Press "Enter" to skip to content

Əmək münasibetleri a-dan z-yə

Büdcədən maliyyələşən müəssisə, idarə və təşkilatlarda əmək şəraiti ağır və zərərli, xüsusilə ağır və xüsusilə zərərli olan iş yerlərində tarif (vəzifə) maaşlarına artım əmsalı Azərbaycan Respublikası Maliyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri ilə razılaşdırılmış və yuxarı təşkilat (nazirlik, dövlət komitəsi, baş idarə,) tərəfindən təsdiq edilmiş peşə və vəzifələrin Siyahısına əsasən müəyyən edilir.

A-dan Z-yə bütün E-Xidmətlər

Bütün elektron xidmət təklif edən dövlət qurumlarının E-Xidmətləri

Xarici İşlər Nazirliyi ilk elektron xidmətini təqdim etdi

Xarici İşlər Nazirliyi (XİN) “Xarici müxbirlərin akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu” adlı ilk elektron xidmətini “Elektron hökumət” (www.e-gov.az) portalına inteqrasiya edib.

Bu xidmət xarici KİV nümayəndələrinin Azərbaycan Respublikasına səfər etməzdən öncə akkreditasiya üçün zəruri olan sənədləri təqdim etməklə akkreditasiyasının XİN tərəfindən təmin edilməsi məqsədilə, xarici KİV nümayəndəsinin müraciətinin araşdırılmasını, həyata keçirilməsini və cavablandırılmasını əhatə edir.

Təqdim edilmiş elektron xidmətdən Azərbaycan Respublikasında jurnalist fəaliyyəti ilə əlaqədar akkreditə olunmaq istəyən xarici hüquqi və fiziki şəxslər yararlana bilər.

Sorğu real vaxt rejimində ərizə formasının doldurulması, eləcə də müraciət üçün tələb olunan digər müvafiq sənədlərin surətinin əlavə edilməsi ilə formalaşdırılır. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlərə akkreditasiya üçün müraciət edən xarici KİV nümayəndəsinin Azərbaycan Respublikasının xarici işlər nazirinə ünvanlanmış məktubu, tərcümeyi-halı, 2 ədəd 3X4 ölçüdə fotoşəkil və pasportun surəti daxildir. Doldurulmuş forma XİN-də qeydiyyata düşür və sənədin qəbul edilməsi barədə ərizəçiyə bildiriş göndərilir.

E-xidmətin göstərilməsi üçün tələb olunan sənədlər quruma göndərildikdən sonra xarici KİV nümayəndələrinin e-akkreditasiyasına dair müraciətlər baxılmaq üçün XİN tərəfindən qəbul edilir. Xarici KİV nümayəndələrinin e-akkreditasiyasına dair müraciət məzmunu baxımından araşdırılır və nəticəsi barədə ərizəçiyə müvafiq məlumat verilir.

Qeyd edək ki, xarici KİV nümayəndələrinin e-akkreditasiyası ödənişsiz olaraq həyata keçirilir.

Əmək münasibetleri a-dan z-yə

“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabının yeni, 6-cı təkmilləşdirilmiş nəşri çapdan çıxıb.

FED.az xəbər verir ki, insan resursları (HR) üzrə mütəxəssislər və mühasiblər üçün nəzərdə tutulan nəşrdə 15 fevral 2018-ci il tarixinədək Əmək Məcəlləsində edilən dəyişikliklər və əlavələr, eyni zamanda əmək münasibətlərini tənzimləyən bütün normativ-hüquqi aktların yeni tələbləri nəzərə alınıb.

Nəşrə 3 yeni fəsil əlavə olunub. Əmək Məcəlləsinin 77-ci maddəsinə edilən əlavə və dəyişikliklər misallarla izah olunub, işçilərin sayının azaldılması və ya ixtisarı məqsədilə əmək müqavilələrinə xitam verilməsi zamanı işçilərə iş stajlarına uyğun müavinətlərin ödənilməsinin rəsmiləşdirilməsilə bağlı xəbərdarlıq (bildiriş), əmr və ərizə nümunələri verilib.
Bundan əlavə, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əməkhaqqı ödənişlərindəki məcburi dəyişikliklər misallar üzərində nəzərdən keçirilərək sadələşdirilmiş vergi və ƏDV ödəyiciləri üçün açıqlama və izahlar təqdim olunub.

İşsizlikdən sığortanın tətbiqi, bu sahədə diqqətə alınmalı tələblər, sığorta haqqının hesablanılması və ödənilməsi ilə bağlı təqdim olunan misallar və açıqlamalar kitabın ayrıca bir fəsilində yerləşdirilib.

Əmək şəraiti ağır və zərərli işlərdə çalışanların əmək haqqının hesablanması qaydası

Əmək Məcəlləsinin 159.1 ci maddəsinə əsasən, əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən edilir. Əmək haqqına belə artımların (əmsalların) məbləğinin minimum miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Yuxarıda qeyd olunmuş müvafiq icra hakimiyyəti orqanı vəzifəsi Nazirlər Kabinetinin üzərinə düşür. Əmək şəraiti ağır və zərərli işlərdə çalışan işçilərinin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarı Nazirlər Kabinetinin 22 avqust 2002 ci il tarixli 137 nömrəli qərarı ilə müəyyən edilir.

Həmin qərara əsasən, Azərbaycan Respublikasının müəssisə, idarə və təşkilatlarında iş yerlərinin attestasiyasının nəticələri əsasında əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına əmək şəraitinin ağır və zərərlik səviyyəsindən asılı olaraq artımın (əmsalın) minimum miqdarı aşağıdakı kimi müəyyən edilir:

əmək şəraiti ağır və zərərli işlərdə əmək şəraitinin ağır və zərərliliyinin:

aşağı səviyyəsində – 1,04
orta səviyyəsində – 1,08
yuxarı səviyyəsində – 1,12

əmək şəraiti xüsusilə ağır və xüsusilə zərərli işlərdə əmək şəraitinin ağır və zərərliliyinin:

aşağı səviyyəsində – 1,16
orta səviyyəsində – 1,20
yuxarı səviyyəsində – 1,24

İş yerlərinin attestasiyasının nəticələrinə əsasən əmək şəraitinin ağır və zərərliliyinin qiymətləndirilməsi metodikası Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 04 dekabr 2002-ci il tarixli 15-4 № li qərarı ilə təsdiq edilmişdir.

Həmin qərara əsasən, istehsalat mühiti amillərinin zərərliyi və işin ağırlığı dərəcələri bal üsulu ilə müəyyən olunur.

Əmək şəraitinin faktiki vəziyyətindən asılı olan tarif (vəzifə) maaşlarına artım əmsalının minimum miqdarı aşağıda göstərilən şkala ilə təyin olunur.

Ağır və zərərli əmək şəraiti
aşağı səviyyəsində
orta səviyyəsində
yuxarı səviyyəsində
2-yə kimi
2,1-4,0
4,1-6,0
1,04
1,08
1,12
Xüsusilə ağır və xüsusilə zərərli əmək şəraiti
aşağı səviyyəsində
orta səviyyəsində
yuxarı səviyyəsində
6,1-8,0
8,1-10,0
10,0- dan çox
1,16
1,20
1,24

Ağır və zərərli, xüsusilə ağır və xüsusilə zərərli əmək şəraitinə görə tarif (vəzifə) maaşların artım əmsalının miqdarı kollektiv müqavilələrlə, əmək müqavilələri ilə müəyyən edilir, kollektiv müqavilənin bağlanmadığı halda isə əmək müqaviləsi ilə və ya işəgötürənlə həmkarlar İttifaqı təşkilatı arasında razılaşmaqla müəyyən edilir.

Büdcədən maliyyələşən müəssisə, idarə və təşkilatlarda əmək şəraiti ağır və zərərli, xüsusilə ağır və xüsusilə zərərli olan iş yerlərində tarif (vəzifə) maaşlarına artım əmsalı Azərbaycan Respublikası Maliyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri ilə razılaşdırılmış və yuxarı təşkilat (nazirlik, dövlət komitəsi, baş idarə,) tərəfindən təsdiq edilmiş peşə və vəzifələrin Siyahısına əsasən müəyyən edilir.

137 nömrəli qərara əsasən, Azərbaycan Respublikasının susuz torpaq ərazilərində daimi içməli su mənbəyindən 20 km-dən 40 km-dək uzaqda yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əmək haqqına artımın (əmsalın) minimum miqdarı 1,2, 40 km və ondan çox olduqda isə artımın (əmsalın) minimum miqdarı 1,4 məbləğində müəyyən edilir. Xəzər dənizində yerləşən obyektlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına sahillə əlaqə şəraitindən asılı olaraq artımın (əmsalın) minimum miqdarı aşağıdakı kimi müəyyən edilir:

Azərbaycan Respublikasında dəniz səviyyəsindən hündürlükdə yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əmək haqqında hündürlük 1200 metrdən 1500 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,1, 1500 metrdən 2000 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,2, 2000 metrdən yuxarı olduqda isə artımın (əmsalın) minimum miqdarı 1,3 məbləğində müəyyən edilir.

Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1200 metrdən 1500 metrədək, 1500 metrdən 2000 metrədək və 2000 metrdən yuxarıda yerləşən yaşayış məntəqələrinin siyahısı 1 və 2 nömrəli əlavələrə uyğun olaraq müəyyən edilir.

Susuz ərazilər Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən edilir.

Bu qərarda (137 N) göstərilən artım əmsalları işəgötürən tərəfindən tarif (vəzifə) maaşına, vaxtamuzd və işəmuzd əmək haqqına, qanunvericiliklə tarif (vəzifə) maaşına müəyyən edilmiş əlavələrə və “Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün əmək haqqının əmsallaşdırılması qaydasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli, 137 nömrəli qərarının 1 nömrəli əlavəsinin 3-cü abzasında nəzərdə tutulan mükafatlara tətbiq edilir.

Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək və 2000 metrdən artıq yüksəklikdə yerləşən yaşayış məntəqələrinin siyahısı 137 nömrəli qərara əsasən müəyyən edilir.

Əmək şəraiti ağır və zərəli işlərdə çalışanların əmək haqqı dərəcəsi xüsusi əmsalla hesablanmaqla yanaşı, eyni zamanda qanunvericiliklə əlavə hüquqları da vardır. Onlara da qısaca nəzər salaq.

Əmək Məcəlləsinin 115 ci maddəsinə əsasən, yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər verilir. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətin müddəti 6 təqvim günündən az olmamalıdır.

Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin siyahısı əlavə məzuniyyətlərin müddəti göstərilməklə Nazirlər Kabinetinin 5 iyul 2004-cü il tarixli № 92 qərarı ilə təsdiq edilmişdir. Qərara əsasən, işin ağırlıq və təhlükəlilik dərəcəsinə əsasən əmək şəraiti ağır və zərərli işlərdə çalışan işçilərə 6-30 gün arası əlavə məzuniyyət verilir.

Nazirlər Kabinetinin 30 may 2005-ci il tarixli 95 nömrəli qərarına əsasən, əmək şəraiti zərərli və ağır olan işçilərə həmin əmək şəraitinə görə əlavə məzuniyyət müvafiq istehsalatda, sexlərdə, sahələrdə, peşə və ya vəzifədə iş ili ərzində faktiki işlədiyi vaxta mütənasib olaraq verilir. Bu əlavə məzuniyyətə işçinin hüququ həmin iş yerlərində üst-üstə azı altı ay işlədikdə əmələ gəlir.

Əlavə məzuniyyətin pul ilə əvəz edilməsi (kompensasiya edilməsi) qadağandır.

Misal: İşçi əlavə məzuniyyət hüququ verən işə 2003-cü il 3 fevral tarixində qəbul olunub. 2003-cü ilin sentyabrında o, işdən azad olunub. Bu halda ona pul kompensasiyası yalnız əsas məzuniyyətlərə görə verilir. Faktiki işlənmiş vaxta mütənasib olaraq istifadə edilməmiş əlavə məzuniyyətin günləri işçinin arzusu ilə əmək müqaviləsinə xitam verilərkən verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir.

Faktiki işlənmiş vaxta mütənasib olaraq əlavə məzuniyyət hüququ verən iş stajının hesablanması üçün zərərli və ağır iş şəraitli istehsalatlarda, sexlərdə, sahələrdə, peşələrdə və vəzifələrdə tam iş aylarının sayı il ərzində iş günlərinin cəmlənmiş sayının 30,4 günə bölünməsi ilə müəyyən olunur. Bununla yanaşı, təqvim günlərinin orta aylıq sayının 30,4 gününün yarısından az təşkil edən günlərin qalığı hesabdan çıxarılır, təqvim günlərinin orta aylıq sayının yarısını və ondan çoxunu təşkil edən günlərin qalığı tam ay kimi sayılır.

Misal: Fəhlə iki ay müddətində poliizobutilen istehsalında spirtin dehidratlaşdırma sexində (əlavə məzuniyyətin müddəti – 12 təqvim günü), dörd ay isə rektifikasiya və polimerləşmə sexində (əlavə məzuniyyət müddəti – 6 təqvim günü) işləmişdir. Bu fəhləyə zərərli iş şəraitinə faktiki işlənmiş vaxta mütənasib olaraq 4 təqvim günü müddətində əlavə məzuniyyət verilməlidir (ildə 12 təqvim günü hesabından hər aya görə bir təqvim günü spirtin dehidratlaşdırma sexində işlədiyinə görə, rektifikasiya və polimerləşmə sexində işlədiyi üçün ildə 6 təqvim günü hesabından hər aya görə 0,5 təqvim günü).

İşçinin eyni vaxtda bu Siyahıda nəzərdə tutulmuş əmək şəraitinə görə iki və daha çox əlavə məzuniyyət hüququ olduqda, ona daha çox müddətli bir əlavə məzuniyyət verilir.

Eyni zamanda, Nazirlər Kabinetinin 2017-ci il 14 dekabr tarixli 550 nömrəli qərarına əsasən, İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi üçün zərərli, ağır və yeraltı əmək şəraitli istehsalatların Siyahısı təsdiq edilmişdir. Qərarla müəyyənləşdirilmiş işləri görən işçilərər pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsullar da verilməlidir.

Comments are closed, but trackbacks and pingbacks are open.