Press "Enter" to skip to content

Vladını məktəbəqədər hazırlıq qruplarına qeydiyyatdan keçirə bilməyənlərə ŞAD XƏBƏR – FOTO

Tanınmış hazırlıq kurslarının aylıq qiymətləri – Abituriyent və valideynlər təəccüblənəcəklər

Məktəbə hazirliq sinfinin program

2018-09-21 12:49:00

Tanınmış hazırlıq kurslarının aylıq qiymətləri – Abituriyent və valideynlər təəccüblənəcəklər

Yeni tədris ilinin başlaması ilə əlaqədar abituriyentlər artıq hazırlıq kurslarına, repetitorlara üz tuturlar. Kursları seçərkən dərs keyfiyyəti ilə yanaşı qiymətlər də önəmli faktorlardandır. Bəs abituriyent hazırlıq kurslarının qiymətləri necə dəyişir? AzEdu.az kursların hazırlıq qiymətlərini təqdim edir: Hədəf kursları Böyük şəbəkəsi olan Hədəf kurslarında abituriyent hazırlığı qiymətləri filiallara görə müəyyən qədər də olsa dəyişir. Bir fənn üzrə hazırlıq 80 manatdır və fərdi keçirilir. 5 fənn qrup şəklində dərslərin qiyməti isə 250 manatdır. Dərslər həftədə 3 dəfə keçirilir. Zirvə Zirvə kurslarında da qiymətlə filiallara görə dəyişir. 5 fənnin qiyməti 180 manatdır. Bir fənnüzrəhəftədə iki dəfə getdiyiniz halda 60, 3 dəfə olduğu halda 80 manatdır. 5 fəndən fərdi hazırlıq qiyməti isə 240-manatdan yüksək olur. Kaspi Kaspi kurslarında dərslər həftədə 3 dəfə olmaqla 5 fənn üzrə 270 manat təşkil edir. Edu Company Təhsil Mərkəzi Edu Company təhsil mərkəzində bir fənn üzrə qiymət 60 manatdır. 5 fənn isə 300 manat etsə də, endirimlər edilir. Həmçinin yazılı zəmanət verilir. Prestij-S Prestij-S kurslarında 5 fənn üzrə qiymət 150 manatdır. Bir fənn 40 manat olduğu halda, 3 fəndən hazırlaşdıqda 35 manatdan hesablanır. Megapolis Təhsil Mərkəzi 5 fənn üzrə qiymətlər 200 manatdır. Bir fənn isə 50 manatdan hesablanır.Əgər 3 fənn üzrə hazırlığa gedəcək olsanız o zaman endirim olunaraq qiymətlər 45 manat olacaq. Jalal-I Tədris Mərkəzi Bu tədris mərkəzində fərdi şəkildə bir fənn 70, qrup şəklində isə 50 manatdır. Beş fənn birlikdə olduğu zaman da qiymətlər dəyişmir. Hər dərs həftədə 1 saat olmaqla 3 dəfə keçirilir.

Əsmər Qabil

Bu bölməyə aid digər xəbərlər

Bakalavr diplomları tam ali təhsil diplomlarına bərabərləşdirilir

2023-02-28 11:27:30

Azərbaycanda 3 bakalavriat dərəcəsi olacaq – RƏSMİ

2021-04-20 16:28:00

Ali təhsil müəssisələri və elmi təşkilatlarda təhsil alan doktorantların sayı açıqlanıb

2020-06-05 16:35:00

Universitetlərdə dövlət imtahanı ləğv olundu – RƏSMİ

2020-05-19 17:21:00

Ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib

2020-05-19 16:56:00

Ekspert:Universitetlər tələbə qəbulunda problem yaşaya bilər

2020-05-16 15:15:00

TƏBİB sədri indidən valideyinlərə çağırış etdi: “İmtahan binalarının qarşısına toplaşmasınlar”

2020-05-09 18:10:00

Azərbaycanda pandemiya dövründə imtahanların keçirilməsi qaydası açıqlandı

2020-05-08 13:43:00

Ali məktəblər üzrə blok imtahanı təxirə salınacaq

2020-03-26 12:01:00

Kamal Abdulla yeni qəbul olunmuş tələbələrlə görüşüb

Övladını məktəbəqədər hazırlıq qruplarına qeydiyyatdan keçirə bilməyənlərə ŞAD XƏBƏR – FOTO

5 İLƏDƏK DƏYİŞMƏZ 14%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ 40.000 MANATADƏK KREDİT
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi oktyabrın 15-dək uzadılıb.

BAKU.WS xəbər verir ki, üzrlü səbəbdən (fövqəladə hal, uşağın və ya valideynlərin müalicəsi, valideynlərin xidməti ezamiyyətə getməsi) övladını qeydiyyatdan keçirə bilməyən valideynlər bu müddət ərzində www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Elektron ərizəsi qeydiyyata alınan şəxslərin məktəbəhazırlıq qruplarına məktəblərdə sənəd qəbulu isə oktyabrın 16-dək (həftənin III, IV, V, VI günləri saat 10:00-dan 16:00-dək) davam edəcək.

Qeyd edək ki, məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.

Məktəbəhazırlıq qruplarına qəbulun elektron sistem vasitəsilə həyata keçirilməsi şəffaflığın təmin edilməsi, vaxt itkisinin aradan qaldırılması, informasiya texnologiyalarından istifadə vərdişlərinin artırılması baxımından olduqca əhəmiyyətlidir.

Məktəbəhazırlıq qrupları üçün tələb olunan sənədlərə uşağın şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti (uşağın şəxsiyyət vəsiqəsi olmadığı halda, doğum haqqında şəhadətnaməsi), uşağın mübadilə vərəqi (sağlamlıq haqqında arayış-forma 26U), 2 (iki) ədəd 3×4 ölçüdə rəngli fotoşəkil və məktəb direktorunun adına ərizə (qəbulu elektron sistem vasitəsilə həyata keçirilən rayon və şəhərlərdə valideynin (qanuni nümayəndənin) www.mektebeqebul.edu.az saytında yaradılmış “Şəxsi Kabinet”indən çap olunmuş “Ərizə” daxildir. Azərbaycanda vətəndaşlığı olmayanlardan isə əlavə olaraq müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi (olduğu təqdirdə), Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi, xarici doğum haqqında şəhadətnamə (Azərbaycan dilinə tərcümə olunmuş variantda) tələb olunur.

Onu da qeyd edək ki, dövlət ümumi təhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunurlar.

Xatırladaq ki, Azərbaycanda 2015-2016-cı tədris ilində məktəbəhazırlıq proqramı bütün 5 yaşlıların 24 faizini əhatə etdiyi halda, 2016-2017-ci dərs ilində 55, 2017-2018-ci tədris ilində 65, 2018-2019-cu dərs ilində 75 faiz həddində 5 yaşlı uşağın məktəbəhazırlıq qruplarındakı məşğələlərə cəlb olunması üçün imkan yaradılıb. 2019-2020-ci tədris ilində isə bu göstəricinin 90 faizə çatdırılması nəzərdə tutulur.

Comments are closed, but trackbacks and pingbacks are open.