Logo position: relative;. icon position: absolute; width: 50px; top: 0; left: 185px; ->
Həmin şəxsin yığım hesabı açıq qalır və bu zaman həmin şəxs işləməkdə davam edib hesabına əlavə vəsait ödəyə bilər.
“Əmək pensiyaları haqqında” qanun dəyişdi
“Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər edildi.
Oxu.Az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev yeni qanunu imzalayıb.
Dəyişikliklərdə 2006-cı ilədək pensiyaya çıxanlarla bağlı müddəalar xüsusi yer tutur.
Qanuna əlavə edilən 22-1-ci (Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri) maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu maddəyə uyğun hesablanır.
2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu maddənin tələbləri nəzərə alınmaqla aşadığıdakı qaydada hesablanır:
2019-2020-cu illərdə bu qanunun 7-ci maddəsi ilə müəyyən edilən (63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var) yaş həddinə çatan sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır.
Oxu: Azərbaycanda “staj aministiyası” kimlərə şamil olunacaq?
Əlilliyi müəyyən edilən şəxsə əlliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürməklə hesablanır.
Ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən pensiyaçı olmayan vəfat etmiş şəxsin 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu qanunun 22-1 maddəsi ilə hesablanır.
Əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu maddədə göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır.
Bu maddə aşağıdakı hallarda tətbiq edilmir:
1. 2019-cu ilin yanvarın 1-dək təyin edilən əmək pensiyalarının pensiya hüququ yarandığı gündən yenidən hesablanması zamanı.
2. 2019-cu ilin yanvarın 1-dən sonra əmək pensiyası təyin edilən şəxslərə 2019-cu ilin yanvarın 1-dən əvvəlki dövr üçün əmək pensiyasının təyin edilməsi və ya əmək pensiyası məbləğinin hesablanması zamanı.
3. Bu qanun 9-cu (Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər) maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi və yenidən hesablanması zamanı.
4. Bu qanunun 20-ci maddəsinə əsasən, əmək pensiyasına qulluq stajına görə əlavə almaq hüququ verən qulluq stajının hesablanması zamanı.
5. 2019-cu ilin yanvarın 1-dək “Sosial müavinətlər haqqında” qanuna əsasən təyin edilən sosial müvanətlərin bu qanunun 22-1 maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir.
Qeyd edək ki, qanun 2019-cu ilin yanvarın 1-dən qüvvəyə minəcək.
İlhamə Abdullayeva
Yeni pensiya qanunu kimlərə şamil olunacaq – Ekspert
Axar.az xəbər verir ki, iqtisadçı alim Vüqar Bayramov pensiya sistemində edilən yeni dəyişikliklərlə bağlı ünvanlanan bir sıra suallara aydınlıq gətirib:
– Əmək pensiyası almaq üçün yığım məbləği nə qədər olmalıdır?
– Yeni dəyişikliklərə əsasən, pensiyada olmaq yaşı orta hesabla 12 il nəzərdə tutulduğundan və minimum pensiya məbləğinin 110 manat olduğundan tələb edilən minimum yığım məbləği aşağıdakı kimi hesablanır:
12 il X 12 ay X 110 manat = 144 X 110 manat = 15 840 manat
Deməli, əmək pensiyasının alınması üçün 15 840 manat yığım tələb edilir.
– Əgər pensiya yaşınadək 15 840 manat yığımaq mümkün olmayıbsa, o zaman pensiya almaq üçün həmin məbləği necə artırmaq olar?
– Əgər vətəndaşın pensiya yaşı tamam olubsa və onun hesabında 15 840 manat yoxdursa, o zaman dəyişikliyə əsasən, həmin məbləği 2 halda artırmaq mümkündür:
Həmin şəxsin yığım hesabı açıq qalır və bu zaman həmin şəxs işləməkdə davam edib hesabına əlavə vəsait ödəyə bilər.
Vətəndaş qalan fərqi birbaşa nağd şəkildə hesabında yerləşdirə bilər. Məsələn, pensiya yaşı tamam olan şəxsin hesabında 10 000 manat var və 5840 manat kəsir var. Bu zaman həmin şəxs özü və ya övladı və hətta işlədiyi təşkilat belə həmin pulu ödəyərsə, o əmək pensiyası almaq hüququ qazana bilir.
– Tələb edilən yığım mümkün olmayıbsa və hesaba əlavə ödəniş imkanı yoxdursa, bu halda əmək pensiyası alına bilərmi?
– Dəyişiklik bu halda istisnalar nəzərdə tutub. Əgər vətəndaş 25 il və daha çox əmək fəaliyyəti ilə məşğul olub həmin müddətdə az sosial ödəniş edibsə, o zaman hesabında hansı məbləğin olmasından asılı olmayaraq, minimum məbləğdə əmək pensiyası ala bilir. Məsələn, pensiya yaşı tamam olan vətəndaşımızın yığım hesabında 7 min manat vəsait var, amma 25 il iş təcrübəsinə malikdirsə, o zaman da pensiya almaq hüququna malik olur.
– Pensiya yaşı çatan şəxsin yığım hesabında minimum məbləğdən çox vəsait var, amma onun iş təcrübəsi 12 ildən azdır, bəs bu zaman əmək pensiyası ala bilərmi?
– Yeni dəyişikliklərə əsasən, 12 illik minimum iş təcrübəsi ləğv edilib. Bu baxımdan əgər minimum məbləğ hətta 5 il ərzində yığılsa belə, həmin şəxs əmək pensiyası almaq hüququna malikdir.
– Əmək pensiyasına pensiya yaşı tamam olmadan çıxmaq mümkündürmü?
– Bu hal yeni dəyişikliklərə daxil edilməyib və gözlənilir ki, növbəti dəyişikliklərdə bu, nəzərə alınacaq. Bu isə o deməkdir ki, mövcud qaydalar pensiya yaşı tamam olmadan pensiya almaq hüququ vermir. Yəni vətəndaş hətta minimum yığım məbləğini daha tez toplasa belə, pensiya yaşı tamam olandan sonra ondan istifadə edə bilər.
– Sosial ödənişlərin neçə faizi vətəndaşın hesabında əks olunur?
– Sosial ödənişlər tam olaraq 100 faiz hesabda saxlanılacaq. Son dəyişikliklərədək ödənişlərin 50 faizi yığım hesabında əks olunurdu, digər yarısı cari xərclər üçün istifadə edilirdi.
– 2006-cı ildən mövcud dəyişikliklərədək olan dövrdə sosial ödənişlərin yığım hesabında əks olunmayan hissəsi yəni 50 faizi hesablara qaytarılacaqmı?
– Mövcud dəyişikliklərə əsasən, sözügedən müddətdə hesabda əks olunmayan vəsait 10 faiz hesabın idarəedilməsi və s. xərclər üçün çıxılmaqla digər bütün qalan hissəsi yığım hesabına əlavə ediləcək.
– Minimumdan artıq yığımlar edən, ancaq pensiya yaşı çatmamış və ya pensiya almağa başladıqdan bir müddətdən sonra dünyasını dəyişən vətəndaşların yığımları hansı hallarda onu varisinə ödəniləcək?
– Həmin vəsaitlərin varisə qaytarılması halları o zaman baş verəcək ki, ailədə əlilliyə görə pensiya alan, yaşı 18-ə (əyanı ali təhsil alanlar üçün 23) çatmayan övladı varsa və ya həyat yoldaşı pensiya alan şəxslər olarsa, bu yığımdan faydanala biləcək. Məsələn, rəhmətə gedən ailə başçısı yüksək əmək haqqı ilə çalışıb və onun hesabında daha böyük məbləğdə vəsait yığılıb. Amma onun həyat yoldaşının pensiya məbləği aşağıdır. Bu zaman o öz pensiyasından imtina edib, rəhmət getmiş həyat yoldaşının pensiyasını ala bilər.
– Xidməti müqavilə ilə çalışanlar əmək pensiyası ala biləcəklər?
– Yığım hesabında vəsaitin əmək, yoxsa xidməti müqaviləsi ilə toplanmasının heç bir fərqi yoxdur. Minimum məbləğ yığan şəxs pensiya hüququ əldə edəcək.
– 25 illik iş stajı ilə bağlı istisna xidmət müqaviləsi ilə çalışanlara aiddirmi?
– 25 il işləyən və aylıq sosial ödənişlər edən hər bir vətəndaş əmək və xidmət müqaviləsi ilə çalışmasından asılı olmayaraq və hesabındakı vəsaitin məbləğinə baxmayaraq, pensiya ala biləcək.
Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanun layihəsi 2017-ci il iyulun 1-dən qüvvəyə minəcək. Bu dəyişikliklər indiyə qədər pensiyaya çıxanlara şamil edilməyəcək.
Xankəndi
Azvision.az xəbər verir ki, layihə barədə parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib.
Komitə sədri qeyd edib ki, qanunun 20-ci (Qulluq stajına görə əmək pensiyasına əlavələr) maddəsinə əlavə edilən yeni – 30-cu bəndə əsasən, bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır.
Qanuna əlavə edilən 22-1-ci (Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri) maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu maddəyə uyğun olaraq hesablanır.
2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu maddənin tələbləri nəzərə alınmaqla aşadığıdakı qaydada hesablanır:
2019-2020-cu illərdə bu qanunun 7-ci maddəsi ilə müəyyən edilən (63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var) yaş həddinə çatan sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Əlilliyi müəyyən edilən şəxsə əlliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürməklə hesablanır.
Ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən pensiyaçı olmayan vəfat etmiş şəxsin 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu qanunun 22-1 maddəsi ilə hesablanır.
Əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu maddədə göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır.
Bu maddə aşağıdakı hallarda tətbiq edilmir:
1. 2019-cu ilin yanvarın 1-dək təyin edilən əmək pensiyalarının pensiya hüququ yarandığı gündən yenidən hesablanması zaman.
2. 2019-cu ilin yanvarın 1-dən sonra əmək pensiyası təyin edilən şəxslərə 2019-cu ilin yanvarın 1-dən əvvəlki dövr üçün əmək pensiyasının təyin edilməsi və ya əmək pensiyası məbləğinin hesablanması zamanı.
3. Bu qanun 9-cu (Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər) maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi və yenidən hesablanması zamanı.
4. Bu qanunun 20-ci maddəsinə əsasən, əmək pensiyasına qulluq stajına görə əlavə almaq hüququ verən qulluq stajının hesablanması zamanı.
5. 2019-cu ilin yanvarın 1-dək “Sosial müavinətlər haqqında” qanuna əsasən təyin edilən sosial müvanətlərin bu qanunun 22-1 maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir.
Qeyd edək ki, qanuna dəyişikliklərin 2019-cu ilin yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur. Layihə müzakirə edildikdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.
Comments are closed, but trackbacks and pingbacks are open.