Sizin məmləkətinizdəki müəssisələrin hekayələri üçün fikirləri tapmaq yolları
-Nə edəcək Ələkbər kişi?
Məktəb hekayələri
Vəlvələçayın sol sahilində bir kənd var. Xanlıqobadır adı. Deyilənə görə bu kəndin ərazisi vaxtilə Quba xanlarının ov ovlayıb quş quşladığı yerlər olub. Ondan bu kəndin adına Xanlıqoba deyiblər. Yoxsa ki, bu kəndin camaatı xan kefində yaşamır, heç bineyi-qədimdən kəndin əhli varlı olmayıb, dolanşıqları darıdan, taxıldan bir də qoyun-keçi saxlamaq, mal-qara otarmaqdan çıxıb. Orası da doğrudur ki, xanlıqobalılar Vəlvələçayın sağ sahilindəki qaraçaylılardan da, keçəllər camaatından yaxşı yaşayıb.
Əgər belə olmasaydı keçəllərli Qulu kişi bitli-sirkəli çuxasına bürünüb xanlıqobalıların qoyununu otarıb, samanlığında yatmazdı.. Qulu kişi köhnələrdən idi. Qulu əlində çomaq, belində heybə, üstübaşı saman dolu, canında bitlər birələr xanlıqobalıların qoyunlarını güdəndə oğlunu-balaca Əlicanı da düşünürdü. Qulu oğlunun oxumasını, müəllim olmasını istəyirdi. Nə olsun ki muzdur idi, axı onun da arzuları vardı, axı o da istəyirdi ki, oğlu Əlican böyüsün, oxusun, böyük, lap böyük adam olsun, ya da heç olmasa müəllim olsun. Tanrı Quluya var dövlət demirəm, heç olmasa bir qarın dolusu çörək də verməmişdi, amma Tanrı adı qul olan qullarını unutmadı, səsini eşitdi, qulunun oğlu Əlicanı da unutmadı. Balaca Əlican atası Qulu ilə qoyun otara-otara böyüdü, min bir əziyyətlə oxudu, Ali məktəbə daxil oldu, riyaziyyat müəllimi oldu. Əlican böyüyüb müəllim olanda atası Qulu dünyadan köçmüşdü. Dünyadan köçsə də, xanlıqobalılar onu yaddan çıxarmadı. Oğlu Əlican da onlar kimi. Atasının qoyununu otardığı kəndə-Xanlıqobaya aldı təyinatını. Xanlıqobalılar xanlıqlarını da unutmamışdılar. Keçmiş çobanlarının oğlunun müəllim olub balalarına dərs deməsi onların çox da xoşlarına gəlmirdi.. Xanlıqobalılar mərddir, dürüstdür, mehribandır, amma bir az da lovğadılar. Ona görə də onlar haqqında deyirlər: xannobalılar lovğadı, yedikləri dovğadı. Bəlkə də bu lovğalıq idi ki, onlar gənc riyaziyyat müəllimini gəlmə deyib burunnayırdılar. Orası ayrı dərddir ki, bu camaatın oxumaqla, elmlə, təhsillə bir o qədər arası yox idi. Hətta xanlıqobalıların həmşəri deyib çağırdıqları Kalba Cəfərin Cənubi Azərbaycandan olan nökəri Ələkbər kişi bir gün eşidir ki, bəs məktəbdə dil-ədəbiyyat müəllimi uşaqlara ərizə yazmaq öyrədir. Bu xəbər Ələkbər kişini bərk təşvişə salır. Tez arvadı Suğraya deyir: Qıza Suğra bir balon pəynir, bir balon camış qatığı, bir balon da bal qoy. Ələkbər kişi üç balonluq sovqatı alıb gəlir məktəbə. Həmin o dil-ədəbiyyat müəllimini sinifdən çıxarır çölə. Deyir müəllim, eşitmişəm bizim uşaqlara ərizə yazmaq öyrədirsən, başına dönərəm eləmə, bax Suğra anan sənə bir xeyli sovqat da göndərif. Müəllim heyrətdən donub qalır. Birtəhər özünə gəlib Ələkbər kişiyə deyə bilir ki, ay Ələkbər kişi niyə elə?
Ələkbər kişi deyir- ay oğul, sən bilirsən ki, bu şura hökuməti 3 gomuşdan artıq mal saxlamağa icazət eləmir, özün də bilirsən ki, mənim bir iki para gomuşum var, bu yetimçələr də onları aparıb otarmaq istəmir. İndi sən mənə de görüm, sən mənim yetimlərimə ərizə yazmaq öyrədəndən sonra onlar neyləyəcək?
-Nə edəcək Ələkbər kişi?
– Ay başına dönüm, necə neyniyəcək, götürüb məndən hökumətə danos yazacaqlar ki, bəs dədəmizin gomuşdarının sayı onu keçif.
Müəllim qəhqəhə ilə gülür, yenidən sinifə qayıdır. Bax ona görə deyirəm ki, xanlıqobalıların oxumaqla çox da araları yox idi. Kənd əhlinin çoban Qulunun oğlu Əlicanın Xanlıqoba kəndində müəllim işləməsini bir tərəfdən də buna görə istəmirdilər. Di gəl başa düşmürdülər ki, Əlican samanlıqda yatan çoban Qulunun oğlu olsa da, onların övladlarına elm, maarif, təhsil verməyə gəlib. Bunu anlayan, müəllimin dəyərini bilən kişilər də vardı bu kənddə. Biri elə Musa kişi.
Rəhmətlik Musa kişi o vaxtalar gənc idi. Sovxozun birqadiri, kənd içində sayılıb seçilənlərdən idi. Elə ki, xanlıqobalılar bu gənc müəllimi söyürdülər, təhqir edirdilər, çıxırdı onların qabağına. Üzünü həmkəndlilərinə tutub deyirdi:
-Ay camaat nə vermisiz, Əlican müəllimə? Nə istəyirsiniz bu adamdan? Nəyini gözünüz götürmür? Əlican müəllim, əynində çırıq pencək, yamaqlı şalvarla gəlib ki, sizin övladlarınıza elm öyrətsin, sizləri adam eləsin, çıxarsın ortaya. Biriniz deyirsiz ki, dodağı sallaqdı, biriniz deyirsiz ki, qaşları süpürgəyə oxşayır. Bu da işdi, belə dərd olar?
Musa kişinin zəhməti hədər getmədi, xanlıqobalılar bir az sakitləşdilər. Əlican müəllim də haqq üçün öz işini vicdanla yerinə yetirir, kənd camaatının oğul-uşağına bildiklərini öyrədirdi. O yaxşı bilirdi ki, bu kəndin adamları onu qəbul etmir, gəlmə deyib hər addımbaşı onu sancırdılar. Bir yandan da kasıblıq onu möhkəm sıxırdı. Güman gələn yeri də Musa kişi idi. Musa kişi də kasıbın dayağı, acizin köməyi idi. O, Əlican müəllimi sona qədər müdafiə etdi, qoymadı xanlıqobalılar onu dədəsi çoban Qulunun gəldiyi kəndə – Keçəllərə göndərsinlər. Ona öz evinin yanında yer verdi, ev tikməyinə yardım elədi. Elə Əlican müəllim də Musa kişiyə borclu qalmırdı. Gənc riyaziyyatçı Musa kişinin sovxozdakı “misal-məsələsini” həll edir, birqadirin raykoma gedən hesabatlarında məchulu tapıb qoyurdu yerinə.
Beləcə illər keçdikcə xanlıqobalılar bu gənc müəllimə isnişdilər. Bir yandan Musa kişi, o bir yandan çoban Qulunu tanıyan köhnə xanlıqobalıların ölüb getməsi Əlican müəllimi xanlıqobalılara bir köynək yaxın elədi. Ən əsası da Əlican müəllim Xanlıqobada özünə yeni dostlar qazanmışdı. Biri elə kəndin xudalarından olan Kalba Cəfərin nəvəsi, İmamverdi müəllimin oğlu Cəfər müəllim.
Cəfər müəllim köhnə xanlıqobalı idi. Ulu babası Hacı Məmmədalı, babası Kalba Cəfər, atası Xanlıqoba məktəbinin qurucusu, riyaziyyat müəllimi İmamverdi müəllim idi. İşə bax ki, İmamverdi müəllim Əlican müəllimə məktəbdə dərs deyibmiş. Yoxsa ki, çoban Qulunun oğlu riyaziyyatı atasından öyrənə bilməzdi.
Əlican müəllim Cəfər müəllimlə elə kənd məktəbində dostlaşmışdı, bir yerdə işləyirdilər, sözləri, söhbətləri tutmuşdu. Əlican müəllim hər dəfə həmkarı Cəfər müəllimi görəndə; rəhmətlik atan mənə riyaziyyatı öyrətdi, lövhəyə bir əyri xətt, bir də düz xətt çəkib- düz əyrini kəsir-həyat düsturunu öyrətdi; taleyin qismətinə bax ki, onun tikdirdiyi məktəbdə də işləməli oldum, mən rəhmətlik İmamverdi müəllimin çörəyini yeyirəm kimi sözləri hər dəfə təkrarladıqca Cəfər müəllimin gözləri dolur, Əlicanı bir az da çox sevirdi. Gənc riyaziyyat müəllimi bir şəkildə özünü lovğa xanlıqobalılardan qorumalı idi. uşaqları balaca, vəzifəsi yox, özü də çoban Qulunun oğlu, o tərəfdən də bu kəndin yazıb oxumaqla arası yox. Bir yandan da Musa kişinin vaxtsız dünyadan köçməsi onu Cəfər müəllimdən bərk-bərk yapışmağa məcbur etdi. Nə etmək olardı.
İllər tez keçdi. Əlican müəllimin övladları oldu. Xanlıqobalı balalarına heç nə öyrədə bilməsə də, öz oğlunu oxutdu, özü kimi müəllim elədi. İki oğlunun ikisinə də xanlıqobalı qızı aldı ki, bu kəndlə simsar olsun. Sonra direktor oldu. Qonşu kənddən, yaxından, uzaqdan kimi tanıyırdısa, onun uşağınının adını məktəbə yazdırıb kamal attestatı almağa kömək edirdi. Əl tutmaq Əlidən qalıb deyib kimsəni əliboş qaytarmırdı. Bir gün Əlican müəllimin qəbuluna Vəlvələçayın sağ sahilindəki Qaraçaylıdan Qəhri gəldi. Qəhri Əlican müəllimə dil töküb yalvardı ki, ay müəllim başına dönüm, qadoyu alım, mənim tifilimin də adını yaz o dəftərinə, bir parça kağız ver. Əlican müəllim təbiət etibarilə mehriban insandır. Hər kimsə ona yamanlıq etmiybsə, həmin kimsəyə dəyib toxunmaz. Baxıb gördü ki, Qəhri xanlıqobalı deyil, iki xanəlik evi olan Qaraçaylıdandır. Qəhri də atası Qulu kimi çoban adamdır, bir iki yüz keçisi qoyunu var. Odur ki, razılılq verdi, Qəhrinin oğlunun adını məktəbinə yazdı. Qəhrinin oğlu ayda bir yol, o da yoxlama zad olanda məktəbə gəlib getdi. İki ildən sonra da Qəhrinin oğluna kamal attestatı verdi. Qəhri çoban olsa da, haqqı-say itirən adam deyildi. Keçi sürüsündən bir üçyaşar təkə (xanlıqobalılar erkək keçiyə təkə deyir) tutub Əlican müəllimə hədiyyə göndərdi.
Əlican müəllim direktor olsa da, yör-yöntəm bilən adam idi. Xüsusilə, köhnə xanlıqobalı, həmkarı Cəfər müəllimdən gizli iş görməzdi. Səhər müəllimlər otağında müəllimlər dərsdən çıxmamış Cəfər müəllimə dedi ki, bəs dünən Qəhri bir təkə göndərib, tən yarısını sənə ayırmışam, uşağı göndər, gəlsin aparsın. Cəfər müəllim istəmədi, dedi-mən keçi əti yemirəm. Əlican müəllim nə illah elədisə, həmkarı təkənin yarısını istəmədi.
Təkənin ikiyə bölünməsi Cəfər müəllimin xətrinə dəymişdi. Axı necə ola bilərdi ki, gəlmə Əlican köhnə xanlıqobalı Cəfərə yarım təkə boyun olur. Xanlıqobada böyükdən kiçiyə hər kəs bilir ki, bu məktəbi Cəfərin atası, rəhmətlik İmamverdi müəllim tikdirib. O təkə gərək Cəfərin qapısına gələ idi. eybi yox. Cəfər də o Cəfər deyil ha. Bu heyfi Əlicanda qoyan deyildi. Çox da ki, Əlican iyirmi ildir direktordur, çox da ki, pulunu balta kəsmir, çox da ki, bir vaxtı atası Quluya zurna qoşan xanlıqobalıları qapısında nökər işlədir. Bunlar köhnə xanlıqobalı Cəfərə təsir etməzdi. O nə edəcəyini bilirdi.
Müəllimlər otağındakı təkə söhbətindən iki həftə keçmişdi. Cəfər müəllim qaş qaralanda qapıbir qonşusu Vahidlə göy otların üstündə oturub şirin-şirin söhbət edirdilər. Birdən Cəfər müəllim üzünü Vahidə tutub:
– Ə Vahid o telefonunu bəri ver-dedi. Vahid o dəqiqə telefonu qonşusuna verdi.
Telefonun düymələri sıxılıb qurtaranda ekranda Əlican müəllimin nömrəsi göründü.
Əlican müəllimin səsi eşidilən kimi Cəfər müəllim ağzını telefona yaxınlaşdırıb qalın səsi ilə üçyaşar təkənin səsini çıxarmağa başladı:
-Bəəəbbəə, bəəəbbəəə, bəəbbəəə.
-yenə təkənin səsi.
Əlican müəllim dəstəyi asdı.
İki qonşu gülməkdən yamyaşıl otların üstündə sərilib qalmışdı. Həmişəki kimi Cəfər müəllimin oxu hədəfə dəymişdi.
Telefondan gələn təkə səsi bir anlıq Əlican müəllimi yerində dondurdu. Nə olub bitdiyinin fərqinə varanda Əlican müəllim gərilməyə başladı. Bu səs onu çox əsəbləşdirmişdi. Çünkü o hələ uşaqkən atası çoban Qulu ilə xanlıqobalıların qoyunlarını otaranda təkənin cütləşmə dövründə dişi keçi görəndə belə səs çıxardığını yaxşı bilirdi.
Əsəbləri tarıma çəkilmiş Əlican müəllim nə edəcəyini bilmirdi. Artıq onun 65 yaşı vardı, 40 il idi ki o xanlıqobalı balalarına riyaziyyat öyrədirdi, doğrudur, 20 il direktoru olduğu məktəbdən cəmi 5 uşaq məzun olub ali məktəbə qəbul olmuşdu, onun da biri öz oğlu idi, amma nə olsun, gör bu 40 ildə nə qədər uşağa kamal attestatı vermişdi. Belə də iş olar? Gəl bu kənddə yurd sal, yuva qur, bu qədər var dövlət topla, iki oğluna xanlıqobalı qızı al ki, səni də xanlıqobalı saysınlar, bu da mükafatı. Lovğa xanlıqobalılar, paxıllıqdan yanasız elə sizi.
Bir az özünə gələndən sonra yadına Cəfər müəllim düşdü.
Eynəyini taxıb Cəfər müəllimin nömrəsini yığdı. İki saniyə sonra dəstəyin o başından Cəfər müəllimin yarıyuxulu səsi eşidildi:
-Axşamın xeyir, yatmışdın?
-Yox, necə bəyəm, Əlican müəllim?
-İki dəqiqə əvvəl mənə zəng etməmişdin?
-Yox, nə olub, Əlican müəllim?
– Ay kişi nə olacaq, mən bu camaata yarına bilmədim dəəə!
-Əlican müəllim, nə baş verib? Niyə əsəbləşmisiz?
-Heç nə, xanlıqobalılar təkə kimi üstümə atlanırdılar telefonda.
– Başa düşmədim, Əlican müəllim, niyə elə deyirsiz?
– Heç nə, ay qardaş, iki dəqiqə əvvəl biri zəng edib telefonda mənə – bəəəbbəə, bəəəbbəəə, bəəbbəəə. eliyirdi.. Vallah sən ağıllı adamsan, yaxşı ki, təkənin yarısını sən almadın.
Cəfər müəllim ciddi səslə:
-Bəlkə, kimsə səhv düşüb?
-Yox, səhv zad düşməmişdilər, mənə bu da azdı- deyib Əlican müəllim dəstəyi asdı..
İki qonşunun qəhqəhələri gecə yarıyacan kəsilmədi.
Bəhram Cəfəroğlu
Filologiya üzrə fəlsəfə doktoru
Sizin məmləkətinizdəki müəssisələrin hekayələri üçün fikirləri tapmaq yolları
Müəssisə hesabatı öz müşahidəsi və istintaqı əsasında hekayələr qazanmaq müxbiri daxildir. Bu hekayələr adətən mətbuat azadlığına və ya mətbuat konfransına əsaslanmır, amma müxbiri hər zaman aydın olmadığı üçün radarın altına düşən şeylərdən və ya dəyişikliklərdən diqqətlə izləyir.
Məsələn, kiçik şəhər kağızı üçün polis müxbiri olduğunuzu deyir və zaman keçdikcə yüksək məktəb tələbələri arasında kokainin saxlanması üçün həbslər artır.
Beləliklə, polis şöbəsində mənbələrinizlə danışın, məktəb məsləhətçiləri, tələbələr və valideynlər ilə yanaşı şəhərdə daha çox məktəbli uşaqların kokain istifadə etdiyinə dair bir hekayə ilə danışın, çünki ən yaxın böyük şəhərdən olan böyük vaxt dilerlər ərazinizə hərəkət edir.
Yenə də, bu, bir mətbuat konfransı keçirən kimsə əsasında bir hekayə deyil. Bu müxbiri özü qazanmış bir hekayədir və bir çox müəssisənin hekayələri kimi, bu vacibdir. (Müəssisə hesabatı, həqiqətən, istintaqçı hesabat üçün bir sözdür.)
Beləliklə, müxtəlif iyilərdə müəssisələr hekayələri üçün fikirlər tapa bilərsiniz.
1. Cinayət və hüquq-mühafizə – Yerli polis şöbəsində polis məmuruna və ya əməliyyatçınıza müraciət edin. Son altı ayda və ya ildə cinayətdə gördükləri tendensiyanı soruşun. Cinayəti qınayırmı? Silahlı quldurluqlar aşağı düşdü? Yerli biznes bir dəlil və ya oğurluqlarla qarşı-qarşıya qalırmı? Polisdən trendin nə olduğunu düşündükləri mövzusunda statistika və perspektiv əldə edin, sonra bu cür cinayətlərdən təsirlənənlərə mübahisə edin və hesabatınıza əsaslanan bir hekayə yazın.
2. Yerli məktəblər – Yerli məktəb boardlarınızdan birinə müsahibə verin. Məktəb sakinləri ilə test imtahanları, məzuniyyət dərəcələri və büdcə məsələləri baxımından nə olduğunu soruşun. Test skorları yuxarı və ya aşağı mı? Son illərdə kollecə gedən orta məktəb məzunlarının yüzdə çoxu dəyişdi mi? Rayon, tələbə və müəllimlərin ehtiyaclarını ödəmək üçün kifayət qədər vəsaitə malikdirmi və ya büdcə məhdudiyyətləri səbəbindən kəsilməkdə olan proqramlardırmı?
3. Yerli Hökumət – Yerli bələdiyyə başçısını və ya şəhər şurasının üzvü ilə müsahibə. Şəhərə necə, nə maliyyə, nə də başqa bir şey etdiyini soruşun. Daha sonra şəhərin xidmətlərini saxlamaq üçün kifayət qədər gəliri varmı və ya bəzi bölmələr və proqramları məhdudlaşdırır? Və qırışlar, sadəcə, yağları düzəldir və ya məsələn, polisə və atəşə kimi mühüm xidmətlərdir – həmçinin kəsilmə ilə üzləşirlər? Nömrələri görmək üçün şəhər büdcəsinin surətini alın. Şəhər məclisində və ya şəhər şurasında rəqəmlər haqqında kimsə danışın.
4. Biznes və İqtisadiyyat – Bəzi yerli kiçik sahibkarlar necə hərəkət etdiyini görmək üçün müsahibə verin. İş yuxarı və ya aşağı mı? Analar və pop müəssisələri alış-veriş mərkəzləri və böyük qutu mağazalarından yaralanırmı? Əsas küçədə neçə kiçik biznes son illərdə bağlanmaq məcburiyyətində qaldı? Yerli tacirlərinizə şəhərinizdə gəlirli bir kiçik biznes saxlamaq üçün lazım olanları soruşun.
5. Ətraf mühit – Ətraf mühitin qorunması agentliyinin ən yaxın regional ofisindən birinə müsahibə verin . Yerli fabriklərin təmiz fəaliyyət göstərdiyini və ya icmanın hava, quru və ya suyu çirkləndirdiyini öyrənin. Sizin şəhərinizdə hər hansı bir Superfund sayt varmı? Çirklənmiş ərazilərin təmizlənməsi üçün görülən işləri öyrənmək üçün yerli ekoloji qrupları axtarın.
Facebook, Twitter və ya Google Plus-da məni izləyin və jurnalistika bülleteni üçün qeydiyyatdan keçin.
SON DƏQİQƏ
Böyük mütəfəkkir ədib Məhəmməd Tağı Sidqi Azərbaycan ədəbiyyatının və ictimai fikrinin ən görkəmli və tanınmış yaradıcı şəxsiyyətlərindən biridir. XIX əsrin sonu XX əsrin əvvəllərində Naxçıvanda inkişafda olan ədəbi-mədəni və maarifçi mühitə böyük mütəfəkkir, müəllim kimi əhəmiyyətli töhfələr verən Məhəmməd Tağı Sidqinin pedaqoji irsi, yaratdığı əsərlər dövrün eləcə də günümüzün aktual problemlərinin işıqlandırılmasında əvəzsiz vasitələrdən biridir. Bütün ömrünü uşaqların, gənclərin təhsilə, elmə, inkişafa yönləndirilməsinə, onlarda yüksək mənəvi-əxlaqi hisslərin fomalaşmasına həsr edən, bu istiqamətdə əməli tədbirlər həyata keçirən ədibin eyni zamanda yazdığı əsərlər, uşaq ədəbiyyatına qazandırdığı qiymətli ədəbiyyat nümunələri, maarifçi şeir, poetik öyüdnamə, mənzum hekayələr böyüməkdə olan yeni nəslə xitab təsiri bağışlayır.
1892-ci ildə Məhəmməd Tağı Sidqi dövrün maarif və elm adamı Hüseyn Sultan Kəngərli ilə birlikdə Ordubad şəhərində “Əxtər”(Ulduz) adlı məktəb açır. Dövrün çətin yaşayış şərtlərinə, məhdudiyyətələrinə baxmayaraq bu açıq fikirli insanlar məktəbdə şəriət dərsləri ilə yanaşı dünyəvi elmlərin- hesab, coğrafiya habelə, ana dili kimi fənlərin də tədrisinə başlayırlar. Məhəmməd Tağı Sidqinin bu kimi fəaliyyətləri onu camaat arasında məhşurlaşdırmış, xalq müəllimi kimi şöhrət qazandırmışdır.
Bir çox dəyərli əsərlərin müəllifi olan ədibin əxlaqimaarifçi ideyalarının bir araya toplandığı “Məktəb hekayələri” kitabı onun yaradıcılığı, pedaqoji fikirləri haqqında geniş məlumat qazanmağa imkan verir. Ədibin məktəb, təhsil, tərbiyə, əxlaq, mərifət və sairə haqqında olan fikirləri “Məktəb hekayələri” adı altında toplanmış kitabda “Məktəbə davam”, “Gözütox uşağın hekayəti”, “Yalançı uşaq”, “Səxavətli uşaq” və sairə başlıqlarla öz əksini tapıb. Kitabda kiçik başlıqlarla verilmiş bu ibratamiz fikirlər tarixin hər dövrü üçün aktualdır.
İlk olaraq ədib “məktəb nədir?” deyə sual edir. Məktəb bizim elm və maarifimizin vasitəsi, dünya və axirətimizin səadətinin səbəbidir deyə cavablandıran Məhəmməd Tağı Sidqi elmin və ədəbin kilidinin məhz məktəbdə olduğunu vurğulayır. Məktəb cəhalətin dərmanı, mərifət, ədəb bağının xiyabanıdır. Məktəbi bir cisim kimi təsvir edən ədib, onun ruhunun məhz müəllim olduğunu deyir. Müəllim bizə elm, təhsil verən, ədəb, tərbiyə, qanacaq aşılayan ən kamil insandır. Elmsiz insan ruhsuz cisim kimidir. Məhz elmin köməkliyi ilə biz inkişaf edirik, bir-birimiz ilə uzaq məsafələrdən əlaqə saxlayırıq. Çətin işlərimizi asan yolla icra edirik. Elmsiz insan meyvəsiz ağac kimidir. Hər kəsə vacibdir ki, elmin arxasınca getsin, özünü kamilləşdirsin. Elm kimi ədəb də insanı kamilləşdirir, onu sayılıb-seçilən şəxsiyyətə çevirir. Ədəbli olmaq nalayiq işlərdən, bəd əməllərdən uzaq olmaq deməkdir. Ədəbli insan həmişə ehtirama, hörmətə layiq görülür. Böyüklərin hörmətini saxlamaq, ana-ata, qohumlara nəzakətlə davranmaq, kiçikləri mehribanlıqla dindirmək ədəbin əsas göstəriciləridir. Ədəbli insan cəmiyyət içində özünü aparmağı bacaran kəsdir. O boş yerə gülməz, əbəs yerə ağlamaz, yersiz əl-qol hərəkətləri etməz. Bizə həyat bəxş edən ata və anamıza hər zaman yüksək dəyər verməliyik. Valideyn haqqı ödənməz. Onlara hər zaman sevgi, hörmət və ehtiramla yanaşmaq lazımdır. Valideynin xoşbəxtliyi, fərəhi məhz onun övladlarıdır. Hər kəs ki valideynini sevir, onun qəlbini xoş edəcək əməllər yerinə yetirməlidir. Övladın ədəbli, qanacaqlı, elmli olması valideyni xoş əhvalda edər.
Məhəmməd Tağı Sidqi uşaqların düzgün tərbiyə almasına dair fikirlərini “İki tərbiyə üsulu” başlıqla yazısında bədii formada təsir edib. İki bacının hər birinin bir oğlu vardır. Onlardan biri uşağını ərköyün böyüdür, hər nə istədi yerinə yetirir. Övladının hər bir istəyini yerinə gətirən ana onu istəmədən düzgün tərbiyə edə bilmir. Digər bacı isə övladına sevgi, qayğı ilə yanaşmaqla bərabər yeri gəldikcə onu tənbeh edər, nəsihət və cəza verərdi. Bu halda uşaq hərtərəfli böyüyür, xeyirli övlad olur. Hər bir uşağın düzgün böyüyüb tərbiyə alması valideynin üzərinə düşən əsas öhdəlikdir. Hər bir mətləbə toxunan böyük maarifçi ədib məktəbə davamiyyətin də əhəmiyyətinə xüsusilə toxunub. Məktəbə davamlı gələn uşaqlarda bir nizam – intizam, məsuliyyət hissi olar, onlar daim vaxtında yuxudan oynar, sağlam qidalanar, dərslərini zamanlı yerinə yetirər. Bu cür uşaqlar sağlam böyüyər və yararlı insan olarlar. Lakin məktəbə davamiyyəti pis olan uşaqlar vaxtın dəyərini bilməzlər, vaxtsız yatıb-oyanarlar, dərsləri hazır olmaz, düzgün qidalanmazlar. Bu uşaqlar sözsüz ki, düzgün böyüməz, sağlam olmazlar. Hər dövr üçün əhəmiyyətli olan bu fikirlər günümüz üçün də olduqca dəyərlidir. Insanın əsas mənəvi keyfiyyətləri kimi cəsur, ürəkli, gözütox, hazırcavab, səxavətli olmaq yüksək dəyərləndirilir. Əksinə, dikbaş, iaətsiz, qorxaq, yalançı olmaq isə pis keyfiyyətdir. Özünü inkişaf etdirmək istəyən insanlar yaxşı xüsusiyyətləri özündə ehtiva etməli, pis əlamətləri uzaqa tutmalıdırlar.
Məhəmməd Tağı Sidqinin “Məktəb hekayələri” kitabı olduqca dəyərli fikirləri təzahür etdirir. Hər birimizin mütləq oxuyub, mütaliə etməli olduğumuz kitabların siyahısında ön sırada olmalıdır.
Lalə Allahverdiyeva
Jurnalist
Comments are closed, but trackbacks and pingbacks are open.