Press "Enter" to skip to content

Əmək məcəlləsi 2016

– insan resursları sahəsində xidmətlər;

Əmək məcəlləsi 2016

Sabahdan ölkədə xüsusi rejim tətbiq olunacaq

Prezident və xanımı yerli məşhurlarla – FOTOLAR

Tarix: 27-04-2015, 10:15 Oxunma sayı: 1 898 Bölmə: Cəmiyyət / FOTO

Prezident və xanımı yerli məşhurlarla – FOTOLAR

Vahid Hacıyev bu rayonlarda Prezidentin xüsusi nümayəndəsi təyin edildi

Tarix: 30-12-2022, 17:00 Oxunma sayı: 288 Bölmə: Siyasət

Vahid Rasim oğlu Hacıyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan

Paşinyan Putinə zəng etdi

Tarix: 24-04-2021, 15:23 Oxunma sayı: 342 Bölmə: Dünya

Paşinyan Putinə zəng etdi

Laçın yolundakı aksiya 46 gündür davam edir

Tarix: 26-01-2023, 11:22 Oxunma sayı: 107 Bölmə: Cəmiyyət

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə

Siyavuş Novruzov istefa verdi

Tarix: 24-08-2020, 11:42 Oxunma sayı: 354 Bölmə: Reklam-Banner / Siyasət / Manşet

Siyavuş Novruzov istefa verdi

REDAKTOR SEÇİMİ

Sumqayıtda böyük Novruz bayramı kampaniyası – Cəmi 4 gün “Hiper market”də!

18-03-2023, 19:48

Sumqayıtda “Qanlı göl” – VİDEO

8-03-2023, 16:01

Sumqayıtda növbəti möhtəşəm alış-veriş kampaniyası olacaq – Cəmi 5 gün “Hiper market”də!

3-03-2023, 21:27

Sumqayıtda marşrut avtobus xəttindən ciddi narazılıq var

21-02-2023, 18:19

Sumqayıtda ləziz türk mətbəxinin əsas məkanı – türkiyəli aşpazlar, Anadolu atmosferi. (VİDEO+FOTO)

20-02-2023, 13:16

FACEBOOK

YAZARLAR

O bir şəhid sevdi.

21-09-2022, 17:00

Hicran Hüseynovadan icra başçısının müavininə SƏRT TƏPKİ

17-07-2022, 18:52

Ədalətin bumu, dünya?! – Nigar Ögeday yazır

24-06-2022, 14:33

SORĞU

Kommunal xidmətlərdən hansına daha çox ödəniş edrisiniz?

Məzuniyyət haqqının hesablanması qaydası

Ödənişli məzuniyyətə çıxan işçiyə orta əmək haqqı (məzuniyyət haqqı) hesablanaraq ödənilir. İşçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilməlidir. Əmək müqaviləsində kollektiv müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, məzuniyyət vaxtı üçün orta əmək haqqı müəyyən səbəbdən məzuniyyət başlanandan sonra ödənilmişdirsə, işçinin tələbi ilə məzuniyyətin başlanma vaxtı əmək haqqının faktik olaraq verildiyi gündən hesablanıla bilər. Nəzərə alın ki, vaxtında ödənilməyən məzuniyyət haqqına görə müəssisə AR İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinə əsasən: İşçi nin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilir.

Məzuniyyət haqqı işçinin orta əmək haqqısı əsasında hesablanır. Orta əmək haqqının hesablanması qaydası AR Əmək Məcəlləsinin 140-cı maddəsində verilibdir. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən aslı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir.

Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına – 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur.

Orta aylıq əmək haqqı = məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləği / 12

Bir günlük əmək haqqı = orta aylıq əmək haqqı / 30.4

Məzuniyyət haqqı = Bir günlük əmək haqqı * Məzuniyyət günləri

İşçi 01.09.2016 tarixindən əmək müqaviləsi ilə işə gəbul edilib. İşçi birinci iş ilinə düşən əmək məzuniyyətinə çıxmaq üçün 25.05.2017 tarixində ərizə ilə müraciət edib ki, ona 01.06.2017 tarixindən 21 gün əmək məzuniyyəti verilsin.

İşçinin son 12 ay aldığı əmək haqqı aşağıdakı cədvəldəki kimi olmuşdur:

Tarix Ödənilmiş məbləğ
Sentyabr 2016 1 400
Oktyabr 2016 1 400
Noyabr 2016 1 400
Dekabr 2016 1 600
Yanvar 2017 1 600
Fevral 2017 1 600
Mart 2017 1 600
Aprel 2017 1 600
May 2017 1 600
Cəmi 13 800

Beləliklə, işçi 9 ay işləyib və məzuniyyətə çıxıb. İşçinin məzuniyyət haqqını hesablayaq.Orta aylıq əmək haqqı = (13 800)/9 = 1 533.33 manat

Bir günlük əmək haqqı = 1 533.33 / 30.4 = 50.44 manat

Nəzərə alın ki, məzuniyyət günlərinin sayı təqvim günləri ilə hesablanır. Əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir. Sadəcə məzuniyyət dövründən sonrakı günlərə məzuniyyət bayram günləri miqdarında uzadılır.

Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı, habelə məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydası AR Nazirlər Kaninetinin 25.08.1999-cu il tarixli 137 nömrəli Qərarına əsasən müəyyən edilir.

Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlər.

Nəzərə alınan ödənişlər:

  • faktiki işlənmiş vaxtı üzrə tarif (vəzifə) maaşı;
  • müəssisə, idarə və təşkilatlarda qüvvədə olan əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar **, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”də nəzərdə tutulan kollektiv və fərdi mükafatlar;
  • kompensasiya və həvəsləndirici xarakter daşıyan daimi əlavələr (zərərli əmək şəraitində, gecə vaxtı, çoxnövbəli rejimli işə, peşələrin (vəzifələrin) əvəz edilməsi, elmi dərəcəyə, fəxri ada, qulluq stajına, xidmət illərinə, ixtisas dərəcəsinə, hakimiyyət səlahiyyətlərinin icrasına, xüsusi rütbə maaşına (əlavəsinə) görə və s.) və Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarının rəhbər işçilərinə və şəhər (rayon) icra hakimiyyəti başçılarına səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün əlavə pul təminatı;
  • uşağın yedizdirilməsi üçün ayrılmış fasilələrin ödənilməsi;
  • səhra, susuz və yüksək dağlıq yerlərdə əmsallar üzrə əlavə ödənişlər;
  • iş vaxtından artıq iş saatlarının ödənilməsi;
  • İstirahət, iş günü hesab edilməyən bayram və ümumxalq hüzn günlərində işə görə ödənilmə;
  • işçinin təqsiri olmadan zay (yararsız) sayılan məhsulun istehsalına, boşdayanmaya, hasilat normalarına yerinə yetirmədiyinə, soyuq və isti havalar şəraitində fasilələrə və işin dayandırılmasına görə ödəmələr;
  • müvəqqəti əvəzetməyə görə ödəmə; qanunvericilikdə işçilərin iş yerlərinin və orta əmək haqqının saxlanıldığı, əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərq ödənildiyi və əvvəlki vəzifəsi (peşəsi) üzrə əmək haqqı saxlanıldığı hallarda;
  • məcburi işburaxma dövrünün ödənilməsi;
  • əmək, təhsil və yaradıcılıq məzuniyyəti dövründə saxlanılan orta əmək haqqı;
  • əmək qabiliyyətini müvəqqəti itirməyə , hamiləliyə və doğuma görə müavinətlər;
  • qəzet, jurnal, nəşriyyat, radio və televiziya, informasiya agentlərinin ştatlarında olan əbədi işçilərə ədəbiyyat qonorarı fondlarından verilən qonorarlar, daimi xarakter daşıyan müəlliflik, artist qonorarları və quruluş haqqı.

Nəzərə alınmayan ödənişlər:

  • birdəfəlik xarakteri daşıyan əlavə mükafatların bütün növləri, yubiley və bayram günləri, anadan olan günlər ilə bağlı və digər analoji hallarda verilən həvəsləndirici ödənclər (mükafatlar da daxil olmaqla);
  • işçinin öz vəzifəsinə aid olmayan ayrı-ayrı tapşırıqların yerinə yetirilməsinə görə ödəmələr;
  • əmək alətlərinin, vasitələrinin və digər əşyaların amortzasiyasına görə pul əvəzi;
  • maddi yardım şəklində verilən müxtəlif növ ödənişlər;
  • ezamiyyət ilə bağlı verilən ödəmələr, çöl xərcləri, daimi işi yolda olan, yaxud gediş-gəliş və ya gəzəri xarakter daşıyan işçilərə ödənilən əlavələr, bilavasitə tikintidə çalışan işçilər üçün səyyar xarakterli işə görə, işin növbə metodu ilə yerinə yetirilməsinə görə əlavələr;
  • ayrı-ayrı işçilərə pulsuz verilmiş mənzil, kommunal xərclərin, yanacağın, nəqliyyatda gediş biletlərinin dəyəri və ya onların kompensasiyası;
  • işçilərə verilən iş paltarlarının, iş ayaqqabılarının və başqa fərdi mühafizə vasitələrinin, sabunun, başqa yuyucu vasitələrin, südün və müalicə-profilaktika qidalarının dəyəri;
  • qanunvericilikdə nəzərdə tutulmuş hallarda pulsuz qidaların dəyəri (pulsuz kollektiv yeməklər, müəssisənin mənfəətinin hesabına işçilərə pulsuz və ya güzəştli şərtlərlə verilən yeməklər);
  • sanatoriya-kurort müalicəsinə və istirahət evlərinə yollayışların dəyəri;
  • başqa əraziyə işə keçirildikdə və yaxud köçdükdə mənzil kirayəsi və əmlakın daşınması üzrə xərclərin ödənilməsi;
  • istehsalatdan ayrılmaqla təhsil almağa göndərilmiş işçilərə müəssisə və təşkilatlar tərəfindən ödənilən təqaüdlər;
  • yarış, baxış və müsabiqə qaliblərinə verilən pul mükafatları;
  • gənc mütəxəssislərə ali və yaxud orta ixtisas təhsil müəssisəni qurtardıqdan sonra verilən məzuniyyət zamanı müəssisələr, idarələr, təşkilatların hesabına ödənilən müavinətlər;
  • mülki-hüquqi müqavilələr üzrə işlərin yerinə yetirilməsinə görə ödəmələr;
  • istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya.

Məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması Qaydası.

Məzuniyyət vaxtı üçün hesablanmış orta əmək haqqı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmsallaşdırılıb ödənilməlidir. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı aşağıdakı qaydada əmsallaşdırılır:

Orta aylıq əmək haqqı = ((ƏH1*Ə1+ƏH2*Ə2+…)+ƏH)/N

Burada, ƏH1, ƏH2, … – tarif (vəzifə) maaşlarının sonuncu kütləvi artımından əvvəlki ayrı-ayrı artım dövrlərində işçinin əmək haqqının cəmi;

ƏH – tarif (vəzifə) maaşlarının sonuncu kütləvi artımından sonrakı aylar üzrə işçinin əmək haqqının cəmi;

Ə1, Ə2, … – son kütləvi artımından sonra tarif (vəzifə) maaşının əvvəlki artım dövrlərində tarif (vəzifə) maaşlarına olan nisbətdən alınan təshsih əmsalları;

N – məzuniyyət haqqı hesablanarkən nəzərə alınan ayların sayı.

Məzuniyyət vaxtı üçün orta əmək haqqı əmsallaşdırılarkən tarif (vəzifə) maaşına faizlə (əmsalla) müəyyən edilməyən əlavələr əmsallaşdırılmır.

Qanunvericilikdə müəyyən olunmuş tarif (vəzifə) maaşları büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda kütləvi şəkildə artırıldıqda və ya təsərrüfat hesabı müəssisələrdə kollektiv müqavilənin şərtlərinə əsasən tarif (vəzifə) maaşları kütləvi şəkildə artırıldıqda orta əmək haqqının əmsallaşdırılması hazırkı qaydada əsasən həmin müəssisə, idarə və təşkilatlarda müstəqil surətdə aparılır.

İşçi büdcədən maliyyələşən müəssisədə çalışır və 01 oktyabr 2011-ci il tarixindən AR Prezidentinin müvafiq sərəncamıyla büdcədən maliyyələşən təşkilatlarda çalışan işçilərin əmək haqları orta hesabla 10% artırılmışdır. Əmək Məcəlləsinə əsasən işçiyə 56 gün məzuniyyət verilməlidir. Məzuniyyət haqqının hesablanmasına baxaq.

İşçinin son 12 ay aldığı əmək haqqı aşağıdakı cədvəldəki kimi oluşdur:

Tarix Ödənilmiş məbləğ
İyul 2010 400
Avqust 2010 400
Sentyabr 2010 400
Oktyabr 2010 440
Noyabr 2010 440
Dekabr 2010 440
Yanvar 2011 440
Fevral 2011 440
Mart 2011 440
Aprel 2011 440
May 2011 440
İyun 2011 440
Cəmi 5 160

Beləliklə,ƏH1 olacaqdır: 1200(400+400+400)

ƏH olacaqdır: 3960(440+440+440+440+440+440+440+440+440)

Ə1 olacaqdır: 1.1(440/400)

Orta aylıq əmək haqqı = (1200*1.1+3960)/12=440 manat

Bir günlük əmək haqqı = 440 / 30.4 = 14.47 manat

Məzuniyyəti nə vaxt götürmək sərfəlidir?

Adətən çoxlarımız düşünürük ki, məzuniyyət üçün bizə hesablanan məzuniyyət haqqı aldığımız əmək haqqına bərabər olacaqdır. Lakin, bu tam düşündüyümüz kimi deyil. Bəzən məzuniyyət götürdüyümüz ayda aldığımız əmək haqqı az, bəzən isə çox ola bilər.

Məzuniyyət bir neçə hallarda bizim üçün sərfəli ola bilər:

  • Məzuniyyət günlərinin sayı: məzuniyyət günləri az götürülür lakin istirahət daha uzunmüddətli olur;
  • Məzuniyyət haqqının məbləğinə görə.

İstirahətinizin uzun olmasını istəyirsinizsə: İstirahət günlərinizi uzadmaq istəyirsinizsə, yanvar və ya mart bayramlarından istifadə edə bilərsiniz. Çünki, məzuniyyətin müddəti bayram günlərinə təsadüf edən məzuniyyət günləri miqdarında uzanacaq. Bundan başqa, məzuniyyəti bazar ertəsindən cümə gününə kimi, 5 təqvim günü müddətinə götürə bilərsiniz. Belə olduqda, 9 gün istirahət edə biləcəksiniz (dörd istirahət gününü nəzərə alaraq).

Məzuniyyət haqqı məbləğinin yüksək olmasını istəyirsinizsə: Alacağınız məzuniyyət haqqı məbləğinin yüksək olmasını istəyirsinizsə, məzuniyyətinizi istirahət günlərinə salın. Çünki məzuniyyət haqqı hesablanarkən istirahət günləri də məzuniyyətin təqvim günlərinə daxil edilir və ödənilirlər. Qalan bəzi hallarda da məzuniyyət haqqında əlavə qazanc əldə etmək olar, bu da asılıdır ondan ki, məzuniyyət dövrünə qeyri iş günü olan bayram günləri daxildir və ya yox, və məzuniyyətə çıxdığı ayda işçi neçə gün işləmişdir.

Qeyd edək ki, qeyri-iş günləri 2 cür olur: istirahət günləri (şənbə və bazar) və bayram günləri.

İşçinin məzuniyyətə çıxdığı ayda işçiyə ödənilən haqq iki hissədən ibarət olur:

  • İşlənmiş günlərin sayına görə hesablanan əmək haqqı;
  • Məzuniyyət haqqı;

İşlənmiş günlərin sayına görə hesablanan əmək haqqı

İşlənmiş günlərin sayına görə əmək haqqı aylıq əmək haqqı məbləğinin müvafiq aydakı iş günlərinin sayına bölməklə və alınan gündəlik əmək haqqının işlənmiş günlərin sayına vurmaq ilə müəyyən edilir.

Misal üçün, ən az iş günləri 2017-ci ilin yanvar, mart və iyun aylarındadır. Ona görə, bu aylarda hər iş gününə düşən əmək haqqı başqa aylarda olan iş günlərinə nisbətən daha “bahalıdır”.

Diqqət: Ən “ucuz” iş günü bayramları olmayan və eyni zamanda 31 təqvim günü olan aylardadır.

Misal üçün, işçinin aylıq əmək haqqısı 800 manatdır. Əgər 2017-ci ilin avqust ayında 23 iş günü vardırsa, o zaman, avqust ayında hər iş gününün “qiyməti” 34.78 manat (800/23) olacaqdır. Və əgər 2017-ci ilin mart ayında 17 iş günü varsa, o zaman, hər iş gününün “qiyməti” 47.06 manat (800/17) olacaqdır.

Məzuniyyət haqqı

Məzuniyyət haqqı iş günləri əsasında deyil, təqvim günləri əsasında hesablanır. Məzuniyyət haqqı hesablanarkən bir günlük əmək haqqı ayın təqvim günlərinin orta illik miqdarına – 30.4 günə (365/12) bölməklə hesablanır. Bu 30.4 gün isə hər hansı bir ayda olan iş günlərinin sayından daha çoxdur (iş günlərinin sayı maksimum 23 gün ola bilər). Bu o deməkdir ki əmək haqqı dəyişməz qalarsa, məzuniyyət haqqı bütün aylarda eyni olacaqdır. İşlənmiş günlərin sayına görə əmək haqqı isə iş günlərinin sayı çox olan aylarda daha çox olacaqdır. Məzuniyyət haqqının yüksək olması üçün məzuniyyəti bayram və istirahət günləri az olan və iş günləri çox olan ayda götürmək sərfəlidir. Bayram və istirahət günlərinin sayı hər il müxtəlif aylarda eyni olmur və hər il dəyişir. Misal üçün, Qurban və Ramzan bayramlarının günləri təqvimdə “hərəkət edir” və hər il müxtəlif aylara düşə bilər.

Hamiləliyə və doğuşa görə məzuniyyət

Hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir. Hamiləliyə və doğuşa görə məzuniyyətdə olan qadınların aşağıdakı əlavə hüquqları vardır:

  1. Əmək Məcəlləsinin 131-ci maddəsinə əsasən, qadınların hamiləliyə və doğuşa görə — sosial məzuniyyətdən bilavasitə əvvəl, yaxud sonra əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan işin birinci ili üçün əmək məzuniyyətindən işçilərin istifadə etmək hüququ vardır.
  2. Əmək Məcəlləsinin 91-ci maddəsinə əsasən, hamilə və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün qısaldılmış iş vaxtının müddəti 36 saatdan artıq olmamalıdır.
  3. Eyni zamanda, Əmək Məcəlləsinin 117-ci maddəsinə əsasən, Əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir.
  4. Əmək Məcəlləsinin 127-ci maddəsinə əsasən, uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər.

Məzuniyyətdə olan işçi hansı hallarda geri çağırıla bilər?

Əmək Məcəlləsinin 137-ci maddəsinə əsasən məzuniyyətdən geriçağırma qaydası aşağıdakı kimi təsbit edilib:

  • Müstəsna hallarda – istehsalatda baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması, habelə təxirəsalınmaz işlərin görülməsi zərurəti olduqda əmək məzuniyyətində olan işçi ancaq onun razılığı ilə məzuniyyətdən geri çağırıla bilər. Əmək məzuniyyətindən geriçağırma əmrlə (sərəncamla, qərarla) rəsmiləşdirilməlidir.
  • Əmək məzuniyyətindən geri çağırılan işçiyə tərəflərin razılığı ilə ya işə başladığı gündən əməkhaqqı hesablanır və işləndiyi məzuniyyət günlərinin əvəzində ödənişsiz əlavə istirahət günləri (əvəzgün) verilir, ya da işçiyə işə başladığı gündən əməkhaqqı hesablanır, istifadə edilməmiş məzuniyyət günlərinə düşən məzuniyyət pulunun məbləği ondan tutulur və məzuniyyətin istifadə edilməmiş günləri gələcəkdə müəyyən edilmiş vaxtda verilərək Əmək Məcəlləsinin 140-cı maddəsində nəzərdə tutulmuş qaydada yenidən məzuniyyət pulu hesablanıb ödənilir.

Əmək və Məşğulluq hüququ

Əmək hüququ məsləhətləri, əmək müqavilələrinin bağlanılması, insan resursları üzrə sənədləşmə və daxili qaydaların tərtibi, işdən çıxarma və mübahisələrin həlli.

Azərbaycanın əmək qanunvericiliyinin işçilərin hüquqlarını daha çox müdafiə etməsi əmək müqavilələrinə və tərəflərin razılaşmalarına xüsusi diqqət yetirilməsini zəruri edir. Xüsusilə bəzi hallarda, əmək və mülki hüququn sərhədləri o qədər qarışıq olur ki, həll yolları tapmaq üçün peşəkar yanaşmaya ehtiyac duyulur. Xüsusi ilə, bəzi hallarda əmək və mülki hüququn sərhədləri o dərəcədə dəqiq bilinmir ki, işçi və/ və ya işəgötürənin tələblərini nəzərə alaraq, daha peşəkar yanaşmaya ehtiyac duyulur.

Azərbaycanda əmək münasibətlərinin tənzimlənməsi və Əmək Məcəlləsi

Azərbaycanda əmək və məşğulluq qanunları işəgötürənlər üçün tələb kimi minimum standartları müəyyən edir, iş rejimi və şərtlərini ciddi şəkildə tənzimləyir. İşəgötürən və işçi əmək müqaviləsi ilə işçi üçün daha əlverişli şərtlər barədə razılığa gələ bilər; lakin bu Məcəllə ilə müəyyən edilmiş minimal standartların məhdudlaşdırılması ilə bağlı hər hansı bir razılaşma qüvvəsi yoxdur.

İşçinin İş rejimi, illik məzuniyyət, minimum əmək haqqı, maksimum iş saatı, əmək müqaviləsinin xitamı şərtləri və kompensasiya (müavinətlər) Azərbaycanın Əmək Məcəlləsi ilə tənzimlənən müxtəlif məsələlərdəndir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Azərbaycan Konstitusiyasına əsasən, gündəlik normal iş saatı səkkiz saatdan çox ola bilməz. Standart iş həftəsi 5 iş günündən ibarətdir. Sənaye sahəsinin, xidmət sahəsinin və iş şərtlərinin xüsusiyyətlərindən asılı olaraq, işəgötürən həftəlik iş saatları limitində bir iş günü istirahət günü olmaqla, altıgünlük iş həftəsi müəyyən edə bilər.

Minimum illik məzuniyyət ümumi olaraq 21 gündür. Mütəxəssis vəzifələri üçün isə Əmək Məcəlləsində illik məzuniyyət 30 gün müəyyən edilməklə bərabər, işçinin təcrübəsinin nəzərə alınaraq, əlavə məzuniyyət hüququ du nəzərdə tutulur.

İşəgötürən işçilər üçün təhlükəsiz iş şəraiti yaratmalı və iş yerlərində məcburi sığorta təmin etməlidir.

Əmək Məcəlləsi işçinin və işəgötürən tərəfindən müqaviləni ləğv etmək üçün əsasları ciddi şəkildə tənzimləyir. Odur ki, hər hansı bir iddia və ya zərərin qarşısını almaq üçün bütün xitam prosedurlarına və tələblərinə əməl edilməlidir.

Məşğulluq və əmək hüququ üzrə məsləhətlər:

CLC-nin hüquq komandası əmək və məşğulluq sahəsində müştəriləri müvafiq preventiv və məsləhət xarakterli xidmətlərlə təmin edir. Bizim fəaliyyət göstərdiyimiz sahələr sırasında aşağıdakılar daxildir:

– əmək müqavilələrinin, kollektiv sazişlər, daxili siyasətlər (Etik Qaydalar və s.) kimi hüquqi sənədlərin hazırlanması və təhlili;

– İşə cəlb edilməməsi və rəqabət aparmama haqqında işçilərlər müqavilələr;

– Məxfi məlumatları yaymama barədə müqavilələr;

– HR idarəetməsi məsləhətləri;

– Əmək haqqı hesablamaları və kadrların cəlb edilməsi üzrə xidmətlər;

– əcnəbilərin işəgötürülməsi və əcnəbilərin işəgötürmə müqavilələri üzrə məsləhətləşmələr;

– tərəflərin əmək mübahisələri zamanı təmsil edilməsi;

– insan resursları sahəsində xidmətlər;

– hüquqi prosedurlar zamanı müdafiənin təşkili və bütün məhkəmələrdə işlərin izlənilməsi;

– mümkün olan ən sərfəli vasitələrlə işçilərin işə götürülməsi üçün rahat həllər;

– işəgötürmənin nəticəsi olaraq qanunvericilik tələblərinə əməl edilməsi;

– ödəniş cədvəli sisteminin yaradılması;

– HR siyasətinin və prosedurlarının hazırlanması;

– işçilərin attestasiyası, işçilərin işdən azad edilməsi (əmək müqaviləsinə xitam verilməsi);

– digər əmək və məşğullu ilə əlaqədar məsələlərdə məsləhətləşmələr.

Bundan əlavə, biz iş axtaranlar və işəgötürənlər üçün iş (əmək) icazəsi almaq üçün və ya iş icazəsindən azad olunmaq üçün məsləhət, habelə iş icazəsi ilə və ya iş icazəsindən azad olunma əsasında rezidentliyə müraciət üçün hüquqi dəstək veririk.

Caspian Legal Center geniş-çeşidli hüquq və vergi xidmətləri göstərən və Bakıda yerləşən konsaltinq şirkətidir. Əsasən transmilli şirkətlərə tam hüquq, vergi və əlaqədar mühasibatlıq xidmətləri göstərən CLC Legal 500, IFLR 1000, World Tax 2020, Lawyers Global və Global IP Lawyers tərəfindən Azərbaycanda aparıcı şirkət kimi qiymətləndirilmişdir. Xidmətlərimiz bütün Azərbaycan ərazisini, habelə beynəlxalq əməliyyatları və beynəlxalq vergi məsələlərini də əhatə edir.

  • 15 Nobel Avenue, Azure Business Center,, 15th floor, office 98,, Bakı 1025, Azerbaijan
  • (+994 50) 289 89 73
  • (+994 55) 260 49 40
  • (+994 12) 480 14 86
  • [email protected]

Comments are closed, but trackbacks and pingbacks are open.