Press "Enter" to skip to content

Mək haqqı (I HİSSƏ)

Bir məsələni xüsusi vurğulayaq ki, əmək stajına görə əlavə məzuniyyət hüququ əmək məzuniyyəti 30 gündən yuxarı olan şəxslərə şamil edilmir.

Əmək gigiyrnasi

Əmək haqqının uçotu və ödənişi üzrə ilkin sənədlər

Forma N Sənədin adı Yüklə

Əmək müqaviləsi forması (yüklə – MS Word – 95 KB)

İşçinin işə qəbul edilməsi barədə müəssisə rəhbərinin əmri (yüklə – MS Word – 21 KB)

İşçiyə məzuniyyət verilməsi barədə müəssisə rəhbərinin əmri (yüklə – MS Word – 21 KB)

İşçinin işdən azad edilməsi barədə müəssisə rəhbərinin əmri (yüklə – MS Word – 21 KB)

Kadrlar uçotunun şəxsi vərəqəsi (yüklə – MS Word – 85 KB)

Ştat cədvəli (yüklə – MS Excel – 18 KB)

İşçinin yerdəyişməsi barədə müəssisə rəhbərinin əmri (yüklə – MS Word – 20 KB)

İşçinin ezamiyyətə göndərilməsi barədə əmr (yüklə – MS Word – 21 KB)

Ezamiyyə vəsiqəsi (yüklə – MS Word – 20 KB)

Xidməti ezamiyyətlər üzrə qeydiyyat kitabı (yüklə – MS Excel – 16 KB)

İşçinin mükafatlandırılması barədə müəssisə rəhbərinin əmri (yüklə – MS Word – 20 KB)

İş vaxtından artıq iş əmri (yüklə – MS Excel – 28 KB)

Gecə vaxtı işçilərin işə cəlb edilməsi əmri (yüklə – MS Excel – 28 KB) Forma N-1t

İş vaxtının uçot tabeli (yüklə – MS Excel – 20 KB) Forma N-1HÖC

Hesablama-ödəmə cədvəli (yüklə – MS Excel – 19 KB) Forma N-2ÖC

Ödəmə cədvəli (yüklə – MS Excel – 18 KB)

Şəxsi hesab (yüklə – MS Excel – 18 KB)

İşçilərin məzuniyyətdən istifadə etmələri haqqında cədvəl (yüklə – MS Excel – 15 KB)

Mühasibat uçotu

Uçotun təşkili

Layihə haqqında:

MUHASIB.AZ saytının əsas məqsədi mühasibat uçotu və maliyyə sahələrində çalışan və gələcəkdə çalışmaq istəyən mütəxəssisləri lazımi məlumatlar ilə təmin etməkdir. Sayt həm tədris, həm də informativ-analitik formatda təşkil edilib. Müəlliflərə:

Saytda istənilən şəxs mühasibat uçotu, IFRS, vergilər, maliyyə, audit və saytın əhatə etdiyi digər sahələr üzrə məqalələr yerləşdirə bilər. Bunun üçün məqaləni admin@muhasib.az ünvanına göndərmək kifayətdir. Bizi izləyin:

LinkedIn Əlaqə:

Bakı, AZ 1004 Mikayıl Müşfiq küç. 2H.

Əmək haqqı (I HİSSƏ)

Əmək haqqı, bütün dünyada insanların ən əsas və ən geniş yayılmış gəlir mənbələrindən biri kimi, görülən işə nisbətdə işəgötürən tərəfindən işçiyə kompensasiya edilən puldur.

Trend-i buradan izləyin

Giriş

Əmək haqqı, bütün dünyada insanların ən əsas və ən geniş yayılmış gəlir mənbələrindən biri kimi, görülən işə nisbətdə işəgötürən tərəfindən işçiyə kompensasiya edilən puldur. İnkişaf etmiş və etməkdə olan ölkələrin iqtisadiyyatı üçün əmək haqqı çox böyük əhəmiyyətə malikdir. Belə ki, əmək haqqı özü bir çox iqtisadi və hüquqi münasibətlərin yaranmasında və müəyyən edilməsində açar rolu oynayır. Misal üçün, əmək haqqı malların, məhsulların qiymətləndirilməsində əsas müəyyənedici faktordur. Məqalələrdə əmək haqqına Azərbaycan Respublikası və xarici ölkələrin qanunvericilikləri, o cümlədən BƏT-in konvensiyaları işığında hüquqi və iqtisadi aspektdən yanaşılacaq. Həm də, onu qeyd edək ki, araşdırılan bu mövzu aktuallığı, əhəmiyyətliliyi və geniş olması baxımından üç hissədə yayımlanacaq. Birinci məqalədə, əmək haqqının və onun komponentlərinin anlayışına, habelə xüsusi hallarda əmək haqqının ödənilməsi məsələlərinə toxunulacaq.

Hüquqi aspektdən əmək haqqı.

Əmək haqqına hüquqi aspektdən yanaşarkən ilk öncə əmək haqqının qanunvericilikdə nəzərdə tutulan anlayışına nəzər salaq. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154.1-ci maddəsində aşağıdakı kimi anlayış verilmişdir: “Əmək haqqı – müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur”.

Anlayışdan görüldüyü kimi əmək haqqına yalnız işin sonunda işçiyə gündəlik və ya aylıq ödənilən məbləğ aid deyil, buraya həm də əlavələr, mükafatlar və digər ödənclər daxil edilir.

Əmək haqqında əlavə – əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir.
Mükafat – əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.

Nəzərə alsaq ki, əmək haqqı geniş mövzudur və konkret olaraq tək bir hal ilə şərtlənmir buna görə də, digər anlayışlara da baxmaq lazımdır.

Bu anlayışlardan biri minimum əmək haqqıdır, AR Əmək Məcəlləsinin 155.2-ci maddəsinə əsasən, iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir.

Orta əmək haqqı – işçiyə vəzifəsi (peşəsi) üzrə işəgötürən tərəfindən ödənilmiş məvacib və onun tərkibinə daxil olan ödənclərin Əmək Məcəlləsində və digər normativ hüquqi aktlarda nəzərdə tutulan qaydada müəyyən olunan məbləğdir.

Əmək haqqı, bir qayda olaraq, işin icra olunduğu iş yerində verilir.

Əmək haqqı işçinin istəyi ilə onun bankdakı hesabına köçürülə və ya müvafiq ünvana göndərilə bilər.

İşçinin razılığı ilə əmək haqqının 20 faizə qədəri mütənasib dəyərli natura formasında müəssisədə istehsal edilən istehlak malları ilə, lakin spirtli içkilər, tütün məmulatları, narkotik vasitələr və psixotrop maddələr və mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyəsi məhdudlaşdırılmış) digər əşyalar istisna olunmaqla, digər məişətdə işlədilən gündəlik tələbat malları ilə əvəz edilib verilə bilər.

Müəyyən hallar ilə əlaqədar əmək haqqının ödənilməsi müvafiq olaraq hər bir hala uyğun ödənilir. Bu hallardan bəziləri aşağıda qeyd ediləcək:
1. Xüsusi şəraitdə tətbiq edilən əmək haqqı
2. Əvəz etmə ilə əlaqədar tətbiq edilən əmək haqqı
3. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əmək haqqının ödənilməsi
4. İş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının ödənilməsi
5. Gecə vaxtı və çoxnövbəli iş rejiminə görə haqqın ödənilməsi
6. Boşdayanma vaxtı əməyin ödənilməsi

VERGİLƏR

Əmək qanunvericiliyinə əsasən, əmək stajı, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və uşaqlı qadınlara görə əlavə məzuniyyətlər nəzərdə tutulur. Əmək stajına görə əlavə məzuniyyətin müddəti işçinin işəgötürənlə əmək müqaviləsi bağlayaraq faktiki olaraq işlədiyi dövrə əsasən müəyyən edilir. Bu əmək stajına işçinin əmək müqaviləsi üzrə faktik işlədiyi müddətdən başqa yalnız əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə Əmək Məcəlləsinin 179-cu maddəsində nəzərdə tutulan hallarda iş yeri və orta əməkhaqqı saxlanıldığı dövrlər daxil edilir. Əmək stajına görə (o cümlədən əmək şəraitinə görə) əlavə məzuniyyətlər bu Məcəllənin 118, 119, 120 və 121-ci maddələrində göstərilən işçilərə verilmir. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Əvvəllər işçiyə bir müəssisədə çalışdığı əmək stajına uyğun olaraq əlavə məzuniyyət müəyyən edilirdi. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 116-cı maddəsinin ikinci hissəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 noyabr 2000-ci il tarixli qərarına əsasən, Əmək Məcəlləsinin 116-cı maddəsinin ikinci hissəsində əmək stajına görə əlavə məzuniyyətin müddətini məhdudlaşdıran “bir müəssisədə” müddəası Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinə və 149-cu maddəsinin I hissəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilib.

Konstitusiya Məhkəməsi bu qərarını onunla izah edib ki, eyni əsaslarla işə qəbul olunmuş, eyni iş vaxtını işləmiş və eyni şəraitdə fəaliyyət göstərmiş, lakin əmək qanunvericiliyində nəzərdə tutulan əmək stajını bir müəssisədə deyil, bir neçə müəssisədə əldə edən işçi isə həmin əlavə məzuniyyətdən məhrum olunur. Bundan əlavə, işçilərin bir müəssisədə fəaliyyətini uzun müddət fasiləsiz davam etdirməsi bəzi hallarda onların istək və arzularından asılı olmur.

Deməli, Əmək Məcəlləsinin 116-cı maddəsinə əsasən, işçinin ümumi əmək stajına görə əlavə məzuniyyət aşağıdakı kimi tənzimlənir:

  • beş ildən on ilədək əmək stajı olduqda – 2 təqvim günü;
  • on ildən on beş ilədək əmək stajı olduqda – 4 təqvim günü;
  • on beş ildən çox əmək stajı olduqda – 6 təqvim günü.

Misal 1. Tutaq ki, “A” MMC-nin rəhbər işçisinin ümümi iş stajı 7 ildir və yeni başladığı təşkilatda cəmi 2 il iş stajı var. Bu zaman işçiyə hesablanan məzuniyyət günü 32 gün (30 (əsas məzuniyyət) + 2 (əmək stajına görə əlavə məzuniyyət) olacaq.

Bir məsələni xüsusi vurğulayaq ki, əmək stajına görə əlavə məzuniyyət hüququ əmək məzuniyyəti 30 gündən yuxarı olan şəxslərə şamil edilmir.

Misal 2. Tutaq ki, məktəbdə müəllim vəzifəsində çalışan işçinin ümumi əmək stajı 20 ildir. Əmək Məcəlləsinin 118-ci maddəsinə əsasən, pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərin əmək məzuniyyətlərinin müddəti 56 gün müəyyən edilib. Amma işçinin 20 il stajı olmasına baxmayaraq, 6 təqvim günü müddətində əlavə məzuniyyət tətbiq edilmir. Çünki Əmək Məcəlləsinin 116-cı maddəsinin tələbləri pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərə şamil olunmur.

Hazırladı:
Fəxriyyə İKRAMQIZI

Comments are closed, but trackbacks and pingbacks are open.