Bakıdada 40 AZN Əmək məcəlləsinin kommentariyası 2018 ci il son: Kitab
Əmək Məcəlləsinin 162-ci maddəsində 2 fərqli müvəqqəti həvalə etmə halı nəzərdə tutulub:
VERGİLƏR
İşçi ilə işəgötürən arasında mübahisə yaradan məsələlərdən biri də müəyyən səbəblərə görə bir işçinin digər işçini əvəz etməsi ilə bağlıdır. Mövzunu “vergiler.az” üçün insan resurslarının idarə olunması üzrə mütəxəssis Nihad Əliyev şərh edir.
Əmək Məcəlləsinin 162-ci maddəsinə əsasən, müəyyən səbəbdən iş yerində olmayan işçinin əmək funksiyasının icrasına tərəflərin razılığı ilə yol verilir. Bu zaman əməkhaqqı Əmək Məcəlləsinin 162-ci maddəsində nəzərdə tutulan qaydada ödənilir.
Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulan əməkhaqqının (vəzifə maaşının) yarısından az olmamaq şərtilə əlavə əməkhaqqı ödənilməlidir. Boş vəzifə üzrə işçiyə 3 aydan çox olmayan müddətə əmək funksiyasının yerinə yetirilməsi həvalə edilə bilər. Bu müddət bitdikdən sonra ya əvəzedici işçi onun razılığı ilə həmin vəzifəyə keçirilir, ya hər iki vəzifə birləşdirilərək əvəzedici işçinin əmək funksiyasının genişləndirilməsi ilə əlaqədar yeni əmək müqaviləsi bağlanılır, ya da boş vəzifəyə yeni işçi götürülür. Əgər boş vəzifə üzrə əmək funksiyası boş olmayan vəzifə üzrə əmək funksiyası ilə eyni xarakterlidirsə, həmin boş olmayan vəzifəni tutan işçi onun razılığı ilə öz vəzifəsində qalmaqla həmçinin belə boş vəzifəyə təyin edilə bilər. Bu zaman işçiyə boş vəzifə üzrə nəzərdə tutulmuş əməkhaqqının (vəzifə maaşının) yarısından az olmamaq şərtilə əlavə əməkhaqqı ödənilir.
Əmək Məcəlləsinin 162-ci maddəsində 2 fərqli müvəqqəti həvalə etmə halı nəzərdə tutulub:
1. Müəyyən səbəblərə görə işçinin məzuniyyətlərdə, ezamiyyətdə olması, əmək qabiliyyətinin müvəqqəti itirilməsi və s. digər halları özündə əhatə edən müvəqqəti işdə olmayan hallar;
2. Müəyyən səbəblərə görə əmək müqaviləsinə xitam verilib işdən ayrılan işçilərdən sonra yaranmış vakant (boş) iş yerinin başqa işçilərə həvalə olunması halı.
Hər iki hala misallar üzərindən baxaq.
Öncə qeyd edim ki, yuxarıda sadalanan hallarda işlər həvalə olunan işçidən razılıq alınmalıdır. Təcrübədə razılıq daha çox yazılı formada ərizə ilə alınır. Bundan sonra həvalə olunmanın həyata keçirilməsi və ödəniləcək əlavə əməkhaqqı ilə bağlı qeydləri özündə əhatə edən əmr tərtib olunur və həmin əmr əsasında ödəniş edilir. Həmin əmrlə müvəqqəti həvalə olunma prosesi sənədləşdirilir və işçiyə əlavə əməkhaqqı ödənilir.
Misal 1: Tutaq ki, insan resursları şöbəsinin rəhbəri vəzifəsində çalışan işçi 1 ay müddətinə əmək məzuniyyətindən istifadə edir. Bu müddət ərzində onun əmək funksiyaları həmin şöbədə insan resursları üzrə baş mütəxəssis vəzifəsində çalışan işçiyə həvalə olunur. Həvalə olunan işçinin bununla bağlı razılığının alınması mütləqdir. Bundan sonra işəgötürən tərəfindən müfaviq əmr tərtib olunur. 1 ay müddətinə baş mütəxəssis öz əmək funksiyaları ilə yanaşı, şöbə rəhbərinin də əmək funksiyalarını icra edir. Bunun qarşılığında isə əvəz edən işçiyə qanunvericilikdə göstərilən qaydada əlavə əməkhaqqı hesablanıb ödənilməlidir.
Misal 2: İnsan resursları şöbəsinin rəhbəri vəzifəsində çalışan işçi öz ərizəsi ilə işdən ayrılır. Bu zaman baş mütəxəssis vəzifəsində çalışan işçinin razılığı ilə həmin işçi müvəqqəti olaraq vakant olan şöbə rəhbəri vəzifəsinin funksiyalarını da icra edir. Bu həvalə olunma ən çox 3 ay müddətində ola bilər.
Yuxarıda qeyd olunan hər iki hal arasında oxşaq və fərqli cəhətlər mövcuddur.
Oxşar cəhətlər:
– hər iki halda həvalə olunma prosesi tərəflərin razılığı ilə baş verir;
– hər iki halda mütləq işəgötürən tərəfindən əlavə əməkhaqqı hesablanıb ödənilməlidir.
Fərqli cəhətlər:
– müvəqqəti, müəyyən səbəblərə görə həvalə olunma daha çox müddətə ola bilər, ancaq vakant iş yerinin həvalə olunması 3 aydan çox ola bilməz;
– əlavə əməkhaqqının ödənilməsində müəyyən fərqlər mövcuddur.
Yuxarıda qeyd olunan hər iki müvəqqəti həvalə etmə ilə bağlı işəgötürən tərəfindən əlavə əməkhaqqı hesablanıb işçiyə ödənilməlidir. Əlavə əməkhaqqının hesablanması qaydaları Əmək Məcəlləsinin 61-ci və 162-ci maddələri ilə tənzimlənir.
Bakıdada 40 AZN Əmək məcəlləsinin kommentariyası 2018 ci il son: Kitab
Novruz Cənubda Rezervasiya üçün ilkin 50% ödəniş tələb olunur. Turun qiyməti —- 1 gecə 2 gün 85AZN. Lənkəran Masallı Yardımlı (Tarix 20- 21; 21-22; 22-23 mart ) — Lənkəran Masallı Yardımlı Lerik Astara* 2
Salam sade semimi mehriban duzgun durust sozun deyib emel eden axira kimi geden yalani aldatmagi olmuyan ciddi bir xanimla tanis olmaq isterdim. Ciddi xanim buyursun
Çəkisi 10kq+10kq=20kq Oxalanan deyil keyfiyyətli materiallardan hazırlanmış qanteldir. Metrolara və şəhərdaxili çatdırılma var Malın növü: Digər Çatdırılma?: Bəli
Novruz Bayramını Quba Qusar Turunda Bizimlə daha yadda qalan və unudulmaz bayram tətili kecirtməyə dəvət edirik Büdcənizə uyğun Novruz bayramı Turu ! – Hər şey daxil! Yerlərin sayı Məhtuddur! — MÖHTƏŞƏM Bayram
Malın növü: Fitnes və trenajorlar Çatdırılma?: Bəli
Dünyanın bütün brend markaları Bakıdan 30 – 40 % ucuz qiymete,alış veriş etmek imkani. Trabzon Batumi Msxeta Tiblisi Turu Qiymət 249 $ 4 gece 5gün Tarix : 19 – 25 mart ︎Turun çıxışı 19 mart gece Tiflis
Elliptik velotrenajor İmprove Eliptik Biseklet -1 Ilkin Odenissiz Faizsiz Arayissiz ve Zaminsiz Ilkin Odenissiz 18 Ay 55 manat 50 qepik Eliptik velotrenajor – idman trenajorudur. Təcrübəçinin hərəkətləri xizək
Antalya,Bodrum,Kuşadası,Çeşme,Marmaris, Fethiye İSTİQAMƏTİNDƏ ERKƏN REZERVASİYAYA START VERİLDİ. 30 % ilkin ödəniş etməklə qalan məbləği hissə – hissə ödəyib yay tətilinizi indidən endirimlə əldə edə bilərsiniz
Elaqe : Şok endirim! 1500 azn yox, sadəcə 1000 azn təzə servisdən cıxıb, sürülməyib. Yaxsı vəziyyətdədir. Velosiped sumkası üstündə hədiyyə olacaq. Oturacağı və rolu 4300 manatlıq CUBE velosipetindən götürülüb. Malın
Greaten P-30R ( 88 Klaviş Elektro Piano , Pianino ) Rəqəmsal Piano Klavişlərin sayı: 88 P-30 müasir sensor ekran idarəetmə paneli, mükəmməl səs effektləri, dinamik çəkiclə işləyən klaviatura və klassik korpus dizaynı
Turnikden basiasagi asilmaq ucun qravitasi cekmeleri.bu alet onurga xesteliklerinin mualicesinde,boy artiminda cox effektivdir. Catdirilma pulsuz Malın növü: Fitnes və trenajorlar Çatdırılma?: Bəli
Mersedes Vito 2010 il. 7 yerlik. Təcrübəli sürücü. Rayonlara bir və ya bir neçə günlük turlar. Azərbaycan, rus, türk dillərində danışıram. Qiymət razılaşma yolu ilə. Sizin səyahətinizi unudulmaz və yaddaqalan etməyə
Velotrinajor satilir 250azn Goranboy Gunel1 Vatsap aktivdir
TÜRKİYƏNİN RƏSMİ BANK ZƏRBXANASINDA QARABAĞIN VƏ QƏLƏBƏMİZİN SİMVOLU OLAN XARI BÜLBÜLÜN HƏKK OLUNDUĞU VƏ "QARABAĞ AZƏRBAYCANDIR!" YAZILI AZƏRBAYCANIN VƏTƏN MÜHARİBƏSİNDƏ QƏLƏBƏSİ ŞƏRƏFİNƏ MƏHDUD SAYDA
Bu qiymətləri görüb, sevincinizdən uçacaqsınız Bakı Abu Dabi – 125 Azn Bakı Tbilisi- 130 Azn Bakı Aktau – 130 Azn Bakı Budapeşt – 195 Azn Gəncə İstanbul – 195 Azn Bakı İstanbul – 205 Azn Bakı Rome Fiumicino –
Macaristan, Avstriya, Polşa, İtaliya Avropa Qrup turu Tarix – 24iyun 1 iyul 2023 Qiymət – 995 €-1799 AZN Qiymətə daxildir : -Aviabilet (Baki Budapeşt Varşava Baki) -Hotellər -Qidalanma səhər yeməyi -Transfer
Məlumatlar
Tezbazar.az Pulsuz Elanlar saytıdır. Elanlar sayti kimi Bakıda və Azərbaycanda elanlar yerləşdirib asanlıqla məhsul və xidmətlərinizi sata və ala bilərsiniz. Ucuz telefonlar, ucuz komputerlər, elektronika məhsulları , mebel sifarişləri, xidmətlər və digər elanları ucuz qiymete asanlıqla tapmaq mümkündür. Daşınmaz əmlak elanları, ev elanlari, kiraye evler, ucuz torpaq axtarmaq istəyənlər saytdan faydalana bilərlər. Avtomobil masin alqı satisi, Arenda masinlar, Rent a car icare masinlar. Siz saytda öz məhsul və xidmətlərinizi pulsuz elan kimi yerləşdirə bilərsiniz.
Saytın rəhbərliyi elanların məzmununa görə məsuliyyət daşımır.
© 2016 TEZBAZAR.AZ | info [@] tezbazar.az | Bizimlə əlaqə
Əmək məcəlləsinin 66, 67 və 70-ci maddələrində dəyişikliklər edildi
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 213; 2001, № 3, maddə 143, № 6, maddə 362, № 11, maddələr 672, 679, № 12, maddə 731; 2002, № 1, maddə 2, № 5, maddə 241, № 6, maddə 328; 2003, № 1, maddələr 9, 23; 2004, № 1, maddə 10, № 2, maddə 57, № 3, maddə 133, № 6, maddə 413, № 7, maddə 505, № 9, maddə 672, № 12, maddə 981; 2005, № 3, maddə 151, № 4, maddə 278, № 7, maddə 560, № 10, maddə 874, № 11, maddə 1001, № 12, maddə 1094; 2006, № 3, maddələr 220, 222, № 5, maddə 385, № 11, maddə 923, № 12, maddələr 1004, 1025, 1030; 2007, № 5, maddələr 401, 437, № 6, maddə 560, № 8, maddə 756, № 11, maddələr 1049, 1053; 2008, № 3, maddə 156, № 7, maddələr 600, 602, № 10, maddə 887, № 11, maddə 960; 2009, № 2, maddə 48, № 5, maddə 294, № 6, maddə 399, № 12, maddələr 949, 969; 2010, № 2, maddələr 70, 75, № 4, maddə 275; 2011, № 1, maddə 11, № 2, maddələr 70, 71, № 6, maddə 464, № 7, maddə 598; 2012, № 11, maddə 1054; 2013, № 2, maddələr 89, 101, № 11, maddə 1268; 2014, № 2, maddə 92, № 10, maddə 1162, № 11, maddə 1339, № 12, maddə 1527; 2015, № 2, maddə 97, № 3, maddə 250, № 6, maddə 680; 2016, № 2 (I kitab), maddələr 190, 201, № 5, maddə 847, № 11, maddə 1767; 2017, № 6, maddələr 1031, 1048; № 12, I kitab, maddələr 2187, 2189; 2018, № 1, maddə 13) aşağıdakı dəyişikliklər edilsin:
1. 66-cı maddənin on birinci abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və maddəyə aşağıdakı məzmunda on ikinci abzas əlavə edilsin:
“Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlər.”.
2. Aşağıdakı məzmunda 67-2-ci maddə əlavə edilsin:
“Maddə 67-2. Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması
1. Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər.
2. Hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikatlaşdırılması keçirilmir.
3. İlk dəfə işə qəbul olunanlar beş il müddətində, eləcə də azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər sertifikatlaşdırmaya cəlb edilmirlər.
4. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas ola bilər.”.
3. 70-ci maddənin “Qeyd” hissəsinin birinci cümləsində “komissiyası” sözündən sonra “Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin və” sözləri əlavə edilsin.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 iyun 2018-ci il.
Comments are closed, but trackbacks and pingbacks are open.