Press "Enter" to skip to content

XİN: Bölgədə sülhün bərqərar olması üçün Ermənistan rəhbərliyi təcavüzkar ritorikadan əl çəkməlidir

Ümumiyyətlə, kitabdan düzgün istifadə etdiyiniz təqdirdə, sizdə müstəqil şəkildə maliyyə hesabatlarını hazır­la­maq bacarığı formalaşa bilər.

Əmək münasibətləri a-dan z-yə kitabı

Kitab 7 fəsildən ibarətdir. Burada hər bir mövzu praktika ilə əlaqələndirilmişdir. Mövzular kommersiya təşkilatlarının fəaliyyətinə uyğun işlənmişdir. Bura “Mühasibat sənədləşmələrinin aparılması prinsipləri”, “Kassa sənədləşmələri və kassa kitabının tərtibi”, “Təhtəlhesab şəxslərlə əməliyyatların rəsmiləşdirilməsi”, “Bank əməliyyatlarının rəsmiləşdirilməsi”, “İşçilər və onlara ödənişlərin rəsmiləşdirilməsi”, “Əsas fondların rəsmiləşdirilməsi”, “İstehsal olunan məhsulun və xammalın rəsmiləşdirilməsi” fəsilləri daxildir.

“İATM tərəfindən sizə təqdim olunun bu kitab beynəlxalq mühasibat­lı­ğı öyrənən şəxslərin biliklərinin tətbiqi üçün nəzərdə tutulmuşdur.

Kitab İATM-ın nəşri olan “Beynəlxalq mühasibatlığa giriş” kitabı əsa­sın­da hazırlanmışdır.

Yeni nəşr əvvəlkindən fərqli olaraq 304 səhifə və 18 fəsildən ibarətdir. Bu nəşrə əlavə olaraq büdcədən maliyyələşən təşkilatların mühasibatlığını əhatə edən nümunəvi həlli və cavabları ilə birlikdə 10-dan çox məsələ daxil edilmişdir.

Bundan başqa yeni nəşrə qarışıq mövzuları əhatə edən 10 dan çox məsələ, 20-yə yaxın mühasibatlığa dair yeni hesabat formaları və cədvəllər əlavə olunmuşdur. Məsələləri həll etmək istəyən şəxslər həmin formalardan lazım olanın surətini çıxarmaqla tapşırıqların həllində istifadə etməklə işlərini asanlaşdıra bilərlər.

Ümumiyyətlə, kitabdan düzgün istifadə etdiyiniz təqdirdə, sizdə müstəqil şəkildə maliyyə hesabatlarını hazır­la­maq bacarığı formalaşa bilər.

Güclü Azərbaycan üçün sən bu gün nə etdin?

XİN: “Bölgədə sülhün bərqərar olması üçün Ermənistan rəhbərliyi təcavüzkar ritorikadan əl çəkməlidir”

XİN: “Bölgədə sülhün bərqərar olması üçün Ermənistan rəhbərliyi təcavüzkar ritorikadan əl çəkməlidir” “Ermənistan rəhbərliyinin son günlərdə Azərbaycana qarşı artan təcavüzkar ritorikasını qətiyyətlə pisləyirik”.

24 Mart , 2023 11:07

https://static.report.az/photo/35e32236-fd9e-31ef-98fd-40bde57cdd57.jpg

“Ermənistan rəhbərliyinin son günlərdə Azərbaycana qarşı artan təcavüzkar ritorikasını qətiyyətlə pisləyirik”. “Report” xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib. Ermənistan prezidenti Vahaqn Xaçaturyanın martın 23-də İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibəsində Azərbaycana qarşı səsləndirdiyi növbəti əsassız iddiaları şərh edən nazirlik sözçüsü bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəlilədilməsi istiqamətində artan beynəlxalq səyləri heçə sayan bu kimi bəyanatlar bölgədə vəziyyətin qəsdən gərginləşdirilməsinə xidmət edir. “Həm işğal dövründə, həm də 2020-ci il müharibəsindən sonrakı dövrdə təcrübə göstərib ki, Ermənistan tərəfi adətən hərbi təxribatlar törətməzdən əvvəl, məsuliyyəti Azərbaycan tərəfinin üzərinə atmaq məqsədilə bu kimi kütləvi dezinformasiya kampaniyası həyata keçirir. Azərbaycanlılara qarşı 30 il müddətində etnik təmizləmə və kütləvi qırğınlar törətmiş, ərazilərini 30 il müddətində işğal altında saxlamış, şəhər və kəndləri viran qoymuş Ermənistanın rəhbərliyinin Azərbaycanı etnik təmizləmədə və müharibə ritorikasında təqsirləndirməsi saxtakarlıq nümunəsidir. Bölgədə sülhün bərqərar olması üçün Ermənistan rəhbərliyi təcavüzkar ritorikadan əl çəkməli, Azərbaycanın ərazi bütövlüyünə qəsd və daxili işlərinə qarışmaq kimi təcavüzkar fəaliyyətlərə son qoymalıdır”, – XİN rəsmisi vurğulayıb.

“Əmək Münasibətləri (A-dan Z-yə)” kitabının təkmilləşdirilmiş VI nəşri çapdan çıxmışdır.

“Əmək Münasibətləri (A-dan Z-yə)” kitabının təkmilləşdirilmiş VI nəşri çapdan çıxmışdır.

Bu günlərdə Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü, sərbəst auditor, Auditorlar Palatası Şurasının üzvü Altay Mürsəl oğlu Cəfərovun “Əmək Münasibətləri (A-dan Z-yə)” kitabının təkmilləşdirilmiş VI nəşri çapdan çıxmışdır. Mühasibin və kadrlar üzrə mütəxəssisin stolüstü kitabı seriyasında nəzərdə tutulmuş bu kitabda ötən nəşrdən sonra Azərbaycan Respublikasında işəgötürənlər və işçilər arasında formalaşan əmək münasibətləri sferasında, eyni zamanda, tənzimləməni həyata keçirən müvafiq qurumlarla bağlı bir çox qanunvericilik aktlarında baş vermiş dəyişikliklər öz əksini tapmışdır.

Kitab mühasiblərin və kadrlarla iş üzrə mütəxəssislərin işini yüngülləşdirmək, qanununvericilkdə ziddiyyətli görünən məqamları mümkün qədər sadələşdirmək, iş prosesində rast gəlinən çətinlikləri dəf etməkdə yararlı bir vəsait kimi çox dəyərlidir. Xüsusi vurğulamaq yerinə düşər ki, kitabda onlarla nümunəvi formadan, yüzdən artıq misaldan istifadə etmiş müəllif əmək münasibətlərilə bağlı hətta ən mürəkkəb mövzunu belə sadə şəkildə təqdim etməyə çalışmışdır.

Yeni bir anlayış olan, 1 yanvar 2018-ci ildən qüvvəyə minən işsizlikdən sığorta ilə bağlı nəşrdə geniş məlumat verilməklə, onun hesablanması qaydası, ödənilməsi ilə bağlı lazım olan rekvizitlər və məlumatlar da kitabda əks olunmuşdur.

Hörmətli həmkarımızı bu yeni nəşrin çapdan çıxması münasibətilə ürəkdən təbrik etməklə yanaşı inanırıq ki, gələcəkdə də biz Altay müəllimin belə dəyərli kitablarının ərsəyə gəlməsinin şahidi olacağıq.

Comments are closed, but trackbacks and pingbacks are open.