Press "Enter" to skip to content

Şəmkirin arxeoloji irsi

Şəhərə girişdəki tağların yalnız sütunlarının qalıqları üzə çıxarılıb. Burada habelə yamacı bərkidən divar qalıqları aşkarlanaraq öyrənilib. Şəhər qala divarına birləşən tağlı, aşırımlı tikili isə görünür vaxtilə kömürxana funksiyasını daşıyıb.

Şəmkirin arxeoloji irsi

Qədim Şəmkir şəhərinin sirləri

Ölkəmizin müxtəlif bölgələrində arxeoloji qazıntılar aparılır. Maddi-mədəni irsimizi öyrənmək üçün böyük zəmin yaradılır. Böyük elmi əhəmiyyət kəsb edən arxeoloji qazıntılar Şəmkir rayonu ərazisində də aparılır. Rayonun Qaraçəmirli kəndi yaxınlığında dəmir dövrünə aid geniş ərazili, saray kompleksinin mövcud olduğu şəhər tipli iri yaşayış yeri, Şəmkir çayının sahilində, Muxtariyyə kəndinin kənarında orta əsr Şəmkir şəhər ərazisi arxeoloji tədqiqatlara cəlb olunub. 2006-cı ilin avqust ayından sistemli arxeoloji tətbiqi başlanmış, 2007-ci ildən isə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Şəmkir Rayon İcra Hakimiyyəti və Regionların İnkişafı İctimai Birliyinin birgə layihəsi üzrə genişmiqyaslı qazıntı işləri aparılır.

Yazılı qaynaqlardan bəlli olur ki, Şəmkir Azərbaycanın qədim şəhərlərindən biridir. Böyük İpək Yolu üzərində, müsəlman və qərb sivilizasiyasının təmas məkanında yerləşməsi onun zaman-zaman tarixi hadisələrin burulğanında fəal iştirakı olmasını şərtləndirmişdir. Ərəb fəthlərindən bəhs edən tarixçilər Şəmkirin hələ VII əsrin I yarısında Azərbaycanda mühüm şəhərlərdən biri olduğunu bildirirlər. IX-X əsrlərdə yüksəliş, XII əsrdə çiçəklənmə çağını keçirən bu şəhər XIII əsrin 30-cu illərində monqol işğalçıları tərəfindən inadlı müqavimətə görə dağıdılmış, əhalisi qılıncdan keçirilmişdir.

Orta əsr yazarları, yeni dövrün səyyah və alimləri Şəmkir şəhərindən bəhs edərkən, ilk növbədə, məftunluqla buradakı minarə-qüllə haqqında söhbət açmışlar. Bu , Arran memarlıq məktəbinin şah əsərlərindən hesab olunur .

Şəhər xarabalıqlarında aparılan arxeoloji qazıntılara tarix elmləri doktoru Tarix Dostiyev rəhbərlik edir . Tarix elm l əri namizədi Rəşid Bəşirov, kiçik elmi işçi Namiq Hüseynli , memar Rəsulağa Mirzəyev, iş icraçısı Həmid Babayev ekspedisiyanın daimi fəal iştirakçılarıdırlar.

Elə söhbətimiz ekspedisiyanın rəhbəri professor Tarix Dostiyevlə bu barədədir.

– M ə lum oldu ğ u kimi , maddi m ə d ə niyy ə t abid ə l ə ri xalq ı m ı z ı n maddil əş mi ş yadda şı olmaqla onun ke ç mi ş i , m ə i şə ti , h ə yat f ə ls ə f ə si , estetik t ə s ə vv ü rl ə ri haqq ı nda olduqca qiym ə tli informasiya verir . Bu m ə nada , arxeoloji abid ə l ə rin , o c ü ml ə d ə n Şə mkir şə h ə r ə razisinin t ə dqiqi , qorunmas ı v ə t ə bli ğ i b ö y ü k ə h ə miyy ə t k ə sb edir .

Şə mkir şə h ə ri dig ə r m ü s ə lman şə h ə rl ə ri kimi , üç topoqrafiq hiss ə d ə n � nar ı nqala ( i ç qala ), şə hristan ( i çə ri şə h ə r ) v ə rabaddan ( bay ı r şə h ə rd ə n ) ibar ə t idi . Şə h ə r xarabal ı qlar ı n ı n qala divarlar ı il ə ə hat ə olunan sah ə si (şə hristan ) 28 hektar ə razini ə hat ə edir , şə rq – q ə rb istiqam ə tind ə olmaqla planda d ö rdbuca ğ a yax ı n formadad ı r . Nar ı nqala şə hristan ı n şə rqind ə, Şə mkir ç ay ı n sahilind ə, ç ay yata ğı ndan 8 ,5 metr h ü nd ü rl ü kd ə yerl əş m ə kl ə 1 hektara yax ı n sah ə y ə malikdir .

Abid ə d ə arxeoloji qaz ı nt ı lar zaman ı şə h ə r istehkamlar ı n ı n ö yr ə nilm ə sin ə x ü susi ə h ə miyy ə t verilmi ş , nar ı nqala v ə şə hristan ı n qala divarlar ı n ı n ü z ə çı xar ı laraq t ə mizl ə nm ə sin ə b ö y ü k ə m ə k s ə rf olunmu ş dur . � N ə tic ə d ə , � nar ı nqalan ı n şə rq v ə c ə nub divar ı tam , ş imal divar ı ə sas ə n ü z ə çı xar ı laraq b ü n ö vr ə y ə d ə k t ə dqiq edilib . T ə mizl ə nib ü z ə çı xar ı lm ış qala divar ı n ı n qal ı qlar ı n ı n h ü nd ü rl ü y ü 5-7 ,5 metr aras ı nda d ə yi ş ir .

Qala divar ı n ı n ucald ı lmas ı nda bi ş mi ş k ə rpic , ç ay da şı, y ü ks ə k keyfiyy ə tli gilli -ə h ə ngli yap ış d ı r ı c ı m ə hluldan istifad ə olunmu ş dur . Bişmiş kərpic həm də üzlük material kimi işlədilmişdir. Ustalar divarın üzlüyünə xüsusi diqqət yetirmişlər. Qarışıq hörgüdə daş və bişmiş kərpic cərgələrinin növbələşməsi, divar səthində ağ-boz, göy və qırmızı-çəhrayı rənglərin ritmik dəyişməsi göz oxşayır, seyirçidə xoş ovqat yaradır.

Narınqalanın içərisində, onun şərq tərəfində, IV qazıntı sahəsində qalınlığı bəzi yerlərdə 6 metrə çatan mədəni təbəqə yatımı qeydə alınmışdır. Üst mədəni təbəqədə XIX əsrə aid, rus hərbçilərinin istifadə etdikləri binanın qalıqları təmizlənərək öyrənilmişdir. Bina eyni ölçülü 2 otaq və dəhlizdən ibarət olmaqla 188,8 kvadratmetr sahəyə malikdir. Qalınlığı 5 metrə çatan təbəqədə istehkam qalıqları, təsərrüfat və məişət təyinatlı tikintilər üzə çıxarılmışdır. İlk növbədə, qeyd edək ki, IV qazıntı sahəsində narınqalının şərq divarı içəri tərəfdən 72 metr uzunluqda açılaraq təmizlənmişdir. Məlum olmuşdur ki, narınqalının şərq divarının eni 3,5-4 metr, divara dayaq hissəsi isə 5,3 metrdir.

Narınqalanın içərisində IV qazıntı sahəsində daha bir qalanın qalıqları aşkar edilib. Həmin qalanın Şərq divarı iki yarımdairəvi künc və düzbucaqlı mərkəzi bürclə möhkəmləndirilmişdir. Bu istehkam tikintisinin hörgüsündə zəlzələyə qarşı ağac qurşaqlarından istifadə edilib. Ağac qurşaqlar daş hörgüdən çiy kərpic hörgüyə keçiddə yerləşdirilmişdir. Şərq divarında çiy kərpic hörgü sonradan təmir zamanı bişmiş kərpiclə üzlüklənib.

Orta əsr təbəqəsində üzə çıxarılmış IX-X əsrlərə aid təndirxana diqqətəlayiq qalıqlardan sayıla bilər. Təndirxana çay daşları ilə hörülmüş divarla əhatələnmişdir. Burada 3 təndir qalığı və çirkli suyun hopdurulması üçün quyu aşkar edilib təmizlənmişdir. Kompleksin sahəsi yastı daşlar və bişmiş kərpiclərlə döşənmişdir. Kompleksdən cənubda daha bir oxşar tikinti qalıqları üzə çıxarılmışdır.

Arxeoloji qazıntılar nəticəsində orta əsr təbəqəsindən əldə olunmuş tapıntılar əmək alətləri və silah nümunələrindən, inşaat materialları və məişət əşyalarından, şirli və şirsiz saxsı qab nümunələrindən, metal, sümük və şüşə məmulatdan, bəzək əşyalarından, mis sikkələrdən ibarətdir.

2009-cu ilin çöl-tədqiqat mövsümündə Azərbaycan arxeologiyasında yeni bir ənənənin təməli qoyulmuş, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Regionların İnkişafı İctimai Birliyinin birgə layihəsi üzrə arxeoloji qazıntılar zamanı üzə çıxarılan, uçmaq təhlükəsi qarşısında olan tikililərin konservasiya işlərinə başlanmışdır. Konservasiya işləri arxeoloji qazıntılar zamanı tapılmış inşaat materiallarından-çaydaş, bişmiş kərpic və ağ daşdan istifadə etməklə aparılır, yapışdırıcı məhlulun tərkibinin orta əsrlərdə tətbiq olunmuş məhlula oxşadılmasına cəhd göstərilir.

2006-2010-cu illərdə Orta əsr Şəmkir şəhəri ərazisində aparılmış qazıntı işləri burada VIII-XII əsrin ilk qərinəsində şəhər həyatının mövcudluğunu təsdiqləmiş, bu şəhərin sosial-iqtisadi, siyasi və mədəni inkişaf tarixinə işıq saçan, Azərbaycanda uribanizasiya prosesinin səciyyəsi baxımından böyük elmi əhəmiyyət kəsb edən çox maraqlı maddi mədəniyyət nümunələrini üzə çıxarıb.

AMEA Arxeologiya və Eqnoqrafiya İnstitutu və Regionların İnkişafı İctimai Birliyinin birgə layihəsi üzrə Şəmkir arxeologiyası saytının yaradılması, aparılan arxeoloji qazıntıların nəticələrinin elmi dövriyyəyə daxil edilməsi arxeoloji irsin təbliği məqsədi daşıyır. Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərən bu sayt dinamik olub arxeoloji yeniliklərin yayılmasını təmin edir.

Şəmkir rayonunda aparılan arxeoloji qazıntıların böyük əhəmiyyəti Şəmkir şəhərinin arxeologiya, tarix və memarlıq üzrə elmi konfransların keçirildiyi mərkəzlərdən birinə çevrilməsini şərtləndirib. Şəmkir şəhəri 2007-ci ildə “Şəmkir: arxeoloji irsi, tarix və memarlığı” I respublika elmi-praktik konfransına, 2008-ci ildə “Qafqaz: arxeologiya və etnoqrafiya” beynəlxalq elmi-nəzəri konfransına ev sahibliyi etmişdir. Hazırda Şəmkir “Antik və orta əsr Azərbaycan şəhərləri” mövzusunda respublika elmi-nəzəri konfransına hazırlaşır.

Eyvaz HƏMİD

Respublika.- 2010.- 17 oktyabr.- S. 4.

Şəmkirin arxeoloji irsi

Birgə yaşayış tərzinin hakim olduğu şəhərlər qədim dövrlərdən istehsal, mədəniyyət və intellektual potensialın cəmləşdiyi, cəmiyyətin tərəqqisinə təkan verən mərkəzlər idi. Orta əsrlərdə Azərbaycanda urbanizasiya prosesi yüksək səviyyəyə çatmış, bu isə şəhərsalma fəaliyyətinin genişlənməsində öz təcəssümünü tapmışdır.

Orta əsr coğrafiyaşünasları Azərbaycanı şəhərlər ölkəsi kimi təsvir edir. Burada abad və müxtəlif nemətlərlə zəngin şəhərlərin çox olmasını xüsusi vurğulayırlar. Belə şəhərlər sırasında Şəmkirin də adını çəkirlər. Yazılı qaynaqların məlumatından bəlli olur ki, ərəb fəthləri dövründə Şəmkir artıq şəhər kimi mövcud idi. Böyük İpək yolu üzərində yerləşdiyinə görə bu şəhər beynəlxalq ticarət əlaqələrində fəal iştirak edirdi. IX əsrin ikinci yarısında və X əsrdə mühüm sənətkarlıq və ticarət mərkəzinə çevrilmiş, Azərbaycan feodal dövlətlərindən olan Şəddadilər, daha sonra isə Atabəylər dövlətinin mühüm mərkəzlərindən olmuşdur. Monqol istilası zamanı düşmənə inadlı müqavimət göstərən Şəmkir şəhəri zəbt olunduqdan sonra yandırılaraq dağıdılmış, əhalisi qılıncdan keçirilmişdir.

Orta əsr xarabalıqları hazırda Şəmkirçayın sol sahilində, Muxtariyyə kəndinin şimalında yerləşir. Abidənin arxeoloji tədqiqindən məlum olur ki, Şəmkir şəhəri ümummüsəlman şəhərləri üçün səciyyəvi olan üç topoqrafik hissədən ibarət idi: narınqala (içqala), şəhristan (içərişəhər) və rabad (bayırşəhər).

Qədim yurd yeri XIX əsrin ilk qərinəsindən tədqiqatçıların diqqətini cəlb etmiş, J.F.Qamba, Fridrix Dübea de Monpere, N.Florovskinin əsərlərində onunla bağlı, xüsusilə məşhur Şəmkir qülləsi haqqında maraqlı məlumatlar verilib. XX əsrdə arxeoloqlar bu yerlərə baş çəksələr də, arxeoloji qazıntılar aparmamışlar. Halbuki bu abidədə məqsədyönlü, sistemli tədqiqatlar aparılsaydı, Azərbaycanda orta əsr urbanizasiya proseslərinin xarakterini aydınlaşdırmaq, şəhər həyatı və şəhər mədəniyyətinin öyrənilməsi nöqteyi-nəzərindən böyük aktuallıq kəsb edərdi.

2006-cı ildə Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası Şəmkir şəhər yerində ilk dəfə olaraq kiçik bir sahədə stratiqrafik yoxlama qazıntı apardı və burada VIII-XIII əsrlərdə intensiv şəhər həyatını əks etdirən zəngin mədəni təbəqə yatımının olduğunu müəyyənləşdirdi. 2007-ci ildən Arxeologiya və Etnoqrafiya İnstitutu, Mədəniyyət və Turizm Nazirliyi və Regionların İnkişafı İctimai Birliyinin birgə layihəsi üzrə Şəmkir şəhərinin yerində genişmiqyaslı stasionar arxeoloji qazıntı işləri aparılır. Tədqiqat işləri bir hektara yaxın ərazini əhatə etməklə əsasən abidənin narınqala və şəhristan sahələrində görülüb. Hazırda narınqalada axtarışlar davam edir.

Arxeoloji tədqiqatların mühüm istiqamətlərindən birini şəhər istehkamlarının öyrənilməsi təşkil edir. Qazıntılar nəticəsində narınqalanın şimal, şərq və cənub divarlarının qalıqları, ümumilikdə 240 metr məsafədə bünövrəyədək hərtərəfli tədqiq olunub. Arxeoloji qazıntılar narınqalanın plan quruluşuna, konstruktiv xüsusiyyətlərinə dair olduqca qiymətli faktik materiallar verib. Məlum olub ki, narınqalanın divarları mərkəzi və künc bürclər, düzbucaq biçimlı dayaqlarla möhkəmləndirilmişdir. Arran memarlıq məktəbinin nadir əsərlərindən hesab edilən narınqalanın divarlarının ucaldılmasında bişmiş kərpic, çay daşı və yerli ağ daşdan (Zəyəm daşı), əhəngli məhluldan istifadə etməklə qarışıq hörgü üslubu tətbiq olunmuşdur. Memar və bənnalar yerli xammalın xassələrindən yüksək peşəkarlıqla yaradıcı surətdə istifadə etmişlər. Onlar istehkam tikilisinin bədii tərtibatına da biganə olmamış, divar üzlüyünə xüsusi diqqət yetirmişlər. Ağ daş blokların, qırmızı kərpiclərin və boz-göy çay daşlarının ritmik şəkildə növbələşməsi bir tərəfdən, göz oxşayan polixrom divar səthi yaradır, digər tərəfdən, istehkama monumentallıq, əzəmət verirdi.

Arxeoloji qazıntılarla həm də şəhristanın qala divarının tədqiqinə başlanıb və həmin istehkam qalıqları 80 metr məsafədə üzə çıxarılaraq öyrənilib. Şəhər iki paralel qala divarları ilə müdafiə olunurmuş. Divarlar arasında məsafə 10 metr idi. Daxili divarın cənub tərəfində şəhər qapısının qalıqları üzə çıxarılıb. O, iki cinah bürcü ilə qorunurdu. Paralel qala divarları da narınqala divarı ilə eyni üslubda, Arran memarlıq məktəbi üçün səciyyəvi olan bişmiş kərpic, çay daşı və yerli ağ puç daşdan istifadə etməklə kombinə edilmiş hörgü ilə inşa olunub.

Şəhərə girişdəki tağların yalnız sütunlarının qalıqları üzə çıxarılıb. Burada habelə yamacı bərkidən divar qalıqları aşkarlanaraq öyrənilib. Şəhər qala divarına birləşən tağlı, aşırımlı tikili isə görünür vaxtilə kömürxana funksiyasını daşıyıb.

Narınqalanın içərisində, həmçinin şimal hissəsində aparılan qazıntılar da uğurlu olmuş, burada qalınlığı bəzi yerlərdə 6 metrə çatan zəngin mədəni təbəqə yatımı qeydə alınıb.

Narınqalada üzə çıxarılmış qəsr divarı ilə möhkəmləndirilmiş IX-X əsrlərə aid monumental binanın arxeoloji qazıntısı xüsusi maraq doğurur. Binanın dördbucaq biçimli, sütunlu həyəti ətrafında 10 otaq yerləşirmiş. Otaqların qapısı həyətə açılırmış. Otaqlardan beşi artıq arxeoloji qazıntılarla öyrənilib. Binanın divarlarında hörgünün alt cərgələri çay daşından, üst cərgələr isə çiy kərpicdən hörülüb. Daş hörgüdən çiy kərpiclə hörgüyə keçiddə ağac qurşaqlar olub. Kompleksin diqqətlə öyrənilməsi binanın dam örtüyünün tağ-tavanlı olduğunu müəyyənləşdirməyə əsas verir. Binanın həyətində yeddi sütun üzə çıxarılaraq təmizlənib. Kompleksin divarlarının qalıqlarının hündürlüyü 3,8 metrə çatır. Döşəmə təmizlənərkən xeyli miqdarda vaxtilə binanın karnizini təşkil edən gəc bəzək fraqmentləri tapılmışdır. Həmin fraqmentlər üzərində oyma üsulla salınmış həndəsi və nəbati naxış elementləri, ərəb əlifbasının ayrı-ayrı hərfləri var.

Mülki memarlığın maraqlı abidələrindən digəri şəhristanın mərkəzində aşkarlanıb. Monqol istilası zamanı tamamilə dağıdılmış həmin nəhəng kompleksin bünövrəsi çay daşından qoyularaq divarları bişmiş kərpiclə hörülüb. Bəzi divarların üzlüyündə bəzək kərpicləri ilə həndəsi naxış salınıb.

Narınqalanın içərisində aşkarlanmış, XI-XII əsrlərə aid, bişmiş kərpicdən inşa olunmuş, eni 3 metrdən artıq olan pilləkən də şəhərin maraqlı abidələrindən hesab oluna bilər.

Şəhristanın şimal-şərq sektorunda yerləşən VI qazıntı sahəsində küçə, yaşayış evlərinin qalıqları, ocaqlar və təndirlər üzə çıxarılıb təmizlənmişdir. Şimal-qərbdən cənub-şərqə istiqamətlənən küçəyə çınqıl qatı döşənmişdi. Küçə boyunca evlər yerləşirdi.

Arxeoloji qazıntılar şəhər abadlığı ilə əlaqəli maraqlı mühəndis tikililərinin, qurğularının üzə çıxarılması ilə əlamətdardır. Şəhər idarəsinin qarşısında duran mühüm vəzifələrdən biri əhalinin içməli su ilə təmin edilməsi idi. Bu məqsədlə bulaqların suyu kəhriz və ya tünglərdən quraşdırılmış kəmərlər vasitəsilə gətirilirdi. Şəhərin rabad hissəsində kəhriz xəttinin qalıqları aşkarlanaraq öyrənilib. Su təchizatı ilə bağlı digər diqqətəlayiq tikili ovdan tipli hidrotikintidir.

Arxeoloji qazıntılar zamanı şəhərin sanitariya-gigiena durumunun sağlamlaşmasına yönəlmiş mühəndis qurğuları da üzə çıxarılıb. XI-XII əsrlərə aid ümumşəhər kanalizasiya şəbəkəsi üzə çıxarılaraq öyrənilib. IX-X əsrlərə aid edilən kanalizasiya xəttinin qalıqları isə narınqalanın içərisində aşkarlanıb.

Orta əsr Şəmkir şəhəri Arranın mühüm sənətkarlıq və ticarət mərkəzlərindən biri idi. Arxeoloji qazıntılar zamanı şəhərdə metalişləmə, dulusçuluq, silah, şüşə istehsalı və digər sənət sahələri ilə bağlı maraqlı faktik materiallar əldə edilib. Şəmkir şəhərində istehsal olunan yüksək keyfiyyətli bıçaqlar, yun libaslar, bədiiliyi ilə fərqlənən saxsı məmulatı dünya bazarlarında rəvac mal idi. Arxeoloji qazıntılar zamanı şirsiz saxsı qabların istehsalında istifadə olunmuş IX əsrə aid kürənin qalıqları aşkarlanıb. Kürədə digər istehsal tullantıları ilə yanaşı, texnoloji prosesin pozulması nəticəsində deformasiyaya uğramış bir səhəng də tapılıb. Saxsı qabların üzərindəki yazılardan isə şəhərdə fəaliyyət göstərmiş dulusçu ustalardan birinin – Sərdarın adını müəyyənləşdirmək mümkün olub. Şəmkir şəhərində müxtəlif təyinatlı şüşə qablarla yanaşı, həm də pəncərə şüşəsi istehsal olunurdu. Arxeoloji tədqiqatlar artıq XI əsrdə Şəmkir şəhərində pəncərə şüşəsinin kütləvi istehsalının mövcudluğunu təsdiqləyir.

Arxeoloji qazıntılar nəticəsində əldə olunmuş tapıntılar müxtəlif xarakterli olub əmək alətləri, silah nümunələri, məişət, inşaat və təsərrüfatla bağlı dəmir məmulatı, mis və tunc əşyalar, şirli və şirsiz saxsı qablar, fayans qablar, şüşə məmulatı, bəzək əşyaları, bədii daş məmulatı və sikkələrdən ibarətdir.

Arxeoloji və numizmatik materiallar Şəmkir şəhərinin daxili və xarici ticarət əlaqələrindən bəhs etməyə imkan verir, bu şəhərin beynəlxalq ticarətdə fəal iştirakını təsdiqləyir. Sikkələrin ən qədim nüsxələri VI-VIII əsrlərə aid edilir, amma Azərbaycan Atabəylərinin zərb etdikləri sikkələr tam üstünlük təşkil edir. Numizmatik dəlillər Şəmkir şəhərində zərbxananın fəaliyyət göstərdiyini birmənalı təsdiqləyir. Sikkə tapıntıları arasında Bizansın XI əsrdə zərb olunmuş qızıl pulları, Abbasi xəlifələrinin gümüş sikkələri də vardır.

Epiqrafik tapıntılardan bişmiş kərpicə vurulmuş gəc üzərində həkk edilmiş kitabə daha çox maraq doğurur. Kitabədə ərəb dilində kufi xəttilə “. hakimiyyət Allaha məxsusdur. ” sözləri yazılıb.

Arxeoloji qazıntıların nəticələrinin və üzə çıxarılan maddi mədəniyyət qalıqlarının kompleks, müqayisəli təhlili Şəmkirin IX əsrdə artıq bir müsəlman şəhəri kimi formalaşdığını, bununla belə burada dini dözümlülüyün hökm sürdüyünü, alban xristian icmasının sərbəst fəaliyyət göstərməsini təsdiqləyir.

Şəmkir arxeoloji ekspedisiyasının fəaliyyətinin mühüm bir istiqamətini şəhər yerində arxeoloji qazıntılar nəticəsində üzə çıxarılan, uçmaq təhlükəsi qarşısında olan tikililərdə konservasiya işlərinin aparılmasından ibarətdir. Konservasiya işləri arxeoloji qazıntılar zamanı tapılmış inşaat materiallarından – çay daşı, bişmiş kərpic və ağ daşdan istifadə etməklə yerinə yetirilir, yapışdırıcı məhlulun tərkibinin orta əsrlərdə tətbiq olunmuş məhlula oxşadılmasına cəhd göstərilir.

Bütövlükdə, Şəmkir şəhər yerinin arxeoloji tədqiqi Azərbaycanın orta əsr şəhər mədəniyyətini öyrənmək, VIII-XIII yüzilliklərdə şəhərlərimizin memarlığını, hərb sənətini, təsərrüfat, məişət və mədəni həyatına dair olduqca qiymətli, mötəbər mənbə vermiş, tədqiqatçıların qarşısında geniş imkanlar açmışdır. Xarici ölkələrin arxeoloqlarının etirafına görə, Şəmkir qazıntıları nəinki Azərbaycanın, həm də orta əsr Şərq müsəlman şəhərinin öyrənilməsi baxımından böyük elmi əhəmiyyət kəsb edir.

Şəmkir şəhər yerində aparılan arxeoloji tədqiqatların nəticələri “Şəmkir arxeoloji ekspedisiyasının tədqiqatları” adlı kitab-kataloqun üç buraxılışında, “Orta əsr Şəmkir şəhəri: arxeoloji qazıntılar və artefaktlar” kitabında, onlarca elmi məqalədə, respublika və xarici ölkələrdə keçirilən beynəlxalq elmi konfranslarda edilən məruzələrdə öz əksini tapıb.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və Regionların İnkişafı İctimai Birliyinin birgə layihəsi üzrə Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərən Şəmkir arxeologiyası – www.shamkir-archeo.az; www.shamkir-archeo.com saytı da aparılan arxeoloji qazıntıların nəticələrini ictimaiyyətə açıqlamaq məqsədi daşıyır.

tarix elmləri doktoru, Şəmkir arxeoloji ekspedisiyasının rəhbəri

Şəmkirin orta əsr tarixi ilə bağlı yeni məlumatlar əldə edilib (FOTO)

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Şəmkir şəhərinin orta əsr tarixi ilə bağlı yeni məlumatlar əldə edib.

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva – Trend:

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Şəmkir şəhərinin orta əsr tarixi ilə bağlı yeni məlumatlar əldə edib.

İnstitutdan Trend-ə verilən məlumata görə, Şəmkir şəhər yerində aparılmış arxeoloji qazıntılar nəticəsində əldə olunan tapıntılar Şəmkir dulusçuluğunun Arran memarlıq məktəbinin mühüm mərkəzlərindən biri olduğunu təsdiqləyib.

Tədqiqatlar zamanı Şəmkir şəhərinin sakinlərinin məişətində istifadə olunmuş , arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş su qabları – səhənglər, şəhrənglər, bardaqlar, matralar və digərləri araşdırılıb, Erkən İslam və Səlcuq dövrü səhənglərin, bardaqların səciyyəvi xüsusiyyətləri müəyyənləşdirilib:

“Şəmkir ərazisindən tapılmış və arxeologiyada “sferokonus qablar” kimi adlandırılan keramika məmulatı xüsusi olaraq diqqəti çəkməkdədir. Bu qab tiplərinin təyinatı barədə tədqiqatçılar arasında yekdil fikir yoxdur. Orta əsr və İslam dövrü arxeoloqları, tarixçiləri sferokonusların civə və bu qəbildən olan maddələrin, müxtəlif şirniyyat və içkilərin saxlanılması və daşınmasında, əl-kimya, əczaçılıq laboratoriyalarında tətbiqi, yandırıcı mərmi və qumbara olması, dini ritual, işıqlandırma vasitəsi və s. kimi istifadə edilməsi haqqında müxtəlif mülahizələr irəli sürmişlər. Arxeoloji tədqiqatlar zamanı əldə edilmiş keramika məmulatlarının zənginliyi orta əsr Şəmkir şəhərinin nəinki Azərbaycan və Cənubi Qafqazda, həmçinin dövrünün İslam dünyasında yüksək inkişaf etmiş mədəni mərkəzlərindən biri oldugunu göstərir”.

Comments are closed, but trackbacks and pingbacks are open.