həyat uğrunda əlbir mübarizəsi əsərin tərbiyəvi təsirini və ictimai dəyərini artırır. Ədib romanda Firudin, Sərtib Səlimi, Musa kişi, Hikmət İsfahani kimi bədii surətlər qalereyası yaratmışdır. Böyük ictimai-tərbiyəvi əhəmiyyəti olan “Gələcək gün” müasir Şərqin milli demokratik hərəkatı mövzusunda yazılmış dəyərli abidələrdən biridir. Dövlət mükafatına layiq görülmüş əsər Mirzə İbrahimovun istedadının bir sıra xüsusiyyətlərini açmaqla yanaşı, ona dünya şöhrəti qazandırmışdır.

“Gələcək gün” qısa müddət ərzində Azərbaycanın hüdudlarını aşaraq bütün dünya xalqlarının dillərinə tərcümə edilmişdir.

“Gələcək gün”də irəli sürülən müasir ictimai-siyasi problemlər beynəlxalq hadisələrlə səsləşdiyinə görə, dünya ədəbi fikrinin nəzərini cəlb edirdi. Bolqar mətbuatı əsəri “ən gözəl inci” adlandırmışdı. “Gələcək gün”ü doğma dilinə çevirən Lyublen Belçev Mirzə İbrahimovun əsərlərinin bolqar xalqına “qiymətli və təmənnasız” köməyini qeyd etməklə yanaşı, onun siyasi əhəmiyyətini belə şərh edir: “Onun əsərlərinin böyük müvəffəqiyyəti göstərir ki, “Gələcək gün” bəşəriyyətin ümumi xoşbəxtlik günüdür”.

Mirzə ibrahimov əsərləri

Çoxəsrlik ədəbi təcrübə və ənənə üzərində boy atan Azərbaycan ədəbiyyatında Mirzə İbrahimov özünəməxsus yer tutur. O gənc yaşlarından taleyini sənətə bağlamış, 30-cu illərin əvvəllərindən ədəbi-elmi fəaliyyətə başlamışdır. Əgər ədib 1949-cu ilə qədər qələmini bədii ədəbiyyatın dram, hekayə və oçerk janrlarında sınamışdısa, sonralar “Gələcək gün”, “Böyük dayaq” və “Pərvanə” romanları ilə istedadının yeni bir keyfiyyətini – həyatı geniş epik lövhələrlə canlandıra bilmək qüdrətini də aşkara çıxarmışdır.

Böyük yaradıcılıq yolu keçən xalq yazıçısının ədəbi fəaliyyətindən bəhs etmək eyni zamanda Azərbaycan ədəbiyyatının bir sıra mühüm yaradıcılıq məsələlərindən, onun mürəkkəb, enişli, yoxuşlu, inkişaf yolundan danışmaq deməkdir. Ədibin zəngin və çoxcəhətli yaradıcılığı öz dövrü ilə bağlı olmuş, dövrün səciyyəvi hadisələrini geniş planda əks etdirmişdir.

Mirzə İbrahimov həyatı fasiləsiz öyrənmiş, müntəzəm müşahidələr aparmış, sənətkarlıqda məzmun və forma ahəngdarlığına xüsusi əhəmiyyət vermişdir: janrdan janra keçəndə – roman, povest, hekayə, dram, publisist əsər yazanda, yaxud ayrı-ayrı xalqların ədəbiyyatlarından bədii nümunələri dilimizə çevirəndə özünə, orijinal üslubunə həmişə sadiq qalmışdır.

Mirzə İbrahimov insanının daxili aləmini, xarakterini hərəkətdə və inkişafda göstərir, yaratdığı bədii surətlər, onların idealları oxucunun təxəllüyünə, iradə və hissiyatına, mənəvi varlığına təsir göstərir, onu müqəddəs amala, gözəlliyə, həqiqəti dərk etməyə səsləyir. Yazıçını mürəkkəb insan xarakterləri daha da çox düşündürür. Mirzə İbrahimovda xalq ideallarına, əsrin tələblərinə bağlılıq çox güclüdür. Onun bədii yaradıcılığı ilə elmi-nəzəri axtarışları həmişə eyni nöqtədə birləşir, biri digərinin davamı və yekunu təsiri bağışlayır.

Bir dramaturq kimi Mirzə İbrahimov mövzu məhdudluğu tanımır, milli çərçivənin hüdudlarını aşır, fasiləsiz arayır-axtarır, onu yaradıcılığının ilk illərindən müasir həyat, dövrün quruculuq məsələləri daha çox düşündürmüşdür. O, pyeslərinin hamısının məzmununu həmin dövrün hadisələrindən, xalqın həyatından almışdır. Bu səbəbdən də yazıçının dram əsərləri, hekayə və romanları müasir ədəbiyyatımızın zəngin xəzinəsində ən fəxri yerlərdən birini tutur, müasirlik onun dramaturgiyasında yüksək bədii keyfiyyətə çevrilir (ARDƏİA f.645, s.1, kitab.113).

Yalnız tərcümə ilə məşğul olan ədib Cəfər Cabbarlının ölümündən sonra qısa da olsa bir durğunluq keçirən Azərbaycan səhnəsini “Həyat” pyesi ilə yenidən dirçəltdi, yazıçılarımızın dramaturgiyaya meylini artırdı, yeni əsərlərin yaranması və teatr sənətinin inkişafına təkan verdi . Xalq şairi Rəsul Rzanın sözləri ilə desək: “Bu sahədə tarixi şərəf Mirzə İbrahimovun boynuna düşmüşdü. Mirzənin “Həyat” pyesi Cəfər Cabbarlıdan sonra səhnəmizdə olan ən görkəmli hadisələrdən biri idi” (ARDƏİA f.645, s.1, kitab.113).

“Həyat”ın müvəffəqiyyətindən, uğurlu səhnə təcəssümündən sonra Mirzə İbrahimovun yenidən kənd mövzusuna qayıtması, “Böyük dayaq” romanını yazması ənənəyə yaradıcı və həssas münasibəti ilə əlaqədardır. Həmçinin bu onun həyata, xalqa, arzu və ideallarına bağlılığının aydın təzahür formasıdır. “Böyük dayaq” dərin məzmunlu, aydın ideyalı romandır. Yazıçı müharibədən sonrakı illərdə Azərbaycan kəndində yaranmış dəyişikliyi, yüksək məhsul əldə etmək üçün bütün imkanlardan istifadə edilməsi məsələlərini konkret hadisələr fonunda göstərməklə bərabər öz obrazlarının xarakterlərini gərgin mübarizələr şəraitində meydana çıxarır.

Həyat hadisələrini geniş epik lövhələrlə təsvir edən “Böyük dayaq” romanının yaxşı xüsusiyyətlərindən biri də müəllifin yalnız məhsuldarlığı artırmaq, planı yerinə yetirmək uğrunda mübarizəni göstərməklə kifayətlənməyib insanların özlərinin də bu prosesdə dəyişilməsi, yeni mənəvi keyfiyyət qazanması, onların ailə məişətdəki münasibətlərini də təsvir edir.

“Böyük dayaq” romanında istər müsbət, istərsə də mənfi obrazlar öz fərdi xüsusiyyətləri ilə təsvir edilmiş ümumiləşmiş surətlərdir. “Yeni həyat” kolxozunun sədri Rüstəm kişi böyük iş təcrübəsinə malik, təsərüffata yaxşı bələd olan, xalq işinə sadiq bir adamdır. Ancaq Mirzə İbrahimovun göstərdiyi kimi get-gedə belə bir təsəvvür yaranmışdır ki, dünyada ondan bacarıqlı, hadisələr haqqında onun qədər düzgün nəticə çıxardan, birsözlə onun qədər iş bacaran bir adam yoxdur. Rüstəm kişi o qədər özünə arxayındır ki, heç kimin rəyi ilə hesablaşmaq istəmir, öz qüvvətini və öz qüdrətini böyük dayaq olan xalqdan almır. Rüstəm kişi onun nöqsanlarını vaxtında və üzünə açıq deyən gənclərə- Şirzada, Nəcəfə, Qızyetərə, açıqtəbiətli Telliyə öz rəqibləri kimi baxır, onların hər bir sözünün əksinə çıxır. Get-gedə ucuz təriflər, yaltaq hərəkətlər onun ruhunu oxşayır, ona bəli-bəli deyən, üzünə gülən, lakın arxada həmişə iş dolaşdırmağa, onu yıxmağa çalışan Yastı Salmanı, Yarməmmədi, Lal Hüseynı ən yaxşı adam, özünə ən yaxşı dost hesab etmişdır. Halbuki onlar əliəyri, xəyanətkar, acgöz adamlardır (ARDƏİA f.645, s.2, sv. 375).

Yazıçının fikrincə, həqiqi rəhbər işçi genişqəlbli, qərəzsiz olmalıdır. Hadisələrin hərarətli izi ilə gedən Mirzə İbrahimov zahirən bir o qədər də əhəmiyyətli görünməyən bir sıra hadisələrin axırda nə qədər ağır nəticələrə gətirib çıxartdığını da Rüstəm kişınin obrazında göstərir. Mənəmlik, kollektivin doğru rəyinə deyil, öz yanlış şəxsi mülahizəsinə əsaslanmaq, iki-üç yaltağa inanıb böyük dayaqdan – xalqdan ayrılmaq Rüstəm kişinin az qala məhvinə səbəb olur.

Yenilik duyğusunu itirən Rüstəm kişi gənclərin qüvvəsinə inanmır, onları “iki-üç demaqoq” adlandıraraq rəylərinə, haqq sözlərinə qulaq asmır. Bəzən öz hərəkətlərinin doğru olmadığını anlayır, amma inadkarlıq ona öz səhvlərini düzəltməyə mane olur. Kəndin mədəni inkişafına, sakinlərin yaşayış şəraitinin yaxşılaşması işinə əhəmiyyət verməyən Rüstəm kişi ilə gəlini Maya arasında da narazılıq baş verir. Oğlu Qaraşın şəhərdə oxuduğu zaman sevdiyi Mayanı evə toysuz gəlin gətirməsi əvvəlcə Rüstəm kişinin ürəyincə olmur. Mayanın kəndə gəlişi həm ailədə, həm də təsərrüfatda yeniliyə, canlanmaya səbəb olur.

Maya kəndin mədəni səviyyəsinin aşağı olduğunu görür, kəndə elektrik çəkilməsi, hər evin yaninda mətbəx, hamam tikilməsi məsələsinin nə qədər önəmli olduğunu kolxozçulara anladır. Məhz onun təşəbbüsü ilə gənclər xüsusi briqadalar təşkil edərək kənddə mühüm tədbirlər həyata keçirdirlər. Bu zərif qəhrəmanın simasında yazıçı bir sıra gözəl xüsusiyyətləri ümumiləşdirməyə çalışır.

Maya ailə məsələsinə yüksək fikirlərlə yanaşır, məhəbbəti ülvi, pak hesab edir. Qaraş ondan soyuduqda belə düşünür ki, məhəbbətlə saxtakarlıq bir yerə sığışa bilməz və evi tərk etmək qərarına gəlir.

Kənd gənclərinin mədəniyyətini yüksəltməyə çalışan, fəal bir ictimayətçi-mütəxəssis olan Maya bütün vaxtını Muğanda məhsuldarlığın artması üçün kolxozlara yeni suvarma qaydalarını öyrətməyə sərf edir. Rüstəm kişi onun sərbəstliyini bəyənmir və köhnə, mühafizəkar adət-ənənlərə tabe olmaq istəməyən Mayanın hər işə qarışmasına etiraz edir. Hər şeydən öncə təmiz qəlbə sahib olan Rüstəm kişi tamamilə mühafizəkar bir adam deyildir, onu dərindən silkələmək, tərpətmək, bu təmiz qəlbə qonmuş şöhrətpərəstlik, təkəbbürlük tozunu onun qəlbindən silmək lazımdır. Rüstəm kişi Qara Kərəm oğlunun sədr olduğu kolxozda mədəniyyət evinin olduğunu gördükdə bütün qüvvəsini yeni mədəniyyət evi tikməyə sərf edir. Əvvəl Maya ilə razılaşmasa da, kəndə elektrik işığı çəkdirir, öz evinin yanında mətbəx, hamam tikdirir, başqalarınabunu məsləhət bilir. Romanın sonunda nə qədər yanıldığını acı təcrübədə hiss etdiyini “xalqdan ayrılan dayağını itirir, uçub dərələrə düşür, tozlu-torpaqlı küləklərin qurbanı olur” cümləsi ilə ifadə edir (ARDƏİA f.645, s.2, sv. 375).

Romandakı obrazların hərəsinin öz taleyi, öz həyat yolu vardır. Lakin bu müsbət qəhrəmanları bir şey birləşdirir- xalqa, vətənə sədaqətlə xidmət etmək. Yazıçı öz qəhrəmanlarını müxtəlif şərait və vəziyyətlərdə təsvir etmiş, onların daxili aləmini ifadə etmək üçün orijinal bədii boyalar seçmişdir.

Qabaqcıl mexanizator olan Qaraş əvvəllər Mayanı odlu məhəbbətlə sevdiyi halda sonralar müvəqqəti də olsa bu sevgiyə sadiq qalmır və bu hərəkətləri onun ailəsini-atası Rüstəm kişi və anası Səkinəni dərindən düşündürür. Xüsusən Səkinə bu hadisələrdən dərin iztirab çəkir. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Səkinə romanda gözəl duyğulara malik, təmiz qəlbli bir həyat yoldaşı, həssas bir ana kimi təsvir olunmuşdur. O, savadsız olsa da həyatı yaxşı duyan, insanları vaxtında tanıyan, yaxşını pisdən tez seçən bir insandır. Səkinə səmimi məhəbbətlə birləşmiş oğlunun ailəsinin belə tez dağılmasından narahat olur və əvvəlki münasibətləri bərpa etməyə çalışır.

Beləliklə, yazıçı Qaraş və Mayanı ağır imtahanlardan keçirdikdən sonra yenidən barışdırır. Bütün bu və eləcə də digər obrazlar öz ruhları, hərərkətləri, məhəbbət və davranışları etibarilə həmin dövr üçün ədəbiyyatda yeni obrazlar idi. Onların ictimai həyatı ilə şəxsi həyatı arasında möhkəm bir əlaqə vardır. İstər gənc nəsil, istər yaşlı kolxozçular ümumi inkişafa əngəl olan adamları, hər cür maneələri aradan qaldıra-qaldıra kəndin simasını dəyişdirirlər. Romanın əvvəlində “Yeni həyat” kolxozunun üzvlərinin evində neft lampaları közərdiyi halda romanın sonunda artıq kəndə elektrik işığı çəkilmişdir. Kənddə gözəl mədəniyyət sarayı, yeni evlər tikilmiş, səkilər salınmışdır. Romanda yenilik qarşısı alınmaz bir qüvvə kimi təsvir edilir; insan və hadisələrin vəhdətini bu şəkildə təsvir etmək yazıçının bədii təfəkkürünün məhsuludur.

“Böyük dayaq” romanının gözəl xüsusiyyətlərindən biri də yazıçının zəngin şifahi xalq yaradıcılığı xəzinəsindən bacarıqla istifadə etməsidir. Əsərdəki atalar sözləri, zərb məsəllər mənası təhrif olunmadan bəzən hadisəyə uyğun olaraq yeni bir şəkildə dəyişdirilərık işlədilir və bu da yazıçının xalq yaradıcılığını diqqətlə öyrəndiyini, bu tükənməz sərvətdən məharətlə istifadə etdiyini göstərir.

Romanın dili haqqında danışarkən qeyd etmək lazımdır ki, istər obrazların, istər də yazıçının öz dili olduqca aydın, səlisdir. Ayrı-ayrı obrazların danışıq tərzindən görmək olar ki, yazıçı xalq dilinin xüsusiyyətlərindən geniş istifadə etmişdir. Dilimizin ahəngdarlığından bəhrələnərək gözəl bədii təsvirlər yaratmışdır.

Nəticə olaraq deyə bilərik ki, səmərəli və yaradıcı əməyin məhsulu olan “Böyük dayaq” romanı yalnız Mirzə İbrahimovun yaradıcılığında deyil, Azərbaycan ədəbiyyatında əhəmiyyətli bir hadisədir.

Məqalənin hazırlanmasında 645 nömrəli fondların sənədlərindən istifadə olunmuşdur.

Esmira MƏMMƏDOVA

S.Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat

və İncəsənət Arxivinin əməkdaşı

Comments are closed, but trackbacks and pingbacks are open.