01 yanvar 2018-ci ildən etibarən əmək müqaviləsinə xitam verilərkən tətbiq edilən YENİ QAYDALAR”
Mühasibat uçotu
Əmək məcəlləsi 2018
Əmək və onun ödənilməsi
- nəğd pul ilə
- işçinin bankdakı hesabına köçürülə bilər
- natura formasında
- Əmək haqqı, bir qayda olaraq, işin icra olunduğu iş yerində verilir.
- Əmək haqqı işçinin istəyi ilə onun bankdakı hesabına köçürülə və ya müvafiq ünvana göndərilə bilər.
- İşçinin razılığı ilə əmək haqqının 20 faizə qədəri mütənasib dəyərli natura formasında müəssisədə istehsal edilən istehlak malları ilə, spirtli içkilər, tütün məmulatları, narkotik vasitələr və psixotrop maddələr və mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyəsi məhdudlaşdırılmış) digər əşyalar istisna olunmaqla, məişətdə işlədilən digər gündəlik tələbat malları ilə əvəz edilib verilə bilər.
- Əmək haqqı Azərbaycan Respublikasının pul vahidi – manatla ödənilir.
Dt | Kt | Məbləğ | Əməliyyatın məzmunu |
70 | 50 | 1 000 | Əmək haqqının kassadan ödənilməsi |
70 | 51 | 5 000 | Əmək haqqının işçinin hesablaşma hesabına köçürülməsi |
70 51 | 76.4 50 | 800 | Vaxtında ödənilməyən əmək haqqının deponentləşdirilməsi |
76.4 | 50 | 800 | Deponentləşdirilmiş əmək haqqının kassadan ödənilməsi |
Mühasibat uçotu
Uçotun təşkili
“ 01 yanvar 2018-ci ildən etibarən əmək müqaviləsinə xitam verilərkən tətbiq edilən YENİ QAYDALAR”
Məlum olduğu kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə işəgötürən tərəfindən işçilərin sayının azaldılması və ya ştat ixtisarı ilə əlaqədar xitam verilməsi mümkündür. Yeni dəyişikliklərədək göstərilən əsaslarla əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən işçiyə azı 2 ay əvvəlcədən rəsmi xəbərdarlıq edilməli, iki ayın tamamında isə orta əmək haqqı məbləği həddində işdənçıxarma müavinəti və Məşğulluq İdarəsindən alınmış müvafiq arayışlara əsasən işçinin işdən çıxarıldığı gündən yeni işə düzələcəyi günədək 2-ci və 3-cü aylar üzrə orta əmək haqqı ödənilməli idi.
Bununla yanaşı əvvəlki normalara görə, işəgötürən tərəfindən işçinin razılığı ilə 2 aylıq xəbərdarlıq müddəti əvəzinə işçiyə 2 aylıq əmək haqqını birdəfəlik ödəməklə əmək müqaviləsinə xitam verilə bilərdi.
01 yanvar 2018-ci il tarixdən isə artıq tamamilə yeni prosedur qaydalar tətbiq olunmağa başlandı. Bu qaydalara görə işçiyə müqavilənin xitamından əvvəl verilən xəbərdarlıqlar müddətində, orta aylıq əmək haqqı məbləğində ödənilən işdənçıxarma müavinətində və xəbərdarlıq müddəti əvəzinə işçinin razılığı ilə ödənilən birdəfəlik əmək haqqı məbləğində işçinin stajı nəzərə alındı. Onu da qeyd etmək zəruridir ki, bu staj sırf işçinin hazırda işlədiyi müəssisədə olan stajı deyil, ümumi stajını nəzərdə tutur.
Yeni dəyişikliklərə əsasən artıq işəgötürən işçilərin sayının azaldılması və ya ştat ixtisarı ilə əlaqədar əmək müqaviləsinə xitam verməzdən əvvəl işçini rəsmi xəbərdar edərkən aşağıdakı qaydada onun stajını nəzərə almaqla müddətlərə diqqət etməlidir:
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
Azərbaycan Respublikası Əmək Məcəlləsini aşağıdakı keçiddən öz kompyuterinizə yükləyə bilərsiniz:
Bir cavab yazın Cavabı ləğv et
Saytda Axtarış
Bizim Xidmətlər
- Vergi uçotu
- Mühasibat üçotu
- Kadr uçotu xidmətləri
- Agent xidmətləri
- Konsaltinq xidmətləri
- Tədris xidməti
- Marketinq xidmətləri
- Hüquq xidmətləri
Outsourcing bütün dünyada ən geniş yayılmış xidmət sahələrindən biridir.
Əmək bölgüsü iş prosesinin səmərəliliyini artırmaq üçün çox önəmlidir. Şirkətinizin profilinə aid olmayan funksiyaları başqa ixtisaslaşdırılmış şirkətə ötürməklə xərclərinizi optimizasiya edin.
Daha irəli və sürətlə addımlamaq üçün konsultasiya xidmətlərindən yararlanın.
Konsultasiya – təcrübəli və professional mütəxəssislərin yardımı deməkdir. Biz Sizin təşkilatın qarşısındakı problemləri araşdırılıb, yaranmış çətin durumdan çıxış yollarını təqdim edirik.
Comments are closed, but trackbacks and pingbacks are open.