Press "Enter" to skip to content

Şmkird aqropark

Amma minlərlə hektar ərazidə buğda əkən aqroparklarda isə vəziyyət fərqlidir. Onların əksəriyyətində taxılın qurudulmasında, sortlaşdırılması, yüklənməsi və daşınması üçün şərait var. Unüyütmə kombinatlarına yalnız buğdanı qəbul etmək qalır. Bu fikir “Sumqayıt Kimya Parkı” MMC-nin departament rəhbəri Zamir Dibirov tərəfindən də səsləndirilir.

Aqroparklar Azərbaycanı idxal buğdasının asılılığından xilas edəcək – VİDEO

Əldə edilən ilkin nəticələr göstərir ki, aqroparklar Azərbaycanı buğda idxalı asılılığından xilas etməyə qadirdir. Çünki buğda sahələrindən əldə edilən məhsuldarlıq ölkənin əksər bölgələrinin kəndli təsərrüfatlarında əldə ediləndən bir neçə dəfə yüksəkdir.

Milli.Az Real TV-yə istinadən xəbər verir ki, sirr deyil ki, Azərbaycan hər il bir milyon tondan çox buğda idxal edir. Məsələn, 2020-ci ildə 1 milyon 365 min ton buğda idxal edilib. 2019-cu ildə isə bu göstərici 1 milyon 584 min ton olmuşdu. İdxal buğdanın əsas hissəsi un istehsalına yönəldilir və ölkənin şəhər əhalisi əsasən, kənd əhalisi isə qismən idxal buğdası ilə qidalanır. Yerli buğda əsasən heyvandarlıqda yem kimi istifadə edilir. İdxal buğdasının bir ildə 219 min ton azalması Azərbaycanda aqroparkların işinin sürətləndirilməsi kimi dəyərləndirilə bilər.

Azalma meyli bu il də davam edir. Bu ilin yanvar-iyul aylarında Azərbaycana 408 min ton buğda idxal edilib. Bu, ötən ilin uyğun aylarında idxal ediləndən 26 min ton azdır. 2020-ci ilin yanvar-iyul aylarında Azərbaycana 434 min ton buğda gətirilmişdi. Bu meylin 2021-ci ilin qalan aylarında da davam edəcəyi düşünülür. 2019-cu ilin yanvar iyul aylarında isə Azərbaycana 653 min ton buğda idxal edilmişdi.

Dünya bazarında müşahidə edilən qiymət artımının da bu meyli gücləndirəcəyi ehtimal edilir. Əgər bir il öncə – 2020-ci ilin avqustunda dünya bazarında buğdanın tonu 190 dollardan satılırdısa, bu ilin avqustunda qiymət 270 dolları keçib. Hətta Rusiyada protein göstəricisi 12,5 faiz olan ərzaq buğdasının tonunun qiyməti 300 dollara qalxıb.

Bu isə yerli unüyütmə kombinatlarını xammal kimi yerli maldan istifadəyə meylləndirəcək. Kombinatlar yerli xammaldan imtinanı adətən keyfiyyət uyğunsuzluğu ilə izah etslər də, çox vaxt məsələ logistika ilə bağlı olur. Çünki hətta 5-10 hektar ərazidə belə taxıl əkən fermerin keyfiyyətli taxılını alıb, qurudub, sortlayıb Bakıya və ya Gəncəyə daşımaq belə sortlanmış, hazır idxal buğda almaqdan xeyli baha başa gəlir.

Amma minlərlə hektar ərazidə buğda əkən aqroparklarda isə vəziyyət fərqlidir. Onların əksəriyyətində taxılın qurudulmasında, sortlaşdırılması, yüklənməsi və daşınması üçün şərait var. Unüyütmə kombinatlarına yalnız buğdanı qəbul etmək qalır. Bu fikir “Sumqayıt Kimya Parkı” MMC-nin departament rəhbəri Zamir Dibirov tərəfindən də səsləndirilir.

“Regionlarda yaradılan aqropark və iri fermer təsərrüfatlarının əhalinin məşğulluq səviyyəsinin artırılması, idxalın əvəzlənməsi, idxal məhsullarının artırılmasında mühüm rolu olub. Hazırda ölkəmizdə 240 min hektar ümumi ərazini əhatə edən, ümumi layihə dəyəri 2,1 milyard manatdan çox olan 51 aqropark və iri fermer təsərrüfatının yaradılması istiqamətində işlər uğurla davam etdirilir. 51 aqropark və iri fermer təsərrüfatından 43-ü artıq fəaliyyətə başlayıb, digərləri isə layihələndirmə mərhələsindədir. Fəaliyyətə başlamış aqroparklar əsasən bitkiçilik və heyvandarlıq sahələri üzrə ixtisaslaşıb, eyni zamanda onlarda emal, çeşidləmə, qablaşdırma və logistika xidmətləri mövcuddur.”

Daxili bazarda yaranmış vəziyyətə görə xırda torpaq sahibi olan kəndlilər buğda əkməyə maraqlı deyil. Xüsusilə də, dağlıq dəmyə ərazilərdə bir hektardan maksimum 2 ton buğda götürmək olar ki, kəndli bunu satarsa, 800 manat əldə edər. Halbuki həmin sahədə kartof əkməklə ən azı 8 ton kartof əldə edər və bunu elə qapısında kilosu 50 qəpikdən topdan satmaqla 4 min manat qazana bilər. Buna görə də kənd yerlərində buğdanı əsasən yem məqsədi ilə əkirlər, bir çox ailələr buğdanın bir qismini yerli dəyirmanlarda üyüdərək həm də ərzaq kimi işlədirlər. Yəni xırda kəndli təsərrüfatları buğda əkərkən hansısa unyütmə kombinatına buğda satmaq barədə düşünmür, çünki müvafiq logistika yoxdur. Eyni vəziyyət bəzən hektardan məhsuldarlığın 1 tona qədər düşməsi müşahidə edilən aran bölgələrində yaşanır.

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şmkird aqropark

Bu ilin sonlarında Azərbaycandan Avropa, Rusiya və digər MDB ölkələrinə məhsul ixracını həyata keçirəcək nəhəng aqropark – “FOODCİTY AGROPARK” MMC fəaliyyətə başlayacaq.

Xaçmaz rayonunun Xudat şəhərində yerləşən aqrokompleksin tikintisinə ötən ilin sentyabr ayında “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” Prezident İlham Əliyevin 16 aprel 2014-cü il tarixli fərmanına əsasən start verilib.
12 hektar ərazidə salınmış aqropark daxilində logistika mərkəzi, nəzarət-buraxılış məntəqələri, dövlət qurumları üçün inzibati binalar, soyuducu saxlanma anbarları, çeşidləmə-qablaşdırma sahələri ilə yanaşı ofis, qonaq evi, restoran və digər yardımçı tikililərin inşası da nəzərdə tutulub. Aqrokompleksin uğurlu coğrafi mövqeyi – şimal sərhəd zonasına və dəmir yolları xəttinə yaxın məsafədə yerləşməsi iqtisadi artım və vahid pəncərə sistemi üçün əlverişli şəraitin yaradılmasına bir təkandır.

“FOODCİTY AGROPARK” MMC-nin İnzibati İdarəetmə Departamentinin müdiri Şahin Əsgərov aqrokompleksin əsas hədəflərini açıqlayıb:
“Ölkə üzrə ərzaq təhlükəsizliyinin təmin olunması, qeyri-neft sektorunda daha yüksək əlavə dəyərin yaradılması, genişmiqyaslı marketinq siyasəti, regionda ilk olaraq tam akkreditasiyalı, ixrac sertifikatlı laboratoriyanın yaradılması qarşıya hədəf kimi qoyulub. Həmçinin kənd təsərrüfatı məhsullarının ilin bütün fəsillərində satışının təmin edilməsi, vahid pəncərə sisteminin yaradılması, zay məhsul həcminin minimuma endirilməsi, fermerlər üçün daha geniş bazarlara çıxış imkanları, yeni iş yerlərinin yaradılması və ixtisaslı kadrların hazırlanması, milli brendlərin yaradılması ən vacib hədəflərimizdir”.

Aqrokompleksdə istifadə olunacaq avadanlıqların hamısı Avropa ölkələrindən –İtaliya, Fransa, Almaniya və digər ölkələrdən alınıb. Bunlar çeşidləyici skanerlər, elektromexaniki qurğular, çəkib, qablaşdırıb çıxışa verən avadanlıqlar, avtomatik polipləmə, polet bağlama, qablaşdırma, meyvə-tərəvəzin keyfiyyətli axınının təminetmə sistemi, yuyulma qurğuları, meyvə və tərəvəzin yuyulub saxlanılması üçün xüsusi növ bunkerlərdir. Artıq şirkətlərlə müqavilələr bağlanıb və avadanlıqların gətirilməsi prosesinə başlanılıb.

Parklanma ilə birlikdə ümumi sahəsi 14-16 hektar olan “FOODCİTY AGROPARK” MMC-nin 12 hektar ərazisi aktiv fəaliyyət üçün nəzərdə tutulub. Kompleksdə 18 min tonluq soyuducu anbarlar quraşdırılıb. Bu, respublikada əkilən bütün növ meyvə və tərəvəzləri saxlamağa imkan verir. Kompleksdə alma, gilas, xurma və digər meyvələrin çeşidlənməsi, qablaşdırılması və saxlanması üçün qurğular alınıb. Aqrokompleksin ölkədə ixracın 70 faiz yükünü daşımaq imkanı var.

Departament rəhbərinin sözlərinə görə, aqrokompleksdə həmçinin istehsal sahəsi də nəzərdə tutulub. Burada “Azorganica” MMC brendi altında yalnız orqanik məhsullar istehsal olunacaq. Həmin məhsullara meyvə şirələri, pasta və pürelər daxildir. Məqsəd isə zay məhsul həcmini minimuma endirməkdir:
“Əsas işimiz ixrac potensialının möhkəmləndirilməsidir. Şirkətin mərkəzi ofisi Bakıda, “FOODCİTY AGROPARK”ın özünün idarəetməsi isə Xudatda olacaq. Başlanğıc üçün 150 yeni iş yerinin açılması planlaşdırılır. 3 ay sonra isə iş yerlərinin 600-ə çatdırılması nəzərdə tutulur. Artıq aqrokompleksdə çalışacaq bir çox işçi xaricdə ixtisaslaşma keçir. Kompleks fəaliyyətə başlayanda həmin kadrlar işə başlayacaqlar. Bu, bizim üçün çox önəmlidir”.

“FOODCİTY AGROPARK” yerli əhalini də nəzərə alıb. Əsas prinsip ölkədən ixrac üzərində qurulsa da, yerli əhali üçün də müasir formatda bazarın yaradılması nəzərdə tutulub. Şahin Əsgərovun sözlərinə görə, aqrokompleksdən Rusiya, digər MDB ölkələri və Avropa ölkələrinə ixrac məhsullarının göndərilməsi planlaşdırılır:

“Sahibkar, fermer əraziyə daxil olub heç bir başqa yerə müraciət etmədən bütün lazım olan prosesləri kompleks daxilində, vahid pəncərə sistemi vasitəsilə həyata keçirəcək. Bu da regionda baş verən gömrük və digər əməliyyatların tam şəffaf şəkildə həyata keçirilməsinə imkan verəcək. Sahibkar hansı ölkəyə, hansı formada məhsul göndərmək və ya saxlamaq istəyirsə aqroparka yaxınlaşaraq məlumat verir. Yarım saat ərzində bütün sənədlər gətirilir, möhürlənərək yola salınır. Hədəfimiz həm də ölkədə tranzit yüklərin inkişafıdır. Türkmənistan, Özbəkistan, Qazaxıstandan Rusiyaya gedən yükləri dəniz yolu ilə gətirib dəmir yolu vasitəsilə yola salmağı nəzərdə tuturuq. Rusiyaya adi halda həmin yüklər 20 günə, bir aya gedib çıxırdısa, burada vaxt sərfiyyatının 3 dəfə azalması, həmçinin xərcin 2 dəfə azalması baş verir”.

Qeyd edək ki, “FOODCİTY AGROPARK” MMC ilə dövlət qurumları arasında birgə fəaliyyətlə bağlı memorandumlar imzalanma mərhələsindədir. Bura İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, AQTA, KOBİA və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu aiddir.
“FOODCİTY AGROPARK” MMC-nin fəaliyyətinin respublikamızda həyata keçirilən uğurlu iqtisadi siyasətin dəstəklənməsi istiqamətində öz rolu və töhfəsi olacaq.

Facebook

Вы используете браузер, который Facebook не поддерживает. Чтобы все работало, мы перенаправили вас в упрощенную версию.

Shamkir Agropark на Facebook. Если вам интересны новости Shamkir Agropark, регистрируйтесь на Facebook сегодня!

Shamkir Agropark на Facebook. Если вам интересны новости Shamkir Agropark, регистрируйтесь на Facebook сегодня!

Shamkir Agropark

@shamkiragropark

О пользователе Shamkir Agropark

Şəmkir Aqropark layihəsinin əsası 2014-cü ildə qoyulmuşdur və Gəncə-Şəmkir avtomobil yolunun 12-ci kilometrliyində yerləşir. Şəmkir Aqropark Cənubi Qafqazda ilk Aqropark layihəsidir.
Ümümi ərazisi 604 hektar olan Aqroparkın hövzəsində aşağıda qeyd olunan xidmətlərin və zavodların yaradılması nəzərə alınmışdır:

Logistik Mərkəz
Soyuducu Anbar (Meyvələr üçün)
Kartof Saxlaması və Çeşidlənməsi Logistik Mərkəzi
Meyvə Konsentratı və Şirəsi İstehsalı
Meyve Çipsi İstehsalı
Quru Meyvə İstehsalı
Ketçup və Tomat Pastası İstehsalı
Cem və Povidla İstehsalı
Avtoservis
Tara İstehsalı
İstixana
Şitilçilik
Tingçilik
İntensiv Meyvə Bağları
Elmi Araşdırmalar və İnnovasiya Mərkəzi
Satış Mərkəzləri (Yaşıl Market)
Aqroservis
Ofis Binası, Otel və İnfrastuktur

Comments are closed, but trackbacks and pingbacks are open.