Press "Enter" to skip to content

Mək mühafizəsi və təhlükəsizliyi fənni, onun məqsədi və toxunduğu əsas məsələlər Plan

2. İşçi – isə götürənlə fərdi qaydada yazılı əmək müqaviləsi bağlayacaq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs

“Azərbaycan Respublikasında əməyin təhlükəsizliyi və sağlamlaşdırılması üzrə Milli Strategiya” Nazirlər Kabinetinə təqdim olunub – FOTO

Oktyabrın 8-də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Avropa İttifaqının (Aİ) İş yerində təhlükəsizlik və sağlamlıq üzrə Agentliyinin ekspertləri ilə görüş olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan Həmkarlar Təşkilatları İttifaqının və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri də iştirak ediblər.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev vətəndaşların əmək hüquqlarının təminatının, o cümlədən onların əməyinin mühafizəsinin daim Prezident cənab İlham Əliyevin diqqətində dayanan məsələlərdən olduğunu vurğulayıb. Nazir müavini əməyin mühafizəsi sahəsində ölkəmizin milli qanunvericilik bazası haqqında məlumat verib. Azərbaycanın əməyin mühafizəsi ilə bağlı Beynəlxalq Əmək Təşkilatının (BƏT) müvafiq konvensiyalarına qoşulduğunu qeyd edən İ.İsayev bildirib ki, bu sənədlərdən irəli gələn prinsiplər Azərbaycan Respublikasının Əmək Məcəlləsində əksini tapıb.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətinin daim təkmilləşdiyini qeyd edən İ.İsayev bildirib ki, həmçinin ölkədə əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə 1000-dən çox qaydalar, əsasnamələr, təlimatlar, dövlət standartları hazırlanıb və qüvvəyə minib. Görülən işlər nəticəsində əməyin mühafizəsini xarakterizə edən statistik göstəricilər tədricən yaxşılaşır.

İ.İsayev son vaxtlarda “Azərbaycan Respublikasında əməyin təhlükəsizliyi və sağlamlaşdırılması üzrə Milli Strategiya” hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunduğunu da diqqətə çatdırıb. O, bildirib ki, Strategiyada əməyin mühafizəsi və əmək şəraitinin yaxşılaşdırılması üzrə Dövlət Proqramının qəbul edilməsi, Əməyin Mühafizəsi üzrə Milli İnformasiya Mərkəzinin, Dövlət Əməyin Mühafizəsi Fondunun, əməyin mühafizəsi vasitələrini istehsal edən müəssisələrin yaradılması, iş yerlərində təhlükəsizlik və sağlamlıq üzrə Avropa standartlarının qəbul edilməsi və s. nəzərdə tutulur.

Aİ-nin İş yerində təhlükəsizlik və sağlamlıq üzrə Agentliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin rəhbəri Tim Tragenza təmsil etdiyi agentliyin əsas məqsədinin peşə sağlamlığı və təhlükəsizliyi məsələlərinə dair təbliğat xarakterli kampaniyaların keçirilməsi, Avropa Qonşuluq Siyasəti çərçivəsində tərəfdaş ölkələrlə əməyin mühafizəsi sahəsində bilik və təcrübə mübadilələrinin aparılmasının təşkil edilməsi olduğunu qeyd edib. O, bildirib ki, cari ilin fevralından bu sahədə yeni layihəyə start verilib. Layihə tərəfdaş ölkələr arasında qeyd olunan sahədə təcrübə mübadilələrinin aparılmasına, qarşılıqlı yardımlaşmaya, əməyin mühafizəsi üzrə qabaqlayıcı tədbirlərin hazırlanmasına öz töhfəsini verəcək.

Görüşdən sonra avropalı ekspertlər və nazirliyin aidiyyatı struktur bölmələrinin mütəxəssisləri, habelə sosial tərəfdaşların iştirakı ilə müvafiq mövzuda müzakirələrə başlanılıb.

Böyütmək üçün şəkillərə klikləyin.

Əmək mühafizəsi və təhlükəsizliyi fənni, onun məqsədi və toxunduğu əsas məsələlər Plan

Əməyin mühafizəsi – insanın əmək prosesində sağlamlığını, təhlükəsizliyini və işgüzarlığını təmin edən qanunvericilik aktları, təşkilati-texniki, sanitariya-gigiyenik, sosial-iqtisadi tədbirlər sistemidir.

Əməyin mühafizəsinin məqsədi istehsalat şəraitində işləyənlərin sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması və istehsalat zərərçəkmə və peşə zədələnmələrinin, peşə xəstələnmələrinin qarşısını almaqdır.

Əmək mühafizəsi qarşısında duran əsas məsələlər müstəqil Azərbaycan dövlətinin qüvvədə olan konstitutsiyasına uyğun, qanunvericilik aktları, əmək məcəlləsi, xüsusi qaydalar və normalar, müvafiq qərarlar və təlimatlar əsasında tənzim edilir.

Əmək mühafizəsi fənni yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında böyük rol oynamaqla, istehsalat sanitariyası və gigiyena, əmək psixologiyası, istehsalat estetikası, erqonomika və s. fənlərlə sıx surətdə bağlıdır.

Azərbaycan Respublikasında elmi-texniki tərəqqi əhalinin işlə təmin edilməsilə əlaqələndirilir və ondan əməyin əsaslı surətdə yüngülləşdirilməsi, iş həftəsinin qısaldılması, ağır fiziki əməyin mexanikləşdirilməsi və avtomatlaşdırılması üçün istifadə edilir. Elmi-texniki tərəqqi inkişaf etdikcə insanların əmək fəaliyyətində zehni əməyin fiziki əməklə üzvi surətdə birləşməsi prosesi gedir. Geniş miqyasda həyata keçirilən ixtisas və texniki-peşə təsili cəmiyyətin mənafeyini nəzərə almaqla iş və peşə növünün sərbəst seçilməsini təmin edir.

Əməyin mühafizəsi məsələləri ilə məşğul olan elmi müəssisə və idarələr əmək qanunvericiliyi, təhlükəsizlik texnikası, sanitariya-gigiyena normaları, iş yerlərinə erqonomik tələbatlar, yanğın təhlükəsizliyi, istehsalat obyektlərinin ildırımdan mühafizə məsələsi və bir sıra başqa məsələlər üzrə lazımi tədbirlər hazırlayıb əmək şəraitinin yaxşılaşdırılması istiqamətində tətbiq edir.

Tədqiqatçılar belə bir doğru nəticəyə gəlmişlər ki, hər bir müsbət hadisədə mənfi və hər bir mənfi hadisədə müsbət cəhətlər mövcud olur. Elmi-texniki inqilab özlüyündə müsbət hadisədir. Bununla belə, yüksək səviyyədə inkişaf etmiş, quruluşuna görə çox mürəkkəb olan texnikadan istifadə edən insan kiçik bir səhv üzündən özünü təhlükə qarşısında qoyur. Avtomobil maşınlarının sürətlə çoxalmasını biz təbii olaraq müsbət qiymətləndiririk, lakin avtomobil qəzalarının acı nəticələri də göz qabağındadır.

Rus alimi Q.Y.Panov yazır ki, dünya miqyasında texnika ilə onu idarə edən insan arasındakı uyğunsuzluq nəticəsində təkcə 1900-1950-ci illər arasında, yəni cəmi 50 il ərzində 250 milyon adam həlak olmuşdur, halbuki həmin dövrdə müharibələr 90 milyon adamın ölümünə gətirib çxarmışdır. Indi maşınla əlaqədar olaraq dünya miqyasında hər bir gün ərzində 350 min adam həlak olur ki, bunun da 250 mini avtomobil qəzaları ilə bağlıdır. Beynəlxalq ƏməkTəşkilatının məlumatına görə dünyada hər il istehsalatda təxminən 270 milyon bədbəxt hadisə baş verir. Nəticədə 2 milyondan artıq adam həlak olur və milyonlarla insan ömürlük şikəstliyə düçar olur. Bütün bunlar dünyada əməyin mühafizəsi işinin tədricən daha çox aktuallıq kəsb etməsinə səbəb olur və cəmiyyətin diqqətini insanların taleyinə, onların sağlam və təhlükəsizlik əmək şəraiti ilə təmin olunması məsələsinə yönəltmək üçün Beynəlxalq Əmək Təşkilatı 28 apreli Ümumdünya Əməyin Mühafizəsi günü elan etmişdir. 2004-cü ildən etibarən Azərbaycanda da Ümumdünya Əməyin Mühafizəsi günü dövlət səviyyəsində qeyd olunur.

Keçmiş Sovetlər birliyində 1929-cu ildən ali məktəblərdə «Əmək mühafizəsi və təhlükəsizlik texnikası» fənni tədris edilməyə başlanmış, 1966-cı ildən isə bu fənn «Əmək mühafizəsi» adlandırılaraq tədris edilmişdir. 1990-cı ildən isə «Əmək mühafizəsi» fənni «Mülki-müdafiə» fənninə birləşdirilməklə iki hissədən ibarət olan «Həyat fəaliyyətinin təhlükəsizliyi» fənni şəklində tədris olunur.

Əmək mühafizəsinin inkişaf tarixi mədəniyyətimizin inkişafı ilə sıx əlaqədardır. Insanlar öz fəaliyyyət dairələrini inkişaf etdirdikcə sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına tələbat da artmağa başlayır.

Əmək mühafizəsinə aid ilk elmi-tədqiqat işləri M.V.Lomonosov tərəfindn aparılmşdır. O, 1742-ci ildə «Metallurgiya və mədən işlərində təhlükəsizlik tələbləri» və «Xüsusi geyimlərə tələbat» adlı dəyərli məqalələr yazmışdır. O, daha sonra 1752-ci ildə ilk dəfə olaraq indi də geniş tətbiq olunan ildırımötürücünün konstruktiv quruluşunu vermişdir. Əməyin mühafizəsi məsələləri ilə məşğul olmuş alimlərdən akademik S.V.Vavilov iş yerinin lüminessent lampaları ilə işıqlandırılmasını, akademik V.V.Petrov elektrik qaynağı problemini, akademik A.A.Skonçinski yanğına və partlayışa qarşı tədbirləri; professor M.E.Jukovski ventilyator qurğularının konstruksiyasında aerodinamikanın nəzəri məsələlərini, N.S.Stekolnikov tikinti obyektlərinin ildırımdan mühafizə məsələsini, professor N.M.Quseva iş yerinin təbii işıqlanma normalarını və başqa məsələlri müvəffəqiyyətlə həll etmişlər.

Əmək mühafizəsinin elmi əsaslarının ali məktəb tələbələrinin əldə etdiyi biliklər kompleksində xüsusi yeri vardır. Çünki, əmək mühafizəsi məsələlərinin həm iqtisadi, həm sosial, həm də böyük hüquqi əhəmiyyəti vardır. Sosial mənada əməyin mühafizəsi dedikdə müəssisədə işləyən işçilərin istehsalat zədələnməsindən qorunması anlaşılır. Yəni, işçilər istehsalat zədəsindən qorunur, işçilərin uzun ömür sürməsi məqsədilə sosial tədbirlər görülür, iş vaxtında işçilərin istirahət vaxtından səmərəli istifadə etmələri üçün lazımi şərait yaradılır. Əmək mühafizəsi həm də iqtisadi əhəmiyyət daşıyır. Belə ki, əmək hərtərəfli mühafizə olunduqda işçilərin əmək məhsuldarlığı artır, bundan başqa sosial-sığorta fondunun qənaət edilməsi təmin edilir, iş vaxtının itirilməsi azalır. Əmək mühafizəsi qaydalarına düzgün əməl etdikdə istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin miqdarı da əhəmiyyətli dərəcədə azalır. Buna görə də ali məktəblərdə tələbələrə bütün təhsil müddətində əmək mühafizəsi məsələlərinin öyrədilməsi nəzərdə tutulur. Tələbələrin əmək mühafizəsinin ayrı-ayrı məsələlərini ictimai, ümumtexniki və ixtisas fənlərində, eləcə də tədris və istehsalat təcrübələri zamanı öyrənməsinə baxmayaraq, onların bu sahədə tam biliyə yiyələnmələri üçün müstəqil «Əmək mühafizəsi» fənni tədris olunur.

Bu fənni öyrənən hər bir gələcək mütəxəssis aşağıdakıları bilməlidir:

  1. Əmək mühafizəsi məsələlərinin təşkilini, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasında vəzifəli şəxslərin hüquq və vəzifələrini;
  2. Travmaların və xəstələnmələrin müəyyən edilməsi üsullarını;
  3. Təhlükəli və zərərli istehsalat faktorlarının yaranmasını xəbərdar etməyi;
  4. Fərdi və kollektiv mühafizə vasitələri ilə zərərsiz iş şəraitini təmin etmək üsullarını;
  5. Müxtəlif cihaz və avadanlıqların istismarı zamanı təhlükəsizlik texnikası qaydalarını;
  6. Yanğının baş vermə səbəbləri, onun profilaktikası və söndürülmə qaydalarını.

«Əmək mühafizəsi» kursu dörd müstəqil bölməni əhatə edən elmi, sosial-texniki fəndir.

I bölmədə işçilərin zədələnmə və xəstələnmələrinin aradan qaldırılmasına yönəldilmiş kompleks hüquqi-təşkilati tədbirlər öyrənilir.

II bölmədə işçilərə istehsal amillərinin (səs-küy, toz, qaz, şüalanma və s.) zərərli təsirlərinin qarşısını alan təşkilati, gigiyenik, texniki-sanitariya tədbirləri və vasitələri öyrənilir.

III bölmədə işçilərə təhlükəli istehsalat amillərinin təsirinin qarşısını alan təşkilati-texniki tədbir və vasitələr sistemi öyrənilir.

IV bölmədə əmək təhlükəsizliyini və müxtəlif obyektləri mühafizə etməyə yönəldilmiş yanğından mühafizə tədbir və vasitələri öyrənilir.

Əmək mühafizəsi üzrə mövcud qanunlar, standartlar, normalar bütün müəssisə və təşkilatlar, onların vəzifəli şəxsləri və bütün işçilər üçün məcburidir.

Əmək mühafizəsi fənnində qəbul edilmiş terminlər

onlan məzmunu.

Əmək təhlükəsizliyi standartlar sisteminə görə əmək mühafizəsi fənninə uyğun aşağıdakı terminlər qəbul edilmişdir.

1.Əmək mühafizəsi – bu qanunvericilik aktlarından, təşkilati, texniki, gigiyenik, müalicə – profiliktiki, sosial – iqtisadi tədbirlər sistemindən ibarət olub, insanların əmək prosesində sağlamlığını və işləmə qabiliyyətini qorumaqla təhlükəsizliyi təmin edir.

2.Təhlükəsizlik texnikası – istehsalat prosesində yaranan təhlükəli istehsalat amillərinin işçilərə təsirini azaltmaq və ləğv etmək üçün texniki vasitələr və təşkilati tədbirlər sistemidir.

3.Əməyin təhlükəsizliyi – işçi yerlərində zərərli və təhlükəli istehsalat amilləri, işçilərin sağlamlığına təsir olmayan əmək şəraitinin vəziyyəti nəzərdə tutulur.

4.Istehsalat sanitariyası – işçi yerlərində zərərli istehsalat amillərinin işçilərə təsirinin qarşısını almaqdan ötrü texniki, sanitar – gigiyenik və təşkilati tədbirlər sistemindən ibarətdir.

5.Əməyin gigiyenası – işçi yerlərində əmək şəraitinin sağlamlaşdırılması sahəsində sanitariya- gigiyena və müalicə profilaktiki tədbirlər kompleksidir.

6. Təhlükəli istehsalat amilləri – müəyyən iş şəraitində istehsalat amillərinin təsiri nəticəsində işçilərin gözlənilmədən zədələnməsi, travma alması başa düşülür.

7. Zərərli istehsalat amilləri – iş zamanı istehsalat amillərinin işçilərə təsiri (zərərli tozlar, qazlar, səs-küy, titrəyiş və s.) peşə xəstələnmələrinə, yaxud iş qabiliyyətinin azalmasına səbəb olur.

8.Bədbəxt hadisələr – işçilərin əmək fəaliyyəti zamanı istehsalat tapşırığını yerinə yetirərkən təhlükəli amillərin təsiri nəticəsində əmələ gələn zərərçəkmələrdir.

9. Peşə xəstəlikləri – istehsalat prosesində əmələ gələn istehsalat zərərlərinin təsiri nəticəsində yaranan xəstəliklərdir.

10. Təhlükəsiz əmək tələbləri – qüvvədə olan qanunvericilik aktlarının, normativ texniki sənədlərin və təlimatların tələblərini ödəyən işlərdə, işçilərin təhlükəsizliyini təmin edən tələbatlardır.

11. Təhlükəsiz istehsalat avadanlıqla – normativ texniki sənədlərə əsasən əməyin təhlükəsizliyi tələbatını ödəyən istehsalat avadanlıqlarıdır.

12. Istehsalat estetikası – istehsalat binalarının texnoloji istehsalat avadanlıqları, konstruksiyaları və işçi yerlərinin xoşagələn səviyyədə gözəl olmasının işçilərin bədii zövqünə uyğun olması kimi əsas vasitələrdən biri hesab edilir.

13. Əmək fiziologiyası – işçilərin əmək fəaliyyəti zamanı funksional vəziyyət öyrənilir və insanın işləmə qabiliyyətini daha yüksək səviyyədə saxlamaqdan ötrü tədbirlər nəzərdə tutulur.

14. Əmək psixologiyası – işçilərin əmək fəaliyyətində onun yaratdığı əmək məhsuldarlığının artmasını öyrənməklə peşə xüsusiyyətlərinin daha da formalaşmasına baxılır.

15. Yanğın profilaktikası – yanğınla mübarizə texnikasının mühüm hissəsi olmaqla yanğın və partlayışın qarşısının alınması və ləğvi üçün nəzərdə tutulan təşkilati – texniki tədbirlər sistemidir.
Əmək qanunvericiliyində işlədilən əsas məfhumlar

Azərbaycan Respublikasının Əmək məcəlləsinin 3-cü maddəsinə uyğun olaraq əmək qanunvericiliyində işlədilən əsas məfhumlardan aşağıdakıları göstərmək olar.

1. Müəssisə– mülkiyyətçinin təşkilati –hüquqi formasından, adından və fəaliyyət növündən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaratdığı hüquqi şəxs, onun filialı və ya nümayəndəliyi

2. İşçi – isə götürənlə fərdi qaydada yazılı əmək müqaviləsi bağlayacaq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs

3. İşə götürən- tam fəaliyyət qabiliyyətli olub, işçilərlə əmək müqaviləsi bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüquna malik mülkiyyətçi və ya onun təyin etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs

4. Əmək kollektivi – işə götürənlə əmək münasibətlərində olan, normativ hüquqi aktlarla müəyyən edilmiş əmək, sosial, iqtisadi hüquqlarını birgə həyata keçirmək və qanuni mənafelərini kollektiv halda müdafiə etmək səlahiyyətinə malik iş yerlərində çalışan işçilərin birliyidir.

5. Əmək müqaviləsi – işə götürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə.

6. Kollektiv müqavilə- işə götürənin, əmək kollektivinin və ya həmkarlar ittifaqları təşkilatının arasında yazılı formada bağlanan əmək, sosial-iqtisadi, məişət və digər münasibətləri tənzimləyən müqavilədir

7. Kollektiv saziş – müvafiq icra hakimiyyəti orqanı, həmkarlar ittifaqları və işə götürənlərin respublika, peşələr, sahələr və ya ərazi üzrə birlikləri arasında bağlanan işçilərin əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi və digər sosial, müdafiə tədbirlərinin həyata keçirilməsi sahəsində birgə fəaliyyətə dair tərəflərin öhdəliklərini müəyyən edən razılaşmadır.

8. İş yeri- işçinin haqqı ödənilməklə vəzifəsi üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri yerinə yetidiyi yer.

9. Əmək funksiyası- əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə üzrə işçinin yerinə yetirməli olduğu işlərin məcmusudur

10. Əmək şəraiti- işçilərin öz əmək funksiyasını səmərəli və faydalı yerinə yetirmək üçün minimum normaları nəzərdə tutulan, habelə əmək müqaviləsində tərəflərin özləri müəyyən etdiyi əmək, sosial və iqtisadi normaların məcmusudur

11. İşçilərin nümayəndəli orqanı– əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək məqsədilə işçilərin könüllü birləşib yaratdıqları nizamnamə və müvafiq qanunvericilik əsasında fəaliyyət göstərən həmkarlar ittifaqları təşkilatları

12. Kollektiv əmək mübahisələri – kollektiv tələblərindən törəyən fikir ayrılığıdır.

13. Fərdi əmək mübahisəsi – əmək müqaviləsinin və ya sazişin şərtlərinin, tərəflərin öhdəliklərinin yerinə yetirilməsi, habelə əmək məcəlləsinin və digər normativ hüquqi aktların tətbiqi zamanı fərdi qaydada işə götürənlə işçi arasında yaranan fikir ayrılığıdır.

Əmək mühafizəsinin təhlükəsizliyi aztu

“Texniki təhlükəsizlik və Əməyin mühafizəsi ” fənni üzrə test sualları 1. Əməyin mühafizəsi nəyi öyrədir? A) İşçilərin təhlükəzlik və sağlam şəraitdə işləmək hüququnu; B) Ətraf mühitin mühafizəsi və təhlükəsizliyini; C) Həyat fəaliyyətinin təhlükəsizliyi; D) Ekoloji sistemin təhlükəsizliyini; E) Fövqəladə hallardan mühafizə olunma üsulları. 2. Əməyin mühafizəsi fənni əsas neçə hissədən ibarətdir? A) 4 hissədən; B) 5 hissədən; C) 3 hissədən; D) 2 hissədən; E) 6 hissədən 3. Əməyin mühafizəsinin I hissəsi nədən bəhs edir? A) Əmək mühafizəsinin hüquqi – təşkilatı əsaslarından; B) Təhlükəsizlik texnikasının əsaslarından; C) Yanğın profilaktikasının əsaslarından; D) Əmək gigiyenası və istehsalat sanitariyasından; E) Laboratoriya işlərindən 4. Əməyin mühafizəsinin II hissəsi nədən bəhs edir? A) Əmək gigiyenası və istehsalat sanitariyasından; B) Əmək mühafizəsinin hüquqi – təşkilatı əsaslarından; C) Laboratoriya işlərindən; D) Təhlükəsizlik texnikasının əsaslarından; E) Yanğın profilaktikasının əsaslarından. 5. Əməyin mühafizəsinin III hissəsi nədən bəhs edir? A) Təhlükəsizlik texnikasının əsaslarından; B) Yanğın profilaktikasının əsaslarından; C) Laboratoriya işlərindən; D) Əmək mühafizəsinin hüquqi – təşkilatı əsaslarından; E) Əmək gigiyenası və istehsalat sanitariyasından. 6. Əməyin mühafizəsinin IV hissəsi nədən bəhs edir? A) Yanğın profilaktikasının əsaslarından; B) Laboratoriya işlərindən; C) Əmək gigiyenası və istehsalat sanitariyasından; D) Təhlükəsizlik texnikasının əsaslarından; E) Əmək mühafizəsinin hüquqi – təşkilatı əsaslarından. 7. Zərərli iş şəraitində çalışan işçilər üçün həftəlik işsaatı nə qədər olmalıdır? A) 36 B) 40 C) 24 D) 12 E) 48 8. İş vaxtından artıq işlər hər bir işçi üçün il ərzində neçə saatdan çox olmamalıdır? A) 120 B) 200 C) 100 D) 40 E) 300 9. Azərbaycan Respublikasının Əmək Məcəlləsində hansı məsəllər öz əksini tapmışdır ? A) Əmək müqaviləsi, kollektiv müqavilə, iş və istirahət vaxtı qadınların və gənclərin əməyi və s.; B) Əmək müqaviləsi, kollektiv müqavilə, əmək intizamı, əmək mübahizələri, ailə nigahı, əmək mühafizəsi və s.; C) Əmək müqaviləsi, kollektiv müqavilə, əmək intizamı, iş və istirahət vaxtı, ailə münasibətləri, əmək haqqı, iqtisadi məsələlər və s.; D) Əmək müqaviləsi, əmək münasibətləri, kollektiv müqavilə, əmək haqqı, əmək intizamı, kriminal cinayətlər, ailə münasibətləri, gənclərin əməyi və s.; E) Əmək müqaviləsi, kollektiv müqavilə, əmək intizamı, əmək haqqı, enerji təminatı, rabitə xidməti və s.; 10. İşçilərə əmək mühafizəsinin öyrədilməsi üzrə hansıtəlimatlar keçirilir? A) Giriş, iş yerində, təkrar, növbədənkənar, cari təlimatlar; B) Giriş, iş yerində, təkrar, ezamiyyət, işdənçıxma, cari təlimatlar; C) Giriş, iş yerində təcrübə keçmə, texniki təşkilatı, növbədənkənar, cari təlimatlar; D) Giriş, iş yerində, təkrar, növbədənkənar, işdənçıxma, aşağı, yuxarı təlimatlar; E) Giriş, iş yerində təcrübə, təkrar, cari, texniki, yanğın, təşkilatı təlimatlar. 11. Müəssisədə iş həftəsi maksimum neçə saat olmalıdır? A) 40 B) 36 C) 24 D) 18 E) 48 12. 24 saatlıq iş həftəsində gündəlik iş saatı nə qədərolmalıdır? A) 4 B) 6 C) 8 D) 3 E) 2 13. 36 saatlıq iş həftəsində gündəlik iş saatı nə qədərolmalıdır? A) 6 B) 8 C) 4 D) 12 E) 3 14. Əmək müqaviləsi nədir? A) İşçi ilə müəssisə, idarə və təşkilat arasında bağlanan yazılı sazişdir; B) İşçi ilə həmkarlar ittifaqı komitəsi arasında bağlanan yazılı sazişdir; C) Müəssisə, idarə, təşkilatla həmkarlar ittifaqı komitəsi arasında bağlanan yazılı sazişdir; D) Əmək kollektivi ilə müəssisə rəhbəri arasında bağlanan yazılı sazişdir; E) İşçi ilə kadrlar şöbəsi arasında bağlanan kollektiv müqavilədir. 15. Kollektiv müqavilə nədir? A) Əmək kollektivi və ya həmkarlar ittifaqı təşkilatı ilə müəssisə rəhbəri arasında bağlanmış müqavilədir; B) Əmək kollektivi ilə işçi arasında bağlanmış müqavilədir; C) Əmək kollektivi ilə həmkarlar ittifaqı təşkilatı arasında bağlanmış müqavilədir; D) İşçi ilə müəssisə rəhbəri arasında bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı sazişdir; E) İşçi ilə həmkarlar ittifaqı təşkilatı arasında bağlanmış müqavilədir. 16. Əmək mühafizəsinin öyrədilməsi üzrə giriş təlimatı kim tərəfindən aparılır? A) Müəssisənin baş mühəndisi tərəfindən təsdiq edilmiş proqram əsasında təhlükəsizlik texnikası mühəndisi keçir; B) Müəssisənin həmkarlar ittifaqı təşkilatı tərəfindən təsdiq edilmiş proqram əsasında sex rəisi keçir; C) Müəssisənin baş mühəndisi tərəfindən təsdiq edilmiş proqram əsasında magistr keçir; D) Müəssisənin sex rəisi tərəfindən təsdiq edilmiş proqram əsasında təcrübəli fəhlə keçir; E) Müəssisənin həmkarlar ittifaqı təşkilatı tərəfindən təsdiq edilmiş proqram əsasında baş mühəndis keçir. 17. Cari təlimat kimlərlə keşirilir? A) Əmək mühafizəsi üzrə cari təlimat icazə göstərişi tələb edən işçilərə göstərilən fəhlələrlə keçirilir; B) Əmək mühafizəsi üzrə cari təlimat işə qəbul olunmuş işçilərlə keçirilir; C) Əmək mühafizəsi üzrə cari təlimat əmək mühafizəsi qaydalardəyişdikdə işçilərlə keçirilir; D) Əmək mühafizəsi üzrə cari təlimat texnoloji proses dəyişdikdə, yəni avadanlıq aldıqda keçirilir; E) Əmək mühafizəsi üzrə cari təlimat ixtisas dərəcələrini artırmaq tələb olunanda keçirilir. 18. Əmək şəraitinin formalaşmasına təsir edən amiilər neçə qrupa ayrılır? A) 3 B) 4 C) 2 D) 5 E) 7 19. Əmək şəraitinin formalaşmasına hansı qrup amillər təsir edir? A) Sosial – iqtisadi, texniki – təşkilatı, təbii; B) Sosial – iqtisadi, xronoloji, təbii; C) Texniki, təşkilatı, sosial, fiziki; D) Texniki – təşkilatı, sosial, kimyəvi, fiziki, kimyəvi; E) Texniki, iqtisadi, bioloji, kimyəvi, fiziki. 20. İstehsalatda bədbəxt hadisələrin təhqiq edilməsi və qeydə alınması AR hansı nazirliyi tərəfindən həyata keçirilir? A) Əmək və əhalinin sosial müdafiəsi nazirliyi ; B) Təhsil nazirliyi; C) Fövqəladə hallar nazirliyi; D) İqtisadi inkişaf nazirliyi; E) Daxili işlər nazirliyi. 21. İstehsalatda bədbəxt hadisələrin təhqiq edilməsi və qeydə alınması neçənci ildə, hansı ayda və Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin hansı saylı qərarı ilə təsdiq edilmiş əsasnaməyə uyğun olaraq həyata keçirilir? A) 1 iyul 1997 – ci il 24-8 saylı qərar; B) 5 iyul 1998 – ci il 25-7 saylı qərar; C) 7 may 2002 – ci il 27-5 saylı qərar; D) 15 aprel 2005 – ci il16-5 saylı qərar; E) 1 yanvar 2000 – ci il 7-8 saylı qərar. 22. Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin qəbul etdiyi əsasnamə kimə şamil edilməlidir? A) AR ərazisində fəaliyyət göstərən bütün hüquqi və fiziki şəxslərə,eləcədə xarici hüquqi şəxslərin nümayəndəliklərinə; B) AR – də fəaliyyət göstərməyən xarici hüquqi şəxslərə; C) Xaricdə fəaliyyət göstərən Azərbaycanlılara; D) AR – da fəaliyyət göstərməyən şəxslərə; E) AR – də fəaliyyət göstərməyən şəxslərə. 23. Xəsarət (zədə) nədir? A) Hər hansı bir xarici faktorun təsirindən insan orqanizminin ani olaraq zədələnməsi toxumalarının və ya fizioloji funksiyasının pozulması; B) Toxumanın və orqanın anatomik tamlığının və ya fizioloji funksiyasının pozulmaması; C) Toxumanın və orqanın anatomik tamlığının pozulmaması; D) Toxumanın fizioloji funksiyasının pozulmaması; E) İnsan sümüklərinin zədələnməsi. 24. Xəsarətin (zədələnmənin) neçə növü var? A) 3 B) 4 C) 5 D) 6 E) 7 25. Bədbəxt hadisə baş verdikdə hansı formal aktla rəsmiləşdirilir və qeydə alınır? A) İZ B) İR C) İH D) İD E) Zİ 26. Hansı halda İZ formalı akt tərtib edilməlidir? A) İşçinin əmək qabiliyyətinin bir gündən artıq müddətə itirildikdə və ya tibbi rəy əsasında bir gündən artıq müddətdə başqa işə keçirilməsinə səbəb olduqda; B) Təbii ölüm; C) Özünə qəsd; D) İntihar hadisəsi; E) Mənəvi zərər. 27. Hansı halda İZ formalı akt tərtib edilməməlidir? A) Təbii ölüm, özünə qəsd, intihar hadisələri,zərərçəkənlərin cinayət törədərkən aldıqları zədələnmələr zamanı; B) İşçinin əmək qabiliyyətinin bir gündən artıq müddətə itirildikdə; C) Tibbi rəy əsasında bir gündən artıq müddətdə başqa işə keçirildikdə; D) İşçinin əmək qabiliyyətinin bir gündən artıq itirildikdə və başqa işə keçirildikdə; E) Əmək vəzifələrini yerinə yetirərkən işçiyə başqa şəxs tərəfindən xəsarət yetirdikdə. 28. İş yerində işçilərlə müəyyən edilmiş fasilələr zamanı (nahar, texnoloji və s.) baş vermiş bədbəxt hadisələr üzrə İZ formalı aktın tərtib edilməsi haqqında qərarı kim və nə vaxt verməlidir? A) Komissiya, təhqiqat qurtardıqdan sonra; B) Həmkərlar ittifaqı, təhqiqat qurtardıqdan sonra; C) Müəssisənin rəhbərliyi, təhqiqat zamanı; D) Baş mühəndis, təhqiqat qurtardıqdan sonra; E) Baş mühasib. 29. İstehsalatda bədbaxt hadisələrin vaxtında və düzgün təhqiq edilməsi və uçota alınmasına kim məsuliyyət daşıyır? A) Məssisənin rəhbəri; B) Komissiya; C) Həmkərlar ittifaqı; D) Sex rəisi; E) Baş mühasib. 30. İstehsalatda baş vermiş yüngül və az ağır xəsarətlərlə yaranan bədbəxt hadisələrin təhqiqatı kim tərəfindən aparılmalıdır? A) Müəssisədə yaradılan komissiya tərəfindən; B) Müəssisənin rəhbəri tərəfindən; C) Həmkərlar təşkilatı tərəfindən; D) Təhlükəsizlik texnikası mühəndisi tərəfindən; E) Ərazi üzrə sahə inspektoru. 31. Bədbəxt hadisə tərəfindən zərərçəkən kimə məlumat verməlidir? A) İş rəhbərinə; B) Növbə rəisinə; C) Həmkərlar ittifaqına; D) Komissiyaya; E) Kadrlar şöbəsi müdirinə. 32. Bədbəxt hadisə baş verdikdə hadisənin şahidi kimə xəbər verməlidir? A) İş rəhbərinə; B) Həmkərlar ittifaqı komitəsinə; C) Komissiyaya; D) Müəssisənin rəhbərinə; E) Kadrlar şöbəsi müdirinə. 33. İş rəhbəri bədbəxt hadisə zamanı ilk növbədə hansı vəzifəni yerinə yetirməlidir? A) Zərərçəkənə ilk yardım göstərərək səhiyyə məntəqəsinə çatdırılmasını təşkil etməli və bölmənin rəhbərinə xəbər verməlidir; B) Həmkarlar ittifaqı komitəsinə xəbər verməli; C) Dövlət daq mədən texnikinəzarətə xəbər verməli; D) Zərərçəkənə heç bir kömək etməməli; E) Zərər çəkənin evinə məlumat verməli. 34. Tədqiqat komissiyası işə başlayanadək iş yerindəki şərait və avadan- lıqların vəziyyəti necə olmalıdır? A) Hadisənin baş verdiyi anda olduğu kimi saxlanılmalıdır; B) Avadanlıqların yeri dəyişdirilməlidir; C) Avadanlıqların təmirə verilməlidir; D) Avadanlıqların başqa iş yerinə daşınmalıdır; E) Avadanlıq yeniləri ilə əvəz edilməlidir. 35. Bölmənin rəhbəri bədbəxt hadisə barədə kimə məlumat verməlidir? A) Müəssisənin rəhbərinə, əməyin mühafizə xidmətinə,həmkərlar ittifaqı komitəsinə; B) Fövqəladə hallar Nazirliyinə; C) Dövlət daq mədən texniki nəzarət idarəsinə; D) Zərərçəkənin ailəsinə; E) Mətbuata. 36. Bədbəxt hadisə haqda daha hansı nəzarət komitəsinə xəbər ver- məlidir? A) Dövlət Dag Mədən Texniki Nəzarət Agentliyinə; B) Yanğın söndürmə komitəsinə; C) Ətraf mühitin qorunması komitəsinə; D) FH və HFT komitəsinə; E) Milli təhlükəsizlik nazirliyinə. 37. Dövlət Dag Mədən Texniki Nəzarət Agentliyinin yerli orqanlarına bədbəxt hadisə haqqında kim xəbər verməlidir? A) Müəssisənin rəhbəri; B) Əməyin mühafizəsi xidməti rəisi; C) Sex rəisi; D) Həmkarlar ittifaqı komitəsinə; E) Mühasibata. 38. Müəssisənin rəhbəri bədbəxt hadisə baş verdikdən sonra öz əmri ilə hansı tərkibli komissiya yaratmalıdır? A) Sex rəisindən, əməyin mühafizəsi komissiyasının nümayəndəsindən, əmək mühafizəsi xidmətinin rəisindən ibarətdir; B) Sex rəisindən, əməyin mühafizəsi komissiyasının nümayəndəsindən, müəssisə rəhbərindən; C) Dövlət daq mədən texniki nəzarət; D) Əməyin mühafizəsi komissiyasının nümayəndəsindən, müəssisə rəhbərindən; E) Mülki müdafiə qəaragah rəisi və sex rəisi . 39. Komissiya neçə gün ərzində bədbəxt hadisənin şəraitini və səbəblərini təhqiq edir? A) 3 B) 4 C) 5 D) 6 E) 7 40. Bədbəxt hadisə zamanı tərtib edilmiş İZ formalı akt neçə nüsxə tərtib edilir? A) 4 B) 6 C) 7 D) 8 E) 3 41. İZ formalı akt təsdiq edilmək üçün kimə göndərilir? A) Müəssisənin rəhbərinə; B) Sex rəisinə; C) Əməyin mühafizəsi komissiyasının nümayəndəsinə; D) Əmək mühafizəsi xidmətinin rəisinə; E) Mühasibata. 42. İZ formalı akta kimin izahatları əlavə edilməlidir? A) Şahidlərin, zərərçəkənin; B) Müəssisənin rəhbərinin; C) Həmkarlar ittifaqı komitəsinin; D) Sex rəisinin; E) Əməyin mühafizəsi komissiyasının nümayəndəsinə. 43. İZ formalı akta hansı sənədlər əlavə edilməlidir? A) İş yerinin (avadanlıqların, qurğuların) vəziyyəti, təhlükəli və zərərli istehsalat amillərini xarakterizə edən planlar, sxemlər və başqa sənədlər; B) Müəssisənin planı; C) Bədbəxt hadisə baş vermiş sahənin planı; D) Müəssisə və bədbəxt hadisə baş vermiş sahənin planı; E) Zərərli istehsalat amillərini xarakterizə edən,paltarlar, planlar. 44. İZ formalı akta hansı rəy əlavə edilir? A) Tibbi rəy; B) Sex rəisinin rəy; C) Müəssisə rəhbərinin rəyi; D) Həmkarlar ittifaqı komitəsinin rəyi; E) Kadrlar şöbəsinin rəisinin rəyi. 45. Tədqiqat qurtardıqdan sonra İZ formalıakt kimə göndərilir? A) Zərərçəkənə, sex rəisinə, əməyin xidməti rəisinə (mühəndisinə, dövlət əmək müfəttişliyinə); B) Müəssisənin rəhbərinə, əmək və əhalinin sosial müdafiə nazirliyinə; C) Həmkarlar ittifaqı təşkilatına; D) Dövlət daq mədən texniki nəzarət komitəsinə; E) Əməyin xidməti rəisinə. 46. İZ formalı akt və materialları ilə birlikdə bədbəxt hadisə qeydə alınan müəssisədə neçə il saxlanmalıdır? A) 45 B) 50 C) 55 D) 60 E) 65 47. Zərərçəkənin əmək qabiliyyətinin müvəqqəti itirilməsi vaxtı qurtaran kimi İZ formalı aktın hansı bəndi doldurulmalıdır? A) Bədbəxt hadisələrin nəticələri haqqında 14 – cübənd; B) Bədbəxt hadisələrin təfsilatı haqqında 11 – cibənd; C) Bədbəxt hadisələrin şahidləri haqqında 13 – cü bənd; D) Xarab olmuş avadanlıq və alətlərin dəyəri haqqında 15-ci bənd; E) Xarab olmuş avadanlıq və alətlərin dəyəri haqqında 25-ci bənd. 48. Bədbəxt hadisənin təfsilatı haqqında 14 – ci bənd kim tərəfindən doldurulmalıdır? A) Hadisə baş vermiş sexin rəhbəri; B) Hadisə baş vermiş müəssisənin rəhbəri; C) Müəssisənin həmkarlar ittifaqı təşkilatı; D) Müəssisənin rəhbərliyi tərəfindən təşkil olunmuş komissiya tərəfindən; E) Əmək mühafizəsi xidmətinin rəisi tərəfindən. 49. 14 – cü bəndin barədə hansı təşkilata məlumat göndərilir? A) Dövlət əmək müfəttişliyinə, əmək mühafizəsixidmətinin rəisinə; B) Hadisə baş vermiş müəssisənin rəhbərinə, müəssisənin həmkarlar ittifaqına; C) Müəssisə rəhbərliyi tərəfindən təşkil olunmuş komissiyaya, sex rəisinə; D) “Dövlət daq” texniki nəzarət komitəsinə, müəssisənin rəhbərinə; E) Əməyin xidməti rəisinə. 50. Bir müəssisə başqa müəssisənin sahəsində iş görərkən işçi ilə baş vermiş bədbəxt hadisə hansı təşkilat tərəfindən təhqiq edilir və uçota alınır? A) İş gördüyü müəssisə tərəfindən; B) İşlədiyi müəssisə tərəfindən; C) İş gördüyü və işlədiyi müəssisə tərəfindən; D) Başqa müəssisə tərəfindən; E) Müdiriyyətinin yaratdığı komissiya tərəfindən. 51. Ağır xəsarətlərlə, qrup halında və ölümlə nəticələnmiş bədbəxt hadisələrin təhqiqatı hansı komissiya tərəfindən təhqiq edilir? A) Dövlət əmək müfəttişliyinin rəisinin əmri ilə yaradılan komissiya tərəfindən; B) Müəssisə rəhbərliyi tərəfindən yaradılmış komissiyaya tərəfindən; C) Müəssisənin həmkarlar ittifaqı təşkilatı tərəfindən yaradılmış komissiyaya tərəfindən; D) Sex rəisi tərəfindən yaradılmış komissiyaya tərəfindən; E) Müdiriyyətinin və həmkarlar ittifaqı təşkilatı tərəfindən yaradılmıs komissiyaya tərəfindən. 52. Dövlət əmək müfəttişliyinin rəisinin əmri ilə yaranmış komissiyaya kim sədrlik edir? A) Baş əmək müfəttişliyi; B) Müəssisənin həmkarlar ittifaqı təşkilatının sədri; C) Müəssisənin rəhbəri; D) Fövqəladə hallar Nazirliyi; E) Müəssisənin mühasibat şöbəsinin rəhbəri. 53. Dövlət əmək müfəttişliyinin yaratdığı komissiyanın tərkibinə kimlər daxil edilir? A) Xəsarət baş vermiş müəssisənin yuxarı orqanının və müəssisənin rəhbər vəzifəli nümayəndəsi, əməyin mühafizəsi komissiyanın sədri; B) Sex rəisinin həmkarlar ittifaqı təşkilatının nümayəndəsi; C) Dövlət daq mədən texniki nəzarət komissiyanın və müəssisənin rəhbərinin nümayəndəsi; D) Xəsarət alan şəxsin və hadisənin şahidlərinin nümayəndəsi; E) Müəssisənin mühasibat şöbəsinin rəhbəri. 54. Ağır xəsarətlər zamanı tədqiqatlar komissiya tərəfindən neçə gün müddətində aparılmalıdır? A) 20 B) 25 C) 30 D) 35 E) 40 55. Ağır xəsarətlər zamanı tədqiqat komissiyası tərəfindən neçə ədəd xüsusi tədqiqat aktı tərtib edilməlidir? A) 4 B) 6 C) 7 D) 8 E) 9 56. Ağır xəsarətlər, qrup halında ölümlə nəticələnmiş bədbəxt hadisə müəssisnin rəhbəri hansı təşkilatlara gün ərzində məlumat verililməlidir? A) Dövlət əmək müfəttişliyinə, yuxarı təsərrüfatlar orqanına, sahə həmkarlar ittifaqına; B) Təhlükəsizlik nazirliyinə; C) Dövlət müdafiə nazirliyinə; D) Təhlükəsizlik və müdafiə nazirliyinə; E) Daxili işlər nazirliyinə. 57. Xüsusi təhqiqat üzrə komissiyanın tələbi ilə müəssisənin müdiri əsas neçə şərti yerinə yetirməyə borcludur? A) 4 B) 5 C) 6 D) 7 E) 8 58. Komissiyanın üzvləri kimlərdən yazılı və şifahiizahat almaq hüququna malikdir? A) Müəssisənin, onun struktur bölmələrinin rəhbərliyindən, şahidlərdən; B) Xəsarət alan şəxsdən, sex rəisindən; C) Sex rəisindən, həmkarlar ittifaqı komitəsindən; D) Xəsarət alan şəxsdən, sex rəisindən, həmkarlar ittifaqı komitəsindən; E) Sex rəisindən, şahidlərdən. 59. Xüsusi təhqiqat komissiyası sədrinin sərəncamı iləhansı komissiya yaradıla bilər? A) Ekspert komissiyası; B) Müəssisə tərəfindən yaradılmış komissiya; C) Həmkarlar komitəsi tərəfindən yaradılmış komissiya; D) Müəssisənin müdiriyyəti və həmkarlar komitəsi tərəfindən yaradılmış komissiya; E) Əmək müfəttişliyinin rəisinin əmri ilə yaradılan komissiya. 60. Müəssisənin müdiriyyəti İZ formalı akta əsasən hansı komitənin müəyyən etdiyi formalar üzrə zərərçəkənlər haqqında hesabat tərtib edir? A) AR Dövlət statistikası; B) Dövlət əmək müfəttişliyi; C) “Dövlət daq” texniki nəzarət; D) Əmək və əhalinin sosial müdafiəsi; E) Əmək və əhalinin sosial nazirliyi. 61. Komissiya tərəfindən təklif edilmiş tədbirlərin yerinə yetirilməsi və əməyin mühafizəsi tələbləblərinin yol verilmiş şəxslərin cəzalandırılması barədə müvafiq əmr kim tərəfindən verilməlidir? A) Müəssisənin rəhbəri; B) Sex rəisi; C) Həmkarlar təşkilatı; D) Əməyin mühafizəsi komissiyanın sədri; E) Dövlət əmək müfəttişliyinin rəhbəri. 62. Bir adamın həlak olması ilə nəticələnən bədbəxt hadisələr hansı orqanlarda müzakirə olunmalıdır? A) Dövlət əmək müfəttişliyində; B) İqtisadi inkişaf nazirliyində; C) Əmək və əhalinin sosial müdafiəsi nazirliyində; D) Fövqəladə hallar nazirliyində; E) Həmkarlar təşkilatında. 63. İki və daha artıq adamın həlak olması ilə nəticələnən bədbəxt hadisələr zamanı hansı nazirlikdə müzakirə olunur? A) Əmək və əhalinin sosial müdafiəsi nazirliyində; B) Fövqəladə hallar nazirliyində; C) İqtisadi inkişaf nazirliyində; D) Dövlət əmək müfəttişliyində; E) Həmkarlar təşkilatı. 64. İki və daha artıq adamın həlak olması ilə nəticələnən bədbəxt hadisələr haqda lazım gəldikdə hansı nazirliyə məlumat verilir? A) AR Nazirlər kabinetinə; B) İqtisadi inkişaf nazirliyinə; C) Turizm və mədəniyyət nazirliyinə; D) Fövqəladə hallar nazirliyinə; E) Daxili işlər nazirliyinə. 65. Zərərli istehsalat amillərinin təsiri nəticəsində inkişaf edən xəstəlik hansı xəstəlik adlanır? A) Peşə xəstəliyi; B) Sarılıq xəstəliyi; C) Soyuqdəymə xəstəliyi; D) Şəkər xəstəliyi; E) Qızılça xəstəliyi. 66. İstehsalat travmaları və peşə xəstəliklərinin səbəblərini neçə qrupa bölmək olar? A) 5 B) 4 C) 6 D) 7 E) 8 67. İstehsalat zədələnmələrindən hansı texniki səbəblər qrupuna aiddir? A) Maşın və avadanlıqların nasaz olması texnoloji proseslərə əməl edilməməsi; B) Avadanlıqların, nəqliyyat vasitələrinin və alətlərin istismar qaydalarının pozulması; C) İş yerinin təşkilindəki nöqsanlar; D) Material və məmulatların daşınma, iş yerində və anbarda yığılma qaydasının pozulması; E) Texnoloji reqlamentin və rejimlərin pozulması. 68. İstehsalat zədələnmlərinin hansı təşkilatı səbəblər qrupuna aiddir? A) Ərazinin, yol və keçidlərin qaydada saxlanılmaması, təhlükəsizlik əmək üsullarının fəhlələrə lazımi qədər öyrədilməməsi; B) Əlverişsiz işıqlandırma; C) Texnoloji proseslərin qeyri mükəmməlliliyi; D) Ağır və təhlükəli işlərin lazımi qədər mexanikləşdirilməməsi; E) Material və konstruksiyaların qüsurları. 69. İstehsalat zədələnmələrinin hansı psixofizioloji səbəblər qrupuna aiddir? A) İşçilərdə özünə nəzarətin zəifləməsi; B) İş zonasının havasında zərərli qarışıqların norma həddindən artıq olması; C) Şəxsi gigiyena qaydalarının pozulması; D) Təhlükəsizlik əmək üsullarının işçilərə lazımi qədər öyrədilməməsi; E) Əlverişsiz işıqlandırma. 70. İstehsaltda bədbəxt hadisələrin təhqiqi və uçotu haqqında əsasnaməyə əsasən hansı bədbəxt hadisələr araşdırılır? A) Gün ərzində istehsalatda və ondan kənarda, müdiriyyətin tapşırığını yerinə yetirərkən, fəhlə və qulluqçuları işə aparıb gətirərkən; B) Təbii ölüm; C) Özünəqəsd; D) Zərərçəkənlərin cinayət törədərkən aldıqdarı zədə; E) İntihar hadisələri zamanı. 71. İstehsalatda baş vermiş bədbəxt hadisələrin qiymətləndirilməsi üçün tezlik əmsalı hansı düstula hesablanır? A) B) C) D) 72. Tezlik əmsalı hesabat dövründə neçə nəfər işçiyə düşən bədbəxt hadisələrin sayıdır? A) 1000 B) 100 C) 10 D) 2000 E) 3000 73. İstehsalatda zədələnmələrin sayını qiymətləndirməküçün ağırlıq əmsalı hansı düsturla hesablanır? A) B) C) D) E) 74. Ağırlıq əmsalı hesabat dövründə neçə bədbəxt hadisəyə düşən iş gününün sayıdır? A) 1 B) 10 C) 50 D) 100 E) 1000 75. İstehsalat zədələnmələri və peşə xəstəlikləri neçə üsulla təhqiq edilir? A) 8 B) 4 C) 7 D) 6 E) 9 76. Bədbəxt hadisələr zamanı Statistik üsulla nə təhqiq edilir? A) Müəssisədə bir neçə il ərzində zədələnmələr haqqında toplanmış materiallar; B) Zədələnmələrin iqtisadi ziyanı; C) İnsan – maşın istehsal münasibəti sistemi; D) Hadisələrin xüsusiyyətlərinə görə qrupları; E) Əlverişsiz texniki mənbəli amillərin təhlükəlilik dərəcələri. 77. Bədbəxt hadisələr zamanı Qrup üsulu ilə nə təhqiq edilir? A) Zədələnmələr ayrı – ayrı cəhətlərinə görə qruplaşdırılaraq təhqiq edilməsi; B) Zədələnmələrin fizioloji, psixoloji və sosial səbəbləri; C) Zədələnmələrin iqtisadi ziyanı; D) Əlverişsiz texniki mənbəli amillərin təhlükəlilik dərəcələri; E) İnsan – maşın istehsal münasibəti sistemi. 78. Bədbəxt hadisələr zamanı Topoqrafik üsulla nə təhqiq edilir? A) Bədbəxt hadisələr baş vermiş avadanlıqların yerləşmə planları şərti işarələr üzrə qeydə alınır və təhqiq edilir; B) Əlverişsiz texniki mənbəli amillərin təhlükəlilik dərəcələri təhqiq edilir; C) Hadisə baş verdiyi yerdə əmək və texnoloji proseslər, iş yeri, əməyin santariya gigiyenik şəraiti, mühafizə vasitələri və s. birlikdə təhqiq edilir; D) Hadisələr xüsusiyyətlərinə görə qruplaşdırılaraq təhqiq edilir; E) Müəssisədə bir neçə il ərzində zədələnmələr haqqında toplanmış statistika materialları təhqiq edilir. 79. Bədbəxt hadisələr zamanı Texniki üsulla nə təhqiq edilir? A) Əlverişsiz texniki mənbəli amillərin təhlükəsizlik dərəcələri; B) İnsan – maşın istehsal münasibəti sistemləri; C) Hadisələrin baş verməsinin avadanlıqların yerləşmə planında şərti işarələr üzrə qeydə alınması və təhqiq edilməsi; D) Əlverişsiz meteroloji şərait; E) Mühafizə vasitələri. 80. Erqonomik üsul vasitəsi ilə nə təhqiq edilir və öyrənilir? A) İnsan – maşın istehsal mühiti; B) Əlverişsiz texniki mənbəli amillər; C) Müəssisədə bir neçə il ərzində zədələnmələr haqqında toplanmış statistik materiallar; D) Hadisə baş verdiyi yerdə əmək və texnoloji proseslər, iş yeri avadanlıqlar; E) Əməyin santariya gigiyenik şəraiti, mühafizə vasitələri. 81. Bədbəxt hadisələr zamanı İqtisadi üsul nəyi təyin edir? A) Zədələnmələrin iqtisadi ziyanını; B) İşçiyə dəyən maddi zərəri; C) İşəgötürənə dəyən maddi zərəri; D) Mühafizə vasitələrinə dəyən zərəri; E) Texnoloji qurğulara dəyən zərəri. 82. Psixofizioloji təhlil üsulunda nə təhqiq edilir? A) Zədələnmələrin fizioloji, psixoloji və sosial səbəbləri birlikdə təhqiq edilir; B) Zədələnmələrin fizioloji səbəbləri təhqiq edilir; C) Zədələnmələrin psixoloji və sosial səbəbləri birlikdə təhqiq edilir; D) Zədələnmələrin fizioloji və psixoloji səbəbləri birlikdə təhqiq edilir; E) Zədələnmələrin sosial səbəbləri təhqiq edilir; 83. Hadisə baş verdikdə Monoqrafik üsulla nə təhqiq edilir? A) Əmək və texnoloji proseslər, iş yeri, avadanlıqlar, əməyin santar – gigiyenik şəraiti, mühafizə vasitələri və s. birlikdə təhqiq edilir; B) Əlverişsiz texniki mənbəli amillərin təhlükəlilik dərəcələri; C) İnsan – maşın istehsal münasibəti sistemi; D) Mühafizə vasitələri; E) Əmək şəraiti. 84. Son illər texniki və sanitariya – gigiyena səbəblərdən baş verən bədbəxt hadisələrin azaldınması nə ilə izah edilir? A) Elmi texniki tərəqqinin sürətlə inkişafı ilə; B) Maşınların düzgün idarə edilməsi ilə; C) Əməyin mühafizə qaydalarına düzgün riayət edilməsi ilə; D) Sanitar – gigiyenik qaydalara düzgün riayət edilməməsi ilə; E) Texnikadan düzgün istifadə edilməməsi ilə. 85. Zərərlərlərin neçə faizi təşkilatı və şəxsi səbəblərdən baş verir? A) 70 B) 60 C) 80 D) 50 E) 90 86. Zərərlərlərin neçə faizi təhlükəsizlik qaydalarına riayət olunmamasından baş verir? A) 14 B) 10 C) 12 D) 15 E) 20 87. Peşə xəstəlikləri nə vaxt yaranır? A) Peşə zəhərlənmələrinin təsiri nəticəsində ; B) Bədbəxt hadisə nəticəsində; C) Müdriyyətin tapşırığını yerinə yetirərkən; D) Təşkilatın nəqliyyatında fəhlə və qulluqçuları iş yerinə apararkən; E) İş yerindən qayıdarkən; 88. Zəhərlənmə zamanı tibbi müəssisənin həkimi hara məlumat verməlidir? A) Yerli sanitariya epidemiologiya stansiyasına (SES); B) Tibbi müəssisəsinə; C) Rəhbərliyə;D) Sex rəisinə; E) Dövlət müfəttişliyinə. 89. Tibbi müəssisənin həkimi neçə saat ərzində zəhərlənmə haqqında yerli sanitariya epidemiologiya stansiyasına (SES) məlumat göndərməlidir? A) 24 B) 18 C) 25 D) 26 E) 28 90. Əmək gigiyenası nəyi öyrədir? A) Əmək prosesinin və istehslat mühitinin insanın işgüzarlığına və sağlamlığına təsirini öyrədən elmdir; B) İstehsalat prosesini öyrənən elmdir; C) Bədbəxt hadisənin səbəbini öyrənən elmdir; D) Yanğın təhlükəsizliyini öyrənən elmdir; E) Nəqliyyat hadisəsinin səbəbini öyrənən elmdir. 91. İstehsalat sanitariyası nə deməkdir? A) Zəhərli istehsalat amillərinin təsirini qarşısını alan təşkilatı, gigiyenik və sanitariya texniki tədbirlər sistemidir; B) Yanğının qarşısını alan texniki tədbirlər sistemidir; C) Bədbəxt hadisənin qarşısını alan texniki tədbirlər sistemidir; D) Nəqliyyat hadisəsinin qarşısını alan texniki tədbirlər sistemidir; E) İstehsalatda bədbəxt hadisənlərin səbəbini öyrənən elmdir; 92. Müəssisələr onlardan ayrılan zərərliklərin xarakterinə görə neçə sinfə bölünür? A) 5 B) 4 C) 3 D) 6 E) 7 93. I sinif sanitar mühafizə zonasının ölçüsü neçə metr olmalıdır? A) 1000m; B) 900m; C) 1100m; D) 1050m; E) 950m. 94. II sinif sanitar mühafizə zonasının ölçüsü neçə metr olmalıdır? A) 500m; B) 1000m; C) 400m; D) 600m; E) 700m. 95. III sinif sanitar mühafizə zonasının ölçüsü neçə metr olmalıdır? A) 300m; B) 400m; C) 200m; D) 500m; E) 100m. 96. IV sinif sanitar mühafizə zonasının ölçüsü neçə metr olmalıdır? A) 100m; B) 200m; C) 50m; D) 250m; E) 300m. 97. V sinif sanitar mühafizə zonasının ölçüsü neçə metr olmalıdır? A) 50m; B) 100m; C) 25m; D) 150m; E) 200m. 98. İstehsalat otaqlarında bütün elektrik qurğuları və elektriklə işləyən avadanlıqlar, hərəkətdə olan nəqledici və qaldırıcı qurğularrın gövdələri hara birləşdirilməlidir? A) Yerlə; B) Turuba ilə; C) Naqillə; D) Su kəməri ilə; E) Qaz kəməri ilə. 99. Sənayemüəssisələrində sağlam – gigiyenik şərait yaratmaq məqsədi ilə layihələrdə hansı otağın olması nəzərdə tutulmalıdır? A) Sanitariya – məişət otaqları; B) İdman zalı; C) Oxu zalı; D) Oxu və idman zalı; E) Səhiyyə məntəqəsi. 100. Aşağıdakılardan hansı əməyin gigiyenası elminin tədqiqat pretmetinə deyil, istehsalat sanitariyasının həll etdiyi məsəllələrə aiddir? A) Zərərli və zəhərli istehsalat faktoru üçün yol verilən normaların təyini; B) Texnoloji proseslərin öyrənilməsi; C) Fərdi mühafizə vasiələrinin yaradılması; D) Sanitar – məişət qurğularının tədqiqi; E) Fərdi mühafizə vasitələrinin yaradılması. 101.“Əməyin mühafizəsi” məsələsi dövlətin hansı siyasətinin əsasıdır? A) Sosial; B) Xarici; C) Mədəni; D) İqtisadi; E) Dünyəvi. 102.Əməyin mühafizəsi fənni özündə neçə elm sahəsini birləşdirir? A) 3 elm sahəsi; B) 5 elm sahəsi; C) 2 elm sahəsi; D) 6 elm sahəsi; E) 7 elm sahəsi. 103. Zədə və ya bədbəxt hadisələr neçə yerə bölünür? A) 2 B) 5 C) 3 D) 7 E) 6 104. Peşəxəstəlikləri və zəhərlənmələrin tədqiqi və qeydiyyatı hansı nazirliyin səlahiyyətlərinə aiddir? A) Səhiyyə; B) Energetika; C) Kimya; D) Neft-kimya; E) İqtisadiyyat. 105. Zədəalmanın tezlik əmsalı müəssisədə işləyən hansı sayda adamlara hesablanır? A) 1000 B) 200 C) 5000 D) 400 E) 6000 106. Hansı metod peşə xəstəlikləri səbəblərinin təhlili metodlarına aiddir? A) Monoqrafik; B) Loqarifmik; C) Analitik; D) Topoqrafik; E) Sərbəstlik. 107. Peşə xəstəlikləri və zədələnmələrin səbəbləri neçə qrupa bölünür? A) 3 qrupa; B) 7 qrupa; C) 6 qrupa; D) 10 qrupa; E) 5 qrupa. 108. Səs-küy və silkələnmənin düzgün olmaması peşə xəstəlikləri zədələnmələrin hansı səbəblərinə aiddir? A) Sanitar-gigiyenik; B) Mexaniki; C) Fiziki; D) Fiziki- kimyəvi; E) Elektriki. 109. Benzin, aseton, kerosin və s. kimi birləşmələrdən mühafizə üçün hansı markali əlehqazlardan istifadə olunur? A) A B) C C) B D) E E) D 110.Turş qazlardan ( A2S, HCl, N2O3 və s.) mühafizə üçün hansı markalı əlehqazlardan istifadə olunur? A) B B) CO C) A D) F E) D 111.Civə buxarlarında mühafizə üçün hansı markalı əlehqazlardan istifadə olunur? A) F B) A C) B D) CO E) K 112.İstehsalat tozlarının hansı əlamətlərinə görə təsnifi düzgün hesab edilir? A) Dispersliyinə; B) Rənginə; C) Tərkibinə; D) Yaranmasına; E) Alınmasına

Комментарии 0
Новые комментарии
Для того чтобы оставить комментарий, войдите или зарегистрируйтесь
Сервисы VK
добавлена 9 февраля в 08:27
İlməkçinin vəzifə təlimatları kimdə varsa at bilər zəhmət olmasa
добавлена 4 февраля в 11:25

TikTok’ta SƏTƏM GROUP (@hse_support) |750 Beğeni.835 Takipçi.təhlükəsizliyini fikirləş, təhlükəsiz işlə.SƏTƏM GROUP (@hse_support) adlı kullanıcıdan en yeni videoyu izleyin.

добавлена 9 апреля 2022 в 19:44

Salam, keyfiyyətə nəzarət üzrə mütəxəssisin peşə təlimatı ve ya buna oxşar bir təlimati tapmaqda kömək ede bilersiz ?

Comments are closed, but trackbacks and pingbacks are open.