Mək mübahisələrinin anlayışı və növləri
Maddə 106 – Ümumxalq hüzn günü
Kafedrasinin
Zəhmətkeşlərin sağlamlığını qorumaq, işçilərin təhlükəsiz əmək şəraitini təmin etmək, habelə istehsalat zərərçəkmələrinin qarşısını almaq məsələləri Dövlətin başlıca qayğılarından biri olmuş və olmalıdır.
Əmək mühafizəsinin qarşısında duran əsas məsələlər müstəqil Azərbaycan dövlətinin qüvvədə olan konstitusiyasına uyğun, qanunvericilik əsasları¸ Əmək Məcəlləsi xüsusi qayda və normalar əsasında tənzimlənir.
Ali təhsil məktəb tələbələrinin əldə etdikləri biliklər sistemində “Əmək mühafizəsi” fənninin elmi əsasları xüsusi yer tutur.
“Əmək mühafizəsi” kursunun məqsədi: Ali təhsil sistemində tələbələrə nəzəri, təcrübi biliklər aşılamaqla sənaye və kənd təsərrüfatının bütün sahələrində təhlükəsiz və sağlam əmək şəraiti yaratmaqdır.
Keçmiş Sovetlər ailəsində 1929-cu ildən ali məktəblərdə “Əmək mühafizəsi və təhlükəsizlik texnikası” fənni tədris edilməyə başlanmış, 1966-cı ildən isə bu fənn “Əmək mühafizəsi” adlandırılaraq tədris edilmişdir. 1990-cı ilin aprel ayından Sovetlər məkanının dağılmağa başladığı bir zamandan isə “Mülki müdafiə” fənnində birləşdirilməklə birlikdə iki hissədən ibarət olan fənn “Həyat fəaliyyətinin təhlükəsizliyi” adlandırılaraq tədris olunmağa, başlanmışdır. (Kənd təsərrüfatı mütəxəsissləri hazırlanan ali məktəblərdə 100 saatdan az olmayaraq tədris olunması qərara alınmışdır).
Əmək mühafizəsi fənninin elmi inkişaf tarixi mədəniyyətimizin inkişafı ilə sıx əlaqədardır. İnsanlar öz fəaliyyət dairələrini inkişaf etdirdikcə sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına tələbatda artmağa başlayır.
Rusiyada ilk dəfə əmək mühafizəsi sahəsində elmi-tədqiqat işləri M.V.Lomonosov tərəfindən yerinə yetirilmişdir. O, 1742-ci ildə “Metallurgiya və mədən işlərində təhlükəsizlik tələbləri və Xüsusi geyimlərə tələbat” adlı dəyərli məqalələr yazmışdır. O, daha sonra 1752-ci ildə ilk dəfə olaraq indidə geniş tətbiq olunan ildırım ötürücünün konstruktiv qruluşunu vermişdir.
Ümumilikdə “Əmək mühafizəsi” məsələləri ilə məşğul olan alimlərdən akademik C.V.Vavilov “lyumenset lampalar”, V.V.Petrov, A.A. Skançiniskiy professor M.E.Jukovski, V.L.Kirpiçov. Fizioloq İ.M.Seçenov, böyük alim fizioloq İ.P.Pavlov insanların ali sinir sistemi ilə ətraf mühitin arasındakı əlaqə, son dövürlərin görkəmli alimlərindən F.M.Kanaryov, A.V.Lukovnikov və s. göstərmək olar. Azərbaycan alimlərindən professor Həbib Ocaqov və dosentlər T.H.Tağızadə, F.Ə.Şıxaliyev, B.A.Həsənov və başqalarını qeyd etmək olar.
“Əmək mühafizəsi” fənninin metodiki əsasını əmək proseslərində istifadə olunan maşınların, alətlərin, avadanlıqların, materialların və başqa texniki və canlı obyektlərin elmi təhlili nəticəsində təhlükə və zərərlərin aşkara çıxarılması təşkil edir. Bunun nəticəsində istehsalın təhlükəli sahələri, təhlükəli vəziyyətlər aşkar edilərək onların aradan qaldırılması üçün elmi əsaslarla tədbirlər hazırlanır.
Əmək mühafizəsi məsələlərinin düzgün həllində həmkarlar təşkilatları mühüm rol oynayır, təsərüffat rəhbərləri onlarla birlikdə -əmək şəraitinin yaxşılaşdırılması sahəsində böyük tədbirlər həyata keçirirlər.
“Əmək mühafizəsi” kursunun əsas məqsədi:- nəzəri biliklər və təcrübi vərdişlərlə müxtəlif istehsalat proseslərində sağlam və təhlükəsiz iş şəratinin yaradılmasını təmin etməkdən ibarətdir.
Bu fənni öyrənən hər bir gələcək mütəxəssis aşağıdakıları bilməlidir:
1. Əmək mühafizəsi məsələrinin təşkilini, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasında vəzifəli şəxslərin hüquq və vəzifələrini.
2. Travmaların və xəstələnmələrin müəyyən etmə üsullarını.
3.Təhlükəli və zərərli istehsalat faktorlarının yaranmasını xəbərdar etməyi.
4. Fərdi və kollektiv mühafizə vasitələri ilə zərərsiz iş şəraitini təmin etmək üsullarını.
5. Maşın traktor parkında texniki qulluq, heyvanlara xidmət, təmir və elektrik cihazlarının istismarı zamanı təhlükəsizlik texnikası qaydalarını.
6. Yanğının baş vermə səbəbləri onun profilaktikası və söndürülmə qaydaları.
Kursun qısa məzmunu: – “Əmək mühafizəsi” məsələlərini dəqiqliklə öyrənmək üçün əmək proseslərində insanın təhlükəsizliyinə təsir edən elementləri öyrənmək lazımdır.
Bura daxildir: – İşi verən, (sahibkar, rəhbər) işləyənlər (fəhlə, kəndli, ziyalı) iş və əmək alətləri, istehsalat mühüti, kollektivdə psixoloji mühit, eyni zamanda passiv elementlər (bina və qurğular).
Hər bir vətəndaş işləmək hüququna malikdir.
Müəssisənin formasından asılı olmayaraq hər bir işçinin əməyi mühafizə olunmalıdır.
Dövlət eyni zamanda sahibkar əmək şəraitinin yaxşılaşdırılması və əməyin mühafizəsi, onun elmi təşkili, xalq təsərrüfatının bütün sahələrində istehsal proseslərinin kompleks mexanikləşdirmək və avtomatlaşdırmaq əsasında ağır fiziki əməyin azaldılmasına sonra isə tamamilə aradan qaldırılmasına nail olmalıdır.
ƏMƏYİN TƏHLÜKƏSİZLİYİNİN STANDARTLAR SİSTEMİNƏ (ƏTSS)
UYĞUN OLARAQ “ƏMƏK MÜHAFİZƏSİ” SAHƏSİNDƏ
ƏSAS TERMİNLƏR
DÜİST 12.0.002-95-ə müvafiq əməyin təhlükəsizliyi standartlar sisteminə görə əmək mühafizəsi fənninə uyğun aşağıdakı terminlər qəbul edilmişdir.
1. Əmək mühafizəsi: – Bu qanunvericilik aktlarından, təşkilatı, texniki, gigiyenik, müalicə-profilaktiki, sosial-iqtisadi tədbirlər sistemindən ibarət olub, insanların əmək prosesində sağlamlığını və işləmə qabiliyyətİini qorumaqla təhlükəsizliyini təmin edir.
2. Təhlükəsizlik texnikası: – İstehsalat prosesində yaranan təhlükəli istehsalat amillərinin işçilərə təsirini azaltmaq və ləğv etmək üçün texniki vasitələr və təşkilatı tədbirlər sistemidir.
Əməyin təhlükəsizliyi: – İş yerlərində zərərli və təhlükəli istehsalat amilləri, işçilərin sağlamlığına təsiri olmayan əmək şəraitinin vəziyyəti nəzərdə tutulur.
4.İstehsalat sanitariyası: – İş yerlərində zərərli istehsalat amillərinin işçilərə təsirinin qarşısını almaqdan ötrü texniki, sanitar-gigiyenik və təşkilati tədbirlər sistemindən ibarətdir.
5. Əməyin gigiyenası: – Əmək şəraitinin sağlamlaşdırılmasına görə sanitariya-gigiyena və müalicə-profilaktiki tədbirlər kompleksindən ibarətdir.
6. Təhlükəli istehsalat amilləri: – Müəyyən iş şəraitində istehsalat amillərinin təsiri nəticəsində işçilərin gözlənilmədən zədələnməsi, travma alması başa düşülür.
7. Zərərli istehsalat amilləri: – İş zamanı istehsalat amillərinin işçilərə təsiri (zərərli tozlar, qazlar, səs-küy, titrəyiş və s.) peşə xəstələnmələrinə, yaxud iş qabiliyyətinin azalmasına səbəb olur.
8. Bədbəxt hadisələr: – İşçilərin əmək fəaliyyətində yaxud rəhbərliyin tapşırıqlarını yerinə yetirərkən əmələ gələn zərərçəkmələr.
9. Peşə xəstəlikləri: – İstehsalat prosesində əmələ gələn istehsalat zərərlərinin təsiri nəticəsində yaranan xəstəliklər.
10. Təhlükəsiz əmək tələbləri: – Qüvvədə olan qanunvericilik aktlarının, normativ-texniki sənədlərin və təlimatların tələbini ödəyən işlərdə işçilərin təhlükəsizliyini təmin edən tələbatlardır.
11. Təhlükəsiz istehsalat avadanlıqları: – Normativ-texniki sənədlərə əsasən əməyin təhlükəsizliyi tələbatını ödəyən istehsalat avadanlıqlarıdır.
12. Təhlükəsiz istehsalat prosesləri: – Əməyin təhlükəsizliyi tələbatına uyğun sayılan istehsalat proseslərindən ibarətdir.
13.Texniki estetika: – İstehsalat avadanlıqları və əşyaların layihələndirilməsində və yerləşdirilməsində onların bəzi qanunauyğunluğu və ümumi xüsusiyyətləri öyrənilir.
14. İstehsalat estetikası: – İstehsalat binalarının texnoloji istehsalat avadanlıqları, konstruksiyaları və işçi yerlərinin xoşa gələn səviyyədə gözəl olmasının işçilərin bədii zövqünə uyğun olması kimi əsas vasitələrdən biri hesab edilir.
15. Əmək fiziologiyası: – İşçilərin əmək fəaliyyəti zamanı funksional vəziyyəti öyrənilir və insanın işləmə qabiliyyətini daha yüksək səviyyədə saxlamaqdan ötrü tədbirlər görülür.
16. Əmək psixologiyası: – İşçilərin əmək fəaliyyətində onun yaratdığı və əmək məhsuldarlığının artmasını öyrənməklə peşə xüsusiyyətlərinin daha da formalaşmasına baxır.
Əmək mühafizəsi fənni öz dolğunluğu və genişliyi ilə fərqlənən müstəqil fənləri təmsil edən aşağıdakı bölmələrdən ibarətdir.
1. əmək mühafizəsinin hüquqi və təşkilati məsələləri.
2. İstehsalat sanitariyasının əsasları və əməyin gigiyenası.
3. Təhlükəsizlik texnikasının əsasları.
4. Yanğın profilaktikasının əsasları.
Belə bölgü əməyin mühafizəsi formalarının müxtəlifliyindən irəli gəlir. Bu o deməkdir ki, işçilərin əməyi qanunvericilik qaydaları ilə, tibbi və texniki yollarla mühafizə edilir.
Əmək mühafizəsinin sanitariya-gigiyena əsasları istehsalat zərərləri və onun törətdikləri peşə xəstəlikləri ilə məşğuldur.
Mövzuya aid test sualları:
1.Əmək mühafizəsi fənni nəyi öyrədir?
2. Əmək mühafizəsi və təhlükəsizlik texnikası fənni neçənci ildən tədris olunur?
3. “Əmək mühafizəsi” kursunun əsas məqsədi .
4. Kursun qısa məzmunu:- “Əmək mühafizəsi” məsələlərini dəqiqliklə öyrənmək üçün əmək proseslərində insanların təhlükəsizliyinə təsir edən elementlər neçə qrupa bölünürlər?
5. Əməyin Təhlükəsizliyinin Standartlar Sisteminə (ƏTSS) uyğun olaraq DÜİST-12.0.002-95-ə müvafiq neçə termin qəbul edilmişdir?
6.Əmək mühafizəsi fənni neçə bölmədən ibarətdir?
I BÖLMƏ.
ƏMƏK MÜHAFİZƏSİNİN HÜQUQİ VƏ
TƏŞKİLATİ MƏSƏLƏLƏRİ
P L A N
1. Əmək mühafizəsinin nəzəri məsələləri.
a) zərərli və təhlükəli istehsalat amilləri və onların
b) istehsalat işlərinin növləri.
2. Əmək hüququnun qanunvericilik mənbələri.
a) kollektiv müqavilə.
b) kollektiv saziş.
c) əmək müqaviləsi.
3. Əməyin təhlükəsizliyi standartları sistemləri.
4. Əməyin mühafizəsi sahəsində norma və qaydalar.
5. Əməyin erqonomik təhlükəsizliyi.
a) işçi yerlərinə erqonomik tələblər.
7. İstirahət vaxtları.
a) məzuniyyətin növləri .
8. Qadınların əməyinin mühafizəsi.
9. Yaşı 18-dən az olan işçilərin əməyinin mühafizəsi.
10. Əməyin mühafizəsi normaları və qaydalarına dövlət
11. Əməyin mühafizəsinə ictimai nəzarət.
12. Əmək mühafizəsi xidmətinin təşkili.
a) əmək mühafizəsi kabinetinin təşkili.
b) əməyin mühafizəsi sahəsində mülkiyyətçinin və işə
c) əməyin mühafizəsi üzrə işçilərin vəzifələri.
q) əməyin mühafizəsi sahəsində baş mütəxəssislərin
d) əməyin mühafizəsi mühəndisinin hüquq və vəzifələri.
e) iş paltarları və digər fərdi mühafizə vasitələrinin
13. Əməyin mühafizəsi tədbirlərinin planlaşdırılması və
14. Əmək mübahisələri .
a) fərdi əmək mübahisələrinin həlli üsulları.
15. İstehsalat zədələnmələri və peşə xəstəlikləri.
16. İstehsalatda bədbəxt hadisələrin təhqiq edilməsi və
a) xüsusi təhqiq edilməli bədbəxt hadisələr.
17. Əməyin mühafizəsi üzrə təlimat növlərinin öyrənilməsi.
18. İstehsalatda bədbəxt hadisələrin təhlil üsulları.
19. İstehsalatda zədələnmələri və peşə xəstələnmələrinin
20. Zədələnmə və peşə xəstəliklərinin maddi nəticələri.
FƏNN ÜZRƏ İSTİFADƏ OLUNAN
- Azərbaycan Respublikasının Konstitusiyası “Hüquq
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi –
- F.Ə.Əliyev, Ü.C.Orucov – “Əmək mühafizəsinin hüquqi
- F.Ə.Əliyev, S.Ş.Vəliyev “Elektrik təhlükəsizliyinin ümumi
- F.Ə.Əliyev, S.Ş.Vəliyev “İstehsalat binaları və texniki
6.Həsənov B.A “Əmək mühafizəsi” Bakı Maaarif. 1986-cı il.
7. Tağızadə T.H “Meliorasiya təsərrüfatında əməyin
mühafizəsi” Bakı Maarif -1990-cı il.
8. İstehsalatda bədbəxt hadisələrin təhqiqi edilməsi və uçota
alınması. Bakı hüquq ədəbiyyatı.2002 -ci il.
9. Шкравак Владимир Степанович и др. «Охрана труда»
10. Канарейов Ф.М и др. «Охрана труда» М. -1988-год.
11. Солуйанов Равел Василйевич и др. «Охрана труда»
12. Денисенко Г.Ф. «Охрана труда» М. В. Школа -1985 год.
13. Dövlət və sahə standartları (SSBT) (CH) və (CH i P) –
ƏMƏK MÜHAFİZƏSİNİN NƏZƏRİ ƏSASLARI. İNSANIN
PSİXOLOJİ VƏZİYYƏTİ, ƏMƏYİN TƏHLÜKƏSİZLİYİNƏ
TƏSİR EDƏN AMİLLƏR.
P L A N
- İnsanın psixofizoloji olma halları, psixofizoloji amillər və onların əməyin təhlükəsizliyinə təsiri.
3.İnsan-Maşın-İstehsalat (İMİ) mühitinin təhlükəsizlik
parametrlərinə görə optimallaşdırılması.
4. DÜİST 12.3.001-75-ə müvafiq sağlam və təhlükəsiz əmək
şəraitinin yaradılmasının əsas yolları.
5. İstehsalat travmalarının və peşə xəstəliklərinin
proqnozlaşdırılması və profilaktikasının əsasları.
6. Travmatizm və peşə xəstəliklərinin profilaktikasının sosial-
iqtisadi əhəmiyyəti, (Tağızadə səh 56. 62 oxumalı).
ƏMƏK MÜHAFİZƏSİNİN NƏZƏRİ ƏSASLARI
İstehsalat proseslərinin son on illiklərdə yüksək texniki inkişafı işçilərin fiziki yüklənməsini (fiziki işlərini) azaltmaqla yanaşı onların hissiyat orqanlarının (görmə, eşitmə, yüksək diqqətliliyin, tez reaksiya vermənin və s.) psixoloji yüklənməsinin artmasına gərginləşməsinə səbəb olur.
İnsan fiziki işin mühüm hissəsini texnikaya verməklə, özü böyük həcmli mürəkkəb zehni psixoloji fəaliyyəti qəbul edir.
O, bugün mürəkkəb texniki sistemləri proqramlaşdırır, onlara nəzarət edir, eyni zamanda müxtəlif texnoloji obyektləri müəyyən məsafədən idarə edir.
Maşınların konstruksiyası mürəkkəbləşdikcə insanların psixoloji yükü artır.
Yuxarıda qeyd olunan səbəblərdən son illər insanlarla maşınların qarşılıqlı əlaqəsinə elmi sürətdə yanaşmaq zəruriyyəti ortaya çıxır.
Bununla əlaqədar yeni elmlər: əmək gigiyenası,
mühəndis psixologiyası, əməyin elmi təşkili (Ə.E.T), texniki estetika və erqonomika (yunan sözü olub: erqon – iş, nomon – isə qanun deməkdir) elmləri meydana çıxmışdır.
Əməyin gigiyenası: – “İnsan-maşın-mühit” sistemində istehsalat mühitinin insan orqanizminin imkanlarına uyğunlaşdırmaq üçün tədbirlər işləyib, hazırlayır ki, beləliklədə müxtəlif istehsalat xəstəliklərinin qarşısının alınmasına nail olunur.
Mühəndis psixologiyası: – “İMM” sistemini öyrənərək müxtəlif cihaz və idarəetmə orqanlarının optimal parametrlərini işləyib, hazırlayır. Hazırlanmış tövsiyələr işçilərin tez yorulmasının qarşısını almaqla, əmək məhsuldarlığının yüksəldilməsinə nail olunur.
Erqonomika: – Əmək qanunları haqqında elmdir. O, texniki elmlərin, psixologiyanın, fizologiyanın və əməyin gigiyenasının öyrəndiyi məsələləri ümumiləşdirir.
Erqonomika İMM sisteminin qarşılıqlı təsirinin qanuna uyğunluqlarını öyrənir. Erqonomikanın məqsədi İMM sistemində elə bir şərait yaratmaqdır ki, bu zaman əmək məhsuldarlığı ən yüksək işçinin təhlükəsizliyi minimuma enməklə onun özünü hiss etməsi ən optimal olur.
- Əlverşli iş şəraitinin təmin edilməsi;
- Ən rahat işçi mühiti;
- İşçinin üzərinə düşən psixoloji yükün azaldılması (nəzarət sistemlərinin avtomatlaşdırılması işin təhlükəsizliyi və s);
- İşçiyə düşən fiziki yükün azalması (ağır işlərin mexanikləşdirilməsi).
ERQONOMİKA VƏ PEDAQOQİKA
13 sentyabr 1980-ci il. BƏŞİR ƏHMƏDOV, professor
Erqonomika müəyyənləşdirmişdir ki, əmək vasitələri və şərait, hər şeydən əvvəl, insanların xüsusiyyətləri baxımından qiymətləndirilməlidir. İMM sistemində komponentlər arasında zəruri uzlaşma olmadıqda, yəni texnika və şərait insanın xüsusiyyətlərinə uyğun gəlmədikdə, eləcə də insan idarə etdiyi maşının “DİLİNİ” yaxşı bilmədikdə, şəraitə uyğunlaşmadıqda bir sıra bədbəxt hadisələr baş verir. Tədqiqatçılar belə bir doğru nəticəyə gəlmişlər ki, hər bir müsbət hadisədə mənfi və hər-bir hadisədə müsbət cəhətlər mövcud olur. Misal üçün elmi-texniki inqilab özlüyündə müsbət hadisədir. Bununla belə, yüksək səviyyədə inkişaf etmiş, quruluşuna görə çox mürəkkəb olan texnikadan istifadə edən insan kiçik bir səhv üzündən özünü təhlükə qarşısında qoyur. Avtomobil maşınlarının sürətlə çoxalmasını biz təbii olaraq müsbət qiymətləndiririk, lakin avtomobil qəzalarının acı nəticələri də göz önündədir. Adicə bir fakta nəzər salaq. Q.Y.Panov yazır ki, dünya miqyasında texnika ilə onu idarə edən insan arasındakı uyğunsuzluq nəticəsində təkcə 1900-1950-ci illər arasında, yəni cəmi 50 il ərzində 250 milyon adam həlak olmuşdur, halbuki həmin dövrdə müharibələr vurtut 90 milyon adamın ölümünə gətirib çıxarmışdır. İndi maşınla əlaqədar olaraq dünya miqyasında hər bir gün ərzində 350 min adam həlak olur ki, bunun da 250 mini avtomobil qəzası ilə bağlıdır. (“Эргономика в нефтяной промышленности”. М. 1979, стр 10). Erqonomikanın qarşısında duran problemlərdən biri məhz bucür bədbəxt hadisələrin qarşısını almaq üçün elmi tövsiyələr işləyib hazırlamaqdan ibarətdir.
Texniki estetika: – məqsədi gözəl və eyni zamanda səmərəli formalarda və ölçülərdə avadanlıq yaratmaqdır ki, buda onların rahat istismarını təmin etməkdir. Avadanlıqların rənglərinin düzgün seçilməsi işçilərə sevinc gətirir, onların əhval ruhiyyəsini, iş qabiliyyətini, nəticədə isə əmək məhsuldarlığını artırır.
ZƏRƏRLİ VƏ TƏHLÜKƏLİ İSTEHSALAT AMİLLƏRİNİN
XÜSUSİYYƏTLƏRİ VƏ ONLARIN NORMALARI.
Əməyin təhlükəsizliyinin standartlar sisteminin (ƏTSS). DÜİST 12.0.003-74 (94)-ə müvafiq olaraq istehsalat proseslərində yaranan zərərli və təhlükəli amillər insan orqanizminə təsirinə görə 4 qrupa bölünürlər:
1. Fiziki amillər: – Bura maşın və mexanizmaların mühafizə olunmayan hərəkət hissələri işçi zonadakı hava, yüksək tozluluq, qazlılıq, yüksək və aşağı temperatur, səs-küy və titrəyiş, ionlaşdırıcı elektromaqnit süaları, müxtəlif xarakterli işıqlanmaların yüksək və aşağı səviyyədə olması və s.
2. Kimyəvi amillər: – Belə zərərli istehsalat amillərinə aşağıdakıları göstərmək olar: ümumi toksikilik, dağıdıcı, mutagen (toxmaların çoxalmasına mənfi təsir edir) və s. kimyəvi qrupdan olan zərərli istehsalat amilləri (tənəfüz yollarına, dəri örtüyünə və s.) təsir göstərir.
3. Bioloji amillər: – Bioloji zərərli istehsalat amillərinə bakteriyalar, viruslar, göbələk törədici bakteriyalar, bitki və heyvanların bəziləri (xəstəliklərinə görə).
4. Psixofizoloji amillər: – Bu qrupa aid olan zərərli istehsalat amilləri fiziki və əsəbi yüklənmədən ibarət olmaqla insan orqanizminə təsir göstərir. İnsanın əsəbi yüklənməsinə zehni əmək gərginliyini, əməyin monotonluğunu və s. göstərmək olar. İstehsalat şəraitində təsiredici kimi kompleks zərərli və təhlükəli istehsalat amilləridə mövcuddur. Bunlardan ən çoxu işləyənlərin peşəsinin xüsusiyyəti ilə əlaqədardır. İstehsalat proseslərində yaranan zərərli amillər peşə zərərləri, peşə xəstəlikləri, yaxud peşə zəhərlənmələri yaradır. İstehsalat şəraitində növbə ərzində yaranan peşə zəhərlənməsi əmələ gəlirsə bu kəskin zəhərlənmə sayılır.
İstehsalatın bəzi sahələrində işlədikdə (rənglərlə, lakla, skibidarla və s) sanitariya-gigiyena qaydalarına riayət olunmadıqda dəridə xroniki xəstəliklər əmələ gəlməklə ekzema yaranır.
İnsan orqanizminə ümumi və yerli titrəyişin təsiri nəticəsində müvafiq xəstəliklər, səs tellərinin müntəzəm olaraq gərginləşməsi nəticəsində xroniki laringit boğaz xəstəliyi yaranır (müəllimlər, xanəndələr və s).
İşyerlərində faktiki zərərli və təhlükəli amillərin səviyyəsini müxtəlif cihazların köməyi ilə müəyyən etmək olar. Belə cihazlardan səs ölçən (şumomer), vibroqraf, termometr, anemometr, qazanalizator, lyuksmetr və s. göstərmək olar. Zərərli və təhlükəli istehsalat amillərinin buraxılabilən qiyməti (səviyyəsi) qüvvədə olan SN-245-71 və normativ sənədlərdə göstərilmişdir.
Misal üçün: – Bina daxilində işçilər üçün havanın temperaturu yüngül işlərdə 18-21 0 S ağır işlərdə 14-16 0 S, nisbi nəmlik 40-60%, təbii havanın hərəkət sürəti 0,1-0,3 m/san, hər bir işçiyə ən azı 4,5 m 2 iş sahəsi və 15 m 3 işçi həcmi olmalıdır.
İstehsalat binalarının hündürlüyü ən azı 3m olmaqla, emalatxanalarda dəzgahlar arası ən azı 1m, dəzgahla divar arası məsafə 0,5m, səs-küyün ton yüksəkliyi ən çox 80-85db, elektrik cihazlarının gövdəsinin müdafiə torpaqlama konturunun müqaviməti 10 Om-dan çox olmamalıdır. İstehsalat binalarında ümumi halda işıqlanma 75-150 lk olmalıdır.
Yuxarıda qeyd olunan sanitariya normalarında buraxılabilən qiymətlərə uyğun təşkil olunmuş iş yerlərində işçilərə zərərli və təhlükəli istehsalat amilləri pis təsir göstərmir, belə iş yerləri insan həyatı üçün normal hesab edilir.
PSİXOLOJİ AMİLLƏR, ONLARIN BAŞ VERMƏ QANUNAUYĞUNLUĞU VƏ BƏDBƏXT HADİSƏLƏRİN QARŞISININ ALINMASI.
İşçilərin bədbəxt hadisəyə məruz qalma təhlükəsini gücləndirən amilləri iki qrupa bölmək olar:
1) İşçilərin təhlükəyə məruz qalmasını daim artıran ehtimallar.
2) İşçilərin təhlükəyə məruz qalmasını müvəqqəti artıran ehtimallar.
Birinci qrupa aiddir:
Xəstəlik və ya ona yaxın vəziyyətdə olan adamların əsəb sistemində və ya başqa orqanlarında daimi baş verən funksional dəyişikliklər. Bunlardan bəzi dəyanətli patoloji dəyişiklikləri göstərmək olar ki, bunlar tam əmək fəaliyyətsizliyi yaratmır, ancaq insanın özünü aparmasına təsir edərək onun təhlükəyə məruz qalma ehtimalını artırır.
İşçinin bədbəxt hadisəyə məruz qalması, ali əsəb sisteminin -yuxarı şöbələrinin hərəkət verici mərkəzləri arasında rabitənin pozulması ilə baş verir.
Belə pozuntular nəticəsində insan onun hissiyat orqanları tərəfindən qəbul edilən təsirlərə lazımi tezlik və dəqiqliklə reaksiya verə bilmir başqa sözlə əksər bədbəxt hadisələrin baş verməsində funksional pozuntular əsas rol oynayır.
Hərəkətin uyğunlaşdırılmasında, uzlaşdırılmasındakı qüsurlar.
Hər hansı hərəkəti yerinə yetirən əzələlər beyinin müxtəlif hərəkətverici mərkəzlərindən idarə olunur. Bir çox adamlarda bu mərkəzlərin fəaliyyəti kifayət qədər uyğunlaşdırılmamış gedir, nəticədə mürəkkəb kombinə edilmiş hərəkətlərdən ibarət olan əməliyyatları yerinə yetirərkən işçidə bəzi uyğunsuzluqlar müşahidə olunur; vaxtaşırı işçi (fəhlə) özünü itirir, bəzi hərəkətləri arada buraxır. Belə hallarda hərəkətin uyğunsuzluğu diqqətdə olan qüsurlarla düz gəlir.
Uzlaşdırılmamış (kordinasiya) hərəkətlərə yol verən işçiləri –
bədbəxt hadisələrin etimalı olan işlərdə işləməsi məqsədə uyğun deyildir, müəyyən hallarda həmin işçiləri başqa işə keçirirlər.
Yüngülxasiyyət öz hərəkətinə laqeyid, hadisələrə üzdən mühakimə yürüdən, yaddaş zəif olduqda işdə səhvlərə yol verilir.
Belə işçilərin təhlükəsizliyi üçün xüsusi nəzarət olmaqla onların müdafiəsi olaraq qabiliyyətdən dəqiq və tez təsirdən asılı olan işlərə göndərmək olmaz.
İŞİNƏ QEYRİ-QƏNAƏTBƏXŞ MEYİLİ OLANLAR.
İnasan hansı ki, işinə maraqlı deyildir, öz işindən ləzzət almır, müxtəlif hərəkət və işlərin qəbuluna psixoloji cəhətdən qabiliyyətli deyildir, onun özünü aparması göstərir ki, o, işə inamsızdır, diqqətliliyi müəyyən məsafədəndir.
Təhlükəsizlik nöqteyi nəzərincə insan gərək öz marağına və qabiliyyətinə uyğun iş seçsin.
Digər tərəfdən kollektivdə yaradıcı iş əhval ruhiyyəsi olmalıdır ki, digərinin fəaliyyətinə mənfi təsir göstərməyə.
İkinci qruppa: – Əmək fəaliyyətinin müəyyən dövründə yaranır, yaxud insanın davranışında qısa müddətdə təsir edir bu bir neçə saat və ya dəqiqə davam edir.
a) Təcrübəsizlik: iş yerində işçinin bütün hərəkətlərinə təsir edir; işin tempinə, ritminə və intensivliyinə mane olur. Təcrübəsiz işçi işdə müəyyən dayanmalar və maneələr çıxdıqda tez qərar çıxara bilmir, tez yorulur və işin təhlükəsizliyini artırır, təhlükə hər dəqiqə yarana bilir.
Elmi əsasıarla ixtisasın artırılması əmək məhsuldarlığını eyni zamanda işin təhlükəsizliyi ehtimalını artırır.
Ehtiyatsızlıq: – adi bir səhv bədbəxt hadisə ilə nəticələnir. Bunun qarşısını almaq üçün ixtisaslı baxım və düşüncəli intizam yaradılmalıdır. (Dəmir qayda).
Yorğunluq: – orqanizmada müxtəlif qüsurlardan baş verir. Bədəndə patoloji dəyişiklərdən yaranır. Yorğunluqdan qaçmaq üçün istirahət etmək müalicəyə getmək və yaxud başqa işə keçmək olar.
İş zamanı yorğunluq təkcə zəif adamlarda olmur, belə hallar normal insanlarda da baş verir. Bu yorğunluq mürəkkəb fizoloji proseslərdə baş verir.
- Yüngül işlər I kateqoriya belə işlərin yerinə yetirilməsində
- Orta ağırlıqda olan işlər: (II kateqoriya) belə işlərin yerinə
- Ağır işlər (III kateqoriya) belə işlərin yerinə yetirilməsinə 293-528C/san fiziki enerji tələb olunan, əsəb sisteminin hissiyat orqanlarının daha çox gərginliyinə səbəb olur. (Krançıların, sürücülərin və s. işi).
İşlər kateqoriyadan başqa işin zərərli, təhlükəli, əsəbi gərginliyi, onların yerinə yetirilmə vəziyyəti, intensivliyi, monotonluğu, müxtəlif əməliyyatlar və s.-ə görədə müəyyən qruplara bölmək olar.
Əlverişsiz istehsalat mühiti şəraitində ki, müntəzəm işlər zərərli sayılır.
Məs: Qüvvətli küləkdə aşağı və yüksək temperaturda, havanın çox nəmliliyində, qazla və tozla çirklənmədə, radioaktiv şüalanma yüksək və daha yüksək tezlikli enerji şəraitində və s. görülən işlər. Əmək prosesi fəaliyyətində orqanizm üçün qanuna uyğun fizoloji proses kimi yorulma baş verir, İ.P.Pavlovun fikirincə demək olar ki, əsas yorulma mərkəzi əsəb sisteminin həddən artıq gərgin işlənməsindən asılıdır.
İstehsalat proseslərində əməyin təhlükəsizliyi tələblərinə əməl edilməməsi ilə əlaqədar olaraq insan gözlənilmədən (qəflətən) iş qabiliyyətini itirmə halları yaranır (sümük qırılması, müxtəlif dərəcədə bədən xəsarəti, elektrik cərəyanından zərər çəkmə və s.) orqanizmin belə zərər çəkməsi istehsalat zərər çəkmələri adlanır. (İstehsalat travması).
Zərərli istehsalat şəraitinin təsiri altında insanın sağlamlığı tədricən zəifləyir (eşitmə və görmənin azalması, titrəyiş və səs–küylə yaranan xəstəliklər, əsəbi işlərin yaratdığı xəstəliklər və s).
Bunun nəticəsində insanın hissə-hissə yaxud tam iş qabiliyyətinin itirilməsi halları yaranır. Orqanizmin belə zərərçəkmələri peşə xəstəlikləri adlanır.
Müasir elmdə zərərli və təhlükəli istehsalat amilləri yüksək səviyyədə hərtərəfli öyrənilir, istehsala buraxılan texnikada sağlam və təhlükəsiz əmək şəraitinin təmin etmək üçün müvafiq mühafizə vasitələri nəzərdə tutulur.
Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasının əsas yolları.
DÜİST-12.3.001-75 (95)
Müasir istehsalat sahələri öz mürəkkəbliyinə və genişliyinə görə fərqlənirlər.
Bu təsərrüfatlarda əsas iş aparıcı:-gərgin iş rejiminə malik olan, istehsalat nəzəriyyəsini yaxşı bilən, mürəkkəb vəziyyətlərdən tez baş çıxarmağı və düzgün qərar çıxarmağı bacaran-operatordur (İnsandır).
İnsan və əməyin belə mürəkkəb spesifik qarşılıqlı əlaqəsi sxemdə göstərilmişdir.
Əməyə münasibət, onun əsaslandırılması
İnsan
İxtisas dərəcəsi, təhsili, təcrübəsi
Obyektiv iş şəraiti
Psixoloji xüsusiyyəti, bacarığı
Əməyin ətraf mühitə əks təsiri
Əməyin xüsusiyyətləri etibarlılıq
Əməyə tələbat onun mürəkkəbliyi
Əmək- İnsan-mühit sistemi: təhsili, təcrübəsi, əməyə münasibəti, əməyin xüsusiyyətləri, etibarlılığı ilə təyin olunur.
“Əməyə yararlılıq” kriteriyaları (əlamətləri) obyektiv iş şəraiti, əməyə ətraf mühitin əks təsiri, əməyə tələbat və onun mürəkkəbliyi ilə təyin olunur.
İşçilərə təhlükəli və zərəli istehsalat amillərinin təsiri olmayan əmək şəraiti yaradılmasına əmək təhlükəsizliyi deyilir.
İstehsalatda təsir edici faktorlar olduqda insan zədələnir.
Eyni zamanda operatorun iş prosesi mürəkkəb ətraf mühit şəraitində gedir.
Belə istehsalat mühiti, təşkilatı, texniki, sanitar-gigiyenik, bioloji əlamətlər və mikroiqlimlə xarakterizə olunur.
Bütün bu əlamətlərin işçilərə təsiri olduqca böyükdür: belə ki, bunların qiymətləri buraxılabilən normalardan az və ya çox olduqda insan orqanizmində müxtəlif əsaslı dəyişikliklər əmələ gətirir ki, buda bədbəxt hadisə və ya xəstələnmələrlə nəticələnir.
Sağlam və təhlükəsiz əmək şəraiti yaratmağın əsas yolları uyğun DÜİST-lərdə, maşınqayırmanın, texnologiyanın, biologiyanın və iqtisadiyyatın ən yeni nailiyyətlərinə əsaslanmışdır.
İSTEHSALAT TRAVMATİZMİN VƏ PEŞƏ XƏSTƏLİKLƏRİNİN PROQNOZLAŞDIRILMASI VƏ PROFİLAKTİKASININ
ƏSASLARI.
İstehsalatda insanın əməyi fiziki və zehni əməyə bölünür. Hər bir fiziki işdə zehni əməyin elementləri, zehni işdə isə fiziki əməyin elementləri iştirak edir.
Əmək məhsuldarlığının artırılması tələb edir ki, işçi az əzələ enerjisini sərf etməklə çox iş görsün əzələ enerjisindən səmərəli istifadə etmək üçün aşağıdakı qaydaya riayət etmək lazımdır: hər hansı işi gördükdə iştirak edən əzələlərin işi mexaniki işin miqdarı ilə mütənasib olmalıdır; Hərəkətlər həm simetrik olmalı, həmdə hər iki əks səmtə yönəlməlidir; hər iki əl eyni zamanda işə başlamalı və eyni zamanda işi qurtarmalıdır.
Zehni işlə əlaqədar yorulma bir neçə amillərdən, ən əvvəl əsəb sisteminin gərginliyindən əmələ gəlir ki, onun nəticəsində insanın psixoloji vəziyyəti, hafizəsi, müşahidə, görmə, eşitmə, məntiqli mülahizə etmə və düzgün qərar çıxarma qabiliyyəti nizamalnır.
Hər iki növ işin (fiziki və zehni işin) xarakterini bilmək layihələndirici və quraşdırıcı mühəndisə imkan yaradır ki, onlar texnoloji xəritələri layihələndirən zaman və yeni texnika yaradarkən işçi yerlərini işləyib-hazırlamağa elmi sürətdə yanaşsınlar.
Hazır ki, vəziyyətdə istər sənayedə istərsədə kənd təsərüfatının bütün sahələrində kompleks mexanikləşdirmə və istehsalat proseslərini elmi əsaslarla elə təşkil etmək lazımdır ki, bir tərəfdən istehsalatın effektivliyinin artırılmasına nail olunsun, digər tərəfdən isə yorulma vaxtı uzaldılsın (geniş olsun), yüklənmə azaldılsın, insan öz əməyindən müəyyən qədər həzz alsın.
İstehsalat proseslərində insanı əhatə edən bütün material elementləri yığımına istehsalat mühiti deyilir. Bu mühit üç yerə bölünür (üç sferaya):
BİRİNCİ SFERA: – iş yeri adlanır (maşın-traktor aqreqatı, heyvan və quşlara qulluq edilən sahə, dəzgah və onun ətrafı.)
İKİNCİ SFERA: – iş binası.
ÜÇÜNCÜ SFERA:–bütün məişət, köməkçi binalar və müəssisə ərazisi.
Texniki və əmək mədəniyyəti eləmentləri ümumiyyətlə istehsalat mədəniyyətini bütövlükdə yüksəltmək üçün işlər kompleksini təşkil edir. İş yerini təkminləşdirən zaman nəzərə almaq lazımdır ki, işçi bütün günü diqqətini işə cəlb etməlidir, başqa əşyalar (istehsalat funksiyası daşımayan əşyalar) onun iş yerində olmamalıdır. İşçinin ətrafındakı bütün əşyalar onun səmərəli işləməsinə kömək etməlidir.
İcrasına görə daha səmərəli tərkibə malik olan və ardıcıl iş üsulu təyin etmək lazımdır.
Bütün yuxarıda qeyd olunan tədbirlər iş yerində yüksək məhsuldarlıqlı iş prosesinin həyata keçirilməsini təmin etməlidir.
Vaxtlı-vaxtında xəstəliklərin qarşısını almaq üçün işçilər müntəzəm olaraq tibbi müayyinədən keçməlidirlər və xüsusi geyimdən istifadə etməlidirlər.
TRAVMATİZMİN VƏ PEŞƏ XƏSTƏLİKLƏRİNİN PROFİLAKTİKASININ
SOSİAL-İQTİSADİ ƏHƏMİYYƏTİ.
K/t-ı müəssisələrində əmək şəraitinin yaxşılaşdırılması üçün böyük işlər görülür. Əmək mühafizəsi üzrə tədbirlərin tətbiqi nəticəsində hər bir işçinin orta illik məhsuldarlığı artır, sosial sığortalanmaya çəkilən xərclərə qənaət olunur və əmək itgisi azalır.
Təsərrüfatlarda travmalar və xəstəliklərlə əlaqədar itkilərin cəmi aşağıdakı düsturla təyin edilir:
burada Πc – travma və xəstəliklərlə əlaqədar itkilərin cəmi: man.
– travmalarla əlaqədar itkilərin cəmi: man.
– xəstəliklərlə əlaqədar itkilərin cəmi: man.
Hər bir travma nəticəsində itkilərin tam cəmi Πtı– aşağıdakı düsturla hesablanır.
Пti = Са + Ск + Сзп + Сн + Сб + Срас + Соб + Сп ;
Ca – ambulatoriya müalicəsinin qiyməti, man;
Ск – kliniki müalicənin qiyməti, man;
Сзп – müalicə dövründə qazanılmamış əmək haqqı, man;
Сн – bülleteinlə alınan puldan tutulmayan verginin, miqdarı.
Сб – bülleteinlə işçiyə verilən pul, man;
Соб – hadisə nəticəsində xarab olmuş avadanlığın qiyməti və ya onun təmirinə çəkilən xərc, man;
Сп – travma (zərərçəkmə) nəticəsində alınmayan məhsulun ümumi dəyəri, man.
Bir dəfə xəstələnmə nəticəsində (pis iş şəraitinə görə) itgilərin cəmi aşağıdakı kimi hesablanır.
Пxi = Са + Ск + Сзп +. + Сп : man
Yuxarıda qeyd olunan itgilərin ən böyüyü işçinin travma alması və ya xəstələnməsi nəticəsində onun verə bilmədiyi val şəkilində məhsulun qiymətidir: – Cn -dir.
İş şəraitinin pisliyi nəticəsində baş vermiş zədələnmələrdən və xəstələnmələrdən əmələ gələn itgilərin hesabatı aparılır, nəticəsi analiz edildikdən sonra bu analizin nəticəsi nəzərə alınmaqla əmək mühafizəsi üzrə tədbirlər planı işlənib hazırlanır.
Bundan sonra işlənib-hazırlanmış tədbirlər həyata keçirilir, nəhayət ən azı bir il yeni həm yaxşılaşdırılmış, həm də təhlükəsizləşdirilmiş iş şəraitində işlədikdən sonra əmək mühafizəsi üzrə tədbirlərin iqtisadi səmərəliliyinin hesabatı aparılır.
Ümumi qənaət Эо aşağıdakı düsturla təyin edilir.
Эо = Пс1 – Псı ; man.
burada Пс1 – tədbirlərdən əvvəl travma və xəstələnmələrdən baş verən itki, man.
Псı – əmək mühafizəsi tədbirləri həyata keçirildikdən sonra travma və xəstələnmələr nəticəsində itgilər; man.
Təhlükəsiz iş şəraitinin tətbiqinin səmərəliliyinin hesabatının nəticələri və travmatizmin, xəstələnmələrin iqtisadi nəticələri hər il mütəxəssislərlə müzakirə olunmalı, nəticədə buraxılan nöqsanlar aradan qaldırılmalı və gələcəkdə əmək mühafizəsi tədbirlərini daha səmərəli planlaşdırmağa zəmin yaradılmalıdır.
- Erqonomika elmi nəyi öyrədir?
- DÜİST 12.0.003-74(34)-ə müvafiq olaraq zərərli və təhlükəli amillər insan orqanizminə təsirinə görə neçə qrupa bölünürlər?
- SN-245-71-ə müvafiq olaraq yüngül işlərdə mikroiqlim parametrləri necə olmalıdır?
- İşçilərin bədbəxt hadisələrə məruz qalma təhlükəsini gücləndirən amillər neçə qrupa bölünür?
- Fiziki əmək sərfinə görə görülən işlər neçə kateqoriyaya bölünürlər?
- Görülən işlərin kateqoriyasından asılı olmayaraq orqanizmmin oksigenə tələbatı?
- Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması hansı DÜİST-lə tənzimlənir?
- İstehsalat proseslərində insanı əhatə edən mühit neçə sferaya bölünür?
- Travmatizm və peşə xəstəliklərinin profilaktikasında ən böyük itki hansıdır?
MÜHAZİRƏ 3.
ƏMƏK MÜHAFİZƏSİNİN HÜQUQİ VƏ TƏŞKİLATI
MƏSƏLƏLƏRİ.
P L A N:
1. Əmək mühafizəsi sahəsində normativ hüquqi aktlar sistemi.
2. Əmək mühafizəsi sahəsində qanunvericilik aktlarının əsasları.
3. Konstitusiya, Əmək Məcəlləsi.
4. Əməyin Təhlükəsizliyinin standartlar sistemi.
5. Sahə standartları və ona müvafiq normativ sənədlər.
6. İş və istirahət vaxtı.
1) Əmək mühafizəsinin hüquqi və təşkilatı məsələləri:
Əmək mühafizəsinin hüquqi əsasları dedikdə qüvvədə olan qanunvericilik sistemi başa düşülür. Qanunvericilik sisteminə əsasən aşağıdakılar daxildir:
a) Azərbaycan Respublikasının Konstitusiyası:
Əmək hüquqlarının əsas prinsiplərini təsbit edən qanun aktı Konstitusiyadır:
Konstitusiyanın 35, 37, 38, 39, 41-ci maddələri uyğun olaraq hər bir vətəndaşın əmək hüququ, istirahət hüququ, sosial təminat hüququ, sağlam ətraf mühitdə yaşamaq hüququ, sağlamlığın qorunması hüququ vardır. 12 noyabr 1995-ci ildə tarixdə qəbul edilmişdir. 24 avqust 2002-ci il 18 mart 2009-cu və 26 sentyabr 2016 –ci il tarixlərdə əlavə və dəyişiklər edilmişdir.
Azərbaycan Respublikasının Konstitusiyası ən yüksək hüquqi qüvvəyə malik olan respublikamızın qanunvericilik sisteminin əsasıdır.
Başqa qanunlar və dövlət orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyası əsasında və ona uyğun olaraq qəbul edilir. Konstitusiyanın 35-ci maddəsində deyilir:
Əmək fərdi və ictimai rifahın əsasıdır: Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst sürətdə özünə fəaliyyət növü, peşə və iş yeri seçmək hüququ vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqından az olmayaraq haqq almaq hüququ vardır.
Yuxarıda qeyd edildiyi kimi, istirahət hüququ 37-ci maddədə, sosial təminat hüququ 38-ci maddədə, sağlam ətraf mühitində yaşamaq hüuqu 39-cu maddədə, sağlamlığın qorunması 41-ci maddədə verilmişdir.
Konstitusiyadan sonra əmək hüququnun mənbələri içərisində başlıca yeri Azərbaycan Respublikasının Əmək Məcəlləsi tutur.
Azərbaycan Respublikasının milli məclisi tərəfindən 1 fevral 1999-cu il tarixdə qəbul edilmiş, 1 iyul 1999-cu il tarixdən qüvvədədir.
Əmək Məcəlləsi əsasən XIII bölmədən 48 fəsildən və 317-i maddədən ibarətdir.
Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Respublika Nazirlər Kabinetinin fərman və sərəncamları. Azərbaycan Respublikasının Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin normativ aktları, Nazirliklərin baş idarələrin və komitələrin normativ aktları, yerli icra hakimiyyətləri və bələdiyyə orqanlarının normativ aktları da əmək hüququnun mənbəyi olub qanunvericilik sistemini təşkil edir.
Əmək müqaviləsi: – İşçi ilə işə götürən müəssisə arasında bağlanan kontrakdır. Əmək məcəlləsinin 9-cu maddəsində Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları (20 bəndən ibarətdir), 10-cu maddədə əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri (7-bəndən), 11-ci maddədə işə götürənin əsas hüquqları (11 bənddən), 12-ci maddədə işə götürənin əsas vəzifələri və məsuliyyəti müəyyənləşdirilmişdir (9-bənddən ibarətdir).
Kollektiv müqavilə: – Əmək məcəlləsinin 29-cu maddəsinə görə kollektiv müqavilənin bir tərəfi işə götürən, digər tərəfi həmkarlar ittifaqı təşkilatıdır yaxud (kollektivdir). 31-ci maddə müqavilənin məzmunu (22 bənddən), 32-ci maddədə müqavilənin qüvvəsi nəzərdə tutulur (7 bənddir).
ƏMƏYİN TƏHLÜKƏSİZLİYİNİN STANDARTLAR
SİSTEMİ (ƏTSS)
Norma və qaydalar içərisində əməyin təhlükəsizliyi üzrə standartlar sisteminin (ƏTSS) öz mövqeyi vardır. Standartlar sistemi təhlükəsiz əmək şəraitinin təmin edilməsi istiqamətində olmaqla Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi, Respublika Həmkarlar İttifaqı konfederasiyası tərəfindən hazırlanır və tələbatı ödəyən normativ texniki sənədlər yaradılır.
ƏTSS-nin məqsədi: – Zərərli və təhlükəli istehsalat amillərinə görə ümumi tələbatı, istehsalat proseslərinə və istehsalat avadanlıqlarına görə ümumi təhlükəsizlik texnikası tələbatını, habelə əmək təhlükəsizliyi üçün fərdi mühafizə vasitələrinə tələbatı və s. müəyyən etməkdir. ƏTSS 1974-cü ildə yaradılmışdır.
Dövlət standartları (DÜİST) ilə yanaşı, bunun əsasında vahid formada sahə standartları (SST), respublika standartları (RST), müəssisə standartı (MST) və ya yerli standartlar (YST) sistemi də vardır.
Mövcud olan bütün əmək təhlükəsizliyi üzrə standartlar sistemi qruplaşdırılmasına görə altı əsas qrupa bölünür: 0; 1; 2; 3; 4 və 5. İşarə olunma təsnifatı DÜİST 12.0.001-82-də göstərilmişdir.
- Əsas götürülən dövlət standartlarına (buna metodiki-təşkilatı
- “Birinci qrup”. Təhlükəli və zərərli istehsalat amillərinin
- “İkinci qrup”. Istehsalat avadanlıqlarına verilən təhlükəsizlik
ƏTSS DÜİST 12.2.003-74 istehsalat avadanlıqlarına ümumi təhlükəsizlik tələbləri; DÜİST 12.2.019-86 k/t-ı özüyeriyən maşının və traktorlara ümumi tələbat;
- “Üçüncü qrup” – İstehsalat proseslərinə verilən ümumi
ƏTSS DÜİST 12.3.002-75 istehsalat proseslərinə ümumi tələblər; DÜİST 12.3.010-82, DÜİST 12.3.020-80 yükləmə-boşaltma işlərinə, ümumi təhlükəsizlik tələbləri.
- “Dördüncü qrup”. İşçilərin mühafizə vasitələrinə verilən
- “Beşinci qrup” Bu qrup standartlar yeni qəbul edilib. Bina
ƏTSS SST-46.0.141-83-K/t-da istehsalat proseslərinə ümumi təhlükəsizlik tələbləri.
SST-46.1.110-81 məhsul yığımından sonra torpağın hazırlanmasında təhlükəsizlik tədbirləri.
SST- 46.3.108-81-dənli bitkilərin və torpağın becərilməsində təhlükəsizlik tədbirləri.
SST-46.3.150-84 kənd təsərrüfatında yükləmə-boşaltma işlərində və ağır yüklərin daşınmasına ümumi tələbat
Əmək intizamı və istirahət.
Əmək intizamı və istirahət proseslərinin düzgün təkrar etdirilməməsi istehsalat travmalarının əsas və vacib məsələlərindən biridir. (Şəkil 1). Əmək Məcəlləsi Maddə 89-103.
İş vaxtı saat
I və IV işqabiliyyətinin artımı; II və V dayanaqlı iş qabiliyyəti.
III və VI iş qabiliyyətinin azalması.
İnsanın işləmək qabiliyyəti onun hissiyatlarından, müxtəlif zərərli və təhlükəli istehsalat faktorlarından, uzun müddət fasiləsiz işləməsindən asılıdır.
Əgər insan fasiləsiz olaraq işləyirsə onun işlədiyi iş dövründəki fiziki yorğunluq ona psixoloji yorğunluq gətirir. Eyni zamanda əgər işçi uzun müddət müxtəlif məsələləri həll edir və yaxud çoxlu cihazların göstəricilərini izləyirsə belə psixoloji yüklənmə fiziki yüklənməyə səbəb ola bilər.
Hədsiz dərəcədə zərərli istehsalat faktorları da psixoloji yorğunluğu sürətləndirir, insanın səhv etmə ehtimalını artırır, bunun nəticəsi travmaların baş vermə ehtimalını və yaxud qəzaların sayını artırır.
Göstərilənləri nəzərə alaraq rəhbərlik ciddi olaraq əmək intizamı və istirahətə Əmək məcəlləsində, təsdiq edilən maddələrə uyğun olaraq riayət etməlidir:
Maddə 90: – Bir qayda olaraq iki istirahət günü olan beş günlük iş həftəsi müəyyən edilir.
İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanı həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi müəyyən edə bilər.
Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan 36 saat olduqda iş vaxtının müddəti 6 saatdan və həftəlik norma 24 saat olduqda gündəlik iş müddəti 4 saatdan çox ola bilməz.
Maddə 91: – Qısaldılmış iş vaxtı:- İşçilərin ayrı-ayrı kateqoriyalarına, onların yaşı, səhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq bu məcəllə ilə və müvafiq normativ hüquqi aktlarla, habelə əmək müqaviləsinin şərtləri ilə qısaldılmış iş vaxtı müəyyən edilə bilər. Qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və 1-ci, 2-ci qrup əlil olan işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar üçün 36 saatdan artıq olmamalıdır.
Maddə 92: – Əmək şəraiti zərərli olan işçilər üçün iş vaxtının qısaldılmış müddəti: Bura aiddir: fiziki, kimyəvi, bioloji və habelə insanların sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri. İş norması həftəlik 36 saatdan çox olmayan vaxt müəyyən edilir. Həmin istehsalat sahələrində çalışanların peşə və vəzifələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Maddə 93: – Xüsusi xarekterli işlərdə çalışan işçilərin qısaldılmış iş vaxtı.
Yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, insanın səhhətinə mənfi təsir göstərən digər amillər (həkimlərə, müəllimlərə, elektrotexniki quruğularda və cihazlarla işləyənlərə və s. aiddir) həftə ərzində 36 saatdan çox olmamaq şərtilə qısaldılmış iş vaxtı müəyyən edilir.
Maddə 95: – İş vaxtının rejimi qaydaları: – gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sanədləri və onların tərtibi, bir növbədən digərinə köçürülmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəz günün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir.
Maddə 97: -Gecə vaxtı işin müddəti saat 22-00-dan səhər saat 6-00-dək olan müddət gecə vaxtı sayılır. Əgər işçinin gündəlik iş vaxtının ən azı yarısı gecə vaxtına düşərsə, onda həmin iş vaxtının gecə vaxtına düşən hissəsi bir saat qısaldılır.
Maddə 98:-Gecə vaxtı görülən işlərə hamilə və üç yaşınadək uşağı olan qadınların, yaşı on səkkizdən az olan işçilərin cəlb edilməsinə yol verilmir. Əlil işçilər gecə vaxtı görülən işlərə yalnız onların yazılı razılığı ilə və müvafiq icra hakimiyyəti orqanlarının rəyi nəzərə alınmaqla cəlb edilə bilərlər.
Maddə 99: İş vaxtından artıq iş, işəgötürənin əmri (sərəncamı) və işçinin razılığı ilə əmək funkisiyası müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirilməsi sayılır.
Təbii fəlakətin istehsalat qəzasının və digər fövqəladə hadisələrin qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması, habelə tez korlanan malların itkisinin qarşısını almaq məqsədi ilə bu məcəllə ilə müəyyən edilərək verilir. Qaydalara əməl olunmaqla işçilərin iş vaxtından artıq işlərə cəlb edilməsinə yol verilmir.
Xüsusilə ağır və zərərli sahələrdə işləyən işçilərin və bu məcəllədə nəzərdə tutulmuş digər hallarda iş vaxtından artıq işə cəlb edilməsinə yol verilmir. Əmək şəraiti ağır və zərərli olan sahələrdə bütün iş günü (növbəsi) ərzində iş vaxtından artıq işlərin müddəti 2 saatdan çox ola bilməz.
İş vaxtından artıq işlərin görülməsinə cəlb olunmuş işçilər üçün işəgötürən bu məcəllənin “Əməyin mühafizəsi” bölməsində (IX bölmə maddə 207. 258) nəzərdə tutulmuş normalara uyğun istehsalat və sosial-məişət şəraiti yaratmalı,əməyin təhlükəsizliyini təmin etməlidir.
Hər bir işçi dalbadal gələn iki iş günü ərzində dörd saatdan, əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə iki saatdan çox iş vaxtından artıq işlərə cəlb edilə bilməz.
Maddə 101: – İş vaxtından artıq işlərə yol verilən müstəsna hallar qeyd edilmişdir.
V BÖLMƏ
İSTİRAHƏT VAXTI VƏ İŞÇİLƏRIN MƏZUNİYYƏT HÜQUQLARI.
On beşinci fəsil
Maddə 103 -İstirahət və nahar üçün fasilə.
Maddə 104 –İstirahət günləri müəyyən edilmişdir.
Maddə 105- Bayram günləri:
1) Azərbaycan Respublikasının bayramları aşağıdakılardır (8 dekabr 2006-cı il tarixdən qanunla yeni redaksiyada):
Yeni il bayramı (yanvarın 1 və 2-si)
Qadınlar günü (martın 8-i)
Faşizm üzərində qələbə günü (mayın 9-u)
Respublika günü (mayın 28-i)
Azərbaycan xalqının Milli Qurtuluş günü (iyunun 15-i)
Azərbaycan Respublikasının Silahlı Qüvvələr günü (iyunun 26-sı)
Dövlət Müstəqilliyi günü iş günü (oktyabrın 18-i)
Konstitusiya günü iş günü (noyabrın 12-si)
Milli Dirçəliş günü iş günü (noyabrın 17-si)
Dünya azərbaycanlılarının Həmrəyliyi günü ( dekabrın 31-i)
Novruz bayramı – 5 gün.
Qurban bayramı – 2 gün.
Ramazan bayramı – 2 gün bayram edilir.
Bu günlərdə işçilərin işə cəlb olunmasına yalnız bu məcəllədə nəzərdə tutulmuş müstəsna hallarda yol verilə bilər.
Novruz, Ramazan və Qurban bayramının keçiriləcəyi günlər hər il yanvar ayının sonunadək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilib əhaliyə elan edilir.
Maddə 106 – Ümumxalq hüzn günü
Hər il yanvarın 20-si Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü-ümumxalq hüzn günüdür.
- əsas və əlavə məzuniyyətdən ibarət olan əmək məzuniyyəti.
- uşağına qulluq etmək üçün qadınların sosial məzuniyyəti.
- təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti.
- Ödənişsiz məzuniyyət.
Yaradıcılıq və təhsil məzuniyyəti Maddə 122. 124 göstərilmişdir.
Sosial məzuniyyətlər Maddə 125. 127
Ödənişsiz məzuniyyətlər Maddə 128. 130 xüsusi olaraq təsbit edilmişdir.
Sosial məzuniyyətlərdə istehsalatın xarakteri və başqa amillər xüsusi ilə nəzərə alınır.
Hamiləlik dövrü üçün ümumi halda 126 təqvim günü müəyyən edildiyi halda 56. 70 gün. K/t-da çalışan qadınlar üçün bu 140 təqvim günü müəyyən edilir. Adi halda çətin
- Əmək hüquqlarının əsas prinsiplərini təsbit edən qanun aktı
- Konstitusiyasının neçənci maddələri əmək mühafizəsi məsələlərini təsbit edir?
- Əmək müqaviləsi nədir?
- Kollektiv müqaviləkimlər tərəfindən bağlanır?
- ƏTSS-i neçənci ildə yaradılmışdır?
- Standartlar sistemi qruplaşdırılmasına görə neçə qrupa bölünürlər?
- Dövlət standartında 0,1,2,3,4 və 5 nəyi göstərir?
- Əmək intizamı və istirahət Əmək Məcəlləsinin hansı maddələri ilə tənzimlənir?
- Həftəlik iş norması maksimum necə saatdır?
- Qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün neçə saatdır?
- Əmək şəraiti zərərli olan işlər üçün iş vaxtının müddəti nə qədərdir?
- Gecə vaxtı işin müddəti necə hesablanır?
- Gecə vaxtı görülən işlərə kimlərin cəlb edilməsinə yol verilmir?
- İş vaxtından artıq işçilərin görülməsinə cəlb olunmuş işçilər dalbadal necə saat işləyə bilərlər (adi şəraitdə)?
- İş vaxtından artıq işlərə yol verilən müstəsna hallar Əmək Məcəlləsinin neçənci maddəsi ilə nizamlanır?
- İstirahət və nahar üçün fasilə Əmək Məcəlləsinin neçənci maddəsi ilə nizamlanır?
- İstirahət günləri Əmək Məcəlləsinin neçənci maddəsi ilə nizamlanır?
- İş günü hesab olunmayan bayram günləri Əmək Məcəlləsinin neçənci Maddəsi ilə təmzimlənir?
- Əmək Məcəlləsinin Maddə-112-yə əsasən neçə növ məzuniyyət vardır?
- Ödənişli təhsil məzuniyyətləri Əmək Məcəlləsinin neçənci maddəsi ilə nizamlanır?
- Təhsil məzuniyyətinin müddətləri Əmək Məcəlləsinin neçənci maddəsi ilə nizamlanır?
- Sosial məzuniyyətlər, hamiləliyə və doğuşa görə məzuniyyətlər Əmək Məcəlləsinin neçənci maddəsi ilə nizamlan
MÜHAZİRƏ 4.
ƏMƏK MÜHAFİZƏSİ tədbirlərinin PLANLAŞDIRILMASI, MALİYƏLƏŞDİRİLMƏSİ VƏ BƏDBƏXT HADİSƏLƏRİN
TƏHQİQ EDİLMƏSİ.
P L A N
- Əmək mühafizəsi tədbirlərinin planlaşdırılması və
2) İstehsalat zərərçəkmələri və peşə xəstəlikləri.
3) Bədbəxt hadisələrin baş vermə səbəbləri.
4) Bədbəxt hadisələrin təhqiq edilməsi və uçota alınması.
5) Hadisələrin öyrənilməsi üsulları.
6) Travmatizmin əsas göstəriciləri.
7) Təhlükəsiz iş üsullarının öyrənilməsi və təbliği.
8) Əmək mühafizəsi sahəsində nəzarət sistemləri.
ƏMƏYİN MÜHAFİZƏSİ TƏDBİRLƏRİNİN
PLANLAŞDIRILMASI
Müəssisələrdə sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsi Əmək Məcəlləsinin 222-ci maddəsində nəzərdə tutulmuşdur.
Həmin maddənin 2-ci hissəsinə görə işəgötürən əmək şəraitinin yaxşılaşdırılmasına, əməyin mühafizəsinin təmin edilməsinə və işçilərin sağlamlığının qorunmasına yönəldilmiş perspektiv və illik tədbirlər planı hazırlayır və həyata keçirir.
a) əmək şəraitinin və istehsalat proseslərinin səmərələşdiril-məsinin perispektiv planı.
b) təhlükəsizlik texnikası və istehsalat sanitariyasının səmərələş-dirilməsinin illik planı.
c) sanitariya-sağlamlıq tədbirlərinin kompleks planı.
ƏMƏYİN MÜHAFİZƏSİ TƏDBİRLƏRİNİN
MALİYƏLƏŞDİRİLMƏSİ.
Əmək Məcəlləsinin 220-ci maddəsində əməyin mühafizəsi tədbirlərinin maliyələşdirilməsi nəzərdə tutulmuşdur.
Məqsəd və təyinatından asılı olmayaraq əməyin mühafizəsi dövlət büdcəsindən və müəssisənin gəliri hesabına maliyyələşdirilir.
Əmək mübahisələrinin anlayışı və növləri
Əmək mübahisələrinin əsasında işçinin və işəgötürənin mənafeləri arasındakı obyektiv ziddiyyətin durduğu əmək münasibətinin təbiətinə xas olan təzahür kimi nəzərdən keçirmək lazımdır. Bu ziddiyyətlər onların sosial-iqtisadi vəziyyətinin müxtəlifliyi ilə şərtlənir və əmək fəaliyyəti prosesində yaranan fikir ayrılıqlarında təzahür edir.
Əmək fəaliyyətinin həyata keçirilməsi prosesində işçilərin və işəgötürənlərin mənafelərinin üst-üstə düşməməsi, bəzən isə əvvəldə qeyd edildiyi kimi onların bir-birinə zidd olması çox vaxt onlar arasında münaqişələrin yaranmasına gətirib çıxarır.Belə münaqişələr işçilərlə işəgötürənlər arasında bilavasitə danışıqlar yolu ilə tənzimlənmədikdə həm ayrıca bir işçinin, həm də bütün əmək kollektivinin mənafeləri ilə bağlı olan əmək mübahisələrinə çevrilir. Əmək fəaliyyətinin həyata keçirilməsi prosesində yaranan münaqişələr həm təşkilat üçün, həm də bütövlükdə cəmiyyət üçün mənfi nəticələr doğurmağa qabildir.
Çox vaxt, bir qayda olaraq əmək mübahisələrinin yaranmasından əvvəl əmək sahəsində əmək hüquq pozuntuları baş verir və bu hüquq pozuntuları mübahisə üçün bilavasitə əsas qismində çıxış edir. Əmək sahəsindəəmək hüquq pozuntusu dedikdə, vəzifə daşıyan subyektin özünün əmək vəzifələrini təqsirli, hüquqazidd surətdə yerinə yetirməməsi nəticəsində əmək hüquq münasibətinin digər subyektinin hüququnu pozması başa düşülür. İşgötürən tərəfindən hüquqauyğun və əsaslandırılmış hər hansı hərəkət işçi tərəfindən onun hüquqlarını və qanunla qorunan mənafelərini pozan hərəkət kimi də qiymətləndirilə bilər.
Bir sıra hüquqşünasların fikrincə, tərəflərin hüquqazidd hərəkətləri nəticəsində yaranmış fikir ayrılığı hələ özü-özlüyündə əmək mübahisəsi hesab olunmur. Aşağıda göstərilən 3 halda yaranmış fikir ayrılığı əmək mübahisəsi həddinə qalxmır:
1) Tərəflər yaranmış fikir ayrılığının aradan qaldırılması üçün heç bir cəhd göstərməyə bilərlər ( bu halda fikir ayrılığı öz-özünə aradan qalxa bilər. Başqa sözlə desək, işçilər işəgötürənin qanunsuz hərəkətlərindən narazı olsalar da, yaranmış fikir ayrılığının həlli üçün heç bir cəhd göstərməyərək sanki onunla “razılaşırlar” );
2) İşəgötürən və işçilər yaranmış fikir ayrılığını danışıqlar vasitəsilə həll edə və onun əmək mübahisəsi həddinə qalxmasına yol verməyə bilərlər;
3) İşəgötürənin qeyri-hüquqi hərəkətlərindən narazı olmalarına baxmayaraq, işçilərin əksəriyyəti özləri üçün pis nəticədən qorxaraq hüquqlarının müdafiəsi üçün səlahiyyətli orqana müraciətdən çəkinirlər.
Beləliklə, əmək mübahisələrinin yaranma mərhələləri aşağıdakılardır:
a. əmək hüquq pozuntusu;
b. onun əmək hüquq münasibətlərinin sbyektləri tərəfindən müxtəlif cür qiymətləndirilməsi (fikir ayrılığı);
c. tərəflərin bu fikir ayrılığını birbaşa danışıqlar yolu ilə tənzimləməyə cəhd göstərməsi;
d. fikir ayrılığını danışıqlar yolu ilə tənzimləyə bilmədikdə onun həlli üçün səlahiyyətli orqana müraciət etmək;
İştirakçılar arasında həll olunmayan və həlli üçün xüsusi səlahiyyətli orqana müraciət olunmuş fikir ayrılığı əmək mübahisəsi hesab olunur.
AR Əmək Məcəlləsində əmək mübahisələrinin leqal anlayışı verilməmişdir. Ona görə də biz ən geniş mənada əmək mübahisəsinə aşağıdakı kimi tərif verə bilərik:
Əmək mübahisəsi əmək hüquq münasibətinin tərəfləri arasında əmək qanunvericiliyinin və digər normativ-hüquqi aktların tətbiq, habelə yeni əmək şəraitinin müəyyən edilməsi, yaxud mövcud əmək şəraitinin dəyişdirilməsi ilə bağlı olan və qanunla müəyyən olunmuş qaydada həll edilən fikir ayrılığıdır.
Əmək mübahisələrinin növləri. Bütün əmək mübahisələrini əsasən 3 əsasa görə təsnifləşdirmək olar:
a) mübahisə edilən subyektlərə görə;
b) mübahisənin xarakterinə görə;
c) mübahisənin obyektinə görə;
Mübahisə edilən subyektlərə görə bütün əmək mübahisələri fərdi və kollektiv əmək mübahisələrinə ayrılır. Fərdi əmək mübahisəsi konkret bir işçinin işəgötürənlə mübahisəsidir. O, işçinin əmək hüquqlarının pozulması nəticəsində yaranır və buna görə də fərdi xarakter daşıyır.AR Əmək Məcəlləsinin 287-ci maddəsində fərdi əmək mübahisələrinin anlayışı verilmişdir. Orada deyilir ki, fərdi əmək mübahisələri işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və buMəcəllə ilə müəyyənedilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır.
Kollektiv əmək mübahisələri fikir ayrılıqlarının kollektiv xarakteri ilə müəyyən olunur. Fikir ayrılığının kollektiv xarakteri bunda təzahür edir ki, mübahisə tərəflərindən birini müəyyən təşkilati birliyə (həmkarlar ittifaqının üzvləri, təşkilatın işçiləri) malik və ümumi sosial-əmək mənafeləri ilə birləşən işçilər təşkil edir.
Kollektiv əmək mübahisələrinə aşağıdakı kimi anlayış verilməsi və onun AR Əmək Məcəlləsinə daxil edilməsini təklif edirik.
“Kollektiv əmək mübahisələri işçilər ilə işəgötürənlər arasında kollektiv müqavilələrin və sazişlərin bağlanması, dəyişdirilməsi və yerinə yetirilməsi ilə əlaqədar yaranan və qanunla müəyyən edilmiş qaydada həll edilən fikir ayrılığıdır”.
Mübahisənin xarakterinə görə bütün əmək mübahisələri iki yerə ayrılır:
A) iddia xarakterli mübahisələr;
B) qeyri-iddia xarakterli mübahisələr.
Fərdi əmək mübahisələri özünün hüquqi təbiətinə görə – iddia xarakterli mübahisələrdir. İddia pozulmuş hüququn müdafiəsi tələbidir. Deməli, iddia xarakterli əmək mübahisələri pozulmuş, yaxud pozulması ehtimal edilən əmək hüququnun müdafiəsi haqqında mübahisələrdir. İddia mübahisələri həm bir işçinin, həm də işçilər qrupunun iştirakı ilə ola bilər.
Qeyri-iddia xarakterli mübahisələr yeni əmək şərtləri müəyyən edildikdə, yaxud mövcud əmək şərtləri dəyişdirildikdə yaranan mübahisələrdir. Bu halda söhbət hüququn mövcud olması ilə əlaqədar subyektiv hüququn bərpasından, yaxud pozulmasından getmir, lakin hüquqi ifadəsini tapmaq istəyən müəyyən mənafe mövcuddur. Məsələn, işəgötürən işçilərəfərdi əmək müqaviləsi ilə və ya kollektiv müqavilə ilə tənzimləmə qaydasında müəyyən edilmiş əmək haqqını ödəyir və onun bu vəzifəsini icra etməsi şübhə doğurmur. Lakin işçilər ödənilən əmək haqqının mələğini mübahisələndirərək, belə hesab edirlər ki, bir sıra hallarla əlaqədar həmin məbləğ daha yüksək olmalıdır. Deməli, söhbət əmək müqaviləsinin şərtlərindən birinin dəyişdirilməsindən, pozulmuş subyektiv hüququn bərpasından deyil, yeni subyektiv hüququnun müəyyən edilməsindən gedir. Bir qayda olaraq, belə mübahisələr kollektiv xarakter daşıyır. Həm fərdi, həm də kollektiv əmək mübahisələri, həmçinin iddia və qeyri-iddia xarakterli əmək mübahisələri əmək münasibətləri sahəsində yaranır. Onların fərqi isə fikir ayrılıqlarının xarakterində və mübahisənin subyekt tərkibində təzahür edir. Fərdi əmək mübahisələrinin bir tərəfi işəgötürən, digər tərəfi isə öz əmək hüquqlarının və ya qanunla qorunan mənafelərinin pozulduğunu iddia edən işçi və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun müvəkkil etdiyi şəxsdir.
Kollektiv əmək mübahisəsinin tərəfləri işəgötürənlər, işçilər və ya həmkarlar ittifaqlarıdır.
Kollektiv sazişlərlə bağlı mübahisələrdə həmkarlar ittifaqlarının, işəgötürənlərin birlikləri və müvafiq icra hakimiyyəti orqanları tərəf qismində iştirak edirlər.
AR Əmək Məcəlləsi ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır:
İnsanı əmək yaratmışdır
Insan tarixi inkişafın ilk mərhələsində təkamülün bioloji hərəkətverici qüvvələrinin təsirinə daha çox məruz qalmışdır. Daha sonra isə əmək fəaliyyəti nəticəsində təşəkkül etmiş sosial amillər bu təkamüldə (antropogenez*) mühüm rol oynamışdır. İctimai həyat tərzinin formalaşmasında birgəyaşayışın, əmək fəaliyyətinin xüsusi əhəmiyyəti olmuşdur. Səsin yaranmasında iştirak edən orqanlarda baş verən irsi dəyişkənlik nəticəsində nitq formalaşmışdır. Nitqin inkişafı ilə əlaqədar isə mücərrəd təfəkkür inkişaf etmişdir.
İlk dəfə Jan Batist Lamark insanın meymunabənzər əcdadlardan başlanğıc götürdüyü fikrini irəli sürmüşdür. Təkamül prosesində onun canlılar içərisində ən ali varlıq olduğunu isə Çarlz Darvin müəyyən etmişdir.
Fridrix Engels insan təkamülündə ictimai amillərin əsas rol oynadığını sübut etmiş, onun insanabənzər meymunlardan fərqlənməsinin əsas səbəbini əmək alətlərinin tətbiqində görmüşdür. Arxeoloji qazıntılar nəticəsində tapılan sümük qalıqları və əmək alətləri bu fikirləri təsdiq etdi. Bununla da insanın əmələ gəlməsində əməyin əsas rol oynadığı sübut olundu.
İnsanın əmələ gəlməsi zamanı baş verən morfoloji və fizioloji dəyişikliklərə ilk səbəb kimi dik yerimək, əsas hərəkətverici amil kimi isə əmək göstərilir. Dik gəzməyə keçid əllərin yeriməkdən azad olmasına səbəb oldu. Əl vasitəsilə fərqli üsullarla müxtəlif qidalar toplanılmağa başlandı, əmək alətləri düzəldildi. Əmək alətlərinin hazırlanması insanla meymun arasında fərqin daha da artması ilə nəticələndi. İnsanın sinir sistemi mürəkkəbləşdi. Əllər əməklə məşğul olduqca daha da təkmilləşərək müasir formasını aldı.
Əvvəllər yalnız ovçuluqla, yığıcılıqla məşğul olan insanların əmək fəaliyyəti getdikcə daha da genişləndi və mürəkkəbləşdi. Bunun nəticəsində insanlar arasındakı münasibətlər də dəyişdi. Yeni qarşılıqlı münasibətlər ilkin əmək bölgüsü hesabına yarandı.
Beləliklə, əmək nəticəsində insanabənzər əcdadlarımız morfoloji və fizioloji dəyişikliyə məruz qaldılar ki, bu da insanın formalaşmasında əsas rol oynadı.
Zaman keçdikcə insanlar mürəkkəb cihazlar ixtira etdilər, kosmosa ayaq açdılar. Hazırda elektronika, mexanika və informatika sahələrində yeni nailiyyətlər əldə edilir. Tibbin inkişafı nəticəsində insanın daxili orqanlarının köçürülməsi həyata keçirilir.
Müəllif: Nüşabə Məmmədova, Brilyant Həsənova ,Könül Mahmudova, Leyla Fətiyeva
Mənbə: Biologiya 8 Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün BİOLOGİYA fənni üzrə DƏRSLİK
Comments are closed, but trackbacks and pingbacks are open.