Press "Enter" to skip to content

Əmək ehtiyyatlarında istifadə

Gündəlik orta əməkhaqqı 5000 : 12 : 30,4 = 13,71 manat

Mətin Babayev

Əhali həm istehsalçı, həm də istehlakçı olmaqla cəmiyyətin başlıca məhsuldar qüvvəsidir. Azərbaycan əhalisinin sayına görə Qafqaz respublikaları arasında birinci yeri tutur. Azərbaycan əhalisinin sayı hazırda 9,6 mln nəfərdən çoxdur. Azərbaycanlılar Altay dil ailəsinin türk dil qrupunun oğuz qoluna mənsub xalqdır. Dünyanın 56 ölkəsində 45 mln-dan çox azərbaycanlı yaşayır. İranda onların sayı 30 mln-u ötür ki, bunlardan da 23 mln-u Cənubi Azərbaycandadır.

Əhalinin təbii artımı . Müəyyən vaxt ərzində (adətən, 1 il) hər min nəfərə anadan olan və ölən insanlar arasındakı fərqdir. Təbii artım iqtisadi, sosial, hərbi-siyasi şərait, milli xüsusiyyətlər və s. ilə bağlıdır. Tarixən Azərbaycanda doğum yüksək olmuşdur (hər min nəfərə 40-50 nəfər). Ölümün yüksək olduğu illərdə (1913-1920, 1936-1938, 1941-1945) təbii artım az olmuş və ya əhalinin sayının azalması baş vermişdir. Bu dövrlərdə olan proseslər əhalinin cins və yaş tərkibinə ciddi təsir göstərmişdir. Son dövrdə (1990-cı ildən sonra) əhalinin sayı artsa da, sosial-iqtisadi və siyasi proseslərlə bağlı təbii artım sürəti doğulanların kəskin azalması hesabına aşağı düşmüşdür. 2009-cu ildə təbii artım hər min nəfərə 11,3 nəfər olmuşdur. Orta ömür 73 ildir.

Əhalinin mexaniki hərəkəti (miqrasiya). Müxtəlif səbəblərə (iqtisadi, siyasi, hərbi, təbii fəlakət) görə əhalinin ölkə daxilində bir bölgədən digərinə və ya bir ölkədən başqa ölkəyə köçməsinə deyilir. Miqrasiya daimi, müvəqqətimövsümi xarakter daşıyır. Ölkə daxilində miqrasiya kəndlə kənd, kəndlə şəhərşəhərlə şəhər arasında olur. Ölkələr və ya məntəqələr arasında gələnlər (immiqrantlar) gedənlərdən (emiqrantlar) çoxdursa, mexaniki artım, əksinə olduqda isə mexaniki azalma baş verir. Daxili miqrasiyada iştirak edənlərin 19%-i Bakıya gəlmişdir.

Əhalinin cins və yaş tərkibi. Bir çox ölkədə olduğu kimi, Azərbaycanda da qızlara nisbətən oğlanlar daha çox doğulur. Lakin sonralar kişilərin orta ömrünün aşağı olması və respublikanı tərk etmələri nəticəsində həmin nisbət dəyişir. 2009-cu ildə kişilər respublika əhalisinin 49%-ni, qadınlar isə 51%-ni təşkil etmişdir. Təbii artımı çox olan ölkələrdə əhalinin tərkibində aşağı yaş qrupu (14 yaşa qədər) nisbətən çox, yuxarı yaş qrupu isə (60-65 yaşdan çox) az olur. Əhalinin təbii artımı sabitləşməyə doğru gedən ölkələrdə isə əksinə, aşağı yaş qrupu nisbətən az, yuxarı yaş qrupu isə çox olur. Bu proses respublikamızda da özünü göstərir. Ermənistan tərəfindən aparılan müharibə, işsizlik əhalinin təbii artımına, cins və yaş tərkibinə mənfi təsir göstərməyə başlamışdır.

Əhalinin milli tərkibi. Azərbaycan çoxmillətli ölkədir. Qafqaz regionu çoxmillətli olduğu üçün Azərbaycanda da tarixi-coğrafi xüsusiyyətlərlə bağlı 80-dən çox millətin nümayəndələri məskunlaşmışdır. Əhalinin 90%-dən çoxunu azərbaycanlılar təşkil edir. Digər xalqlardan rus, yəhudi, gürcü, tat, talış, udin, avar, kürd və s. göstərmək olar. Abşeronda neft sənayesinin inkişafı mərhələsində bir çox millətlərin Azərbaycana axını güclənmiş, çilli tərkibin daha mürəkkəb olmasına səbəb olmuşdur. Milli tərkibi rəngarəng olan iqtisadi rayonlarımız – Abşeron, Quba-Xaçmaz, Şəki-Zaqatala, Lənkəran-Astara.

Əhalinin sıxlığı və məskunlaşması. Azərbaycan əhalisi sıx məskunlaşan ölkələrdəndir. Lakin bu məskunlaşma qeyri-bərabərdir. Ərazinin hər km²-nə düşən əhalinin sayına sıxlıq deyilir. Əhalinin sıxlığı – onun sayını ölkənin sahəsinə bölməklə təyin edilir. Respublikada orta sıxlıq hər km²-də 103-104 nəfərdir. Ən sıx əhali Abşeron yarımadasında, xüsusilə Bakıdadır. Lakin dağlıq ərazilərdə, Acınohur-Ceyrançöldə, Qobustanda, Şirvan və Muğan düzlərinin bəzi yerlərində əhali seyrəkdir. Təbii şəraitin və təsərrüfatın təsiri ilə əhalinin müxtəlif yerləşmə formaları məskunlaşma adlanır. Əhalinin 76%-i düzən, dağətəyi və hündürlüyü 500 m-ə qədər olan ərazilərdə məskunlaşmışdır. Ən yüksək yaşayış məntəqələri Kəlbəcər rayonunda Yuxarı Bağırsaq (2330 m)Quba rayonunda Xınalıq (2000 m) kəndləridir. Heç bir sənaye sahəsi olmayan yaşayış məntəqəsinə kənd deyilir. İri kəndlər düzənlik və dağətəyi zonalarda daha çoxdur. Kəndlərin formaları, yəni plan quruluşu relyefdən və təsərrüfatın ixtisaslaşmasından asılıdır. Hazırda fəal regional siyasət hesabına dağlıq və sərhəd rayonlarında əhalinin məskunlaşması stimullaşdırılmalı, əhalinin sıx yerləşdiyi düzən ərazilərdə isə məhdudlaşdırılmalıdır. Yeni tikintilər, yollar, körpülər və s. infrastrukturlar (istehsala və əhaliyə xidmət edən qurğular sistemi) əkinə daha az yararlı yerlərdə aparılmalıdır.

Şəhərlər və urbanizasiya. Əhalisinin sayı 15 min nəfərdən çox olan və əhalisin əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olmayan yaşayış məntəqəsinə şəhər deyilir. Şəhərlərin meydana gəlməsi qədim dövrlərdə əmək bölgüsünün (sənətkarlıq və ticarətin inkişafı) yaranması ilə bağlı olmuşdur. Azərbaycanda hələ qədim dövrlərdə Gəncə, Qəbələ, Beyləqan, Şamaxı, Bərdə şəhərləri, sonradan isə Sumqayıt, Naftalan, Mingəçevir, Şirvan kimi yeni şəhərlər yaranmışdır. Hazırda onların sayı artmış və çoxfunksiyalı iri şəhərlər formalaşmağa başlamışdır. Çoxfunksiyalı şəhər dedikdə özündə bir neçə istehsal və xidmət sahələrini birləşdirən şəhərlər nəzərdə tutulur. Şəhərlərin genişlənməsi və sənayenin sürətli inkişafı nəticəsində şəhər əhalisinin xüsusi çəkisinin artmasına urbanizasiya deyilir. Azərbaycanda urbanizasiya prosesi 20-ci əsrin 60-cı illərindən sürətlənmişdir. Hazırda respublikamızda 77 şəhər var. Onların 11-i respublika və 3-ü MR tabeli şəhərlərdir. Azərbaycan əhalisinin 54%-i şəhərlərdə yaşayır. Şəhər əhalisinin 47%-i Qafqazın ən iri aqlomerasiyası olan Bakıda cəmlənmişdir ki, bu da Azərbaycan əhalisinin 28%-ni təşkil edir.

Əmək ehtiyatları. Əmək ehtiyatlarına əqli və fiziki cəhətdən sağlam olan 16-60 yaşlı qadınlar, 16-61 yaşlı kişilər aid edilir. Əmək ehtiyatlarından daha səmərəli istifadə etmək üçün ixtisaslı kadrlar hazırlamaq, əhalinin təhsilə, istehsal vərdişlərinə yiyələnməyi təmin etmək lazımdır. Azərbaycan əhalisinin 68%-ni əmək qabiliyyətlilər əhali təşkil edir. Əmək qabiliyyətli əhalinin sayına, habelə cins və yaş tərkibinin dəyişməsinə əhalinin miqrasiyası öz təsirini göstərir.

VERGİLƏR

Sahibkarları, kadrlar üzrə mütəxəssisləri maraqlandıran məsələlərdən biri də işçinin qismən ödənişli və ya ödənişsiz məzuniyyətdən qayıdandan sonra əmək məzuniyyətindən istifadə edə bilməsidir.

Sərbəst auditor Altay Cəfərov bu məsələni aşağıdakı suallar çərçivəsində işıqlandırır:

– İşçi ödənişsiz məzuniyyətdən qayıtdıqdan sonra əmək məzuniyyətindən istifadə edə bilərmi?

– Belə hallarda hansı aylar baza kimi nəzərə alınır?

– Məzuniyyət üçün orta əməkhaqqı necə hesablanılır?

Misal: Tutaq ki, 1 may 2021-ci ildən 30 iyun 2021-ci ilədək öz hesabına, ödənişsiz məzuniyyətdə olmuş işçi 1 iyul 2021-ci il tarixində 30 günlük əmək məzuniyyətinə çıxmaq istəyir. İşçinin aylıq əməkhaqqı standart 500 manat olub.

Əmək Məcəlləsinin 14-cı maddəsinin I hissəsində göstərilib ki, məzuniyyət vaxtı üçün ödənilən orta əməkhaqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əməkhaqqına əsasən müəyyən edilir.

Məcəlləsinin 131-ci maddəsində isə göstərilib:

1. İşçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən 6 ay işlədikdən sonra əmələ gəlir.

2. İşçiyə 6 ay işlədikdən sonra birinci iş ili bitənədək əmək məzuniyyəti ərizəsi əsasında işəgötürənlə razılaşdırıldığı vaxtda verilə bilər.

3. İşçiyə işin ikinci və sonrakı illəri üçün məzuniyyət işəgötürənlə qarşılıqlı razılıqla müəyyən edilən vaxtda verilə bilər.

Məcəllənin 128-ci maddəsində ödənişsiz məzuniyyətdən istifadə hüququ təsbit olunub: “Qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır”.

Əmək Məcəlləsinin 129-cu maddəsinə əsasən, ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir.

Əmək Məcəlləsinin müddəalarından göründüyü kimi, bir məzuniyyətin digərindən asılılığı və ya növbəliliyi yoxdur.

Odur ki, ödənişsiz məzunyyətdən qayıdan işçi əmək məzuniyyətindən istifadə edə bilər. Amma 131-ci maddənin tələbləri nəzərə alınmaq şərtilə. Odur ki, bizim misalımızda göstərilmiş hər iki halda ödənişsiz məzuniyyətdən qayıdan işçi əmək məzuniyyətindən istifadə edə bilər.

Burada daha bir maraqlı məqam məzuniyyət haqqının necə hesablanmasıdır.

Əmək Məcəlləsinin 140-cı maddəsinə əsasən, məzuniyyət haqqı son 12 təqvim ayının əməkhaqqı cəmlənərək 12-yə bölünməklə hesablanır. Bu qaydada işçinin son 12 ayda ödənişsiz məzuniyyətdə, sosial məzuniyyətdə olub-olmaması kimi azadolmalar, boşluqlar və çıxılmalar qeyd edilməyib. Konkret son 12 təqvim ayı yazılıb və “təqvim ayı” dedikdə aylar tam olmalıdır.

Yuxarıda qeyd etdiyimiz misala uyğun hesablamalar isə belə olacaq:

01.07.2020- 30.04.2021-ci il dövründə 10 ay x 500 manat = 5.000 manat
01.05.2021-30.06.2021-ci il dövründə 2 ay x 0,00 manat = 0,00 manat

12 ay üçün cəmi: 5.000 manat

Gündəlik orta əməkhaqqı 5000 : 12 : 30,4 = 13,71 manat

Məzuniyyət haqqı – 13,71 x 30 gün = 411,30 manat.

Məsələyə məntiqi yanaşsaq, belə bir qənaətə gəlmək olar ki, işçi az işləyib az qazandığına görə az da məzuniyyət haqqı alır. Yəni burada məntiq və qanunvericilik bir-birini tamamlayır.

Əmək ehtiyyatlarında istifadə

Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik müzakirəyə çıxarılıb.

Modern.az-ın məlumatına görə, dəyişikliklə məcəlləyə yeni 16-1-ci Fəsil ( Əmək, məşğulluq, əmək pensiyaları, müavinətlər və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar olan inzibati xətalarla bağlı işlərə müvafiq informasiya sistemlərindən (ehtiyyatlarında) istifadə edilməklə baxılmanın xüsusiyyətləri) əlavə olunur.

Məcəlləyə dəyişiklik layihəsi parlamentin fevralın 23-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Sənədə əsasən, bu sahədə inzibati xətalar müvafiq icra hakimiyyətin orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemləri, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” qanunla müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunacaq.

Fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılacaq və müvafiq icra hakimiyyəti orqanının (qurumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənəcək. Təsdiq edilmiş həmin protokol və ya qərar real vaxt rejimində elektron qaydada məlumatlar əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının (qurumun) informasiya sisteminə göndəriləcək.

Dəyişikliklər səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Comments are closed, but trackbacks and pingbacks are open.