Press "Enter" to skip to content

Əmək kitabçası səhifələri 20190225100047988

Təhsil, peşə, ixtisas haqqında dəyişikliklər də eyni qaydada aparılır.

Əmək kitabçası necə tərtib olunur?

Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Əmək kitabçası işəgötürən tərəfindən 5 gündən artıq işləyən bütün işçilər üçün əsas iş yerində açılır. İşə qəbul olunan işçi əmək kitabçasını və şəxsiyyətini təsdiq edən sənədi işəgötürənə təqdim etməlidir. İlk dəfə əmək müqaviləsi bağlanarkən əmək kitabçası tələb edilmir.

Əmək kitabçası 4 bölmədən ibarətdir. 1-ci bölmə üz qabığı, 2-ci bölmə titul vərəqi, 3-cü bölmə iş haqqında məlumat, 4-cü bölmə isə pensiya təyin edilməsi haqqında məlumatdır. Əmək kitabçasının müvafiq bölmələrinin bütün səhifələri dolduqda ona əlavə içlik açılır.

Əmək kitabçalarının hazırlanması və işəgötürənlərə verilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Əmək kitabçalarının hazırlanması ilə əlaqədar vəsaitin ayrılmasını Azərbaycan Respublikası Maliyyə Nazirliyi həll edir. Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində aparılır. İşəgötürən hüquqi şəxsin adı dəyişdirildikdə, fəhlə və qulluqçuya yeni dərəcə verildikdə, ştat cədvəlində; vəzifələrdə, əmək şəraitinin şərtlərində dəyişikliklər aparıldıqda əmək kitabçasında dəyişikliklər işəgötürənin əmrinə (sərəncamına) müvafiq aparılır. Əmək kitabçasının birinci səhifəsində işçi haqqında məlumatları işçi şəxsi imzası ilə təsdiq edir.

Əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır.

Xarici ölkədə işləmiş Azərbaycan Respublikası vətəndaşının əmək kitabçasında onun xarici ölkədəki əmək fəaliyyəti ilə bağlı qeydlər xarici işəgötürənlə bağladığı əmək müqaviləsi və məcburi dövlət sığortasının həyata keçirildiyini təsdiq edən sənəd əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılır və təsdiq edilir. Əvəzçilik üzrə əmək fəaliyyəti haqqında əmək kitabçasında qeydlər əvəzçilik üzrə əmək müqaviləsinin surəti əsasında işçinin arzusu ilə əsas iş yerində aparılır.

Mükafatlandırmalar, həvəsləndirmələr və əmək intizamının pozulmasına görə işçiyə verilmiş tənbehlər əmək kitabçasına yazılmır. İşçinin soyadının, adının, atasının adının əmək kitabçasında dəyişdirilməsi son iş yerində işəgötürən tərəfindən müvafiq sənədlərə əsasən aparılır. Belə halda hansı sənədlərə istinad edilməsi göstərilməlidir. Dəyişikliklər əmək kitabçasının birinci səhifəsində edilir.

İşə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılır aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. İş yerini dəyişdikdə belə hallar aşkar olunarsa, yeni iş yerindəki işəgötürən bu barədə işçiyə lazımi köməklik göstərməlidir. Əgər əmək kitabçasında səhvə yol vermiş, yaxud qeyri-dəqiq yazılış aparmış hüquqi şəxs ləğv edilmişdirsə, düzəlişlər hüquqi varis tərəfindən, hüquqi varis olmadığı hallarda isə onun tabe olduğu yuxarı orqan tərəfindən aparılır.

İşəgötürən işçiyə, onun xahişi ilə əmək kitabçasından iş fəaliyyəti haqqında çıxarış verir.

Şahid ifadələri əsasında əmək kitabçasında düzəlişlər edilməsinə yol verilmir.

Əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işəgötürən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir.

Təhsil, peşə, ixtisas haqqında dəyişikliklər də eyni qaydada aparılır.

İşdən çıxan işçilərə əmək kitabçası fərdi əmək müqaviləsi xitam oldunduğu gün (sonuncu iş günü) verilir.

İşdən çıxan gün işçinin işdə olmadığı hallarda işəgötürən həmin gün, poçt vasitəsilə ona bildiriş göndərir.

Əmək kitabçasının poçt vasitəsilə göndərilməsinə yalnız işdən çıxan işçinin razılığı ilə yol verilir.

İşçi vəfat etdikdə əmək kitabçası onun ailə üzvlərinə verilir və yaxud onların tələbi ilə poçt vasitəsilə göndərilir.

Dublikat almaq hüququna malik olan işçi axırıncı iş yeri üzrə işəgötürənə əmək kitabçası və ona əlavə içliyin verilməsi haqqında müraciət etməlidir. İşəgötürən 15 gün ərzində bu müraciətə baxıb onu həll etməlidir.

Əmək kitabçası itdikdə və ya yararsız hala düşdükdə işçiyə verilən yeni əmək kitabçasının işçi haqqında məlumat səhifəsinin yuxarı sağ tərəfində iri hərflərlə “Dublikat” sözü yazılır.

Əmək kitabçasına verilən əlavə içiliyin birinci (titul) səhifəsinin sağ yuxarı küncündə “əmək kitabçasına əlavə içlik” sözləri yazılır, seriyası və nömrəsi göstərilir.

Əmək kitabçası olmadan əlavə içlik etibarsızdır.

Əmək kitabçası (əlavə içlik) verilən zaman işçidən əmək kitabçasına çəkilmiş xərclərin dəyəri tutulur.

Əmək kitabçası və ona əlavə içlik işəgötürənin təqsiri üzündən xarab olarsa, əmək kitabçasının xərci işəgötürən tərəfindən ödənilir.

Əmək müqaviləsinin xitamı ilə əlaqədar işdən çıxan işçiyə əmək kitabçası qaytarıldıqda (verildikdə) ona şəxsi vərəqəsində və əmək kitabçalarının uçotu kitabında imza etdirilir.

İşdən çıxan zaman müəyyən səbəblər üzündən götürülməyən əmək kitabçaları iki il müddətinə işdə olan işçilərin əmək kitabçalarından ayrı şəkildə işəgötürəndə saxlanılır. İşdən çıxmış şəxslərin əmək kitabçaları, əlavə içliklər alınmadıqda həmin şəxs işəgötürənin arxivində 50 il müddətində saxlanılır.
Göstərilən müddət (50 il) keçdikdən sonra qanunla nəzərdə tutulan qaydada məhv edilməsi üçün ayrılır.

Benefisiar.org

  • Etiket
  • Əmək kitabçası

Əmək kitabçası səhifələri 20190225100047988.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işçiyə əmək kitabçasının dublikatının verilmə qaydasını açıqlayıb.

“Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Qeyd olunub ki, kitabçada işçinin işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

“İşəgötürən tərəfindən 5 gündən artıq işləyən bütün işçilər üçün əmək kitabçası açılır. Əmək kitabçası əsas iş yerində olur. İşdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir.

Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” qaydalarına əsasən, əmək kitabçası oğurlandıqda, yandıqda, itdikdə, yararsız hala salındıqda, işçi işə yenidən bərpa edildikdə qanunvericiliklə müəyyən edilən qaydada işçinin xahişi ilə ona əmək kitabçasının dublikatı verilməlidir.

Dublikat almaq hüququna malik olan işçi axırıncı iş yeri üzrə işəgötürənə əmək kitabçası və ona əlavə içliyin verilməsi haqqında müraciət etməlidir. İşəgötürən 15 gün ərzində bu müraciətə baxıb onu həll etməlidir. Qeyd edək ki, əmək kitabçası (əlavə içlik) verilən zaman işçidən əmək kitabçasına çəkilmiş xərclərin dəyəri tutulur. Əmək kitabçası və ona əlavə içlik işəgötürənin təqsiri üzündən xarab olarsa, əmək kitabçasının xərci işəgötürən tərəfindən ödənilir.

Əmək kitabçası itdikdə və ya yararsız hala düşdükdə işçiyə verilən yeni əmək kitabçasının işçi haqqında məlumat səhifəsinin yuxarı sağ tərəfində iri hərflərlə “Dublikat” sözü yazılır. Əmək kitabçası, yaxud əlavə içliyin dublikatı ümumi qayda üzrə doldurulur.

Əmək kitabçasının və onun əlavə içliyinin dublikatı verildiyi zaman həmin vaxta qədər əmək stajına malik olan işçilərin əmək stajı müvafiq əmrə (sərəncama) əsasən müəyyənləşdirilir və dublikatda qeyd olunur. Əvvəlki iş yerləri ilə bağlı məlumatlar tam əldə oluna bilmədiyi halda, əmək kitabçasının dublikatına yalnız sənəddəki məlumat daxil edilir”, – deyə məlumatda vurğulanıb.

Əmək kitabçası

B İ L D İ R İ Ş №_D-021_ tarix_16_11_2020_
Yazıb məlumunuz edirik ki Gold Pen MMC uzun müddətdir ki, rəsmi dövlət ödəmələrini vergilərini ödəyərək Əmək kitabçalarının satışı ilə məşguldur. Artıq bir müddətdir ki Respublika ərazisində Gold Pen MMC-yə məxsus Loqodan istifadə edilərək ticarət mərkəzlərində bir qrup şəxslər tərəfindən sövdələşilərək qeyri qanuni saxta mallar istehsal olunaraq satışı həyata keçirilməkdədir. Bu səbəbdəndə şirkət fəaliyyət göstərməyinə dövlət ödənişlərini vergilərini ödəməkdə çətinlik çəkdiyindən fəaliyyətini müfəqqəti dayandırmaq məcburiyyətində qalmışdır.Ticarət mərkəzlərində Gold Pen MMC-yə məxsus Loqolu satılan əmək kitabçaları SAXTADIR .Xahiş edirəm alarkən ehtiyyatlı olun. Diqqətinizə görə minnətdaram.
Gold Pen MMC-nin rəhbəri : Yusif Xancanov
M Ü R A C İ Ə T № AZ / 09811 16 Noyabr 2020- ci il.
S Qold Holdinq MMC, Azərbaycan Respublikası Konstitusiyası və ali qanunvericiliyinə, o cümlədən Azərbaycan Respublikası Prezidentinin bu sahədə müvafiq fərman və sərəncamlarına əsasən fəaliyyətini təşkil edir. S Qold Holdinq MMC Əmək kitabçasının satışı ilə məşğuldur. Hörmətli satıcı, aldığınız əmək kitabçalarını qəbul edərkən e-qaimə tələb etməyinizi xahiş edirik.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Baş Məşğulluq idarəsinin normativ sənədlərinin tələblərinə uyğun , AZS Uyğunluq sertifkatı № AZ 031 – nə əsasən, Elektron imzalı Əmək kitabçası, S Qold Holdinq MMC tərəfindən çap edilmişdir.
2018-ci ilin 1 yanvar tarixindən etibarən, statusundan asılı olmayaraq bütün vergi ödəyiciləri tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı elektron qaimə-faktura təqdim edilməlidir.
Hörmətlə “S Qold Holdinq” MMC-nin İcraçı direktoru : Süleyman Cəfərov
“Gəlin əməkdaşlıq edək, Hüquqi müstəvidə Vergidən Dövlət Sosial müdafiəsindən yayınmayaq.Dövlətimizin gələcəyi və təminatı vergiyə söykənmişdir,vətəndaşlarımızın gələcəyi isə Dövlət sosial müdafiəsindən asılıdır.Dövlətimizə və özümüzə biganə yanaşmayaq.Hər bir şəxs öz sosial məsuliyyətini anlamalı və bilməlidir ki, ölkəmizin inkişafı, onun iqtisadi qüdrəti, ordu,polis,təhsil, səhiyyə, mədəniyyət və bir çox başqa sahələrin dayanıqlı olması Dövlətə ödənən vergilərdən asılıdır. Yayındırılan hər manat iqtisadiyyatımıza, ölkəmizin iqtisadi təməlinə vurulan ağır zərbədir.İqtisadi cinayətdir və qətiyyən yolverilməzdir .”

Bakı 17 Noyabr 2020 3696 dəfə

Comments are closed, but trackbacks and pingbacks are open.