Mk penisyaları haqqında qanun
9.2.2. iqtisadi fəaliyyət növləri üzrə bölünməklə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin sayı barədə məlumat;
“Ali təhsil” haqqında yeni qanun layihəsi hansı yeniliklər gətirəcək?
Ali təhsil müəssisələrinin müasir elmi-tədqiqat və innovasiya mərkəzlərinə çevrilməsi prosesi sürətləndirilməli və onların dünya reytinqində irəliləməsi təmin olunmalıdır. Nəticə etibarı ilə tədqiqat universitetlərinin yaradılması, əmək bazarının tələbləri əsasında rəqabətqabiliyyətli yenilikçi peşəkar kadrların hazırlanması təmin edilməlidir.
Bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev “Ali təhsil” haqqında qanun layihəsinə münasibət bildirərkən deyib.
B.Əliyev qeyd edib ki, ali təhsil müəssisələrinin müasir elmi-tədqiqat və innovasiya mərkəzlərinə çevrilməsi prosesi sürətləndirilməli və onların dünya reytinqində irəliləməsi təmin olunmalıdır.
“Nəticə etibarı ilə tədqiqat universitetlərinin yaradılması, əmək bazarının tələbləri əsasında rəqabətqabiliyyətli yenilikçi peşəkar kadrların hazırlanması təmin edilməlidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli 1769 saylı Fərman imzalayıb. Hesab edirik ki, bu fərmanla elm və təhsilin vəhdətinin təmin edilməsinin hüquqi bazasının yaradılmasının əsası qoyulub.
Həmin Fərmanın 2-ci bəndində “Elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər” Elm və Təhsil Nazirliyinə həvalə edilmişdir. Hesab edirik ki, bu, təhsillə elmin vəhdətini təmin etməyə, koordinasiyanın, nəticə əsaslı elmi araşdırılmaların maliyyələşdirilməsində şəffaflığın və hesabatlılığın, elmi dürüstlüyün və digər məsələlərin həllinə imkan verəcəkdir. “Ali təhsil haqqında” qanun layihəsində də bu məsələ öz həllini tapır”, – deyə B.Əliyev bildirib.
O qeyd edib ki, qloballaşma dövründə yeni çağırışlar, mövcud dünya təcrübəsinin təhlili və Azərbaycanın sürətli və davamlı iqtisadi inkişafının yaratdığı yeni gerçəkliklər ali təhsil sahəsində köklü islahatların həyata keçirilməsinin qanunvericilik bazasının möhkəmləndirilməsini zəruri edir.
“Qanun layihəsi hazırlanarkən Prezident İlham Əliyevin müəyyən etdiyi Azərbaycan milli təhsil sisteminin inkişaf strategiyası, rəqabətədavamlı iqtisadiyyatın kadr potensialının təmin edilməsi üçün insan kapitalının formalaşdırılması konsepsiyası, qarşıda dayanan vəzifələr və hədəflər əsas götürülmüş, inkişaf etmiş ölkələrin ali təhsil sahəsində təcrübəsi və qanunvericiliyi, beynəlxalq konvensiyalar və tövsiyələr öyrənilib.
Qanun layihəsində ali təhsil sahəsində dövlət siyasətinin məqsədi, prinsipləri və istiqamətləri, ali təhsil sisteminin quruluşu, Ali Təhsil Kvalifikasiyalarının Təsnifat Standartı, ali təhsil proqramları və təhsil prosesinin təşkili, ali təhsildə keyfiyyət təminatı, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının və təhsil müddətinin tanınması, ali təhsilin idarə olunması, ali təhsil prosesi iştirakçıları, onların hüququ və vəzifələri, ali təhsildə elmi tədqiqat və innovasiyalar, ali təhsil müəssisəsində ictimai qurumlar, ali təhsilin iqtisadiyyatı, ali təhsilin beynəlmiləlləşməsi və ali təhsil rəqəmsallaşdırılması və digər məsələlərin hüquqi bazası müəyyən edilir.
Tələbə nailiyyətinin qiymətləndirilməsi və ona dair tələblər, təhsilverənlər və təhsilalanlar, mobillik, kreditlərin daşınması və tanınması məsələləri də qanun layihəsində nəzərə alınıb”, – deyə B.Əliyev əlavə edib
* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Mülki hüquq anlayışı və sistemi. Mülki qanunvericilik
Mülki hüquq – milli hüququn mühüm bir sahəsi olub, əmtəə-pul və digər əmlak münasibətlərini, habelə bunlarla əlaqədar olan şəxsi qeyri-əmlak münasibətlərini tənzim edir. Bu münasibətlər mülki-hüquqi tənzimetmənin predmetini təşkil edir.
Mülki hüququn tətbiqi sferası çox genişdir. O, yalnız əmtəə-pul münasibətlərini deyil, həm də mülkiyyət münasibətlərini, dövriyyə iştirakçılarının alqı-satqı, əmlak kirayəsi, borc, podrat, habelə komissiya, tapşırıq, saxlama və s. bu kimi müqavilə münasibətlərini nizama salır. Bura, həmçinin, vurulmuş zərərin əvəzinin ödənilməsi, əsassız varlanma nəticəsində əldə edilənlərin qaytarılması, əqli mülkiyyət, vərəsəliklə bağlı münasibətlər də aiddir. Bütün bunlar indiki dövrdə – bazar iqtisadiyyatına keçid dövründə mülki hüququn rolunun daha da artmasına səbəb olur.
Göstərilən ictimai münasibətlərin mülki-hüquqi tənziminin özünəməxsus metodu var. Hüquq nəzəriyyəsindən məlum olduğu kimi hüququn ictimai münasibətlərə təsiri üsulları və vasitələri hüquqi tənzimetmənin metodu adlanır. Bu və ya digər hüquq sahəsinin metodu həmin sahə ilə tənzimlənən ictimai münasibətlərin xarakterindən, cəmiyyətdəki sosial-iqtisadi və siyasi vəziyyətdən, müvafiq ictimai münasibətlərin iştirakçılarının vəziyyətindən asılıdır. Hüquqi tənzimləmə məqsədlərinə uyğun olaraq subyektlərin lazımi davranışını təmin edən bu vasitələrin məcmusu bu və ya başqa hüquq sahəsinin metodunu səciyyələndirir. Mülki hüququn metodu – ictimai münasibətləri mülki-hüquqi tənzimetmə metodudur.
İctimai münasibətləri mülki-hüquqi tənzimetmə metodu dedikdə, mülki münasibətləri tənzim edən normalarda nəzərdə tutulan forma, üsul və fəndlərin məcmusu başa düşülür. Mülki hüququn (predmeti də daxil olmaqla) digər hüquq sahələrindən fərqləndirilməsi məhz bu metodun aşağıdakı xüsusiyyətləri ilə səciyyələnir:
1) Tərəflərin bərabərliyi;
2) Tərəflərin münasibətin məzmununu müəyyən edən sərbəstliyi (dispozitivliyi);
3) Tərəflərin təşəbbüskarlığı;
4) Münasibətlərin bir qayda olaraq iddia qaydasında müdafiəsi;
5) Tərəflərin əmlak məsuliyyəti.
Subyektlərin hüquq bərabərliyinə əsaslanan, əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzim edən mülki hüquq normaları nizamsız vəziyyətdə deyil, müəyyən sistemdə düzülmüşlər. Mülki hüquq institutlarının müəyyən məntiqi ardıcıllıqla düzülüşünə mülki hüququn sistemi deyilir. Mülki hüquq institutu dedikdə isə, eyni cinsli münasibətləri tənzim edən hüquq normalarının məcmusu başa düşülür. Məsələn, mülkiyyət münasibətlərini tənzim edən hüquq normalarının məcmusu mülkiyyət hüququ institutu adlanır.
Mülki hüququn sistemi obyektiv surətdə formalaşmışdır və mülki hüququn predmetinə daxil olan ictimai münasibətlərin spesifik xüsusiyyətlərinə əsaslanır. Digər müstəqil hüquq sahələri kimi mülki hüququn sistemi də iki hissədən – ümumi və xüsusi hissələrdən ibarətdir. Mülki hüququn predmetinə daxil olan saysız-hesabsız ictimai münasibətlərin ümumi xüsusiyyətləri onların hüquqi tənzimləmə vahidliyini, bu münasibətlərin konkret növlərinin spesifik əlamətləri isə onların hüquqi tənzimləmə differensasiyasını qabaqcadan müəyyən edir.
Ümumi hissəyə elə normalar və müddəalar daxildir ki, onlar ümumi xarakter daşıyır və bütün hüquq institutları, yaxud onların çoxuna eyni dərəcədə tətbiq edilir. Buraya mülki hüququn predmetini, vəzifələrini, onun əsas prinsiplərini, mülki hüquq üzrə hüquq münasibətlərini müəyyən edən bölmələr, habelə şəxslər (fiziki və hüquqi), əşya hüququ, o cümlədən mülkiyyət hüququ, əqdlər, müddətlər və öhdəliklər haqqında ümumi müddəalar daxildir. Mülki hüququn ümumi hissəsinin normaları sayəsində fiziki və hüquqi şəxslər arasında, habelə onların öz aralarında, fəaliyyətin bütün sahələrində – sənaye, nəqliyyat, tikinti, ticarət, məişət, kənd təsərrüfatı, sahibkarlıq, əqli fəaliyyət və digər sahələrdə əmlak münasibətlərinin eyni cür tənzimlənməsi həyata keçirilir.
Mülki hüquqla tənzim olunan ictimai münasibətlərin ayrı-ayrı növlərini və qruplarını nizama salan normalar mülki hüququn xüsusi hissəsini təşkil edir. Xüsusi hissə özündə məzmunca müxtəlif mülki hüquq normalarını birləşdirir. Bu normalar mülki hüquq institutlarında qruplaşdırılır. Mülki hüquq institutu özündə müəyyən növ ictimai münasibətlərin yalnız bir hissəsini tənzim edən normaları birləşdirir.
Xüsusi hissəyə müqavilələrdən əmələ gələn öhdəliklər – alqı-satqı, dəyişmə, bağışlama, əmlak kirayəsi, icarə, borc, lizinq, podrat, tapşırıq, və s.; qanundan əmələ gələn öhdəliklər – özgə işlərini tapşırıqsız aparma, əsassız varlanma; mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər, habelə vərəsəlik hüququnu müəyyən edən bölmələr daxildir. Bura, həmçinin, yaradıcılıq fəaliyyətinin nəticələrinə olan hüquqlar – müəlliflik hüququ, kəşf hüququ, ixtira, səmərələşdirmə təkliflərinə və sənaye nümunələrinə olan hüquqları əks etdirən normalar aiddir.
Beləliklə, mülki hüquq normalarının sistem halında qruplaşmasının, nəinki nəzəri, həm də hüquqyaradıcı və hüquqtətbiqedici orqanlar üçün mühüm praktiki əhəmiyyəti vardır. Məzmunu mülki hüquq normalarından ibarət olan yeni normativ aktların qəbul edilməsi zamanı onların mövcud olan hüquq normalarına uyğunluğunu müəyyənləşdirmək lazımdır. Mülki hüquq normalarının müəyyən sistemdə qruplaşması bu işi xeyli asanlaşdırır. Əks-təqdirdə, mülki hüquq normalarının nizamsız vəziyyətdə olması qəbul edilən qanunların onlara uyğunluğunun müəyyənləşdirilməsində olduqca çətinliklər yaradardı. Mülki hüquq normalarının müəyyən meyarlara görə sistemləşdirilməsi bu normaların konkret hadisələrə uyğun olaraq axtarılıb-tapılması və tətbiq edilməsini xeyli asanlaşdırır.
Mülki qanunvericilik (mülki hüququn mənbələri)
Mülki hüquq normalarının, vahidliyi və differensasiyası nəzərə alınmaqla qruplaşdırılması öz ifadəsini mülki hüququn mənbələri hesab edilən müxtəlif hüquqi normativ aktlarda tapır. Özündə əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzim edən, mülki hüquq normalarmı əks etdirən aktların məcmusuna mülki qanunvericilik deyilir.
Mülki Məcəllənin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının mülki qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və bu Məcəllədən, digər qanunlardan və onların əsasında qəbul edilən, mülki hüquq normalarını müəyyənləşdirən başqa normativ-hüquqi aktlardan ibarətdir.
Mülki qanunvericilik mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi qaydasını müəyyənləşdirir, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir. Ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqəli hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmlak, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir.
Mülki hüququn mənbələri içərisində ən mühüm və əsas yeri Azərbaycan Respublikasının 12 noyabr 1995-ci il Konstitusiyası tutur. Konstitusiyada mülkiyyət və onun formaları, vətəndaşların mülkiyyət və əqli mülkiyyət hüququ, şəxsi və mənzil toxunulmazlığı, sağlamlığın qorunması, şərəf və ləyaqətin müdafiəsi, azad sahibkarlıq, zərərin ödənilməsini tələb etmək və s. hüquqları, həmçinin, onların həyata keçirilməsi təminatlarını müəyyən edən məsələlər öz əksini tapmışdır.
Konstitusiyadan sonra mülki hüququn mənbələri içərisində Azərbaycan Respublikasının 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Mülki Məcəlləsi başlıca yer tutur. 74 fəsildən və 1325 maddədən ibarət olan bu Məcəllənin ümumi hissəsində (1-566-cı maddələr) mülki hüququn ümumi və prinsipial müddəaları təsbit olunmuş, xüsusi hissədə (567-1325-ci maddələr) isə öhdəlik hüququnun bütün növləri müvafiq ardıcıllıqla verilmiş, vərəsəlik hüququnun ümumi və xüsusi hissəsini tənzim edən normalar sistemləşdirilmişdir.
Vəzifələri mülki hüquq subyektlərinin əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləməkdən, onların hüquqlarını və qanuni mənafelərini müdafİə etməkdən, fiziki şəxslərin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu, şəxsi həyatının və şəxsi toxunulmazlığının müdafiəsi hüququnu qorumaqdan, mülki dövriyyəni təmin etmək, sahibkarlıq fəaliyyətini dəstəkləmək və sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaqdan ibarət olan bu Məcəllənin əsas məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir.
Mülki hüququn mənbələrinə həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları da daxildir. Lakin Nazirlər Kabinetinin qəbul etdiyi bütün aktlar deyil, yalnız mülki münasibətlər sahəsində qəbul etdiyi qərar və sərəncamlar mülki hüququn mənbəyini təşkil edir. Bu aktlarla əsasən, təşkilatlar arasındakı əmlak münasibətləri nizama salınır. Bundan başqa, digər dövlət orqanlarının verdiyi aktlar da mülki hüququn mənbəyi sayılır və mülki münasibətləri nizama salır. Məsələn, Milli Bankın instruksiyası ilə kredit və hesablaşma münasibətləri, Nəqliyyat Nazirliyinin qaydaları və başqa aktları ilə sərnişinlərin və yüklərin daşınması və s. münasibətlər nizama salınır.
Mülki hüquq normaları, həmçinin, yerli icra hakimiyyəti və bələdiyyə orqanlarının qərarlarında öz əksini tapır.
Azərbaycan Respublikasının bütün qanunları kimi mülki qanunlar da dərc edildiyi gündən qüvvəyə minir (əgər qanunda başqa müddət göstərilməyibsə). Mülki qanunların geriyə qüvvəsi yoxdur, yəni mülki qanunlar ondan əvvəl yaranan münasibətlərə tətbiq edilmir. Mülki Məcəllənin 7-ci maddəsinə əsasən, qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Mülki hüquq normaları, onların ləğv olunması və ya qanun qaydasında dəyişdirilməsi ilə öz qüvvəsini itirir.
Azərbaycan Respublikasının mülki qanunları respublikanın bütün ərazisində qüvvədədir. Mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir.
Mülki qanunvericilik Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün fiziki və hüququ şəxslər üçün qüvvədədir. Mülki qanunvericiliklə müəyyənləşdirilmiş qaydalar, əgər qanunda ayrı hal nəzərdə tutulmayıbsa, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdiyi münasibətlərə də tətbiq olunur. Xarici vətəndaşların və hüquqi şəxslərin Azərbaycan Respublikası ərazisindəki hüquqi vəziyyətinin müəyyən edilməsində beynəlxalq müqavilələrin böyük əhəmiyyəti var.
Məhkəmələr tərəfindən qəbul edilən aktlar heç bir hüquq norması yaratmadığı, dəyişdirmədiyi və xitam etmədiyi üçün mülki hüququn mənbəyi də hesab edilmir. Bu aktların ən böyük əhəmiyyəti ondan ibarətdir ki, onlar mülki qanunvericilikdəki boşluğu doldurur və qərarların qanuna uyğun qəbul edilməsini təmin edir. Mülki qanunvericilikdə boşluq o deməkdir ki, müəyyən məsələ hüquq vasitəsilə həll edilməlidir, lakin qanunvericilikdə onun hüquqi cəhətdən həlli nəzərdə tutulmayıb.
Məhkəmə mübahisəli məsələni həll edərkən qanunvericilikdəki boşluğu aşkar edərsə, özü onu həll edə bilməz. Bu halda o, qanunverici orqana yeni norma qəbul etmək haqqında müvafiq təqdimat verməlidir. Qanunla müəyyən edilmiş hallarda məhkəmə konkret işi qanunun analogiyası (yunanca analogia – uyğunluq, oxşarlıq), yaxud hüququn analogiyası əsasında həll edə bilər.
Mülki Məcəllənin 11-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Mülki hüquqları məhdudlaşdıran və ya məsuliyyət müəyyənləşdirən mülki qanunvericilik normalarının analogiya üzrə tətbiqinə yol verilmir.
Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında qanun təsdiqləndi
Prezident İlham Əliyev Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında Qanunu təsdiqləyib.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, qanun mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində münasibətləri tənzimləyir, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dövlət dəstəyinin təşviqinin forma və metodlarını müəyyən edir.
Maddə 1. Bu Qanunda istifadə olunan əsas anlayışlar
1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.1.1. mikro, kiçik və orta sahibkarlıq subyektləri – “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 4-1-ci maddəsinə əsasən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə aid edilmiş kommersiya hüquqi şəxsləri və fərdi sahibkarlar;
1.1.2. səlahiyyətli qurum – mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən, mikro, kiçik və orta sahibkarlığın tənzimlənməsində, həmin sahibkarlıq subyektlərinin maraqlarının qorunmasında və problemlərinin həllində iştirak edən, onlara siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən xidmətləri göstərən, dövlət orqanlarının (qurumlarının) və özəl qurumların mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərdikləri xidmətlərin əlaqələndirilməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum);
1.1.3. mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri -mikro, kiçik və orta sahibkarlıq subyektlərinə aid edilən hüquqi şəxslər və fərdi sahibkarlar, dövlət tərəfindən onlara göstərilən xidmətlər və dəstək tədbirləri, onların fəaliyyətinin qiymətləndirilmə nəticələri haqqında elektron məlumatlar toplusu;
1.1.4. mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək infrastrukturunu təşkil edən qurumlar – mikro, kiçik və orta sahibkarlıq subyektlərinin inkişafı, onların investisiya və innovasiya fəallığının artırılması, istehsal etdikləri malların (gördükləri işlərin, göstərdikləri xidmətlərin), intellektual fəaliyyətinin nəticələrinin daxili və xarici bazarlarda yayılması sahəsində fəaliyyət göstərən kommersiya və qeyri-kommersiya hüquqi şəxsləri;
1.1.5. biznes inkubatoru – mülkiyyətində, yaxud istifadəsində malların istehsalı (işlərin görülməsi, xidmətlərin göstərilməsi) üçün xüsusi təchiz edilmiş sahələri və müvafiq əmlakı olan, sahibkarlıq fəaliyyətinə başlamaq istəyən və yeni başlayan subyektlərin ilkin inkişaf dövründə bu Qanunun 11.2-ci maddəsində nəzərdə tutulan inkubasiya xidmətlərini göstərməklə dəstəklənməsini təmin edən hüquqi şəxs.
1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.
Maddə 2. Mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində qanunvericilik
2.1. Mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, bu Qanundan, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunundan və digər normativ hüquqi aktlardan ibarətdir.
2.2. Ələt azad iqtisadi zonasında mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.
Mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində dövlət siyasəti
Maddə 3. Mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində dövlət siyasətinin məqsədləri, prinsipləri və əsas istiqamətləri
3.1. Azərbaycan Respublikasında mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində dövlət siyasətinin əsas məqsədləri aşağıdakılardır:
3.1.1. mikro, kiçik və orta sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması;
3.1.2. mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətliliyinin artırılması;
3.1.3. mikro, kiçik və orta sahibkarlıq subyektlərinin investisiya və innovasiya fəallığının stimullaşdırılması;
3.1.4. mikro, kiçik və orta sahibkarlığın davamlı inkişafının təmin edilməsi;
3.1.5. mikro, kiçik və orta sahibkarlıq subyektlərinin istehsal etdikləri malların (gördükləri işlərin, göstərdikləri xidmətlərin), onların intellektual fəaliyyətinin nəticələrinin daxili və xarici bazarlara çıxmasına kömək edilməsi;
3.1.6. vətəndaşların sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi yolu ilə əhalinin məşğulluğunun təmin edilməsi və özünüməşğulluğun inkişafı;
3.1.7. ümumi daxili məhsulun həcmində və qeyri-neft ixracında mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payının artırılması.
3.2. Azərbaycan Respublikasında mikro, kiçik və orta sahibkarlığın inkişafı üzrə dövlət siyasətinin prinsipləri aşağıdakılardır:
3.2.1. sahibkarlıq fəaliyyətinin tənzimlənməsinə dair normativ hüquqi aktların layihələrinin mikro, kiçik və orta sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətinə mümkün təsirinin qiymətləndirilməsi;
3.2.2. mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin və dövlət dəstəyinin səmərəliliyinin artırılması;
3.2.3. mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək infrastrukturunun bütün mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün əlçatanlığı;
3.2.4. dövlət, regional, yerli, həmçinin iqtisadiyyatın prioritet sahələri üzrə inkişaf proqramlarında iştirak və dövlət dəstəyinin alınması ilə bağlı mikro, kiçik və orta sahibkarlıq subyektlərinə bərabər imkanların yaradılması;
3.2.5. dövlət dəstəyinin göstərilməsi prosedurlarının açıqlığı və şəffaflığı;
3.2.6. dövlət dəstəyi mexanizmlərinin haqsız rəqabət haqqında qanunvericiliyə uyğun olaraq formalaşdırılması.
3.3. Azərbaycan Respublikasında mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardır:
3.3.1. mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmət və dəstək haqqında mikro, kiçik və orta sahibkarlıq subyektlərinin məlumatlılığının artırılması, qarşılaşdıqları çətinliklərin həlli və fəaliyyətlərinin inkişafının dəstəklənməsi üçün səlahiyyətli qurum vasitəsilə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin bilavasitə fəaliyyət göstərdiyi ərazilərdə xidmətlərin təşkili;
3.3.2. mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dövlət satınalmalarında iştirak mexanizminin təkmilləşdirilməsi;
3.3.3. mikro, kiçik və orta sahibkarlıq subyektlərinin sahibkarlıq və investisiya fəaliyyətini təşviq edəcək vergi siyasətinin həyata keçirilməsi;
3.3.4. mikro, kiçik və orta sahibkarlığa dəstək infrastrukturunun formalaşdırılması və onun daimi inkişafının təmin edilməsi;
3.3.5. mikro, kiçik və orta sahibkarlıq subyektlərinə xidmətlərin göstərilməsi ilə bağlı inzibati prosedurların və dövlət nəzarəti prosedurlarının, o cümlədən onlar tərəfindən lisenziya və icazələrin alınması prosedurlarının sadələşdirilməsi;
3.3.6. mikro, kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətində innovativ texnologiyalardan, həmçinin malların (işlərin, xidmətlərin) keyfiyyətinin artırılmasını təmin edən texnologiyalardan istifadəyə dəstək və stimullaşdırma mexanizmlərinin tətbiqi;
3.3.7. mikro, kiçik və orta sahibkarlıq subyektlərinin işçilərinin hazırlığı, yenidən hazırlığı və ixtisasının artırılması sahəsində dəstək göstərilməsi;
3.3.8. mikro, kiçik və orta sahibkarlıq subyektlərində korporativ idarəetmə, korrupsiya ilə mübarizə və keyfiyyətin idarə edilməsi standartlarının aşkarlıq və hesabatlılıq prinsipləri əsasında tətbiqi və təşviqi;
3.3.9. mikro, kiçik və orta sahibkarlıq subyektlərinin ticarət şəbəkələrinə çıxış imkanlarının genişləndirilməsi;
3.3.10. mikro, kiçik və orta sahibkarlıq subyektlərinin ekoloji təmiz iqtisadiyyatda rolunun yüksəldilməsi və ekoloji təmiz texnologiyalardan istifadəsinin təşviqi;
3.3.11. mikro, kiçik və orta sahibkarlara effektiv məsləhət xidmətinin formalaşdırılması;
3.3.12. mikro, kiçik və orta sahibkarların mütərəqqi bilik və bacarıqlara çıxış imkanlarının artırılması;
3.3.13. iqtisadiyyatın sahələri üzrə mikro, kiçik və orta sahibkarların biznes təşəbbüslərinin dəstəklənməsi və innovativ sahibkarlığın təşviqi;
3.3.14. mikro, kiçik və orta sahibkarların yeni bazarlara çıxış imkanlarının artırılması;
3.3.15. mikro, kiçik və orta sahibkarların maliyyə resurslarına çıxışının asanlaşdırılması, o cümlədən investorlarla birgə işin qurulmasının dəstəklənməsi;
3.3.16. mikro, kiçik və orta sahibkarlara dövlət-biznes xidmətlərin təşkili sahəsində imkanların yaradılması və bizneslərarası xidmətlərin təşkilində metodiki və digər dəstəyin göstərilməsi.
Maddə 4. Mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində koordinasiya qrupu
Mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində fəaliyyətin əlaqələndirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən səlahiyyətli qurumun yanında daimi fəaliyyət göstərən koordinasiya qrupu yaradılır. Koordinasiya qrupunun tərkibi, habelə səlahiyyətləri və fəaliyyəti ilə bağlı məsələlər haqqında əsasnamə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Maddə 5. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri
5.1. Səlahiyyətli qurum mikro, kiçik və orta sahibkarlıq subyektləri haqqında müvafiq məlumatların daxil edildiyi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrini yaradır. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrinin aparılması qaydası və həmin reyestrə daxil edilməli olan məlumatların siyahısı mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında əsasnamə ilə müəyyən edilir.
5.2. Bu Qanunun 5.1-ci maddəsinə əsasən müəyyən edilən məlumatların əldə edilməsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
5.3. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında əsasnamə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.
Mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstək
Maddə 6. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək göstərilməsinin şərtləri
6.1. Bu Qanuna əsasən dövlət dəstəyi almaq üçün mikro, kiçik və orta sahibkarlıq subyektləri tərəfindən müraciətlərin edilməsi və onlara baxılması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
6.2. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə əlavə dəstək göstərilməsi nəzərdə tutulan iqtisadiyyatın prioritet sahələrinin siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.
Maddə 7. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstəyinformaları, göstərilməsi qaydası və qiymətləndirilməsi
7.1. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstəyin formaları və göstərilməsi qaydası Azərbaycan Respublikasının qanunlarında, digər normativ hüquqi aktlarda, habelə mikro, kiçik və orta sahibkarlığın inkişafına dair dövlət proqramlarında müəyyən edilir.
7.2. Dövlət orqanları (qurumları) tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə və onlara dəstək infrastrukturunu təşkil edən qurumlara, həmçinin mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək infrastrukturunu təşkil edən qurumlar tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək göstərilməsinin qiymətləndirilməsi qaydaları və qiymətləndirməni həyata keçirən qurum müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstəyin növləri
Maddə 8. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dövlət maliyyə dəstəyi
Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dövlət maliyyə dəstəyi Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarda müəyyən edilən hallarda və qaydada dövlət büdcəsinin vəsaiti hesabına və (və ya) müxtəlif güzəştlər şəklində aidiyyəti dövlət orqanları (qurumları) tərəfindən göstərilir.
Maddə 9. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə məsləhət və informasiya dəstəyi
9.1. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə məsləhət və informasiya dəstəyi aşağıdakı formalarda göstərilir:
9.1.1. mikro, kiçik və orta sahibkarlığın inkişafı üzrə təlimlərin, tədris seminarlarının və elmi-praktiki konfransların təşkili;
9.1.2. xarici ölkələrdə təcrübə keçirilməsinin təşkili;
9.1.3. mikro, kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətinin həyata keçirilməsi təcrübəsi, yeni texnologiyalar bazarı haqqında metodiki vəsaitlərin, informasiya bülletenlərinin yayılması;
9.1.4. məsləhət, informasiya, hüquq, marketinq və digər sahələrdə xidmətlərin göstərilməsi, habelə regionlarda informasiya və məsləhət mərkəzləri şəbəkəsinin yaradılması;
9.1.5. qabaqcıl xarici və yerli texnologiyalara əlçatanlığa yardım göstərilməsi;
9.1.6. yerli malların (işlərin, xidmətlərin) ixracına yardım məqsədilə informasiya dəstəyinin göstərilməsi.
9.2. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə informasiya dəstəyinin göstərilməsi məqsədilə səlahiyyətli qurum öz rəsmi internet səhifəsində aşağıdakı məlumatları yerləşdirir:
9.2.1. mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsinə yönəlmiş dövlət proqramları və digər proqramlar və onların həyata keçirilməsi barədə məlumatları;
9.2.2. iqtisadi fəaliyyət növləri üzrə bölünməklə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin sayı barədə məlumat;
9.2.3. mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək infrastrukturunu təşkil edən qurumlar və onlar tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstəyin göstərilməsi şərtləri və qaydası barədə məlumat;
9.2.4. mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dəstək tədbirləri barədə məlumat;
9.2.5. sahibkarlıq, investisiya mühitinin və mikro, kiçik və orta sahibkarlığa dəstək infrastrukturunun təhlilinin nəticələri barədə məlumatlar;
9.2.6. mikro, kiçik və orta sahibkarlıq subyektlərinin inkişafı üçün tələb olunan digər məlumatlar (iqtisadi, hüquqi, statistik, marketinq və s.), o cümlədən səlahiyyətli qurumun fəaliyyət sahəsinə aid olan məlumatları.
Maddə 10. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin işçilərinin hazırlığı, təkrar hazırlığı və ixtisaslarının artırılması sahəsində dövlət dəstəyi
10.1. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin işçilərinin hazırlığına, təkrar hazırlığına və ixtisaslarının artırılmasına dövlət dəstəyi aşağıdakı formalarda göstərilir:
10.1.1. mikro, kiçik və orta sahibkarlıq subyektlərinin işçilərinin hazırlığı və ixtisaslarının artırılması proqramlarının hazırlanması;
10.1.2. mikro, kiçik və orta sahibkarlıq subyektlərinin işçiləri üçün vahid təlim, məsləhət və müxtəlif formatlardan (praktiki məşğələlər, işgüzar oyunlar, mühazirə kursları) istifadə etməklə distant təlim xidmətlərinin göstərilməsi;
10.1.3. işaxtaranların sahibkarlıq fəaliyyətinin əsaslarına yiyələnməsinin, gənclər arasında sahibkarlığın, habelə ailə və qadın sahibkarlığının təbliği;
10.1.4. qabaqcıl texnologiyaların tətbiqi və mikro, kiçik və orta sahibkarlıq subyektlərinin işçilərinin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə beynəlxalq təcrübə mübadiləsi proqramlarında iştirakına kömək göstərilməsi;
10.1.5. mikro, kiçik və orta sahibkarlıq subyektlərinin işçilərinə təlim keçən təlimçilərin hazırlanması.
Maddə 11. Biznes inkubatoru
11.1. Bu Qanunun 11.2-ci maddəsində nəzərdə tutulan xidmətlər biznes inkubatoru ilə sahibkarlıq fəaliyyətinə başlamaq istəyən və yeni başlayan subyektlər arasında bağlanılmış müqavilə ilə müəyyən edilmiş şərtlər əsasında təqdim edilir. Biznes inkubatoru ilə inkubasiya xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlamış sahibkarlıq fəaliyyətinə başlamaq istəyən və yeni başlayan subyektlər biznes inkubatorunun rezidenti sayılır.
11.2. Biznes inkubatoru inkubatorun rezidentinə əmlak, idarəetmə, biznes tərəfdaşların axtarılması və maliyyə resurslarının əldə edilməsi, kadr hazırlığı, texniki, informasiya, məsləhət, hüquqi, marketinq, icarə, lizinq və digər dəstək xidmətlərinin göstərilməsini təmin edir.
11.3. Biznes inkubatorları məqsədli təyinatından asılı olaraq çoxsahəli və ya ixtisaslaşmış ola bilərlər.
Maddə 12. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin innovasiya, məhsul istehsalı və xidmət sahəsində dəstəklənməsi
12.1. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin innovasiya, məhsul istehsalı və xidmət göstərilməsi sahəsində dövlət orqanları (qurumları) və bələdiyyələr tərəfindən dəstəklənməsi aşağıdakı formalarda həyata keçirilir:
12.1.1. ixtiraların, faydalı modellərin, sənaye nümunələrinin və seleksiya nailiyyətlərinin patentləşdirilməsinə, həmçinin mikro, kiçik və orta sahibkarlıq subyektləri tərəfindən yaradılan intellektual fəaliyyətin digər nəticələrinin dövlət qeydiyyatına alınmasına kömək göstərilməsi;
12.1.2. vençur sahibkarlığın inkişafına kömək göstərilməsi;
12.1.3. innovasiyalar, məhsul istehsalı və xidmət göstərilməsi sahəsində satınalma müqavilələrinın bağlanılmasına mikro, kiçik və orta sahibkarlıq subyektlərinin cəlb edilməsi üçün şəraitin yaradılması;
12.1.4. xarici investisiyaların cəlb edilməsinin və qarşılıqlı faydalı beynəlxalq innovasiya əməkdaşlığının inkişafının həvəsləndirilməsi;
12.1.5. mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 4-1-ci maddəsinə əsasən iri sahibkarlıq subyektlərinə aid edilmiş sahibkarlıq subyektləri arasında əməkdaşlığın genişləndirilməsinin müxtəlif stimullaşdırıcı tədbirlər vasitəsilə dəstəklənməsi.
12.2. Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları, eləcə də dövlət proqramaları ilə dəstək tədbirləri müəyyən edilərkən bu Qanunla müəyyən edilmiş forma, istiqamət, prinsip və şərtlər əsas götürülməlidir.
Maddə 13. Mübahisələrin həlli
Bu Qanunun tətbiqi zamanı yaranan mübahisələr danışıqlar yolu ilə, inzibati qaydada, tərəflərin qarşılıqlı razılaşması əsasında məhkəmədən kənar digər yollarla və ya “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu nəzərə alınmaqla, Azərbaycan Respublikasının məhkəmələri vasitəsilə həll edilə bilər.
Maddə 14. Bu Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun tələblərinin pozulmasına görə hüquqi, fiziki və vəzifəli şəxslər qanunla müəyyən edilmiş hallarda məsuliyyət daşıyırlar.
Maddə 15. Bu Qanunun qüvvəyə minməsi
15.1. Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir.
15.2. Bu Qanun qüvvəyə mindiyi gündən “Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikasının 1999-cu il 4 iyun tarixli 673-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 469; 2001, № 12, maddə 736; 2002, № 12, maddə 709; 2003, № 12 (I kitab), maddə 672; 2007, № 10, maddə 938; 2015, № 11, maddə 1264; 2018, № 11, maddə 2199; 2019, № 6, maddə 993; 2020, № 7, maddə 827) ləğv edilir.
Comments are closed, but trackbacks and pingbacks are open.