Press "Enter" to skip to content

Azərbaycanla Tacikistan əmək və əhalinin məşğulluğu sahəsində əməkdaşlıq sazişi imzalayıb

ƏMAS işsiz və işaxtaran şəxslərin aktiv məşğulluq proqramlarına əlçatanlığını daha da artıracaq. Bu e-platforma özündə ölkənin məşğulluq xəritəsini və reyestrini, mərkəzləşdirilmiş karyera öortalını, işə düzəlmədə vasitəçilik üzrə vahid reyestri əhatə edəcək. ƏMAS qeyri-formal məşğulluğa e-nəzarət sisteminin də təkmilləşməsinə imkan verir.

“Əmək və Məşğulluq” altsistemi istifadəyə verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əmək və məşğulluq sahəsində islahatların yeni mühüm mərhələsinə keçidi təmin edən “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) istifadəyə verilib.

Milli.Az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Prezident İlham Əliyevin tapşırıqları əsasında aparılan köklü sosial islahatların əmək və məşğulluq sahələrini də əhatə etdiyini vurğulayıb.

O qeyd edib ki, son illərdə innovativ həllərin geniş tətbiqi şəraitində məşğulluq xidmətlərinin, ümumilikdə məşğulluq sahəsində idarəçiliyin elektronlaşdırılması üçün ardıcıl layihələr icra olunub:

“Bu gün isə ƏMAS-ın istifadəyə verilməsi ilə Azərbaycanda əmək və məşğulluq sahəsində islahatların yeni və mühüm bir mərhələsinə keçilir. Yeni altsistemin tətbiqi əmək münasibətlərində köklü dəyişiklikləri nəzərdə tutur. ƏMAS bütün işəgötürənlər və işə qəbul olunanlar üçün vahid əmək münasibətləri platformasını və əmək bazarının bütün iştirakçılarına yeni ciddi dəstək mexanizmini formalaşdırır. Bu altsistem vasitəsilə əmək müqavilələrinin kağız üzərində deyil, e-qaydada bağlanması, rəqəmsal kadr uçotuna keçilməsi, əmək münasibətləri zamanı kağız üzərində aparılan digər əməliyyatların rəqəmsal müstəviyə keçirilməsi təmin olunur”, – deyə nazir müavini vurğulayıb.

Daha sonra Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli ƏMAS-a dair təqdimatla çıxış edib. O bildirib ki, işəgötürənlərin kadr məsələləri ilə bağlı işlərinin daha çevik və rahat yerinə yetirilməsini dəstəkləyəcək ƏMAS əmək münasibətlərini tənzimləyəcək.

“İşəgötürənlərin fəaliyyətini təmin edəcək bölmələrdə işəgötürənin kabineti, təşkilatın profili, strukturu, fəaliyyət sahəsi, hüquqi ünvanı, nizamnaməsi, ştat məlumatları və s. barədə informasiyalar əhatə olunacaq.

Altsistem vasitəsilə ştat cədvəllərinin formalaşdırılması, vakansiyaların və vakansiya tələblərinin təqdim edilməsi, müxtəlif növ əmrlər, o cümlədən əmək müqavilələrinin e-qaydada bağlanması, müqavilələr üzərində əməliyyatların aparılması, müqavilələrin e-imzalanması imkanları təmin ediləcək.

ƏMAS işsiz və işaxtaran şəxslərin aktiv məşğulluq proqramlarına əlçatanlığını daha da artıracaq. Bu e-platforma özündə ölkənin məşğulluq xəritəsini və reyestrini, mərkəzləşdirilmiş karyera öortalını, işə düzəlmədə vasitəçilik üzrə vahid reyestri əhatə edəcək. ƏMAS qeyri-formal məşğulluğa e-nəzarət sisteminin də təkmilləşməsinə imkan verir.

Altsistem risk əsaslı e-auditin aparılmasına (fiziki yoxlamaların azaldılmasına), e-birja və e-peşə təliminə, məşğulluğa cəlb olunmanın çevik təşkilinə və s. də imkan yaradır”, -M.Abbasbəyli deyib.

Milli.Az

Azərbaycanla Tacikistan əmək və əhalinin məşğulluğu sahəsində əməkdaşlıq sazişi imzalayıb

Bakı. 20 iyun. REPORT.AZ/ Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun başçılıq etdiyi nümayəndə heyəti Tacikistanda səfərdədir. Bu barədə “Report”a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Məlumata görə, səfər əmək bazarının tənzimlənməsi, aktiv əmək bazarı siyasəti, insan resurslarının planlaşdırılması və inkişafı, əməyin mühafizəsi, əlilliyi olan şəxslərin peşə reabilitasiyası və digər sahələrdə Azərbaycanda əldə olunmuş təcrübənin öyrənilməsi, müsbət təcrübə üzrə qarşılıqlı məlumat mübadilələrinin aparılması, ikitərəfli əlaqələrin inkişafı ilə bağlı Tacikistanın Əmək, Miqrasiya və Əhalinin Məşğulluğu Nazirliyinin müraciətinə əsasən həyata keçirilir. Azərbaycan nümayəndə heyəti ilə görüşdə Tacikistanın əmək, miqrasiya və məşğulluq naziri xanım Sumanqul Taqoyzoda ölkəsinin Azərbaycanla bütün sahələrdə olduğu kimi, əmək və məşğulluq sahəsində də əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayıb. O, bu görüşün iki ölkənin əməkdaşlıq əlaqələrinin genişləndirilməsində əhəmiyyətli olacağını bildirib. S.Müslümov bildirib ki, yeni qlobal çağırışlara uyğun olaraq, ölkədə yeni postenerji dövrü üçün qeyri-neft sektoru üzərində davamlı iqtisadi inkişafın təmin olunmasına yönələn islahatlar, eyni zamanda sosial rifah amilinə, əhalinin gəlirlərindəki sabit artım tempinin qorunub saxlanmasına yönəlib: “Təsadüfi deyil ki, son vaxtlarda milli iqtisadiyyata artan mənfi xarici iqtisadi təsirlərə rəğmən, cari ilin yanvar-aprel aylarında muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 7,8 faiz artıb. Əhalinin gəlirlərində isə bu ilin yanvar-may aylarında 8,3 faiz artım qeydə alınıb”. S.Müslümov son illərdə əmək münasibətlərinin elektron qeydiyyatı, habelə sosial təminat, tibbi-sosial ekspertiza və reabilitasiya sistemlərinin elektron texnologiyalar üzərində qurulması, bu sahələrdə xidmətlərin şəffaflaşdırılması yönündə aparılan islahatlar barədə də məlumat verib. Tacikistanla müvafiq iş sahələrində təcrübə mübadilələrinin aparılması üçün lazımi işlərin görüləcəyini qeyd edən S.Müslümov bununla bağlı ikitərəfli əməkdaşlığın genişləndirilməsinin məqsədəuyğun olduğunu qeyd edib. S.Taqoyzoda Azərbaycanda əmək və əhalinin məşğulluğu, o cümlədən gənclərin, əlilliyi olan şəxslərin əmək bazarına çıxışının dəstəklənməsi yönündə görülən işlərin, eləcə də əmək və sosial müdafiə sisteminin müasir innovativ yanaşmalar əsasında qurulması üçün aparılan islahatların onlarda böyük maraq doğurduğunu bildirib. O, Azərbaycanın bu sahələrdə təcrübənin öyrənilməsinə, habelə ikitərəfli təcrübə və məlumat mübadilələrinin reallaşdırılmasına xüsusi diqqət yetirəcəklərini vurğulayıb. Hər iki nazirliyin nümayəndə heyətləri gələcək əməkdaşlıq istiqamətlərini, bu istiqamətlərdə görüləcək işləri müzakirə ediblər. Görüşün yekunu olaraq S.Müslümov və S.Taqoyzoda tərəfindən “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Tacikistan Respublikası Əmək, Miqrasiya və Əhalinin Məşğulluğu Nazirliyi arasında əmək və əhalinin məşğulluğu sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb. Sazişdə tərəflər arasında əmək bazarının tənzimlənməsi və əhalinin məşğulluğu probleminin həlli, əhalinin müxtəlif qruplarının məşğulluğu da daxil olmaqla insan resurslarının planlaşdırılması və inkişafı, əmək bazarının məlumat sistemləri, aktiv əmək bazarı siyasəti, əməyin mühafizəsi sahələrində əməkdaşlığın həyata keçirilməsi əksini tapıb. Sənəddə əlilliyi olan şəxslərin peşə reabilitasiyası və işlə təmin edilməsi, işsiz vətəndaşların peşə hazırlığı və yenidən hazırlığı sisteminin inkişafı, beynəlxalq təşkilatların, maraqlı dövlət orqanlarının iştirakı ilə əmək və əhalinin məşğulluğu sahəsində birgə layihələrin hazırlanması və icrası, digər əməkdaşlıq istiqamətləri də əhatə olunub. Əməkdaşlıq formaları kimi sazişdə tərəflər arasında müvafiq qanunvericilik, normativ sənədlərin və analitik-informasiya materiallarının mübadiləsi, kadrların texniki-peşə hazırlığı və yenidən hazırlığı sahəsində təcrübə mübadiləsi, ekspertlər arasında məsləhətləşmələrin aparılması, hər iki dövlətin ərazisində keçirilən beynəlxalq tədbirlərdə ekspert və mütəxəssislərin qarşılıqlı iştirakı, tərəflərin mütəxəssislərinin ixtisaslarının artırılması və təcrübə mübadiləsi məqsədilə ixtisasartırma, həmçinin təlim səfərlərinin təşkili və s. əksini tapıb. Sazişdə yer alan müddəaların icrası məqsədilə tərəflərin birgə İşçi Qrupu yaratmaları da nəzərdə tutulub.

Əmək bazarı və əhalinin məşğulluğu

Əhalinin səmərəli məşğulluğunun təmin edilməsinin strateji istiqamətləri

Azərbaycanın öz müstəqilliyinə qovuşması və bazar münasibətləri sisteminə keçməsi əhalinin məşğulluğu və onun həll edilməsi mexanizmi sahəsində də bir çox yeni və mürəkkəb sosial-iqtisadi problemlərin yaranmasına səbəb olmuşdur. Bu problemlərin tədqiq edilib öyrənilməsi onlara həm tamamilə yeni nəzəri-metodoloji aspektlərdən, həm də formalaşmaqda olan əmək bazarının qanunları və tələbləri baxımından yanaşılmasını tələb edir.

Əvvəlcədən qeyd edək ki, ötən əsrin 60-cı illərinin sonunadək Azərbaycan sosial-iqtisadi inkişafın bütün göstəricilərinə və əmək ehtiyatlarının ictimai istehsala cəlb edilməsi dərəcəsinə görə keçmiş SSRİ-nin müttəfiq respublikaları arasında axırınc ı yerlərdən birini tuturdu. Belə bir çətin vaxtda -1969-cu il iyul ayının 14-də respublikanın rəhbəri seçilən Heydər Əliyevin qətiyyəti, təşəbbüskarlığı, bacarığı, rəhbərlik qabiliyyəti və uzaqgörənliyi sayəsində keçmiş SSRİ hökuməti az bir müddət ərzində Azərbaycanla əlaqədar xalq təsərr üfatının hərtərəfli yüksəlişi və intensiv inkişafını nəzərdə tutan, Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edən bir-birinin ardınca 5 xüsusi qərar qəbul etmişdir. Həmin qərarların yerinə yetirilməsi ilə bağlı Azərbaycanın xalq təsərrüfatına o zaman üçün çox böyük məbləğ olan 42,2 milyard manatdan çox vəsait qoyulmuş, 37,4 milyard manatlıq əsas fondlar, müasir və yüksək texniki səviyyəli avadanlıqlarla təchiz olunmuş 249 iri sənaye müəssisəsi tikilib işə salınmış, respublika üçün yeni olan müasir elektrik və radiotexnika sənayesi sahələri yaradılmışdır. Kimya, neft kimyası, elektronika, maşınqayırma və cihazqayırma sahələrinin, kənd təsərrüfatının strukturu isə pambıqçılıq və üzümçülük kimi yüksək əmək tutumlu sektorların inkişafı hesabına xeyli dəyişdirilmiş, habelə yüksək ixtisaslı mütəxəssislər v ə fəhlə kadrların hazırlanmasına diqqət artırılmışdır.

Ulu öndər Heydər Əliyevin dediyi kimi, o vaxtlar respublikanın ən kəskin problemlərindən biri də əmək qabiliyyətli əhalinin ictimai əməyə cəlb olunması, əmək ehtiyatlarından səmərəli istifadə edilməsi idi. Həmin illər bu sahədə də çox böyük müsbət dəyişikliklər baş vermişdir. Orta və kiçik şəhərlərdə, kənd yerlərində əlavə iş yerləri yaradılması hesabına fəhlə, qulluqçu və kolxozçuların orta illik sayı 813 min nəfər, yaxud 1,5 dəfə artaraq 1985-ci ildə 2 milyon 360 min nəfərə çatmışdır. Başqa sözlə desək, müqayisə edilən dövrdə ölkəmizin xalq təsərrüfatında məşğul olan bütün əhalisinin sayı SSRİ miqyasında olduğuna nisbətən 2,3, o cümlədən fəhlə və qulluqçuların sayı təxminən 2 dəfə artmışdır. Lakin bu nailiyyətlərə baxmayaraq, hələ 7-ci və 8-ci beşilliklərdə Azərbaycanın sosial-iqtisadi inkişafının planlaşdırılmasında buraxılmış bir sıra ciddi nöqsanların, xüsusən də 50-ci illərdə və 60-cı illərin əvvəllərində yaranmış əlverişli demoqrafik vəziyyətin düzgün qiymətləndirilib nəzərə alınmaması nəticəsində respublikada xeyli sayda əmək ehtiyatları ictimai istehsaldan kənarda qalaraq şəxsi yardımçı və ev təsərrüfatlarında məşğul olmuş və onların əməyindən səmərəli istifadə edilməmişdir. Ulu öndər Heydər Əliyev çox böyük uzaqgörənliklə gələcəkdə bu sahədə yarana biləcək çətinlikləri əvvəlcədən hiss edərək Azərbaycan KP-nin XXX qurultayındakı məruzəsində ilk dəfə olaraq dövlət səviyyəsində “Respublikanın demoqrafik inkişafı və əhalinin işlə təmin olunması üçün elmi surətdə əsaslandırılmış, uzunmüddətli konsepsiya” işlənib hazırlanması vəzifəsini irəli sürüb əsaslandırmışdır.

Azərbaycana keçmişdən miras qalmış bu problemin həlli respublikamız üçün indi də dövlət və hökumət orqanlarının qarşısında mühüm bir vəzifə olaraq durur. Təsadüfi deyildir ki, hələ müstəqilliyimizin elan edilməsindən bir neçə ay əvvəl – 1991-ci il iyunun 27-də Azərbaycan Respublikasında “Əhalinin məşğulluğu haqqında” qəbul edilmiş Konstitusiya qanununa dəyişikliklər edilməklə Prezident Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli fərmanı ilə “Məşğulluq haqqında ” qanun qüvvəyə mindi və həmin qanunda məşğulluq, məşğul və işsiz əhali anlayışlarının məzmunu və vətəndaşların işsizlik statusu müəyyənləşdirildi.

Hazırda Azərbaycanın mili-dövlətçilik mənafeyinin qorunub saxlanması və inkişaf etdirilməsi, ərazi bütövlüyünün təmin edilməsi, iqtisadi qüdrətinin artırılması və möhkəmləndirilməsi əhalinin həyat səviyyəsinin və yaşayış şəraitinin yüksəldilməsinin ən mühüm yollarından biri kimi ölkənin başlıca məhsuldar qüvvəsini təşkil edən əmək potensialından daha dolğun və səmərəli istifadə edilməsindən ibarətdir. Elə bu səbəbdəndir ki, ulu öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev hələ 2003-cü ilin prezident seçkisinə qatıldığı ilk günlərdə öz seçiciləri ilə görüşlərində işsizlik probleminin həll edilməsinin dövlət əhəmiyyətli bir məsələ olduğunu g ü ndəmə gətirmiş və prezident seçildiyi halda onun həll edilməsinə xüsusi əhəmiyyət verəcəyini vurğulamışdır. Öz vədinə əməl edən cənab İlham Əliyev prezident seçildikdən az sonra – 17 noyabr 2003-cü il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetində keçirdiyi iclasda demişdir: “Azərbaycan üçün ən böyük problem işsizlik problemidir. Bu istiqamətdə görüləcək tədbirlərin nəticəsində, əminəm ki, həmin problem də aradan qaldırılacaqdır. Bəyan etmişdim, məqsədimiz odur ki, növbəti beş ildə Azərbaycanda 600 min iş yeri açılsın. Bu sadəcə olaraq, seçkiqabağı vəd deyildir. Bu proqramdır. Yəni mən əminəm ki, həm dövlət tərəfindən, eyni zamanda, özəl sektor tərəfindən görüləcək tədbirlərin nəticəsində biz buna nail olacağıq”.

Nazirlər Kabinetindəki həmin görüşündən bir həftə sonra – noyabr ayının 24-də Prezident İlham Əliyev ölkənin gələcəyi üçün çox böyük tarixi əhəmiyyəti olan “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” ilk fərmanın ı imzaladı. Bu fərmanda başqa məsələlərlə yanaşı, işsizliyin aradan qaldırılması mühüm bir vəzifə kimi irəli sürülmüş, Nazirlər Kabinetinə və aidiyyəti dövlət orqanlarına tapşırılmışdır ki, ölkədə işsizliyin azaldılmasına və əhalinin, xüsusilə gəncl ərin faydalı əməklə məşğulluğunun artırılmasına yönəldilmiş tədbirlər planı hazırlayaraq 1 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim edilsin. Beləliklə, cənab İlham Əliyev 600 min iş yerinin açılmasının vəd deyil, proqram olduğunu bir daha təsdiqləmişdir.

Həmin proqramın yerinə yetirilməsi istiqamətində bir çox vəzifələr irəli sürülmüşdür. Belə vəzifələr arasında iqtisadiyyatın hərtərəfli tərəqqisinə nail olmaq məqsədilə qeyri-neft sektorunun sürətli inkişafını təmin etmək, bu sahəyə investisiyaların cəlb olunmasının stimullaşdırılması, aqrar sektorda islahatların ikinci mərhələsinə başlanması, sahibkarlığın inkişafı ilə bağlı əvvəllər qəbul edilmiş qərarların icrasının sürətləndirilməsi, kiçik və orta sahibkarlığın inkişafına qayğının artırılması və s. bu kimi mühüm məsələlər var idi.

Bu fərmanın ardınca Prezident İlham Əliyev 11 fevral 2004-cü il tarixdə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2009-cu illər)”nın təsdiq edilməsinə dair ikinci fərman imzaladı. Bu proqram ölkəmizin regionlarının sosial-iqtisadi inkişafına, burada mövcud olan əmək ehtiyatlarından səmərəli istifadə edilməsinə, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə yönəldilmiş ən uğurlu, çox böyük sosial-iqtisadi və siyasi əhəmiyyəti olan dövlət proqramı kimi yaddaşlarda qalacaq.

Həmin fərmanlarda irəli sürülmüş bir sıra başqa mühüm vəzifələrlə yanaşı, ölkədə işsizliyin azaldılması və əhalinin, xüsusilə gənclərin faydalı əməklə məşğulluğunun artırılmasına yönəldilmiş bir sıra tədbirlər də öz əksini tapmışdır.

Bu, zərurətdən irəli gələn bir məsələ idi. Ümumiyyətlə, keçid iqtisadiyyatlı bütün ölkələrdə ilk başlanğıcda iqtisadiyyatdakı gerilik həmişə əmək bazarının az səmərəli olması ilə müşahidə olunur və onların qarşısında əsas iki vəzifə – birinci , məşğulluğun optimallaşdırılması prosesində dövlət tənzimlənməsinin rolunun artırılması, ikinci, iş qüvvəsinin artıq olduğu regionlardan və sahələrdən onun az olduğu ərazilərə və sahələrə axınının stimullaşdırılmasının yerinə yetirilməsi durur.

Regional əmək bazarı mexanizminin formalaşması və inkişafı ayrı-ayrı ərazilərdə əhalinin səmərəli məşğulluğunun nizamlanması uzun və çətin prosesdir. Bu, son vaxtlaradək əmək ehtiyatlarının sürətlə artdığı ölkəmiz, xüsusən də əhalisi və əmək ehtiyatları sürətlə çoxaldığı regionlar üçün aktuallıq kəsb edir. Buna görə də həmin əmək ehtiyatlarının əmək fəaliyyətinə cəlb edilməsi və onların qüvvəsindən istifadənin səmərəliyinin artırılması dövlət səviyyəsində mühüm tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi z ərurətini ortaya qoyur.

Qeyd olunan regional proqramın qəbul edilməsindən ötən dövr ərzində sosial-iqtisadi inkişafın regionlar üzrə tarazlığının təmin edilməsi üçün bir sıra tədbirlərin həyata keçirilməsi ardıcıl surətdə davam etdirilmişdir. Bundan əlavə, əhalinin səmərəli məşğulluğunun təmin edilməsi məqsədilə Prezidentin 1 iyul 2004-cü il tarixli sərəncamı ilə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə Dövlət Proqramı”, 26 oktyabr 2005-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının məşğulluq strategiyası (2006-2015-ci illər)”, 15 may 2007-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının məşğulluq strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı (2007-2010-cu illər)” və nəhayət, 24 aprel 2009-cu il tarixli f ərmanı ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq olunmuşdur. Onların bəziləri müvəffəqiyyətlə yerinə yetirilmiş, bəziləri isə yerinə yetirilməkdə davam edir.

2008-ci il oktyabr ayının 17-də “İnvestisiya” qəzetində tanınmış jurnalist Oleq Sıqanovun haqlı olaraq yazdığı kimi, nadir liderlik fenomeni olan Azərbaycan Prezidenti İlham Əliyevin sözü ilə əməli həmişə üst-üstə düşür və biri-birini tamamlayır. Cənab İlham Əliyev hələ 2003-cü ilin prezident seçkiləri ərəfəsində dövlət başçısı seçiləcəyi halda 5 il ərzində ölkədə 600 min iş yerinin açılmasına nail olacağına söz vermişdir. Verdiyi vədə 4 il ərzində nail olmuş Prezident İlham Əliyev 11 yanvar 2008-ci il tarixdə Nazirlər Kabinetinin 2007-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2008-ci ildə qarşıda duran vəzifələrə həsr edilmiş iclasında demişdir: “Prezident seçkiləri ərəfəsində verdiyim bəyanatlardan biri də ondan ibarətdir ki, biz Azərbaycanda regionların inkişafına diqqət göstərməliyik. Orada ilk növbədə iş yerləri açmalıyıq. Demək olar ki, beş il ərzində tutulmuş proqramı biz 4 il ərzində yerinə yetirmişik. Bu gün verilən son məlumata görə, Azərbaycanda son dörd il ərzində 640 min iş yeri açılmışdır ki, onlardan 460 mini daimi iş yerləridir. Təkcə 2007-ci ildə 145 min yeni iş yerləri açılmışdır və onlardan 105 mini daimi iş yerləridir”. Prezident 2011-ci il yanvar ayının 14-də özünün sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında isə belə demişdir: “. regionlarda işlər yaxşı gedir, regional inkişaf proqramı icra edilir. Keçən il 70 mindən çox iş yeri açılmışdır, onun 53 mini daimi iş yeridir. Regional inkişaf proqramının icrasının başlanmasından, yəni 2004-cü ilin fevralından bugünə qədər ölkəmizdə 900 mindən artıq iş yeri açılmışdır ki, bu da işsizliyin aradan qaldırılması üçün, demək olar, əsas amildir. Bununla bərabər, iş yerlərinin açılması, yeni müəssisələrin işə salınması nəticəsində ölkə daxilində istehsal olunan malların sayı artır. Bizim ixracdan asılılığımız azalır. Biz artıq qeyri-neft ixrac potensialına malikik və öz məhsullarımızı artıq başqa ölkələrdə nümayiş etdiririk. Bu il həmin siyasət daha da sürətlə aparılmalıdır”.

Dövlət başçısı İlham Əliyevin rəhbərliyi və bilavasitə təşəbbüsü ilə 2003-cü ildən başlayaraq ölkə iqtisadiyyatının keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyması bütün başqa sahələrdə qazanılmış uğurlarla yanaşı, əhalinin məşğulluq səviyyəsinin daha da y üksəlməsinə, onun sahə və ərazi quruluşunun təkmilləşməsinə səbəb olmuşdur. Belə ki, 1995-2003-cü illəri əhatə edən 8 il ərzində ölkə iqtisadiyyatında məşğul olan əhalinin orta illik sayı 134 min nəfər və ya hər il orta hesabla 16,7 min nəfər çoxalaraq 3613 min nəfərdən 3747 min nəfərə çatmışdırsa, 2003-2009-cu illəri əhatə edən 5 il ərzində bu göstərici 324,6 min nəfər və ya hər il orta hesabla 54,1 min nəfər artmaqla 4071,6 min nəfərə yüksəlmişdir. Başqa sözlə desək, 2003-2009-cu illərdə ölkə iqtisadiyyatında məşğul olanların sayı 1995-2003-cü illərdəkinə nisbətən 2,4, orta illik artım sürəti isə 3,2 dəfə çox olmuşdur. Ölkəmizdə həyata keçirilən səmərəli iqtisadi islahatlar sayəsində 1995-2009-cu illərdə dövlət sektorunda çalışanların sayı 877,5 min nəfər və ya 43,3 faiz azalaraq 2027,2 min nəfərdən 1149,7 min nəfərə düşmüşdür. Bununla da dövlət sektorunda məşğul olanların ölkə iqtisadiyyatında məşğul olan əhali arasındakı xüsusi çəkisi azalaraq 56,1 faizdən 28,2 faizə enmişdir. Əvəzində özəl sahədə məşğul olanların sayı 1336,1 min nəfər və ya 1,8 dəfə artaraq 1585,8 min nəfərdən 2921,9 min nəfərə, ölkə iqtisadiyyatında məşğul olanlar arasındakı xüsusi çəkisi isə 43,9 faizdən 71,8 faizə qalxmışdır. Bu dövrdə xüsusi təsərrüfatlarda işləyənlərin sayı 30,2 dəfədən çox artaraq 7 min nəfərdən 2112,7 min nəfərə, sərbəst məşğul olan əhalinin sayı isə 17,5 faiz artaraq 601,4 min nəfərdən 706,5 min nəfərə çatmışdır.

Həmin dövrdə ölkə iqtisadiyyatında məşğulluğun artmasına bir çox amillər təsir etmişdir. Bunların ən mühümləri sırasına ölkə ərazisində kiçik və orta sahibkarlığın təşəkkül tapması, tikinti sektorunun genişlənməsi, yeni sənaye müəssisələrinin yaradılması, idman komplekslərinin, səhiyyə orqanlarının, təhsil müəssisələrinin sayının artması, nəqliyyat və rabitə şəb əkəsinin inkişafı, neft-qaz kəmərlərinin çəkilməsi və s. daxildir. Məsələn, 1995-2009-cu illərdə ölkədə fəaliyyət göstərən kiçik müəssisələrin sayı 1,9 dəfə artaraq 7,2 mindən 14 minə, orada işləyənlərin sayı isə 55,4 faiz çoxalaraq 59,4 min nəfərdən 92260 min nəfərə, xarici və müştərək müəssisələrin sayı 4 dəfə artaraq 293-dən 1181-ə, belə müəssisələrdə çalışanların sayı 8,9 dəfə artaraq 7 min nəfərdən 61,2 min nəfərə çatmışdır. Təkcə 2003-2010-cu illər ərzində Azərbaycanda 32984 yeni müəssisə yaradılmış və onların xeyli hissəsi regionların payına düşmüşdür. 2010-cu ildə regionlarda 160-dan çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi istifadəyə verilmiş və 200-dən çox müəssisənin tikintisi davam etdirilmişdir. Bu müəssisələrin 112-sində Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərindən istifadə olunmuşdur.

Milli Məclisi Aparatının

iqtisadi qanunvericilik

şöbəsinin sektor müdiri,

iqtisad elmləri namizədi,

Comments are closed, but trackbacks and pingbacks are open.